Press "Enter" to skip to content

Magistr jurnalının üçüncü sayı nəşr olunub

Magistraturaya qəbulda edilən dəyişiklik nə vəd edir?-“Limiti keçməyənlərin sayı artacaq”

Magistr jurnalının 3 cü sayı

“Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr olunmuşdur

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 3-cü sayı nəşr edilmişdir. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur.

Proqramlar bakalavriat səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib:
1. «Texniki elmlər» (T), «Təbiət -texniki elmlər» (TT), “Aqrar və balıq təsərrüfatı” (AT) və “Ekologiya və təbiətdən istifadə” (ET);
2. «İqtisadiyyat və idarəetmə» (İİ) ;
3. «Maarif» (M) və «Təbiət elmləri» (TE) ;
4. «Humanitar və sosial elmlər» (HS)

Kitabçaların giriş hissəsində bakalavrlara magistratura səviyyəsində ixtisaslaşmaları necə seçmələri, uyğun proqramlardan necə istifadə etmələri, qəbul imtahanının ikinci mərhələsinə hansı proqram əsasında hazırlaşmalı olduqları barədə geniş izahat verilib. Sonrakı səhifələrdə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” və qəbul imtahanı proqramları dərc edilmişdir.

Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar “Magistr” xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Xatırladaq ki, 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması, xarici dillər, riyaziyyat və informatika üzrə qəbul imtahanı proqramları “Magistr” xüsusi buraxılışının 2010-cu il 1-ci sayında, qəbul elanı, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması, xarici dillər, riyaziyyat və informatika üzrə test tapşırığı nümunələri isə “Magistr” xüsusi buraxılışının 2-ci sayında dərc edilib.

​”Magistr” jurnalının üçüncü sayı nəşr olunub

Bakı. 5 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının xüsusi buraxılışının 2015-ci il tarixli üçüncü sayı nəşr edilib. TQDK-dan “Report”a verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Magistr jurnalının 3 cü sayı

2018-03-27 08:46:59

Magistr jurnalının 3-cü nömrəsi nəşr olunub

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2018-2019-cu tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub. AzEDU xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçmək hüququ olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır. Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın 3-cü nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də “Magistr” 3 jurnalında tanış olmaq mümkündür. Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m. Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. Qeyd edək ki, rus dilində olan jurnalın elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar ( http://eservices.dim.gov.az/ejurnal ).

Bu bölməyə aid digər xəbərlər

Magistraturaya sənəd qəbulu davam edir

2023-02-04 13:36:00

Magistratura imtahanı sadələşdirilə bilər? – EKSPERTDƏN AÇIQLAMA

2023-02-02 10:03:00

4300-dən çox şəxs magistraturaya sənəd verib

2023-01-31 12:37:00

“İndiki magistrlərə dərs demək cəhənnəm əzabıdır”- Professordan DİM-ə şikayət

2023-01-30 12:13:00

Magistratura imtahanına qeydiyyat necə aparılır?-DİM

2023-01-10 12:05:00

Gənclər magistratura təhsili almaq üçün ən çox bu ölkələri seçir

2022-12-29 14:38:00

Magistraturaya sənəd qəbulu BU TARİXLƏRDƏ aparılacaq

2022-12-13 11:15:00

Magistraturaya qəbulda edilən dəyişiklik nə vəd edir?-“Limiti keçməyənlərin sayı artacaq”

2022-10-07 05:42:00

Magistratura üzrə əlavə yerləşdirmə prosesi başa çatır

2022-08-30 16:12:00

Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır

Comments are closed, but trackbacks and pingbacks are open.