Press "Enter" to skip to content

CFA Consulting

Bu rasyo vasitəsilə şirkətin kapitalının aktivlərin nə qədər hissəsini əhatə etdiyi ölçülür. Bu əmsalın çox olması arzu olunandır. Nisbət nə qədər yüksəkdirsə bu o deməkdir ki, şirkətin aktivlərinin böyük bir hissəsi onun kapitalı hesabına formalaşmışdır. Xüsusilə böhran vəziyyətində bu nisbətin yüksək olması şirkətin dayanıqlığı üçün müsbət haldır.

Maliyyə hesabatlarinin təhlili

BBN.az olaraq, “AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini və ABA-nın nəzdində fəaliyyət göstərən Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun sədri Aydın Hüseynovun məqaləsini təqdim edirik.

Bu məqalədə kommersiya (SME) və korporativ kreditlərin eləcə də, investisiya layihələrinin analizləri zamanı kredit mütəxəssislərinin və investisiya menecerlərinin ən çox ehtiyac duyduğu Maliyyə Hesabatlarının Təhlilindən daha dəqiq qeyd etsək, Nisbət (Ratio) və ya başqa bir adıyla Əmsal Analizindən bəhs edəcəm.

Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı 4 əsas metoddan istifadə edilir:

1. Üfüqi və ya müqayisəli analiz (Horizontal analysis)

2. Şaquli analiz (Vertical analysis)

3. Meyllilik və ya tendensiya analizi (Trend analysis)

4. Nisbət, əmsal və ya rasyo analizi (Ratio analysis)

Bu məqalədə Maliyyə Cədvəllərinin Analizində daha çox istifadə olunan Rasyo Analizi haqqında ətraflı məlumatlar veriləcəkdir.

Şirkətin balans və mənfəət – zərər hesabatlarının maddələri arasında nisbətlər qurularaq aparılan analizə nisbət və ya rasyo analizi deyilir. Rasyo analizində balans və mənfəət – zərər hesabatlarının bir- biri ilə əlaqəli olan maddələri bir- birinə bölünərək nisbətlər qurulur və bu nisbətlərin dəyərləri incələnir. Rasyo analizi 4 qrupa bölünür:

  • Likvidlik rasyoları (Liquidity ratios)
  • Maliyyə və ya borcluluq rasyoları (Financial or Solvency ratios)
  • Fəaliyyət və ya əməliyyat rasyoları (Activity or Operational ratios)
  • Mənfəətlik rasyoları (Profibility ratios)

Likvidlik Rasyoları

Likvidlik rasyoları bir şirkətin qısa müddətli borc ödəmə gücünü ölçmək üçün istifadə olunur. Likvidlik rasyoları aşağıdakılardır:

  • Cari Likvidlik Əmsalı və ya Cari rasyo (Current ratio)
  • Ani Likvidlik Əmsalı və ya Cəld rasyo (Quick or Acid test ratio)
  • Nağd rasyo (Cash ratio)
  • Stok və ya Ehtiyat Asılılıq rasyosu (Stock or Inventory Dependency Ratio)

Cari Rasyo

Cari Likvidlik Əmsalı və ya Cari rasyo (Current ratio – CR), Dövriyyə vəsaitlərinin (Current Assets – CA) Qısa müddətli öhdəliklərə (Short term liabilities – SL) bölünməsi ilə hesablanır:

CR = CA / SL

Burada, Cari Aktivlər bütün dövriyyə vəsaitləridir və kassa, hesablaşma hesabları (bank hesabları), 1 ilə qədər olan debitor borcları, verilmiş avanslar, mal ehtiyyatları və 1 ilə qədər olan digər dövriyyə aktivlərindən ibarətdir. Qısa müddətli öhdəliklərə 1 ilə qədər olan kreditor borcları, alınmış avanslar, 1 ilə qədər olan maliyyə və kredit borcları və 1 ilə qədər olan digər öhdəliklər aiddir. Cari likvidlik əmsalı bir mənalı olaraq 1-dən böyük olmalıdır. Əgər bu nisbət 1-dən böyük isə o halda şirkət və ya müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malikdir. Əks halda yəni nisbət 1-dən kiçik isə bu zaman şirkət və ya müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malik olmayacaqdır. Bu nisbətin 1,5-dən az olmaması arzu olunandır və kafi sayılır.

Cəld Rasyo

Ani Likvidlik Əmsalı və ya Cəld rasyo (Quick ratio – QR), Ehtiyatlar (Inventories – I) istisna olmaqla dövriyyə vəsaitlərinin qısa müddətli öhdəliklərə bölünməsi ilə hesablanır:

QR = (CA – I) / SL

Burada, mal ehtiyatları dedikdə, xammal, yarımfabrikat, hazır məhsullar və ticarət üçün alınmış məhsullar başa düşülür. Şirkətin dövriyyə vəsaitləri içərisində ən gec pula çervilən vəsaitlər mal ehtiyatlarıdır. Bu nisbətin mənası odur ki, şirkət və ya müəssisə mal ehtiyatlarını satmadan öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malikdir yoxsa deyildir. Yuxarıda qeyd etdiyimiz kimi, bənzər şəkildə bu nisbətin 1-dən az olmaması arzu olunandır.

Cəld rasyo ola biləcək bir böhran əsnasında Cari rasyoya nəzərən daha yaxşı bir göstərici olaraq qəbul edilməkdədir.

Nağd rasyo

Nağd rasyo (Cash ratio – CSR), Nağd və nağd ekvivalentli cari aktivlərin (Cash and cash equivalence assets – CEA) Qısa müddətli öhdəliklərə bölünməsi ilə hesablanır:

CSR = CEA / SL

Burada, Nağd və nağd ekvivalentli cari aktivlər dedikdə, kassa, hesablaşma hesabları (bank hesabları) və əgər varsa qiymətli kağızlar başa düşülür. Bu nisbətin mənası odur ki, şirkət və ya müəssisə iqtisadi şəraitdə hər hansı bir çətinlik əsnasında mal ehtiyatlarını satmadan və debitor borclarını və verdiyi avansları geriyə almadan ilkin mərhələdə öz qısa müddətli öhdəliklərinin nə qədərini ödəyəbilmə qabiliyyətinə malikdir. Bu rasyo likvidliyi daha dar mənada ölçən bir nisbətdir.

Bu nisbətin 0,3-dən az olmaması arzu olunandır. Nisbətin yüksək olması müəssisənin borc ödəmə gücünü göstərərkən eyni zamanda pulun işlədilmədiyi mənasına da gəlir. Dolayısıyla Nağd rasyosu yüksək (məsələn 3 və s.) olan firmalar aktivlərini kifayət qədər məhsuldar istifadə etmirlər demək olar.

Stok rasyo

Stok və ya Ehtiyat asılılıq rasyosu (Stock ratio – SR), Ehtiyatların Net fəaliyyət kapitalına (Net workong capital – NWC) bölünməsi ilə hesablanır:

SR = 100 x I / NWC

Burada, Net fəaliyyət kapitalı (xalis işlək kapital) dedikdə Dövriyyə vəsaitləri ilə Qısa müddətli öhdəliklərin fərqi qəbul edilir:

NWC = CA – SL

Net fəaliyyət kapitalı özüdə bir likvidlik göstəricisidir. Belə ki, əgər Net fəaliyyət kapitalı sıfırdan böyük isə o halda şirkət qısa müddətli borc ödəmə gücünə malikdir. Əks halda, Net fəaliyyət kapitalı sıfırdan kiçikdirsə, o halda şirkətin dövriyyə vəsaitləri qısa müddətli borcları ödəməkdə yetərsizdir. Stok rasyosunun mənası ondan ibarətdir ki, bu nisbəti hesablamaqla Net fəaliyyət kapitalının nə dərəcədə mal ehtiyatlarından asılı olduğu ölçülür. Beləki, əgər bu nisbət 100%-dən çox isə (məsələn 150% və s.) o halda şirkətin Net fəaliyyət kapitalı böyük ölçüdə mal ehtiyatlarından asılıdır deməkdir. Bu isə şirkətin reallıqda qısa müddətli borc ödəmə gücünün nə qədər çətin olduğunun işarəsidir.

Bu nisbətin 100%-dən az olması arzu olunandır.

Maliyyə rasyoları

Maliyyə rasyoları bir şirkətin maliyyələşməsində xarici borclardan və mənbələrdən nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur. Maliyyə rasyoları aşağıdakılardır:

  • Leverec əmsalı (Leverage ratio)
  • Borclanma əmsalı (Debt ratio)
  • Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)
  • Cari öhdəliklərin aktivlərə olan nisbəti
  • Maddi aktivlərin kapitala olan nisbəti

Leverec əmsalı

Leverec əmsalı (Leverage ratio – LR) Toplam öhdəliklərin (Liabilities – L) Kapitala (Capital – C) bölünməsi ilə hesablanır:

LR = 100% x L / C

Burada, Öhdəliklər dedikdə bütün qısa və uzun müddətli öhdəliklər başa düşülür. Uzun müddətli öhdəliklərə 1 ildən daha uzun müddətə olan kreditor borcları, 1 ildən daha uzun müddətə olan maliyyə və kredit borcları və digər 1 ildən daha uzun müddətə olan öhdəliklər başa düşülür. Kapital dedikdə isə biznesə qoyulmuş şəxsi sərmayələr və yığılmış mənfəət başa düşülür. Bu rasyo vasitəsilə şirkətin bütün borclarının kapitalından çox olub -olmaması ölçülür. Yəni, şirkətin malik olduğu kapitalın borcları əhatə edib -etmədiyini göstərir. Bu əmsal ən çox 100% olmalıdır. Əgər nisbətin dəyəri 100%-dən çox isə bu o dəməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu xarici borclanmalar ilə formalaşmışdır. Belə olan halda, aktivlər üzərində şirkətin sərmayədarlarından daha çox ona borc verənlər söz sahibidir. Qeyd edildiyi kimi, nisbətin mənası şirkətin kapıtalının onun borclarını ödəyəbilmə imkanında olub -olmadığı deməkdir.

Borclanma əmsalı

Borclanma əmsalı (Debt ratio – DR) Öhdəliklərin (Liabilities – L) Aktivlərə (Assets – A) bölünməsi ilə hesablanır:

DR = 100% x L / A

Bu nisbət aktivlərin nə qədərlik hissəsinin kənar mənbələrdən (borclardan) maliyyələşdiyini göstərir. Bu əmsal ən çox 50% olmalıdır. Əgər nisbətin dəyəri 50%-dən çox isə bu o deməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu xarici borclanmalar ilə formalaşmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, belə olan halda aktivlər üzərində şirkətin sərmayədarlarından daha çox ona borc verənlər söz sahibidir.

Kapitalın adekvatlıq əmsalı

Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio – CAR) Kapitalın (Capital – C) Aktivlərə (Assets – A) bölünməsi ilə hesablanır:

CAR = 100% x C / A

Bu rasyo vasitəsilə şirkətin kapitalının aktivlərin nə qədər hissəsini əhatə etdiyi ölçülür. Bu əmsalın çox olması arzu olunandır. Nisbət nə qədər yüksəkdirsə bu o deməkdir ki, şirkətin aktivlərinin böyük bir hissəsi onun kapitalı hesabına formalaşmışdır. Xüsusilə böhran vəziyyətində bu nisbətin yüksək olması şirkətin dayanıqlığı üçün müsbət haldır.

Cari öhdəliklərin aktivlərə olan nisbəti

Cari öhdəliklərin aktivlərə olan nisbəti (Current liabilities to assets ratio – CLR) Cari Öhdəliklərin və ya başqa bir adıyla Qısa müddətli öhdəliklərin (Current Liabilities – CL) Aktivlərə (Assets – A) bölünməsi ilə hesablanır:

CLR = 100% x CL / A

Bu nisbət, aktivlərin nə qədərlik hissəsinin Qısa müddətli öhdəliklərdən maliyyələşdiyini göstərir. Əgər şirkətin Uzun müddətli öhdəlikləri yoxdursa, o halda bu əmsal ən çox 50% olmalıdır. Əgər nisbətin dəyəri 50%-dən çox isə bu o deməkdir ki, şirkətin aktivlərinin ən az yarısından çoxu Qısa müddətli öhdəliklər ilə maliyyələşmişdir və bu arzu olunan hal deyildir.

Qısa müddətli öhdəliklərin Aktivləri maliyyələşməsində payı maksimum 30% olması xarici maliyyə təşkilatları tərəfindən ümumi bir meyar olaraq qəbul edilmişdir. Bunun xaricində, Dövriyyə vəsaitlərini Qısa müddətli öhdəliklərlə və Əsas vəsaitləri isə Uzun müddətli öhdəliklər, eləcə də Kapital ilə maliyyələşməsi ən doğru yanaşmadır.

Maddi aktivlərin kapitala olan nisbəti

Maddi aktivlərin kapitala olan nisbəti (Tangible assets to capital ratio – TAR) Maddi aktivlərin (Tangible assets – TA) Kapitala bölünməsi ilə hesablanır:

TAR = 100% x TA / C

Burada, Maddi aktivlər dedikdə 1 ildən daha uzun müddətli aktivlər başa düşülür və buraya ofis və istehsalat binaları, torpaq sahələri, biznes avadanlıqları və komputer texnikası başa düşülür. Bu nisbət vasitəsilə şirkətin maddi aktivlərinin maliyyələşməsində xarici borclardan nə dərəcədə istifadə olunub- olunmaması ölçülür. Başqa bir ifad’ ilə maddi aktivlərin nə qədərlik qisminin kapital tərəfindən qarşılandığını ölçməkdir. Əgər nisbət 100%-dən çox isə, o halda maddi aktivlərinin maliyyələşməsində xarici borclardan istifadə olunduğu anlaşılır. Lakin yüksək texnoloji avadanlıqlar istifadə edən şirkətlərin, xüsusilə sənaye müəssisələrində bu nisbətin 100%-dən böyük olması normal qarşılanmalıdır. Belə olan halda, maddi aktivlərinin maliyyələşməsində xarici uzun müdətli borclardan istifadə olunması arzu olunandır.

Leverec əmsalı, Borclanma əmsalı və Kapitalın adekvatlıq əmsalı ödəmə qabiliyyəti (gücü) əmsalları (Solvency ratios) kimi də bilinir.

Fəaliyyət rasyoları

Fəaliyyət rasyoları bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur. Fəaliyyət rasyoları aşağıdakılardır:

  • Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio)
  • Debitorların orta yığım müddəti (Receivables turnover ratio)
  • Kreditorların orta yığım müddəti (Payables turnover ratio)
  • Nağd pulun konversiya dövrü (Cash conversion cycle)
  • Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio)
  • Cari aktivlərin dövriyyə əmsalı (Current assets turnover ratio)
  • Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio)

Mal ehtiyatlarının orta satılma müddəti

Mal ehtiyatlarının orta satılma müddəti (Inventory turnover ratio – ITR) Mal ehtiyatların (Inventories – I) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi və 365 günə vurulması ilə hesablanır:

ITR = 365 x I / CGS

Burada, Mal ehtyyatları dedikdə xammal ehtiyatları, yarımfabrikatlar, hazır məhsullar və ticarət üçün alınmış məhsullar başa düşülür. Satılan malın maya dəyəri isə satılmış (istehsal olunmuş) malların və ya göstərilmiş xidmətlərin maya dəyəridir. 365 rəqəminə gəlincə isə bu rəqəm təhlil olunan dövrdən asılı olaraq dəyişilə bilər. Yəni, 1 il üçün 365 gün, yarım il üçün 180 gün, rüblük üçün 90 gün və aylıq üçün 30 gün nəzərə alınır. Satılmış malın maya dəyərinin Mal ehtiyatlarına bölünməsi ilə Mal ehtiyatlarının neçə dəfədən bir satıldığı tapılır. Başqa bir ifadə ilə ehtiyatların bir il içərisində neçə dəfə dövr etdiyi hesablanır. İlin yəni, 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə mal ehtiyatlarının neçə gündən bir satıldığı hesablanır. Satılan malın növünə görə bu nisbətin dəyəri analiz edilir. Yəni, əgər gündəlik istehlak olunan ərzaq malları satılırsa o halda dəyərin az (məsələn 30 gün və s.) və ya əgər satılan mal mebel və ya məişət və komputer avadanlığı isə o zaman dəyərin çox (məsələn 60 gün və s.) olması məntiqlidir.

Bir firma üçün anbarda mal ehtiyatı saxlamağın xərci vardır. Bunun xaricində uzun müddət anbarda qalan mal ehtiyatı xarab olma, dəbdən düşmə və s. təhlükəsi ilə üz-üzə qala bilər. Dolayısıyla, Mal ehtiyatlarının orta satılma müddəti nə qədər aşağı olsa, bir o qədər müsbət haldır.

Debitorların orta yığım müddəti

Debitorların orta yığım müddəti (Receivables turnover ratio – RTR) Debitor borclarının (Receivables – R) Satışlara (Sales – S) bölünməsi və 365 günə vurulması ilə hesablanır:

RTR = 365 x R / S

Burada, Debitor Borclar dedikdə kreditlə və nisyə satılmış mallar başa düşülür. Satışlar isə analiz olunan müddət ərzində mal satışları və ya göstərilmiş xidmətlərdir. Yuxarıda apardığımız mühakiməyə uyğun olaraq Satışların debitor borclarına bölünməsi ilə Debitor borclarının neçə dəfədən bir alındığı (yığıldığı) tapılır. Başqa bir ifadə ilə şirkətlərin bir il müddətində alacaqlarını satışları ilə neçə dəfə dövr etdiklərini göstərən bir nisbətdir. İlin yənin 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə debitor borcların neçə gündən bir yığıldığı hesablanır. Debitor borcların orta yığım müddəti nə qədər qısa isə (məsələn 30 gün və s.) bir o qədər yaxşıdır. Uzun müddətli debitorların orta yığım müddəti (məsələn 90 gün və s.) olması arzu olunmazdır və ya biznesin tipinə görə mülahizə aparılabilər. Debitorların orta yığım müddəti nə qədər aşağı olsa bir o qədər müsbət haldır. Bir şirkət alacaqlarını sürətli bir şəkildə toplaya bilirsə (yığırsa), onun likvidliyi yüksək qəbul edilir və şirkət bu sayədə maddi çətinlik içinə girməz.

Kreditorların orta yığım müddəti

Kreditorların orta yığım müddəti (Payables turnover ratio – PTR) Kreditor borcların (Payables – P) Satılmış malın maya dəyərinə (Cost of good sales – CGS) bölünməsi və 365 günə vurulması ilə hesablanır.

PTR = 365 x P / CGS

Burada, Kreditor borcları dedikdə şirkətin təchizatçılara olan borcları başa düşülür. Analoji olaraq Satılmış malın maya dəyərinin kreditor borclarına bölünməsi ilə Kreditor borclarının neçə dəfədən bir ödəndiyi tapılır. İlin yəni 365-in bu dəfəyə (nisbətə) bölünməsi ilə kredit borclarının neçə gündən bir ödənildiyi hesablanır. Kreditor borclarının orta yığım müddəti nə qədər uzun isə (məsələn 90 gün və s.) bir o qədər yaxşıdır. Bu o deməkdir ki, satışdan əldə olunmuş vəsait təkrar dövriyyəyə buraxılır və bu arzu olunan haldır. Kreditorların orta yığım müddəti nə qədər aşağı olsa bir o qədər müsbət haldır.

Nağd pulun konversiya dövrü

Nağd pulun konversiya dövrü (Cash conversion cycle – CCC) Mal ehtiyyatlarının orta satılma müddəti (ITR) ilə Debitorların orta yığım müddətinin (RTR) cəmindən Kreditorların orta yığım müddəti (PTR) çıxılmaqla hesablanır:

CCC = ITR + RTR – PTR

Bilindiyi kimi, Mal ehtiyyatlarının orta satışı və Debitorların orta yığımı dövriyyədən çıxan nağd pulun nə qədər müddətdən sonra dövriyyəyə nağd pul kimi geri qayıtdığını göstərir. Kreditorların orta yığımı isə faktiki olaraq dövriyyədən çıxan nağd pulu xarakterizə edir. Dolayısıyla, dövriyyəyə mədaxil olan nağd pullar ilə dövriyyədən məxaric olan nağd pulların fərqi dövriyyədəki nağd pulun siklini (dövrünü) göstərəcəkdir.

Aktivlərin dövriyyə əmsalı

Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio – ATR) Satışların (Sales – S) Aktivlərə (Assets – A) bölünməsi ilə hesablanır:

ATR = S / A

Satışların Aktivlərə bölünməsi ilə Aktivlərin neçə dəfədən bir dövr etdiyi tapılır. Aktivlərin dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 4 və s.) bir o qədər yaxşıdır.

Aktivlərin dövriyyə əmsalı şirkətin sahib olduğu varlıqlar (aktivlər) ilə təşkil etdiyi satışın həcmini ölçən bir əmsaldır. Bu nisbət həmçinin bizə aktivlərə həddindən artıq investisiya edilib edilmədiyini, yəni, şirkətlərin aktiv həcminin gərəksiz yerə böyüdülüb böyüdülmədiyini göstərir.

Cari aktivlərin dövriyyə əmsalı

Cari aktivlərin dövriyyə əmsalı (Current assets turnover ratio – CATR) Satışların (Sales – S) Cari aktivlərə (Current Assets – CA) bölünməsi ilə hesablanır:

CATR = S / CA

Analoji olaraq Satışların Cari aktivlərə bölünməsi ilə Cari aktivlərin neçə dəfədən bir dövr etdiyi tapılır. Bu nisbət artdıqca müəssisənin səmərəliliyi də artar. Cari aktivlərin dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 12 və s.), bir o qədər yaxşıdır.

Cari aktivlərin dövriyyə əmsalı şirkətin fəaliyyətini aparması üçün zəruri olan minimum dövriyyə vəsaitləri (kassa, avans, debitor borcu və mal ehtiyatı) ilə hansı nisbətdə satış həcmi etdiyini ölçən bir rasyodur. Dövriyyə vəsaitləri satışların artması ilə bərabər artacaqdır.

Kapitalın dövriyyə əmsalı

Kapitalın dövriyyə əmsalı (Capital turnover ratio – CTR) Satışların (Sales – S) Kapitala (Capital – C) bölünməsi ilə hesablanır:

CTR = S / C

Bənzər olaraq Satışların Kapitala bölünməsi ilə Kapitalın neçə dəfədən bir dövr etdiyi tapılır. Kapitalın dövriyyə əmsalı nə qədər yüksək olarsa (məsələn 6 və s.) bir o qədər yaxşıdır.

Kapitalın dövriyyə əmsalı şirkətin kapitalı ilə təşkil etdiyi satışın həcmini ölçən bir əmsaldır. Bu əmsal şirkətin kapitalını nə qədər səmərəli istifadə etdiyinin bir göstəricisidir. Əmsalın aşağı olması izafi kapitalın mövcudluğundan və ya kapitalın effektiv istifadə olunmamasından xəbər verir. Şirkətin ya kapitalı azaltması (məsələn dividend paylayaraq) ya da satılan məhsulun və ya göstərilən xidmətlərin çeşidinin artırması istiqamətində tədbirlər alması tövsiyə edilir.

Mal ehtiyatlarının orta satılma müddəti, Debitorların və Kreditorların orta yığım müddətləri, eləcə də Cari aktivlərin və Aktivlərin dövriyyə əmsalları hesablanarkən, əgər varsa, dövrün əvvəlinə və sonuna olan Mal ehtiyyatları, Debitor və Kreditor borclar eləcədə Cari aktivlər və Aktivlər ələ alınır və bunların ortalamaları alınaraq daha dəqiq nəticələr almaq olar. Məsələn, ilin əvvəlinə və sonuna olan mal ehtiyyatları ələ alınaraq onun ortalaması hesablanaraq və Mal ehtiyyatlarının orta satılma müddəti formulunda istifadə olunarsa daha dəqiq nəticə əldə edilər.

Mənfəətlik rasyoları

Mənfəətlik rasyoları bir şirkətin fəaliyyəti nəticəsində yetərli miqdar mənfəət əldə edib – etmədiyini ölçmək üçün istifadə olunur. Mənfəətlik rasyoları aşağıdakılardır:

  • Aktivlərin mənfəətlik rasyosu (Return on assets)
  • Kapitalın mənfəətlik rasyosu (Return on equity)
  • Satışların mənfəətlik rasyosu (Return on sales)

Aktivlərin mənfəətlik rasyosu

Aktivlərin mənfəətlik rasyosu (Return on Assets – RoA) əldə edilmiş Mənfəətin (Net profit – NP) Toplam aktivlərə (Total Assets – TA) bölünməsi ilə hesablanır:

RoA = 100% x NP / TA

Burada, Mənfəət dedikdə gəlirlərdən maya dəyərini, bütün xərcləri, faiz, vergi və amortizasiyanı çıxdıqdan sonra qalan məbləğdir. Toplam aktivlər isə Dövriyyə vəsaitləri (Cari aktivlər) ilə Əsas vəsaitlərin (Sabit aktivlər) cəmidir. Bu əmsal ilə şirkətin aktivlərinə nisbətlə yetərli miqdarda mənfəət əldə edib -etmədiyi analiz edilir. Aktivlərin mənfəətlik rasyosu ilə şirkətlərin sahib olduqları bütün aktivlərin hansı nisbətdə effektiv istifadə edildiyini göstərir.

Kapitalın mənfəətlik rasyosu

Kapitalın mənfəətlik rasyosu (Return on Equity – RoE) əldə edilmiş mənfəətin Məcmu kapitala (Total Equity – TE) bölünməsi ilə hesablanır:

RoE = 100% x NP / TE

Burada, Məcmu Kapital dedikdə isə şirkətin biznesə qoyulmuş şəxsi sərmayələri və yığılmış mənfəət başa düşülür. Bu əmsal ilə şirkətin kapitalına nisbətlə yetərli qədər mənfəət əldə edib etmədiyi təhlil olunur. Kapitalın mənfəətlik rasyosu müəssisənin uğurlu idarə olunması analizində əhəmiyyətli bir göstəricidir.

Satışların mənfəətlik rasyosu

Satışların mənfəətlik rasyosu (Return on Sales – RoS) əldə edilmiş mənfəətin Satışlara (Total sales – TS) bölünməsi ilə hesablanır:

RoS =100% x NP / TS

Burada, Satışlar analiz olunan müddət ərzində mal satışları və ya göstərilmiş xidmətlərdir. Bu əmsal ilə şirkətin satışlarına nisbətlə yetərli həcmdə mənfəət əldə edib -etmədiyi analiz olunur.

Yekun olaraq bütün rasyolar (əmsallar), şirkətin fəaliyyət göstərdiyi sektordakı digər şirkətlərin eyni rasyolarının ortalaması ilə müqayisə olunaraq əmsalın yetərli və ya yetərsiz olduğu şərh ediləbilər. Eyni zamanda şirkətin daha öncəki maliyyə hesabatlarına (əgər varsa) aid əmsalları ilə müqayisə edərək artma, ya da azalma və onun səbəbi mütləq araşdırılmalıdır.

CFA Consulting

Müəssisənin müstəqilliyi, onların iqtisadi və hüquqi məsuliyyəti artdığından müəssisənin maliyyə vəziyyətinin, maliyyə resurslarının vəziyyətinin rolu daim yüksəlməkdədir. Bu cür təhlilin nəticələri ilk olaraq mülkiyyətçilər, kreditorlar, investorlar, malsatanlar, vergi orqanları üçün vacib sayılır.

Maliyyə təhlilinin məqsədi yalnız müəssisə balansının likvidliyinin, mənfəətliliyinin, onun aktivlərinin və əmələgəlmə mənbələrinin qiymətləndirilməsindən ibarət deyil, o cümlədən bu göstəricilərin yaxşılaşdırılmasına dair tədbirlər planının hazırlanmasından ibarətdir. Müəssisənin maliyyə əmsallarının təhlili bu cür işlərin hansı istiqamətdə aparmaq lazım olduğunu təyin etməyə imkan verir.

Maliyyə təhlillində istifadə olunan əsas texniklər aşağıdakılardır:
– Nisbət təhlili
– Hesabatların qarşılaşdırılması ilə təhlil (Üfüqi analiz)
– Şaquli təhlil
– Trend təhlili

1. Nisbət təhlili

Maliyyə hesabatlarının nisbətlərlə təhlili “Balans hesabatı” və “Mənfəət və Zərər hesabat”larındakı elementlərin bir birinə bölünməsi yolu ilə aparılır. Bu üsulla bir çox nisbət hesabalamaq mümkündür, ancaq anlamlı, başa düşülən nisbətləri hesablamaq lazımdır. Bundan əlavə başa düşülən nisbətlərin hesablanması da yetərli deyil. Əsas önəmli olan bu nisbətlərin hesablanmasından sonra onlar üzərində təhlilin aparılması, fikir yürüdülməsidir.

Nisbətlər aşağıdakı kimi təsnifləşdirilir:
a) Likvidlik əmsalları (Liquidity ratios)
b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)
c) Fəaliyyət əmsalları (Activity ratios)
d) Mənfəətlilik əmsalları (Profitability ratios)

1.a) Likvidlik əmsalları (Liquidity ratios)

Likvidlik əmsalları – müəssisənin qısa müddətli borclarını ödəmə gücünü ölçmək üçün hesablanır. Likvidlik əmsallarının hesablanmasında əsas məqsədlərdən biri müəssisənin işlək kapitalının yetərli olub olmamağıdır. Hər hansı bir müəssisənin likvidlik əmsalının yüksək olması həmin müəssisə tərəfindən qısa müddətli borcların ödənilməsində heç bir problem olmayacağını göstərir. Əsasən müəssisələrin qarşılaşdığı problemlərin çox hissəsini likvidlik yetərsizliyi təşkil edir. Likvidlik əmsallarının həddən artıq böyük olması da müəssisə tərəfindən yaxşı qarşılanmaya bilər. Nisbətlərin yüksək olması əsas vəsaitlərdən istifadə olunmamasına gətirib çıxardır.

Likvidlik əmsalları aşağıdakılardır:
Cari əmsal – Dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Cari əmsal = Dövriyyə vəsaitləri / Qısa müddətli öhdəliklər

Current ratio = Current assets / Current liabilities

Likvidlik əmsalı – Dövriyyə vəsaitlərindən hazır məhsul çıxıldıqdan sonra yerdə qalan məbləğin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Likvidlik əmsalı = (Dövriyyə vəsaitləri – Hazır məhsul) / Qısa müddətli öhdəliklər

Quick ratio = (Current assets – ınventories) / Current liabilities

Nağd pul əmsalı – Pul və pul ekvivalentlərinin qısamüddətli borclara bölünməsiylə hesablanır.

Nağd pul əmsalı = Nağd pul / Qısa müddətli öhdəliklər

Cash ratio = Cash / Current liabilities

1.b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)

Müəssisənin sahib olduğu aktivlər kapitalla və öhdəliklərlə maliyyələşdirilir. Maliyyə strukturu elə bir şəkildə qurulmalıdır ki, dövriyyə vəsaitləri qısamüddətli borclarla, əsas vəsaitləri isə uzunmüddətli borclar və kapitalla uyğunlaşsın. Əsas məqsədlərdən biri müəssisənin borclarının nə qədər hissəsinin qısamüddətli, nə qədər hissəsinin isə uzunmüddətli olmasıdır.

Maliyyə strukturu ilə əlaqəli əmsallar aşağıdakılardır:

Borclanma əmsalı – müəssisənin aktivlərinin neçə faizinin borclarla maliyyələşdiril-məsini göstərir. Müəssisəyə borc verən kreditorlara bu əmsalın aşağı olması daha uyğundur. İnkişaf etmiş ölkələrdən bu nisbətin 50%-dən aşağı olması məqsədəuyğundur.

Borclanma əmsalı = Borclar / Ümumi aktivlər

Total debt to assets = Total debts / Total assets

Uzunmüddətli (qısamüddətli) borcların passivlərdə payı – müəssisənin uzunmüddətli borclarının (qısamüddətli) passivlərə bölünməsiylə hesablanır.

Uzunmüddətli borcların payı = uzunmüddətli borclar / Ümumi Passivlər

Long torm debt to equity = Long term debt / (Equity+Liability)

Faizləri qarşılama əmsalı – müəssisənin ödəmək məcburiyyətində olduğu faizləri neçə dəfə qazandıqlarını göstərir.Bu nisbətin aşağı olması müəssisənin faiz ödəmələrini yerinə yetirərkən probləmlə qarşılacağını, yüksək olması isə müəssisənin faizləri ödəmə baxımından daha yaxşı maliyyə strukturuna malik olmasını göstərir.

Faizləri qarşılama əmsalı = Faiz və vergidən əvvəlki mənfəət / Faiz ödəmələri

İnterest coverage ratio = Earnings before interests and taxes (EBIT) / Interest payments

Levereyc əmsalı – bu əmsalın keçən illərlə müqayisədə çox olması aktivlərin maliyyələşdirilməsində kapitaldan daha çox borclardan istifadə edilməni göstərir.
Levereyc əmsalı = Aktivlərin ədədi ortası / Kapital ədədi ortası

Leverage ratios = Average total assets / Average total equity

1.c) Fəaliyyət əmsalları (Activity ratios)

İlk öncə onu qeyd etmək lazımdır ki, bu əmsalları hesablayarkən həm “Balans hesabatı”, həm də “Mənfəət və Zərər” hesabatının elementlərindən istifadə edilir.Fəaliyyət əmsallarını aşağıdakı kimi təsnifləşdirə bilərik:

Hazır məhsulun dövriyyəliliyi– müəssisənin hazır məhsulunun pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın keçmiş illərə nisbətən yüksək olması məqsədəuyğundur.Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.

Hazır məhsulun dövriyyəliliyi = Satılan malın maliyeti / Hazır məhsulun ədədi ortası

Inventory turnover = Cost of goods sold (COGS) / Average Inventory

Hazır məhsulun satılma vaxtı – hesabat dövrü ərzində ehtiyatların neçə gün içərisində satıldığını göstərir.

Hazır məhsulun satılma vaxtı = 365 / Hazır məhsulun dövriyyəliliyi

Days of ınventory on hand = 365 / Inventory turnover

Alacaqların dövriyyəliliyi – alacaqların ildə neçə dəfə alındığını göstərir.Bu əmsalın yüksək olması müəssisənin alacaqlarını idarəetmə siyasətinin güclü olmasını əks etdirir.

Alacaqların dpvriyyəliliyi = Gəlirlər / Alacaqların ədədi ortası

Receivables turnover = Revenues / Average receivables

Alacaqları əldəetmə vaxtı – hesabat dövrü ərzində alacaqların neçə gün içərisində əldə edilə bilməsini göstərir.

Alacaqların əldəetmə vaxtı = 365 / Alacaqların dövriyyəliliyi

Days of sales outstanding = 365 / Receivables turnover

Borcların dövriyyəliliyi

Borcların dövriyyəliliyi = Alışlar / Borcların ədədi ortası

Payables turnover = Purchases / Average payables

Borcların ödənilmə vaxtı
Borcların ödənilmə vaxtı = 365 / Borcların dövriyyəliliyi

Number of days of payables = 365 / Payables turnover

Aktivlərin dövriyyəliliyi – müəssisənin gəlirlərində aktivlərin payını göstərir.

Aktivlərin dövriyyəliliyi = Gəlir / Aktivlərin ədədi ortası

Total asset turnover = Revenue / Average total assets

1.d) Mənfəətlik əmsalları (Profitability ratios)

Müəssisənin mənfəətlilik əmsalını hesablamaq üçün aşağıdakı əmsallardan istifadə edilir:

Xalis mənfəət marjası – bir vahid gəlirə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin gəlirə nisbəti ilə hesablanır.
Xalis mənfəət marjası = Xalis mənfəət / Gəlir

Net profit margin = Net income / Revenue

Mənfəət marjası – bir vahid gəlirə düşən mənfəəti özündə əks etdirir və mənfəətin gəlirə nisbəti ilə hesablanır.

Mənfəət marjası = Mənfəət / Gəlir

Gross profit margin = Gross profit / Revene

Qeyd:

Mənfəət = Gəlir – Satılan malın maliyəti
Gross profit = Revenue – Cost of goods sold (COGS)

Vergidən əvvəl gəlir marjası – bir vahid gəlirə düşən vergidən əvvəlki gəliri hesablayır və vergidən əvvəlki gəlirin – gəlirə nisbəti ilə hesablanır.

VƏG marjası = Vergidən əvvəlki gəlir / Gəlir

Pretax margin = Earnings before taxes (EBT) / Revenue

EBT – earnings before taxes
EBIT – earnings before interest and taxes
EBITDA – earnings before interest, taxes, depreciation and amortization

Aktivlərin gəlirliliyi – bir vahid aktivə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin aktivlərin ədədi ortasına nisbəti ilə hesablanır.

Aktivlərin gəlirliliyi = Xalis mənfəət / Aktivlərin ədədi ortası

Return on assets (ROA) = Net income / Average total assets

Kapitalın gəlirliliyi – bir vahid kapitala düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin kapitalın ədədi ortasına nisbəti ilə hesablanır.

Kapitalın gəlirliliyi = Xalis mənfəət / Kapitalın ədədi ortası

Return on equity (ROE) = Net income / Average total equity

Yuxarıda göstərilən əmsallardan istifadə edərək DuPont sistemini əldə etmək olar.

Kapitalın gəlirliliyi = Xalis mənfəət marjası x Aktivlərin dövriyyəliliyi x Levereyc əmsalı

Return on equity = Net profit margin x Asset turnover x Leverage ratios

2. Hesabatların qarşılaşdırılması ilə təhlil (Üfüqi Analiz)

Müəssisənin iki və ya ikidən çox ilə uyğun hazırlanmış maliyyə hesabatlarının faizlərlə artım və ya azalmasını əks etdirir.Hesabanarkən ikinci ilin məlumatlarından birinci ilin məlumatları çıxılır, yerdə qalan məbləğ isə birinci ilin məlumatlarına bölünür.

3. Şaquli Təhlil

Hər hansı bir müəssisənin maliyyə hesabatlarındakı elementlərinin öz qrupları daxilində faiz nisbətini əks etdirir.Hesablanarkən məbləğ 100-ə vurulur və qrupun məbləğinə bölünür.

4. Trend təhlili

Digər təhlil metodlarından fərqli olaraq trend analizində müəssisənin 4 və ya 5 ildən artıq dövrünü əhatə edən maliyyə hesabatlarının elementlərinin birinci ilə nəzərən artım və ya azalması əks etdirilir.

Pul Vəsaitlərinin Hərəkəti Hesabatı

Dərc edildi: Yanvar 6, 2012 / Maliyyə Hesabatları

Müəssisənin “Balans Hesabatı” və “Mənfəət və Zərər Hesabatı” – istifadəçiləri müəssisənin hesabat dövrünün sonuna olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Balans hesabatında hesabat dövrünün sonuna müəssisənin maliyyə vəziyyəti, Mənfəət və Zərər hesabatında isə maliyyə ili ərzində əldə edilmiş gəlir açıqlanır. Lakin bu hesabatlardan müəssisənin nağd pul vəsaitlərinin vəziyyəti haqqında informasiyanı əldə etmək olmur.

Bunu bilmək həddən artıq lazımdır, çünki mənfəətli müəssisələr belə borclarını ödəmək üçün nağd pul vəsaitlərinə malik olmadığı halda iflasa uğraya bilərlər. Buna görə də qeyd edə bilərik ki, müəssisənin mənfəətinin olması onun sərbəst nağd pul vəsaitlərinə malik olması demək deyil.

Fərz edək ki, hər hansı bir müəssisə 2000 manat nağd pul vəsaitinə malikdir. Hesabat dövrü ərzində isə müəssisə 5000 manat məbləğində kreditlə mal almışdır. Həmçinin bu dövr ərzində 9000 manat məbləğində kreditlə mal satmışdır. Mənfəət və Zərər hesabatında müəssisənin 4000 manat mənfəəti olduğu qeyd edilir. Belə bir halda kreditorlar borclarının ödənməsini istəyirlər, lakin müəssisənin əlində 2000 manat nağd pul vəsaiti vardır. Beləliklə, müəssisə mənfəətli olduğu halda debitorlar öz borclarını qaytarmamış, kreditorlarla hesablaşmaqda isə çətinlik çəkir və iflas olmaq təhlükəsi ilə üzləşir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat – hesabat dövrü ərzində müəssisənin pul vəsaitlərinin hərəkətini (pul giriş və çıxış axınlarını) özündə əks etdirir. Bu hesabatın hazırlanmasında əsas məqsəd – istifadəçiləri hesabat dövrü ərzində müəssisənin pul vəsaitlərinin hərəkəti barədə məlumatla təmin etməkdir. Hesabatın əsas elementləri aşağıdakılardır:

Əməliyyat fəaliyyəti (Operating cash flows) – Müəssisənin gündəlik əməliyyatlarından daxil olan və ya çıxan pul axınıdır. Müəssisənin əsas gəlir gətirən fəaliyyətidir.

İnvestisiya fəaliyyəti (İnvesting cash flows) – Müəssisə tərəfindən gündəlik əməliyyatı davam etdirmək üçün uzunmüddətli aktivləri alıb satması zamanı daxilolan və ya çıxan pul axınıdır.

Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows) – Səhmlərin satılmasından daxil olan pul axınları, səhmdarlara dividendlərin verilməsi zamanı çıxan pul axınını və s. özündə əks etdirir.

GAAP – Pul axını təsnifləşdirilməsi
Əməliyyat fəaliyyəti (Operating cash flows)
Pul girişi axını – Müştərilərdən daxilolmalar, faiz və dividendlərdən gəlirlər
(İnflows – Cash collected from customers, interests and dividends received)
Pul çıxışı axını – İşçilərə və tədarükçülərə verilən pul, faiz xərcləri, vergi xərcləri
(Outflows – Cash paid to employees and suppliers, interest paid, taxes paid)

İnvestisiya fəaliyyəti (İnvesting cash flows)
Pul girişi axını – Uzunmüddətli aktivlərin satışından gəlirlər
(Inflows – Sale proceeds from fixed assets)
Pul çıxışı axını – Uzunmüddətli aktivlərin alınması
(Outflows – Acquisition of fixed assets)

Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows)
Pul girişi axını – Səhmlərin buraxılmasından əldə olunan gəlirlər
(Inflows – Proceeds from issuing stock)
Pul çıxışı axını – Səhmdarlara dividendlərin verilməsi
(Outflows – Dividends paid to shareholders)

Pul vəsaitlərinin axını hesabatının hazırlanmasının 2 yolu var:
– Birbaşa metod (Direct method)
– Dolaylı metod (İndirect method)

Hər iki metod GAAP və İFRS tərəfindən dəstəklənir və istifadə edilir. Hər iki metodda investisiya və maliyyə pul axınları demək olar ki oxşardır. Əsas dəyişikliklər əməliyyat pul axınlarında özünü göstərir.
Birbaşa metodla (Direct method) pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması

XXX Company
Operating Cash Flow – Direct Method

For the year ended December 31, 20X9

Müştərilərdən daxilolmalar (Cash collections from customers) 5000
Tədarükçülərə ödənişlər (Cash paid to suppliers) (2000)
Əməliyyat xərcləri (Operating expenses) (500)
Faiz xərcləmələri (Cash paid for interests) (750)
Vergilər (Cash paid for taxes) (250)
Əməliyyat pul axını (Operating cash flow) 1500

Dolayı metodla (Indirect method) pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması
XXX Company
Operating Cash Flow – Indirect Method

For the year ended December 31, 20X9
Xalis mənfəət (Net income) 1800
Amortizasiya (Depreciation and amortization) 500
Alacaq hesablarında artım (İncrease in accounts receivable) (900)
Ehtiyatlarda artım (İncrease in inventory) (700)
Borclarda artım (İncrease in accounts payable) 800
Əməliyyat pul axını (Operating cash flow) 1500

Birbaşa metod dolayı metoda nisbətən daha çox məlumatı özündə əks etdirir.

Əməliyyat üzrə pul hərəkəti =Xalis mənfəət + Amortizasiya xərcləri + Aktivdə azalmalar –

Aktivdə artımlar + Passivdə artımlar – Passivdə azalmalar

Misal 1.
Fərz edək ki, müəssisənin hesabat dövrü ərzində gəlirləri 10000 manat olmuşdur.
İlin əvvəli İlin sonu
Amortizasiya xərcləri 5000 – Amortizasiya xərcləri 12000
Alacaqlar 4000 – Alacaqlar 5000

Ehtiyatlar 8000 – Ehtiyatlar 5500
Borclar 7000 – Borclar 5000
Əməliyyat üzrə fəaliyyət (CFO) = 10000 + 7000 – 1000 + 2500 – 2000 = 16500

Balans Hesabatı

Dərc edildi: Yanvar 6, 2012 / Maliyyə Hesabatları

Balans Hesabatı (Balance sheet)
Balans hesabatı – müəssisənin bəlli bir tarihdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır.
Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.

Aktivlər – müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur. Aktivləri aşağıdakı kimi təsnifləşdirə bilərik:
Cari aktivlərə bir il ərzində öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Misal olaraq aşağıdakıları göstərə bilərik:
Cari aktivlər (Current assets)
– Nağd pul və ekvivalentləri (cash and cash equivalents)
– Qısamüddətli debitor borcları – Alacaqlar (Accounts receivable)
– Mal material ehtiyatı (İnventory)
– Qiymətli kağızlar (Marketable securities)
– Digər cari aktivlər (prepaid expenses, və s.)
Uzunmüddətli aktivlər bir ildən artıq müddətə öz dəyərini nağd pula çevirə bilən aktivlərdir. Bunlara misal olaraq, aşağıdakıları göstərə bilərik:
Uzunmüddətli aktivlər (Non-current assets)
– Torpaq, tikili, avadanlıqlar (Plant, property, equipment)
– Qeyri maddi aktivlər – Qudvil, patent, lisenziya və s. (İntangible assets)
– Uzunmüddətli alacaqlar (Receivables)
– Digər uzunmüddətli aktivlər

Öhdəliklər – keçmiş hadisələrin nəticəsində yaranan və yerinə yetirilməsi üçün iqtisadi səmərələri əks etdirən resursların müəssisədən xaric olunacağı öhdəlikdir. Öhdəlikləri aşağıdakı kimi təsnifləşdirə bilərik:
– Cari öhdəliklər (Current liabilities)
– Uzunmüddətli öhdəliklər (Non-current liabilities)

Cari öhdəliklərə – qısamüddətli kreditor borcları və s.
Uzunmüddətli öhdəliklərə – uzunmüddətli kreditlər və s. daxildir.
Kapital – bütün öhdəliklər çıxıldıqdan sonra səhmdarların müəssisənin aktivlərində qalan paylarıdır.
Misal olaraq adi səhmləri, gəlir ehtiyatlarını, imtiyazlı səhmləri və s. göstərə bilərik.

Balans hesabatı 2 formada yaradıla bilər. Bunlar aşağıdakılardır:
Account format – Balans hesabatı bu formatda hazırlanarkən aktivlər sol tərəfdə, kapital və öhdəliklər sağ tərəfdə olmaqla iki sütundan ibarət olaraq hazırlanır.
Report format – Bir sütunda hər üç element ardıcıllıqla yazılır (aktiv, öhdəlik, kapital)
Muhasibatlılığı Cash accounting və Accrual accounting olaraq iki yerə bölə bilərik.
Birincisi malın alınıb-satılması zamanı nağd pulun da giriş-çıxışının üst üstə düşdüyünü, ikincisi isə onlar arasında zaman fərqinin olmasını göstərir.
İkincinin 4 halı mümkündür.

1. Unearned revenue – A müəssisəsi B müəssisəsindən gələcəkdə malın göndərilməsi və ya xidmətin göstərilməsi qarşılığında pul alıb kassaya mədaxil etmişdir.

a) Pul alındı – xidmət göstəriləcək
Aktivlərdə (Kassa) və öhdəliklərdə artım olacaq

b) Xidmət göstərildi
Məbləğ öhdəliklərdən silinir və kapitalda gəlir artımı olaraq göstərilir.

2. Accrued revenue – A müəssisəsi B müəssisəsinə mal göndərib və ya xidmət göstərmişdir, gələcəkdə pul alacaqdır.
a) Mal satıldı və ya xidmət göstərildi – pul alınacaq
Aktivlərdə (alacaqlar-receivables) və kapitalda artım (gəlir) olacaq

b) Pul alındı
Akivlərin alacaq hissəsindən məbləğ silinir, kassaya mədaxil edilir.

3. Prepaid expenses – A müəssisəsi B müəssisəsinə pul ödəyir, B müəssisəsi gələcəkdə A müəssisəsinə mal göndərəcək və ya xidmət göstərəcək.
a) Pul ödənildi
Aktivlərdə kassadan pulun məbləği çıxılır və həmin sütunda (aktivlərdə) Prepaid expenses həmin məbləğ qədər artırılır.

b) Mal göndərildi və ya xidmət göstərildi
Prepaid expenses-dən məbləğ silinir və kapitalda (xərclər) nəzərə alınır.

4. Accrued expenses – A müəssisəsinə B müəssisəsindən mal satılmış və ya xidmət göstərilmiş, A müəssisəsi pulu müəyyən vaxtdan sonra ödəyəcək.
a) Mal alınıb, xidmət göstərilib
Kapitalda (xərclər) azalma, öhdəliklərdə artım olacaq (borc yaranacaq)
b) Pul ödənildi
Öhdəliklərdə və aktivlərdə (kassa) eyni məbləğ qədər azalma baş verəcək.

Qeyd etmək lazımdır ki,
unearned revenue və accrued expenses – öhdəliklər
accrued revenue və prepaid expenses – aktivlərdir.

Aktivləri həmçinin aşağıdakı kimi qruplaşdıra bilərik:

– Maddi aktivlər (Tangible assets)
– Qeyri-maddi aktivlər (İntangible asset)

Qeyri maddi aktivlər – Uzun müddətli istifadə üçün nəzərdə tutulmuş hər bir material-əşya mahiyyətinə malik olmayan, lakin dəyər qiyməti olan gəlir gətirən hüquqi vəsaitlərdir. Bunlara aşağıdakılar aiddir: elmi nailiyyət, ədəbiyyət, incəsənət üzrə müəlliflik və şəriklilik hüququ, elektron-hesablayıcı komputer proqramları, patent ixtira, seleksiya nailiyyətləri, faydalı modelləşdirmə hüququ, ticarət-xidmət nişanları, lisenziyalar, «nou-xau» torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, təşkilatı xərclər, firmanın qiyməti və s.

Mənfəət və zərər hesabatı

Dərc edildi: Yanvar 6, 2012 / Maliyyə Hesabatları

Biz birinci dərsdə qısa olaraq bu dərs haqqında məlumat vermişdik. Qeyd etmişdik ki, mənfəət və zərər hesabatı – hər hansı bir dövr ərzində müəssisənin maliyyə fəaliyyətinin nəticələrini özündə əks etdirir və əsas elementləri aşağıdakılardır:

Gəlirlər
Maya dəyəri
Satışdan mənfəət
İdarəetmə xərcləri
Amortizasiya xərcləri
Əməliyyat mənfəəti
Digər gəlirlər və xərclər
Faiz ödənişləri
Əsas borcdan ödənişlər
Vergiyə cəlb olunan mənfəət
Vergi ödənişləri
Xalis mənfəət

Gəlir bölməsində məhsul və xidmətlərin satışından qazanılan vəsait əks etdirilir. Məhsulun maya dəyəri bölməsində isə həmin məhsulların müəssisənin balansında əks etdirilən dəyəri nəzərə alınır. Bu iki göstərici arasındakı fərq isə satışdan mənfəət hesab edilir.
Satışdan mənfəətdən idarəetmə və əməliyyat xərclərini çıxdıqdan sonra əməliyyat mənfəəti əldə edilir. İdarəetmə və əməliyyat xərcləri işçilərin əməkhaqları, amortizasiya ayırmaları, kommunal xərclər kimi xərcləri özündə əks etdirir.
Növbəti bölmədə əməliyyat gəlirlərinə digər gəlirlər əlavə edilir və digər xərclər çıxılır. Daha sonra faiz xərcləri və borc ödənişləri çıxılır. Nəticədə vergiyə cəlb olunan məbləğ ortaya çıxılır.
Vergiyə cəlb edilən məbləğdən vergi xərcləri çıxılır və xalis mənfəət əldə edilir.

Mühasibatlıq iki əsasda aparıla bilər:
– Nağd pul üsulu
– Hesablama üsulu

Mənfəət və zərər hesabatı hesablama üsuluna əsaslanaraq tərtib olunur. Məhz bu səbəbdən nağd pul vəsaitinin hərəkəti hesabatı xüsusi əhəmiyyət kəsb edir.

Gəlirin tanınması

Mal və xidmətlərin satışından əldə olunan gəlirin tanınması aşağıdakı şərtlər daxilində baş verir.
– Müəssisə mülkiyyət hüququ ilə bağlı risklərin böyük hissəsini alıcıya ötürüb.
– Müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmir və satılmış mallara artıq nəzarət etmir.
– Gəlirin məbləği ölçüləbiləndir

Misal 1. Təsəvvür edək ki, A müəssiəsi B müəssisəsindən 1 aydan sonra mal göndərəcəyi üçün indi 4000 AZN pul almışdır. Bu zaman A müəssisəsi bu məbləği gəlir kimi tanıya bilməz, çünki mal göndərilməyib və yuxarıdakı şərtlər yerinə yetirilməyib.
Tikinti müqavilələri zamanı gəlirin tanınması
Tikinti müqavilələri uzunmüddətli olduğu üçün gəlrilərin tanınmasında müəyyən çətinliklər formalaşır. Bu baxımdan tikinti müqavilələrində gəlirin tanınması fərqlidir. Belə ki, gəlirin tanınması 2 metodla həyata keçirilə bilər.
– Tamamlanab hissə metodu
– Tamamlanmış müqavilə metodu

1. Tamamlanab hissə metodu. Bu metoda əsasən, müəssisə hər hansı bir tikintini həyata keçirərkən müəyyən vaxtdan bir çəkilən xərclərinin bütün xərclərindəki payı qədər gəlirini tanıyır.

Misal 2. Fərz edək ki, A müəssisəsi B müəssisəsi tərəfindən irəli sürülən tikinti layihəsini həyata keçirəcəkdir.Belə ki, A müəssisəsi 1000 AZN çəkilən xərc qarşılığında 2000 gəlir əldə edəcəkdir.
A müəssisəsi bu tikinti 3 il müddətinə planlaşdırır. Tutaq ki, A müəssisəsi 1-ci ilin sonunda 300, 2-ci ilin sonunda 200, 3-cü ilin sonunda 500 manat xərcini planlaşdırır.
İlk növbədə çəkilən xərclərin bütün xərclərdə payını tapaq. Bunun 30%, 20%, 50% olduğunu görərik.Deməli A müəssisəsi bu metoda əsaslanaraq
1-ci ilin sonunda 2000 x 30% = 600
2-ci ilin sonunda 2000 x 20% = 400
3-cü ilin sonunda 2000 x 50% = 1000
Gəlirinin tanınmasını qeyd edəcəkdir.
2. Tamamlanmış müqavilə metodu. Bu metoda əsasən tikinti layihəsinin müddəti bitənə qədər müəssisə heç bir məbləği gəlir kimi tanımır.
Yuxarıdakı misalı nəzərə alsaq, bu metoda görə müəssisə
1-ci ilin sonunda 2000 x 0% = 0
2-ci ilin sonunda 2000 x 0% = 0
3-cü ilin sonunda 2000 x 100% = 2000
Gəlirinin tanınmasını qeyd edəcəkdir.
Amortizasiya xərcləri
Əgər biz avadanlığın köhnəlməsi ilə bağlı ayırdığımız xərclərə amortizasiya xərcləri deyiriksə, xarici ölkələrdə bu xərcləri 3 adda qruplaşdırırlar.
1. Depreciation – maddi aktivlərin köhnəlməsi
2. Amortization – qeyri maddi aktivlərin köhnəlməsi
3. Depletion – təbii resursların köhnəlməsi

Amortizasiya əsas vəsaitlərin dəyərinin hissə-hissə xərc olaraq silinməsi prosesidir. Amortizasiyanın hesablanmasının aşağıdakı üsulları var.
1. Düz xətt metodu
Amortizasiya norması = (əsas vəsaitin dəyəri – qalıq dəyəri) / əsas vəsaitin istifadə müddəti
Amortizasiya norması əsas vəsaitin illik köhnəlmə dəyəridir.
Əsas vəsaitin dəyəri onun alınması zamanı çəkilən bütün xərclər, başqa sözlə balansda əks etdirilən dəyərdir.
Qalıq dəyəri əsas vəsaitin istifadə müddəti bitməsi zamanı onun satılacağı dəyərdir.
Əsas vəsaitin istifadə müddəti əsas vəsaitin istifadə ediləcəyi illərin sayıdır.
Fərz edək ki, avadanlığın qiyməti 12000, qalıq dəyəri 2000 manat, istifadə müddəti isə 5 ildir. (1) – ə əsasən illik amortizasiya xərci (12000-2000)/5=2000 AZN-dir.

2. İkiqat azalan balans metodu
Amortizasiya norması = 2* (əsas vəsaitin dəyəri – toplanmış amortizasiya) / əsas vəsaitin istifadə müddəti
Toplanmış amortizasiya əsas vəsaitin müəyyən tarixə qədər hesanlanmış amortizasiyaların cəmidir.
Yuxarıdakı misalı bu metodla həll etsək,
1-ci il üçün DDB depreciation = 2/5 * 12000 = 4800
2-ci il üçün DDB depreciation = 2/5 * (12000-4800) = 2880
3-ci il üçün DDB depreciation = 2/5 * (12000-(4800+2880)) = 1728
4-cü il üçün DDB depreciation = 2/5 * (12000-(4800+2880+1728)) = 1036 edir.

Fikir versək ki, 4800+2880+1728+1036 = 10444 edir, deməli qalıq dəyərinin də 2000 olduğunu nəzərə alsaq 4-cü il amortizasiya xərcləri 1036 deyil, 444 AZN aşağı olacaqdır, yəni 592 AZN.
2 metodu müqayisə etsək görərik ki, 1-ci metodda ilk illər üçün ayrılmış amortizasiya xərcləri 2-ci metoddakından aşağı olmuşdur. Son illərdə isə əksinə. Buna görə də bəzi müəssisələr ilk illərdə daha az vergi vermək üçün 2-ci metoddan istifadə edirlər, bununla da xərclərinin çox göstərirlər.

FIFO, LIFO və Weighted average cost methods

Müəssisələr hazır məhsulların uçotunu apararkən müxtəlif üsullardan istifadə edilir. Bunlar aşağıdakılardır:
– İlkin daxil olmuş, ilkin xaric olunmuş (First-in, first-out) – FIFO
– Sonuncu daxil olmuş, ilkin xaric olunmuş (Last-in, first-out) – LIFO
– Orta çəkili metod (Weighted average method)
Qeyd: LIFO GAAP tərəfindən istifadə edilsə də IFRS tərəfindən istifadəsi qadağandır.
Misal 3:
Fərz edək ki, A müəssisəsinin iyul ayındakı alışları aşağıdakı kimidir.
İyul 7 2 ədəd * 2 AZN/ədəd = 4 AZN
İyul 13 3 ədəd * 3 AZN/ədad = 9 AZN
İyul 20 5 ədad * 5 AZN/ədad = 25 AZN
Cəmi alış: 10 ədad = 38 AZN

A müəssisəsinin İyul ayındakı satışları isə 7 ədəd * 10 AZN/ədəd = 70 olmuşdur.
Müəssisəsinin gəlirləri məlumdur – 70 AZN. Xərclərini isə yuxarıdakı metodlara görə hesablayaq.

FIFO
Bu metoda görə müəssisə 1-ci partiyadan 2, 2-ci partiyadan 3, 3-cü partiyadan isə 2 ədəd satmışdır.Buna görə satılmış məhsulun maya dəyəri – 2*2+3*3+2*5 = 23 AZN olmuşdur.

LIFO
Bu metoda görə müəssisə 3-cü partiyadan 5, 2-ci partiyadan isə 2 ədəd satmışdır. Buna görə satılmış məhsulunmaya dəyəri – 5*5+2*3 = 31 AZN olmuşdur.

Weighted average
Bu metoda görə müəssisənin 1 ədəd mal alışına çəkdiyi ortalam xərci tapmaq lazımdır.Bunu belə hesablamaq olar. 38 / 10 = 3.8 AZN (1ədədi 3.8 AZN)
7ədəd isə 7*3.8 = 26.6 AZN təşkil edər.
Bir çox müəssisələr daha aşağı vergi ödəmək üçün LIFO metodundan istifadə edir, çünki bu metodla hesabladıqda satılan malın maya dəyəri digər metodlara görə daha çox olur.

FIFO metodundan istifadə olunduqda isə müəssiəs balansında hazır məhsullarının dəyərini çox göstərərək aktivlərini yüksəltmiş olur.

Hər səhmə düşən gəlir

Bildiyimiz kimi, müəssisələr il ərzində müəyyən sayda səhm alır və satır, bundan əlavə səhm sahiblərinə dividendlər verir. Səhmləri adi və imtiyazlı səhmlərə bölə bilərik. Bunlar arasındakı fərqləri gələn dərslərimizdə müzakirə edəcəyik.
Hər səhmə gəlir – mənfəətdən imtiyazlı səhm sahiblərinə verilən dividendlər çıxıldıqdan sonra yerdə qalan məbləğin illik olaraq müəssisənin alıb satdığı səhmlərin ortalamasına nisbəti ilə tapılır.
Əgər müəssisə il ərzində yalnız adi və imtiyazlı səhmlər alıb satmışsa, və bu səhm sahiblərinə dividend ödəmişsə, bu formul səhmə düşən sadə gəlir, yox əgər müəssisə həmçinin opsionlardan, varrantlardan, digər çevrilə bilən qiymətli kağızlardan istifadə edirsə bu zaman səhmə düşən azalan gəlir üsulu ilə hesablama aparılır.

Səhmə düşən sadə gəlir =(xalis gəlir – imtiyazlı səhmlkərə ödənilən dividendlər) / adi səhmlərin sayının ədədi ortası

Lüğət
Adi səhmlərin sayının ədədi ortası – Weighted average number of common shares outstanding
Amortizasiya xərcləri – Depreciation expenses
Amortizasiya xərcləri – Depreciation expenses
Amortizasiya norması – Depreciation expenses
Digər gəlirlər və xərclər – Other revenue and expenses
Düz xətt metodu – Straight-line method
Əməliyyat mənfəəti – Operating profit
Əsas borcdan ödənişlər – Payments of debt
Əsas vəsaitin dəyəri – Cost of asset
Əsas vəsaitin istifadə müddəti – Useful life
Faiz ödənişləri – Intereset expenses
Gəlirlər – Revenue
Hesablama üsulu – Accrual based accounting
Hər səhmə düşən gəlir – Earnings per share (EPS)
Xalis gəlir – Net income
Xalis mənfəət – Net profit
İdarəetmə xərcləri – Administrative expenses
İkiqat azalan balans metodu – Double declining method
İlkin daxil olmuş, ilkin xaric olunmuş – FIFO
İmtiyazlı səhmlərə ödənilən dividend – Preferred dividends
Qalıq dəyəri – Residual value
Maya dəyəri – Cost of goods sold (COGS)
Mənfəət və zərər hesabatı – Income statement or profit and loss accounts
Nağd pul üsulu – Cash based accounting
Orta çəkili metod – Weighted average cost methods
Satışdan mənfəət – Gros profit
Səhmə düşən azalan gəlir – Diluted EPS
Səhmə düşən sadə gəlir – Basic EPS
Sonuncu daxil olmuş, ilkin xaric olunmuş – LIFO
Tamamlanab hissə metodu – Percentage of completion method
Tamamlanmış müqavilə metodu – Completed contract method
Təbii resursların köhnəlməsi – Depletion
Toplanmış amortizasiya – Accumulated depreciation
Vergi ödənişləri – Taxes
Vergiyə cəlb olunan mənfəət – Revenue before taxes

Maliyyə Hesabatlılığı Standartları

Dərc edildi: Yanvar 6, 2012 / Maliyyə Hesabatları

Maliyyə hesabatlılığı standartları investor və kreditorların qərar vermələri zamanı tam informasiya ilə təmin olunmaqları məqsədilə onlara təqdim olunan məlumatların növləri və həcmini müəyyən edir. Mühasibatlıq qaydalarında geniş olan maliyyə hesabatlılığı standartlarının nəzəriyyəsinin dərindən dərk edilməsi maliyyə analitikinə maliyyə hesabatlarının bütün elementlərini rahatlıqla təmin etməyə imkan yaradır.

Hal-hazırda dünyada 2 əsas standart mövcuddur.Bu beynəlxalq standartlar peşəkar muhasiblər tərəfindən yaradılmışdır. Həmin standartlar aşağıdakılardan ibarətdir.

– Beynəlxalq muhasibat uçotu standartları komitəsi (BMUS) – IASB
– Beynəlxalq maliyyə muhasibatlığı standartları komitəsi (BMQS) – FASB

İASB-ın əsas məqsədləri aşağıdakılardır:

– İstifadəçilərin rahatlığı üçün yüksək keyfiyyətli, şəffaf və müqayisə olunabilən vahid maliyyə hesabatlarının tətbiqi üçün standartların müəyyənləşdirilməsi
– İstifadəçilərin bu standatlardan istifadəsini stimullaşdırmaq
– Mümkün olduğu qədər kiçik/orta müəssisələrin və İEOÖ-in xüsusi ehtiyaclarını nəzərə almaq
– İASB, FASB milli standartlar arasında uyğunluğu təmin etmək

Beynəlxalq standartlara daim əlavələr edilir və mövcud standart müasirləşdirilir.

Maliyyə Hesabatlarının tərkib hissələri
– Maliyyə vəziyyəti haqqında hesabat
– Mənfəət və zərər haqqında hesabat
– Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Ölçmə Metodları
İlkin dəyər
Cari dəyər
Realizə dəyəri
Diskontlaşdırılmış dəyər

İlkin dəyər– aktivlərin alınması zamanı ödənilən məbləğdir.
Ədalətli dəyər – müqavilə bağlamaq niyyətində olan və bir birindən asılı olmayan tərəflər arasında normal şərtlər çərçivəsində aktivin dəyişdirilə biləcəyi və ya öhdəliyin yerinə yetirilə biləcəyi məbləğdir.
Realizə dəyəri – normal şərtlər əsasında satış qiymətilə başa çatdırma məsrəfləri və satışı yerinə yetirmək üçün lazım olan məsrəflərin fərqinə bərabərdir.
Diskontlaşdırılmış dəyər – gəcələkdə tərəfləri arasında mübadilə ediləcək pul vəsaitinin nominal dəyəridir.

Maliyyə Hesabatlarının Hazırlanmasının Prinsipləri
– Doğru təqdimat
– Əhəmiyyətlilik
– Hesablama üsulu ilə muhasibat
– Ardıcıllıq, daimi

Maliyyə Hesabatlarının Təqdim edilməsi prinsipləri
– Aqqreqasiya
– Təsnifləşdirilmiş Balans hesabatı
– Müqayisəli informasiya
– Əvəzləşdirmə üsulundan istifadə edilməməlidir

Bu standartlar əsas dörd maliyyə hesabatını müəyyən edir və onların məzmununa aid qaydalar verir. Bu hesabatlar aşağıdakılardır:
– Balans hesabatı
– Mənfəət və zərər hesabatı
– Pul vəsaitlərinin hərəkəti hesabatı
– Kapitalda dəyişikliklər haqqında hesabat

Maliyyə Hesabatlarının Keyfiyyət Göstəriciləri
– Anlaşılan
– Münasiblik
– Etibarlılıq
– Müqayisə olunan

Anlaşılan – Maliyyə hesabatını hazırlayanlar hesabatların istifadəçilər tərəfindən anlaşılmasını təmin etmək məqsədilə məlumatları başa düşülən şəkildə hesabatlarda əks etdirilməlidir.

Münasiblik – Məlumatın münasib olması istifadəçilərin qərar qəbul etmə ehtiyaclarından meydana gəlir. Hesabatlarda təqdim olunan məlumatlar istifadəçilərin iqtisadi qərar vermələri zamanı istifadə oluna bilən olmalıdır. Məlumatın münasibliyi onun əhəmiyyətliliyi ilə ölçülür. Məlumat o vaxt əhəmiyyətli sayılır ki, onun əks olunmaması və ya yanlış əks olunması iqtisadi qərar verən şəxslərin qərarlarına təsir etmək qabiliyyətinə malik olsun.

Etibarlılıq- məlumatların əhəmiyyətli səhvlərdən azad olmasını və neytrallığını özündə əks etdirir. Etibarlılığın xüsusiyyətləri aşağıdakılardır:
a) Düzgün təqdimat
b) Mahiyyətin forma üzərində üstünlüyü
c) Neytrallıq – qərəzlikdən uzaq
d) Ehtiyatlılıq
e) Tamlıq

Müqayisəlilik – Hesabatların müqayisəliliyi müəssisə daxili və ya müəssisələr arasında olur.Maliyyə hesabatlarının istifadəçisi müxtəlif dövrlər üzrə hazırlanmış hesabatları müqayisə edə bilməli, hər hansı bir trend varsa onu müəyyən edə bilməlidir.

Maliyyə Hesabatlılığının Quruluşunun aydın, səlis olmasının elementləri:
– Şəffaflıq
– Tam, Anlaşılan
– Ardıcıllıq, daimilik

Maliyyə hesabatlarının hazırlanmasının əsasında iki əsas nəzəriyyə durur. Onlar aşağıdakılardır:
Hesablama üsulu mühasibatlıq – bu nəzəriyyəyə əsasən əməliyyatlar baş verdiyi anda qeydiyyata alınmalıdır. Burada nağd pulun hərəkəti önəmli deyildir, əsas əməliyyatın reallaşmasıdır.
Fəaliyyətin davam etdirilməsi – bu nəzəriyyəyə əsasən müəssisə maliyyə hesabatı tərtib edərkən fəaliyyətini uzunmüddətdə davam etdirəcəyini nəzərə almalıdır. Lakin müəssisə fəaliyyətini dayandıracağını planlaşdırırsa o zaman hesabatları tərtib edərkən likvidləşməni nəzərə alaraq vəsaitlərin dəyərinə düzəliş etməlidir.

Aqqreqasiya – Aggregation
Anlaşılan – Understandability
Ardıcıllıq, daimi – Consistency
Ardıcıllıq, daimilik – Consistency
BMQS – FASB
BMUS – IASB
Cari dəyər – Current cost
Diskontlaşdırılmış dəyər – Present value
Doğru təqdimat – Fair presentation
Düzgün təqdimat – Faithful representation
Ehtiyatlılıq – Prudence
Etibarlılıq – Reliability
Ədalətli dəyər – Fair value
Əhəmiyyətlilik – Materiality
Əvəzləşdirmə üsulu – Offsetting
Fəaliyyətin davam etdirilməsi – Going concern
Hesablama üsulu ilə muhasibat – Accrual basis of accounting
Hesablama üsulu mühasibatlıq – Accrual based accounting
İlkin dəyər – Historical cost
Mahiyyətin forma üzərində üstünlüyü – Substance over form
Maliyyə hesabatlılığı – Financial Reporting
Müqayisə olunan – Comparability
Müqayisəli informasiya – Comparative information
Münasiblik – Relevance
Neytrallıq – Neutrality
Ölçmə Metodları – Measurement methods
Realizə dəyəri – Realizable cost
Şəffaflıq – Transparency
Tam, Anlaşılan – Comprehensiveness
Tamlıq – Completeness
Təsnifləşdirilmiş Balans hesabatı – Classified balance sheet

Maliyyə Hesabatlarının Təhlilinə Giriş

Dərc edildi: Yanvar 6, 2012 / Maliyyə Hesabatları

Hər bir sahədə fəaliyyətə başlamazdan əvvəl araşdırmalar aparılmalı, proqnoz rəqəmlər hazırlanmalı, təhlillər aparılmalı daha sonra fəaliyyətin başlanılması ilə əlaqədar qərar verilməlidir. Bununla əlaqədar olaraq analitiklər müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bunlardan biri də investisiya layihələrini təhlil edən analitiklərdir. Onlar əsasən mülkiyyət və ya borc öhdəlikli qiymətli kağızlarla əlaqədar investisiyaları qiymətləndirirlər. İnvestisiya məsləhətlərinin və qərarlarının verilməsi üçün qiymətli kağızı emissiya edən müəssisənin fəaliyyətini, maliyyə vəziyyətini və onun dəyərini hesablamaq lazımdır. Bütün bunları hesablamaq üçün müəssisənin maliyyə hesabatlılığından istifadə olunur. Bu məqsədlə analitik maliyyə hesabatlılığının elementləri ilə yaxından tanış olmalı, onların hazırlanma prinsiplərini bilməlidir.

Maliyyə hesabatlılığı maliyyə hesabatları vasitəsi ilə investorlar, kreditorlar kimi iqtisadi qərarlar verən şəxsləri müəssisənin fəaliyyəti, maliyyə vəziyyəti və maliyyə vəziyyətində baş verən dəyişikliklərlə təmin edir.

Maliyyə hesabatlılığının təhlili investisiya, kredit verilməsi və digər iqtisadi qərarların qəbul edilməsi məqsədilə ilə müəssisənin hazırladığı əsas və əlavə maliyyə hesabatlarının müəssisənin keçmiş, cari və gələcək fəaliyyətinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi prosesidir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.

Maliyyə Hesabatları aşağıdakı kimi qruplaşdırılır:

a) əsas maliyyə hesabatları
1-Balans hesabatı
2-Mənfəət və zərər hesabatı
3-Pul vəsaitlərinin hərəkəti hesabatı
4-Kapitalda dəyişikliklər hesabatı

b) əlavə maliyyə hesabatları

1-Maliyyə hesabatları qeydləri
2-Rəhbərliyin müzakirə və təhlilləri
3-Auditor rəyi

a) Əsas maliyyə hesabatları
1. Balans hesabatı
Müəyyən bir vaxtda müəssisənin cari maliyyə vəziyyətini göstərir. 3 əsas elementdən ibarətdir.
Aktivlər – müəssisənin iqtisadi resursu olaraq, keçmiş hadisələrdən yaranan, cari və gələcək dövrdə iqtisadi fayda əldə etmək üçündür.
Öhdəliklər – müəssisənin fəaliyyəti nəticəsində yaranan digər şəxslərə olan borclardır.
Kapital – aktivlərdən öhdəliklər çıxıldıqdan sonra yerdə qalan qalıqdır.

Mühasibat bərabərliyi aşağıdakı kimidir:
Kapital + Öhdəliklər = Aktivlər

Balans hesabatı müəssisənin maliyyə vəziyyətinin təhlil edilməsi üçün istifadə olunur. Müəssisənin maliyyə vəziyyətinin təhlili zamanı onun aktivləri ilə öhdəlikləri müqayisə olunur. Bu zaman onun əsas vəsaitlərinin uzunmüddətli yoxsa qısamüddətli öhdəliklərlə təmin edilməsi kimi amillər nəzərə alınır.

2. Mənfəət və zərər hesabatı
Müəyyən bir dövr ərzində müəssisənin fəaliyyətinin maliyyə nəticələrini özündə əks etdirir. Əsas elementləri aşağıdakılardır:
Gəlirlər – müəssisənin fəaliyyəti nəticəsində qazanılan vəsaitdir.
Xərclər – müəssisənin faəliyyətini təmin etmək üçün ödənilən vəsaitdir.
Xalis mənfəət – müəssisənin gəlirlərindən xərclərini çıxdıqdan sonra yerdə qalan hissədir. Əgər bu rəqəm müsbət alınarsa müəssisə mənfəət əldə etmişdir, mənfi alınarsa müəssisə zərərlə işləmişdir.

Gəlirlər – Xərclər = Xalis Mənfəət
Bu hesabat müəssisənin gəlirliliyini özündə əks etdirir.

3. Pul vəsaitlərinin hərəkəti hesabatı
Müəyyən bir dövr ərzində müəssisənin pul giriş və çıxış axınlarını özündə əks etdirir. Əsas elementləri aşağıdakılardır:
Cari fəaliyyət pul axınları – Müəssisənin əsas fəaliyyəti nəticəsində daxil olan və çıxan pul axınıdır.
İnvestisiya pul axınları – Müəssisənin cari fəaliyyətinin davam etdirilməsi üçün hər hansı bir avadanlığın alınıb-satılması zamanı daxil olan və çıxan pul axınıdır.
Maliyyələşmə pul axınları – Müəssisənin cari və investisiya fəaliyyətinin təmin edilməsi üçün onların maliyyələşdirilməsi ilə əlaqədar olan nağd pul axınıdır.
Bu hesabat müəssiəsənin maliyyə vəsaitlərinin sərbəstliyini əks etdirir. Maliyyə vəsaitlərinin sərbəstliyi müəssisənin qəfil xərclərinə və şanslarına reaksiya verəbilmə qabiliyyətidir.

Pul vəsaitlərinin hərəkəti hesabatı müəssisənin nağd pul yaradabilmə qabiliyyətini və bu isə öz növbəsində müəssisənin öz öhdəliklərini yerinə yetirəbilmə qabiliyyətini əks etdirir. Müəssisənin öz öhdəliklərini yerinə yetirəbilmə qabiliyyətini iki qrupa ayırmaq olar:

Likvidlik – müəssisənin qısamüddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətidir.
Ödəmə qabiliyyəti – müəssisənin uzunmüddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətidir.

Gəlirlilik ilə nağd pul yarabilmə qabiliyyəti arasında fərq vardır. Gəlirlilik müəssisənin fəaliyyəti nəticəsində mənfəət əldə etməsi, nağd pul yaradabilmə qabiliyyəti isə müəssisənin fəaliyyəti nəticəsində müsbət nağd pul axınına malik olmasıdır. Müəssisə gəlirlərindən xərclərini çıxdıqdan sonra müəssisəyə əlavə vəsait qalırsa demək o gəlir yaradır. Lakin o kreditə satılan əmtəə və xidmətlərin pullarını vaxtında toplaya bilməzsə nağd pul yaradabilmə qabiliyyətinə malik olmayacaqdır.

4. Kapitalda dəyişikliklər hesabatı
Müəyyən bir dövr ərzində müəssisənin kapitalında baş verən dəyişiklikləri özündə əks etdirir. Bura dövr ərzində müəssisənin nizamnamə kapitalında baş vermiş dəyişikliklər, bölüşdürülməmiş mənfəət, səhmdarlara ödənilən dividendlər kimi göstəricilər daxildir.

b) Əlavə maliyyə hesabatları
1. Maliyyə hesabatları qeydləri – Əsas maliyyə hesabatlarında rəqəmlə ifadə edilə bilinməyən, sözlə ifadə olunan əsas məqamları özündə əks etdirir. Misal olaraq, müəssisə tərəfindən avadanlıqların amortizasiyasının hansı metodla (düz xətt, ikiqat azalan metod) hesablanmasını, hazır məhsulların mühasibat uçotunun hansı üsulla aparılmasının (FIFO, LIFO və s.), gəlirlərdə azalmanın baş verməsi səbəbinin hər hansı mühüm müştərinin itirilməsi olduğunu və s. göstərə bilərik.

2. Rəhbərliyin müzakirə və təhlilləri – Bu hesabat müəssisənin fəaliyyətinə, kapitalına, likvidliyinə təsir edəcək mühüm hadisələri özündə əks etdirir. Burada cari dövrün maliyyə hesabataları ilə gələcək dövrün maliyyə hesabatları arasında fərq yaradacaq amillər – inflyasiya, qiymət dəyişiklikləri və bunun kimi digər önəmli amillər əks olunur.

3. Auditor rəyi – Auditorların öhdəliyi maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Auditorlar fəaliyyətlərini – Beynəlxalq Audit Standartlarına uyğun olaraq seçmə üsulu formasında həyata keçirirlər. Auditorlar tərəfindən verilən rəy maliyyə hesabatlarının tam düzgün olduğunu bildirmir. Onların yazdıqları rəy müəssisə tərəfindən hazırlanan maliyyə hesabatlarının böyük ehtimalla səhvlərdən, qeyri-leqal aktlardan uzaq olduğuna zəmanət verir. Verilən rəy həmçinin müəssisənin daxili nəzarət sisteminin qiymətləndirilməsini özündə əks etdirir. Auditor rəylərinin aşağıdakı növləri vardır:

Qeyri-şərti rəy – auditorlar tərəfindən yoxlanılan dövrdə maliyyə hesabatlarında beynəlxalq standartlardan kənarlaşmalar olmadığını bildirir.
Şərti rəy – maliyyə hesabatlarının hazırlanması zamanı beynəlxalq standartlardan ciddi kənarlaşmanın olmadığını bildirir.
Mənfi rəy – maliyyə hesabatlarının düzgün hazırlanmamasını özündə əks etdirir.
İmtina rəyi – auditor tərəfindən heç bir rəyin verilə bilməməsini özündə göstərir.

Maliyyə hesabatlarının təhlilinin quruluşu
Maliyyə hesabatlarının təhlili 6 pillədən ibarətdir.
1-ci pillə: Təhlilin məqsədi və konteksti. Bu pillədə ilkin olaraq təhlilin məqsədi müəyyən olunur. Təhlil niyə həyata keiçirilir? Məqsəd nədən ibarətdir? Təhlilin quruluşu necə olacaq? Bu kimi suallar bu pillədə cavablandırılır.
2-ci pillə: Məlumatların toplanması. Məqsəd təyin edildikdən soran təhlilin reallaşdırılması üçün lazımi məlumatlar əldə olunur. Bura maliyyə hesabatları, keçirilən sorğuların nəticələri, müəssisə rəhbərliyi ilə görüşlərin nəticələri kimi məlumatlar daxildir.
3-cü pillə: Məlumatların emalı. Toplanmış məlumatlar əsasında müxtəlif əmsallar hesablanaraq, qrafiklər qurularaq onların emalı reallaşdırılır.
4-cü pillə: Emal nəticələrinin təhlili. Emal olunmuş məlumatlar- rəqəmlər, cədvəllər və qrafiklər formasında olur. Bu pillədə həmin rəqəm, cədvəl və qrafiklər müqayisə edilir, onların mənaları açıqlanır. Bir sözlə, rəqəm, cədvəl və qrafiklər sözlə ifadə edilir.
5-ci pillə: Təhlilin nəticəsi. Bu pillədə təhlilin məqsədi ilə emal nəticələrinin təhlili arasında (1-ci və 4-cü pillə) əlaqə qurulur. Emal nəticələrinin təhlili qarşıya qoyulmuş məqsəd haqqında müsbət və ya mənfi rəy formalaşdırdığı araşdırılır.
6-cı pillə: Təhlilin yenilənməsi. Lazım gəldiyi təqdirdə mütəmadi olaraq təhlilin təkrarlanması, emal təhlilinin nəticələrində baş vermiş dəyişikliklərlə əlaqədar olaraq təhlilin nəticələrinin dəyişdirilməsi bu pillənin əsas məqsədidir.

Lüğət
Aktivlər – Assets
Auditor rəyi – Auditor’s Reports
Balans hesabatı – Balance sheet
Bölüşdürülməmiş mənfəət – Retained earnings
Cari fəaliyyət pul axınları – Operating cash flows
FIFO (ilk mədaxil – ilk məxaric) – First-In-First-Out
Gəlirlər – Revenues
Xalis mənfəət – Net income

Xərclər – Expenses
İmtina rəyi – Disclaimer of opinion
İnvestisiya pul axınları – Investing cash flows
Kapital – Owner’s equity
Kapitalda dəyişikliklər hesabatı – The statement of changes in owner’s equity
Qeyri-şərti rəy – Unqualified opinion
LIFO (son mədaxil – ilk məxaric)- Last-In-First-Out
Likvidlik – Liquidity
Maliyyə hesabatı – Financial statement
Maliyyə hesabatları qeydləri – Notes to the financial statements, footnotes
Maliyyə hesabatlılığı – Financial reporting
Maliyyə vəsaitlərinin sərbəstliyini – Financial flexibility
Maliyyələşmə pul axınları – Financing cash flows
Mənfəət və zərər hesabatı – Income statement or profit and loss accounts
Mənfi rəy – Adverse opinion
Mühasibat bərabərliyi – Accounting Equation
Ödəmə qabiliyyəti – Solvency
Öhdəliklər – Liabilities
Pul vəsaitlərinin hərəkəti hesabatı – Cash flow statement
Rəhbərliyin müzakirə və təhlilləri – Management’s Discussion and Analysis – MD&Ad
Şərti rəy – Qualified opinion

MaliYYƏ statiSTİkasi və maliYYƏ hesabatlarinin təHLİLİ Tədqiqatlar və İnkişaf Mərkəzi

olunacaq eyni məbləğdən daha dəyərli olmasını nəzərdə tutur.

Bu, pulun investisiya olunaraq gələcəkdə gəlir əldə etmə qabiliyəti ilə bağlıdır.

Pulun bugünkü dəyəri ilə onun gələcəkdə əldə olunacaq dəyərini faiz dərəcələri

Pulun zaman dəyəri

Gələcək dəyər – müəyən investisiya yatırımın nəticəsində gələcəkdə əldə edilən dəyərdir.

Bu günə 100 manatın dəyəri gələn il 110 manat olduğu halda demək olar ki 100 manatın gələcək

dəyəri 1 ildən sonra 110 manat təşkil edir.

100 manat bu gün = 110 manat 1 il sonra

Gələcək dəyərin hesablanması:

FV = PV+PV*i+. +PV*i=PV+PV*n*i=PV*(1+n*i)

FV – gələcək dəyər, PV – cari dəyər, n – dövrlərin sayı, i – dövr üzrə faiz dərəcəsi

t – əməliyyatın dövrü (günlərin sayı)

Y – ildə günlərin sayı

Pulun zaman dəyəri

Təşkilata 3 il müddətinə illik 12%-lə 15 000 manat məbləğində kredit verilmişdir. Faiz

dərəcələri hər il üçün hesablanır. Ödəniləcək pulun məbləğini müəyyən edin.

PV – 15 000 manat, n – 3 il, i – 12%, FV – ?

Pulun zaman dəyəri

Gələcək dəyər: Mürəkkəb faiz dərəcələri – faiz üzərinə faizin hesablanması.

FV= PV*(1+i)

4 000 manatlıq əmanət mürəkkəb faiz ilə 3 il müddətinə yerləşdirilimişdir. Faizlər illik

10% olmaqla ildən ilə hesablanır və əsas məbləğin üzərinə əlavə edilir. Ödəniləcək

məbləği müəyyən edin.

PV – 4 000 manat, i = 10%, n – 3 il, FV-?

Pulun zaman dəyəri

Əmanət üzrə illik faiz 8% olmaqla rüblük hesablanırsa, 2 ildən sonra 10 000 manat

həcmində olan əmanətin məbləğini müəyyən edin.

PV-10000 j-8% n -2 il m – 4 (ildə 4 dəfə) FV-?

Gələcək dəyərin il ərzində m dəfə kapitalizasiya nəticəsində müəyyən

j – illik faiz dərəcəsi

m – il ərzində faizlərin hesablamalarının sayı

n – maliyyə əməliyyatının müddəti ( il ilə ifadə olunur).

Pulun zaman dəyəri

Cari dəyər – gələcəkdə həyata keçiriləcək pul axınının bu gün üçün dəyəridir. Pul

axınının cari dəyəri prosesinin iqtisadi məğzi pulun gələcək dəyərinə uyğun olan

ekvivalent pul məbləğinin tapılmasıdır.

Pulun zaman dəyəri

Qısamüddətli pul vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsi banklar üçün 5 gün

müddətinə 12% (illik) təşkil edir. Banka hansı həcmdə vəsait yerləşdirmək lazımdır ki,

əməliyyat nəticəsində (5 gün ərzində) 2 mln. manat pul daxil olunsun?

FV – 2 mln.manat, i – 12%, t – 5 gün, Y – 365 gün, PV – ?

Pulun zaman dəyəri

Cari dəyərin hesablanması: Mürəkkəb faiz dərəcələri

Məbləğin gələcək dəyəri 3 il müddətinə 5324 manat məbləğində qiymətləndirilib.

Diskont faiz dərəcəsi – 10%. Cari dəyəri müəyyən edin.

FV – 5324 manat, i – 10%, n – 3 il, PV-?

Pulun zaman dəyəri

Dövriyyə müddəti 6 ay olan nominal dəyəri 11000 manat olan korporativ istiqrazlar

5500 manata yerləşdirilmişdir. Ödəniş müddətinə istiqrazların gəlirliyini müəyyən edin.

FV = 11 000, PV = 5500, t = 6 ay, Y=12 ay, i-?

İnvestisiyanın gəlirliyi:

Daimi maliyyə axınların (anuitet) kəmiyyət təhlili

Anuitetin gələcək dəyəri – əməliyyatın sonuna faizlər nəzərə alınmaqla ardıcıl

maliyyə axınının məbləği.

Anuitetin cari dəyəri – gözlənilən gələcək maliyyə axınlarını diskontlaşdırma

vasitəsi ilə cari dəyərin ekvivalentinin hesablanması.

Pulun zaman dəyəri

Hər il ilin sonunda 4 il müddətində xüsusi hesaba 100 manat daxil olur. Hər ilin

sonunda 10% (mürəkkəb faiz dərəcəsi) əlavə olunur. Son məbləği müəyyənləşdirin.

PMT-100 manat, i -10%, n – 4 il, FVA – ?

Pulun zaman dəyəri

İnvestisiya yatırılmasından 4 il ərzində hər ilin sonunda 100 mln. manat gəlir gözlənilir.

Diskont faiz dərəcəsi – 10%. İnvestisiyanın xalis cari dəyərini hesablayın.

Qiymət indeksləri

Qiymət – əmtəə dəyərinin müəyyən pul vahidi ilə ölçülməsidir.

Qiymətin funksiyaları:

Uçot funksiyası – əmtəə istehsal edən və ona xidmət göstərən sahələrin, o cümlədən

ticarət, nəqliyyat, rabitə və s. xərclərinin ölçülməsini özündə əks etdirir .

Stimullaşdırma funksiyası – istehsalın effektivliyinin artırılması, məhsulların və

xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sərvətlərdən səmərəli istifadəsini daxil edir.

Bölüşdürücü funksiya – müxtəlif vergi, gömrük rüsumlarını büdcəyə daxil olan digər

vəsaitlərin qiymətlərinin formalaşmasında rolu nəzərə alınır.

Qiymət indeksləri

Qiymət statistikasinin əsas vəzifələri aşağidakilardan ibarətdir:

qiymətlərin hesablanmasi və təhlili üzrə metologiyanin təkmilləşdirilməsi;

müxtəlif amillər üzrə qiymətlərin təsnifatı;

qiymətə təsir edən amillərin təhlili (məhsullarin növləri, sahə və region üzrə);

istehlak və həyat səviyyəsinə, müəssisələrin maliyyə fəaliyyətinə qiymətlərin

Qiymət indeksləri

İstehlak qiyməti indeksi – əhalinin müəyyən dövr ərzində istehlak məqsədilə əldə etdiyi

əmtəə və xidmətlərin ümumi qiymət dəyişməsini əks etdirir.

İstehlak qiyməti indeksi inflyasiya səviyyəsini əks etdirir və iqtisadiyyatda qiymətlə

bağlı proseslərin təhlilində mühüm rol oynayır.

İstehsal qiyməti indeksi – müəyyən dövr ərzində xammal, istehsal məhsullarının

qiymət dəyişməsini əks etdirir.

Qiymət indeksləri

İnflyasiyanın səviyyəsi ötən dövrü ilə müqayisədə qiymət səviyyəsinin artım tempini

əks etdirir- istehlak qiyməti indeksi əsasında hesablanır.

İllik inflyasiya səviyyəsi- 6%, nominal faiz dərəcəsi – 10% təşkil edir.

Real faiz dərəcəsini müəyyən edin.

Real faiz dərəcələri:

i (real) – real faiz dərəcələri, i (nominal) – nominal faiz dərəcələri, i(infl) – illik

Qiymət indeksləri

Laspeyras indeksi – Ötən dövrün qiymətlərini və yeni qiymətləri nəzərə almaqla ötən

dövrün məhsul səbətinin dəyərini qiymətləndirir.

Paaşe indeksi – Ötən dövrün qiymətlərini və yeni qiymətləri nəzərə almaqla cari

dövrün məhsul səbətinin dəyərini qiymətləndirir.

– əmtəə bazis (cari) dövründə istehsal səbətində olan əmtəənin miqdarıdır.

) – cari (bazis) dövrdə istehlak səbətində olan məhsulların qiymətidir.

– cari dövrdə məhsulların qiymətinin bazis dövründəki qiymətinə nisbətidir.

Maliyyə Hesabatlarının Təhlili

Maliyyə hesabatlarının rolu

Maliyyə hesabatları əsasən müəssisədən kənar maraqlı şəxslər üçün hazirlanır.

Maliyyə Hesabatları müəssisənin keçmiş, indiki və gələcək fəaliyyətinin

qiymətləndirilməsinə köməklik edir.

İnvestisiya üçün müəssisənin maliyyə durumu haqda təsəvvür yaradır.

Əsas maliyyə hesabatları

Balans Hesabatı

Müəssisənin verilmiş tarix üçün (adətən ilin sonu) maliyyə vəziyyəti haqda məlumat

3 hissədən ibarətdir:

Aktivlər – müəssisənin nəyə sayib olduğu, öhdəliklər – müəssisənin öhdəliklərinin

məbləğini, və Sahibkar Kapitalı

Əsas bərabərlik: Aktivlər = Öhdəliklər + Kapital

Əsas maliyyə hesabatları

Mənfəət və Zərər Hesabatı

Müəssisənin hər hansı dövr ərzindəki gəlirliyini təcəssüm etdirir – gəlirlər, xərclər,

mənfəət və zərəri əhatə edir.

Gəlirlər – Xərclər = Xalis Mənfəət

Əsas maliyyə hesabatları

Dövriyyə Vəsaiti Hesabatı

Müəssisənin Gəlir və xərclər hesabatı ilə eyni dövr üçün Nağd pul mədaxillərini və

ödənişlərini özündə cəmləşdirir.

İnvestorlar, kreditorlar və digər maliyyə hesabatı istifadəçilərinə müəssisənin

likvidliyi, alıcılıq qabiliyyəti və maliyyə mütəhərrikliyini hesablamağa xidmət edir.

Əsas maliyyə hesabatları

Səhmdar Kapitalı Hesabatı

Səhmdarların biznesə etdikləri investisiyalarda baş verən dəyişiklikləri əhatə edən

Analitiklərə balans hesabatındakı maliyyə dəyişikliklərini izah etməyə kömək göstərir

Maliyyə hesabatları analizinin konstruksiyası

Təhlilin məqsəd və kontekstinin koordinə edilməsi

Verilənlərin emal edilməsi

Emal olunmuş verilənlərin analizi

Nəticə və təkliflərin müzakirə edilməsi və inkişaf etdirilməsi

Yekun neticənin hazırlanması

XYZ MÜƏSSİSƏSİ

BALANS HESABATI

31 DEKABR 2010-cu il tarixinə

ÖHDƏLİKLƏR+KAPİTAL

Cari Aktivlər

Cari Öhdəliklər

Ticari qiymətli kağızlar

S-T portion of L-T N/P

Əvvəlcədən ödənilmiş xərclər

Cəmi Cari Aktivlər

Cəmi Cari Öhdəliklər

Əsas Aktivlər

Uzunmüddətli Öhdəliklər

Cəmi Uzunmüddətli Öhdəliklər

Cəmi Əsas Aktivlər

Cəmi Öhdəliklər

Digər Aktivlər

Səhmdar Kapitalı

Cəmi Kapital

CƏMİ AKTİVLƏR

CƏMİ ÖHDƏLİKLƏR

XYZ MÜƏSSİSƏSİ

MƏNFƏƏT VƏ ZƏRƏR HESABATI

31 DEKABR 2010-CU İLİN SONUNA

XALİS SATIŞLAR

SATILMIŞ MƏHSULLARIN QİYMƏTİ

ÜMUMİ GƏLİR

ƏMƏLİYYAT XƏRCLƏRİ

– Satış Xərcləri

– Administrativ xərclər (G&A)

– Cəmi Əməliyyat Xərcləri

ƏMƏLİYYAT MƏNFƏƏTİ

QEYRİ-ƏMƏLİYYAT XƏRCLƏRİ

VERGİLƏRDƏN ƏVVƏL MƏNFƏƏT

MƏNFƏƏT VERGİSİ

XALİS MƏNFƏƏT

Alınacaq hesabların keyfiyyəti

Alınacaq hesablar (A/R) orta hesabla neçə dəfə nağd pula çevrilməsi:

A/R dövriyyə əmsalı (T/O) = İllik xalis satış

Günlərin sayı= 365 days

Misal: A (B) müəssisəsinin il sonuna xalis kredit satışları 644790 (984000) AZN

olmuşdur. Onun ilin əvvəlinə və ilin sonuna alınacaq hesabları müvafiq olaraq

43300 (20400) və 51700 (27200) AZN təşkil etmişdir. A/R dövriyyə əmsalını

İnventarların keyfiyyəti

İnventarların orta hesabla il ərzindəki dövriyyəsi:

Inventarların dövr etmə əmsalı əmsalı =

Satılmış məhsulların dəyəri

İnventarların orta dəyəri

Günlərin sayı = 365 gün

Əməliyyat tsikli

Satılmış inventarın nağd pul şəklinə keçməsi:

İnventar Günləri + Alıncaq Hesabların günləri

Səhmlərin təhlili

Səhm alıb və satan investorlar hər bir səhmə düşən gəliri bilməlidirlər:

Səhm üzrə gəlirlilik = Xalis Gəlir

Dövriyyədə səhmlərin sayı

Səhmin qiyməti və Səhm üzrə gəlirlilik arasında əlaqə:

Qiymət / gəlirlilik əmsalı = Cari bazar dəyəri

Səhm üzrə gəlirlilik

Maliyyə Hesabatlarının əmsallarla təhlili

Əmsal – bir göstəricinin digərinə nisbətinin sadə riyazi ifadəsidir

Bir Maliyyə Hesabatındakı göstəricinin digərindəki göstərici ilə müqayisəsinə imkan

Əmsalın düzgün interpretasiyası üçün göstəricilər arasında məntiqi əlaqənin olması

Likvidlik əmsalları

Müəssisənin nağd pul axını dövriyyəsinə diqqət yetilir

İşlək kapital = Cari aktivlər – Cari Öhdəliklər

Cari Əmsal = Cari aktivlər / Cari Öhdəliklər

Acil əmsal = Acil aktivlər / Cari Öhdəliklər

Nağd pul əmsalı = (Nağd pul + ticari qiymətli kağızlar) / Cari Öhdəliklər

Acil aktivlər cari aktivlərdən İnventarlar və əvvəlcədən ödənilmiş xərclər çıxılmaqla

Uzunmüddətli ödəmə qabiliyyəti əmsalları

Uzunmüddətli kreditorlar müəssisənin qısamüddətli və uzunmüddətli öhdəliklərini

qarşılaya bilməsinə diqqət yetirirlər.

Üzunmüddətli Öhdəliklərin Kapitala nisbəti = U/Ö / Cəmi Kapital

Öhdəlik Kapital Nisbəti = Cəmi Öhdəliklər / Cəmi Kapital

Cəmi Borc əmsalı = Cəmi Öhdəliklər / Cəmi aktivlər

Leveric əmsalı = Cəmi Aktivlər / Cəmi Öhdəliklər

ROA = Əməliyyat mənfəəti / Orta Cəmi aktivlər

ROE = Xalis mənfəət / Orta Cəmi Səhmdar Kapitalı

Mənfəət və Zərər Hesabatı əmsalları

Xalis Mənfəət marjası = Xalis Mənfəət / Gəlir

Xalis mənfəət marjası müəssisənin hər bir dollar gəlirə görə nə qədər mənfəət

düşməsini ifadə edir

Ümumi Gəlir Marjası = Ümumi Gəlir / Gəlir

Ədəbiyyat siyahısı

Статистика финансов. Учебник. Салина В,Н. (2002)

Статистика финансов: Учебник. Назаров М.Г. (2007)

Financial Reporting and Analysis, CFA Institute (2009)

Financial and Managerial Accounting, Williams, Haka, Bettner, McGraw-Hill, 14th

Təşəkkür edirik!

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.