Press "Enter" to skip to content

Məhəmməd Rəsulzadə

Hərəkatın xarici işlər üzrə koordinatoru Adnan Hacızadənin sözlərinə görə, hökumətin Rəsulzadə adını “Azərbaycan tarixində kölqədə qoymaq cəhdləri” siyasi bir qərardır, “çünki Rəsulzadənin adı Müsavat partiyasının yaradılması ilə əlaqədardır və hal-hazırda da Müsavat partiyası müxalif mövqedədir”.

Məhəmməd Əmin Rəsulzadənin məktubları muzeyə təqdim edildi

Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

16.05.2018 ~ 08.03.2023

Məhəmməd Əmin Rəsulzadənin Tarix Muzeyinə hədiyyə edilmiş məktublarının təqdimatı olub.

Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

Azərtac İnformasiya Agentliyinin yazdığı xəbərə görə, təqdimat mərasimində muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov S.Təkinər haqqında məlumat verib. Qeyd edilib ki, o, Türkiyədə tanınan azərbaycanlı mühacirlərdən biridir. S.Təkinər həm ədəbiyyatçı, jurnalist, həm də publisist kimi fəaliyyət göstərib.

S.Təkinərin Bakıda yaşayan varisləri tərəfindən muzeyə hədiyyə edilmiş məktublar 1950-1955-ci illərdə yazılıb. Bildirilib ki, bu məktublarda M.Ə.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr barədə fikirlərini S.Təkinər ilə bölüşür. Həmin məktublar uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. Cümhuriyyətin tarixi barədə danışan akademik muzeyə təqdim edilən məktubların elmi araşdırmaların aparılmasında önəmli tarixi mənbələr olduğunu vurğulayıb.

Tədbirdə “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşünü əks etdirən fraqmentlər göstərilib.

Məktubları muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.

Məhəmməd Rəsulzadə

Məhəmməd Rəsulzadə проживает в городе Баку, Азербайджан. Родной город – Баку. Знак зодиака Рыбы. Из открытых источников получены следующие сведения: информация о высшем и среднем образовании, родственниках.

Страна: Азербайджан
Город: Баку
Место рождения: Баку
Возраст: нет данных
Дата рождения: 14 марта
Знак зодиака: Рыбы
Семейное положение: влюблён

Родственники

Имя Степень родства Дата рождения
Тарлан Мамедов брат 18 декабря 1994 года
Камран Аскеров брат 15 августа 1905 года

Место жительства

Среднее образование

№179 Азербайджан, Баку

Высшее образование

AGNA (АГНА (бывш. АзИНЕФТЕХИМ)), дата окончания: не указана Азербайджан, Баку

Социальные сети

Facebook нет данных
Twitter нет данных
Instagram нет данных
ВКонтакте id184818193
Одноклассники нет данных
Мой Мир@Mail.ru нет данных

Источник информации

Информация получена из общедоступного открытого источника.
За достоверность информации сайт ответственность не несет.

Если это ваша анкета, то вы можете ее удалить. Перейти к удалению анкеты

Məmmədəmin Rəsulzadə və Heydər Əliyev rəqabətinin səbəbi nədir?

Heydər Əliyevin Mexikoda Azərbaycan hökuməti tərəfindən 4 milyon dollara abadlaşdırılmış parkdakı heykəli ötən həftə sonu narazılıqlara görə götürülüb.

Yanvarın 31-i Məmmədəmin Rəsulzadənin doğum günüdür. Xalq Cümhuriyyəti (AXC) qurucusunun 129 illik yubileyini qeyd etmək üçün dövlət səviyyəsində tədbirlər planlaşdırılmır və hökumət tənqidçiləri Rəsulzadəyə ölkədə hələ də heykəl qoyulmamasını ona qarşı “qısqanclıq” kimi qəbul edirlər.

Hakimiyyət isə qısqanclıq versiyalarını rədd edir və deyir ki, Rəsulzadə ilə “müasir Azərbaycan dövlətinin banisi” Heydər Əliyevi eyniləşdirmək olmaz.

Prezident İlham Əliyev 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətini cinayətdə ittiham edib.

“Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək . idi. Bu, cinayət idi”, tarix üzrə fəlsəfə doktoru olan prezident İlham Əliyev dekabrın sonlarında bir tədbirdə belə demişdi.

Çıxışlarında öz atası haqqında “ulu öndər” deyərək danışan İlham Əliyevin AXC-ə bu yanaşması, bir çoxlarına görə, hakimiyyətin məqsədyönlü şəkildə mərhum prezident Heydər Əliyevin Azərbaycan tarixində daha vacib yer tutduğunu göstərmə cəhdidir.

Azərbaycan hökumətinin əli çatdığı ölkələrdə Heydər Əliyevə heykəllər qoyulduğu halda, Rəsulzadəyə öz vətənində bir heykəl belə qoyulmaması bəzilərini qıcıqlandırır.

Bəs Məmmədəmin Rəsulzadə və Heydər Əliyev arasında tarixi rəqabətin səbəbi nədir?

1911-ci ildə Məmmədəmin Rəsulzadənin yaratdığı Müsavat partiyasının hazırkı başqanı İsa Qəmbər bunu qisasçılıq, “başqasını qəbul etməməklə bağlı bir yanaşma” adlandırır.

“Məmməd Əmin Rəsulzadənin azərbaycanlılar üçün həddindən artıq önəmli dəyərlər olması indiki hakimiyyəti narahat edir”, BBC Azərbaycancaya müsahibəsində o, deyib.

“Bu rejim təbii ki, müqayisədə cümhuriyyət qurucularına hər baxımdan uduzur. Heç bir tarixi olmayan, heç bir legitim təqdimatı olmayan bu rejim, bu insanlar təbii ki, özlərinin ictimai təqdimatı üçün digər təqdimatları, digər dəyərləri sıradan çıxarmaqda maraqlıdırlar.”

Respublikaçı Alternativ (REAL) siyasi hərəkatının sədri İlqar Məmmədov hesab edir ki, AXC “bu rejimin nəzarət edə bilmədiyi bir mənəvi avtoritet mənbəyidir. ”.

“Və nəzarət edə bilmədiyi hər şey, olsun tarix, olsun şəxs, olsun siyasi partiya, olsun futbol klubu, olsun musiqi ifaçısı, bu rejimdə qıcıq doğurur”, o, BBC Azərbaycancaya deyib.

Hökumətin Bakı Dövlət Universitetindən Rəsulzadənin adını götürməsi də cümhuriyyət banisinin adını kölgədə qoyma cəhdi kimi qiymətləndirilir.

Bakı Dövlət Universiteti

1919-cu il cümhuriyyət hökumətinin təşəbbüsü ilə yaradılan universitetə 1991-ci ildə Rəsulzadənin adı verilsə də, bu ad sonradan götürülüb.

İnsan Hüquqları klubunun sədri Rəsul Cəfərov üçün Rəsulzadə adının universitetdə olması mənəvi cəhətdən “əhəmiyyətli” idi, çünki həmin təhsil müəssisəsinin yaranmasında onun rolu böyük olub.

“. O vaxt deyirdilər ki, ad ona görə çıxarılıb ki, universitetdə ad olmaz. Amma təəssüflər olsun ki, bunun əksi var. Bu gün aeroport və bir çox digər yerlərə Heydər Əliyevin adını veriblər.”

Hökumət universitetlərin kiminsə adı ilə bağlı olmasını Sovet təbliğatı və ənənəsinin qalığı hesab edərək adları ləğv etməyi qərara alıb, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı izah edir.

Lakin bu ali təhsil müəssisəsinə Heydər Əliyevin adının verilməsi də mümkündür, bunu keçən il BDU-nun rektoru Abel Məhərəmmov deyib.

“Heydər Əliyev Bakı Dövlət Universitetinin, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. Biz bu məsələni siyasi müstəvidə qaldıra bilərik”, universitetin rəhbəri belə hesab edir.

Cümhuriyyət hökumətinə cəmiyyətin marağını cəlb edən məqamlardan biri də onun insanlara həm müstəqillik, həm də azadlıq verməsidir, ADR tarixini araşdıran tarixçi Cəmil Həsənli belə hesab edir.

Onun sözlərinə görə, bu gün Azərbaycan müstəqil olsa da azad ölkə deyil.

“Bu insanlar (cumhuriyyət qurucuları) heç vaxt dövlət hakimiyyətinə qazanc mənbəyi kimi baxmırdılar, rüşvət və korrupsiya mənbəyi kimi baxmırdılar”, o deyir.

Qara daşlar və fontanlar

Başqa narazılıq doğuran bir məqam da universitetin həyətində, Rəsulzadənin büstünün qoyulacağı yerdə, büst əvəzinə hələ də kiril əlifbası ilə “Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır” yazılı qara məlumat daşının olmasıdır.

Eks prezident Əbülfəz Elçibəyin göstərişi ilə paytaxtın mərkəzi hissələrindən birində Məmmədəmin Rəsulzadəyə heykəl qoyulması göstərişi verilsə də, həmin yerdə sonradan Rəsulzadənin büstü yox, fontan tikilib.

Şəklin alt yazısı,

Bakının bir çox meydanlarında Heydər Əliyevin heykəlinə rast gəlmək mümkündür.

Heykəltaraş Eldar Ömərov tərəfindən hazırlanan heykəl isə indiyədək onun emalatxanasında qalıb.

YAP yetkilisi Mubariz Qurbanlıya görə, artıq cumhuriyyət qurucuları üçün abidə mövcuddur və Rəsulzadə üçün abidənin ucaldılması digər cümhuriyyət yaradıcıları üçün də bunun edilməsini zəruriləşdirir.

“Cumhuriyyət təkcə Rəsulzadə ilə bağlı deyil.Təkcə ona heykəl qoymaq ədalətsizlik olardı. Bundan başqa insanlar təkcə abidələrlə təbliğ olunmurlar.”

Buna baxmayaraq, mərhum prezident Heydər Əliyevin heykəl və büstlərinə park, meydan və müəssisələrdə, hətta bəzi xarici ölkələrin mərkəzi parklarında tez-tez rast gəlinir.

Bundan başqa, çox olmasa da, bir çox başqa məşhur şəxsiyyətlərə heykəllər də ucaldılıb, hətta Koroğlu kimi əfsanəvi şəxsiyyətə belə.

Nazirlər Kabinetinin qərarı ilə isə tezliklə Bakıda bəstəkar Qara Qarayevin demək olar ki, bir milyon manata başa gələcək abidəsi ucaldılacaq.

Gənclər və Rəsulzadə

Bir çoxları Rəsulzadə və cümhuriyyət hökumətinin hazırkı hakimiyyətdən lazımi diqqət almadığını iddia etsə də, bunun gənc nəsilə təsir etmədiyi müşahidə olunur.

Əsası gənc fəallar tərəfindən qoyulan OL hərəkatı 2009-ci ildə Rəsulzadə və Azərbaycan Demokratik Respublikasının (ADR) adının xatırlanması ilə bağlı bir neçə flaşmob keçirib.

Hərəkatın xarici işlər üzrə koordinatoru Adnan Hacızadənin sözlərinə görə, hökumətin Rəsulzadə adını “Azərbaycan tarixində kölqədə qoymaq cəhdləri” siyasi bir qərardır, “çünki Rəsulzadənin adı Müsavat partiyasının yaradılması ilə əlaqədardır və hal-hazırda da Müsavat partiyası müxalif mövqedədir”.

“Onların qurduğu cəmiyyət indikindən daha liberal idi, daha demokratik dəyərlərə yaxın idi. Üstündən 90 ildən çox keçsə də biz heç də onların tutduğu quruluşu heç bərpa edə bilməmişik”, Hacızadə deyir.

Bu gunki fəaliyyətində isə OL yaratmış olduğu Azad Fikir Universitetində mümkün qədər daha çox Rəsulzadə və cumhuriyyətin müzakirə olunmasına çalışır.

İslahatçı Gənclər ictimai birliyinin sədri Fərid Şahbazlı qısqanclıq məsələnin müxalif fikirli adamların ortaya çıxardığı hesab edir.

Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, bu günki müstəqil Azərbaycan 1918-ci ildə qurulmuş ADR-in varisidir, Şahbazlı belə düşünür.

“Rəsulzadə ilə Heydər Əliyevi müqayisə eləmək, bu iki tarixi şəxsiyyəti üz-üzə qoymaq cəhdindən başqa bir şey deyil. Düzdür, Heydər Əliyevlə bağlı müəyyən tədbirlər keçirilir. Bu da onun haqqıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir, memarıdır. Axı eyni tipdə tədbirlər Rəsulzadə ilə bağlı da keçirilir. Bununla bağlı ayrı-seçkilik yoxdur”.

Birlik 2013-cü ili Heydər Əliyev ili elan edib.

2008-ci ildə isə Dalğa Gənclər Hərəkatı prezidentə müraciət edərək Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı lazımi göstərişlərin verməsini xahiş etmişdi.

Hərəkat üzvlərinin yeddi təklifi arasında həm də Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması və Universitetin önündə onun büstünün qoyulması, Rəsulzadənin ev muzeyinin yaradılması və bu muzeyə dövlət səviyyəsində qayğının göstərilməsi də yer almışdı.

Psixoloq rəyi

“Bəs Heydər Əliyev haqqında bugünki sözlər, çağırışlar, deyimlər nədir? Azərbaycan dövlətinin banisi. Azərbaycan müstəqiliyinin banisi. Bu da daha çox şahlara, monarxik üsul-idarəyə aid bir şeydir ki, öz hakimiyyətinin legitimliyi, onun ilahidən, yüksəkdən gəldiyi, doğal bir şey olduğunu əsaslandırmaq istəyirlər”, psixoloq deyir.

Hökumətin məhz Rəsulzadəyə bu qədər həssas yanaşmasının səbəbi ictimiyyətin onu birbaşa istiqlaliyyət gətirən, dövlətçilyin, respublikaının əsasını qoyan rəmz kimi qəbul etməsidir, Lomonosov adına Moskva Dövlət Universitetinin siyasi psixologiya üzrə magistrı Samirə Qasımlı belə hesab edir.

Qasımlıya görə, hökumətin bu günki təbliğatının məqsədi odur ki, gələcək nəsillər Azərbaycan respublikası, istiqlaliyyət deyəndə məhz Heydər Əliyevi xatırlasınlar.

Lakin Dalğa gənclər hərəkatından Ramin Hacılının müşahidələrinə görə, son bir neçə ildə hakimiyyətin siyasətində dəyişiklik var.

Belə ki, Rəsulzadə adı bir sıra orta səvviyəli tədbirlərdə artıq çəkilməyə başlayıb. Hacılının fikrincə, bu da AXC liderinin sosial mediada gənclər tərəfindən tez-tez rəğbətlə müzakirəsi nəticəsində baş verib.

“Hökumət gördü ki, sosial şəbəkələrə təsir etmək olmur və insanlar Rəsulzadəyə böyük rəğbət bəsləyirlər. Dövlət istəsə də, istəməsə də sadə vətəndaşlar Rəsulzadəni qabardırdı. Onlar bu məsələdə vətəndaş cəmiyyətinin irəli getməsini istəmədilər. Ona görə başladılar sahib çıxmağa. Hələki, niqtlərdə konkret onun adını çəkməklə kifayətlənirlər. Başqa addım atmırlar”.

İqtidar partiyasından Mübariz Qurbanlı indiki hakimiyyətin Rəsulzadə və cümhuriyyət hökumətinə qısqanclıqla yox, əksinə böyük hörmətlə yanaşdığını deyir.

Onun fikrincə, cümhuriyyət və indiki hökuməti bir-biri ilə müqayisə etmək məntiqsizdir.

“O dövr cumhuriyyəti və onun liderləri başqa, 1990-ci illərin əvvələrində qurulan Azərbaycan və onun lideri başqa. Onları bir-biri ilə bağlamaq olmaz”.

“Heç kəs cumhuriyyət dövrünü Heydər Əliyev adı ilə bağlamağa çalışmır. Mümkün də deyil. Rəsulzadəni də indiki dövr Azərbaycanı və bu gün Azərbaycanın əldə etdikləri ilə bağlamaq olmaz. Axı onun və cumhuriyyət qurucularının bugünki Azərbaycanın qurulmasında rolu olmayıb. Biz bununla Heydər Əliyevin rolunu danmış oluruq”, Mübariz Qurbanlı deyir.

Yanvarın 21-i Prezident Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi və yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.