Press "Enter" to skip to content

Materialşünaslıq və materiallar texnologiyası

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

Azərbaycan təhsil nazirinin sabiq müavini vəfat edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Materialşünaslıq və Materialların texnologiyası kafedrasının professoru Sənan Mustafayev dünyasını dəyişib. “Report” xəbər verir ki, professor 87 yaşında vəfat edib. Qeyd edək ki, S.Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub. 1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib. 1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb. S.Mustafayev 1961-1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının “Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub. Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Şöhrət” ordeni, SSRİ medalları və Əfqanistanın “Dostluq” ordeni ilə təltif edilib.

“GƏMİqayirma və GƏMİ TƏMİRİ” fənn “Materialşünaslıq və Materiallar Texnologiyası”

Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürüncdə mis tərkiblidir. Kənd təsərrüfatında, su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30-230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz. Bitkilərdə misin fizioloji rolu fermentativ proseslərdə aktivator kimi və ya misə malik fermentlərdə iştirakı ilə əlaqədardır. O, nəfəsalmanın intensivliyini gücləndirir, askarbin turşusunun oksidləşməsini katalizləşdirir, nitrat azotunun asimiliyasiyası və atmosfer azotunun fiksasiyasını təmin edir.

Mis bitkilərin hormonal balansının tənzimlənməsində iştirak edir: fenol təbiətli inkişaf inhibitorlarının miqdarına tənzimləyici təsir edərək mis bitkilərin polimerizasiyaya davamlılığını artırır. O, həmçinin quraqlığa, şaxtaya və istiyə davamlığı da artırır. Mis çatışmadıqda bitkilərdə böyümə və çiçəklənmə ləngiyir, xloroz, turqozun itməsi, solma müşahidə olunur. Kəskin mis çatışmazlığı olduqda dənli bitkilərdə yarpaqların kənarları ağarır, sünbül inkişaf etmir, meyəvlilərdə qurubudaqlılıq əmələ gəlir və bitki məshulsuz ola bilir. Mis kuporosu məhlulunu qızılgül, cavan alma ağaclarının qanadlarına çilədikdə şaxtaya davamlılıq artır.

Torpaqda mis artıq miqdarda olduqda kaliforniya laləsinin böyüməsi 2 dəfə azalır, rəngi isə göyümtül-tünd göy olur, qızılgülün qanadlarında qeyri-normal quruluşlu yarpaqlar əmələ gəlir, gülün ləçəkləri isə mavi və hətta qara olur. Heyvanlar arasında mis ilə daha çox zəngin olanlar bəzi onurğasızlardırlar. Mis onlarda hemosianinlərin-hemolimfaların nəfəsalma piqmentlərinin tərkibinə daxildir. Hemosianinlər orqanimzdə oksigen nəqlini həyata keçirirlər (molyuskalarda və xərçəngəbənzərlərdə, 0,5-026 % mis olur). Oksidləşmiş hemosianinlər göy rəngli, reduksiya olmuşlar isə rəngsiz olurlar. İnsan orqanizmində 80-150mq mis olur, həm də onun miqdarı qara ciyərdə 5mq %-dən, sümüklərdə 0,7 mq %-ə qədər, qanda 100 mkq %-dən, onurğa beyni mayesində 10mkq%-ə qədər dəyişir. Hər gün biz qida ilə 3,5 mq mis qəbul edirik ki, onun da yalnız 30%-i orqanizm tərəfindən mənimsənilir. Qida ilə orqanizmə daxil olaraq mis bağırsağa sovrulur, qan zərdabının zülalı ilə əlaqələnir (albumin ilə), sonra qara ciyər tərəfindən udulur, oradan seruloplazmin (qanın qlobulyar zülalı) tərkibində qana qayıdır və orqanlara və toxumalara daşınır. Seluloplazmin qanyaratmada, misin misli zülalların (məsələn, sitoxromoksidara) sintezi yerinə çatdırılmasında iştirak edir.

Dəmir kimi mis də qanın normal tərkibinin saxnılmasında əhəmiyyətli rol oynayır. Qanda misin miqdarının artması dəmirin mineral birləşmələrinin üzvi birləşmələrə çevrilməsinə səbəb olur, qara ciyərdə toplanmış dəmirin hemoqlobin sintezində istifadəsini stimullaşdırır. Mis həmçinin ürəkdə, beyində, böyrəklərdə , əzələ və sümük toxumalarında toplanır, sümük beyninin qan əmələgətirmə funksiyasını stimullaşdırır, xolisterinin miqdarına nəzarət edir. Misin kiçik dozaları karbohidratlar (qanda şəkərin azalmasına), mineral maddələr (qanda fosforun miqdarı azalır) mübadiləsinə təsir edir. Əlavə olaraq o, sümükləri möhkəmləndirir, qanın qırmızı və ağ hüceyrələrinin əmələ gəlməsini gücləndirir, immun funksiyasını təmin edir, kiçik uşaqların böyüməsinə kömək edir və revmatoit artritinin müalicəsi üçün başlıca vasitədir.

Mis çatışmazlığı qandaşıyıcı damarların destruksiyasının, sümük sisteminin xəstələnməsinə, şiş xəstəliklərinin yaranmasına gətirib çıxarır, heyvanlarda dəmirin sovrulması və istifadəsi azalır ki, bu da ishal və halsızlıq ilə müşayət olur ki, bu da anemiyaya səbəb olur.

Mis ilə zəhərlənmə anemiyaya, qaraciyərin xəstələnməsinə, vilson xəstəliyinə səbəb olur. Misin sorulması və çıxarılmasının incə mexanizmi sayəsində insanda zəhərlənmə nadir hallarda baş verir. Lakin, artıq miqdarlarda mis qusmaya səbəb olur, ümumi zəhərlənmə baş verə bilir (ishal, nəfəs almanın və ürək fəaliyyətinin zəifləməsi, boğulma, komatoz vəziyyəti). Misin zəhərlilik dozası 250mq-dan çoxdur.

Təsdiq edirəm: Kafedra müdiri İ. N.Şirinzadə “11” sentyabr 2014-cü IL

Tədris yükü: mühazirə 45 saat, laboratoriya 15 saat.

Saat: mühazirə – çərşənbə 16 00 -17 35 , (alt həftə) ; cümə axşamı – 16 00 -17 35 , Lab. çərşənbə 16 00 -17 35 (üst)

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Hüseynova Leyla Heydər qızı, t.e.n., dosent

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

E-mail ünvanı: leylahuseynova2013@gmail.com

İş telefonu: 012 539 10 34

3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008

2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri. Bakı. 2013

4. Fənnin təsviri və məqsədi:

Materialşunaslıq fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.

İnşaat konstruksiyalarının – dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir ki, bu da gələcəyin memarları üçün müxtəlif təyinatlı binaların layihələndirilməsində əsas köməkçisi ola bilər.

5. Fənnin təqvim planı: 5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr Mövzunun adı və qısa icmalı Saat Tarix
I Mövzu № 1. Giriş. İnşaat materialları və məmulatlarının inkişaf tarixi haqqında məlumat. Inşaat materiallarının quruluşu və təsnifatı. 2 18.09.14
I Mövzu № 2. İnşaat materiallarının əsas xassələri. Materialların fiziki xassələri: Sıxlıq və onun növləri; məsaməlilik; nəmlik; suhopma; şaxtayadavamlılıq; sukeçirmə və sukeçirməzlik; istilikkeçirmə və istilik tutumu; odadayanıqlıq və odadavamlılıq. 2 24.09.14
II Mövzu № 3. Materialların mexaniki xassələri: deformativ xassələr; möhkəmlik və onun növləri; bərklik; sürtülmə və sürtülüb-yeyilmə. Materialların kimyəvi xassələri. 2 25.09.14
III Mövzu № 4. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri. Süxur əmələgətirən minerallar: kvars qrupu; alümosilikatlar qrupu; dəmir-maqnezial silikatları qrupu; karbonatlar və sulfatlar qrupu. Püskürülmüş süxurlar və onların növləri. 2 08.10.14
III Mövzu№ 5. Çöküntü süxurları və onların növləri. Metamorfik süxurlar. Azərbbaycan Respublikasının təbii daşları. Təbii daş materialların çıxarılması və emal edilməsi. Təbii daş materialların növləri və tətbiq sahələri. Aşınmadan qorunma. 2 09.10.14
IV Mövzu № 6. Keramik material və məmulatlar üçün xammal. Keramik material və məmulatların istehsalı və onların əsas xassələri. Keramik divar material və məmulatları. Üzlük və xüsusi təyinatlı keramik məmulatlar. 2 16.10.14
V Mövzu№ 7. Mineral ərintilərdən hazırlanan materiallar və məmulatlar: şüşə və onun istehsalı; şüşənin əsas xassələri; Şüşə materiallar və məmulatlar; Sitallar və posa sitalları. 2 22.10.14
V Mövzu № 8. Havada bərkiyən yapışdırıcı maddələr: gips və anhidrit yapışdırıcı maddələr; magnezial yapışdırıcı maddələr; maye şüşə və turşuyadavamlı sement; hava əhəngi. 2 23.10.14
VI Mövzu № 9. Hidravlik əhəng. Portlandsement: klinkerin kimyəvi və mineral tərkibi; portlandsementin istehsalı və əsas xassələri; portlandsementin bərkiməsi və korroziyası; portlandsementin xüsusi növləri. 2 30.10.14
VII Mövzu № 10. Aktiv mineral əlavələr. Putsolanlı və posalı sementlər. Alüminat sementi. Genişlənən və gərginləşən sementlər. 2 05.11.14
VII Mövzu № 11. Betonların təsnifatı. Adi beton və onda işlədilən materiallar. Beton qarışığı və betonun xassələri. 2 06.11.14
VIII Mövzu № 12. Beton tərkibinin layihələndirilməsi. Beton qarışığının hazırlanması, daşınması, qəlibə qoyulması, sıxlaşdırılması və ona qulluq edilməsi. Qış zamanı betonun işlədilməsi. Ağır betonun xüsusi növləri. 2 13.11.14
IX Mövzu № 13. Yüngül betonlar: məsaməli dolduruculu yüngül betonlar; iriboşluqlu beton; Çoxməsaməli betonlar. 2 19.11.14
IX Mövzu № 14. İnşaat məhlulları haqqında məlumat. Onlarda işlədilən materiallar. İnşaat məhlullarının xassələri. Daş hörgüsü üçün məhlullar. Bəzək məhlulları. Xüsusi təyinatlı məhlullar. Məhlulların hazırlanması. 2 20.11.14
X Mövzu № 15. Dəmir-beton haqqında əsas anlayış. Dəmir-beton məmulatlarının təsnifatı və onların nomenklaturası. Dəmir-beton məmulatlarının istehsalı və onların hazırlanması. 2 27.11.14
XI Mövzu№ 16. Monolit dəmir-beton konstruksiyaları. Monolit dəmir-beton konstruksiyalarında istifadə olunan beton qarışığının beton zavodlarında və avtobeton qarışdırıcılarda hazırlanması, tikinti meydançasına daşınması, qəlibə yerləşdirilməsi və sıxlaşdırılması. 2 03.12.14
XI Mövzu № 17. Mineral yapışdırıcı maddələrdən hazırlanan süni daş materialları və məmulatları: əhəngdən hazırlanan material və məmulatlar; gipsdən hazırlanan məmulatlar; maqnezial yapışdırıcı maddələrdən hazırlanan material və məmulatlar; asbest-sement məmulatları. 2 04.12.14
XII Mövzu № 18. İnşaatda işlədilən əsas ağac cinsləri. Ağacın makro və mikrquruluşları. Oduncağın əsas fiziki və mexaniki xassələri. Oduncağın qüsurları.Ağac materialların növləri. Ağac materialların qurudulması. Onların çürümədən və yanmadan qorunması. Həşəratlardan mühafizə. 2 04.12.14
XIII Mövzu № 19. İstilik-izolyasiya materiallarının təsnifatı və quruluşu. Onların əsas xassələri. Üzvi və qeyri-üzvi istilik-izolyasiya materialları. Akustik materiallar və məmulatlar. Səs izolyasiya materialları. 2 11.12.14
XIII Mövzu № 20. Üzvi yapışdırıcı maddələrin təsnifatı və tərkibi. Təbii, neft və şist bitumları. Bitumların əsas xassələri. Qatranlar. 2 17.12.14
XIV Mövzu № 21. Asfalt-betonun təsnifatı. Onda işlədilən materiallar. Asflt-betonun quruluşu əsas xassələri. Damüstü və hidroizolyasiya materialları. Emulsiyalar və pastalar. 2 18.12.14
XV Mövzu № 22. Polimer materiallar və məmulatlar haqqında məlumat. Polimerlər. Doldurucular və əlavələr. Plastik kütlələrin əsas xassələri. Polimer inşaat materialları. 2 25.12.14
XV Mövzu № 23. Boya-lak materialları haqqında məlumat. Yapışdırıcı maddələr. Həlledicilır və durulaşdırıcılar. Piqmentlər və doldurucular. Boya tərkibləri. 2 31.12.14

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr Mövzunun adı və qısa icmalı Saat Tarix
I Mövzu № 1 – Təbii daş materiallarının sınanılması

Daşın orta və həqiqi sıxlığının təyin edilməsi. Məsaməliyin hesablanması. Kütləyə və həcmə görə suhopmanın təyin edilməsi. Şaxtayadavamlılığın nəzəri surətdə təyin edilməsi. Istilikkeçirmə əmsalının təxmini hesablanması. Təbii daş materiallarının sıxılmada möhkəmlik həddinın təyini.. Sürtülmə, sürtülüb yeyilmə və onların təyin edilməsi

Kərpicin xarici görünüşünün nəzərdən keçirilməsi və kərpicin xətti ölçülərinin, çatlarının və küncündəki qopuqların təyin edilməsi. Kərpicin səthlərinin və tillərinin əyriliyi.

Kərpicin orta sıxlığının və suhopmasının hesablanması. Şaxtayadavamlılığın nəzəri surətdə təyini.

Kərpicin sıxılmada və əyilmədə möhkəmlik həddinin təyini. Kərpicin sınanılmasndan alınan nəticələrin, standartın tələbləri ilə müqayisə edilməsi.

Əhəngdəki aktiv maddələrin (CaO+MgO) miqdarının təyini. Əhəngin sönmə müddətinin təyini. Əhəngdəki sönməmiş dənələrin miqdarının təyin edilməsi. Sınaq nəticələrinin mövcud standartın tələbləri ilə müqayisə edilməsi.

Mövzu№ 4. Portlandsementin sınanılması

Sement tökülmüş halda orta sıxlığının və həqiqi sıxlığının təyin edilməsi. Sementin narınlığının təyini. Sement xəmirinin normal qatılığının təyini. Sement xəmirinin tutma müddətinin təyini,. Sementin həcminin müntəzəm surətdə dəyişməsinın təyini. Sementin möhkəmliyinin təyini. Sementin möhkəmlik sinfi və markaları.

Qumun tökmə orta sıxlığının təyini. Qumun həqiqi orta sıxlığının təyini. Qumun dənəli tərkibinin təyini. Qumun irilik modulunun hesablanması. Qumun nəmliyinin təyini. Qumdakı zərərli qatışıqların – toz, lil və gil hissəciklərinin miqdaqrının yuyub –təmizləmə üsulu ilə təyin edilməsi.Qumun üzvi qatışıqlarla çirklənmə dərəcəsinin təyini.

Çınqılın tökmə orta sıxlığının və həqiqi sıxlığının təyini. Çınqılın dənəli tərkibinin təyini. Yuyub – təmizləmə üsulu ilə çınqılda toz, lil və gil hissəciklərin miqdarının təyini. Quru və su ilə doydurulmuş haldakı çınqılın xırdalanma gostəricisinin təyini. Çınqılın silindirdə sıxılmasına görə markaları .

Betonun layihələndirilməsinin əsas prinsipləri. Betonu təşkil edən ilkin materialların seçilməsi. İstifadə olunan materialların müvafiq standartın tələbləri əsasında yoxlanması və onların əsas göstəricilərinin müəyyən edilməsi.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə – 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 – 60 bal – “qənaətbəxş – E

61 – 70 bal – “kafi” – D

71 – 80 bal – “yaxşı – C

81 – 90 – “çox yaxşı – B

91 – 100 – “əla” – A

8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: ____________ (Hüseynova L.H.)
11” sentyabt 2014-cü il.

Kataloq: external -> ckfinder -> userfiles -> files

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.