Press "Enter" to skip to content

Glin birlikd yrnk ylncli riyaziyyat Aa sinif agirdlri

Aranlı M. Əyləncəli riyaziyyat : orta məktəb şagirdləri üçün. – Bakı : Müəllim, 2005. – 296 s. Kitabda çoxlu əyləncəli, məntiqi düşüncə tələb edən və qədim məsələlər verilmişdir. Kitab riyaziyyatla maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Riyaziyyat dünyası

Sumqayıt şəhərində fənn aylığı çərçivəsində keçirilən tədbirlərdən biri də 21 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. Yanvar ayı riyaziyyat fənninə həsr olunduğundan həmin məktəbin riyaziyyat müəllimi Fərəcli Dünya “Riyaziyyat dünyası” adlı riyaziyyat gecəsi keçirmişdir. Tədbirdə bir çox məktəblərdən dəvət olunmuş müəllim və qonaqlar, eyni zamanda əməkdar müəllim, 30-a yaxın bir çox elmi və bədii kitab və jurnalların müəllifi, İmişli rayon kənd orta məktəbinin direktoru, ustad müəllim Malik Aranlı (Qəhrəmanlı) da iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı Dünya müəllimə gələn qonaqları və tədbir iştirakçılarını salamlamış, Azərbaycanın Dövlət Himni oxunaraq tədbiri açıq elan etmişdir.

Tədbirin ilk hissəsində Malik Aranlı ilə görüş olmuşdur. O, çıxış edərək, riyaziyyat v məntiqin əhəmiyyətindən danışmış, şagirdlərə testi həll etməyə qaçmamağa, ilk öncə riyaziyyatın kökünü öyrənməyə çağırmışdır : “. Riyaziyyatı dərk etməyən, nəzəriyyyəni,düsturların çıxarılışını bilməyən şagird test həll etməyə qaçmasın. ” Ustad müəllim daha sonra şagirdlərin suallarına cavaba vermişdir.

Tədbirin ikinci hissəsi V a sinfinin hazırladığı kompozisiya və səhnəciklərə həsr olunmuşdur. Şagirdlər riyaziyyatın gündəlik həyatımızda rolu, “Rəqəmlərin mübahisəsi” (müəllif Malik Aranlı) , riyaziyyatın bütün elmlərin şahı olmasına dair səhnəciklərini təqdim etmişdilər. Şagirdlər həmçinin hazırladıqları rəqs və musiqi çələngilə tədbiri daha da rəngarəng etmişdilər.

Sonda 20 Yanvar- Ümumxalq hüzn günü anılmış, Qanlı Yanvarın tarixi səhifələnmiş, Vətənpərvərlik ruhunda şeirlər söyləmişdilər. Bu günün hüzn günü kimi yox, qəhrəmanlııq səlnaməsi kimi tarixə düşməsini qeyd etmişdilər. Tədbirin sonunda “Viktorina” keçirilmiş, maraqlı və əyləncəli məntiqi suallar bütün şagirdlərin marağına səbəb olmuşdur. “Viktorina”da iştirak edən hər bir şagirdə və sonda çıxış edərək tədbir haqqında öz fikirlərini söyləmiş və belə tədbirlərin davamlı olaraq keçirilməsini, şagirdlərə Vətənpərvərlik ruhunun aşılanmasını bildirən məktəbin direktoru Vladim İbrahimov, metodbirləşmə rəhbəri Diləfruz Mahmudova , təlim-tərbiyyə işləri üzrə direktor müavini Afilə Nağıyeva və bəzi qonaqlara hədiyyələr təqdim olunmuş, tədbirdə iştirak etdiyi üçün dərin minnətdarlıq bildirilmişdir.

Glin birlikd yrnk ylncli riyaziyyat Aa sinif agirdlri

Aranlı M. Əyləncəli riyaziyyat : orta məktəb şagirdləri üçün. – Bakı : Müəllim, 2005. – 296 s. Kitabda çoxlu əyləncəli, məntiqi düşüncə tələb edən və qədim məsələlər verilmişdir. Kitab riyaziyyatla maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Aranlı M. Riyaziyyatdan maraqlı və əyləncəli çalışmalar : balacalar üçün. – Bakı: 2007. – 98 s. Bu kitabda balaca məktəblilər üçün çoxlu maraqlı, əyləncəli və düşündürücü çalışmalar verilmuişdir. Kitab həmçinin ibtidai sinif müəllimləri, ali və orta ixtisas məktəb tələbələri üçün faydalı ola bilər.

Babayev M. Babalar, nənələr və bapbalcalar üçün əyləncəli riyaziyyat. – Bakı : Təhsil NPM, 2005. – 64 s. Bu kitab kiçik yaşlı uşaqlar üçün Azərbaycan dilində yazılmış bu tipli ilk kitabdır. Burada verilmiş 100 sadə, əyləncəli oyun və tapşırıqlar balalarımızın məntiqi düşünməsinə və təfəkkürünün inkişafına kömək etməlidir.

Əliyeva S. Rəqəmlərin sehrli dünyası. – Bakı : Elm və Təhsil. 2011. – 48 s. Əziz uşaqlar! Mən sizi sehrli işarələrlə tanış etmək istəyirəm. Bu işarələr sizi lap kiçik yaşlarınızdan izləyir. Lakin siz onların nə olduğunu bilmirsiniz. Bu işarələrin adına rəqəmlər də deyirlər. Mən sizə bu rəqəmlərin yaranma tarixindən məlumat vermək istəyirəm. Bir baxın, sizin tanıdığınız bu sadə rəqəmlərin çox maraqlı keçmişi olub. Gəlin onların yaranma tarixinə səyahət edək. Müəllif.

Riyazi əlifba =Математическая азбука. – Bakı : İstedad jurnalı, 1996. – 25 s. Kiçik yaşlı uşaqlara riyaziyyat tarixindən, insanların saymağa başladığı gündən robot ixtira etdikləri dövrə qədər məlumat verir.

Söyütlü E. Əyləncəli suallar. – Bakı : 2010. – 72 s. Sadə rəqəm suallarından mürəkkəb rəsm sorularına, kəlmə tamamlamalarından rəqəm silsiləsinin məntiqi ardıcıllığına qədər bir çox sual növünü əhatə edən bu kitab maraqlı suallardan ibarətdir. Bu sualları həll edərkən həm əylənəcək, həm də zəkanızı, məntiqi qabiliyyətinizi inkişaf etdirəcəksiniz. Sualların çoxu şəkilli olduğuna görə görmə zəkanızın inkişafına da kömək edəcək. Elə isə, gəlin, sualların əyləncəli və zövqlü dünyasına səyahət edək!

İmişli şəhər 7 saylı tam orta məktəbin biologiya müəllimi Əliyeva Leylinin metodiki bloqu

Bu gün imişli təhsili böyük itki ilə qarşılaşıb. Rayonumuz eləcədə Respublikamızda Riyaziyyatın və Məntiqin inkişafı üçün fədakarcasına çalışan Malik Aranlı dünyasın dəyişdi.

Bu cür müəllimin vəfatı cəmiyyət üçün böyük itkidi. Rayon təhsil şöbəsinin bir vaxtlar dərc etdiyi yazını sizə xatırlatmaq üçün təqdim edirəm.

Allah rəhmət etsin.

“Əməkdar müəllim”

Ulu öndər Heydər Əliyev deyirdi: “Müəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir”. Xalqımızın ümummilli liderinin bu sözləri müstəqil ölkəmizdə hər bir təhsil işçisinin həyat kredosuna, peşə məramına çevrilib. 25 ildir müstəqillik yolları ilə inamla addımlayan Azərbaycanda təhsilin inkişafına yönələn addımlar, görülən tədbirlər bu gün ölkəmizdə müəllim peşəsinin uğurlarını şərtləndirib, millətimizin gələcəyinin xoşbəxt sabahı təmin olunub. İndi haqqında danışacağımız əməkdar müəllim Malik Qəhrəmanlı (Malik Aranlı) da belə təhsil fədailərindəndir.

Bütün həyatını ölkəmizdə təhsilin, elmin inkişafına həsr edən Malik müəllim sadə həyat yolu keçib. O, 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildəAzərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini qiyabi yolla bitirib. Əmək fəliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayan Malik müəllim elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb, gənc müəllim tezliklə pedaqoji və şagird kollektivinin rəğbətini qazanıb. 1992-ci ildən Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllimin Azərbaycan təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Malik müəllim nümunəvi pedaqoji fəaliyyəti ilə yanaşı, müxtəlif elmi və bədii yazıları ilə də tanınır. 1975-ci ildən başlayaraq mətbuatda bir sıra mövzularda mütəmadi olaraq çıxış edən Malik müəllim Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Məntiq və Riyaziyyat” jurnalının təsisçisi və baş redaktorudur. Gənc nəslin daha sanballı elmi tədris vəsaitləri ilə təmin olunmasında mühüm rol oynayıb. Belə ki, o, “Riyazi sofizmlər”. Diofant tənlikləri”, “Riyazi rebuslar”, “IX sinif Cəbrdən (yazılı) imtahana hazırlıq üçün çalışmalar”, “Məntiq (I-IV sinif)”, “Əyləncəli riyaziyyat”, “Riyaziyyat həvəskarının maraq dünyası”, “Riyaziyyatdan olimpiada məsələləri”, “Başsındıran məsələlər”, “Məntiqi təfəkkür-IQ testləri”, “Məntiq -IQ testləri”, “Məntiq və Riyaziyyat”, “XI sinif riyaziyyatdan buraxılış imtahanının test bankı”, “Riyaziyyatdan maraqlı və məntiqli çalışmalar”, “Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün Riyaziyyatdan tədris materialının tematik planı və yoxlama yazı işi nümunələri”, “IX sinif riyaziyyatdan buraxılış imtahanının test bankı”, “Riyaziyyatda “çətin” testlər”, “Riyaziyyat düsturları”, “Məntiqi təfəkkürü yoxlayan məsələlər və testlər. (I kitab)”, “TQDK-nın kitabı. Məntiq testləri”, “Riyaziyyat. 200 test”, “İbtidai sinif. 200 test”, “Məntiq İQ testləri və məsələləri”, “Kurikulum. Metodika və məntiq testləri”, “Riyaziyyatdan 1285 test” kitablarının müəllifi və həmmüəllifi olaraq ölkəmizdə təhsilin və elmin inkişafında, gənc nəslin riyaziyyatın sirlərinə yiyələnməsində danılmaz xidmətlər göstərib. Bu kitabların hər biri ali məktəblərə və magistraturaya hazırlaşan gənclər üçün açar rolunu oynayıb.

Onun nüfuzlu şəxslər haqqında yazdığı məqalələr, kitablar oxucular tərəfindən maraqla qarşılanıb. Məsələn, “Aranlı kəndinin şəhid və itkinləri”, “Azərbaycanın Milli Qəhrəmanı İmanverdi Əliyev”, “Hekayələr”, “Pedaqoji yazılar”, “Unudulmaz insan”, “Qürbət müəllim”, “Fərhad şəhidlik zirvəsində”, “Əlağa Mərdanlı-70”, “Mirələkbər Gövhərli-70” və “Aranlının söz çələngi” kitabları bu gün də sevilə-sevilə oxunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev onu da deyib ki, təhsil hər bir millətin gələcəyidir. Bu gələcəyin təmin olunması isə qəhrəman müəllimlərimizin əlindədir. Bu sırada Malik müəllimin də böyük xidmətləri var. Onun gərgin zəhməti sayəsində yetişən insanlar bu gün müxtəlif sahələrdə çalışır, ölkəmizin inkişafına tövhələr verirlər. Onun yetişdirdiyi şagirdlər ölkəmizin sabahının qarantına çevrilib, bütün bunlar isə Malik Aranlının danılmaz xidmətləri sayəsində mümkün olub.

Malik müəllimə elmi-pedaqoji, bədii, ictimai fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayırıq.

Mənbə

Əməkdar müəllim, hamının sevimlisi Malik Aranlı vəfat edib

Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim, hamının sevimlisi Malik İsmayıl oğlu Qəhrəmanlı (Malik Aranlı) vəfat edib.

O, 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Əmək fəliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayan Malik müəllim elə ilk vaxtlardan qabaqcıl təhsil işçisi kimi tanınıb. Gənc müəllim tezliklə pedaqoji və şagird kollektivinin rəğbət və hörmətini qazanıb. 1992-ci ildən Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllimin Azərbaycan təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, gənc nəslin təlim- tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. O, otuzdan çox pedaqoji, publisisitik və ədəbi kitabların müəllifidir.

Comments are closed, but trackbacks and pingbacks are open.