Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb
“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.
Şifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar
İstər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda üç ədəbi növ vardır: lirik, epik, dramatik.Folklorun lirik növünün janrları: nəğmələr, mahnılar, bayatılar, ağılar, vəsfi-hallar, laylalar, oxşamalar, yanıltmaclar və s.Folklorun epik növünün janrları: nağıllar, əfsanələr, lətifələr, dastanlar.Folklorun dramatik növünün janrları: xalq oyun-tamaşaları, kukla teatrı tamaşaları.
Nəğmələr – Lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.
Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun.
Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir.
Mahnılar. Bəzən nəğmələr də adlanan mahnılar nisbətən sonrakı dövrlərdə yaranmışdır. Mahnılar nəğmələrdən fərqli olaraq, musiqi ilə ifa olunur. “Qaragilə”, “Evləri var xana-xana”, “Apardı sellər Saranı”, “Ay bəri bax, bəri bax”, “Küçələrə su səpmişəm”, “Buleyli”, “İrəvanda xal qalmadı”, “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. ən məşhur xalq mahnılarıdır.
Bayatı. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da çoxdur. Bayatı dörd misradan ibarət olur: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bayatının qafiyə quruluşu bu şəkildə olur: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir. Vəsfi-hal da bayatı şəklində olur. Fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim nəğməsidir.
Layla. Ananın və ya nənənin körpə uşağı yatırmaq üçün beşik başında oxuduğu nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir. Məsələn:
Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Oxşamalar. Ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya “nazlama” da deyilir. Məsələn:
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Tapmacalar. İnsanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir və onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. “Mən getdikcə o da gedir”(Kölgə).
Atalar sözləri və məsəllər. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin “Divanu lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.
Məsəllər yığcamlığına və hikmətli məzmununa görə atalar sözlərinə oxşasa da, ondan fərqlənir. Atalar sözlərindən fərqli olaraq, məsəllərdə fikir bitkin olmur və müstəqil işlənə bilmir. Məsəl müəyyən bir hadisə və lətifə ilə bağlı olur və məzmunu yalnız müəyyən izahatdan sonra aydınlaşır. Məsələn: “Sən çaldın”, “Qələt yağ küpəsindədir” məsəlləri Molla Nəsrəddin lətifələri ilə bağlıdır.
Əfsanələr. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Epik növün bu janrı daha çox xalqın tarixini, dünyagörüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:
1. Heyvanlar, quşlar haqqında
2. Güllər, çiçəklər, ağaclar haqqında
3. Yer adları haqqında
4. Tayfa, el, xalq, nəsil haqqında
5. Səma cisimləri haqqında
6. Tarixi şəxsiyyətlər haqqında
7. Nizami mövzuları haqqında
8. Ailə-məişət məsələləri və dini baxışlar haqqında.
Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır.
Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını – ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır.
Nağıllar. Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və daha çox yayılmış janrıdır. Nağıllarda xalqın həyatı və məişəti dünyagörüşü və inancları, arzu və xəyalları əks olunmuşdur. Nağıllar mövzu və məzmunca iki növə bölünür: əfsanəvi nağıllar və realist nağıllar. Əfsanəvi nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Realist nağıllar daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Nağılların çoxu “biri varmış, biri yoxmuş” sözləri ilə başlanır və rəvayət şəklində söylənilir. Bəzən nağılların əvvəlində gülməli məzmunlu və qaravəlli adlanan giriş hissəsi də olur.
Lətifələr. Qaravəlli kimi yumoristik, satirik məzmun daşıyır.Lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor,həm də acı istehza və kinayə şəklində olur. Lətifələrin çoxu Molla Nəsrəddinin adı ilə bağlıdır. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə ilə bağlı yaranmışdır. Lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.
Dastanlar. Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divanu lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.
Şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Ədəbiyyatşünaslıqda dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr,həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şe”r parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bə”zən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir.Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,və “Qaçaq Nəbi”dir. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl” dastanları ən çox yayılmış məhəbbət dastanlarıdır. Məhəbbət dastanları, ən”ənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə-hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könül açan, şən məzmun daşıyır və müxəmməs şəklində olur.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır: Ü.Hacıbəyov -“Koroğlu”, Z.Hacıbəyov – “Aşıq Qərib”, M.Maqomayev – “Şah İsmayıl” və s. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə – XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.
Xalq dramları. Xalqın qədim adət və ənənələri ,mərasim və ayinləri əsasında yaranmış və bayramlarda, el şənliklərində icra edilmişdir. Xalq dramlarına xalq oyun- tamaşaları da deyilir. Ən qədim xalq oyun tamaşalarından biri “Kilimarası”dır. “Kosa-Kosa”, “Qodu-qodu”, “İki qardaş”, “Xəsis”, “Keçəl” oyun-tamaşaları da xalq dramlarıdır. Xalq dramlarında, adətən, nəsr və nəzm hissələri olur. Ailə-məişət mövzusunda da xalq oyun – tamaşaları vardır.
Aşıq yaradıcılığı. Azərbaycan şifahi xalq ədəbiyyatının ayrıca bir sahəsi-qolu da aşıq yaradıcılığıdır. Qədim dövrlərdə “ozan”, “dədə”, “varsaq”, “yanşaq” adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Aşıq həm də şifahi xalq ədəbiyyatı nümunələrinin ifaçısı, söyləyəni və yayanı kimi tanınır. Özləri şeir qoşub yazdıqları şerləri oxuyan aşıqlar ustad – yaradıcı aşıq adı ilə tanınırlar. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər belə ustad – yaradıcı aşıqlardır. Ustad aşıqların sənətini ifa edən, yayan aşıqlara isə ifaçı aşıq deyilir.
Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Əslən Qarabağın Cəbrayıl bölgəsindən olan aşıq Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.
Aşıq yaradıcılığında qoşma, gəraylı, təcnis, cığalı təcnis, divani, müxəmməs kimi janrlar daha çox yayılmışdır. Aşıq şerinin əsas mövzuları saf məhəbbət və təbiət mənzərələrinin təsviri və tərənnümüdür. Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.
Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiyaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi – qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan “doyunca içsin. “
“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.
Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb
Bakı. 29 dekabr. REPORT.AZ/ Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu sənəti gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu tərəfindən silsilə musiqi albomları buraxılır. “Report” xəbər verir ki, bu yaxınlarda institutun Folklor studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə işıq üzü görüb. İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır. Tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli, Elçin Abbasov, Miraslan Bəkirli və Elşad Məmmədovdur. Qeyd edək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.
Azərbaycan xalq dastanları 1-ci hissə
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng m?vzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, d?nya g?r?ş? və d?nya duyumu əksini tapır, davranışın ən incə psixoloji ?alarları a?ılır, torpağın. Ещё
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng m?vzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, d?nya g?r?ş? və d?nya duyumu əksini tapır, davranışın ən incə psixoloji ?alarları a?ılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, ?ayların, bulaqların sərinliyi, ??llərin, d?zlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və d?ş?ncələri, istək və arzuları b?t?n əlvan y?nləriylə tərənn?m olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və m?barizəsi tarixindən, ke?mişin şirin və acı təcr?bələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan ?ıxıb yurdun qəhrəmanlığı, g?c?, zəkası və insaniyyət timsalına ?evrilirlər. Azərbaycan xalq dastanları i?ərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və G?lgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən ?z sevgiləri – butaları uğrunda ?arpışırlar. Ona g?rə də həmin dastanlar bir n?v qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının h?dudunda dayanır, onların birindən digərinə ke?id mərhələsi təsiri bağışlayır. Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„H?seyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», “”Valeh Zərnigar “” dastanları yer almışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.