Press "Enter" to skip to content

Sığorta müqaviləsi nə zaman qüvvədə? |Avto sigorta bitme tarixi

Həyatınızı mümkün olduğu qədər asanlaşdırmağa çalışırsız. Lazımsız əşyalardan və lazımsız insanlardan uzaq durursuz, ünsiyyət üçün ən doğru və ürəyiaçıq insanları seçirsiz. Sizin üçün yanınızda bir neçə yaxın dostun olması daha əhəmiyyətlidir, gələcəyi olmayan münasibətlərə vaxt sərf etmirsiz. Ancaq sizin minimalist olmağınız heç də darıxdırıcı insan olduğunuza dəlalət etmir! Ətrafdakilər zövqünüzü və həyata dramatizmdan arındırılmış baxışınızı bəyənir.

2. Zarafatçıl

Maşına necə məlumat verə bilərəm

Ana Səhifə Banner Avtomobillə çıxanlar üçün SMS icazə sistemində YENİLİK – Bu ərazilərdə qüvvədə olacaq/VİDEO

!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – İyul 04, 2020 – 22:06
!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunun ərazisində fəaliyyətini davam etdirəcək.

Mərkəzdən Yenicag.az -a verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər. İcazələrin məqsədinə dair 2 kod təyin edilib: 1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. 2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir. Belə ki, nümunə olaraq 2 nömrəli kod üzrə yaşayış yerini tərk etməyə dair icazə əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşları 2 kodunu, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini SMS vasitəsilə 8103 qısa nömrəsinə göndərməlidirlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər. Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür. Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir. 8103 SMS icazə sistemi üzərindən müvafiq kodlar üzrə icazə alarkən cavab mesajında şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də əks olunur. Bu eyni nömrədən müxtəlif vəsiqə üzrə icazə alan vətəndaşlar arasında çaşqınlıq hallarının yaranmaması, hansı vəsiqə üzrə icazənin verildiyini dəqiq müəyyən etməkdə kömək edir. Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Sığorta müqaviləsi nə zaman qüvvədə? |Avto sigorta bitme tarixi

Sığorta müqaviləsi tərəflər arasında bağlana qanuni sənəddir. “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda 11.4.-cü maddənin tələblərinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır. Belə bir hal varsa sizin sığorta müqaviləsi qüvvəyə minməyə bilər. Bəs sığorta müqaviləsi ilə bağlı qüvvədə olub-olmadığını necə müəyyən edə bilərik sualına cavab aşağıdakı kimidir. İcbari sığorta müqaviləsi yalnız “İcbari sığortalar haqqında” Azərbaycan Rеspublikasının Qanununda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.

Avtomobil sigortasının bitme tarixini necə öyrənək?

Avtomobil sigorta bitme tarixi bağlanılan müqavilənin müddətinin yekunlaşması ilə əlaqədardır. Avtomobil sigorta bitme tarixi haqqında məlumat əldə etmək çox sadədir. Sığorta müqaviləsi ilə bağlı məlumatlar informasiya sisteminə daxil olunduqdan sonra bu barədə Sizin mobil nömrənizə 9707 qısa nömrəsindən SMS göndərilir və ya şəxsən insure.az saytına daxil olaraq, servislər bölməsindən şəhadətnamə yoxlama düyməsinə klikləyərək. Verilən koda-a qısa sms göndər və avtomobil sigorta bitme tarixi ilə bağlı cavabı dərhal əldə elə.

açılan səhifəyə dövlət qeydiyyat nişanını tələb olunan qaydada yazdıqdan və mən robot deyiləm xanasına işarəsini qeyd etdikdən sonra düyməsinə klikləyərək

sığorta müqavilənizin qüvvədə olub olmadığını yoxlaya bilərsiniz.

Maşını idarə etmə üsulunuz haqqınızda çoxlu məlumat verə bilər – TEST

Həyatınızı mümkün olduğu qədər asanlaşdırmağa çalışırsız. Lazımsız əşyalardan və lazımsız insanlardan uzaq durursuz, ünsiyyət üçün ən doğru və ürəyiaçıq insanları seçirsiz. Sizin üçün yanınızda bir neçə yaxın dostun olması daha əhəmiyyətlidir, gələcəyi olmayan münasibətlərə vaxt sərf etmirsiz. Ancaq sizin minimalist olmağınız heç də darıxdırıcı insan olduğunuza dəlalət etmir! Ətrafdakilər zövqünüzü və həyata dramatizmdan arındırılmış baxışınızı bəyənir.

2. Zarafatçıl

Beyniniz davamlı olaraq müxtəlif dəli ideyalar yaradır. Siz hər bir vəziyyətdə gülməli bir şey tapırsız. Siz çox sevimli və enerji dolu insansız. Kreativliyiniz və artistizm qabiliyyətiniz ətrafınızda çoxlu dostları toplayır. Ancaq onlar yaxşı bilir ki, sizinlə hazırcavablıqda yarışmağa dəyməz. çünki bunda sizi keçə bilməyəcəklər.

3. Sülhpərəst

Konfliktlərdən, mübahisələrdən uzaqsızı, çünki onlar sizin mənəvi tarazlığınızı pozur. Səsinizi ucaltdığınız vaxtı, yaxınlarınız təəcüblənir və vəziyyətin ciddi olduğunu başa düşür. Davaları heç sevmirsiniz, buna görə də bütün sülhpərəst qabiliyyətinizi yaxınlarınızın arasında olan küskünlüyün aradan qaldırılmasına yönləndirirsiz.

4. Perfeksionist

Xırda detallara çox əhəmiyyət verirsiniz, hər şeyin, plana uyğun getməsini sevirsiniz. Tam əminsiniz ki, bir şeyi etdiyiniz zaman onu ideal olaraq yerinə yetirmək lazımdır. Siz hər zaman səliqəli və gözəl görsənizsiniz. Sizin ideallığınız, sizi böyük uğura gətirəcəkdir. Başqaları sizin təhsildə, işdə və münasibətlərdə çatacağınız uğurlar haqda ancaq xəyal edə bilər.

Siz çox vaxt qorxularınızla mübarizə edirsiniz. Siz bütün qapıların bağlı olduğunu və ya evinizdə ümumiyyətlə olmayan ütünün sönrdüyünüzü yoxlamaq üşün evə bir neçə dəfə qayıda bilərsiniz. Risk etməyi heç sevmirsiniz və ancaq sınanmış və etibarlı üsullardan istifadə edirsiniz. Sizin qohumlarınız və yaxınlarınız sizi çox sevirlər və sizə daima kömək etməyə çalışırlar, çünki bilirlər ki, əminsizliyinizin arxasında əla bir insan gizlənir.

6. Macərapərəst

Risk və adrenalini çox sevirsiniz. İncə xətt üstündə yeriməyi xoşlayırsınız, eyni zamanda hesab edirsiniz ki, həyatı maksimal sürətdə yaşamaq lazımdır. Siz hələ də paraşüt elə ya da banci ilə atlamamısınızsa, – bu ekstrim sizin çox xoşunuza gələcəkdir. Məhəbbət haqqında danışacaq olsaq, burada da siz özünüzü hisslərə buraxa hazırsınız. Əlbəttə ki, dostlarınız sizin tükənməz enerjinizə heyran qalırlar və hər zaman sizə qoşulmaya bilərlər. Ancaq sizin “həyatı tam yaşamaq” kredonuz onların gözlərində hörmətinizi artırır.

7. Boss

Siz anadangəlmə lidersiz. Situasiyanı ələ almaq, onu dəqiq və əmin idarə etmək qabiliyyətiniz var. Ətrafdakilər sizə kömək və məsləhət üçün müraciət edirlər. Sizin özünüzə əmin olduğunuzdan dolayı onlar da sizə etibar edirlər. Sizi tez-tez təşkilati və liderlik qabiliyyətinizə görə tərifləyirlər. Münasibətlərdə siz, ola bilsin, sizi tamamlayan insanı tapmaqda çətinlik çəkə bilərsiniz. Ancaq belə bir adamı tapandan sonra başa düşərsiniz ki, gözləməyə dəyərdi.

8. Etibarlı

İnsanlar sizi sevir. Siz — ailənizə və dostlarınızə həmişə çox böyük dəstək olursuz. Siz ürəksən başqaların uğurlarına sevinən və başqa insanlara heyranlığınızı gizlətməyən insansınız. Siz əla dinləyinisiniz, buna görə də sizə insanlar tez-tez məsləhət almaq üçün müraciət edir. Divarları aradan qaldıran tip deyilsini, arada inisiativi başların ələ almağa imkan yaradırsız. Onlar həyatın çətinlikləri ilə mücadilə edənə kimi siz, dünyanın səs-küyündən uzaq dincələrək həyatı olduğu kimi qəbul edirsiniz.

9. Pofigist

Sizin həyata qarşı olan baxışınıza paxıllıq etmək olar. Heç bir şey ilə başınızı ağrıtmırsınız və ətrafdakilər elə düşünə bilər ki, dünya vecinizə deyil. Həyatın ən çətin anlarında belə siz əminkil və təmkinliklə dolusunuz. Hər gün sizin üçün bayramdır. Dostlarınız və yaxınlarınız əylənməy istədikləri zaman sizə qoşulmağı arzulayırlar.

10. Tank

Siz hər zaman məşğulsunuz və qarşınıza çıxan maniyələrə vaxt itirməyə həvəsiniz yoxdur. Problemi incə yollarla həll etməkdənsə, divarları sındıraraq düm-düz keçməyi seçirsiz. Ətrafdakilər sizin düzlüyünüzü və əzminizə heyrandır. Dostlar sizə hər zaman hər bir vəziyyətdə etibar edirlər. Siz daim hərəkətdəsiniz və mütləq hər bir işdə müvəffəqiyyət qazanacaqsınız.

Comments are closed, but trackbacks and pingbacks are open.