Maddələri necə təsdiq edə bilərəm
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
QANUNVERİCİLİKDƏN SUALLAR VƏ CAVABLAR
158.Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilərlərmi?
-Xeyr,cəlb oluna bilməz
159.Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilərmi?
-Xeyr,edilə bilməz
160. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə hansı hüquqi aktları qəbul edir?
– Konstitusiya qanunları, qanunlar və qərarlar
161. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar:
– bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
162. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu necə həyata keçirirlər?
– şəxsən
163. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilərmi?
-Xeyr,tutula bilməz
164. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
165. Bu maddənin 2,3,4-cü bəndlərində göstərilən məsələlərə dair((2) Azərbaycan Respublikası Prezidentinin seçkiləri;3) Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;4) referendum)) qanunlar neçə səs çoxluğu ilə qəbul olunur?
-83 səs çoxluğu ilə , qalan məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir. Bu maddənin I hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
166. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə hansı məsələlərin həlli aiddir:
1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;
2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;
6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;
8) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;
10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;
11) Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14) Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;
18) referendum təyin edilməsi;
19) amnistiya.
20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
167. Bu maddənin 1-5-ci bəndlərində((1) Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili;2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;3) inzibati ərazi bölgüsü;4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;)) göstərilən məsələlərə dair neçə səs çoxluğu ilə qanunlar qəbul edilir?
63 səs çoxluğu ilə, qalan məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul edilir.
168. Bu Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair nə qəbul edilir?
Qərarlar.
169.95-ci maddənin I hissəsinə hansı hüquqi akta əsasən əlavələr edilə bilər?
– Konstitusiya qanunu ilə
170. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ dedikdə nə başa düşülür?
-qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ
171.Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) mənsubdur:
-1.Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, 2.Azərbaycan Respublikasının Prezidentinə, 3.Azərbaycan Respublikasının Ali Məhkəməsinə, 4.Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, 5.Azərbaycan Respublikasının Prokurorluğuna və 6.Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
172. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri :
-müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
173. Belə qanun və ya qərar layihələrində dəyişikliklər :
-qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.
174. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri neçə ay ərzində səsə qoyulur?
– iki ay ərzində
175. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət neçə gün təşkil edir?
-20 gün
176. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası hansı hüquqi aktla müəyyən edilir?
– qanunla
177. Qanun və qərar layihələri :
-əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
178. Qanunlar qəbul edildiyi gündən neçə gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilir?
-14 gün müddətində
179. Təcili elan olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən neçə saat ərzində təqdim edilir?
-24 saat ərzində
180.Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa:
– qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
181. Hansı hallarda Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır?
-1.Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya 2.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, 3.habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə
182. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilərmi?
-Bəli,ola bilər.
183. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər nə zaman keçirirlir?
– növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
183.Azərbaycan Respublikasında icra hakimiyyəti kimə mənsubdur?
-Azərbaycan Respublikasının Prezidentinə
184. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər hansılardır?
– 1.Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, 2.seçkilərdə iştirak etmək hüququna malik olan, 3.o cümlədən ağır cinayətə görə məhkum olunmayan, 4.başqa dövlətlər qarşısında öhdəliyi olmayan, 5.ali təhsilli, 6.ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı
185. Azərbaycan Respublikasının Prezidenti:
-ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
186. Kim növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər?
– Azərbaycan Respublikasının Prezidenti
187. Azərbaycan Respublikasının Prezidenti:
– səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
188.Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa:
– səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir.
189.İkinci dövrədə:
-ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.
190. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd :
-Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
191. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə :
-Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
192.Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra neçə gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən elan edir?
-14 gün ərzində
193. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq neçə gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir:
-3 gün ərzində
194.Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
-“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
195. Nə zamandan Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır?
– And içdiyi gündən
196. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri kim tərəfinfən vəzifəyə təyin edilir və vəzifədən azad edilir?
-Azərbaycan Respublikasının Prezidenti
197. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə aid olan tələblər hansılardır?
-seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı
198. Nə zaman Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getmiş sayılır?
– istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda
199. Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi hansı quruma təqdim olunur?
– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
200.Hansı orqan istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul edir?
– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
201. Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə hansı orqan bu faktın aydınlaşdırılması üçün hara müraciət edir?
-Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
202.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə qərarı hakimlərin neçə səs çoxluğu ilə qəbul edir?
-6 səs çoxluğu ilə.Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
203.Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə neçə gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir?
-60 gün müddətində
204.Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini kim icra edir?
-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.
205. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə:
– səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.
206. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda:
– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.
207. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda:
– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir.
208. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda:
– Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
209.Azərbaycan Respublikasının Prezidenti :
-toxunulmazlıq hüququna malikdir.
210. Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqəti nə ilə qorunur?
– qanunla
211. Səlahiyyət müddəti ərzində:-
Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
212. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa :
tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
213. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa:
tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
214. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına kimin təqdimatına əsasən və kim tərəfinfən xitam verilə bilər?
-yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən
215. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü :
Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
216. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş:
-qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
217. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq neçə ay ərzində qəbul olunmalıdır?
-2 ay ərzində . Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
218.Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi :
-dövlət hesabına təmin edilir.
218.Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini:
-xüsusi mühafizə xidmətləri təmin edir.
219. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları hansı hüquqi akt ilə müəyyən edilir?
– Konstitusiya qanunu
220.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi :
-dövlət hesabına təmin edilir.
221.Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini:
-xüsusi mühafizə xidmətləri təmin edir.
222.Azərbaycan Respublikasının Prezidenti:
1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;
11) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
17) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
32) bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
223. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?
-56 gün ərzində
224.Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa:
-O, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
225.Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa:
-qüvvəyə minmir.
226.Azərbaycan Respublikasının Milli Məclisi:
– 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
227.Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu:
-vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.
228.Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində nə elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?
– hərbi vəziyyət
229.Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində nə tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir?
– fövqəladə vəziyyət
230. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti :
fərmanlar
231.Başqa məsələlər barəsində isə Azərbaycan Respublikasının Prezidenti :
-sərəncamlar qəbul edir.
232. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa:
-onlar dərc edildiyi gündən qüvvəyə minir.
233. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə:
– Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
234. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
-Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
235.Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
236. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını kim müəyənləşdirir?
-Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
237.Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə kimlər daxildir?
– Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
238.Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün:
– Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
239. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq kim sədrlik edir?
– Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.
240. Azərbaycan Respublikasının Baş nazirini :
-Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
241. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti :
-onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
242. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən:
-bir həftədən gec olmayaraq qəbul edir.
243.Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə:
– Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
244.Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
– Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
– maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
– dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
– dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;
– nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
– Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
245. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti :
-qərarlar qəbul edir
246.Başqa məsələlər üzrə müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti :
-sərəncamlar qəbul edir.
247. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa:
-onlar dərc edildiyi gündən qüvvəyə minir.
248.Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə:
– seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir .
249.Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri:
– heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
250.Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Baş nazirinin:
-şəxsiyyəti toxunulmazdır.
251. Azərbaycan Respublikasının Baş naziri:
– cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
252. Azərbaycan Respublikasının Baş naziri hansı halda , tutula bilər?
– cinayət başında yaxalanarsa,Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
253. Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığına :
-yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
254. Yerlərdə icra hakimiyyətini :
-yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
255. İcra hakimiyyəti başçılarını kim vəzifəyə təyin və vəzifədən azad edir?
– Azərbaycan Respublikasının Prezidenti
256. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini kim müəyyən edir?
– Azərbaycan Respublikasının Prezidenti
257. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini :
-ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
258.Məhkəmə hakimiyyətini hansı məhkəmələr həyata keçirirlər?
-Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
259.Məhkəmə hakimiyyəti həyata keçirilir:
– Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə
260. Cinayət məhkəmə icraatında kimlər iştirak edir?
– Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
261. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası nə ilə müəyyən olunur?
– qanunla
262. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması :
-qadağandır.
263. Məhkəmə icraatı nəyi təmin etməlidir?
-həqiqətin müəyyən edilməsini təmin etməlidir.
264.Kimlər hakim ola bilərlər?
– Seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları
265.Hakimlər:
-heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
266. Hakimlər:
-müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
267. Hakimlər:
-işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
268. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi :
-yolverilməzdir.
269. Ədalət mühakiməsi necə həyata keçirilir?
-vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında
270.Bütün məhkəmələrdə işlərin icraatı:
– açıq aparılır.
271.İşə qapalı iclasda baxılmasına o halda icazə verilir ki:
– məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcudluğunu müəyyən edir.
272. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla:
-cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
273. Məhkəmə icraatı:
-çəkişmə prinsipi əsasında həyata keçirilir.
274.Məhkəmə icraatının hansı mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur?
– istənilən mərhələsində
275. Ədalət məhkəməsi nəyə əsaslanır?
– təqsirsizlik prezumpsiyasına
276.Azərbaycan Respublikasında məhkəmə icraatı:
– Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.
277. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin :
-işin materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.
278. Hakimlər :
-toxunulmazdırlar.
279. Hakim cinayət məsuliyyətinə hansı halda cəlb oluna bilər?
– yalnız qanunda nəzərdə tutulan qaydada
280. Hakimlərin səlahiyyətlərinə hansı qaydada xitam verilə bilər?
– yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə
281. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə kim Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?
– Azərbaycan Respublikasının Prezidenti
282.Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti hansı orqanın rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər?
– Azərbaycan Respublikası Ali Məhkəməsinin
283.Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi əsasında hansı orqan qarşısında irəli sürə bilər?
– Azərbaycan Respublikasının Milli Məclisi
284.Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra neçə gün müddətində təqdim etməlidir?
–30 gün müddətində
285. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?
-83 səs çoxluğu
284.Başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində neçə səs çoxluğu ilə qəbul edilir?
-63 səs çoxluğu
285. Məhkəmənin qəbul etdiyi qərarlar:
– dövlətin adından çıxarılır və onların icrası məcburidir.
286.Məhkəmə qərarının icra olunmaması:
– qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
287. Məhkəmə qərarı nəyə əsaslanmalıdır?
qanuna və sübutlara əsaslanmalıdır.
288.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi neçə hakimdən ibarətdir?
-9 hakimdən
289. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini kimin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir?
– Azərbaycan Respublikası Prezidentinin
290.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə hansı orqan təyin edir?
– Azərbaycan Respublikasının Milli Məclisi
291. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi kimin və hansı orqanların sorğusu əsasında aşağıdakı məsələləri həll edir?
– Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
292.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
293. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi:
-Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
294.Kim onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər?
– Hər kəs
295. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr:
– insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
296. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili:
– insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
297. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi:
-bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.
298. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dairnə qəbul edir?
– qərarlar
299.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı :
-Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
300.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları:
– dərc edilməlidir.
301. Qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları:
-Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş müddətdə qüvvədən düşür
302. Qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında dövlətlərarası müqavilələri :
– qüvvəyə minmir.
303. Azərbaycan Respublikasının Ali Məhkəməsi:
-1.ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır;2. o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir;3. məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
304. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir?
– Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi
305. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları:
-dərc edilməlidir.
306. Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə :
-yuxarı instansiya məhkəmələridir.
307. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini kimin təqdimatı ilə hansı orqan təyin edir?
-Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
308. Azərbaycan Respublikasının Prokurorluğu:
-qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.
309. Azərbaycan Respublikasının Prokurorluğu:
– ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
310. Azərbaycan Respublikasının Baş prokurorunu Kim Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir?
– Azərbaycan Respublikasının Prezidenti
311.Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti hansı orqanın razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir?
– Azərbaycan Respublikası Milli Məclisinin
312. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırlmış prokurorluqlarına rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu kinin təqdimatı ilə kim vəzifəyə təyin və vəzifədən azad edir?
-Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti
313.Ərazi və ixtisaslaşdırılmış prokurorları kimin razılığı ilə kim vəzifəyə təyin və vəzifədən azad edir?
– Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru
314. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində:
-muxtar dövlətdir.
315. Naxçıvan Muxtar Respublikasının statusu nə ilə müəyyən edilir?
– bu Konstitusiya
316.Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının :
-ayrılmaz tərkib hissəsidir.
317. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində :
-məcburidir.
318. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına:
– zidd olmamalıdır.
319. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası:
-Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
320. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini hansı orqan həyata keçirir?
– Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
321.Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətini
hansı orqan həyata keçirir?
– Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
322. .Naxçıvan Muxtar Respublikasının məhkəmə hakimiyyətini hansı orqan həyata keçirir?
– Naxçıvan Muxtar Respublikasının məhkəmələri
323. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində:
müstəqildirlər.
324.Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir?
-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
325.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi neçə üzvdən ibarətdir?
-45 üzvdən
326.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti neçə ildir?
-5
327. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi:
-Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
328. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm, mədəniyyət. Yuxarıdakı məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
329.Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hansı məsələləri həll edir?
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad. Yuxarıda göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.
330. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini kimin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir?
– Naxçıvan Muxtar Respublikası Baş nazirinin
331. Naxçıvan Muxtar Respublikasının Baş nazirini kimin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir?
– Azərbaycan Respublikası Prezidentinin
332. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
– muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
-muxtar respublikanın büdcəsini icra edir;
– muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
– muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
-Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
334.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti :
-qərar və sərəncamlar qəbul edir.
335.Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını kimin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir?
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin
336. Yerli özünüidarəni kim həyata keçirir?
– bələdiyyələr
337. Bələdiyyələr nə əsasında yaradılır?
– seçkilər
338. Bələdiyyələrin statusunun əsasları nə ilə müəyyən edilir?
– bu Konstitusiya ilə
339.Bələdiyyələrə seçkilərin qaydaları nə ilə müəyyən edilir?
– qanun ilə
340. Bələdiyyə öz fəaliyyətini necə həyata keçirir?
-iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə
341.Bələdiyyənin iclaslarını kim çağırır?
-bələdiyyənin sədri çağırır.
342.Bələdiyyələrin iclaslarında hansı məsələlər həll edilir?
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.
343. Bələdiyyələrə hakimiyyətin hansı qolları tərəfindən əlavə səlahiyyətlər də verilə bilər?
– qanunvericilik və icra hakimiyyətləri
344.Bələdiyyələrin əlavə səlahiyyətlərin verildiyi təqdirdə bu səlahiyyətlərin həyata keçirilməsi üçün nə ayrılmalıdır?
– müvafiq zəruri maliyyə vəsaiti.Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
345. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair nə qəbul edilir?
-qərar
346. Bələdiyyənin qərarları necə qəbul edilir?
-bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə
347. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar necə qəbul edilir?
– bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə
348. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə:
– müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir.
349.Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası nə ilə müəyyən edilir?
– qanunla
350.Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi :
-Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
351. Bələdiyyələrin fəaliyyətinə nəzarət edir?
– Dövlət
352. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində hansı orqana hesabat təqdim edirlər?
– Azərbaycan Respublikasının Milli Məclisinə
353. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə :
-təminat verilir.
354.Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hansı məsuliyyəti daşıyırlar?
-mülki
355. Azərbaycan Respublikasının Konstitusiyası:
– Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
356. Azərbaycan Respublikasının Konstitusiyası:
– birbaşa hüquqi qüvvəyə malikdir.
357. Azərbaycan Respublikasının Konstitusiyası:
– Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
358. Qanunvericilik sistemi hansı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
359. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr:
-Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
360. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları :
-hüquqi qüvvəyə malikdir.
361.Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi:
-Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır.
362. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən:
-normativ xarakterli aktlar qəbul edə bilərlər.
363. Normativ hüquqi aktlar nələrə əsaslanmalıdır?
– hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)
364. Referendumla qəbul olunmuş aktlar nə zaman onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir?
– yalnız dərc edildikdə
365. Qanunlar :
-Konstitusiyaya zidd olmamalıdır.
366.Hansı qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün :
-məcburidir.
367. Azərbaycan Respublikası Prezidentinin fərmanları:
– Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.
368.Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün:
-məcburidir.
369. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları :
-Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır.
370. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları :
-yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
371. Mərkəzi icra hakimiyyəti orqanlarının aktları:
-Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
372. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi:
-geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
373. Normativ hüquqi aktlar:
-dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz.
374. Normativ hüquqi aktların dərc edilməsi qaydası nə ilə müəyyən olunur?
– Konstitusiya qanunu ilə müəyyən edilir.
375. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) :
-zidd olmamalıdır.
376. Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün :
-məcburidir.
377.Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa:
– həmin beynəlxalq müqavilələr tətbiq edilir.
378.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər:
-yalnız referendumla qəbul edilə bilər.
379.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri:
– Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır.
380.Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən hansı orqanın rəyi alınır?
– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
381.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi :
-referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.
382.Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində(Maddə 1. Hakimiyyətin mənbəyi, Maddə 2. Xalqın suverenliyi, Maddə 6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Maddə 7. Azərbaycan dövləti, Maddə 8. Azərbaycan dövlətinin başçısı, Maddə 21. Dövlət dili) dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər:
-referenduma çıxarıla bilməz.
383. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr:
-Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
384. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya
qanunları :
Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur.
385.İkinci səsvermə birinci səsvermədən neçə ay sonra keçirilir?
-6 ay
386. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra:
-bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
387.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları:
– Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
388. Konstitusiya qanunları:
– Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
389.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri təklif edə bilərlər:
– Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı
390.Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla(- ÜMUMİ MÜDDƏALAR) əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilərmi?
-Bilməz
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hansı məsələləri tənzimləyir?
- Dövlət qulluğu dedikdə nə başa düşülür?
- Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu kimə şamil edilir?
- Dövlət qulluqçusu olmayan işçilər hansılardır?
- Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə :
- Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun kimlərə şamil olunmur?
-
- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadlarına (ərlərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
- məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
-
- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə;
- həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
- öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
- Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.
-
- Yeni il bayramı (yanvarın 1 və 2-si);
- Qadınlar günü (martın 8-i);
- Faşizm üzərində qələbə günü (mayın 9-u);
- Respublika günü (mayın 28-i);
- Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
- Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);
- Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);
- Konstitusiya günü (noyabrın 12-si);
- Milli Dirçəliş günü (noyabrın 17-si);
- Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
- Novruz bayramı—beş gün;
- Qurban bayramı—iki gün;
- Ramazan bayramı—iki gün.
-
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
- Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, N-17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
- Bu Qanun imzalandığı andan qüvvəyə minir
- Azərbaycan Respublikasının Dövlət himni nəyin müqəddəs rəmzidir?
- Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, N-5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.
- Bu Qanun imzalandığı andan qüvvəyə minir.
- Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin.
- Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin.
- “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR qanunları toplusu, 1938—1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin.
Ukrayna
“Mediasiya” Azərbaycan üçün yeni sözdür. Halbuki, cəmiyyətdə qarşımıza çıxan problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında onun çox böyük rolu ola bilər. Sadəcə, medasiyanın geniş təbliğinə ehtiyac var ki, o, işlək institutlardan birinə çevrilsin. Bu məqsədlə Mediasiya Şurasını üzvü və ekspert, mediator Natiq Məmmədovla söhbətləşmişik.
– Başlayaq oradan ki, ümumiyyətlə mediasiya nədir?
– Mediasiya mübahisələrin alternativ həlli yollarından biridir. Mediasiya iki və daha çox şəxsin arasında yaranmış mübahisənin danışıqlar yolu ilə üçüncü neytral bir şəxsin (mediatorun) köməkliyi ilə həllinə çalışılan könüllü bir prosesdir.– Ölkəmizdə mediasiya nə vaxtdan tətbiq edilməyə başladı?
– 29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis olunub.– Mediator kimdir, kimlər mediator ola bilər?
– Öncə onu qeyd edək ki, 25 yaşına çatmış, ali təhsilli, 3 il əmək stajına malik istənilən şəxs baza mediayasiya təlimi keçərək, mediator olar bilər. Bəs mediator kimdir? Qeyd etdiyimiz kimi, mediator üçüncü neytral bir şəxsdir. Qanun tələbinə görə, o, müstəqildir, qərəzəsizdir, onun fəaliyyətinə hər hansı bir müdaxilə yolverilməzdir.– Anlayışdan mediasiyanın bir danışıqlar prosesi olduğu aydınlaşır. Bəs, onu adi danışaqlardan fərqləndirlən nədir?
– Danışıqlarda yalnız tərəflərin özləri iştirak etdikləri halda, mediasiya prosesində mediator onlara kömək edir. Mediator bilir ki, mediasiyada iştirak edən tərəflər arasında danışıqlar uğursuz olub. Belə məqamda artıq mediator taktikalarına ehtiyac var.– Qanunvericiliyə görə hansı işlər üzrə mediasiyanın tətbiq edilməsinəə icazə verilir?
– “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə göstərilir ki, mediasiya mülki işlər və kommersiya mübahisələri; ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir.– Qeyd olunanlardan hansı işlər üzrə mediasiyanın keçirilməsi məcburidir?
– Ümumiyyətlə, mediasiya könüllü bir prosesdir. Lakin “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni normadan da aydın olur ki, məcburiyyət ilkin sessiyada iştirakla bağlıdır. İlkin sessiyadan sonra tərəflər özləri tam mediasiya prosesinə keçmək və ya keçməmək barədə qərar qəbul etməlidir. Qanunvericinin məqsədi tərəfləri məhkəməyə getməmişdən öncə mediatora yönləndirməkdir. Bununla da tərəflər mediasiya institutu ilə tanış olacaq, onun üstün tərəfərini bilərək mediasiyaya davam etmək və ya mübahisələrinin həllinin məhkəməyə vermək barəqə qərar qəbul edəcəklər.– O zaman ilkin məcburi sessiyada mediatorun işi nədən ibarət olacaq?
– Ümumiyyətlə, ilkin məcburi mediasiyanın məqsədi tərəfləri tam mediasiya prosesinə aparmaqdır. Mediator ilkin məcburi sessiayda tərəflərə mediasiyada onları nələrin gözlədiyi barədə məlumat verir. Mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə sirayət etməsi, mediasiyanın cəmiyyət həyatının bir hissəsi olması üçün bu prosesin mahiyyəti ilə bağlı insanlar daha çox məlumat əldə etməlidirlər. Çünki bu proseslərin müvəffəqiyyəti insan faktorundan, bu sahədə onların məlumatlı olmasından çox asılıdır. Beləki, mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar.– Mediasiyada insanları hansı xərclər gözləyir?
– Qanunun 36-cı maddəsinə görə, mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Eyni zamanda onu da qeyd edək ki, ilkin məcburi mediasiya sessiyasının xidmət haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmişdir. Belə ki, ailə və əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə xidmət haqqı 50 manat, kommersiya mübahisəlir üzrə isə mübahisə məbləğindən asılı olaraq 20 manatdan 400 manata kimidir. İlkin sessiyada çəkilən xərclər 10 manat kimi məhdudlaşdırılmışdır və təsdiq edici sənədlər olduqda tərəflər tərəfindən ödənilir.– Tərəflər tam mediasiya sessiyasında keçdikdə xidmət haqqı və çəkilən xərclər necə ödəniləcək?
– Bütün xərclər tərəflər arasında başqa razılıq yoxdursa bərabər şəkildə bölünməklə ödənilir. Tam mediasiya sessiyasının xidmət haqqı və digrə xərcləri mediator və tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyən edilir. Eyni zamanda onu də nəzərə almaq lazımdır ki, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş “Mediatorların davranışı ilə bağllı reqlament” tələb edir ki, mediatorlar mediasiya xərcləri, hesablanma meyarları və tərəflər arasında bölüşdürülməsi qaydası barədə məlumatı əvvəlcədən təqdim etməlidirlər.– Nə üçün tərəflər məhkəməni deyil, mediasiyanı seçməlidirlər?
– Mübahisənin mediasiyada həlli tərəflərin mənafeyinə hesablanır. Mübahisənin belə həlli daha ucuz başa gəlir. Bunun əsas səbəbi daha qısa zamanda tərəflərin razılaşa bilməsi, zamana bağlı olaraq da xərclərin daha az çəkilməsidir. Bundan başqa, mediasiya prosesində işlərə daha tez baxılaraq qərar (razılıq) qəbul olunur və tərəflərin əldə etdiyi barışıq sazişi dərhal (və ya onların müəyyən etdiyi vaxtda) tərəflər üçün məcburi xarakter alır. Lakin, məhkəmə mübahisələri uzun müddət vaxt aparır, bəzən illərlə insanlar məhkəmə bir məhkəmə çəkişməsini bitirə bilmir. Qanunvericilik işlərə məhkəmələrdə baxılması müddətlərini konkret olaraq nizama salmışdır. Yalnız qanunla müəyyən edilmiş müddətlər nəzərə alınarsa bir işə məhkəmədə baxılması, orta hesabla təxminən bir il çəkir. Lakin hər bir işin xüsusiyyəti nəzərə alınaraq bir çox obyektiv və subyektiv səbələrdən bu müddət bəzərən 2-3 dəfə daha çox uzana bilir.– Vaxt və xərcdən başqa, mediasiyanın mübahisənin digər alternativ həll vasitələrindən daha hansı üstünlükləri var?
– Mediasiyanın məhkəmədən daha bir fərqi bu prosesdə qəbul edilən qərarların xarakterindədir. Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan qərar qəbul edir və həmin qərarla mübahisə həll edilsə də, tərəflərdən birinin narazı qalması istisna deyil. Lakin mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edirlər. Prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə ancaq köməklik edir. Göründüyü kimi mediasiya həqiqətən da rasional düşünən insanlar üçün mübahisələrin həllində əvəzedilməz bir institutdur.
Mediasiyanın başqa bir üstünlüyü ondan ibarətdir ki, əgər məhkəmədə tərəflərin çəkişməsinə əsasən proses aparılaraq qərar qəbul edilirsə, mediasiyada əsasən tərəflərin əməkdaşlığı əsas rol oyanayır. Əgər məhkəmədə çəkişmə gələcək münasiblətlərin xitamı ilə nəcitələnirsə, mediasiyada əməkdaşlıq gələcəkdə də münasibətlərin davam etdirilə bilməsi üçün zəmin yaradır. Bu da ailə və əmək mübahisələrinin həlli üçün əvəzedilməzdir.– İnsanlar mediatora necə müracit edə bilərlər?
– Ümumiyyətlə biz mediasiyanı iki qrupa ayırdıq, ilkin məcburi sessiya tələb olunan işlər və ilkin məcburi sessiya tələb olunmayan könüllü mediasiya işləri. Hər iki halda məhkəməyə müraciət etmək istəyən tərəf digər tərəfə mediasiyanın tətbiqi barədə təkliflə müraciət etməlidir. Birinci halda əgər təklifə müsbət cavab verilməzsə və ya ümumiyyətlə cavab verilməzsə bu zaman həmin şəxs mübahisənin aid olduğu məhkəmənin yerləşdiyi rayonda (şəhərdə) yerləşən mediasiya təşkilatına müraciət edir. Mediasiya təşkilatı həmin iş üzrə bir mediator təyin edir və həmin mediator mediasiya prosesinə başlayır. İkinci halda – könüllü mediasiyada isə eyni vəziyyət üçün mediasya prosesimə xitam verilir.– İlkin məcburi mediasiya sessiyası tələb olunan işlərdə tərəflər hansı məqamlarla qarşılaşa bilərlər?
– İlk olaraq mediator tərəflərlə razılaşdıraraq mediasiya üçün gün təyin edir və tərəflər bununla bağlı bildiriş göndərir. Əgər təyin edilmiş gün digər tərəf medasiyaya gəlməzsə bu zaman mediator gəlmiş, eyni zamanda medasiyaya müraciət etmiş tərəfə arayış təqdim edir. Əgər hər iki tərəf təyin edilmiş gün gələr, lakin tam mediasyiya prosessinə keçməmək barədə qərar verərlərsə bu zaman yenə medator tərəflərə bu barədə arayış verir. Tərəflər qeyd olunan arayışlarla artıq məhkəməyə müraciət edə bilərlər. Digər iki məqam ondan ibarətdir ki, tərəflər tam mediasiya prosesinə keçmək barədə qərar qəbul edir və yekunda razılığıa gəlirlər. Bu zaman barışıq sazişi adlanan sənəd tərtiq olunaraq imzalanır. Əgər bu mərhələdə bu və ya digər səbədən barışıq əldə olunmazsa bu zaman bu halı göstərməklə mediator protokol tərtib edir və bu sənəd yenə tərəflərə məhkəməyə müraciət etmək üçün əsas verir.– Tərəflər mediasiyanı barışıq sazişi ilə yekunlaşdıranda onun icrası necə olur?
– Bu sahədə dünya təcrübəsi ondan ibarətdir ki, tərəflər özləri razılığa gəldiyi, bu saziş onların müzakirəsinin nəticəsi olduğu, onların maraqlarına cavab verdiyi üçün onlar könüllü icra edirlər. Məhz bu hal mediasiyanı üstün tərəflərindən biridir. Əllbəttə belə bir hallar da olacaq ki, bağlanmış saziş könüllü icra edilməsin. Bu halda da sazişin icra edilməsini tələb edən tərəf ərizə ilə məhkəməyə müraciət edəcək, məhkəmə qeyd olunan sazişə 10 gün içərisində baxaraq qətnamə qəbul edəcəkdir. Bununla da saziş məcburi icraya yönələcəkdir.– Və sonda, gözləntilər nələrdir?
Qeyq olunan məsələri nəzərə alaraq gözləntilər ondan ibarətdir ki, inslanlar öz mübahisələrinin həlli üçün mediasiyaya üz tutacaqlar, bununla da onlar daha az xərc çəkməklə, qisa zaman kəsimində mənun qalacaqları nəticələrə çata bilərcəklər. Bu eyni zamanda məhkəmələrin də iş yükünün azlamasına və bununla da baxılan işlərdə keyfiyyət göstəricilərinin artmasında səbəb olacaq.Maddələri necə təsdiq edə bilərəm
Bildiririk ki, mediasiya təşkilatına dair tələblər, habelə mediasiya təşkilatı tərəfindən mediasiya fəaliyyətinin həyata keçirilməsinin əsasları “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.
Qeyd olunanlara əsasən mediasiya təşkilatının göstərdiyi mediasiya xidmətlərinə görə alınmış haqlar təşkilatın gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb olunur.
Bununla yanaşı, mediasiya təşkilatı tərəfindən mediasiya xidmətlərinin göstərilməsi qeyri-kommersiya fəaliyyəti olduğundan bu fəaliyyət üzrə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyektini yaratmır.
Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 159-cu maddələri.
Ümumi qiymət: 5 /5 1
Qiymət ver:- 21/12/2022
- Oxunub: 43
- Orta qiymət: 0
- ID: 7411
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz məsədəuyğundur.
Ümumi qiymət: 0 /5 0
Qiymət ver:- 21/12/2022
- Oxunub: 126
- Orta qiymət: 5
- ID: 6979
Bildiririk ki, sorğuda göstərilən halda, qanunvericiliyə uyğun olaraq hər biri ayrılıqda dövlət qeydiyyatına alınmış publik hüquqi şəxslər (törəmə publik hüquqi şəxs olub-olmasından asılı olmayaraq) vergitutma məqsədləri üçün ayrıca vergi mükəlləfiyyətləri olan müstəqil şəxslər hesab olunur və həmin şəxslərin hər biri tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş ümumi qaydada hesablanmış vergilər üzrə qeydiyyatda olduğu vergi orqanına vergi hesabatları təqdim edilir.
Belə ki, Vergi Məcəlləsinin 33.1-ci maddəsinin müddəalarına əsasən publik hüquqi şəxslərə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.
Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatlarını vergi orqanlarına təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Həmçinin Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.
Eyni zamanda, müraciətdə qeyd olunan publik hüquqi şəxsin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları təqdim edib-etməməsi ilə bağlı mühasibat uçotu məqsədləri üçün müvafiq sahədə funksional idarəetməni həyata keçirən qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü və 72-ci maddələri, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Ümumi qiymət: 5 /5 2
Qiymət ver:- 21/12/2022
- Oxunub: 119
- Orta qiymət: 4
- ID: 7145
Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.
Həmin Qaydaların 5.4-cü bəndinə əsasən məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.
“Zay məhsullara dair akt” ciddi hesabat blankı hesab edilmir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
Qeyd olunanlara əsasən istehsal prosesində norma daxilində baş verən təbii itkilər gəlirdən çıxılan xərclərə aid edilir. İstehsala buraxılmayan zay xammal vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirildiyi halda, zay xammal istehsal prosesində iştirak etmədiyi və cəmiyyət tərəfindən təqdim edilmədiyi üçün həmin zay xammalın dəyəri vergitutma məqsədləri üçün vergi tutulan gəlirlərə və gəlirdən çıxılan xərclərə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Ümumi qiymət: 4 /5 3
Qiymət ver:- 21/12/2022
- Oxunub: 164
- Orta qiymət: 3
- ID: 7122
Bildiririk ki, təsisçi tərəfindən cəmiyyətin mal-materialların pay şəklində nizamnamə kapitalına qoyulması həmin malların alışına və ya idxalına dair sənədlər əsasında həyata keçirilməlidir.
Bununla əlaqədar bildiririk ki, vergi orqanı tərəfindən həyata keçirilən səyyar vergi yoxlamaları zamanı bu əməliyyatlar üzrə vergidən yayınma sxemi aşkar edildikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanması həyata keçirilə bilər.
Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatlara dair ətraflı məlumatlar göstərilməklə və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 23-cü maddələri.
Ümumi qiymət: 3 /5 9
Qiymət ver:- 21/12/2022
- Oxunub: 56
- Orta qiymət: 0
- ID: 7408
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında hüquqi şəxsə təqdim edilən mallara görə hüquqi şəxs tərəfindən fiziki şəxsin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə nəzarət kassa-aparatının çeki təqdim edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 16-cı maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Ümumi qiymət: 0 /5 0
Qiymət ver:- 21/12/2022
- Oxunub: 107
- Orta qiymət: 5
- ID: 7228
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir.
Göründüyü kimi, mediasiya təşkilatları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə elektron qaimə-fakturanın təqdim edilməsi vergi qanunvericiliyində istisna edilməmişdir.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Ümumi qiymət: 5 /5 4
Qiymət ver:- 21/12/2022
- Oxunub: 112
- Orta qiymət: 4
- ID: 7046
Bildiririk ki, Mülki Məcəllənin 53.3-cü maddəsinin müddəalarına əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
Eyni zamanda Mülki Məcəllənin 64.5-ci maddəsinin müddəalarına əsasən təsərrüfat cəmiyyətlərinin iştirakçıları fiziki və hüquqi şəxslər ola bilərlər.
Qeyd olunanlara əsasən xarici hüquqi şəxsin daimi nümayəndəliyi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılan təsərrüfat cəmiyyətinin təsisçisi ola bilməz.
Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən halda aparılan əməliyyatların xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Mülki Məcəllənin 53-cü və 64-cü maddələri.
Ümumi qiymət: 4 /5 4
Qiymət ver:- 20/12/2022
- Oxunub: 72
- Orta qiymət: 0
- ID: 7406
Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.
İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.
Ümumi qiymət: 0 /5 0
Qiymət ver:- 20/12/2022
- Oxunub: 155
- Orta qiymət: 5
- ID: 7303
Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.
Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.
Ümumi qiymət: 5 /5 5
Qiymət ver:- 19/12/2022
- Oxunub: 41
- Orta qiymət: 0
- ID: 7400
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Ümumi qiymət: 0 /5 0
Qiymət ver:- 17/12/2022
- Oxunub: 130
- Orta qiymət: 5
- ID: 7399
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.
Ümumi qiymət: 5 /5 1
Qiymət ver:- 17/12/2022
- Oxunub: 138
- Orta qiymət: 5
- ID: 7397
Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq etməklə həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı.
Ümumi qiymət: 5 /5 2
Qiymət ver:- 16/12/2022
- Oxunub: 76
- Orta qiymət: 0
- ID: 7393
Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:
- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
- uşağın doğulması haqqında şəhadətnamənin surəti:
- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
- övladlığa götürmə barədə məhkəmə qərarının surəti
Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Ümumi qiymət: 0 /5 0
Qiymət ver:- 14/12/2022
- Oxunub: 77
- Orta qiymət: 3
- ID: 7383
Bildiririk ki, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Bununla belə, yerli vergilərin yuxarı həddi Vergi Məcəlləsində təsbit edilmiş hədlər daxilində müəyyən edilir.
Belə ki, Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Əsas: Vergi Məcəlləsinin 4-cü maddəsi.
Ümumi qiymət: 3 /5 2
Qiymət ver:- 13/12/2022
- Oxunub: 166
- Orta qiymət: 5
- ID: 7381
Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq, vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı müvafiq elektron qaimə-faktura verilir, malların sahibkarlıq subyektlərindən alışı qanunvericiliklə müəyyən edilmiş sənədlərlə (elektron qaimə-fakturalar, idxal gömrük bəyannamələri, müqavilələr və s.) təsdiqlənir, vergi uçotunda olmayan (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) ayrı-ayrı fiziki şəxslərdən alışı “Malların alış aktı” ilə sənədləşdirilir və həmin aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatları (FİN, seriyası və nömrəsi) əks etdirilir. Vergi Məcəlləsinə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir
Həmçinin, Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.
Eyni zamanda bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci, 71-1-ci, 71-2-ci, 130-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”
Comments are closed, but trackbacks and pingbacks are open.