Masinqayirma texnologiyasi
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş “Texnologiyaya giriş” əsərində ona tərif verilmişdir. O texnologiya ilə ” işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən” yeni bir elmi istiqamətin başlanğıcını qoymuşdur. Maşınqayırma texnologiyası XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm bir mühəndislik elminə çevrilmişdir.Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki olaraq iştirak edir. Əsasən maşınlar, onların məqsədinə uyğun olaraq texniki məhsulların, avtomobillərin, elektrik cihazlarının, alətlərin istehsalında geniş tətbiq olunur. Ərzaq mallarının istehsalı, əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya edərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetişmiş məhsullar meydana çıxarır.
Maşınqayırma texnologiyası

1. Seiffert, Helmut; Radnitzky, Gerard (Hrsg.) (1992): Handlexikon zur Wissenschaftstheorie. 2. unv. Aufl. (Orig. 1989), München: dtv, ISBN 3-423-04586-8, S. 362-365 (Stichwort Technologie und deren Abgrenzung zu anderen Wissenschaften).
2. Günter Spur: Vom Wandel der industriellen Welt durch Werkzeugmaschinen, eine kulturgeschichtliche Betrachtung der Fertigungstechnik, Carl Hanser Verlag, München Wien 1991, ISBN 3-446-16242-9
Masinqayirma texnologiyasi
Müəssisələrdə mütərəqqi texnologiyaların tətbiqi öz bəhrəsini verir
� Maşınqayırma kompleksi
�Maşınqayırma Texnologiyası İnstitutu� Törəmə Açıq Səhmdar Cəmiyyəti 1961�ci ildə yaradılmışdır. İnstitut neft�mədən avadanlıqları, maşın və mexanizmlərin, ehtiyat hissələrinin hazırlanmasının və onların təmir texnologiyasının işlənməsi, qeyri�standart avadanlıqların layihələndirilməsi və istehsalı, neft maşınqayırma zavodlarında mütərəqqi texnoloji proseslərin tətbiqi və onların texniki səviyyəsinin yüksəldilməsi ilə əlaqədar elmi�tədqiqat və layihə�texnologiya işlərinin aparılması üzrə ixtisaslaşmışdır.
2011�ci illə müqayisədə 2012�ci ildə institutun iqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:
İnstitutun istehsal etdiyi ümumi məhsul 2012�ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.0 faiz artmış və bu artım əsasən institutun əsas fəaliyyəti olan elmi işlərin hesabına olmuşdur. Belə ki, elmi işlərin həcmi 2012�ci ildə əvvəlki ilin müvafiq dövrünə nisbətən 128.1 faiz artmışdır. İnstitutun işçi heyətinin sayı 2011�ci illə müqayisədə 2012�ci ildə 20 faiz soxdur və imzaladığı müqavilələrin iş həcmini nəzərə alsaq, gələn illərdə də işçilərin sayının daha çox artması ehtimalı vardır.
Bununla yanaşı, �Maşınqayırma Texnologiyası İnstitutu� TASC 2012�ci ildə Çin Xalq Respublikasının �Shan Dong Nine�Ring Petroleum Machinery Co. Lid� şirkəti ilə dərinlik nasoslarının tablanması üçün cihazın layihələndirilib istehsal olunmasına dair müqavilə imzalamışdır.
Bir xətli tablama qurğusu ilk dəfə olaraq İnstitut tərəfindən layihələndirilmiş və Səttarxan adına Neft Maşınqayırma Zavodunda və Rusiya Federasiyasının Oçor şəhərindəki Neft Maşınqayırma Zavodunda tətbiq edildi. Bu qurğu yeni layihədə 6 xətli şəklində ilk dəfə olaraq Oçor şəhərində və 1985�ci ildə isə 2 ədəd olmaqla, Səttarxan adına Neft Maşınqayırma Zavodunda tətbiq edilmişdir. Müəyyən dəyişikliklər etməklə bu qurğu 1990�cı ildə Çin Xalq Respublikası ilə imzalanmış müqavilə əsasında layihələndirilmiş və 1992�ci ildə SSRİ�nin dağılması ilə əlaqədar olaraq natamam şəkildə Çin Xalq Respublikasına göndərilmişdir. İndi isə bu layihə əvvəlki analoqlarından tam fərqli olaraq layihələndirilib və QOST və İP standartlarının tələbləri nəzərə alınmaqla və eyni zamanda ilk dəfə olaraq, yivsiz ştanqların tablandırılması aparılmışdır.
Bu müqavilənin dəyəri 2,5 milyon ABŞ dollarını keçir. 2013�cü ildə bu cihazın hazırlanması üçün mümkün işlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə operativ qaydada işlər aparılır.
Əvvəllər institut yalnız neft maşınqayırması ilə məşğul olduğuna baxmayaraq, indi geniş aspektdə maşınqayırma sənayesi ilə məşğul olur. Buna misal olaraq �Azercell Telecom� MMC üçün antenaların palma budaqlarının yeni konstruksiyasını layihələndirib hazırlamış, �Bakcell� şirkətinin 160�dan çox sıradan çıxmış antenalarını bərpa etmiş, Sumqayıt sement zavodunda ilk dəfə olaraq nou�hau tətbiq etmişdir, yəni reduktordan barabana dişli çarx ötürməsini yeni qurğu ilə əvəz etmiş, Neft�qaz tikinti tresti üçün qazma baltasını layihələndirmiş və istehsal etmişdir, eləcə də �Azneft� İB və �qazma� tresti üçün neft�mədən avadanlıqlarının ehtiyat hisslərini hazırlayır və sıradan çıxmış avadanlıqları təmir edir.
İnstitutda daim inkişaf gedir. Həm İnstitutda olan bugünkü şərait, həm də İnstitutun imzaladığı müqavilələr və əməkdaşlıq etdiyi şirkətlərin sayının daim artması buna sübutdur.
Azərbaycan Respublikası Prezidentinin Maşınqayırma sənayesinə göstərdiyi diqqətin sayəsində bu gün Maşınqayırma sənayesi daim inkişaf edir. Prezidentimizin 19 Noyabr 2012�ci il tarixli sərəncamı da buna bariz bir nümunədir. Belə ki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ilk dəfə olaraq hər il iyun ayının 24�ü Azərbaycan Respublikasında �Maşınqayırma sənayesi işçiləri günü� peşə bayramı kimi qeyd ediləcək.
Lakin bütün yuxarıda qeyd olunan üstünlüklərə baxmayaraq, İnstitutun bir cox problemləri də vardır. Bu gün institutun istehsal etdiyi avadanlıqların yeni nəslinin yaradılmasında maliyyə problemləri mövcuddur. Çox istərdik ki, institut bu gün dünya bazarına çıxarıla biləcək avadanlıqlar layihələndirsin və həmin layihələrdəki bazarın tələblərinə cavab verən avadanlıqları zavodlarımız istehsal etsin, çünki institutun ixtisaslaşmış, təcrübəli işçi heyətinin bilik və bacarıqları bu gün imkan verir ki, neft�mədən və qazma avadanlıqlarının yeni nəslinin yaradılmasında və layihə�konstruktor işlərinin hazırlanmasında fəal iştirak edək.
Elman ƏLİYEV,
�Maşınqayırma Texnologiyaları
İnstitutu� TASC�nin sədri.
Respublika.- 2013.- 7 mart.- S. 9.
Masinqayirma texnologiyasi
İxtisasın təsviri:
Maşınqayırma texnologiyası ixtisası alətlərin, maşınların, avadanlıqların və s. hazırlanması texnologiyasını öyrənən bir ixtisasdır. Maşın mühəndisliyinin maşınqayırma texnologiyasında qeyd edək ki, maşın mühəndisliyi sahəsində beynəlxalq və respublika standartlarını, qanunvericilik sənədləri, normativ və direktiv materialları öyrənir. Həmçinin bu ixtisas texniki sistemlərin yaradılması, istehsal və istismar müəssisələrində elmi-tədqiqat, ixtiraçılıq və innovativ fəaliyyət metodikasını öyrənir və tədris prosesində əks olunur. Maşınqayırma texnologiyası cihazlarda əks olunan normativ kiçik hissələrin hazırlanmasına xidmət edən bir ixtisasdır.
İxtisasın gələcəyi:
Azərbaycanın gələcəyi üçün bu sahə olduqca önəmlidir. Xüsusilə, gələcəkdə zavodların və digər istehsal fəaliyyətinin sayları artırılacaq. Bunun üçün də məhz maşınqayırma texnologiyasına ehtiyac duyulacaq. Bu sahə keçmişdə, indiki dövrdə və gələcək də də əlverişli olub, olacaq da.
Universitetlər:
→Azərbaycan Texniki Universiteti
→Azərbaycan Dövlət Aqrar Universiteti
Comments are closed, but trackbacks and pingbacks are open.