Macarıstanı necə tərk edə bilərəm
Macarıstan isti bulaqlarına görə Avropanın ən iri kurortlarındandır. Burada təqribən yüzə yaxın isti bulaq var. Onlar 40 növ xəstəliyə çarədir. Bu müalicəvi suların faydalı xüsusiyyətini ilk dəfə Roma imperiyası kəşf eləmişdi. O zaman Budapeştin yerində romalı sürgünlər yaşayırdı. Burada yaralı legionerləri müalicə edirdilər. Budapeştin bir çox otelində müalicəvi su bulaqları var. Ən qədim və gözəl çay hamamlarından biri Qellertdir. Onun xüsusi gözəlliyi ondadır ki, şəhərin ən qədim məkanlarından olan Azadlıq körpüsünün yanında yerləşir. Çay hamamı müştərilərə geniş xidmət spektri təklif edir: müalicəvi vannalar, palçıqla müalicə, sualtı masaj, inqolyasiya və s. Cakuzi və hovuzlarla yanaşı, damda tikilən solyarilər də çox məşhurdur. Daha bir məşhur dəniz hamamı Seçenidir. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır.
Kayzen
Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir
- Bloq: ekoibrahim
- 12 dekabr 2015, 11:07
Növbəti müsahibimiz hazırda Macarıstan dövlətinin təqaüd proqramı əsasında Sent İştvan Universitetində Menecment və Biznes İdarəetməsi üzrə doktoranturada təhsil alan Nicat Hüseynovdur. Gənc tədqiqatçımızla səmimi müsahibəmizi Sizə təqdim edirik.
– Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?
İlk növbədə, mənim təcrübəmi gənclərlə bölüşdüyünüzə görə dərin minnətdarlığımı bildirirəm. İstər bakalavr, istərsə də magistr təhsili alarkən bir sıra ölkələrin təshil sistemləri ilə maraqlanmışdım. Macarıstan ən çox diqqətimi cəlb edən ölkələrdən biri idi. Avropada yerləşməsinə baxmayaraq, bizim bir sıra oxşar cəhətlərimiz mövcuddur. Dünyada baş verən iqtisadi və sosial proseslər zəminində Macarıstanın qazandığı təcrübəni olduqca maraqlı hesab edirəm. Bu təcrübəni daha dərindən öyrənmək üçün ən münasib yol təhsildir.
-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?
Heç kəsə sirr deyildir ki, uzaq bir diyara gedərkən, tələbələr müəyyən məsələrlə bağlı tərəddüdlər yaşayır. Səfərin gedişatı, yerləşmə kimi digər texniki məqamlar insanı düşündürür. Ölkəni tərk etmədən öncə məndə məlumat var idi ki, təyin olunmuş vaxtda məni, hava limanında universitetin əməkdaşı qarşılayacaq. Sadəcə olaraq elə alındı ki, mənim uçuşum texniki səbəblərdən dolayı gecikməli oldu. Lakin, səhər radələrinə və uçuşun ləngiməyinə baxmayaraq həmin şəxsin hələ də gözləməsi məni çox sevindirdi. Yataqxanaya çatmaq və yerləşmək düşündüyümdən də asan və rahat oldu.
– İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Doktorantura təhsili üçün Sent İştvan Universitetini seçməyinizin əsas səbəbləri nə idi?
Bakalavr və magistr təhsilini bitirdikdən sonra, elmi fəaliyyətimi davam etdirmək məqsədi ilə doktorantura pilləsi ilə maraqlanmağa başladım. Digər təhsil pillələri ilə müqayisədə dokotoranturaya qəbul almaq olduqca fərqli bir təcrübədir. Seçdiyiniz istiqamət üzrə elmi rəhbərin tapılması ən mühüm məqamlardan biridir. Mənim ixtisasım maliyyə olmasına baxmayaraq, makroiqtisadi miqyasda araşdırma aparmaq əsas məqsədlərimdən biri idi. Məhz bu minvalla, uzun sürən araşdırmalardan sonra mənim gələcək elmi fəaliyyətimlə birbaşa əlaqəli olan elmi rəhbəri tapa bildim. Onun 40 ildən çox təcrübəsi məni olduqca heyrətləndirdi. Məhz ona görə Sent İştvan Universitetini seçdim.
– Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?
Azərbaycan və Macarıstanın malik olduğu təhsil sisteminin özünə məxsus oxşar və fərqli cəhətləri mövcuddur. Doktorantura pilləsi üzrə təshil daha çox fərdi münasibətlər üzərində qurulduğu üçün tələbə ilə elmi rəhbər arasındakı əməkdaşlıq ən önəmli məqamlardandır. Elmi rəhbərim daha öncə internet vasitəsi ilə müzakirələr aparmışdım. Lakin əyani olaraq onu gördükdən sonra, bir daha seçimimdə yanılmadığımın şahidi oldum.
– Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?
Bəli. Bu təqüdə layiq görülən ilk azərbacanlı tələbləri sırasında mənim də olmağım, olduqca qürurvericidr. İstər Azərbaycan Respublikasının Təhsil Nazirliynin səmimi kollektivinin, istərsə də xaricdə təhsillə bağlı gəncləri məlumatlandıran insanların səmərəli fəaliyyəti nəticəsində, bütün seçim mərhələlərini dəqiq izləyərək uğur əldə edə bildim.
– Gödöllö şəhərində asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Gödöllöyə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?
Məlumat üçün bildirmək istərdim ki, Gödöllö şəhəri Budapeştin də daxil olduğu Peşt ərazi vahidinə daxildir. Bu o deməkdir ki, nəqliyyat vasitəsindən asılı olaraq 25-40 dəqiqə sərf etməklə Budapeşt şəhərinin mərkəzinə rahatlıqla çatmaq mümkündür. Gödöllö şəhəri təbiətin öz əsrarəngizliyi və sakitliyi ilə cəlb edir. Asudə vaxtın təşkili istiqamətində bir sıra idman qurğuları, əyləncə və ticarət mərkəzləri, mədəni-tarixi abidələrin rolu böyükdür. Yerləşdiyimiz yataqxanada əcnəbi tələbələrin bir yerdə cəmləşməsi, mədəniyyətlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu istiqamətdə həftə sonları mütamadi olaraq dəyirmi çay masası ətrafında səmimi müzakirələri xüsusilə qeyd etmək yerinə düşərdi.
– Macarıstanı, Gödöllö şəhərini və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?
Macarıstanın keçmiş olduğu tarixi və iqtisadi təcrübə məni ən çox cəlb edən cəhətlərdən biridir. Gödöllö şəhəri məni paytaxt Budapeştə yaxınlığı, sakit təbiəti və qonaqpərvər yerli insanları ilə cəlb edir. Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir.
– Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?
Təbii ki, seçim etmək olduqca çətin və eyni zamanda məsuliyyətli bir addımdır. Bu qərar təhsil istiqamətindən, pilləsindən və tələbənin istəyindən birbaşa asılır. Müəyyən sahələr üzrə bir sıra ölkələr ixrtisaslaşmışdır. Həmçinin Macarıstanda çoxşaxəli ixtisas seçimi ən cəlbedici cəhətlərdən biridir. Doktorantura pilləsi üzrə təhsil alan tələbə kimi, bu pillədə təhsilini davam etdirmək niyyətində olan gənclərə tövsiyə etmək istərdim ki, universitetin nüfuzu və ixtisaslaşma ilə yanaşı əməkdaşlıq edəcəyi ən münasib elmi rəhbərin tapılmasına daha çox üstünlük versinlər. Çünki yalnız bununla daha uğurlu nəticələr əldə etmək olar.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Bir daha diqqətinizə, dəyərli vaxtınıza görə təşəkkür edir və bütün gənclərin tezliklə məqsədlərinə nail olmalarını arzu edirəm.
Macarıstan
Macarıstan Respublikası Mərkəzi Avropada yerləşir. Sahəsi 93 min kvadrat kilometr olan ölkə Slovakiya, Avstriya, Sloveniya, Xorvatiya, Yuqoslaviya və Rumıniya ilə həmsərhəddir. Paytaxtı Budapeşt şəhəridir. Dunay çayı ölkəni demək olar ki, iki regiona ayırır. Ölkənin dənizə çıxışı yoxdur. Əhalisinin 90%-ni macarlar, 4%-ni qaraçılar, 2,6%-ni almanlar, qalan hissəsini isə serblər, rumınlar təşkil edir. Dövlət dili macar dilidir. Macarların çoxu bir xarici dil bilir – ingilis, alman və ya rus. Macarıstan parlamentli respublikadır. Dövlətin başçısı prezident, hökumətin başçısı isə baş nazirdir. Macarların 67,5 %-i katolik, 2,7%-i provaslav, qalanları isə iudeylər, ateistlər və başqa xristian və qeyri-xristian konfessiyalara mənsubdurlar. Havası yazda yağışlı, yayda isti, payızda dumanlı, qışda isə soyuqdur. Ən soyuq ay yanvardır. Pul vahidi forintdir. Valyutanı yalnız rəsmi məntəqələrdə dəyişmək və bu barədə çeki ölkəni tərk edənə qədər saxlamaq məsləhətdir.
Macar mətbəxi
Macar mətbəxi müxtəlif ət yeməkləri ilə məşhurdur. Macarıstanda qida yağlı və ağırdır. Xörəklərə mütləq soğan və istiot vurulur. Ən məşhur xörəkləri leço, porkolt (ətdən hazırlanır) və paprikaşdır (xamanın içində ət). Ət xörəkləri arasında donuz əti və piyi dominantlıq təşkil edir. Macar mətbəxinə aid milli delikates müxtəlif cür qızartmadır. Bütün Avropada macar salyami kolbasası çox məşhurdur. Balıq xörəkləri də çox populyardır, məsələn, foqaş. Bu, balıq şorbasına bənzər xörəkdir. Onu müxtəlif balıq növlərindən hazırlayırlar. Burada fast-fud lanqoş adlanır. Desertə isə nazik blinçik verilir. Ən dadlı blinçik məşhur Karoy Qundelin şərəfinə adlandırılmış qundel blinçikləridir. Buraya gəlib «Doboş» tortu və «Riqo Yançi» pirojnasının dadına baxmadan qayıtmayın. Macarıstan şərabı ilə bütün dünyada məşhurdur. Burada hər xörəyə uyğun fərqli şərab verilir.
Turistlərə məsləhət
Macarıstana səyahət təşkil edən istənilən turoperator müştərilərini rahat ekskursiya avtobusu və bələdçi ilə təmin edir. Amma Macarıstanın ab-havasını yaxından hiss etməkdən ötrü qrup halında gəzintini minimuma endirmək və paytaxt küçələrini piyada və ya ictimai nəqliyyatla gəzmək daha yaxşıdır. Şəhərdə rahat hərəkət etmək üçün özünüzlə xəritə götürün və şəhərin ən qədim mərkəzinə yollanın. Oraya getmək ictimai nəqliyyatla – tramvay, avtobus və ya metro ilə daha rahat olacaq. Gediş haqqı bütün nəqliyyatlarda eynidir – 230 forint. Biletləri marşrutların son dayanacaqlarındakı köşklərdən və ya otel hollarından əldə edə bilərsiniz. Bir faktı bilməlisiniz ki, ictimai nəqliyyatlarda sürücü dayanacaqda avtomatik olaraq qapını açmır, bu yalnız son dayanacaqda edilir. Sərnişinlər özləri qapını açmalıdırlar. Bütün küçə və meydanların öz adları var. Macar dil qaydalarına görə, xüsusi adlarda əvvəl familiya, sonra ad gəlir. Macar dilinin oxunuşu və başa düşülməsi çətindir. Macarıstanda olarkən milli zooparka baş çəkməyi də unutmayın. Bura dünyanın ən gözəl zooparklarındandır.
Dəniz hamamı
Macarıstan isti bulaqlarına görə Avropanın ən iri kurortlarındandır. Burada təqribən yüzə yaxın isti bulaq var. Onlar 40 növ xəstəliyə çarədir. Bu müalicəvi suların faydalı xüsusiyyətini ilk dəfə Roma imperiyası kəşf eləmişdi. O zaman Budapeştin yerində romalı sürgünlər yaşayırdı. Burada yaralı legionerləri müalicə edirdilər. Budapeştin bir çox otelində müalicəvi su bulaqları var. Ən qədim və gözəl çay hamamlarından biri Qellertdir. Onun xüsusi gözəlliyi ondadır ki, şəhərin ən qədim məkanlarından olan Azadlıq körpüsünün yanında yerləşir. Çay hamamı müştərilərə geniş xidmət spektri təklif edir: müalicəvi vannalar, palçıqla müalicə, sualtı masaj, inqolyasiya və s. Cakuzi və hovuzlarla yanaşı, damda tikilən solyarilər də çox məşhurdur. Daha bir məşhur dəniz hamamı Seçenidir. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır.
Şopinq
Macarıstana səyahət zamanı yaxınlarınıza nə almağı düşünürsünüz? Milli suvenirlər – keramika, naxış, milli paltarda kuklalar, əntiq əşyalar, «Xerendskoy» və «Jolnai» zavodlarının əl işləri ilə bəzədilmiş farforları, gipür, macar qırmızı bibəri, «Pick» kolbasası, şərab və s. ada bilərsiniz. Macarıstanda ərzaq mağazaları səhər 7:00-dan 19:00-dək, bazan günləri isə 7:00-dan 14:00-dək, sənaye malları mağazaları isə 10:00-dan 18:00-dək, bazar günləri isə 9:00-dan 13:00-dək işləyir. Bir çox supermarket və özəl mağazalar 24 saat ərzində açıq olur. Belə mağazaların üstündə «Ejjeli-nappali» yazılır. Budapeşt açıq bazarı isə 6:00-dan 18:00-dək, bazar günləri isə 6:00-dan 14:00-dək açıq olur.
Macarıstana necə viza almaq olar?
Bakıdan Budapeştə birbaşa uçuşların başlaması onunla nəticələnib ki, Avropaya ucuz qiymətə uçan azərbaycanlılar səyahəti Macarıstandan başlamalı olurlar. Amma digər ölkələrə olduğu kimi Macarıstana getmək üçün də viza almaq lazımdır.
İlk növbədə qeyd edək ki, 2007-ci ildən etibarən Macarıstan Şengen ölkələri qrupuna daxildir. Yəni qrupun digər ölkələri kimi, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Bu viza bütün Şengen ölkələrində (26 ölkə) işləyir.
Macarıstan səfirliyi harada yerləşir?
Macarıstanın Azərbaycandakı səfirliyi Bakıda, İçərişəhərdə yerləşir.
Rəsmi ünvan: Səbail rayonu, Mirzə Mənsur küçəsi, 72-dir.
Səfirliyin telefonları (+994 12) 497 47-50, 497-45-81/81
Macarıstana viza almaq üçün lazım olan sənədlər:
– Ən azı növbəti 3 ay ərzində qüvvədə olan pasport və… (DİQQƏT!) pasportda iki boş səhifə
– Şəxsiyyət vəsiqəsi
– Tam doldurulmuş və imzalanmış anket
– Pasport ölçüsündə — 3,3×4,5 formatında 2 (iki) ədəd fotoşəkil (ağ fonda)
– Ödənilmiş viza haqqı (rüsum) – 35 avro
– Təyyarə biletlərinin (gediş- dönüş) surəti
– Mehmanxanada haqqı tam (yəni bütün səfər müddəti üçün) ödənilmiş rezervasiya təsdiqinin surəti və ya dəvət məktubu (dəvət edənin şəxsiyyət vəsiqəsinin surəti)
– Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir). Tibbi sığortanın məbləği 30 min avrodan az olmamalıdır.
– İş yerindən, rəsmi blankda, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış
– Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış. Hesabda Şengen ərazisində qalacağınız hər günə görə 100 avro pul olmalıdır. Məsələn, əgər Budapeştdə 7 gün qalacaqsızsa onda hesabınızda 700 avro olmalıdır və s.
Qeyd: Ehtiyac olarsa, səfirlik bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edə bilər.
Müraciət edənlər bilməlidir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün “IFR System” – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunur. IFR System-in saytında ərizəçilərə viza “C” üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza “D” üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var. Qeyd edək ki, “D” vizası tələbələr üçün nəzərdə tutulub və uzun müddətli verilir. “D” vizası üçün rüsum 60 avrodur.
IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar.
IFR System-in tətbiqi ilə, eyni zamanda Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları : Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 09:30-13:00, cümə: 09:30-12:00; hazır vizaların verilməsi – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16:00, cümə: 15:00
Vizanın verilməsi 7 və ya 15 iş günü müddətində verilir.
Hansı hallarda viza verilməsindən imtina olunur?
Macarıstana viza alarkən azərbaycanlıların üzləşdikləri əsas çətinliklər bankdan və iş yerindən arayışın alınmasıdır. Bəzi vətəndaşlar rəsmi işləmədiklərinə görə, onlar üçün iş yerindən arayış almaq çətinlik yaradır. Eləcə də bank hesabına lazım olan məbləği yatırmaq da bəzi vətəndaşlar üçün çətinlik yaradır.
Viza alınanda əsas problemlərdən biri otelin bron edilməsidir
Qeyd etdiyimiz kimi, viza alınması üçün tələb olunan sənədlərdən biri ölkədə qalma müddəti üçün oteldə yerin bronlanması barədə arayışdır. Bu arayışı vətəndaşa otel verir, vətəndaş isə onu səfirliyə təqdim edir. Əsas problemlərdən biri neçə ulduzlu otelin bron edilməsi və sonradan o bronun ləğvi ilə bağlı olur. Əvvəla, səfirlik üçün ən yaxşı variant 3 və daha çox ulduzlu otelin bron edilməsidir. Çünki belə otellərin qiyməti də nisbətən yuxarı olur və bu məbləği ödəyən vətəndaşın iqtisadi imkanlarının normal olduğunu təsdiqləyir. Viza müraciəti üçün 1-2 ulduzlu otellər və ya hostellər də bron edə bilərsiniz. Amma bu halda viza almaq şansı azalır. Səfirlikdə hesab edirlər ki, bu qiymətə otel bron edənlər ona görə az pul xərcləyirlər ki, ölkəyə miqrant kimi gəlib, sonra qayıtmasınlar.
Bəzi vətəndaşlar viza üçün müraciət edəndə Macarıstanda otel bron edir, amma viza aldıqdan sonra bronu ləğv edirlər. Amma bu bir çox hallarda vizanın ləğv edilməsinə və ya ən azından xəbərdarlığa səbəb olur.
Macarıstanda qalmaq müddətinin də təsiri var
İkinci məsələ isə turist vizası alarkən Macarıstanda neçə gün qalmağınızada diqqət yetirilir. Əgər 30 günlük viza alırsızsa və bu 30 günün hamısını Macarıstanda keçirəcəksizsə bu da viza almağınıza çətinlik yarada bilər. Yaxşı olar ki, səfəriniz uzun müddətə olduğu halda fərqli ölkələr və ya ən azından fərqli şəhərlər seçəsiz.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri
- Malta vizası dəstəyi
- Niderland vizası almaq
- Shengen viza dəstəyi
Vizalar.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir. Viza dəstəyini vizalar.az-a etibar edin.
Comments are closed, but trackbacks and pingbacks are open.