Press "Enter" to skip to content

M.ş.şirəliyevin bakı dialekti

Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərib. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları “Azərbaycan dilinin qrammatikası” (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət edib. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.

Bakı dialektində işlədilən 10 fərqli söz

Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik. Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik.Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir.

Bakı dialektində işlədilən 10 fərqli söz

Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar “zivə” deyirlər. “Zivədən paltarları yığ!” cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.

“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb.

Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.

Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.

Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.

Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.

Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.

Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.

Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.

Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı – şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

M.ş.şirəliyevin bakı dialekti

AKADEMİK MƏMMƏDAĞA ŞİRƏLİYEV VƏ DİALEKTOLOGİYA MƏSƏLƏLƏRİ

Azərbaycan dilçilik elminin inkişafında müstəsna xidmətləri olan dilçi alim, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Məmmədağa Şirəliyevin anadan olmasının 110-cu ildönümü tamam olur. Yubileyin qeyd edilməsi ilə bağlı Azərbayacan Respublikasının Prezidenti İlham Əliyev 19 iyul 2019-cu ildə Sərəncam imzalamışdır.

Dünya şöhrətli türkoloq, böyük Azərbaycan dilçisi, görkəmli akademik Məmmədağa Şirəliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. Dilçilik sahəsində tədqiqatlarının genişliyi ilə seçilən görkəmli alim müraciət etdiyi hər bir mövzunu zəngin faktlarla, mükəmməl nəticələrlə tamamlamışdır. O, sistemli şəkildə dialektologiya ilə məşğul olsa da, dilçiliyimizin elə bir sahəsi yoxdur ki, ora müraciət etməsin və həlli yollarını göstərməsin. M.Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanmasında müstəsna rolu var. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. Görkəmli elm xadiminin adı ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat və b. sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla çəkilir. Onun elmi yaradıcılığı, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. Buna görə də, elmi yaradıcılığı Azərbaycan dilçiliyinin böyük bir mərhələsini təşkil edən akademik Məmmədağa Şirəliyev dilçilik sahəsində məktəb yaratmış alimlərimizdən biridir. Alim ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr etmişdir. Alim bu sahədəki tədqiqatlarının nəticəsi olaraq 200-dən çox elmi əsərin, o cümlədən 10-a yaxın kitabın, 20-dən çox kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri olmuşdur.

Bu korifey dilçinin yaradıcılığı kifayət qədər monoqrafik material verir. Bu məqalədə akademik M.Ş.Şirəliyevin zəngin və çoxşaxəli elmi yaradıcılığının konkret bir istiqamətinə – dialektologiya məsələlərinə toxunacağıq.

Bəri başdan vurğulamaq lazımdır ki, Məmmədağa Şirəliyevin bir dialektoloq kimi formalaşmasında Bəkir Çobanzadənin müstəsna xidmətləri olmuşdur. O, Azərbaycan dilinin dialekt və şivələrinin inkişaf tarixinə diqqət yetirir, onu digər türk dilləri ilə müqayisəli şəkildə tədqiqata cəlb edir. Amansız repressiyanın qurbanı olan Bəkir Çobanzadə dialektologiya və bu sahədəki yarımçıq qalan tədqiqatların tamalanması işini öz xələfinə – Məmmədağa Şirəliyevə həvalə etmişdir. Unutmaq olmaz ki, 30-cu illərin əvvəllərindən dialekt və şivələrimizin monoqrafik tədqiqi işinə başlanılmışdır. Lakin repressiyalar və sonra da İkinci Dünya müharibəsi araşdırmaların ləngiməsinə səbəb olmuşdur. Belə bir dövrdə istedadlı dialektoloq kimi yetişməkdə olan M.Şirəliyev professor Bəkir Çobanzadənin tövsiyəsinə sadiq qalaraq öz fəaliyyətini birdəfəlik dialektologiya elminin inkişafına yönəltmişdir.

Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilmiş və heç bir tərəddüdsüz o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dialektologiyaya həsr olunmuş sonrakı hər bir araşdırma da M.Şirəliyevin “Bakı dialekti” monoqrafiyasından faydalanmışdır. M.Şirəliyevin bu tədqiqat əsəri nəinki Azərbaycanda, eləcə də digər türk respublikalarında dialektoloji araşdırmalar, xüsusilə monoqrafik tədqiqatlar üçün bir nümunə rolunu oynamışdır. Buna görə də Azərbaycan ictimaiyyəti M.Şirəliyevi Azərbaycan dialektologiyası məktəbinin yaradıcısı kimi qiymətləndirir.

M.Şirəliyev Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının da banisidir. Maraqlıdır ki, hələ 1941-ci ildə M.Şirəliyev rus dilində çap etdirdiyi bir məqaləsində ilk dəfə olaraq Azərbaycan dialektlərinin təsnifini coğrafi prinsip əsasında aparmış və bu bölgü sonralar, 1959-cu ildə UNESCO-nun “Fundamental turcica” əsərində öz əksini tapmışdır. M.Şirəliyev, həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının da müəllifidir. Akademik Bolqarıstanda türk kəndlərini gəzərək zəngin material toplamış və həmin materiallar əsasında “Türk dialektologiyası” əsərini ərsəyə gətirmişdir.

M.Şirəliyev müharibənin gərgin dövründə – 1942-ci ildə ali məktəblər üçün Azərbaycan dialektologiyası fənnindən ilk dəfə proqram və dərs vəsaiti “Azərbaycan dialektologiyası” I hissəsini (6), II hissəsini isə 1943-cü ildə çap etdirmişdir.

1945-ci ildə Azərbaycanda Elmlər Akademiyasının təşkil olunması və ondan az sonra Dilçilik İnstitutu yaradılarkən açılan üç şöbədən birinin dialektologiya şöbəsi olması və uzun müddət akademik M.Şirəliyevin bu şöbəyə rəhbərlik etməsi daim bu şöbənin öz elmi fəaliyyətilə öndə getməsinə və dilimizin dialekt və şivələrinin öyrənilməsində respublika elminə rəhbərlik etməsinə stimul vermiş oldu. M.Şirəliyevin dialektologiya sahəsində elmi tədqiqatları canlandırmaqla dialektoloqların hazırlanmasında da xidmət göstərmişdir. O, Musa Adilov, Musa İslamov, Məmməd Qasımov, Müseyib Məmmədov, İsmayıl Məmmədli və başqa alimlərin elmi rəhbəri olmuşdur. Həmçinin türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və doktorları yetişmişdir.

Akademik M.Şirəliyev tez-tez ekspedisiya yolu ilə Azərbaycan dialektlərini öyrənmək üçün 1933-1958-ci illərdə fasilələrlə Qafqaz ərazisində, o cümlədən Azərbaycanın rayonlarında elmi səfərlərə başçılıq etmiş, 400-dən artıq şəhər, qəsəbə və kəndindən dil materialı toplamışdır.

Bu materiallar Azərbaycan dili dialekt və şivələri ilə bağlı sanballı kitabların və Azərbaycan dilinin dialektoloji atlasının meydana çıxması üçün əsaslı zəmin yaradırdı. 50-ci illərdə müqayisəli-tarixi metoddan istifadə üçün geniş imkanlar yaranmışdı. Bu dövrə qədər təsviri şəkildə davam etdirilən dialektoloji tədqiqat işlərində 50-ci illərdən başlayaraq müqayisəli metoda geniş yer verilir, müqayisəli və tarixi-müqayisəli metodlardan lazımi şəkildə istifadə edilir, Azərbaycan dilinin dialekt və şivə faktları yeri gəldikcə müasir türk dilləri və türk dillərinin qədim abidələri ilə müqayisəli şəkildə öyrənilir.

Cəlb edilən elmi qüvvələrin topladığı materiallar əsasında 1962-ci ildə M.Şirəliyevin ümumiləşdirici “Azərbaycan dialektologiyasının əsasları” kitabı ilk dəfə nəşr olunur. 1968-ci ildə isə təkrar nəşr edilir. Akademik M.Şirəliyevin bu fundamental əsəri 1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülür. Yeri gəlmişkən qeyd edək ki, M.Şirəliyevin bu əsəri ölkə Prezidentinin xüsusi Sərəncamı əsasında 2008-ci ildə yenidən nəşr edilmişdir.

Əsərdə ədəbi dilimizlə müqayisə əsasında dialekt və şivə qruplarına aid fərqli fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərin ətraflı şərhi verilmişdir. Burada çox qədim dövrlərlə bağlı olan bir sıra arxaik elementlərin ilkin tədqiqi də xüsusi əhəmiyyətə malik idi. M.Şirəliyev əsərdə ümumtürk leksik qatı ilə yanaşı, şivə leksikası içərisində qədim alınmalara da diqqət yetirmiş, onların şivə tələffüz tərzinin Azərbaycan dili qanunları ilə bağlı izahını vermişdir. Dialekt və şivələrimizi fərqləndirən əsas əlamətlər xalqımızın təşəkkülündə iştirak etmiş aborigen türk tayfalarının ümumxalq dilinin qollarında sabitləşmiş qədim izləridir. Eradan əvvəlki minilliklərdən Azərbaycanda kök salmış aborigen türk tayfalarının və onların dillərinin ümumxalq Azərbaycan dilinin təşəkkülündə rolu əsas olmuşdur.

Akademik M.Şirəliyevin ən böyük xidmətlərindən biri də türkologiya tarixində ilk olaraq “Azərbaycan dilinin dialektoloji atlası”nı yaratmasıdır. M.Şirəliyevin təşəbbüsü, rəhbərliyi və iştirakı ilə hazırlanan atlas türkoloji aləmdə bu sahədə atılan ilk və uğurlu addımdır. Hələ tərtib proqramı 1958-ci ildə hazırlanmış dialektoloji atlasın ərsəyə gəlməsi uzun illərin və böyük zəhmətin bəhrəsi idi. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlamış və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olmuşlar. Bu atlasın redaktorları akademik M.Şirəliyev və professor M.İslamovdur.

Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də akademik M.Şirəliyevin dəyərli xidmətləri olmuşdur. Belə ki, o, 1964-cü ildə çapdan çıxmış bircildlik Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olmuşdur. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci ildə ikicildlik kimi nəşr olunmuşdur.

Akademik M.Şirəliyevin Naxçıvan Muxtar Respublikasının da dialekt və şivələrinin öyrənilməsində danılmaz xidmətləri və əvəzedilməz əməyi var. Belə ki, onun Naxçıvan dialekt və şivələrin xüsusiyyətləri haqqında 1949-cu ildə nəşr etdirdiyi “Naxçıvan dialekti” (ümumi qeydlər) məqaləsi diqqəti özünə cəlb edir. Burdan aydın olur ki, Naxçıvan Azərbaycan Respublikasının dialektoloji baxımdan zəngin bölgələrindən biridir.

Cənub qrupuna daxil olan Naxçıvan dialekt və şivələri hələ keçən əsrdən özünəxas xüsusiyyətinə görə dialektoloq-alimi özünə cəlb etmişdir. M.Şirəliyevin rəhbərliyi ilə beş il müddətində (1950-1955) Naxçıvan MR-in Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarının müxtəlif kəndlərindən ekspedisiya yolu ilə külli miqdarda dialektoloji materiallar toplanmışdır. Əldə edilən dil faktlarının təhlili və müqayisəsi nəticəsində M.Şirəliyevin redaktorluğu ilə 1962-ci ildə “Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri” adlı əsər meydana gəlmişdir. Həmçinin M.Şirəliyev dialekt materialları əsasında dilimizdə mühafizə olunan qıpçaq xüsusiyyətlərini müəyyən etmiş, qədim qıpçaq yazılı abidələri və müasir qıpçaq dilləri ilə müqayisələr aparmışdır. Bəhsi keçən əsər kollektiv əməyin nəticəsi olaraq meydana çıxmışdır.

Naxçıvan dialekt və şivələri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Lakin bu dialekt və şivələri birləşdirən bir sıra ümumi cəhətlər də mövcuddur ki, bunlar Naxçıvan qrupu dialekt və şivələrini Azərbaycan dilinin digər dialekt və şivələrindən ayırır.

Məmmədağa Şirəliyev eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi Azərbaycan xalqının yaddaşına həkk olub.

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi,

fəlsəfə doktoru, dosent

Azərbaycan dialektologiyası məktəbinin qurucusu – akademik Məmmədağa Şirəliyev

Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirib, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu olub. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev 2019-cu il 19 iyul tarixli Sərəncamına əsasən, akademik Məmmədağa Şirəliyevin 110 illiyi respublika səviyyəsində qeyd edilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 19-u görkəmli dilçi alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin doğum günüdür.

Məmmədağa Şirəliyev 1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində doğulub. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Ömrünün iki ilini Ağdam rayonunda dil-ədəbiyyat müəllimi işlədikdən sonra 1933-cü ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasına qəbul olub. Aspirantura illərindən sonra həmin institutda Azərbaycan dili fənnindən dərs deyib.

Ömrünün 30 ilindən çoxunu respublikamızın müxtəlif ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxuyub. 1933-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəllim, dekan müavini, dekan, 1941-1945-ci illərdə və 1949-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı, universitetin rektor müavini, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. Məmmədağa Şirəliyev ali məktəblərdə yüksək vəzifələr tutsa da, onun 1950-ci illərdən sonrakı fəaliyyəti (1950-1991) Azərbaycan dilçilik elminin inkişafı və zənginləşməsi işinə həsr olunub. Məmmədağa Şirəliyev 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir, 1962-ci ildə isə həqiqi üzvü seçilir, 1960-cı ildə Azərbaycanın Əməkdar elm xadimi adına, “Azərbaycan dialektologiyasının əsasları” monoqrafiyasına görə 1972-ci ildə Dövlət mükafatına layiq görülüb. Məmmədağa Şirəliyev 1944-cü ildə “Qafqazın müdafiəsinə görə” və “Əmək igidliyinə görə” medalları ilə, 1946-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1954-cü ildə “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Akademikin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin yaranması, inkişafı və çiçəklənməsində böyük xidmətlər göstərib. Görkəmli elm xadiminin adı dialektologiya, ədəbi dil tarixi, müasir Azərbaycan dili, türkoloji dilçilik, ümumi dilçilik, Azərbaycan dilinin qrammatikası və habelə nitq mədəniyyəti, orfoepiya məsələləri, üslubiyyat, Azərbaycan dilinin dialektoloji atlasının və başqa sahələrdən hər birinin mötəbər tədqiqatçıları sırasında iftixarla, şərəflə çəkilir. Onu elmi yaradıcılığı, elmi irsi, türkologiya elminin ən dəyərli əsərləri sırasına daxildir. Məmmədağa Şirəliyev 200-dən çox elmi əsərin, 8 kitabın müəllifi, 21 kollektiv monoqrafiyanın əsas müəlliflərindən biri və redaktoru olub.

Dilçiliyimizin əksər sahələrinin yaranıb zənginləşməsində Məmmədağa müəllimin özünəməxsus, seçilən xidmətləri olsa da, o, dilçilik arenasında daha çox görkəmli dialektoloq kimi tanınıb, bu sahə ona dünya şöhrəti qazandırıb. Onun 1941-ci ildə müdafiəyə namizədlik dissertasiyası kimi təqdim etdiyi “Bakı dialekti” araşdırması Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və o, birbaşa filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. O, haqlı olaraq Azərbaycan dialektologiyası məktəbinin qurucusu sayılır. Bu gün onun bu sahədəki “Bakı dialekti” (1949, 1957), “Azərbaycan dialektologiyasının əsasları” (1962, 1968, 2006), “Dialektı i qovorı Azerbaydjanskoqo yazıka” (1983) və başqa əsərləri Azərbaycan dilçiliyinin nadir nüsxələrə çevrilmiş inciləri sırasındadır. M.Şirəliyev, həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Onun rəhbərliyi və şəxsi təşəbbüsü ilə Azərbaycan dialektoloqları bu işə başlayıb və 20 il gərgin əmək sərf etməklə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”nı 1990-cı ildə nəşr etdirməyə müvəffəq olublar.

Elmi fəaliyyəti ilə yanaşı, Məmmədağa Şirəliyev həm də pedaqoji işdə, təhsil sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərib. Onun professor Muxtar Hüseynzadə ilə birgə yazdıqları “Azərbaycan dilinin qrammatikası” (II hissə, sintaksis) orta məktəb dərsliyi 1940-cı ildən çap olunmağa başlayaraq 50 ildən artıq müddətdə tədris işinə alternativsiz xidmət edib. Həmin dərslik bu gün də elmi-pedaqoji dəyərini saxlamaqdadır.

Azərbaycan dilinin dialektoloji lüğətlərinin tərtibi və nəşri sahəsində də M.Şirəliyev dəyərli xidmətlər göstərib. O, 1964-cü ildə çapdan çıxmış bircildlik “Azərbaycan dilinin dialektoloji lüğəti”nin redaktoru olub. Sonralar bu lüğətin sözlüyü artırılaraq Ankarada 1999-2000-ci illərdə ikicildlik kimi nəşr olunub. Görkəmli elm xadiminin Azərbaycan dilinin tətbiqi məsələlərinə aid dəyərli araşdırmaları və kitabları var. Onun əlifba, terminologiya, orfoqrafiya, durğu işarələri, orfoepiya, bədii əsərlərin dili, nitq mədəniyyəti, lüğətçilik və dilçilik məsələlərinə aid apardığı tədqiqatlar Azərbaycan dilçiliyini zənginləşdirib.

Akademik yüksəkixtisaslı dilçi kadrların, xüsusən dialektoloqların hazırlanmasında da xidmətləri böyükdür. O, onlarla doktorların elmi məsləhətçisi və 40-dan yuxarı elmlər namizədinin elmi rəhbəri olub. Həmçinin onun rəhbərliyi ilə türkdilli respublika və vilayətlərdə çoxlu elmlər namizədi və elmlər doktorları yetişib.

Görkəmli elm adamı Məmmədağa Şirəliyev 1991-ci il aprelin 19-da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Dünyaşöhrətli türkoloq, böyük Azərbaycan dilçisi Məmmədağa Şirəliyevin əziz xatirəsi heç bir zaman unudulmayacaq, həmişə məhəbbətlə yad ediləcək, elmi ictimaiyyətin, onun tələbələrinin və onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.