Sərbəst iş Ad: Həsən Soyad: Mehdiyev İxtisas: Maliyyə Qrup: 678 Kurs: III fənn: Maliyyə nəzarəti və audit
Kənar auditin əsas məqsədi aşağıdakılardır:
Maliyyə nəzarətinin növləri. 1 Sənədli və faktiki nəzarət. Kameral və səyyar nəzarət
İnformasiya ilə təmin olunması növünə görə nəzarəti sənədli nəzarətə və faktiki nəzarətə ayırırlar.
Sənədli nəzarət zamanı sənədlər yoxlanılır.
Faktiki nəzarət inventarizasiya, maddi obyektlərə baxılması, çəkinin yoxlanılması və s. yolu ilə naturada nəzarət olunan obyektlərin yoxlanılmasını tələb edir.
Bu təsnifat nəzarət metodlarının sənədli və faktiki bölgüsünün də əsasına daxil edilmişdir. Daha cox nəzarətin iki növünün əlaqələndirilməsi səmərəlidir, lakin bəzi hallarda ya faktiki nəzarət mümkün deyil (əmlak ərazi cəhətdən kənarlaşdırılıb və ya itirilib), ya da sənədli (məsələn, sənədlər yanqın zamanı məhv olub). Odur ki, bəzən yalnız nəzarətin növlərindən biri həyata keçirilir. Nəzarətin növünün seciminə məlumatların məhrif edilməsi, yoxlanılan təşkilatın ədalətzisliyi, nəzarət tədbirinin həyata kecirilməsinin məqsədəuyğunluğu və qənaətçilliyi ehtimalının qiymətli təsir göstərə bilər.
Sənıdli “Kameral yoxlamaların” aparılması müddəti beş aydan artıq ola bilməz. Yoxlanılan informasiyanın yoxlanılma mürəkkəbliyindən, miqdarından və həcmindən asılı olaraq kameral yoxlamanın müddəti onu təyin edən xidmət rəhbəri (rəhbər müavini) tərəfindən bir ay uzadıla bilər.
Texniki və ixracat nəzarəti üzrə müvafiq xidmətin xüsusi təsdiq olunmuş ixracat nəzarətinin müəyyənləşdirildiyi intellektual fəaliyyətin nəticələri ilə, əmtəələrlə, informasiya ilə, iş və xidmətlərlə xarici iqtisadi əməliyyatlar həyata kecirən şəxslərin maliyyə – təsərrüfat fəaliyyətlərinin yoxlanışının təşkili və aparılması üzrə Təlimata müvafiq olaraq kameral yoxlama iştirakçıları, onların xüsusi bölmələri tərəfindən ixracat nəzarəti sahəsində ölkə qanunvericiliyin pozulması hallarının mümkünlüyü haqqında məlumat aldıqda təyin olunur.
Kameral yoxlama nəzarət orqanının direktorunun (onu əvəz edən şəxsin) qəqarı ilə və ya ərazi orqanının rəhbərinin qərarı ilə aparılır.Yoxlamanın aparılması haqqında qərar rəhbərliyin əmri ilə rəsmiləşdirilir.
Əmrdə aşağıdakılar göstərilir:
Struktur bölməsinin rəhbərinə (ərazi orqanının struktur bölməsinin) inspektorlar qrupunun tərkibi və kameral yoxlamanın aparılmasının təşkili həvalə olunur;
yoxlanılması lazım olan fəaliyyəti və ya əməliyyatları göstərilməklə yoxlanılan iştirakçısının adının və ya məlumatının yoxlanılması;
yoxlamanın başlanması və başa catdırılması tarixi.
İxracat nəzarəti sahəsində ölkə qanunvericiliyin (XİF) xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən pozulmasının mümkünlüyü haqqında ayrı– ayrı məlumatların yoxlanılması kameral yoxlama aktı tərtib olunmadan və əmr olmadan aparıla bilər.
Kameral yoxlama aparılan zaman yoxlama tədbirlərinin faktiki başlanma tarixi yoxlamanın aparılması üçün tələb olunan sənədlər inspektorlar tərəfindən alındığı tarix hesab olunur. Kameral yoxlama aparılan zaman yoxlama tədbirlərinin başa çatması tarixi bütün inspektorlar tərəfindən yoxlama aktının imzalandığı gündür.
AR Vergi məcəlləsinə müvafiq olaraq səyyar vergi yoxlaması vergi orqanının rəhbərinin (rəhbər müavininin) qərarı əsasında aparılır.
Səyyar vergi yoxlamasının keçirilməsi haqqında vergi orqanının rəhbərinin (rəhbərinin müavininin) qərarının forması vergi və rüsüm sahəsində nəzarət üzrə icra hakimiyyəti orqanı tərəfindən işlənib hazırlanır və təsdiq olunur.
Qərar forması Vergilər Nazirliyinin “Səyyar vergi yoxlamalarının təyin olunması qaydalarının təsdiq olunması haqqında” müvafiq əmri ilə təsdiq olunmuşdur.
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunan və verginin hesablanması və ödənilməsi üçün əsas kimi xidmət göstərən sənədlər və vergi bəyannaməsi əsasında aparılır.
Lakin vergi orqanı vergi ödəyicisinin fəaliyyəti haqqında digər sənədlərdən də (məsələn, qarşılıqlı yoxlamaların gedişində əldə olunmuş vergi ödəyicisinin kontragentlərinin informasiyası, hüquq mühafizə orqanlarının informasiyası) istifadə edə bilər.
Kameral yoxlama vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən onların xidməti vəzifələrinə müvafiq olaraq aparılır. Bu zaman (səyyar vergi yoxlaması zamanı olduğu kimi) vergi orqanının rəhbərinin heç bir xüsusi icazəsi tələb olunmur.
Beynəlxalq ali nəzarət orqanları təşkilatının IX Konqresində (İNTOSAİ) qəbul olunmuş Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsində deyilir:
“10 Maddə Təhqiqat hüququ
2. Ali nəzarət orqanı ayrı – ayrı yoxlamaların harada, bilabasitə yoxlanılan təşkilatın yerləşdiyi yerdə və ya ən ali nəzarət orqanında keçirilməsinin məqsədəuyğun olması haqqında qərar qəbul etməlidir”.
Kameral və səyyar nəzarət tədbirlərinin ayırd edilməsi ən çox dövlət maliyyə nəzarəti orqanları üçün xarakterikdir.
Kameral yoxlama nəzarət orqanın yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir. Səyyar yoxlama yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər.
Auditr yoxlamaları bir qayda olaraq səyyar olur. Lakin əsas vəsaitlərin, ehtiyatların əhəmiyyətli dərəcədə qalıqları olmayan kiçik təşkilatlar sənədləri birbaşa auditor təşkilatına verə bilər. “Auditor fəaliyyəti haqqında” ölkə qanunu bunu qadağan etmir.
Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası bir qayda olaraq kameral və sənədlidir.
20 aprel 2005 il tarixli Maliyyə Nazirliyininin 05-16 saylı “Təşkilatları yoxlama qaydalarının təsdiq edilməsi, maliyyə bazarı üzrə xidmətin üzərinə qoyulmuş nəzarətin həyata keçirlməsi barədə” əmrində qeyd edilir ki, kameral yoxlama xidmətin yerləşmə yeri üzrə müfəttiş (müfəttişlər) tərəfindən mövcud təşkilat və digər şəxslərin və yaxud dövlət orqanlarının sənəd və məlumatların təqdim edilməsi vasitəsi ilə keçirilir.
Yoxlama zamanı müvafiq xidmətin nəzarətində olan digər təşkilatların fəaliyyəti haqqında məlumatın alınması zərurəti yarandığı təqdirdə xidmət tərəfindən bu təşkilatlardan yoxlanan təşkilatın fəaliyyətinə dair sənədlər tələb oluna bilər.
Kameral yoxlama müvafiq Xidmət rəhbərinin (rəhbər müavini) yazılı tapşırığı ilə təyin edilir. Tapşırıqda kameral yoxlamanın keçirilməsinin təşkili tapşırılan Xidmətin struktur bölməsinin rəhbəri qeyd edilir. Bu sənəddə yoxlanmalı olan məlumatlar, və yaxud yoxlanmalı olan təşkilatın hərəkət və əməliyyatları qeyd edilməklə adlar əks edilir. Struktur bölmənin rəhbəri kameral yoxlamanın keçirilməsi üçün bu bölmənin işçi heyətindən onların vəzifə öhdəliklərinə uyğun olaraq müfəttiş təyin edir.
Kameral yoxlamanın keçirilməsi müddəti beş aydan artıq olmamalıdır. Yoxlamanın çətinliyi, yoxlanılan məlumatların həcmi və miqdarını nəzərə alaraq kameral yoxlama müddəti onu təyin etmiş orqanin rəhbəri(rəhbər müavini) tərəfindən bir ay müddətinə uzadıla bilər.
Barəsində nüvafiq dövlət təsdiq edilmiş əmri ilə ixrac nəzarəti müəyyən edilmiş və əmtəə, məlumat, iş, xidmət, intlelektual fəaliyyətlə xarici iqtisadi əməliyyatlar keçirən şəxslərin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanmasının təşkili və keçirilməsi üzrə Təlimata müvafiq olaraq kameral yoxlama XİF iştirakçıları, onların xüsusiləşdirilmiş bölmələri tərəfindən ixrac nəzarəti sahəsində ölkə qanunvericiliyinin mümkün pozuntuları haqqında məlumatlar alındığı təqdirdə təyin edilə bilər.
Kameral yoxlama müvafiq ıcra orqanının qərarı ilə keçirilir. Yoxlamanın keçirilməsi haqqında qərar həmin icra orqanınin əmri ilə rəsmiləşdirilir.
Əmrdə aşağıdakı amillər göstərilir:
- Kameral yoxlamanın keçirilməsi tapşırılan orqanın struktur bölməsinin rəhbəri və müfəttişlər qrupu heyəti.
- Yoxlanmalı olan hərəkət və əməliyyatlarını göstərməklə yoxlanmalı məlumatları və yaxud yoxlanan XİF iştirakçısının adı.
- Yoxlamanın başlanğıc və bitmə tarixi.
Kameral yoxlama zamanı yoxlamanın faktiki başlanğıc tarixi müfəttiş tərəfindən yoxlama üçün tələb olunan sənədlərin alınması tarixi hesab olunur.
Kameral yoxlama zamanı yoxlamanın bitməsi tarixi bütün müfəttişlər tərəfindən yoxlama aktının imzalanması günü hesab olunur.
Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlaması vergi orqanı rəhbərinin(rəhbər müavini) qərarına əsasən keçirilir.
Səyyar vergi yoxlaması haqqında vergi orqanı rəhbərinin(rəhbər müavini) qərar forması vergi və yığımlar sahəsində nəzarət üzrə icra hakimiyyətinin səlahiyyətli orqanı tərəfindən işlənib hazırlanır və təsdiqlənir.
Kameral vergi yoxlaması vergi ödəyicisinə təqdim edilən vergi deklarasiyaları və sənədlərinə əsasən keçirlir və verginin hesablanması və ödənməsi üçün əsas hesab olunur. Lakin vergi orqanı vergi ödəyicisinin fəaliyyəti haqqında digər sənədləri də istifadə edə bilər(məsələn, qarşılıqlı yoxlamalar zamanı əldə edilmiş vergiödəyicisinin kontraqentlərinin məlumatı, hüquq mühafizəsi orqanlarının məlumatı).
Kameral yoxlama vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən onların vəzifə öhdəliklərinə müvafiq olaraq keçirilir. Bu zaman vergi orqanı rəhbərinin hər hansı xüsusi qərarı tələb olunmur(səyyar vergi yoxlamasında olduğu kimi).
3. PLANLI VƏ PLANDANKƏNAR MALIYYƏ NƏZARƏTI
Səyyar yoxlamalar planlı və qeyri planlı ola bilər.
Planlı səyyar yoxlama adı altında səyyar yoxlamaları planına daxil edilmiş müfəttişlər qrupu tərəfindən keçirilən təşkilatın yerləşdiyi yer üzrə və(və yaxud) fəaliyyət yeri üzrə keçirlən yoxlama nəzərdə tutulur.
Planlı səyyar yoxlama təşkilatı əvvəlcədən məlumatlandırmaqla həyata keçirilir.
Planlı səyyar yoxlamanın keçirilməsi haqqında təşkilatın məlumatlandırılması telefon, faksimil və yaxud elektron rabitəsi vasitəsi ilə yoxlamanın başlanğıcından beş iş günündən az olmayan müddət ərzində həyata keçirilir. Yazılı bildirişə orada göstərilmiş müddətdə sənədlərin siyahısı əlavə edilə bilər. Bu sənədləri təşkilat müfəttişlərə bildirişdə qeyd edilən müddətdə göstərməlidir.
Səyyar yoxlama planına daxil edilməmiş təşklatın yoxlanması plandankənar hesab edilir. Plandankənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və (və yaxud) fəaliyyət yeri üzrə keçirilir. Həmçinin bu yoxlama aşkar edilmiş pozuntuların aradan qaldırılması haqqında təlimatların icrasının yoxlanması, investorların qiymətli kağızlar bazarında hüquq və qanuni maraqlarının müdafiəsi haqqında qanunvericilik tələblərinin icrasının, həmçinin digər hallarda ölkə qanunu, AR Prezidenti və hökuməti aktları ilə nəzərdə tutulmuş tələblərin icrasının yoxlanması məqsədi ilə təyin edilir.
Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir:
- xarici
- daxili
- qarışıq
Təşkilatların əksəriyyəti üçün dövlət nəzarəti xarici nəzarət hesab olunur. Lakin bəzi hallarda dövlət nəzarəti daxili nəzarət kimi də təsnif edilə bilər. Məsələn, sahə nazirlik tabeçiliyində olan unitar müəssisənin yoxlanması kimi qəbul olunur.
Kommersiya (auditor) nəzarəti yoxlanılan təşkilatlar üçün əksər hallarda xarici nəzarət hesab olunur. Eyni zamanda xarici auditor təşkilatı müqavilə əsasında daxili nəzarət funksiyasını icra edə bilər. Lakin bu halda kənar təşkilatların qüvvələri ilə daxili nəzarət keçiriləcəkdir.
Təsərrüfatdaxili nəzarət bir qayda olaraq daxili nəzarət hesab olunur. Lakin daxili nəzarət şöbəsi ana şirkət strukturunda yaradıldığı halda törəmə təşkilatın fəaliyyəti yoxlanmalıdırsa mahiyyət etibarı ilə törəmə təşkilat üçün nəzarət xarici hesab edilir, lakin şirkətlər qrupu üçün isə –daxili hesab olunur.
- Direktorlar şurası və yaxud müşahidə şurası
- Müfəttiş komissiyası
- Törəmə şirkətlərin nəzarətini həyata keçirən holdinqin ana şirkətlərinin maliyyə nəzarəti xidməti
“Cəmiyyətin təftiş komissiyasının üzvləri eyni zamanda cəmiyyətin direktorlar şurası üzvləri (müşahidə şurası) ola bilməz, həmçinin cəmiyyətin idarəetmə orqanlarında digər vəzifələri tuta bilməzlər.
Cəmiyyətin direktorlar Şurası üzvlərinə və yaxud cəmiyyətin idarəetmə orqanlarında vəzifə tutan şəxslərə məxsus səhmlər cəmiyyətin təftiş komissiyası üzvlərinin seçilməsi zamanı səsvermədə iştirak edə bilməzlər”.
Analojı olaraq holdinqin ana şirkətinin maliyyə nəzarəti xidməti ikili hal daşıyır. Ana təşkilata qarşı münasibətdə onlar maliyə nəzarətinin daxili orqanıdır. Törəmə təşkilatlara qarşı isə –xarici. Bu vəziyyət nəzarətçinin müstəqillik probleminə və onun qərəzsizliyinə xüsusi əhəmiyyət verir.
Əksər halarda ictimai nəzarət xarici təzahürdür. Lakin daxili ictimai nəzarət halları, məsələn əmək kollektivi şurası tərəfindən mümkündür.
5. İLKIN, OPERATIV VƏ SONRADAN MALIYYƏ NƏZARƏTI
Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi anı üçün aşağıdakı nəzarət növləri ayırd edilir:
- İlkin
- Cari(operativ)
- Sonradan
- İlkin nəzarət- büdcə-maliyyə nəzarəti üzrə büdcə və digər qanun(qərar) layihələri haqqında qanun(qərar) layihələrinin müzakirəsi və təsdiq edilməsi gedişatında
- Cari nəzarət- parlament dinləmələri gedişatında və deputat sorğuları ilə əlaqədar qanunvericilik(hökumət) orqanları, yerli özünü idarəetmənin hakimiyyət orqanlarının komitə, komissiya, işçi qruplarının iclaslarında ayrı büdcə icrası məsələlərinin baxılması gedişatında
- Sonradan nəzarət- büdcə icrası haqqında hesabatların nəzərdən keçirilməsi və təsdiq edilməsi gedişatında
Təsərrüfat əməliyyatını sanksiyalaşdıraraq müəssisə rəhbəri və yaxud onun səlahiyyətləndirdiyi şəxslər təsərrüfat məqsədəuyğunluğu, normativ hüquqi və plan əsaslanması, onun icra edilməsi tapşırılmış şəxslərin təsərrüfat və maddi məsuliyyətinə və s. məsələlərə dair preventiv yoxlamalar aparır. Baş mühasibin rolu mühasibat üçotu sistemində əks edilmiş təsərrüfat əməliyyatlarının preventiv yoxlamalarında xüsusən məsuliyyətlidir.
Maddi daşıyıcılarda əks etdirilmiş hər təsərrüfat əməliyyatı baş mühasib və yaxud onun səlahiyyətləndirdiyi şəxslər tərəfindən icrası müəssisə rəhbərliyi tərəfindən sanksiyalaşdırdıqdan sonra təkrar preventiv yoxlamaya məruz qalır. Mühasibatlıq tərəfindən nəzarət edilən yuxarıda qeyd edilən təsərrüfat əməliyyatlarının yoxlaması ilə yanaşı aşağıdakı amillər də yoxlanılır: təsərrüfat əməliyyatının aparılmasının həqiqiliyini əks etdirən sənədlərin hüquqi əsaslanması, onun kəmiyyət və dəyər ölçüləri; ehtiyatların məsrəf normalarının tətbiqi; mal-material dəyərləri və əsas fond obyektlərinin qiymətləri; göstəricilərin doldurulması, dəyərlərin saxlanmasının təmin edilməsi, təsərrüfat fəaliyyətinin mühasibat uçotu sistemində əks etdirilməsi üçün əməliyyatların məzmunu və xasiyyətini müəyyən edən sənəd rekvizitlərinin kodlaşdırılması.
Baş mühasib tərəfindən həyata keçirilən təsərrüfat fəaliyyətinin preventiv nəzarətinə müstəsna olaraq böyük əhəmiyyət verilir. Baş mühasib haqqında müddəada nəzərdə tutulmuşdur ki, pul vəsaitləri və mal-material dəyərlərinin alınması-verilməsi üçün əsas hesab edilən sənədlər , həmçinin kredit və hesabat öhdəlikləri birlik, müəsisənin rəhbəri və baş mühasibi və yaxud onların səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanır. Baş mühasibin imzası olmadan qeyd edilən sənədlər etibarsız hesab olunur və maddi cəhətdən məsuliyyətli şəxslərə , həmçinin bank idarələri tərəfindən qəbul olunmur. Baş mühasibə qanunvericilik və pul vəsaitləri, mal-material və digər dəyərlərin qəbul, saxlama və xərclənməsinə dair qəbul olunmuş qaydalara ziddiyyət təşkil edən təsərrüfat əməliyyatı üzrə sənədləri icraya və rəsmiləşdirməyə qəbul etməmək hüququ verilmişdir.
Preventiv yoxlamalar maliyyə nəzarətinin ən səmərəli üsuludur, çünki birlik, müəssisə, sahə, bütövlükdə iqtisadiyyatda ehtiyatların müxtəlif çatışmazlıq, həddindən artıq xərcləmələr və itkilərin baş verməsinin qarşısını almağa imkan verir.
Cari nəzarət yoxlamaları– təşkilat və müəssisələrin təsərrüfat fəaliyyətlərinin konkret əməliyyatlarının cari yoxlama formasıdır. Bütün nəzarət edici orqanlar tərəfindən onların səlahiyyətlərinə daxil olan məsələlər üzrə cari yoxlamalar aparılır. Belə ki, cari araşdırmalar zamanı bank idarələri kassanın nəğd pullarının istifadəsini, gəlirlərin verilməsinin vaxtında olması və tamlığına və s. nəzarət edir. Cari araşdırma zamanı kapital qoyuluşlarının maliyyələşdirilməsi üzrə tikintinin təşkili, tikilən obyektlərin layihə təminatına nəzarət edilir. Hesabalama Palatası, Maliyyə nazirliyi və onun orqanları tərəfindən yerlərdə dövlət büdcə vəsaitlərinin istifadəsinin cari yoxlaması keçirilir. Statistik orqanlar yerlərdə birlik, müəssisələrin təsərrüfat fəaliyyətinin uçotunda sənədləşmə növünün istifadəsinin cari yoxlamasını təşkil edir. Habelə idarəetmə orqanları sorğusu ilə təqdim edilmiş, lakin müvafiq qaydada təsdiq edilməmiş artıq hesabatı aşkar edir. Cari araşdırma yolu ilə aparılan idarədaxili nəzarət zamanı onların fəaliyyət məsələləri üzrə müəssisə sahibkarının tapşırığını icra etməsi yoxlanılır. Cari yoxlamalar vasitəsi ilə təsərrüfatdaxili nəzarət zamanı təsərüfat fəaliyyətinin yerinə yetirilməsinə operativ nəzarət, xüsusən də əmtəə-material dəyərlərinin saxlama şərtlərinin yoxlanması həyata keçirilir. Bundan irəli gələrək cari nəzarət yoxlamaları mürəkkəb metodikanın tətbiqini tələb etməyən təsərrüfat fəaliyyətinin konkret əməliyyatının operativ nəzarəti üsuludur.
Ali nəzarət orqanlarının IX Benəlxalq təşkilatlar konqresi tərəfindən qəbul edilmiş rəhbər nəzarət prinsiplərinin Lima deklarasiyasında qeyd olunur:
- İlkin nəzarət baş vermiş pozuntular haqqında məlumatın alınmasına qədər keçirilən inzibati və maliyyə sənədlərinin yoxlanmasından ibarətdir. Fakt üzrə nəzarət – baş vermiş pozuntu haqqında məlumat alındıqdan sonra keçirilən yoxlamaya aid edilir.
- Səmərəli ilkin nəzarət etibar edilmiş pul və maddi vəsaitlərin etibarlı idarəetmə sisteminin ayrılmaz hissəsidir. O ali nəzarət orqanı və digər nəzarət orqanları tərəfindən yerinə yetirilə bilər.
- Ali nəzarət orqanı tərəfindən keçirilən ilkin yoxlama elə üstünlüyə malikdir ki, ehtimal edilən pozuntuları onlar baş verənə qədər aradan qaldırmağa imkan verir. Lakin onun çatışmazlığı ali nəzarət orqanının işində yükləmə və qanun qarşısında məsuliyyətə dair qeyri-müyyənlikdən ibarətdir. Ali nəzarət orqanı tərəfindən keçirilən fakt üzrə yoxlama təqsirkarların məsuliyyətə cəlb edilməsinə, vurulmuş zəzərin kompensasiyasına, pozuntuların gələcəkdə qarşısının alınmasına gətirir.
- Ali nəzarət orqanının ilkin yoxlamanın keçirib-keçirməməsi ayrı ölkədə qanunvericilik, nəzarət orqanlarına qarşı şərt və tələblərdən asılıdır. Fakt üzrə təvtişlərin keçirilməsi Ali nəzarət orqanının ilkin təvtişin keçirib-keçirməməsindən asılı olmayaraq birbaşa vəzifəsidir.
6.TEMATİK VƏ KOMPLEKS NƏZARƏT
Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir:
- Tematik (qismən)
- kompleks (tam)
Kompleks şəkildə bir qayda olaraq həmçinin müəssisə, elmi-tədqiqat və elmi-sınaq idarələri, əməliyyat-istehsalat fəaliyyətini yerinə yetirən və smeta-büdcə maliyyələndirməsində olan digər idarə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin təftişi keçirilir.
Kompleks təvtişinin əsas məsələləri aşağıdakılardır:
Müəssisə, idarə və təşkilatların iqtisadi vəziyyətinin hərtərəfli yoxlanması, onların istehsalat və əməliyyat fəaliyyətinin təhlili, istehsalat qüvvələrinin istehsalatının yoxlanması, istehsalat və əməyin qabaqcıl təcrübə və elmi təşkilinin tətbiqi, xammal, material, yanacaq, buxar, və s. elektrik enerjisinin proqresiv mərsəf normalarının tətbiqi, maya dəyərinin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və məhsul və tikinti-montaj işlərinin yüksək keyfiyyətinin təmin edilməsi, təsərrüfat və maliyyə planlarının icrası.
Kompleks təftişinin keçirilməsi üçün rəhbər vəziifəli şəxslə başda təftiş qrupu yaradılır. Qrupun tərkibinə istehsal və maliyyə-təsərüfat fəaliyyətini yaxşı yoxlamağı və obyektiv qiymət verməyi bacaran mütəxəssislər daxildir.
Kompleks təfti ş inin keçirilməsi zamanı nəzarət-təvti ş idarələri (şöbələri) aşağıdakı fəaliyyəti yoxlayır:
- Əsas kəmiyyət və keyfiyyət göstrəiciləri üzrə planın həyata keçirilməsi, təsdiq edilmiş planlardan kənarlaşmaya ayrı faktorların təsiri;
- İlkin sənədlərin məlumatları üzrə qanuniliyinin, məqsədəuyğunluğun və həqiqiliyinin müəyyən edilməsi üçün təsərüfat əməliyyatlarının məzmunu;
- Mühasibat uçotu reqistrlərinin yazısı ilkin sənədlərlə tutuşdurduqda , qeydiyyat reqistri məlumatlarının hesabat göstəriciləri ilə tutuşdurduqda, hesabat məlumatalrı plan məlumatlar ilə tutuşdurduqda.
- Qarşılıqlı təsərrüfat əməliyyatlarına aid müxtəlif sənədlərin məlumatları, məsələn, istehsal edilən məmulatların kəmiyyəti haqqında məmulatların bu məlumatların işlənməsi üçün əmək haqqının hesablanması haqqında sənədlərlə tutuşdurulması; məhsulun boşaldılması(buraxılması) haqqındda məlumatların onun ərazidən çıxarımasına olan sənədləri ilə tutuşdurulması və s.;
- Pul vəsaitlərinin və maddi dəyərlərin mühasibat uçotunun aparılmasının müəyyən qaydasına riayət edilməsi, həmçinin qeydiyyat reqistrlərində hesab məlumatlarının əsaslanması.
- Hesabat məlumatlarının həqiqiliyi, hesabat göstəricilərində əlavələrin və digər təhriflərin aşkar edilməsi.
- – maddi maliyyə və əmək ehtiyatlarının istifadəsinin səmərəliliyi, təsərrüfat fəaliyyətinin rəsmiləşdirilməsinin vaxtında olması, təsərrüfat ehtiyatlarının aşkar edilməsinin səbəbləri və mobilizasiyası, qeyri-istehsalat xərcləri və itkilərinin yaranma səbəbələri;
- – qüvvədə olan qiymət və tariflərin müəyyən edilməsi və tətbiqi qaydasına riayət edilməsi, həmçinin qüvvədə olan qiymət və tariflərin müəyyən edilməsi və tətbiqi qaydasının pozulması nəticsində alınmış əlavə gəlirin bütün məbləğinin büdcəyə vaxtında daxil edilməsi;
- – əvvəlki təvtiş və təftişlər tərəfindən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə göstərişlərin icra edilməsi;
- Təşkilatın bir və yaxud bir neçə fəaliyyət istiqamətinin (sahəsinin) yoxlanılması tematik hesab edilir.
6.7. Maliyyə nəzarət növlərinin digər təsnifatı
- Dövlət səviyyəsində maliyyə nəzarəti
- Regional səviyyədə maliyyə nəzarəti
- Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- Sahə səviyyəsində maliyyə nəzarəti
- Ayrı-ayrı müəssisələr səviyyəsində maliyye nəzarəti
- Təşkilatın struktur bölməsi səviyyəsində maliyyə nəzarəti(sex, sahə və s.).
- AR Konstitusiyası, konstitusiya aktları;
- Ölkə aktları;
- İcra hakimiyyəti orqanlarının normativ aktları;
- Təşkilatların lokal normativ aktları;
- valyuta;
- vergi
- kömrük;
- nəğd pul dövriyyəsi və s.
Maliyyələşdirmə mənbəyi üzrə aşağıdakı maliyyə nəzarəti növləri ayırd edilir:
- yoxlanan subyekt hesabına
- idarəedən subyekt hesabına
- üçüncü şəxslər hesabına.
Dövəltə nəzarəti bir qayda olaraq idarəedən subyektin vəsaitləri hesabına, yəni müvafiq dövlət büdcəsinin hesabına həyata keçirilir. Təşkilatlar büdcənin gəlir hissəsini verginin ödənilməsi formasında formalaşdırdığından , faktiki olaraq həmin vergi yoxlaması dolayı yolla vergiödəyicilərin öz hesabına maliyyələşir. Lakin büdcə təşkilatlarının yoxlanması zamanı maliyyə mənbəyi idarəedən subyektdir.
Maliyyə nəzarətinin üçüncü şəxslərin hesabına həyata keçirilməsi ən nadir hallardan biridir. Təşəbbüskarlar tərəfindən yığılmış vəsaitlər hesabına keçirilən ictimai nəzarəti buna misal kimi gətirmək olar.
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©atelim.com 2016
rəhbərliyinə müraciət
Sərbəst iş Ad: Həsən Soyad: Mehdiyev İxtisas: Maliyyə Qrup: 678 Kurs: III fənn: Maliyyə nəzarəti və audit
Bu orqanlara misal olaraq parlament yanında Hesablama Palatasını, Auditorlar Palatasını, müstəqil auditor şirkətlərini və sairəni göstərmək olar.
Azərbaycan Respublikasının Hesablama Palatası, respublika üçün əvvəllər analoqu olmayan, prinsipial olaraq yeni orqandır. Bu orqanın hüquqi statusu Azərbaycan Respublikasının Konstitutsiyasından irəli gəlir (92-ci maddə) və 1999-cu ildə qəbul edilmiş «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qanunvercilik təşəbbüsü ilə 2001-ci ildə «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununa beynəlxalq standartlara uyğunlaşdırılma istiqamətində mühüm dəyişikliklər və əlavələr edilmişdir.
Azərbaycan Respublikasının Hesablama Palatası qanunvericiliklə müəyyən edilmiş hüquqi səlahiyyətlərinə görə Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
Palata təşkilati və funksional müstəqilliyə malikdir. Mahiyyət etibarı ilə Azərbaycan Respublikasının Hesablama Palatası demokratik orqan olmaqla, öz fəaliyyətini qanunçuluq, sərbəstlik, obyektivlik, kollegiallıq, aşkarlıq və ədalətlilik prinsipləri əsasında qurur, fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir və qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyaların yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Hesablama Palatası dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
Azərbaycan Respublikasının dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək Hesablama Palatasınının fəaliyyətinin əsasını təşkil edir.
Bu məqsədlə hər il Hesablama Palatası dövlət büdcəsinə, dövlət büdcəsinin icrasına dair hesabat və müvafiq qanun layihəsinə rəy verir, qanunla müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşmələrin aparılmasını təhlil edir. O, həmçinin dövlət büdcə vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil edir.
Hesablama Palatası dövlət mülkiyyəti və pul vəsaitləri üzərində nəzarət aparır. Nəzarət bütün hüquqi şəxsləri, o cümlədən dövlət büdcədənkənar fondlarını, Azərbaycan Respublikası Milli Bankını, yerli idarəetmə orqanlarını, kommersiya banklarını, sığorta firmalarını və başqa kommersiya və qeyri-kommersiya təşkilatlarını əhatə edir.
Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitutsiyası, «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının digər qanunları və Palatanın daxili nizamnaməsi təşkil edir.
Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:
– dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının) büdcələrinin layihələrinə dair rəy verilməsi;
– dövlət büdcəsinin və büdcədənkənar dövlət fondların (təşkilatlarının) büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarətin həyata keçirilməsi;
– dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasının təhlil edilməsi, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlanması;
– dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə dair rəy verilməsi;
– dövlət əmlakının idarə edilməsindən, onun barəsində sərəncam verilməsindən və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət;
– Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları (təşkilatları) ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizası;
– maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi;
– aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə aidiyyatı orqanlara məlumatların verilməsi;
– digər nəzarət orqanları ilə qarşılıqlı əlaqə şəraitndə fəaliyyət göstərilməsi. Hesablama Palatası maliyyə-büdcə nəzarətini audit vasitəsilə, milli audit standartları əsasında həyata keçirir.
Palatanın apardığı nəzarət tədbirlərində əsas diqqət, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının gəlirləri üzrə dövlət və qeyri-dövlət müəssisələrində, həmçinin, iri dövlət vergi ödəyicilərində gəlirlərin qanunvericiliyin tələblərinə uyğun formalaşdırılması və icrası vəziyyətinin araşdırılmasına, gəlirlərin toplanılması ilə məşğul olan orqanlarda vergi qanunvericiliyinə əməl olunmasına daxili nəzarətin təşkilinin qiymətləndirilməsinə, xərcləri üzrə isə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və təyinatı üzrə səmərəli istifadəsi, investisiya, sosial infrastruktur, o cümlədən, elm, təhsil, səhiyyə, mədəniyyət xərcləri üzrə Dövlət proqramlarının icra vəziyyəti və s. kimi məsələlərin təhlilinə, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təqdim edilən layihələrə daha dolğun rəy və təkliflərin hazırlanmasına, müvafiq orqanların tərtib etdikləri məqsədli proqramların əsaslılığının qiymətləndirilməsinə, Palatanın məlumat bazasının daha da zənginləşdirilməsinə və s. məqsədlərə istiqamətləndirilmişdir.
Qeyd etdiyimiz kimi dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təşkilatlarının) layihələrinə dair rəy verilməsi, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təşkilatlarının) büdcələrinin icrasına nəzarət Hesablama Palatasının fəaliyyətinin əsasını təşkil edir.
Cari ilin dövlət büdcəsi haqqında Hesablama Palatasının rəyində dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şəraitin öyrənilməsinə, büdcə layihəsində nəzərdə tutulan gəlir və xərclərin həcminin mövcud iqtisadi potensiala və prioritet vəzifələrin icrasına uyğunluğunun təhlilinə, ayrı-ayrı dövlət proqramları, habelə iqtisadi və sosial inkişaf konsepsiyası ilə müəyyən olunmuş məqsədlər və vəzifələr nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin və gəlirlərinin strukturunun, eləcədə büdcə kəsirinin maliyyələşdirmə mənbələrinin təhlilinə böyük diqqət yetirilmiş, həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri nəzərə alınmaqla müəyyən təklif və tövsiyyələr verilmişdir.
Palatanın rəyində 2014-cü il üzrə dövlət büdcəsinin gəlirlərinin daha çox ehtiyatlı yanaşma əsasında proqnozlaşdırılması mövcud iqtisadi reallıqlar şəraitində düzgün yanaşma kimi qiymətləndirilmişdir.
Həmçinin rəydə ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq maliyyə siyasətinin həyata keçirilməsi üçün 2014-cü ildə büdcə-vergi siyasətində gəlirlər üzrə büdcə daxilolmalarında qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisinin artımına nail olunması, qeyri-neft kəsirinin tədricən azaldılması, vergi daxilolmalarının yığım əmsalının artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması üzrə zəruri tədbirlərin görülməsi, dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi və sair istiqamətlər müsbət dəyərləndirilmişdir.
Rəydə həmçinin dövlət büdcəsi xərclərinin sosial-iqtisadi inkişafın ortamüddətli (2011-2014-cü illər) prioritetləri üzrə büdcə siyasətinin əsas məqsədlərinə yönəldilməsi, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatının artırılması, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verilməklə, sosial siyasətin ardıcıl həyata keçirilməsinin davam etdirilməsi və sosial öhdəliklərin yerinə yetirilməsi, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibi işinin davam etdirilməsi, xərclərin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Hesablama Palatasının büdcələrin icrası haqqında rəyi hazırlanarkən daha çox xərcləmələr bölməsinə münasibətini bildirməsi və yoxlamalar zamanı ortaya çıxan pozuntuların səbəblərini geniş şəkildə izah etməsi, bununla yanaşı pozuntulara şərait yaradan şərtlərin aradan qaldırılması məqsədi ilə zəif bəndləri müəyyənləşdirməsi və təkliflərlə çıxış etməsi də zəruridir.
Hesablama Palatasının dövlət maliyyəsinin idarə edilməsindəki rolu sadəcə xərcləmələrin yeri və həcminin müəyyən edilməsi ilə məhdudlaşmamalı, həmçinin xərcləmələrin ehtiyaclılıq dərəcəsini və onun səmərəliliyinin də aydınlaşdırmasını əhatə etməlidir.
Dövlət büdcəsinin layihəsinə dair rəy verilməsi qaydaları Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verilməsi qaydalarına da şamil olunur. Dövlət büdcəsinin icrası barədə illik hesabatlar və müvafiq qanun layihələri Azərbaycan Respublikası Milli Məclisi tərəfindən baxılmaq və rəy verilmək üçün Hesablama Palatasına göndərilir.
Dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclis tərəfindən təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinin maliyyə ekspertizasının keçirilməsi də ali nəzarət orqanı olan Hesablama Palatasına tapşırıla bilər.
Hesablama Palatasının həyata keçirdiyi dövlət maliyyə-büdcə nəzarəti ilə əlaqədar məlumatları, hesabatları və sənədləri dövlət orqanlarından, Azərbaycan Respublikası Milli Bankından, müvəkkil banklardan və digər kredit təşkilatlarından və bütün hüquqi şəxslərdən almaq hüququ vardır. Həmin təşkilatlar və onların vəzifəli şəxsləri Hesablama Palatasının üzvlərinin sorğusuna əsasən zəruri olan məlumatları təqdim etməlidirlər.
Hesablama Palatası tərəfindən maliyyə-büdcə ekspertizası təsdiq edilmiş proqram əsasında həyata keçirilir.
- Maliyyə nəzarətini həyata keçirənlərin və nəzarət subyektlərinin hüquq və vəzifələri
Dövlət inkişaf etdikcə maliyyə nəzarətini həyata keçirən subyektlərin fəaliyyəti də təkmilləşdiriliməyə başladı.
Bununla əlaqədar olaraq dövlətin maliyyə sistemində tarixən ilk dəfə olaraq nəzarət iki yerə ayrıldı:
– büdcənin gəlir hissəsini formalaşdıran vergilərin ödənilməsinə nəzarət;
– büdcə xərclərinə nəzarət
Maliyyə nəzarəti bir tərəfdən maliyyə idarə edilməsinin həlledici hissəsi, digər tərəfdən maliyyə sisteminin idarə olunmasının effektliliyinin vacib şərti kimi çıxış edir. Maliyyə nəzarətinə iki nöqteyi-nəzərdən yanaşmaq doğru olar:
1. Xüsusi nəzarət orqanlarının bütün iqtisadi subyektlərdə maliyyə qanunvericiliyi və maliyyə intizamına riayət olunması üzrə reqlamentləşdirilmiş fəaliyyəti kimi;
2. Maliyyə əməliyyatlarının effektivliyinin təmin edilməsi üçün maliyyə və pul axınlarının idarə edilməsinin vacib elementi kimi. Qeyd olunan aspektlər bir-biri ilə sıx bağlıdır, ancaq nəzarətin məqsədləri, metodları və subyektlərinə görə fərqlənirlər.
Maliyyə nəzarətinin subyektlərinə aiddir:
1. İdarəedən subyektlər
2. Nəzarət edən subyektlər
Maliyyə nəzarətinin məqsədi maliyyə resurslarının iqtisadiyyatın bütün sahələri və həlqələrində effektiv və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün maliyyə nəzarətinin aşağıdakı vəzifələri müəyyən olunur:
– maliyyə münasibətlərinin bütün subyektlərinin dövlət büdcəsi və büdcədənkənar fondlar qarşısında maliyyə öhdəliklərinin bütövlükdə və vaxtında təmin ediməsi;
– mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul fondlarının vəsaitlərinin effektiv və məqsədyönlü istifadəsinə, eləcə də müəssisə, idarə və təşkilatlarda material dəyərlilərinin səmərəli istifadəsinə kömək etmək;
– mühasibat uçotu və hesabatların düzgün aparılmasının təmin edilməsi;
– müəssisələrdə istehsaldaxili maliyyə resurslarını üzə çıxarmaq, xərclərin azaldılması, mənfəət və rentabelliyin artırılması imkanlarını müəyyən etmək;
– maliyyə intizamının pozulması hallarının aradan qaldırılması, maliyyə intizamının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s.
Qeyd olunan vəzifələrin həyata keçirilməsi maliyyə və təsərrüfat fəaliyyətində qanunçuluğun təmin olunmasının, büdcə, şəxsi və cəlb olunmuş vəsaitlərdən səmərəli və qənaətlə istifadə olunmasının əsas şərti olub, maliyyə intizamının möhkəmləndirilməsinə də şərait yaradır.
Dövlət Maliyyə Nəzarəti Xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin xərclənməsi, habelə büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir; Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətininin həyata keçirilməsi işinə metodiki rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirir; qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.
Dövlət Maliyyə Nəzarəti Xidməti müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
-Dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
– büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
-dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;
-qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq-mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar aparmaq;
-həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək.
Maliyyə nəzarəti prosesini təşkil etmək üçün onun subyektlərini və obyektlərini düzgün müəyyən etmək lazımdır. Maliyyə nəzarəti subyektlərinə hüquqi və fiziki şəxsləri, dövlət orqanını, kommersiya və ictimai təşkilatları, onların struktur bölmələrini və s. aid etmək olar.
Dövlət nəzarətini idarəedən subyektlərə: Parlament, Prezident, Nazirlər Kabineti, fərdi və kollegiyalı orqanlar aid edilir.
Nəzarəti həyata keçirən subyektlərə isə AR-nın Prezident administrasiyası, Hesablama Palatası, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və s aid edilir. Nəzarət olunan və ya idarə olunan subyektlərə nazirliklər, xüsusi orqanlar, əməkdaşlar, əhali hüquqi və fiziki şəxslər aiddir.
Bir subyekt müxtəlif statusları özündə birləşdirə bilər. Məsələn, bir tələbə belə bir qərara gəlir ki, bazar günü 40 ingilis sözü öyrənmək və axşama test yolu ilə həmin biliyi yoxlayacaq. Bu zaman o həm idarə edən, həm nəzarət edən, həm də nəzarət olunan subyekt kimi çıxış edir.
Bəzi hallarda idarə və nəzarət etmə funksiyaları eyni subyekt tərəfindən həyata keçirilir. Məsələn, baş direktor gəlirin iki dəfə çoxaldılması məsələsini vəzifə kimi qarşıya qoyur və sonda bu vəzifənin tabeçiliyində olanlar tərəfindən necə yerinə yetirilməsini yoxlayır.
İdarəetmə və idarəolunmanın bir subyekt tərəfindən həyata keçirilməsi “özünənəzarət” adlandırılır. Məsuliyyət bölgüsü prinsipi idarəetmənin prinsiplərindən biridir. Və bu zaman hər hansı bir obyektin qorunması və nəzarət edilməsi həmin resurslardan özü üçün istifadə edə biləcək adama tapşırılır ki, bu da həmin resurslardan sui-istifadəyə gətirib çıxarır.
İştirak dərəcəsinə görə idarəedən subyektlər aşağıdakı kimi qruplaşdırılır:
a) bilavasitə (birbaşa) idarə edənlər
b) təmsilçi vasitəsilə edənlər
Birinci qrupa səhmlərin 100% sahibi olan şəxs nəzərdə tutulur. O cəmiyyətin fəaliyyətini özü birbaşa idarə edir. Lakin əksər hallarda sahibkar öz səlahiyyətini bu və ya digər bir orqana həvalə edir. Tərkibinə görə idarə edən subyektləri belə qruplaşdırılır:
a) vahid rəhbərlik
b) kollegial rəhbərlik
Vahid rəhbərlik subyektinə Prezident, təşkilatın yeganə təsisçisi, cəmiyyətin baş direktoru və s. aiddir. Kollegial idarə edənlərə parlament, səhmdar yığıncağı, səhmdar cəmiyyətinin direktorlar şurası və s. aid edilir.
Dövlət maliyyə nəzarəti, öz növbəsində təşkil olunma səviyyəsindən asılı olaraq dövlət maliyyə nəzarəti və yerli maliyyə nəzarətinə ayrılır. Dövlət maliyyə nəzarəti dövlət büdcəsinin və büdcədənkənar fondların büdcələrinin icra olunmasına, pul dövriyyəsinin təşkilinə, kredit ehtiyatlarının istifadəsinə, dövlət daxili və xarici borclarının və dövlət ehtiyatlarının vəziyyətinə, maliyyə, vergi güzəştləri və üstünlüklər verilməsinə edilən nəzarətdir. Bu tərifdə müəyyən nöqsanlar var. Məsələn, kredit resurslarının hamısının istifadəsinə dövlət nəzarət etmir və ya güzəştlər məsələsində kommersiya müəssisələri bunu bir-birinə edə bilər. Buna görə də V.M.Radionova dövlət nəzarətinə daha təkmil tərif verir. O yazır: dövlət maliyyə nəzarəti maliyyə hüquq normalarına əsaslanan dövlətin pul fondlarının əmələ gəlmə, bölüşdürmə və istifadə etmə sahələrində qanuna müvafiq və məqsədəuyğunluq üzrə yoxlama orqanı və tədbirlər sistemi , dövlət mülkiyyətinin qorunmasını, dövlət vəsaitlərini effektli və qənaət edici istifadə edilməsini, dövlətin maliyyə intizamının pozulma hallarının aşkar etməyə köməklik göstərən nəzarətin bir formasıdır. Bu tərifin də çatışmazlığı var. Məsələn, valyuta nəzarəti: bu zaman şəxsi valyuta sistemi də dövlət maliyyə nəzarəti sferasına daxil edilir.
Dövlət maliyyə nəzarəti – dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası və yerli subyektlərin qanunvericiliyinə riayət edilməsini, dövlətin maliyyə və maddi resurslarının istifadəsinin səmərəliliyinin və effektivliyinin yoxlanmasıdır.
Verilmiş tərifləri sintez etdikdə, dövlət maliyyə nəzarətinin aşağıdakı mütləq əlamətlərini ayırmaq olar:
1. Nəzarət edən subyekt – dövlət hakimiyyət orqanıdır
2. Nəzarət edən subyekt –dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir
3. Nəzarətin obyekti – nəzarət altına alınan subyektlərin maliyyə və onunla bağlı olan təsərrüfat fəaliyyətidir.
Beləliklə, dövlət maliyyə nəzarəti – dövlət orqanlarının qanun çərçivəsində dövlət və yerli hakimiyyət orqanlarının hüquqi və fiziki şəxslərin maliyyə və onunla bağlı təsərrüfat fəaliyyətinin qanunla müəyyən edilmiş hüquq və onların dövlətin maliyyə maraqlarının düşməsinin qiymətləndirilməsi ilə bağlı dövlətin yoxlanması üzrə hüquq, vəzifə və hərəkət sistemini ifadə edən funksiyadır.
Azərbaycan Respublikasında bütövlükdə maliyyə nəzarətini həyata keçirən bir neçə dövlət orqanları fəaliyyət göstərir:
1. Ümumi səriştəli dövlət orqanları: AR-nın hökuməti, AR prezidentinin nəzarət idarəsi;
2. Maliyyə nəzarətinin dövlət orqanları: AR-nın hesablama palatası, Dövlət xəzinədarlığı, maliyyə-büdcə nəzarətinin yerli orqanları;
3. Xüsusi səriştəli dövlət orqanları: Vergi nazirliyi, Gömrük Komitəsi və s.
4. Maliyyə nəzarətinin səlahiyyətli agentləri: milli və xarici valyutanın hərəkətini izləyən banklar.
Azərbaycan Respublikasının hesablama palatası AR Konstitusiyasının 92-ci maddəsinə əsasən AR Milli Məclisi tərəfindən təşkil edilmiş maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır. Lakin bununla yanaşı o, təşkilati və funksional müstəqilliyə malikdir.
Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir:
– Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinə rəy verir;
– Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir;
– Dövlət büdcəsinin icrası barədə illik hesabata müvafiq qanun layihəsinə rəy verir;
– Dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir;
– Rübdə bir dəfə dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında Milli Məclisə məlumat verir;
– Dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirir;
– Dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alır, təhlil edir və AR Milli Məclisə təkliflər verir və s.
Hesablama Palatası büdcənin icrasına nəzarəti qanunilik, obyektivlik, müstəqillik və aşkarlıq prinsipləri əsasında həyata keçirir. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının digər qanunları və Hesablama Palatasının daxili Nizamnaməsi təşkil edir. Hesablama Palatası sədrdən, sədr müavinindən və 7 auditordan ibarətdir. Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorların səlahiyyətləri müddəti 7 ildir. Hesablama Palatası fəaliyyətini özünün iş planı əsasında həyata keçirir.
Hesablama Palatasının sədri daxili Nizamnaməyə uyğun olaraq sədr müavini və auditorlar arasında iş bölgüsünü aparır, palatanın səlahiyyətlərinin icrası ilə bağlı əmrlər verir, palatanın aparatına rəhbərlik edir, Milli Məclisə Hesablama Palatasının işi barəsində məlumat verir və s. Hesablama Palatasının sədr müavini 7 il müddətinə seçilir və Palatanın daxili nizamnaməsinə uyğun olaraq iş bölgüsü əsasında fəaliyyət göstərir, sədr nə səbəbdənsə olmadıqda onun vəzifəsini icra edir və s.
Hesablama Palatasının işinin planlaşdırılması və təşkili, nəzarət-təftiş fəaliyyəti, hesabat və informasiya məlumatları ilə bağlı məsələləri prezident aparatına və Milli Məclisə müzakirəyə göndərilməsi üçün Hesablama Palatasının kollegiyası təşkil olunur. Hesablama Palatasının kollegiyasının tərkibinə hesablama palatasının sədri və auditorları daxildir.
Hesablama Palatasının aparatı inspektorlar və digər ştatda olan əməkdaşlardan ibarətdir. Hesablama Palatası əməkdaşlarının hüquqları, vəzifələri və cavabdehliyi, həmçinin onların qulluq şəraiti hımin qanunla, dövlət qulluğu haqqında qanunlar, AR digər qanun və hüquqi normativ aktları ilə müəyyən edilir.
Ədəbiyyat siyahısı
1. “Azərbaycanda maliyyə nəzarəti və audit” elmi-praktik konfransın materialları – Azərnəşr, 1999.
2. “Audit. Ali məktəblər üçün dərs vəsaiti” – Bakı, Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
3. “Sosial-iqtisadi inkişafın sürətləndirilməsində maliyyə nəzarətinin rolu”. (Beynəlxalq elmi-praktik konfransın materialları). – Bakı: “İqtisadiyyat və audit” jurnalının nəşri 2006.
4. «Maliyyə» D. Bağırov, М. Həsənli Azərbaycan Dövlət İqtisad Universiteti-2011.
5. «Maliyyə» Azərbaycan Dövlət İqtisad Universiteti-2001.
6. «Maliyyə nəzarəti» Bəybala Xankişiyev -2002.
7. «Vergi nəzarəti» D.А.Bağırov Bakı – 2006.
8. «Təftiş və nəzarət» R.Hacıyev -1999
9. B.А.Хankişiyev «Büdcə uçotu» Bakı – 2000.
10. Ş.Ş.Bədəlov, R.B.Мəhərrəmov, F.Ə.Qurbanov «Büdcə sistemi dərslik». Bakı 2003.
11. А.Əliyev, А.Şəkərəliyev «Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti» Bakı-2002.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
“Az Accounting Services” LLC Your Accounting Department
I MÖVZU. AUDİTİN MAHİYYƏTİ, ƏHƏMİYYƏTİ VƏ TƏŞKİLİ Leave a comment
1.1. Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri
1.2. Azərbaycanda auditin yaranması və inkişafı
1.3. Auditin formaları
1.4. Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınması
ƏLAVƏ ƏDƏBİYYAT
- 1.V.Novruzov. «Azərbaycanda audit sisteminin islahatı konsepsiyası», «Maliyyə və uçot» jurnalı ,№ 3-4, 2000
- 2.İ.Abbasov «Auditin nəzəri məsələləri», Bakı Biznes Universiteti, 1997
- 3.Ə.Daşdəmirov «Bazar iqtisadiyyatı şəraitində müstəqil maliyyə nəzarəti kimi auditin rolu», «Maliyyə və uçot» jurnalı, № 5-6, 1999
1.1. Auditin mahiyyəti, əhəmiyyəti və vəzifələri
Auditor ixtisasının bir neçə yüz illərdən artıq inkişaf tarixi vardır. Hələ bizım eradan əvvəl, təxminən 200-cü ildə Rim imperiyasi dövründə maliyyə və məhkəmə işlərini aparan vəzifəIi şəxslər dövlət mühasiblərinin fəaliyyəti üzərində nəzarət edirdilər.
Nəzarət xidmətini yerinə yetirən vəzifəli şəxsiərin hesabatları Rimə göndərilıir və dinlənilirdi. Belə təcrübə ilə əlaqədar olaraq «auditor» termini yaranmışdır ki, bu da latinca «dinləyici» mənasını ifadə edir.
Amerikada auditor yoxlaması formasında ilk əməliyyat 1631-ci lidə Hollandiyadan ABŞ-ın Plimuta, Massaqusets ştatına mühasib göndərilmiş və ödənilməmiş borcların vəziyyəti yoxlanılmışdır, Lakin auditin qanunvericilik vətəni Böyük Britaniya hesab olunur ki, 1844-cü ildə şirkətlər haqqında bir sira qanunlar qəbul olunmuşdur. Həmin qanunlara görə şirkətlər ildə bir dəfədən az olmayaraq xüsusi mütəxəssislər – dəvət etməklə mühasibat əməliyyatlari üzrə yoxlamalar təşkil etməlı və onun nəticələrini xüsusi hesabatla səhmdarların yığıncağında müzakirə etməli idilər.
Bütün dünya ölkələrinin təcrübəsi göstərir ki, təsərrüfatdaxili iqtisadi nəzarət yeni idaretmə sistemində mühüm vasitələrdən hesab olunur. Tarixi baxımdan iqtisadı əməliyyatların aparılmasında idarə etmədə nəzarətin böyük roluna həmişə diqqət verilmişdir. Tarixçilərin təsdiq etdiyinə görə insanlar hesabatın müxtəlif formaları ilə 6000 il bundan əvvəl tanış olmuşlar,
Bir sıra fundamental iqtisadi proseslərin həllində uçot və iqtisadi nəzarətin vacibliyi orta əsr alimləri tərəfindən qeyd olunmuşdur. Hətta belə fikirlərdə Platonun və Aristotelin adları çəkılır. O vaxtlar uçot və iqtisadi nəzarət haqqında müəyyən fikirlər olmasına baxmayaraq az yazılar dərc olunmuşdur.
Auditor haqqında ilk sənəd Avropanın digər məkanında müəyyən olunmuşdur. İngilisdilli ölkələr içərisində auditor fəaliyyətinə aid olan məlumatlar, alimlərin müəyyən etdiyinə görə 1130-cu ildə İngiltərə və Şotlandiyanin «Xəzinə» adlanan arxivində saxlanılan sənədlər içərisində aşkar edilmişdir.
Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, 24 mart 1324-cü ildə İngiltərənin Kralı II Eduard özünün xüsusi fərmanı ilə üç şəxsi dövlət auditoru təyin etmişdir. Düzdür, o vaxtlar həmin şəxslər hazırda bizım düşündüyümüz auditor keyfiyyətinə malik olmamışlar. Lakin elan olunmuş Kral fərmanından müəyyən olunur ki, həmin şəxslər auditor vəzifələrini icra etmişlər.
Müasir dövrdə idarəetmə sistemində nəzarət elə bir sahədir ki, ondan geniş istifadə edilməsi əsasında ölkə iqtisadiyyatının hansı sahəsindən asılı olmayaraq, istər müəyyən müəssisə və şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olsun, istərsə də dövlət quruluşu və iqtisadiyyatı ilə əlaqədar məsələlər olsun, ondan istifadə olunması ilə mövcud fakt və dəqiq vəziyyət araşdırıla və öyrənilə bilir, fəaliyyətin daha da inkişafı, təkmilləşməsinə dair düzgün, real qərarlar qəbul edilməsinə əsas verir.
Müasir şəraitdə ölkə iqtisadiyyatının inkişafında audit nəzarətinin xüsusi əhəmiyyəti və rolu qeyd olunmalıdır. Hazırda bütün dünya öikələrində audit xidməti geniş şəkildə inkişaf etmiş və iqtisadiyyatın bütün sahələrində özünün nəzarətedici mövqeyini əsaslı şəkildə möhkəmləndirmişdir. Qərb ölkələrində auditin 150-ildən artıq inkişaf tarixi vardır.
Ümumiyyətlə, dünya öikələrində audit fəaliyyətinin əsaslı inkişafı audit üzrə transmilli şirkət və firmaların yaradılmasına, onların fillallarının təşkilinə imkan vermişdir. Firmaların auditor xidmətləri çox yüksək səviyyədə qiymətləndirılır. Bunun nəticəsidir ki, 1988-ci ildə dünya ölkələrində olan auditor firmalarının gəliri 6,5 milyon ABŞ dolları həcmində olmuşdur.
Qeyd etmək lazımdır ki, mühasib-auditorlar Böyük Brilaniyada XIX əsrin ortalarında fəaliyyətə başlamışdır. 1862-ci ildə İngiltərədə, 1867-ci ildə Fransada və 1937-ci ildə ABŞ-da auditin labüdlüyü haqqında qanun qəbul edilmişdir.
Azərbaycan Respublikası iqtisadiyyatının hazırkı inkişaf mərhələsi nəzarət sisteminin daha da genişlənməsi və onun bütün imkanlarından tam istifadə edilməsini qarşıya qoyur. Respublikamızda ixtisaslaşdırılmış müstəqil nəzarət funksiyasını yerinə yetirən audit xidmətindən daha geniş və səmərəli istifadə olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, audit üzrə Beynəlxalq Sıandartların müəyyən etdiyi qaydalara görə bütün dünya ölkələrində hər bir müəssisə və şirkətin illik mühasibat uçotu və hesabatı audit yoxlamasından keçdikdən, ona audit rəyi verildikdən sonra həmin hesabat ölkənin maliyyə vergi orqanları və kənar şəxsləri tərəfindən hesabat hüququnda qəbul olunur. Audit yoxlamasından keçməyən mühasibat hesabatı qanuni hesabat kimi qəbul oluna bilməz.
Auditor müəssisə təsərrüfat- maliyyə fəaliyyətini yoxlamaq və onun göstəricilərinin etibarlı olduğunu muəyyən etməklə yanaşı, xərclərin düzgün sərf olunması,mənfəətin artırılması və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər planı tərtib edir. Auditi müəyyən mənada sahibkarlıq fəaliyyətinin ekspertizası adlandırmaq olar. Göstərilən vəzifənin həlli auditorun iqtisadi subyekt ilə bağladığı müqavilə əsasında yerinə yetirilir. Ona görə də auditor yüksək biliyə malik olan mütəxəssis olmaqla yanaşı, səriştəli və müstəqilliyini tə’min etmə xarakterinə malik olan şəxs olmalıdır.
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili və onun həyata keçirilməsi respublikanın 16 sentyabr 1994-cü il tarixli «Auditor xidməti haqqında» Qanunun qəbul olunması ilə başlanmışdır. Həmin Qanuna əsasən Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası respublikada auditor xidmətinin dövlət tənzimlənınəsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin və təsərrüfat sistemlərinin, auditorların mənafelərini müdafiə edən, sərbəst auditorların və auditorlar təşkilatlarının fəaliyyətinə nəzarət edən müstəqil maliyyə orqanıdır.
Auditorlar Palatası haqqında qanunda deyildiyi kimi, «Audit əmtəə isıehsalı və satışı, xidmət göstərilməsi ilə məşğul olan təsərrüfat subyektlərinə mühasibat uçotunun dəqiq və dürüst aparılmasının mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır». Audit xidməti sahibkarlıq fəəliyyəti olmaqla, sifarişçiyə xidmət göstərilməsi, sifarişçinin maliyyə vəziyyətinin yaxşılaşdırilması vəzifələrini yerinə yetirir.
Audit fəaliyyətinin həyata keçirilməsi və təkmilləşdirilməsi sahəsində keçən dövr ərzində müəyyən işlər görülmüşdür. 1999-cu ilin iyun ayında respublikamızda ABŞ-ın Daxili Auditorlar Institutunun «Audit-Azərbaycan» bölməsinin acılması da aparılan işlərin nəticəsidir. Nəzərə almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən Daxili Auditorlar İnstitutu dünyanın hər yerində fəaliyyət göstərən auditorları təşkilatlandırır və bu peşəni daha da inkişaf etdirmək üçün köməkliklər göstərir.
ABŞ-da yüksək ixtisaslı mütəxəssislər hazırlamaq imkanına malik olan daxili auditorlar təşkilatı 1941-ci ildə yaradılmış və Daxili Auditorlar İnstitutu adlanmışdır. İnstitut özünün beynəlxalq mərkəzini 1970-ci ilin əvvəllərindən Florida Ştatına köçürülmüşdür.
Hazırda İnstitut dünya ölkələrində fəaliyyətdə olan auditorlar təşkilatları içərisində özünün yüksək səviyyəli mütəxəssisliyi ilə fərqlənir. İnstitutun ABŞ-da bölmələrindən başqa həmin ixtisas profili üzrə Avstraliyada, KXR-da, Hindistanda, Izraildə, Yaponiyada, Malayziyada, Yeni Zellandiyada, Cənubi Amerikada, Böyük Britaniyada və Şımali İrlandiyada milli İnstitutlar vardır. İnstitut özünün fəal İşi ilə daxili auditorların fəaliyyətini əlaqələndirməklə, ümumi təhsilin genişləndirilməsi ilə yanaşı, auditor təcrübəsi ilə əlaqədar olan məsələlərə aid müəyyən normaların tərtib olunmasını həyata keçirir.
Bununla yanaşı, respublikamızda auditorlar fəaliyyətinin daha da genişlənməsinə ehtiyac vardır. Xüsusilə respublikamızda nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qruplarının ləğv olunması auditor xidmətinin hərtərəfli genişlənməsi üçün şərait yaratmışdır, Audit xidmətindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrlə yanaşı, bütün idarə, müəssisələrdə və şirkətlərdə istifadə olunmalıdır. Respublikada audit xidmətinin daha da genişləndirilməsi məqsədilə «Audit xidməti haqqında» qanunda müəyyən əlavələr edilməsinə ehtiyac vardır.
Dünya ölkələrinin audit təcrübəsindən istifadə edərək və qəbul olunmuş Beynəlxalq Audit Slandartlarına uyğun olaraq respublikadakı sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin, şirkətlərin, dövlət müəssisələrinin audit yoxlamalarından keçmələri və onların illik maliyyə hesablarına auditor rəyinin verilməsinin labüdlüyünün həll olunması məqsədəuyğun olar və həmin müəssisələrin qarşılarında qoyulmuş vəzifələrin yerinə yetirilməsində nəzarəti təmin etmiş olardı. Qeyd etmək lazımdır ki, hazırda bəzi dövlət müəssisələrində illik təsərrüfat-maliyyə fəaliyyətinin təftişinin təğv olunması, onların fəaliyyətində ciddi çatışmazlıqların əmələ gəlməsi ilə nəticələnməsi məlum məsələlərdəndir.
Beləliklə, göstərilənlər belə nəticəyə əsas verir ki, bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfatdaxili nəzarət, audit nəzarəti və təsərrüfatın idarə olunması ilə əlaqədar olan digər nəzarət formaları hərtərəfli genişlənməli və təkmilləşdirilməlidir.
Nəzarət – idarəetmədə ən vacib vasitələrdən biridir. Heç bir idarəetmənin onun fəaliyyətinə aid olan qaununçuluğun düzgün yerinə yetirilməsinə nəzarət olmadan faydalı hesab etmək olmaz. Nəzarətsizliyin hərc-mərcliklə nəticələnməsini sübut etməyə ehtiyac yoxdur.
Auditor fəaliyyətinin əsas məqsədi iqtisadi subyektlərin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyünü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının mövcud olan qanunvericiliyə və normativ aktlarda uyğunluğunu müəyyən etməkdir.
Beləliklə, audit yoxlamasının məqsədi maliyyə hesabatlarının yoxlanması ilə, hesabatların düzgünlüyünün təsdiqi və ya onların qeyri-düzgün olmasının müəyyən olunması, yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və müəssisə fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda tam, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılması, mühasibat uçotunun və hesabatlarının təşkili və tərtibi qaydalarını tənzımləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarət və müəssisə əmlakının daha səmərəli istifadə imkanlarının müəyyən olunmasıdır.
Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamənin 13-cü maddəsində sərbəst auditorlar və auditor təşkilatlarının vəzifələrİ aşağıdakı qaydada müəyyən olunmuşdur.
• auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyini tələblərinə hökmən rlayət etmək;
• auditor yoxlamalarını və digər xidmətlərini keyfiyyətli həyata keçirmək;
• yoxlanmalı müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı, şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdar olduqda, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq qadağandır və bu barədə sifarişçiyə xəbər verilməlidir;
• sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətinin düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunü yoxlamaq;
• auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi llə bağlı pozuntular haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
- sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar olmaqla) məxvi saxlamaq;
- yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxanmasını təmin etmək.
1.2 Azərbaycanda auditin yaranması və inkişafı
Azərbaycan Respublikasında auditin yaranması bilavasitə respublikada suvereriliyin əldə edilməsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar, iqtisadi subyektlərin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət sisteminin yenidən qurulması ilə əlaqədar həll olunmuşdur.
Məlumudur ki, keçmiş SSRİ tərkibində olan ölkələrdə və o cümlədən Azərbaycan Respublikasında idarə və müəssisələrin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət həmin dövrdə mövcud olan inzibati-amirlik sistemi tələbləri əsasında aparılırdı. Beləliklə, Azərbaycanda ümumiyyətlə audit yox idi. Ölkə daxilində bütün iqtisadi nəzarət sistemi nazirliklərin, birliklərin tabeçiliyində təşkil olunmuş nəzarət – təftiş orqanları tərəfindən aparılırdı.
Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq 1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabineti respublika Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkəzi»nin yaradılması haqqında qərar qəbul etmişdir.
Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mərkəzi haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyı yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə, idarə və təşkilatların kooperativlərin sifarişləri əsasında, habelə hüquq mühafizə orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar keçirilməli, təsərrüfat mexanizmini təkmilləşdirilməsinə dair metodiki və əməli yardım göstərilməsi müəyyən olunmuşdur.
Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar keçirilməsi təsərrüfat mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərilməsi üçün sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu.
Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası yaradılmışdı.
1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ – hüquqi aktlar qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.
1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təşkili ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır.
Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləşdirilməsinə yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə’min etmək, auditorların fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir.
Auditorlar Palatası fəaliyyətə başlaqıqdan sonra xeyli işlər görülmüşdür. 1996-2000-ci illər ərzində Respublikada göstərilən auditor xidmətinin həcmi 3,3 milyard manatdan 15,6 milyard manata qədər, yəni 4,7 dəfə artmışdır. Həmin dövrdə keçirilən imtahanlarda 203 nəfər Azərbaycan vətəndaşı auditor adı almaq üçün müvafiq qaydada imtahanlarda iştirak etmiş və onlardan 151 nəfərinə Lisenziya verilmişdir. Onların böyük bir hissəsi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən kurslarda öz İxtisaslarını artırımışlar.
Auditor Palatası yaranana qədər Azərbaycan Respublikası – Maliyyə Nazirliyİ yanında təşkil olunmuş «Azəri-audit» mərkəzi tərəfindən 15 avqusı 1995-ci ildə 24 nəfər imtahan vermiş və onlara da respublika Auditorlar Palatasının Lisenziyası verilmlişdir. 1996-2000-ci illər ərzində Azərbaycan Respublikasında 26 yerli və 6 xarici ölkə təşkilatına auditor fəaliyyəti ilə məşğul olmaq üçün Lisenziyalar verilmişdir
1.3. Auditin formaları
Auditor fəaliyyəti, sahibkarlıq fəaliyyəti olmaqla sifarişçi ilə bağlanmış müqavilə əsasında iqtisadi subyektin təsərrüfat-maliyyə fəaliyyətini əhatə edən mühasibat (maliyyə) hesabatı göstəricilərini mühasibat sənədlərini vergi deklarasiyası, maliyyə öhdəçiliklərini yoxlamaq və digər xidmətlər göstərmək vəzifəsini yerinə yetirir. Audit iqtisadi subyektin maliyyə göstəricilərinin etibarlilığını yoxlamaqla yanaşı, onun təsərrüfat fəalyyətinin daha yüksək səviyyədə qurulması, idarə edilməsi və məsrəflərin məqsədəuyğun sərf olunması ilə mənfəətin yüksəldilməsinə dair optimal təkliflər hazırlayır. Bununla əlaqədar olaraq bir qayda olaraq auditi sahibkarlığın ekspertizası adlandırırlar.
Qərb ölkələrinin geniş şəkildə inkişaf etdiyi bazar iqtisadiyyatı ölkələrində Auditor nəzarəti daxili və kənar auditə ayrılır.
Daxili audit idarəetmə nəzarəti sisteminin ayrılmaz və mühüm elementi olmaqla müstəqil, təminatverici və məşvərəqətçi fəaliyyətidir. Daxili audit müəssisədə şəffaf informasiya mühili yaratmaqla, onun fəaliyyətinin daha dərin və əsaslı təhlilinə, daha səmərəli fəaliyyət sistemi yaratmağa şərait yaradır. Dünyanın bir sıra ölkələrində daxili audit ölkə iqtisadiyyatı üçün məcburi hesab olunaraq bütün tabeçiliyində müəssisə olan birliklərdə təşkil olunur.
Daxili audit müəssisə tərkibində müstəqil struktur bölməsi və ştat vahidi kimi fəaliyyət göstərir və daxilı nəzarət orqanı olmaqla, yalnız müəssisənin rəhbərinə və ya direktorlar şurasına tabedir, onun müəyyən etdiyi məsələlərı araşdıraraq nəticələri haqqında yalnız ona hesabat və informasiya verir.
Daxili auditin təfəb olunan şəkildə təşkil olunması müəssisənin tərkibində fəaliyyət göstərən digər bölmə və şöbələri, maddi-məsul şəxslərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi məsuliyyətini artırmağa, təsərrüfat əməliyyatlarının icrasında neqativ halların qarşısının alınmasında mühüm rol oynayır. Bununla yanaşı daxili audit audit üçün bir sıra əsaslı məsələlərdə informasiya mənbəi olmaqla, mövcud qanunçuluğun gözlənilməsində böyük əhəmiyyəti vardır.
Kənar audittəsərrüfat subyektinin mühasibat uçotunun və mühasibat (maliyyə) hesabatının düzgünlüyünü obyektiv qiymətləndirmək məqsədi ilə aparılır.
Kənar audit müstəqil, sərbəst auditorlar və ya auditor firmaları tərəfindən qarşılıqlı bağlanmış müqavilə (sifariş) əsasında icra olunur. Kənar auditi fərqləndirən xüsusi cəhət ondadır ki, auditor yoxlaması aparan auditorlar həmin müəssisədə heç bir maraqları olmur. Başqa sözlə deyilərsə onlar həmin müəssisənin təsisçiləri, mülkiyyət sahibləri, səhmdarların və ya mühasibat (maliyyə) hesabatı, mühasibat uçotu fəaliyyətinə cavabdeh olan şəxslər, müəssisə rəhbərliyi ilə xidməti, qohumluq əlaqələri olmayan şəxslərdir.
Mövcud olan qanunçuluğa görə iqtisadi subyektə müəyyən komersiya və digər şəxsi əlaqələri olan auditor firmalarının auditorları həmin müəssisədə auditor yoxlaması apara bilməzlər. Belə hallar müəyyən olunduqda auditor aparan şəxslərin auditorluq hüquqi ilə əlaqədar lisenziya ləğv oluna bilər.
Kənar auditin əsas məqsədi aşağıdakılardır:
• Müəssisə maliyyə fəaliyyəti ilə əlaqədar olan mühasibat uçotu, hesabatı göstəricilərinin tam, etibarlı və düzgün olunmasının yoxlaması;
• Uçot, hesabatın aparılması, müəssisə aktivinin öhdəçiliyinin və özünəməxsus kapitalının tənzimlənməsini müəyyən edən qanunvericilik və normativ aktların düzgün icrasına nəzarət;
• Özünəməxsus əsas və dövriyyə vəsaitlərin, maliyyə ehtiyatlarının və kənar mənbələrdən cəlb etməklə istifadə olunması imkarnlarını müəyyənləşdirmək;
• Vergi ödənişi uzrə hesablamaların düzgünlüyü və müəssisə maliyyə vəziyyətinin yüksəidilməsi ilə əlaqədar optimal təkliftərin hazırlanması;
• Müəssisə mühasibat balansının, mənfəət və zərərlər, əsas kapitalın hərəkəti və illik mühasibat (maliyyə) hesabatına əlavə olunmuş izahatlı arayışda əks olunmuş göstəricilərin düzgünlüyünün yoxlanılması və s.
Kənar auditin nəticələri ilə əlaqədar olaraq auditorlar və ya auditor firması tərəfindən yoxlanılan müəssisədə mühasibat uçotu, hesabatının daxili nəzarəti vəziyyətinə və illik hesabatın düzgünlüyü haqqında yazılı rəy tərtib olunur. Sifarişçi ilə bağlanmış müqaviləyə uyğun olaraq kənar auditor sifarişçi üçün müxtəlif layihələr, biznes-planı, arayışlar da tərtib etməklə onu müəssisə rəhbərliyinə təqdim edə bilərlər. Nəzərə almaq lazımdır ki, müəssisə auditoru yoxlama aparmaq üçün sərbəst özü seçir.
Azərbaycan Respublikasının «Auditor xidməti» haqqında qanunda müəyyən olunmuşdur ki, audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektini öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları liə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarına əsasən (sifarişçi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.
Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici invesıisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, məhdud məsuliyyətli müəssisələr, invesıisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir.
Könüllü audit iqtisadi subyektin qərarı üzrə auditor firması və ya auditorla bağlanmış müqavilə əsasında həyata keçirılır. Belə yoxlamanın xüsusiyyətinin ümumi həcmini və göstəricilərinin miqyasını sifarişçi müəyyən edir.
1.4. Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınması
Müəssisələrdə auditor fəaliyyətinin başlanması və təşkilində ilk mərhələ sifarişçinin seçilməsidir. Hər bir müəssisədə aparılmış auditor fəaliyyəti ilk növbədə seçilən müəssisənin xüsusiyyətlərindən, onların iş həcmindən və auditin keçirilmə vaxtından xeyli asılıdır.
Məlumdur ki, auditor fəaliyyəti mövsümi fəaliyyət daşıyır, yə’nı audit bir qayda olaraq hər bir müəssisədə ilin yekunu ilə əlaqədar olaraq aparılır. Lakin auditor firmaları sahibkar olmaqla, daimi fəaliyyət göstərməli və mənfəət əldə etməlidirlər. Ona görə də auditor firmaları ilin yekunu ilə əlaqədar olaraq auditor. yoxlaması aparmaqla yanaşı, digər nəzarət formaları ilə də məşğul olmalıdırlar.
Bununla əlaqədar olaraq auditor firmaları və sərbəst auditorlar öz sifarişçilərində mühasibat uçotunun səhmana salınması, mühasibat (maliyyə) hesabatının tərtib olunması, onlarda təhlil əməliyyatlarının aparılması, məsləhətlər verilməsi və sair məsələlərlə məşğul olmalıdırlar.
Auditor xidmətinin vacib məsələlərindən biri yoxlamanın yüksək səviyyədə keçirilməsidir. Bu isə, ilk növbədə firmanın auditor kadrlarının keyfiyyəti, onların ixtisas təcrübəsi, auditor prinsipləri və slandartlarının düzgün tətbiq olunması, nəzarətin mövcud olan metodoloji prinsiplərinin öyrənilıb təcrübədə istifadə olunması və sair göstərtcilərdən asılıdır.
Bu da gizli deyil ki, sərbəst bazar iqtisadiyyatına keçid dövründə ölkədə neqativ halların genişlənməsi müşahidə olunur. Xüsusilə mövcud olan əmlakın və pul vəsaitinin mənimsənilməsi, saxtakarlıq, korrupsiya və iqtisadi cinsiyyət əməliyyatları xeyli artmışdır.
Belə bir şəraitdə hər bir auditor təşkilatının sifarişçini seçməsi çox ciddi və vacib məsələdir, Bu xüsusilə ona görə lazımdır ki, auditor firması qazandığı imicini itirməsin.
Mövcud olan qanunvericiliyə görə auditor xidməti hər hansı iqtisadi subyektin təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, göstərilə bilər. Bunun əsasında iqtisadi subyekt sərbəst auditoru və auditor firmasını özü sərbəst seçir.
Sifariçi müəssisə auditor xidməti göstərilməsinə dair auditor təşkilatına şifahi və yazılı müraciət etməklə, auditor xidməti göstərilməsini məqsədini və audit prosesində yoxlanılması olan zəruri məsələləri, audit yoxlamasının həcmini göstərir. Auditor firması qarşıya qoyulan məsələ ilə əlaqədar olaraq, sifarişçiyə razilığa dair cavab verir.
Sifarişçiyə cavab verməzdən əvvəl auditor işin həcmini müəyyən etmək məqsədilə, zəruri hallarda audit aparılacaq obyektdə sifarişçi müəssisənin təsərrüfat maliyyə göstəricilərinin öyrənilməsi ilə əlaqədar olaraq müəyyən tədqiqat apara bilər.
Bütün bu göstəricilər Azəraycan respublikası Auditorlar Palatası Şurasının 1999-cu il 7 dekabr tarixli qərarı ilə təsdiq olunmuş «Audit aparılmasının şərtləri» (məktuböh-dəçilik) milli audit standartında öz əksini tapmışdır.
Məktub öhdəçilikdə audit aparılmasının şərtləri üzrə zəruri məlumatlar, auditorun öhdəlikləri, təsərrüfat subyektçinin öhdəlikləri göstərilməlidir. Bunun əsasında ilkin razılıq əldə edilir və auditor xidməti göstərilməsinə dair müqavilə bağlanır.
Müqavilənin tərtib olunması və rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 1996-cı il 7 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Auditin aparılmasına dair müqavilə» mifli audit standartında müəyyənləşdirilmişdir.
Tərtib olunmuş müqavilə icrası və sifarişçi tərəfindən imza olunmaqla, 2 nüsxədən ibarət olmalıdır.
Auditin keçrilməsi haqqında təsərrüfat subyekti ilə müqavilə bağlandıqdan sonra auditin planaşdırılması mərhələsi başlanır.
Planlaşdırma mərhələsində auditin həcmi, yoxlanılan işlər və onların növləri, icra müddətləri müəyyən olunmaqla, təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatının audit nəticələri ilə əlaqədar rəyin hazırlanması üçün lazım olan auditor əməliyyatlarının həcmini və növünün ardıcıllıqla göstərən audit proqramı hazırlanır.
Auditor planaşdırılması əsasən aşağıdakı mərhələlərə ayrılır:
a) Auditin ilkin planaşdırllması;
b) Auditin ümumi planının hazırlanması və tərtib edilməsi;
c) Audit proqramının hazırlanması və tərtib edilməsi. Azərbaycan Respublikasında fəaliyyət göstərən audit təşkilatlarının audit aparmaları fəaliyyətini planaşdırmaq üçün mövcud olan qanunvericilik tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Auditorlar Palatası «Auditin planaşdırılması» milli audit standartında hazırlanınış və Şuranın 1999-cu il 24 mart tarixli qərarı ilə təsdiq etmişdir.
Qəbul olunmuş həmin slandartla auditin keçrilməsi ilə əlaqədar olan bütün əməliyyatlar müəyyənləşdirilir və müəyyən olunmuş prinsiplərə uyğun olaraq auditin icrası başlanılır.
Yoxlama dövründə auditor nəticə əldə etmək və sifarişçinin mühasibat (maliyyə) hesabatına dair etibarlı rəy tərtib olunması üçün vacib olan subutlar toplanmalıdır. Hə-min toplanan subutlar lazımi səviyyədə sənədləşdirilməlidir.
Auditor sənədləşdirilməsi auditin planaşdırılmasına dair sənədlər, müəssisənin təşkilatı-hüquqi formasına aid olan məlumatlar, uçot sisteminin öyrərilməsi, mühasibat (maliyyə) hesabat göstəriciləri, mühasibat uçotu hesabları üzrə qalıqlar və sair informasiyalar aiddir.
Audit qurtardıqdan sonra iş sənədləri auditorun mülkiyyəti olmaqla, onda qalır.
Azərbaycan Respublikasında auditorun iş sənədlərinin formasını, məzmununu və mahiyyətini müəyyənləşdirmək və auditin yekununu rəsmiləşdirmək məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası 1996-cı il 13 noyabr tarixli qərarı ilə «Auditin iş sənədləri Milli sıandartını» və 1997-ci il 4 fevral tarixli qərarı ilə «Auditorun yekun səndləri» milli sıandartlarını hazırlamış və təsdiq etmişdir.
Auditorun yekun səndləri aparılan yoxlama nəticəsində auditorun hazırladığı və sifalrşçiyə təqdim etdiyi audit aktından, auditor rəyindən və yekun sənədlərindən ibarətdir. Audit aktı və auditor rəyi yekun sənədlərinin tərtib hissəsidir.
Yekun sənədləri yoxlama nəticəsində auditorun müəyyən etdiyi mühüm faktları, nöqsanı və çalışmamazlıqları, onların aradan qaidırılmasına dair təklifləri və nəticələri müəyyən edən sənədlər sistemidir.
Auditor yoxlama nəticəsi ilə əlaqədar olan yekun sənədlərini təhvil aktı ilə sifarişçi müəssisənin rəhbərinə təhvil verməlidir.
Auditin təşkili və nəticələrinin rəsmiyyətə salınmasında mühüm mərhələ aparılan audit yoxlamasının nəticələrini əks etdirən auditor rəyinin tərtib olunmasıdır.
«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində «Auditor rəyi auditorun (auditor təşkilatının) ınınzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabları maddələrinin doğruluğuna, mühasibat uçotunun mühüm vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir».
Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq tə’yin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən auditorlar təşkilatı və auditorlar fəaliyyətini tənzimlənınəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 1996-cı il 26 dekabr tarixli qərarla «Auditor rəyləri» milli sıandarlı qəbul olunmuşdur. Qəbul olunmuş auditor rəyində, onun tərtib olunması qaydaları, əks olunacaq əsas göstəricilər müəyyən olunmuşdur.
Auditor rəyinin formaları aşağıdakılardır:
- Şərtsiz müsbət rəy;
- Şərti müsbət rəy
- Mənfi rəy və rəy vermədən imtina etməklə, öz nəticələrini başqa formada ifadə etmək;
Şərtsiz müsbət rəyauditorun və ya auditor təşkilatının iqtisadi subyektləri mühasibat uçotu və mühasibat (maliyyə) hesabatının doğru və etibarlı olmasına dair fikri göstərməklə, bildirilir ki, maliyyə sənədləri müəssisə tərəfindən qəbul olunmuş mühasibat uçotu prinsiplərinə əsasən tərtib edilmiş və bu qaydalar Azərbaycan Respublikasında mühasibat uçotu, hesabatı və digər hüquqi aktların təbəqələrinə uyğundur.
Beləliklə, auditor iqtisadi subyektə şərtsiz müsbət rəyi o zaman verir ki, əgər aparılan yoxlama nəticəsində auditor qəti müəyyən etmişdir ki, sifarişçinin maliyyə hesabatı, mühasibat uçotunun dövrü düzgün olan göstəriciləri əsasında tərtib olunmuş, iqtisadi subyektdə mühasibat uçotunun təşkili və aparılması müəyyən olunan prinsiplərə, tələblərə və qəbul olunmuş uçot siyasətinə cavab verir, büdcəyə və digər fondlara ödəmələr vaxtında və düzgün hesablanıb icra olunmuşdur, daxili nəzarət etibarlıdır və mühasibat (maliyyə) hesabatı bütün təsərrüfat-maliyyə fəaliyyətini əhatə edir.
Şərti müsbət rəy-məhdudiyyəti olan rəydir. Şərti müsbət rəy formasında auditor (auditor təşkilatı) təqdim etdiyi rəydə müəyyən əməliyyatların düzgün icra olunmadığını qeyd etməklə göstərir ki, hesabat dövrü ərzində müəssisənin bütün aktiv, pasivlərinin və təsərrüfat-maliyyə fəaliyyətinin uçot və hesabat göstəriciləri Azərbaycan Respublikası qanunculuğunun tələblərinə uyğundur. Bununla yanaşı ayrı-ayrı uçot əməliyyatlarında buraxılmiş səhvləri, amartizasiya hesabatlarındakı yanlış əməliyyatların olmasını, bəzi təsərrüfat əməliyyatlarının uçotda düzgün müxabirləşmə verilməməsinə və sair nöqsanlara görə audit yoxlaması nəticəsi şərti müsbət rəylə rəsmiləşdirılır.
Auditorhesabatlara dair rəy verməkdən İmtina edərsə, o təqdim etdiyi arqumentlər əsasında yoxlama nəticəsi haqqında rəy hazırlanmanın mümkün olmadığını göstərir. Auditor yaranmış şəraitlə əlaqədar olaraq göstərir ki, müəssisədə aparılan mühasibat uçotu və hesabatı əməliyyatları onun hesabat dövründə aktiv və passivinin maliyyə-təsərrüfat nəticəsində düzgün əks olunmasını tə’min etmir.
Auditor rəy verməkdən imtina etdikdə, bunu lazımi səviyyədə əsaslandırmalı və müəyyən olunmuş ciddi nöqsan, çatışmamazlıqları göstərməklə, təqdim olunmuş hesabatın etibarlı olmadığını müəyyənləşdirir. Auditor rəy verməkdən imtina edərkən göstərir ki, auditin aparılması zamanı faktların yoxlamasının qeyri-mümkünlüyü müəyyən olunmuşdur.
Auditor rəyi iki nüsxədən ibarət tərtib olunur, onlardan biri təsərrüfat subyektinin rəhbərinə, digəri isə auditor təşkilatında qalır.
- 1.Audit fəaliyyəti özündə nə əks etdirir?
- 2.Auditlə təştif və nəzarətin əsas fərqlərini izah edin?
- 3.Audit yoxlamasına dair müqavilənin tərkibi və məzmununu izah edin?
- 4.Auditorun müştəri qarşısındakı məktub-öhdəliyinin tərkibi və məzmununun mahiyyətini səciyyələndirin?
- 5.Auditn hansı formaları mövcuddur?
Auditor yoxlamasının planlaşdırılmasına hansı mərhələlər daxildir
Comments are closed, but trackbacks and pingbacks are open.