Press "Enter" to skip to content

MACARISTAN ŞENGEN VİZASINI NECƏ ALA BİLƏRƏM

Hüquqi şəxs:

Nömrəmi̇n dubli̇katını (si̇mkart dəyi̇şIikli̇yi̇) necə əldə edə bi̇lərəm?

Nömrəmi̇n dubli̇katını (si̇mkart dəyi̇şIikli̇yi̇) necə əldə edə bi̇lərəm?

Fiziki şəxs:

Fakturalı/fakturasız xətt abunəçisi Simkart dəyişikliyi əməliyyatını etmək üçün şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.ᅠ

Xarici vətəndaş isə qeyd edilən əməliyyatın aparılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi;
  • Xarici passport.

Qeyd: Abunəçi Azercell Eksklüziv ofisinə gələ bilmirsə, əməliyyat etibarnamə əsasında həyata keçirilə bilər. Etibarlı şəxs etibarnamə, nömrə sahibinin şəxsiyyət vəsiqəsinin sürəti və öz şəxsiyyət vəsiqəsi ilə müraciət etməlidir.

Hüquqi şəxs:

Əməliyyatın aparılması üçün etibarlı şəxs öz istəyini açıqlayan və hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş istək məktubu və öz şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə müraciət etməlidir.

Xidmət ödənişlidir:

Tez-tez verilən suallar

Bir mobil operatordan digərinə necə keçmək olar?

Fiziki və hüquqi şəxslər nömrələrinin Azercell-ə daşınması üçün lazımi sənədlərlə birlikdə Azercell Eksklüziv ofislərinə yaxınlaşa bilərlər.

Nömrəmi necə bərpa edə bilərəm?

Fakturasız xətt nömrələrinin bərpası əməliyyatının həyata keçirilməsi üçün abunəçilər öz (bərpa olunacaq nömrələrinin) hesablarını 5 AZN məbləğində kart təqdim etməklə artırmalıdırlar. Bu zaman 2 AZN (ƏDV daxil) xidmət haqqı tətbiq ediləcək.

Nömrəmi fakturasız xəttdən fakturalı xəttə necə keçirə bilərəm?

Fakturasız xətt abunəçiləri nömrələrini dəyişmədən Fakturalı xəttə keçirə bilərlər.

Nömrənin xəttini necə bağlamaq olar?

Fiziki şəxs əməliyyatın aparılması üçün:

  • Şəxsiyyət vəsiqəsi ilə Azercell Eksklüziv ofislərinə yaxınlaşmalıdır.
  • Fiziki şəxsə aid nömrənin Əlaqə Mərkəzi tərəfindən qısa müddətə bağlanılması üçün abunəçi *1111 nömrəsinə zəng etməlidir.

MACARISTAN ŞENGEN VİZASINI NECƏ ALA BİLƏRƏM?

Hər il ölkəmizdən sayca ən çox turistin üz tutduğu ölkələrdən biri, Avropaya giriş qapısı olaraq görünən, paytaxt Budapeşt şəhərinin qeyri-adi memarlıq abidələri və turistik bölgələri ilə məşhurlaşmış Macarıstan. Sadə bir Macarıstan Şengen vizası ilə bu ölkəni gəzə bilərsiniz. Bu vizanı necə əldə edə biləcəyinizlə bağlı detallı məlumatı isə biz bu məqalədə sizinlə bölüşürük.

Macarıstan Viza Növləri

Şengen ölkələri siyahısında yer alan Macarıstana səyahətinizi Macarıstan Şengen vizası vasitəsilə edə bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Son illər ərzində bir çox gəncimizin də üz tutduğu Macarıstanda müddəti 90 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyən şəxslər isə həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktubları olduğu təqdirdə Macarıstan milli vizasına da müraciət edə bilərlər.

Macarıstan Şengen Vizası

Digər Şengen ölkələrinə oxşar olaraq Macarıstan Şengen vizasının da təkgirişli və çoxgirişli növləri mövcuddur. Hər bir halda siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Macarıstan Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə giriş edə bilmək mümkündür. Ancaq hər bir halda biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Macarıstandan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Macarıstan vizası ilə Şengen ərazisinə başqa bir ölkədən (xüsusilə də Qərbi Avropa ölkələrindən) giriş etməyə çalışsanız, nadir hallarda da olsa, bu sizin üçün problemə çevrilə, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.

Əgər siz Macarıstan Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox bu ölkədə qalacağınızı göstərməlisiniz. Əksər viza müraciətçiləri və səyahətçilər Macarıstandan əlavə olaraq öz tur planlarına Çexiya, Avstriya, Polşa və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Macarıstan göstərməyiniz viza üçün məhz Macarıstan səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır.

Macarıstan Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu

Macarıstan Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Elektron hökumət portalından işlə bağlı arayış
  6. Adınıza olan bank hesabından arayış* və çıxarış. (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
  9. 2 ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
  13. İngilis dilində doldurulmuş ərizə forması
  14. Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
  15. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

Sənədləriniz qəbul olunduqdan sonra hər bir halda viza prosedurunuz əsnasında səfirlikdən sizə zəng gələ və bu zəngdə sizdən yeni sənədləri təqdim etməyiniz tələb oluna bilər. Bəzi hallarda Macarıstan səfirliyinin viza proseduru əsnasında müraciətçilərdən bron göstərdikləri otellərin alınmasını və ya rezervasiyalar haqda təsdiq məktubunun alınmasını və bunu təsdiqləyən sənədlərin səfirliyə təqdim olunmasını tələb etdiyi görülmüşdür.

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Şengendə qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 1.500-3.000 AZN (eyni qaydada avro və ya ABŞ dolları ekvivalenti keçərlidir) aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə Şengen ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 avro gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Siz əgər, sahibkar kimi fəaliyyət göstərirsinizsə, iş yerindən arayışı əvəz edəcək sənədləri (VÖEN-in surəti, Vergilər Nazirliyindən dövriyyəniz haqqında verilmiş arayış, şirkətinizin reyestrdən çıxarışı) səfirliyə təqdim edə bilərsiniz. Əgər siz işləmirsinizsə, təhsil alırsınızsa və ya hər bir halda səfərinizin xərclərini qarşılamaq üçün başqa bir şəxsi sponsor göstərirsinizsə, bu halda həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti, iş yerindən arayış (əgər sahibkardırsa, yuxarıda sadalanan sənədlər), bank hesabından arayış və çıxarış (bu bank hesabı həm sizin adınıza, həm də sponsorun adına ola bilər), əgər ailəvi bağınız varsa, bunu təsdiq edən sənədi (məsələn, valideyninizdirsə, özünüzün doğum haqqında şəhadətnaməniz, qardaş və ya bacınızdırsa, ikinizin də doğum haqqında şəhadətnamələriniz və s.) və sponsorluq haqqında kağız səfirliyə təqdim olunmalıdır. Əgər müraciət edən şəxs 18 yaşdan aşağıdırsa, bu halda tək səyahət etdiyi halda hər iki valideynindən və ya valideynlərindən biri ilə səyahət etdiyi halda isə digər valideynindən ölkədən çıxmasına dair icazə sənədin surətini də viza müraciəti zamanı təqdim etmək lazımdır.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış, şirkətinizin reyestrdən çıxarışı və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Macarıstan Şengen vizası üçün müraciət Macarıstan Səfirliyinin konsulluq şöbəsində və ya BLS International adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Macarıstan səfirliyinin konsulluq şöbəsində konsul tərəfindən verilir.

Sənədləri konsulluğa təqdim etmək üçün viza görüşü onlayn şəkildə səfirliyin rəsmi saytında təyin edilir.

Sənədləri viza mərkəzinə təqdim etmək üçün isə +994 12 511 12 18 telefon nömrəsinə zəng edərək viza mərkəzində öncədən görüş təyin etmək lazımdır. Viza mərkəzi sənəd qəbulunu bazar ertəsindən cümə gününədək hər gün saat 8.30-dan 14.30-dək həyata keçirir.

Viza müraciəti səfər tarixindən ən tez 3 ay əvvəl edilə bilər və müraciət zamanı şəxsi iştirakı mütləqdir. 12 yaşına çatmamış uşaqların Macarıstan Səfirliyinin Konsulluq Şöbəsinə gətirilməsinə ehtiyac yoxdur, çünki onlardan barmaq izləri götürülmür (lakin onlar üçün ayrı vaxt götürülməlidir, çünki ərizəyə baxılması vaxt tələb edir).

Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 10 kalendar günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.

Viza müraciəti birbaşa konsulluğa müraciət edilərkən, yalnız 35 avro viza rüsumu ödənilir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Müraciətçi viza mərkəzinə müraciət etdiyi halda isə, 35 avrodan əlavə 29 avro viza mərkəzinin xidmət haqqı üçün də ödəniş edilməlidir və bu ödəniş sənədləri təqdim edərkən yerindəcə edilir.

Macarıstan Şengen Vizası Alma Ehtimalı

Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Macarıstanda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal olması, aylıq gəlirinizin standart maaş aralığında olması (təcrübədə 300-500 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və səyahət tarixçənizin olması sizin Macarıstan Şengen vizası alma şansınızı artıran faktorlardır. Daha öncə Şengen vizası olmayan şəxslər üçün Macarıstan səfirliyi digər səfirliklərə nisbətən, daha rahat şəkildə müraciət ediləcək, daha az riskli səfirlikdir. Macarıstan səfirliyi təcrübəmizdə daha öncə səyahət tarixçəsi olmayan şəxslərin ən çox Şengen vizası aldığı səfirliklərdən biridir. Ancaq hər bir halda daha öncə Şengen vizalarınızın olması sizin Macarıstan səfirliyindən viza alma ehtimalınızı yüksəldən faktordur.

Macarıstana Viza Dəstəyi

Biz Vizam.az şirkəti olaraq sizə Macarıstan Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Macarıstan Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 69 AZN təşkil edir.

Sifarişinizi yerləşdirmək üçün buraya klikləyə bilərsiniz. Əlavə məlumat üçün 050/55-3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Budapeşt sizə düşündüyünüzdən də yaxındır! Xoş səyahətlər!

  • BUZ ADASINA SƏYAHƏT-İSLANDİYA BİZNES VİZASI
  • AVSTRALİYA VİZASI NECƏ ALINIR?
  • POLŞA ŞENGEN VİZASI

Bankda Bir Kart Necə əldə Edilir

Bank kartı (debet və ya kredit) son dərəcə əlverişli bir şeydir. Pulu bir cüzdana nisbətən kartda saxlamaq çox asandır, bununla yanaşı plastik kart sahibləri tez-tez onlarla ödəməklə endirim etmək imkanı qazanırlar. Bank kartı almaq prosesi olduqca sadədir. Bankda bir kart necə əldə edilir

Vacibdir

  • pasport;
  • hesab açmaq üçün pul (bəzi hallarda).

Təlimat

Addım 1

Bir bank kartı almaq üçün bir kart buraxılış müraciətini doldurmalısınız. Əksər banklarda bu, saytın müvafiq hissəsinə gedərək İnternet vasitəsilə edilə bilər. Yalnız bir karta ehtiyacınız olduğuna əmin olsanız, İnternet vasitəsi ilə özünüz bir kart sifariş edə bilərsiniz. Bankın təqdim etdiyi tariflərlə tanış deyilsinizsə, hər şeyi sizə ətraflı izah edəcəkləri filialla əlaqə qurmaq daha yaxşıdır.

Addım 2

Bu gün ən məşhur iki beynəlxalq ödəmə sistemi var: Visa və MasterCard. Əvvəlcə hansını seçəcəyinizə qərar verməlisən. Əslində, Rusiya sərhədlərini tərk etməyəcəksinizsə, onda heç bir fərq yoxdur. Ancaq xaricə səyahət edərkən nüanslar var. Hər iki sistem beynəlxalqdır, onları dəstəkləyən terminalları demək olar ki, hər ölkədə tapa bilərsiniz, lakin Visa üçün ABŞ dolları əsas valyuta, MasterCard üçün isə dollar və avrodur. Avropaya səyahət üçün özünüzə MasterCard əldə etmək daha rahat olduğu ortaya çıxdı.

Addım 3

Kartı maraqlandığınız bankın istənilən filialında edə bilərsiniz. Yalnız istisna Sberbankdır, kartlar vətəndaşlara yalnız qeydiyyat yerinə uyğun olan filiallarda verilir. Pasportunuzu bank operatoruna verirsiniz, o, bütün lazımi sənədləri doldurur. Hər şey doldurulduqda, bütün şəxsi məlumatları yoxladığınızdan əmin olun. Bir səhv taparsanız dərhal düzəltməyinizi istəyin.

Addım 4

Bəzi banklarda kart və hesab müştəri üçün pulsuz hazırlanır, bəzilərində xidmətlər üçün müəyyən bir məbləğ ödəməlisiniz. Kartınızı bankınızda ödəməlisinizsə, kassaya gedin və ödəməni edin. Hər şey doldurulduqdan, ödənildikdən və təsdiqləndikdən sonra bank işçiləri hazır kartı nə vaxt götürə biləcəyinizi dəqiq şəkildə bildirəcəklər. Bəzən müştəri kartın telefonla hazır olduğu barədə məlumat alır (operatordan və ya SMS-dən zəng şəklində).

Addım 5

Kartı təyin olunmuş gündə əlinizdə almaq üçün pasportunuzu da götürüb bank şöbəsinə gəlməlisiniz.

Addım 6

Kredit kartı da eyni şəkildə verilir. Yeganə fərq ondadır ki, əksər banklarda sizdən gəlir sertifikatı istənəcəkdir. Gəliriniz çox aşağıdırsa, bank sizə kredit kartı verməkdən imtina edə bilər. Bundan əlavə, banklarda kredit kartı vermək üçün yaş məhdudiyyəti var. Çox vaxt çox gənclərə (21 yaşdan kiçik) və ya yaşlı vətəndaşlara (təqaüdçülərə) verilmir.

Comments are closed, but trackbacks and pingbacks are open.