Magistratura proqramlari 2019
Порядок применения Заявки на получение степени магистра можно подавать с 1 по 30 июля (также 30 июля). Документы подаются онлайн через сайт magistr.edu.uz. Документы в вузы не принимаются.
Magistraturaya qəbul şərtləri AÇIQLANDI – YENİLƏNİB
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.
Mərkəzdən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə fevralın 2-dən 12 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi fevralın 25-də, ikinci mərhələsi isə iyunun 3-də keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.
Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
Magistraturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul imtahanın ikinci mərhələsinin keçiriləcəyi tarix məlum olub.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi 3 iyunda keçiriləcək.
Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.
Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanının əvəzinə yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən və imtahanın 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək keçiriləcək proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin internet saytında müvafiq proqramları seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər.
Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2018-ci il iyunun 3-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı və ya yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 4 – 5 iyun 2018-ci il tarixində qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 2018-ci il iyunun 6-dan 8-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.
2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb.
Müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzinin (DİM) çap etdiyi “Magistr” jurnalının 2-ci sayında öz əksini tapıb.
Magistratura proqramlari 2019
2019-04-26 14:33:42
Magistraturaya proqram seçimi başladı – Qaydalar
Dövlət İmtahan Mərkəzi 2019-cu il aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir.
AzEdu.az xəbər verir ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixli qərarı ilə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub. Lakin bu bakalavrlar imtahanın II mərhələsində dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, ixtisaslaşma seçimi zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulub. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın “Şəxsi kabinet”inin “Hesab”ından çıxılır. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar. Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26‑da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Aşağıdakı qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə yazılı imtahan verirlər: – 41 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın ərizəsində qeyd etdiyi ixtisaslaşma dilində yerinə yetirilir; – 43 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mətni imtahanın birinci mərhələsini verdikləri dildən (Azərbaycan və ya rus dilindən) ərizələrində qeyd etdikləri ixtisaslaşma dilinə yazılı tərcümə edirlər; – 44 saylı proqramı yalnız 1-3 may 2019-cu il tarixində jurnalistika üzrə qabiliyyət imtahanı verərək həmin imtahandan məqbul qiymət alan bakalavrlar seçə bilərlər; bu proqramı seçən bakalavrlar imtahanın II mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir; – 25, 30, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar ixtisas üzrə təqdim edilmiş suallara yazılı formada cavab verirlər. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir. İmtahanın I mərhələsində ixtisaslaşma dilini xarici dil kimi seçmiş bakalavrlar 39, 40 və 41 saylı proqramları seçə bilməzlər. “ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanının birinci mərhələsi üzrə nəticələri Mərkəz tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisasları bitirən bakalavrlar bitirdikləri ixtisasdan asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə qabiliyyət imtahanı verəcəklər. Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2019‑cu il aprelin 26-dan mayın 7-dək keçirilən proqram seçimi zamanı 37, 50, 53 və 74 saylı proqramları seçdikləri halda, 2019-cu il mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçdikləri halda isə 2019-cu il 29 – 31 may tarixlərində qabiliyyət imtahanında iştirak etməlidirlər. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2019-cu il iyunun 7‑dən 18‑dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparacaqlar. İxtisaslaşma seçimində imtahanının ikinci mərhələsindəki nəticələri və ümumi balı DİM tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak edirlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə ─ 15-dən az olmamalıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasının ixtisaslaşmasını isə yalnız həmin akademiyanın məzunları seçə bilərlər. 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elanın tam mətni, eləcə də qəbul aparılacaq ixtisaslaşmaların siyahısı 2019-cu ilin may ayında “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq.
Bu bölməyə aid digər xəbərlər
Поступление в магистратуру Magistraturaga qabul
Порядок применения Заявки на получение степени магистра можно подавать с 1 по 30 июля (также 30 июля). Документы подаются онлайн через сайт magistr.edu.uz. Документы в вузы не принимаются.
Документы подаются онлайн через сайт magistr.edu.uz. Документы в вузы не принимаются.
Документы, необходимые для поступления:
— Паспорт (скан или фото-версия паспорта не требуется, достаточно ввести номер СССР, серию и номер паспорта в обязательные поля); — отсканированная версия заявки с дипломом и оценками бакалавриата;
— Свидетельство о знании иностранного языка, олимпийской победе, президентской или именной стипендии и т. Д. (При наличии). От соискателей не требуется предоставлять какие-либо дополнительные документы (например, фотографии, копии статей, медицинские справки). Подробнее о том, как загрузить документы на сайт, вы можете узнать из следующего видеоурока:
Квоты приема
Планируется, что в этом учебном году в магистратуру будут приняты 10 425 студентов. Из них 5 475 — на безвозмездной основе, а 4 950 — на платной основе. Распределение квот по маршрутам можно найти в следующем файле:
Hujjat topshirish tartibi
Magistratura uchun hujjatlar 1 iyuldan 30 iyulgacha (30 iyul kuni ham) topshirilishi mumkin.
Hujjatlar magistr.edu.uz sayti orqali onlayn tarzda topshiriladi. OTMlarda hujjatlar qabul qilinmaydi.
Qabulni rasmiylashtirish uchun kerak bo‘ladigan hujjatlar:
– pasport (bunda pasportning skaner yoki rasm varianti talab etilmaydi, kerakli o‘rinlarga JShShIR raqami, pasport seriyasi va raqamini kiritish kerak xolos);
– bakalavr darajasini beruvchi diplom va baholar qayd etilgan ilovaning skaner varianti;
– chet tilini bilish sertifikati, olimpiadalar g‘olibligi, prezident yoki nomli stipendiya sohibi ekanligi va h.k.larni tasdiqlovchi hujjatlar (agar mavjud bo‘lsa).
Abituriyentdan shundan boshqa qo‘shimcha hujjatlar (fotosurat, maqolalar nusxasi, tibbiy ma’lumotnoma kabi) talab etilmaydi.
Saytga hujjatlarni yuklash tartibi bo‘yicha quyidagi videoyo‘riqnomada batafsil tanishish mumkin:
Qabul kvotalari
Joriy o‘quv yilida ta’limning magistratura bosqichigarespublika bo‘yicha jami 10 425 nafar talaba qabul qilinishi belgilangan.
Shundan 5475 nafari grant, 4950 nafari to‘lov-kontrakt asosida tahsil oladi.
Kvotalarning yo‘nalishlar bo‘yicha taqsimoti bilan quyidagi faylda tanishish mumkin:
Yo‘nalishlar tanlovi
2019 yil 17 iyundagi prezident qarori bilan bakalavrlarning magistratura yo‘nalishlarini tanlashlari uchun cheklovlar bekor qilingan. Ya’ni talaba bakalavrni qaysi yo‘nalishda o‘qiganidan qat’i nazar o‘zi istagan magistratura yo‘nalishini tanlay oladi. Faqatgina bir necha istisnolar mavjud.
Comments are closed, but trackbacks and pingbacks are open.