Press "Enter" to skip to content

Maşının konfiqurasiyasına necə baxa bilərəm?

Avtomobili dövlət nömrə nişansız idarə etməyin mümkünsüz olması hamıya məlumdur. Bu dəfə söhbət açacağımız mövzu da hər bir sürücünün başına gələ biləcək dövlət nömrə nişanı ilə yaranmış məsələ ilə bağlıdır.

Maşının nömrələri yararsız hala düşəndə sürücü nə etməlidir?

Avtomobili dövlət nömrə nişansız idarə etməyin mümkünsüz olması hamıya məlumdur. Bu dəfə söhbət açacağımız mövzu da hər bir sürücünün başına gələ biləcək dövlət nömrə nişanı ilə yaranmış məsələ ilə bağlıdır.

Milli.Az xəbər portalının məlumatına görə, avtomobillərin istifadəsi zamanı dövlət nömrə nişanları yararsız hala düşür. Bura yol qəzaları, materialında yaranmış qopmalar və nişanın üzərində plyonka qatı xarab olması kimi hallar daxildir. Bəzən isə yol qəzalarına düşən avtomobillərin nömrələri demək olar ki, ələ gəmir. Bəs belə olan halda, eyni zamanda nömrələr yararsız hala düşəndə sürücü nə etməlidir?

Məsələ ilə bağlı müraciət etdyimiz Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev problemin necə həll edilməsinə aydınlıq gətirdi.

Şöbə rəisi Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, yol qəzası və digər hadislər zamanı yararsız hala düşmüş dövlət nömrə nişanını dəyişmək mümkündür. Bunun üçün avtomobil sahibləri həmin nəqliyyat vasitəsinin qeydiyyatda olduğu ərazi üzrə imtahan qeydiyyat şöbəsinə müraciət etməlidir. Həmin dövlət nömrə nişanlarını nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə bir yerdə imtahan-qeydiyyat şöbəsinə təhvil vermək lazımdır.

K.Əliyevin sözlərinə görə, əvvəlki dövlət nömrə nişanı bərpa olunmur, əvəzində, həmin rəqəmlərlə eyni çap olunmuş yeni dövlət qeydiyyat nişanları verilir: “Əgər dövlət nömrə nişanları yol nəqliyyat hadisəsi zamanı əzilib yararsız hala düşübsə, həmin qəza ilə bağlı qeydiyyat şöbəsinə müvafiq arayış verilməlidir. Bilirsiniz ki, hər bir yol-nəqliyyat hadisəsi qeydiyyatdan keçir. Nəqliyyat vasitələrinin texniki təmir stansiyalarına müraciət etməsi üçün onlara müvafiq arayış verilir. Dövlət nömrə nişanı təqdim edilən zaman həmin arayışı da təqdim etmək lazımdır ki, bu nömrə yol qəzasında əzilib. Əgər əzik yoxdursa, sadəcə, nişanın üzərində, materialında qopma varsa, arayışsız dəyişdirilir”.

Şöbə rəisi qeyd etdi ki, yararsız dövlət nömrə nişanının dəyişdirilməsi üçün cəmi 18 manat dövlət rüsumu ödənilməlidir.

Maşının konfiqurasiyasına necə baxa bilərəm?

Qanunvericilikdə avtmobillərin texniki baxışdan keşirilməsi vaxtı ilə bağlı edilən dəyişikliklərdən sonra bəzi sürücülərdə suallar yaranıb. Bu barədə Avtosfer.az-a tez-tez müraciətlər daxil olur. Sürücülər daha çox şikayətlənir ki, texniki baxışından keçmə vaxtı ilə bağlı yalnız cərimə olunduqdan sonra xəbər tuturlar. Bəziləri isə yenə kifayət qədər məlumat verilməsinə baxmayaraq, hələ də “köhnə qaydaları” xatırladaraq texniki baxış vaxtı çatmamış cərimə olunduqlarını iddia edirlər.

Ötən ilin yayından, yəni “Yol hərəkəti haqqında” Qanuna edilmiş və 17 iyul 2018-ci il tarxixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, texniki baxış vaxtının avtomobilin markası və növü ilə bağlılığı ləğv edilib. Hazırda qüvvədə olan qanunun 30-cu maddəsinə əsasən bütün növ nəqliyyat vasitələri üçün texniki baxış vaxtı son dəfə keçdiyi texniki baxış tarixi ilə hesablanır. Məsələn, ötən ilin aprel ayının 16-da texniki baxışdan keçirilmiş avtomobil bu ilin may ayının 6-dan gec (16 aprel tamam olan gün + 20 gün) olmayaraq texniki baxışdan keçirilməlidir.

Bəs sürücülər texniki baxış vaxtını unudubsa necə etməlidirlər?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, əlbəttə, çox az sayda sürücü var ki, əvvəlki texniki baxış tarixini yadında saxlaya bilsin. “Amma əgər sürücü həmin tarixi unudubsa o zaman texniki baxış tarixini müəyyən etməyin bir neçə yolu var. Əsas məsələ burada sürücünün məsuliyyətli olmasıdır. İlk növbədə asanpay.az portalında qeydiyyatdan keçərək öz elektron kabinetinizdə xüsusi “texniki baxış” pəncərəsinə baxmaqla bunu müəyyən edə bilərsiniz. Çünki DYP tərəfindən hər bir sürücünün elektron kabinetinə onun nəqliyyat vasitəsinin texniki baxışdan keçdiyi və növbəti dəfə keçməli olduğu tarix barədə məlumat yerləşdirilib. Eyni zamanda əgər kabinetiniz yoxdursa o zaman AsanPay-da qeydiyyatı olan digər bir şəxsdən kömək istəyə bilərsiniz. Həmin şəxs kabinetində “Xüsusi” bölməyə daxil olmaqla sizin nəqliyyat vasitəsinizin məlumatlarını daxil etməklə asanlıqla sizin üçün texniki baxış tarixini müəyyən edə bilər.”

Kamran Əliyev bildirib ki, elektron kabineti olmayan şəxslər bunu DYP orqanlarından (şöbələrdən, postlardan, texniki baxış məntəqələrindən), hətta yolda xidmət edən DYP əməkdaşlarından da soruşa bilərlər.

“Mərkəzi İnformasiya Sistemində bu məlumat var. Yuxarıda sadalanan bütün hallarda texniki baxışdan keçmənin son tarixini sizə deyə bilərlər. Sadəcə olaraq istər elektron, istər telefon, istərsə də birbaşa müraciət edərək bu məlumatı öyrənə bilərsiniz. Yaxud elə sonuncu dəfə baxışdan keçərkən sizə təqdim olunan texniki baxış talonunun üzərinə baxmaq kifayətdir. Orda texniki baxışdan keçmə tarixi dəqiq qeyd olunub. Həmin tarixi əsas götürərək ondan 20 gün sonrakı müddət ərzində texniki baxışdan keçməlidirlər.”

4 il əvvəl yeni avtomobil alarkən onu texniki baxışdan keçirən şəxslərin bu sahədə problem yaşadığı məsələsinə toxunan şöbə rəisi bildirib ki, burada da hər hansı çətinlik yoxdur. “Sürücü bunu özü sərbəst şəkildə müəyyənləşdirə bilər. Əgər sürücü avtomobili alan zaman texniki baxışdan keçiribsə o zaman avtomobilin qeydiyyat şəhadətnaməsinin verilmə tarixi ilə bunu müəyyən edə bilər. Avtomobilin istehsal ili nəzərə alınaraq (istehsal ilndən 4 il sonrakı tarix) oradakı dəqiq tarixdən 20 gün sonrakı müddətədək avtomobili texniki baxışdan keçirməlidir. Əgər sürücü iki il əvvəl texniki baxışdan avtomobili keçiribsə o zaman həmin vaxt ona təqdim olunmuş talonun üzərinə baxsın. Orada texniki baxışdan son keçmə tarixi qeyd olunub. Həmin tarixi əsas götürərək yenə 1 il+20 gün sonrakı müddəti nəzərə alaraq texniki baxışdan keçə bilər.”

Kamran Əliyev elektron kabinetə daxil ola bilməyən şəxslərin mobil telefonla da bunu öyrənə biləcəklərini qeyd edib. “Sürücünün mobil telefonu DYP-nin Mərkəzi İnformasiya sistemində varsa avtomatik olaraq ASAN xidmətdən ona SMS məlumatlar göndərilir. Odur ki, sürücü sadəcə ASAN xidmət mərkəzlərindən birinə müraciət etməklə, yaxud zəng etməklə texniki baxış vaxtını rahat şəkildə öyrənə bilər. O ki, qaldı mobil nömrəsi sistemdə olmayan şəxslərə bu artıq vətəndaşın məsuliyyətindən irəli gəlir. 2014-cü ildən etibarən hər bir şəxs avtomobillərin alqı-satqısı, yaxud etibarnamə verilməsi zamanı mobil telefon nömrəsini, olduğu halda elektron ünvanını DYP-yə verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməldir. Bu sürücülər barədə məlumatların Mərkəzi İnformasiya Sistemində öz əksini tapması üçündür. Əgər kimsə bu prosesdən də kənar qalıbsa o zaman yaşadığı ərazidəki Qeydiyyat- İmtahan şöbələrinə, yaxud yol polisinə yazılı və ya elektron müraciət edərək öz mobil telefonunu sistemə daxil edə bilər. Bu zaman hətta elekton kabineti olmasa belə cərimələr haqqında məlumatları, eyni zamanda texniki baxışın tarixi ilə bağlı məlumatı rahat öyrənə bilər.”

Kamran Əliyev qeyd edib ki, bəzən sürücülər bunu qəsdən etmir. “AsanPay”də qeydiyyatdan keçmir, mobil nömrəsini təqdim etmir, yaxud yanlış verir ki, ümumiyyətlə heç bir məlumat almasın. Bununla da məsuliyyətdən yayınacağını düşünürlər. Cərimə olunduqda isə “mənim xəbərim olmayıb” kimi bəhanələr gətirirlər. AsanPay sistemində kabinet açmaq çox asandır. Sadəcə şəxsiyyət vəsiqəsinin FİN kodu tələb olunur. Əgər kimsə bunu da edə bilmirsə bilən şəxsin birindən xahiş edə bilər. Yaxud elə “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq bu əməliyyatı həyata keçirə bilərlər. Bir daha qeyd edirəm ki, burada sürücünün məsuliyyət məsələsi önəmlidir. Digər tərəfdən texniki baxış vaxtının müəyyən olunmasında sürücü özü maraqlı olmalıdır. Çünki əks təqdirdə hər 20 gündən bir 50 manat məbləğində cərimə olunacaq. Hələ də “köhnə qaydalarda” qalan sürücülər isə bundan “xəbərsiz olduqlarını” iddia etməsinlər. Çünki ən azından avtomobil sürən zaman radioya qulaq asır, yaxud evdə televizora baxır. Bu məlumatın diqqətdən yayınması halı qeyri-mümkündür.”

Orxan Əli

Comments are closed, but trackbacks and pingbacks are open.