Press "Enter" to skip to content

Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlıq uzunmüddətli və qısamüddətli (cari) ola bilər.

Makroiqtisadi tarazlığın təhlili

Çatışmazlıq nəzəriyyəsinin əsasını qoyan məşhur Macar iqti­sad­çısı Y.Kornainin fikrincə cəmiyyətdə «tərəddütetmə halları baş ver­dikdə – onu normal vəziyyətə qaytara bilən tənzimləmə mexanizmi ol­duq­da, iqtisadi sistemin normal vəziyyəti haqqında danışmaq olar»1. La­kin normal vəziyyət tələblə təklif arasında daim mövcud olan uy­ğunluq demək deyildir.
Beləliklə, tarazlıq normal vəziyyətin xüsusi, «ideal» halı demək­dir. Bunun üçün iqtisadi parametrlər arasında onların hər birinə xas olan qarşılıqlı əlaqə və asılılıq, tarazlı­ğın bərpa olunmasının spesifik üsulları səciyyəvidir. Həm də qismən tarazlıq ayrı-ayrı bazar­larda tə­ləblə təklif arasındakı tarazlığı ifadə etdiyi halda, ümumi tarazlıq bütün bazarların əlaqəli və uzlaşdırılmış şəkildə fəaliyyət göstərmələrini əks etdirir.
Məlum olduğu kimi, ümumi iqtisadi tarazlıq anla­yışı L.Valras tərəfindən irəli sürülmüşdür. Onun fikrincə “ümumi iqtisadi tarazlıq dedikdə xidmətlər bazarında məhsuldar xidmətlərə, məhsul bazar­ların­da isə gündəlik tələbat məh-sullarına olan səmərəli tələb və təklifin ta­raz­laş­dığı, satış qiymətlərinin istehsal xərclərinə bərabər olduğu vəziy­yət nəzərdə tutulur”>.
Ümumi tarazlıq sahəsində ən yeni tədqiqatlar L. Valrasın müd­dəalarına bir sıra əlavələr etməyə imkan verir. Bunlardan aşağıdakılar diqqəti daha çox cəlb edir:
1) Tarazlıq sabit deyildir, o daim pozulur və buna görə də «Tarazlıq, qeyri-tarazlıq» deməkdir, tezisi tamamilə doğ­rudur. Buradan da aşağıdakı nəticələri çıxarmaq olar: a) Tarazlığı mü­cər­rəd ideal model kimi nəzərdən keçirmək lazımdır. Başqa sözlə, tə­səvvür etmək ki, tarazlıq heç vaxt olmayıb və ola da bilməz. Lakin bu­na baxmayaraq tədqi-qata tarazlığın araşdırılmasından başlamaq lazım­dır; b) Ta-razlıq optimal qeyri-tarazlıqdır. Bu, o deməkdir ki, o, qiy-mət­lərin dəyərdən, nəticələrin xərclərdən kənar­laş­masını ifa-də et­məklə, onun fəaliyyət göstərməsi və inkişaf etməsində müsbət rol oy­nayır;
2) Qeyri-tarazlıq olan tarazlıq iqtisadi vahidləri həm özlərinin, həm də bü­tövlükdə cəmiyyətin mənafelərinin əksinə fəaliyyət göstər­məyə məcbur etməklə, mənfi, dağıdıcı rol oynayır.
Beləliklə, ümumi iqtisadi tarazlıq ölkə iqtisadiyya­tının taraz­laşdırılması, bütün sahələrdə və bazarlarda onun normal inkişafını tə­min edən qarşılıqlı əlaqə və uzlaşdırılmış sistem deməkdir.
Tələb və təklif öz-özünə deyil, bir-birilə qarşılıqlı əla-qə və təsir şəraitində formalaşır. Qısa zaman kəsiyində (is-tehsalın həcmi sabit ol­maq­la) tələb, iqtisadiyyata, necə deyərlər, «təzyiq edir». Uzunmüddətli dövrdə isə tələb təklif-lə bərabərləşir, bazar, azad rəqabət şəraitində bir sıra ilkin şərtlərin, daxili qanunauyğunluqların təsiri ilə tarazlığı təmin etməyə “çalışır”.
Inhisar və bazar rəqabəti şəraitində (buna qeyri-mükəmməl rəqabət də deyilir) bazar tarazlığı problemini C.Robinson və E.Çem­berlin təhlil etmişlər. Onların fikrin-cə, inhisar şəraitində qiymətlər orta və son xərclərdən yüksək müəyyən edilir.

Iqtisadi sistemdə tarazlıq olmadıqda bu, bir sıra mənfi hal­lara gətirib çıxarır. Bunlar öz əksini artım sürətinin azalmasında, isteh­laka meylin artmasında, istehsalın səmə-rəliliyinin aşağı düşməsində və s. tapır.
Aydın məsələdir ki, bazar, təcrübədə meydana çıxan bütün problemləri həll etməyə qadir deyildir, onun vəzifələri və imkanları məhduddur. Müəyyə maneələr meydana çıxdıqda və dəyişikliklər baş verdikdə, məsələn, xammal­ların və ya yanacağın qiymətləri kəskin su­rətdə bahalan­dıq­da, texnologiyalarda əhəmiyyətli tərəqqi, habelə siyasi böh-ran olduqda, bazar iqtisadiyyatı yeni tarazlıq şəraitinə döv­lətin fəal iştirakı ilə uyğunlaşır. Yeni tarazlığa uyğunlaşma-nın xarakteri isə kon­kret şəraitdən, iqtisadi nizamlayıcıların səmərəliliyindən, döv­lətin iqti­sa­di siyasətindən və s. asılıdır.

Ümumi iqtisadi tarazlığın ən mühüm anlayışların­dan biri də iqtisadi vahidlər, əhali və dövlət tərəfindən nə­zərdə tutulan (və ya plan­laşdırılan) xərclərlə istehsal olunan milli məhsul arasındakı qarşılıqlı əlaqədir. Bu zaman «xərclər» maddəsində şəxsi istehlak, investisiya və döv­lət xərcləri xüsusi qruplara ayrılır. Bunlardan hər hansı biri artı­rıl­dıq­da ümumi xərclər də artmış olur.
Hər bir iqtisadi vahidin əldə etdiyi gəlir isə həmişə onun şəxsi istehlakına bərabər olmur. Gəlirlər az olduqda əvvəlki dövrlərdən qa­lan «yığım»dan şəxsi istehlak üçün istifadə oluna bilər və olunur. Gə­lirlər artdıqda isə iqtisadi vahidlərdə istər şəxsi istehlak, istərsə də «yı­ğım» üçün ayrı-lan vəsaiti artırmaq imkanı yaranır.
Bununla əlaqədar olaraq, məsələn, əldə edilən əlavə gəlirin hər 500 manatına görə əlavə «yığım» və əlavə istehlak üçün ayrılan vəsaitin təhlili xüsusi maraq doğurur. Bunu aşağıdakı kimi ifadə etmək olar:

Burada: MPS–«yığım»a son meylliliyi, MPC–istehla-ka son meylliliyi, DS–yığımın əlavə artımını, DC–şəxsi istehlakın artımını, DD – şəxsi gəlirlərin əlavə artımını göstərir.

  • Teqlər:
  • makroiqtisadiyyat
  • , bazar tarazlığı
  • , makroiqtisadi tarazlıq

Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlığın mahiyyəti, ilkin şərtləri və təmin edilməsi

Makroiqtisadi tarazlıq dedikdə iqtisadi ehtiyatlarla cəmiyyətin tələbatı arasındakı (dəyər ifadəsində) uyğunluq nəzərdə tutulur. Cəmiyyətin tələbatı isə sonsuzdur və o, istehsal imkanlarına nisbətən daha sürətlə artır. Ona görə də tarazlığa ya tələbatın məhdudlaşdırılması (tə­ləbat bazarda özünü tədiyə qabiliyyətli tələb kimi göstərir), ya da isteh­sal prosesinə cəlb olunan iqtisadi ehtiyatların artırılması yolu ilə nail olunur.
Tarazlığa nail olunmasında qiymətlər xüsusi rol oynayır. Qiy­mət­lərin qalxıb – enməsi nəticəsində tələblə təklif arasında tarazlıq, on­ların kəsişmə nöqtəsində isə tarazlıq qiymətləri əmələ gəlir. Qiymətlər həm ayrı-ayrı əmtəələr üzrə, həm də mikro və makroiqtisadi səviyyədə ümumi tələblə təklifin tarazlaşması yolu ilə bütün iqtisadiyyat miqya­sında formalaşır. Lakin mikro və makroiqtisadi səviyyədə tarazlığın tə­min olunması şərtləri bir-birindən fərqlənir. Makroiqtisadi səviyyədə ta­razlığın formalaşması prosesi daha mürəkkəb və ziddiyyət­lidir.

Tarazlığın təmin olunmasında həm istehsalçı, həm də istehlak­çıların fəaliyyəti mühüm rol oynayır. Belə ki, ba-zar iqtisadi sistemində istehlakçılar əldə etdikləri əmtəələrin faydalılığını daim artırmağa, yəni əmtəələrin son faydalılı-ğını sərf etdikləri vəsaitin hər vahidi ilə bərabər­ləş­dirməyə çalışırlar. Istehlakçılar da eynilə belə hərəkət edirlər.
Makroiqtisadi səviyyədə qismən (xüsusi) və ümumi iqtisadi ta­raz­lığı bir-birindən fərqləndirmək lazımdır. Qis-mən tarazlıq iqtisadiy­yatın bir-biri ilə qarşılıqlı əlaqədə olan iki tərəfinin kəmiyyətcə bir-birinə bərabər olması (uyğun gəlməsi) deməkdir. Qismən tarazlığa, mə­sə­lən, istehsal ilə istehlak, tədiyə qabiliyyəti ilə əmtəə kütləsi, dövlət büdcə­sinin gəlirləri ilə xərcləri, ayrı-ayrı bazarlarda tələblə təklif ara­sındakı tarazlıq misal ola bilər. Qismən tarazlığın nəzəri əsaslarının iş­lənib ha­zır­lanmasında A.Marşallın böyük xid-mətləri olmuşdur. Qismən taraz­lıqdan fərqli olaraq ümumi tarazlıq iqtisadi sistemin bütün sahə­lərinin bir-biri ilə əlaqəli və uzlaşdırılmış şəkildə inkişaf etdirilməsi de­məkdir. Ümumi iqtisadi tarazlığın əsasını yalnız istehlak nemətləri üzrə tələb və təklif arasındakı uyğunluq deyil, bütün bazarlardakı uyğunluq təşkil edir. Başqa sözlə, iqtisadi sistemi sabit inkişaf etdirmək üçün bütün bazarlarda tarazlıq olmalıdır.
Ümumi iqtisadi tarazlığın nəzəri əsasları L.Valras tərəfindən işlənib hazırlanmışdır. Onun fikrincə hər hansı bir məhsula olan tələb yalnız o məhsulun özü ilə deyil, həm də başqa əmtəələrin mövcudluğu ilə müəyyən edilir.

Əgər mü­əyyən şəraitdə qiymətlərdə tez dəyişiklik baş verirsə, bu o deməkdir ki, qiymətlərin indiki səviyyəsində tarazlığa əməl olunmuşdur. Daha dəqiq desək, bu məhsula olan tələb qanunu dəyişir və yeni tarazlıq qiymətləri əmələ gəlir. Belə-liklə, tarazlıq qiymətlərinin yeganə variantı haqqında tezis nəzəri cəhətdən özünü doğrultmur. Və onun fərziyyə oldu-ğunu de­mək, daha düzgündür.
Makroiqtisadi tarazlıq milli iqtisadiyyatın bütün ba-zarlarını əhatə edir. Odur ki, misal üçün müstəqil kateqoriya olan avtomobillərin qiymətləri yalnız avtomobil bazarında deyil, həm də tutaq ki, ət ba­zarında, metal bazarında da tarazlığı (dünya iqtisadiyyatının təsiri nə­zərə alınmır) təmin etməlidir. L.Valrasın fikrincə, buna tarazlıq qiymət­lərinin quruluşu dəyişdikdə nail olunur. A. Marşall və K. Marks hesab edirdilər ki, tarazlığa ehtiyatların bir sahədən başqa bir sahəyə «ax­ması» nəticəsində (K. Marksın orta mənfəət normasının əmələ gəlməsi haqqında fikirlərini xatırlamaq kifayətdir) nail olunur. Görün­düyü ki­mi, nöqteyi-nəzərlər bir-birinin eynidir.

Ümumi tarazlıq nəzəriyyəsi tələbat və xərclərin qarşılaşdıqları xüsusi varianta əsaslanır. Burada bir-biri ilə qarşılıqlı əlaqə və asılılıqda olan makroiqtisadiyyatın ən əlverişli vəziyyəti nəzərdə tutulur. Daha dəqiq desək, makroiqtisadi tarazlığa, məqsədi daha çox mənfəət əldə etməkdən ibarət olan əlahiddələşmiş bazar subyektlərinin fəaliyyətləri nəticəsində nail olunur. L. Valrasın tarazlaşma sistemi də məhz yu­xa­rıda deyilən müddəalara əsaslanır. Onun fikrincə heç bir alıcı və satıcı bazar qiymətinə birbaşa təsir edə bilməz. Azad rəqabətin mövcud ol­duğu bazardakı şərtlərə əsaslanan L.Valras modelinin vəzifəsi çoxsaylı ba-zar­ların mövcudluğu şəraitində qiymətlərin əmə­lə gəlməsi-nin qanu­nauy­ğunluqlarını aşkara çıxarmaqdan ibarətdir.
Iqtisadi sistemin tarazlığı təkcə bazar tarazlığı ilə tə-min olun­mur. Burada istehsal amilləri də mühüm rol oy­nayırlar. Belə ki, istehsal dairəsindəki uyğunzusluqlar ba-zar­dakı tarazlığın pozulmasına səbəb olur. Ikincisi, iqtisadi sistemi yalnız nəzəriyyədə təcrid olunmuş şəkildə nəzərdən keçirmək olar. Real həyatda isə iqtisadiyyata bazar vasi­tə­silə təsir etməklə yanaşı, qeyri-bazar amilləri (siyasi, sosial, demoqrafiya və i.a.) ilə də təsir göstərilir. Buna, xalis qeyri-bazar meto­du hesab olunan dövlət tənzimləməsi metod­ları aiddir.
Həyat makroiqtisadi tarazlığın daim təkmilləşdiril­məsini tələb edir. Bu, bir sıra amillər, xüsusilə də milli iqti-sadiyyatın vəziyyəti, isteh­sal amillərinin kəmiyyəti və key-fiyyəti, bunlarla bilavasitə əlaqədar olan cəmiyyətin isteh-saletmə imkanları ilə bağlıdır.

Bütün bunları ümumiləşdirərək iqtisadiyyatın ümümi tarazlı­ğı üçün aşağıdakı ilkin şərtlərin olduğunu demək olar:
1) Tarazlıq qar­şıya qoyulan məqsədin iqtisadi imkanlara uyğun gəlməsi deməkdir. Iqtisadi inkişafın məqsədi və üstün istiqamətləri dəyişdikdə, ehtiyatlara olan tə­ləbat və deməli, proporsiyalar da dəyişir, yeni tarazlıq vəziy­yətinin tə­min olunmasının zəruriliyi meydana çıxır
2) Iq­ti­sadi tarazlıq bütün istehsal ehtiyatlarından istifadə olunmasını nə­zərdə tutur.;
3) Tarazlıq istehsalın və istehlakın strukturunun bir-birinə uy­ğunlaş-dırılması deməkdir
4) Iq­ti­sadiyyatda ümumi tarazlıq dedikdə, bazar tarazlığı, bütün bazarlarda tələblə təklif arasında tarazlıq nəzərdə tutulur.

Makroiqtisadi tarazlıq

Equilibrium iqtisadi siyasət və nəzəriyyə ən vacib məsələlərdən biri hesab olunur. sistemləri nəzəriyyəsi mövqe normal fəaliyyət imkanı olan halda, sabitlik onun komponentləri bir-biri ilə müdaxilə və balanslı bir şəkildə yoxdur tarazlıq strukturu hesab olunur. Systems özünütənzimləmə mexanizmi ilə xarakterizə olunur. Bu xüsusiyyət saxlamaq və balans nail olmaq üçün imkan verir. Bu mexanizm iqtisadi strukturu ölkə iqtisadiyyatına xas deyil.

Makroiqtisadi tarazlıq bütün seçim uyğun gələni üçün axtarış ilə əldə edilir. Bu halda, istifadə məhdud resursların müxtəlif məhsulların istehsalı üçün (kapital, torpaq və əmək) cəmiyyətin bütün üzvləri arasında onların paylanması ilə balanslaşdırılmış olunur.

Makroiqtisadi tarazlıq – əsas iqtisadi parametrləri bu mütənasiblik və tarazlıq. Belə ki, iş şəxslər stimul hiss edən bir vəziyyət status-kvonu dəyişdirmək üçün. Başqa sözlə, bu istehlak və istehsal, resurs və tətbiqi, əməliyyat nəticələri və amillər, maliyyə, maddi və real vəsaitlərinin hərəkəti arasında o deməkdir ki, tələb və mütənasiblik çatdı.

bazar iqtisadiyyatı şəraitində Equilibrium tələb və istehsal arasında yazışma ilə xarakterizə olunur. Belə bir vəziyyətdə bu qədər əldə edə bilərsiniz başa necə bir məhsul kimi istehsal olunur. Bu balans hər hansı tələbləri məhdudlaşdırılması ilə əldə edilə bilər iqtisadi səmərələrin (aşağı effektiv tələb) və ya ehtiyatların optimallaşdırılması istifadə artım.

Mütənasiblik bir neçə növə təsnif edilir.

Specialists qismən və ümumi makroiqtisadi tarazlığı müəyyən edir.

İkinci müəyyən altında milli bazarların qarşılıqlı balans anlamaq üçün. Bu hər bir fərdi bazar payı və bəlkə yaxşı matç və iqtisadi agentlərin planlarının həyata keçirilməsinə aiddir. Bu halda, iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün ərz və ya tələb səviyyəsini dəyişdirmək üçün cəhd deyil biznes şəxslərin tam məmnuniyyət.

Qismən balans daxil olan ayrı-ayrı bazarlarda, balans müəyyən milli iqtisadiyyatın strukturunun.

Ekspertlər müəyyən və makroiqtisadi tarazlıq tam. Bu optimal nisbəti bütündür iqtisadiyyatın strukturu. Bu vəziyyət əslində mümkün deyil, lakin bütün iqtisadi fəaliyyət ideal məqsəd hesab olunur.

Makroiqtisadi tarazlıq uzunmüddətli və qısamüddətli (cari) ola bilər.

Balance daha ideal (nəzəri istənilən) və real bölünür.

ilkin mükəmməl mütənasibliyi formalaşması daxildir mükəmməl rəqabət və mənfi hadisələrin olmaması. Bu vəziyyət iqtisadi fəaliyyətin hər bir üzvü bir əmtəə ki, mümkündür bazarında hər iş – istehsal faktoru. Əslində, bu şərtlər pozulur. Təcrübədə, məqsəd xarici təzahürləri, qeyri-kamil müsabiqə iştirakı mövcuddur və iqtisadi sistemin bütün iştirakçılarının məqsədləri tam həyata keçirilməsi əsasında müəyyən edilir real balans nail olmaqdır.

balans də uçucu və sabit ola bilər. Sabitlik iqtisadiyyat xarici təsiri cavab onun orijinal mövqe müstəqil qaytarmağa qadirdir vasitəsi belə mütənasiblik, səciyyələndirir. özünütənzimləmə mexanizmi işləmir, onda balans sabit deyil.

Comments are closed, but trackbacks and pingbacks are open.