Press "Enter" to skip to content

Meşə yanğınlarının qarşısı necə alınmalıdır? Nazirlikdən AÇIQLAMA

Banan və qovun lifli quruluşu ilə həzzə və mədəyə faydalıdır. Bu meyvələri yemək mədə yanmasını azaldır.

Mədə yanmasının səbəbi nədir?

Mədə yanması hər kəsin yaşadığı problemlərdən biridir. Amma çox insan “mədə yanmasına nə səbəb olar” sualının cavabını bilməz. Həddindən artıq yağlı, turş, şirin və ya ədviyyatlı yeməklər yemək mədə yanması səbəblərindəndirmi, mədə yanması nədən olur, mədə yanmasını yüngülləşdirmək üçün nələr edə bilərsiniz?

Medpress.az xarici mətbuata istinadla bu sualların cavabını təqdim edəcək. “Mədə yanmasına nə səbəb olar” sualının cavablarını öyrənmək üçün ilk olaraq bir həkimə müraciət etməyiniz lazımdır. Ancaq həkimə getməyinizə baxmayaraq, bir diaqnoz qoyulmadısa, mədə yanması probleminin altında yatan səbəbləri öz başınıza da öyrənməyiniz mümkün ola bilər. Qidalanma sahəsində görülən bir sıra dəyişikliklər də mədə yanmasına səbəb olan amillərin ortadan qalxmasını təmin edə bilər. Özünüzü təqib edərək sizə nəyin yarayıb, nəyin yaramadığını tapa bilərsiniz. Ancaq mədə yanmasının səbəbi təkcə yeyilən yemək və içkilərdən olmaya bilər. Tez-tez mədə yanması yaşayırsınızsa, bir həkimə getməyinizdə fayda var.

Mədə yanmasının səbəbləri nələrdir?

Mədə yanması mədə turşusunun yemək borusuna doğru çıxaraq boğaza doğru yaranan yanma və turşuluq hissidir. Əgər xroniki xəstəliyiniz yoxdursa, istifadə etdiyiniz qidaları həzm edə bilərsiniz. Yeyəcəkləri çeynəmədən udmaq, ağır qidalanmaq mədə yanmasına səbəb olur. Siz də mədə yanmasından tez-tez şikayət edirsinizsə, yeməkləri çeynəyərək udmağa və asan həzm edəcək qidaları seçərək özünüzü təcrübədən keçirə bilərsiniz. Yanlış qidalanma ilə yanaşı, mədə yanması, yanlış paltar geyinməyinizdən də ola bilər. Qarnınızı sıxan və ya kəsən dar paltarlar mədənizdə yanmağa səbəb olur.

Mədə yanmasını artıran qidalar hansılardır?

Soğan, sarımsaq, pomidor, ədviyyatlı yeməklər, qızartmalar, sitrus, kofeinli içkilər və şokolad mədə yanmasına səbəb ola bilər.

Mədə yanmasına qarşı yaxşı təsir edən qidalar hansılardır?

Çiy tərəvəzlər, lifli meyvələr, uzun müddət tox tutan tam dənli bitkilərdən olan qidalar mədə yanmasına yaxşı təsir edə bilər.

Mədəniz yananda nə etmək olar?

Süd için

Süd mədə yanmasına yaxşı təsir edir. Mədəniz yananda 1-2 qurtum süd içə bilərsiniz. Laktoza intoleransı olanlar laktozasız süd içə bilər, ancaq mədədə xora olanlar süd istifadə etməməlidir.

Karbonatlı su için

1 stəkan su əlavə edəcəyiniz 1 çay qaşığı karbonat mədədə xlorid turşusunun təsirini azaldaraq yanmağa yaxşı təsir edəcəkdir.

Qızçiçəyi, biyan kökü və ya kəklikotu çayı

Yemək yedikdən dərhal sonra içəcəyiniz qızçiçəyi və biyan kökü çayı ərzaq turşularını əngəlləyərək mədədə yanma əmələ gəlməsini əngəlləyəcək. Kəklikotu çayı isə həzmi asanlaşdıraraq mədəni rahatlaşdırır.

Zəncəfilli bal və ya zəncəfil çayı

1 çay qaşığı bala 1 çay qaşığı təzə, ya da quru zəncəfil əlavə edib udun və ya 1 stəkan isti suya zəncəfil və bal qarışdıraraq içsəniz, mədə yanğısı keçəcəkdir.

Saqqız çeynəyin

Yeməklərdən sonra yarım saat saqqız çeynənməsi mədə turşusunun təsirini azaldır və həzmi rahatlatır. Beləliklə, mədə yanmasının qarşısı alınacaqdır.

Darçınlı bal

Mədə turşusu və xora üçün istifadə edilən balı, darçınla qarışdıraraq yeyildiyi zaman mədənizi sakitləşdirir.

Banan və qovun yeyin

Banan və qovun lifli quruluşu ilə həzzə və mədəyə faydalıdır. Bu meyvələri yemək mədə yanmasını azaldır.

Kartof

Kartof həzm və mədə problemlərini azaldır. Mədə yanmasının qarşısını almaq üçün kartofu çiy və ya pörtmüş olaraq istifadə edin.

İspanaq

Bəsləyici bir tərəvəz olan ispanaq pörtmüş, ya da çiy olaraq işlətmək mədə yanmasının qarşısını almaqda faydalıdır.

Xurma

Xurma mədə yanması və mədə problemlərinin qarşısının alınmasında əhəmiyyətli bir qidadır.Mineral su

Mineral su həzm və mədə turşularını tənzimləyir. Beləliklə, mədə yanması kimi bir problem əmələ gəlməsinin də qarşısını alır.

Mədəni masaj edin, ya da yürüşə çıxın

Əgər mədəniz yaranan qaza görə yanırsa, belinizi dik tutun və mədəni dairəvi hərəkətlərlə masaj edin. Digər bir variant olaraq yürüş etmək mədənizi rahatlaşdıracaq.

Meşə yanğınlarının qarşısı necə alınmalıdır? – Nazirlikdən AÇIQLAMA

Türkiyədə iyulun 28-dən Antalya vilayətindən başlayan meşə yanğınları artıq Muğla, Bodrum, Osmaniye, Kayseri, Adana, Mersin və digər bölgələrə yayılıb. Məlumata görə, 6 gündə 35 əyalətdə qeydə alınan 130 yanğın nəzarət altına alınıb. 7 mənqədə yanğınlar hələ də davam edir. Türkiyədə baş verən yanğınlar insanların və heyvanların tələfatına, ekoloji terrorun genişlənməsinə səbəb olub.

Bizim ölkəmizdə də təhlükəsizlik hallarına riayət edənlər oluqca azdır. Meşədə ocağı yana-yana qoyub gedənlər, siqareti söndürməmiş tullayanlar meşə yanğınlarının təməlini qoyanlardır. Bu hadisələrin bizim ölkəmizdə baş verməməsi üçün ekoloji tədbirlər görülməlidir.

Bəs Azərbaycanda ekoloji təhükəsizliyimiz nə dərəcədə qorunur? Meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, ekoloji təhlükəsizliyimizi qorumaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur:

“İnsanlar kiçik yaşlarından meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar, meşədə həmişə odla ehtiyatlı olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidirlər.
İnsanlara meşə yanğınlarının yaranma səbəbləri və söndürülmə üsulları izah edilməlidir. Yanğın ən çox meşədə odla ehtiyatsız davranmaqdan törənir. Meşədə çoxlu miqdarda qurumuş ağacların olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə əlavə yollar açılır.

Məlumdur ki, iyul ayından etibarən havalar 35 dərəcədən yuxarı olur. İsti havalar da meşə yanğınlarını yaradan amillərdəndir. Belə havalarda daha diqqətli olmalıyıq. Meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik.

Bir daha xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq və ya kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Quraqlıq müşahidə olunan aylarda təbliğat və təşviqat işləri güclənməlidir.

10 yanğının 9-u odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi yanğınlara səbəb olur.

Bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi ilə müvafiq qurumlar məşğul olur”.

Ülkər Abdurrahmanlı

Sosial Baxılıb: 1212 Tarix: 03 avqust 2021

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

BAKU.WS-in məlumatına əsasən, erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir. Çünki onun mövcud olması kişilərdə özünə qiymətvermə və həyat keyfiyyətinin azalmasına səbəb olur. Həmçinin partnyora mənfi təsir göstərir və qarşılıqlı münasibətləti korlayır. Tibbdə sağlam kişilərdə cinsi aktın orta hesabla 7 dəqiqə 3 saniyəyədək davam etdiyi göstərilir.

“Lakin burada da bir məqam var, yəni söhbət sağlam kişidən gedirsə o, sekslə məşğul olan zaman, müxtəlif vaxtlarda 10, 15, hətta 20 dəqiqə, başqa vaxt isə 4 dəqiqəyə orqazm olar bilər. Yəni bu kişinin qeyri-sağlam olmasına dəlalət etmir. Kişi müxtəlif vaxtlarda, fərqli dəqiqə göstəriciləri ilə boşala bilər. Burada əsas məqam kişinin psixoloji vəziyyətidir”.

Bu sözləri androloq-həkim Fərid Məhərov BAKU.WS-ə müsahibəsində deyir:

-Mənə hətta digər xəstəliklərlə bağlı müraciət edən pasiyentlərə “erkən boşalma probleminiz varmı?” – sualını verəndə, 90 faizindən “hə” cavabı alıram. Ümumiyyətlə, kişilər cinsi əlaqə zamanı tələsirlər. Qadınlar isə seks öncəsi müəyyən bir həddə çatmalıdırlar ki, proses zamanı orqazm olsunlar. Buna dırnaqarası hazırlıq mərhələsi deyək. Kişilər bu mərhələyə daha tez hazır olduqlarına görə prosesə səbrsiz yanaşırlar. Bununla da kişi cinsi əlaqəyə girir və erkən boşalır. Belə olan halda isə qadın orqazma çatmır. Çünki qadının anatomiyasında orqazma çatması daha uzun müddət lazımdır.

-Kişilərdə cinsi akt normalda nə qədər müddət olmalıdır?

-Tibbdə deyirlər ki, 7,3 dəqiqədir. Bunlar hamısı sadəcə statistikadır. Əslində bu gülməlidir. Pasiyent yanıma gəlir, deyir ki, erkən boşalma problemim var. Ondan soruşanda ki, başqa bir seks partnyorun varmı? Cavab verir ki, bəli. Soruşanda ki, onunla seks münasibətlərində proses necədir? Pasiyent “Onunla pis deyil” – cavabını verir. Bu da o deməkdir ki, məsələdə partnyor çox önəm daşıyır. Bəzən deyirlər ki, bir qadını hədsiz arzuladım, ona görə tez boşaldım. Bu da düzgün deyil. Qətiyyən, bu tam əksidir. Çox acınacaqlı məqamdır, amma buna mütləq toxunmalıyam. Bizdə əksər hallarda həyat yoldaşı seçəndə, intim parametrlər düşünülmür. Həyat yoldaşı seçərkən ona gələcəkdə doğulacaq uşağın anası kimi baxılır. Belə olan halda kişinin xanımına seksual istəyi olmur. Yatağa gözükölgəli, sanki borcu imiş kimi girir. Kişi nə xanımının, nə də özünün təlabatını ödəyə bilmir. Bununla da həm qadını, həm də özünü bədbəxt edir. Kənarda sevdiyini tapır, bununla da tam sekslə məşğul olur. Yəni kişi tam həvəslə, ləzzətlə cinsi əlaqədə olarsa, onda seksual aktın müddəti nisbətən uzun olur.

-Bu proses beyinlə əlaqəli olduğu üçün bildiyim qədərilə, proesesi süni şəkildə uzatmaq mümkündür. Seksual aktı süni şəkildə uzatmağın hər hansı fəsadları varmı?

-Xeyr, heç bir fəsadı yoxdur. Əksinə, cinsiyyət orqanı nə qədər çox ereksiyada qalarsa, bu daha xeyirdir. Onu da deyim ki, seksual akt zamanı yarım saatı keçirsə, bunun özü də başqa bir problemdir.

-Nə kimi problem?

-Bəzən mənə nadir hallarda gec boşalmaya görə müraciət edirlər. Bu da çox nadir olur, 1-2 faiz. Yəni 100 kişidən birində bu hala rast gəlmək olar. Bu yaxınlarda mənə Türkiyə vətəndaşı müraciət etmişdi. Dedi ki, onda seksual akt 1 saat davam edir. Bu zaman xanımı bezir və yorulur. Burada daha bir məqama toxunmaq istəyirəm. Bəzən deyirlər ki, qadınlar gec orqazm olur. Seksdən tam anlayışı olan kişi qadınını hətta 2 dəqiqə ərzində orqazma çatdıra bilər. Bundan sonra tez boşalma onun üçün dərd ola bilməz.Və daha bir məqam, qadınla seksə başlayan zaman elə davranmaq, öncəsevişmə etmək olar ki o, hətta 2 saat da sekslə məşğul olsa da, “doymaz”. Yəni adətən, xanımlara “seksdən bezdim” cümləsi yaddır. Onu da deyim ki, erkən boşalmanı önləmək üçün müxtəlif pozalar da mühüm rol oynayır. Buna fərdi yanaşmaq lazımdır. Yəni sekslə məşğul olan zaman hər bir kişi özünü tanımalıdır. Kişi özü üçün hansı pozada gec boşaldığını müəyyən etməlidir. Əlavə edim ki, 50 faiz kişilər cinsi əlaqə zamanı görəndə ki, orqazma yaxınlaşırlar, prosesi yavaşladırlar. Bir az gözləmə edir, davam edir, sonra yenə gözləyirlər.

-Məsələnin fiziki tərəfləri – xəstəliklər haqqında nə deyə bilərsiniz?

-Öncə onu vurğulayım ki, ən ağır cinsi xəstəlik belə, psixoloji durumu mükəmməl olan bir kişinin erkən boşalmasına təsir edə bilməz. Yəni bu prosesdə fiziki deyil, psixi, mənəvə tərəfi mühüm rol oynayır. Məsələnin fiziki tərəfinə gəlincə, kişilər yaşlandıqca, əksəriyyətində prostatit əmələ gəlir. Tibbdə prostata kişinin ikinci ürəyi deyilir. Prostatda olan hər hansı iltihabı proses – məsələn, orqanizmdə uzun müddət qalmış infeksiyalar, oturaq şərait, həddindən artıq piylənmə – bunlar birbaşa prostatın iltihabına yol açır. Yəni prostatiti olan kişilər birmənalı şəkildə tez boşalırlar. Burada istək azalmır. Amma bəzi adamlarda bu proses cinsi istəyə də öz təsirini göstərir. Onu da deyim ki, bir kişi cinsi əlaqə zamanı 15-20 dəqiqəyə, növbəti dəfə 2 dəqiqəyə boşalırsa, bu normaldır. Yəni kişi bir dəfə tez boşalırsa, bu problem demək deyil. Bu kişinin psixoloji durumuna bağlıdır, hansı ki, tibbə məlum deyil. Tez boşalma bütün vəziyyətlərdə, hər zaman baş verən haldadır. Tez boşalan kişilərdə isə proses bəzən 1-2 dəqiqə də çəkmir.

-Maraqlıdır, bu problemin həlli zamanı müalicə paralel olaraq psixiatorla birgə aparılır?

-Əslində bunu sekspotoloq yürütməlidir. Əfsuslar olsun ki, Azərbaycan sekspotoloqdan kasıb bir ölkədir. Ümumiyyətlə, bizdə sekspotoloq sözünə gülürlər. Azərbaycanda Tibb Universitetini bitirən bir tələbə otağının qapısına sekspotoloq sözünün yazılmasını özünə şərəf bilməz. Halbuki, bir çox ölkələrə buna çox normal yanaşırlar. Ailələr sekspotoloqa birlikdə gedirlər. Sualınıza gəlincə, bizə müraciət edən pasiyentlərlə söhbət edirik. Suallarımızla xəstədə psixoloji və ya fiziki problemlərin hansının çox, hansının az olduğunu təyin edirik. Görürük ki, bu insanın prostatı və hormonları sağlam, bütün analizləri də təmizdir, amma tez boşalır. Danışığından da görürük ki, bunda psixoloji bir problem var. Burada daha bir məqama toxunumaq istəyirəm. Xaricdə necədir? Yataqda partnyorlar bir-birinə uyğun gəlmədikləri halda ayrılırlar, hər kəs öz yoluna. Bizdə bu məsələlərə başqa prizmadan yanaşırlar. Yəni uyğunsuzluq və ya sevgi olmasa da, boşanmırlar. Bu məsələdə daha çox qadınların haqqının tapdandığını düşünürəm. Burada mentalitet-filan da rol oynayır. Azərbaycan qadını hər hansı kişi ilə bir neçə il birgə seks həyatı yaşayıb, sonra evlənə bilməz. Bunu həm cəmiyyət qəbul etməz, həm də yaşadığı kişi.

Və sonda deyim ki, yetkinlik yaşına çatan insanlar ən azı həftədə 2 dəfə cinsi əlaqədə olmalıdırlar. İstəyirsən, gün ərzində 5 dəfə cinsi əlaqədə ol, bunun heç bir ziyanı yoxdur. Nə qadın, nə də kişi üçün heç bir ziyanı yoxdur.

Comments are closed, but trackbacks and pingbacks are open.