Kateqoriya: Materiklər coğrafiyası
Afrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnib Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır.
Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır.
Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4-7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.
Materik – Wikipedia
Materik – Yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. [1] Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. [2] “Materik” anlayışına ekvivalent və ya yaxın olan söz kimi “qitə” termini də istifadə olunur. [3] [4]
Mündəricat
- 1 Materiklər
- 1.1 Avrasiya
- 1.2 Cənubi Amerika
- 1.3 Avstraliya
- 1.4 Afrika
Materiklər
Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. [5]
Avrasiya
Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejinyov burnu. Avrasiya 3 yarımkürədə yerləşir. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşir. O, bütün okeanlarla həmsərhəddir. girintili-çıxıntılıdır. Skandinaviya yarımadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır.
Cənubi Amerika
Cənubi Amerikanın sahəsi 18 mln km² olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib. Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Avstraliya
Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Afrika
Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km²-dir. Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu, Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Antarktida
Sahəsi 14 mln km² olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
Şimali Amerika
Şimali Amerika – Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad. Şimali Amerika materikinin sahəsi 24.247 milyon km. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya da burada yerləşir.
Materikin ilk kəşfi • “Amerikanın kəşfi” deyəndə məhz Şimali Amerikanın kəşfi nəzərdə tutulur. • Materikin kəşfini bir neçə mərhələyə ayırmaq olar. Arxeoloji tapıntılar əsasında müəyyən olunmuşdur ki, Amerikaya ilk öncə 30-40 min il bundan əvvəl asiyalılar gəlmişlər. • O zaman Berinq boğazı olmamışdır. İndiki Asiya ilə Şimali Amerika bitişik ərazi imiş və asiyalılar da oradan Alyaskaya köç edib məskunlaşmışlar. • Sonradan isə onlar cənub istiqamətində yayılmışlar.
Materikin avropalı kəşfi • Asiyalılardan xeyli sonra, təxminən VII – X əsrlərdə vikinq lər və qədim norman dənizçiləri Şimali Amerikanın sahillərinə yaxınlaşmışlar. Lakin vikinqlərin Nyufaundlend adasına üzmələri epizodik xarakter daşımışdır. Odur ki, bunu Amerikanın avropalılar tətəfindən fəthi kimi qiymətləndirmək olmaz. • Amerikanın sözün əsl mənasında fəthi yalnız Xristofor Kolumb 1492-ci ildə Amerika materikini kəşf etdikdən sonra mümkün olmuşdur.
Materikin yerli əhalisi • XV əsrdə Şimali Amerika əhalisinin sayı təqribi hesablamalara görə 12-16 mln. nəfər imiş. Bunlar yalnız yerli aborigenlər imiş və qəbilə şəklində yaşayırmışlar. Mayya, astek, ink, siu, aleut həmin qəbilələrin ən böyükləri və tanınanları imiş. • Şimali Amerikada Kanada, Amerika Birləşmiş Ştatları, Meksika və Mərkəzi Amerika bölgəsi dövlətləri yerləşir
İstinadlar
- ↑”Milli tarix ensiklopediyası”. 2011-01-14 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2012-07-28 .
- ↑ Мұнай және газ геологиясы терминдерінің орысша-қазақша түсіндірме сөздігі. Жалпы редакциясын басқарған Қазақстанға еңбегі сіңген мұнайшы — геологтар Т.Н. Жұмағалиев, Б.М. Қуандықов. 2000 жыл. — 328 бет.
- ↑КОНТИНЕНТArxivləşdirilib 2018-01-01 at the Wayback Machine // Большая российская энциклопедия. Электронная версия (2016); Дата обращения: 31.12.2017
- ↑ Континенты // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М. : Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
- ↑Materik // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: “Elm”. 2012. səh. 177. ISBN978-9952-453-14-0 .
Antarktida
Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
Antarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb.
Dənizləri — Ross, Bellinshauzen, Uedella, Amundsen. Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır.
Adaları — Aleksandr, Beredina, I Pyotr, Cənubi Georgiya, Cənubi Şotlandiya, Kerqelan.
Ucqar nöqtələri. Antarktidanın mərkəzində cənub qütbü yerləşdiyindən onun bütün sahilləri şimala doğru yönəlmiş olaçaq. Bu səbəbdən Antraktidanın ucqar cənub, şərq və qərb nöqtələri yoxdur. Yeganə ucqar şimal nöqtəsi-Antarktika yarmadasındadır.
Kəşfi. Antarktida ən gec kəşf edilmiş materikdir. Hələ qədim alimlər cənub qütbündə materikin olduğunu söyləmişdir. C.Kuk bu materiki tapmaq istəsə də buna nail ola bilmədi.
1820-ci il yanvarın 28-də Lazarev və Bellinshauzen bu materiki kəşf etdilər. 1909-çu ildə ingilis səyyahı Şeklton cənub maqnit qütbünü, 1911-çi ildə Amundsen, 1912-çi ildə isə Skott cənub qütbünü kəşf etdilər.
Antarktida hec bir dövlətə mənsub deyil. Beynəlxalq sazişə əsasən onun ərazisində hərbi xarakterli tədbirlərin görülməsi, silahların və nüvə partlayışlarının keçirilməsi qadağandır. Hazırda burada 16 dövlətin alimləri tədqiqat aparır.
Antarktidanın relyefiAntarktidanın əsas hissəsi Antarktida platforması üzərindədir. Materik səthinin 1/3-i okean səviyyəsindən aşağıda yerləşir. Buzlaqların altında dağ silsilələri aşkar edilib. Uedella dənizindən Ross dənizinədək Transantarktida dağları yerləşib.
Antarkida yarımadası və materikin qərb kənarı ilə uzanan dağlar C.Amerikadakı And dağlarının davamıdır. Burada Antarktidanın ən hündür zirvəsi Vinson (5140 m) və ən dərin cökəkliyi Meri-Berd (-2555 m) yerləşir. Antarktida qədim Qondvana materikinin bir hissəsidir. Burada fəaliyyətdə olan Erebus vulkanı, materikdə dağəmələgəlmə prosesinin getdiyini sübut edir.
Antarktida da neft, qaz, kömür, dəmir filizi, almaz, uran, qızıl və s yataqlar var.Antarktidanın Iqlimi
Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri –
a) çox yüksəkdə yerləşməsi,
b) qütb ətrafında yerləşməsi,
c) qalın buzla örtülməsi,
d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20C Vostok stansiyasında qeydə alınıb. Yayda Antarktida ekvatorial qurşağa nisbətən daha çox istilik alsa da, bunun 90%-i buz və qaz örtüyü tərəfində əks olunur. Nəticədə materik üzərində soyuq hava kütləsi yaranır. Antarktida ən az yağıntı olan materik olsa da, Günəş tərəfindən zəif qızması nəticəsində burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Materikin əsas hissəsi antarktik iqlim qurşağındadır. Burada ilboyu soyuq və quru antarktik hava kütləsi hakimdir. Materikin kənar hissəsi 3 okean suları ilə əhatə olunan subantraktik iqlim qurşağında yerləşir. Materik və okeana arasında kəskin təzyiq fərqi olduğundan Antarktidada dünyada ən güclü küləklər (84 m/san) yaranır. Materikin mərkəzindən kənarlara doğru temperatur və yağıntının miqdarı artır. Yağıntı əsasən qar halında düşür.Bitki və heyvanlar aləmi çox kasıbdır. Sahil boyunda mamır, şibyə, yosunlar bitir. Materikin əsas hissəsini antarkit səhra- təbii zonası tutur. Yayda buzlaqdan azad olan ərazi vahə adlanır. Vahələrdə yosunlar bitir.
Dünyanın ən iri heyvanı mavi balina, habelə kaşalot morjlar sahil ərazisində yaşayır. Antarktidanın daimi sakini pinqvindir.
Antarktidada 4 qütb- coğrafi, maqnit, küləklər və soyuqluq qütbləri yerləşir.Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.
Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Afrika
Afrika Avrasiyadan sonra dünyanın 2-ci böyük materiki olub, sahəsi 30,3 mln km2-dir.
Ucqar nöqtələri — 4 yarımkürədə yerləşir. Şimalda: Əl-Əbyad burnu (və ya Ras-Engela),cənubda Iynə burnu, qərbdə Almadi, şərqdə Ras-Xafin burnu,
Ekvator Afrikanı 2 bərabər hissəyə bölür. Afrikanın 2/3 hissəsi şimalda, 1/3 hissəsi isə cənubdadır. Sahil xətti zəif parçalanıb. Ən iri körfəzi Qvineya, ən iri adası Madaqaskar, ən iri yarımadası Somalidir. Sahilləri çox zəif parçalandığından yarımadaları çox azdır. Afrika qərbdən Atlantik, şərqdən Hind okeanları ilə əhatə olunub. Afrika Aralıq dənizi və Cəbəllütariq boğazı ilə Avropadan; Süveyş kanalı, Qırmızı dəniz və Bab-Əl-Məndəb boğazı ilə Asiyadan ayrılır. Afrika sözü qədimdə Afrikanın şimalında yaşamış bərbər tayfalarının birinin adından götürülüb.
Adaları –Madeyra, Kanar, Yaşıl burun, San-Tome (qərbdə), Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Amirant, Seyşel (şərqdə)
Cərəyanları — Kanar, Bengel, Somali (soyuq), Iynə, Mozambik, Qvineya, Anqola (isti)
Tədqiqi: XV əsrə kimi Afrikanın şimali və şərqi yaxşı öyrənilmişdir 1498-ci ildə ilk dəfə Vasko da Qama Afrikanın cənub hissəsində oldu. XIX əsrdə D.Livinqstan Afrikanın daxili rayonlarında olmuş, Zambezi çayındakı Viktoriya şəlaləsini tapmış, lakin Nil çayının mənbəyini tapa bilməmişdir. Sonralar Afrikada Stenli, Yunker və s. səyyahlar olub. XX əsrin əvvəli rus səyyahı N.Vavilov Afrikada 6000-ə qədər bitki növü tapıb və bərk buğdanın vətəninin Efiyopiya olduğunu sübut edib.
Afrikanın relyefiAfrika qədim Qondavana materikinin bir parçasıdır. O qədim platforma üzərində yerləşdiyindən (xüsusilə Şm. Afrikada) düzənliklər əsas yer tutur, uca dağlar isə yoxdur. Qədimdə olan dağlar aşınaraq yaylalara çevrilib. Böyük səhradakı Əhəqqar və Tibesti yaylaları Afrikanın ən böyük «şahid» dağlarıdır. Materikin orta hündürlüyü 750 m, ən hündür zirvəsi-Şərqi Afrika yaylasındakı Kilimancaro dağı (5895 m), ən alçaq yeri Assal gölüdür (-154 m). Yüksəkliyinə görə Afrika 2 hissəyə bölünür:
1) Yüksəkliyi 1000 m-dən alçaq olan Şimal və Qərb hissə
2) Yüksəkliyi 1000 m-dən çox olan Şərqi və Cənubi Afrika.
Materikin şərqində Efiopiya dağlıq yaylası, ondan cənubda Konqo çökəkliyi və Şərqi Afrika dağlıq yaylaları yerləşir.
Qurudan ən böyük qırılma zonası (çat) Şərqi Afrikada yerləşir. Bu çat Efiopiya dağlıq yaylasından Zambezi çayına qədər Qırmızı dənizin sahili boyu uzanır. Burada Afrika litosfer tavasının aralanması prosesi getdiyindən tez-tez zəlzələ və vulkanlar baş verir.
Afrikanın Şimal-şərqində Atlas dağları yerləşib. Alp qırışlarına aid olan bu dağlar Afrika və Avrasiya litosfer tavalarının toqquşduğu zonadadır. Ən hündür zirvəsi Tubkal (4165 m) dağıdır.
Şimali və Qərbi Afrika uzun müddət enməyə məruz qaldığından bura vaxtı ilə dəniz olmuşdur. Ərazi əsasən kontinental və çökmə süxurlardan ibarətdir. Böyük səhranın mərkəzində kristallik və vulkanik süxurlardan ibarət nəhəng dağ massivləri (Əhəqqar və Tibesti) var.
Afrikanın cənub-şərqində Əjdaha, cənubunda yastı zirvəli alçaq Kap dağları yerləşir.
Vulkanları. Kilmancaro, Kamerun, Meru və s.
Faydalı qazıntıları. Afrikada maqmatik süxurlar üstünlük təşkil etdiyindən filiz faydalı qazıntıları ilə zəngindir. Afrikanın mərkəzində “Mis” qurşağı yerləşir. Cənubi və Şərqi Afrikada qədim kristallik süxurlar səthə yaxın olduğundan faydalı qazıntılar dayazda yerləşib. Şm.Afrikada çökmə süxurlar üstünlük təşkil etdiyindən bura neft, qaz və fosforit yataqları ilə zəngindir. Neft həmçinin Qvineya körfəzi sahilində çıxarılır. Ən iri almaz yataqları Cənubi Afrikada, Şm. Qvineya və Katanqadadır.
Afrika hidroenerji, günəş və külək enerjisi ehtiyatları ilə yaxşı təmin olunsa da, bunlardan hələ ki çox zəif istifadə edilir.
Afrikanın iqlimiAfrikanın əsas hissəsi 2 tropik arasında yerləşdiyindən bu qitə dünyanın ən isti materiki sayılır. Çünki, günəş həmin ərazilərdə ildə 2 dəfə zenitdə olur. Afrikanın çox hissəsində yay və qış fəsli bir-birindən əsasən yağıntıların miqdarına görə fərqlənir. Yalnız yüksək dağ zirvələrində temperatur aşağı olur. Ekvator Afrikanı tən yarı böldüyündən burada 1 ekvatorial, 2 subekvatorial, 2 tropik və 2 subtropik iqlim qurşağı var.
1. Ekvatorial qurşaq — Qvineya körfəzindən Viktoriya gölünə qədər olan əraziləri əhatə edir. Ilboyu alçaq atmosfer təzyiqi, ekvatorial hava kütlələri hakimdir. Hava qalxan hərəkətli, isti və bol rütubətli olur. Burada daima yay fəslidir. Keçilməz meşələr, ifrat nəmləmə şəraiti bu ərazidə kənd təsərrüfatının zəif inkişafına səbəb olmuşdur.
2-3 Subekvatorial qurşaq. Ekvatordan şimala və cənuba 15-200 enliklərə qədər davam edir. 2 fəsil rütubətli yay və qış fəsli mövcuddur. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava rütubətli və isti, qışda tropik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Bu qurşaq daxilində yerləşən mütləq hündürlüyü yüksək olan Efiopiya yaylasında havanın temperaturu Somali yarımadısına nisbətən aşağı olur.
4-5 Tropik qurşaqlar — hər 2 yarımkürənin tropik en dairələrinə uyğun gəlir. Tropik hava kütləsi, yüksək atmosfer təzyiqi hakimdir. Hava enən hərəkətlidir. Şimali Afrikada Avrasiya üzərindən əsən quru passat küləkləri havanı quraqlaşdırdığından burada dünyanın ən isti və ən quru sahəsi olan Böyük Səhra yerləşir. Buludsuzluq nəticəsində bura gündüzlər bərk qızır, gecələr tez soyuyur.
Cənubi Afrikada tropik iqlim qurşağı az sahəni tutur. Hind okeanından rütubətli passat küləkləri əsdiyindən buranın havası daha rütubətlidir. Atlantik okeanı sahilində soyuq Bengel cərəyanı sahildə Namib və Kalaxari səhrasını yaradır.
6-7 Subtropik qurşaq. Afrikanın ucqar şimal və cənub hissəsini əhatələyir. Yayda tropik hava kütlələri hakim olduğundan hava quru, isti, qışda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və yağıntılı olur.
Afrikanın çaylarıYağıntı çox olduğundan Afrikanın ən sıx çay şəbəkəsi ekvatorial və subekvatorial iqlim qurşaqlarındadır. Səhralarda çaylar çox azdır. Onlar əsasən güclü yağışdan sonra yaranır. Afrika çaylarının hamısı yağış suları ilə qidalanır. Çünki bütün çaylar mənbəyini ekvatorial və subekvatorial qurşaq daxilindən götürürlər. Çayların üzərində astana və şəlalələr olduğundan gəmiçilik üçün yararsız olsa da bu çayların böyük hidroenerji ehtiyatları var. Astana və şəlalələrin mövcudluğu Afrikanın geoloji quruluşu və relyefi ilə əlaqədardır. Afrika çayları 3 hövzəyə aiddirlər:
1. Atlantik okeanına -Nil, Konqo, Niger, Seneqal, Narıncı.
2. Hind okeanına-Zambezi. Limpopo.
3. Daxili axarsız hövzəyə: Şiri, Şari.
Dünyanın və Afrikanın ən uzun çayı olan Nil (6671 km) mənbəyini Şərqi Afrika yaylasından axan Kaqera çayından götürülür. Onun mənbəyini Stenli kəşf edib. Viktoriya gölündən keçdikdən sonra o, Ağ Nil adlanır. Xartum şəhəri yaxınlığında ən böyük qolu olan Mavi Nillə qovuşaraq Nil adı ilə Aralıq dənizinə tökülür. O, burada böyük delta yaradır. Nilin yuxarı axarı ekvatorial və subekvatorial iqlim qurşaqlarında yerləşdiyindən bol yağış suları ilə qidalanır. Bu səbəbdən Böyük Səhradan keçsə də heç vaxt qurumur. Nilin yuxarı axarında çoxlu şəlalə və astanalar var. Aşağı axında Asuan və Nasir su anbarları tikildiyindən Nilin axını tənzimlənir və bu daşqınların qarşısını alır.
Afrikanın ən bol sulu və uzunluğuna görə 2-ci çayı Konqo (Zair) çayıdır. (4320 km). Hövzəsinin sahəsinə və bol sululuğuna görə o dünyada Amazondan geri qalır. Hövzəsi ekvatora yaxın yerləşdiyindən o, ilboyu bolsuludur və 2 yerdən ekvatoru kəsir. Konqo üzərində Stenli, Livinqston və s şəlalələri var. Bu çay delta yaratmır və Atlantik okeanına tökülür.
Uzunluğuna və hövzəsinin sahəsinə görə Afrikanın 3-ü böyük çayı Nigerdir (4160 km).
Zambezi Afrikanın Hind okeanına tökülən ən böyük çayıdır. Dünyanın nə nəhəng şəlalələrindən olan və Livinqston tərəfindən kəşf edilən Viktoriya şəlaləsi bu çayın üzərindədir.
Afrikanın gölləriAfrika göllərinin çoxu Şərqi Afrika yaylasındadır. Məsələn Tanqanika, Nyasa, Rudolf, Kivu, Albert, Eduard və s. Onlar tektonik çat zonasında yerləşdiyindən uzunsov və dərindirlər. Bu göllər dağlarla əhatələnib Dünyanın ən uzun şirin gölü olan Tanqanika Afrikanın ən dərin gölü olub qraben üzərində yerləşir. O, dünyada dərinliyinə görə ancaq Baykaldan geri qalır.
Afrikanın ən böyük gölü olan Viktoriya dünyada 2-ci böyük şirin göldür. O, platformanın əyilmə zonasında yerləşdiyindən dayazdır.
Böyük Səhranın cənubunda yerləşən Çad gölü dayazdır. (4-7 m) və yağıntı ilə qidalanır. Relikt mənşəlidir. Onun sahəsi yağıntı olduqda 2 dəfə artır.Afrikada təbii zonalar:
1. Ekvatorial meşələr — ekvatorial iqlim qurşağında yayılıb. Konqo çayı hövzəsini və Qvineya körfəzi sahilini əhatə edir. Ilboyu hava isti və rütubətlidir. Dəmir və alüminium çox olduğundan torpaqları qırmızı-sarı ferrollitdir. Bitki örtüyü zəngindir. (Liana, yağ palması və s). Meşə bir neçə yarusdan (mərtəbədən) ibarətdir. Heyvanları (qorilla, cırtdan begemot və s) əsasən ağaclarda yaşayır.
2. Savannalar — Afrikanın 40%-ni əhatə edir. Ilin 2 fəsli rütubətli yay və quraq qış fəsli mövcuddur. Savannalarda ot örtüyü ilə yanaşı ağac və kolluqlara da rast gəlinir. Torpaqları qırmızı, qırmızı-ferrollit və qırmızı-qonurdur. Dünyanın ən iri otyeyən heyvanları (fil, zürafə) burada yaşayır. Afrika savannaları subekvatorial və tropik iqlim qurşaqlarında yayılıb.
3. Səhralar -Afrikanın tropik iqlim qurşağında yayılıb. Yüksək təzyiq qurşağının hakim olması ilə əlaqədar olaraq Afrikanın şimalında Böyük Səhra (və ya Saxara) və Liviya səhraları yerləşib. Dünyanın ən böyük səhrası olan Böyük Səhrada temperatur amplitudasının böyük olması fiziki aşınmanın intensivliyinə səbəb olur. Onun əsas hissəsi daşlı, az hissəsi isə gilli və qumlu sahələrdən ibarətdir. Burada Afrikanın – Əhaqqar, Tibesti və Darfur kimi ən qədim şahid dağları yerləşir. Hava enən hərəkli olduğundan yağıntıların miqdarı 200 mm-dən azdır. Bitkiləri az və uzun köklüdür, yeraltı suların səthə yaxın, çökək ərazilərində –vahələr (oazis) yaranır. Vahələrdə xurma ağacı yetişdirilir.
Afrikanın cənubunda Namib və Kalaxari səhraları yerləşib. Okean sahilində soyuq Bengel cərəyənının təsiri nəticəsində yaranan Namib səhrası çox quraq ərazidir.
Ümumilikdə ərazinin böyüklüyü və qərbdən şərqə doğru geniş məsafədə uzanması nəticəsində Afrikanın Şimalında səhralar cənubuna nisbətən daha geniş sahə tutur.
Torpaqların düzgün istifadə olunması nəticəsində səhraların sahəsi artır. Savannaların səhraya çevrilməsinin qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik, meşə zolağı salınıb.
4. Afrikanın ucqar şimal və cənubunda subtropik enliklərə xas codyarpaqlı meşə və kolluqlar yayılıb.
Problemləri Ekvatorial meşələrin qırılması, səhralaşma, su çatışmamazlığı, quraqlıq.
Əhalisi 3 irqə mənsubdur. Şimali Afrikada avropoid irqinə mənsub ərəblər və bərbərlər, Böyük Səhradan cənubda neqroidlər yaşayır. Afrikanın səhralarında – efioplar, Cənubi Afrikanın səhralarında buşmenlər və hottentotlar, Madaqaskar adasında isə malaqasilər yaşayır. Afrikanın ən ucaboylu xalqı (180-120 sm) savannada yaşayan tutsin və ximilərdir. Ekvatorial meşələrdə isə ən qısa boylu (142 sm) xalq piqmeylər yaşayır.
Afrikada Nilin sahilinə əhali daha sıx, Böyük Səhrada isə ən az məskunlaşıb.
XX əsrin əvvəllərində Afrikada cəmi 2 müstəqil ölkə (Liberiya və Efiopiya) var idi. 1960- cı ildə 17 Afrika ölkəsi müstəqillik qazandığı üçün həmin il “Afrika ili” adlanır. Indi Afrikada 55-ə yaxın müstəqil ölkə var. Sonuncu müstəmləkə 1990-cı ildə CAR-dan müstəqillik alıb. Uzun müddət siyasi və iqtisadi asılılıq Afrika ölkələrinin iqtisadi inkişafını ləngidib. Afrika ölkələrinin çoxunda milli dil olmadığından dövlət dili- ingilis, ispan və s.-dir. Afrikanın yeganə IEÖ-si CAR-dır.Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Avstraliya
Avstraliya dünyanın ən kiçik materiki olub, sahəsi 7,6 mln2 km-dir.
Ucqar nöqtələri. Şimalda-York burnu, cənubda- Cənub-şərq burnu, qərbdə-Stip-Poynt burnu, şərqdə- Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır.
O, qərbdən Hind, şərqdən Sakit okeanı ilə əlaqələnib. ən iri körfəzi –Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Tasman adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib. Bu səbəbdən burada iri liman şəhərləri yoxdur.
Adaları — Tasman, Kenquru, Kinq, Melvil v s.
Cərəyanları: — şərqi Avstraliya, Cənubi Passat (isti), Qərb küləkləri cərəyanı (soyuq).
Kəşfi: 1606-c ildə Yanson, 1642-ci ildə A. Tasman və 1771-ci ildə C. Kuk Avstraliyanın müxtəlif hissələrini kəşf ediblər.
Relyef:-Qondvana materikinin bir hissəsi olan Avstraliya platforması digər materiklərdən çox uzaqda yerləşib. Avstraliyanın şərqində çox qədim, alçaq Böyük Suayrıcı dağ silsiləsi yerləşir. Bu dağların cənub hissəsi nisbətən hündürdür. Avstraliyanın ən hündür zirvəsi Kostyuşko (2228 m) burada yerləşir. Qərbə getdikcə bu dağlar alçalaraq çökmə süxurlarla örtülü Mərkəzi düzənliyə keçir. Bu düzənliyin Eyr gölü rayonu okean səviyyəsindən -16 m aşağıdadır. Bu ərazi Avstraliyanın ən alçaq nöqtəsi hesab edilir. Avstraliyanın qərbində hündürlüyü 300-500 m olan yayla yerləşir.Bu yaylanın ayrı-ayrı sahələrində 1000 m-dən hündür dağlar vardır.
Avstraliya yeganə materikdir ki, burada dağ buzlaqları və fəaliyyətdə olan vulkanlar yoxdur. Avstraliyada hündür dağların olmaması və buradakı dağların qar xəttindən aşağıda yerləşməsi nəticədə burada buzlaqlar yaranmır. Vulkanların olmamasına səbəb Avstraliyanın qədim platforma üzərində olmasıdır.
Faydalı qazıntıları: Avstraliyanın kristallik süxurlardan ibarət olması nəticədə bura filiz faydalı qazıntıları ilə zəngindir. Çökmə süxurlarda neft, qaz, kömür və s. yerləşib.Avstraliyanın iqlimi:
dünyanın ən quraq materikidir. Çünki cənub tropiki bu materiki tən ortadan kəsib keçir, deməli materikin çox hissəsində tropik hava kütləsi və yüksək atmosfer təzyiqi qurşağı üstündür. Burada enən hava axınları, passatlar (xüsusi ilə şərq sahilinə təsir edir) və yağıntısız, aydın, buludsuz hava hakimdir.
Avstraliyanın qərb hissəsinə müxtəlif hava kütlələri maneəsiz daxil olduğu halda Böyük Suayrıcı silsiləsi şərqdən gələn rütubətli okean hava axınlarının qarşısını kəsib, materikin daxilinə buraxmır. Nəticədə Avstraliyanın şərq sahillərinə yağıntı çox, mərkəzi və qərb hissələrinə isə az düşür. Avstraliyada aşağıdakı iqlim quraqları var:
1. Subekvatorial qurşaq Avstraliyanın şimalını əhatə edir. Burada yayda (dekabr-fevral) ekvatorial (isti, rütubətli); qışda (Iyun-avqust) tropik (isti, quru) hava kütlələri hakimdir.
2. Tropik qurşaq – materikin mərkəz hissələrini əhatə edir. Burada qurunun geniş sahə tutması kontinental havanın formalaşmasına səbəb olur. 2 tipi var; a) rütubətli tropik iqlim-materikin şərqini əhatə edir. Bura il boyu Sakit okeandan tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili və qərb hissəsi üçün səçiyyəvidir.
3. Subtropik qurşaq-materikin cənubunu əhatə edərək 3 iqlim tipi yaradır. Cənub-qərbdə- Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, Cənub-şərqdə-ilboyu bərabər rütubətli subtropik iqlim tipi yaranır.
5. Mülayim iqlim – Tasmaniya adasını əhatə edir. Yay quru, sərin; qış mülayim, rütubətlidir.
Çaylar. Avstraliya ən quraq materik olduğundan çay şəbəkəsi seyrəkdir. Materikin 60%-ı axarsız hövzəyə aiddir. Materikin mərkəzindəki səhra və yarımsəhralar üçün müvəqqəti quruyan caylar səciyyəvidir ki, onlara “kriklər” deyilir. Belə çaylarda su yalnız nadir halda yağan yağışlardan sonra qısa müddət olur. Ilboyu bolsulu çaylar Avstraliyanın yalnız çox yağıntı düşən şərq hissəsindədir. Avstraliya çayları yalnız yağış və yeraltı sularla qidalanır, çünki burada qar yağmır və buzlaqlar yoxdur. Avstraliyanın ən iri çay sistemi Murrey və onun qolu Darlinq sayılır. Murreyin uzunluğu 2570 km, Darlinqin uzunluğu isə 2740 km-dir. Darlinq quraqlıq vaxt quruyur. Murrey isə səviyyəsini kəskin azaltsa da qurumur.
Gölləri. Avstraliyanın gölləri əsasən axarsız və şorsuludur. Bu göllər əsasən yağış suları ilə qidalanır. Materikin ən iri gölü Eyr gölüdür. Bu göl dəniz səviyyəsindən -16 m aşağıda yerləşib. Gölün səviyyəsi çox dəyişkəndir. Yağış yağdıqda gölün sahəsi bir neçə dəfə artır. (Afrikadakı Çad gölü kimi). Bu gölün ətrafı materikin ən quraq və bəhrəsiz yeridir. Avstraliya yeraltı sularla zəngindir. Burada 7 minə qədər artezian quyusu var.Avstraliyanın təbii zonaları
Avstraliyada aşağıdakı təbii zonalar var: 1. Subekvatorial iqlim qurşağında yaranmış həmişəyaşıl meşələr, savannalar, seyrək meşələr. 2. Tropiklərin səhra və yarımsəhraları. 3. Subtropiklərin həmişəyaşıl cod yarpaqlı meşə və kolluqları.
Iqlimi quraq olduğuna görə Avstraliyanın bitki örtüyü çox kasıbdır. Bitki növlərinin 75%-i endemikdir, yəni onlara yalnız Avstraliyada rast gəlmək olar. Bu onu göstərir ki, Avstraliya başqa materiklərdən çoxdan ayrılmışdır. Endemik bitkilərdən – evkalipt, kazuarin, butulka ağacı, heyvanlarından-yexidna, ördəkburun, emu dəvəquşusu, koala, kenquru və digər kisəlilərdir.
Səhralar — Avstraliyanın mərkəz və qərbini tutan Viktoriya və Böyük Qumlu səhralarıdır. Onlardan qoyunçuluqda otlaq kimi geniş istifadə edilir. Səhralar bitki ilə xeyli zəngin olsa da (Avstraliyada səhradakı kolluqlar skreb adlandırırlar), Afrika səhralarından fərqli olaraq vahəsizdir. Çünki burada yeraltı sular duzlu və çox dərində yerləşirlər.Əhali -19 mln. nəfər olub, dünyanın ən az məskunlaşmış materikidir. əhalisi 2 hissədən:- yerli aborigenlərdən və gəlmələrdən ibarətdir. əhali əsasən Avstraliyanın təbii şəraiti əlverişli olan şərq, cənub-şərq və qismən də cənub-qərb ucqarlarında yaşayırlar. Daxili və şimali Avstraliya isə ən az məskunlaşmış regionlardır.
Bu materikdə yalnız 1 dövlət- Avstraliya Ittifaqı yerləşib. Geniş və hamar relyef, səhra və yarımsəhra landşaftlar, zəngin təbii ehtiyatlar Avstraliya təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas təbii amillərdir.
Problemləri-bəzi relikt və endemik heyvan və bitki növlərinin kökünün kəsilməsi, digər materiklərdən heyvan və bitkilərin gətirilməsi nəticədə ekoloji tarazlığın pozulması, susuzluq.
Okeaniya — Sakit okeanın mərkəzi və qərb hissələrindəki ada və arxipelaqlardır. Okeaniyanın ümumi sahəsi 1,3 mln. km2 olub, 7 min adadan ibarətdir. Okeaniya adalarının əksəriyyəti vulkanik və mərcan mənşəli olub, ekvatorial və tropik iqlim qurşaqlarında yerləşirlər. Böyük adalarından Yeni Qvineya, Yeni Zelandiya və s. isə materik mənşəlidir. Okeaniya adalarının materikdən çoxdan ayrılması özünü bitki və heyvanlar aləminin yoxsul olmasında göstərir. Fiziki coğrafi xüsusiyyətlərinə görə bu adalar aşağıdakı qruplara ayrılır:
1. Meloneziya (qara adalar deməkdir).
2. Mikroneziya (kiçik adalar deməkdir).
3. Polineziya (çoxlu adalar deməkdir).
4. Yeni Zelandiya — Okeaniyanın ikinci böyük adası olub, iki böyük adadan şimal və Cənub adalarından ibarətdir.
Yeni Qvineya Okeaniyanın ən böyük adası olub, böyüklüyünə görə dünyada yalnız Qrenlandiyadan geri qalır.Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Cənubi Amerika
Cənubi Amerikanın sahəsi 18 mln km2 olub dünyanın böyüklüyünə görə 4-cü materikidir. O, şimaldan Panama kanalı vasitəsi ilə Şm.Amerikadan, şərqdə Atlantik okeanı, qərbdə Sakit okean, cənubda Dreyk boğazı vastəsi ilə Antarktidadan ayrılır. Amerika bütövlükdə qərb, qismən şimal, qalan hissəsi isə cənub yarımkürəsində yerləşib.
Uçqar nöqtələri Şimalda Qalinas burnu, cənubda Frouord burnu, qərbdə Parinyas burnu, şərqdə Kabu-Branku burnudur. Ekvator Cənubi Amerikanın ucqar şimalından keçir.
Adaları sahilləri zəif parçalandığından Afrikada olduğu kimi xeyli azdır. Ən iri adaları Odlu Torpaq, Trinidad, Tobaqo, Folklend, Qalapaqos adaları, Çili arxipelaqı.
Cərəyanlar –Peru, Folklent, Qərb küləkləri (soyuq), Braziliya, Qvineya (isti).
Tədqiqi ilk dəfə 1498-çi ildə X.Kolumb, sonralar A.Vespuççi, burada olub. A.Humbolt — And dağlarında yüksəklik qurşağını müəyyən etmiş, ilk dəfə materikin geoloji xəritəsini tərtib etmiş və soyuq cərəyanların qərb sahil rayonlarının iqliminə təsir etdiyini müəyyənləşdirmişdir.Cənubi Amerikanın relyefi
Cənubi Amerikanın ən hündür zirvəsi Akankaqua dağı (6960 m), ən alçaq yeri Valdes yarmadasındadır (Salinas-cikas gölü -40 m).
Relyefinə görə Cənubi Amerika 2 hissəyə bölünür; Şərq və Qərb hissə
a) Şərq hissə platforma üzərindəki düzənliklərdən ibarətdir. Burada vulkan və zəlzələlər olmur. Platformanının qalxan hissəsində Braziliya və Qvineya yaylaları, platformanın çökən sahələrində Amazon, Orinoko, La-Plata ovalıqları yerləşib.
b) Qərb hissəsi 2 litosfer tavasının toqquşması nəticəsində yaranıb. Okean tipli tava materik tavasının altına girmiş, nəticədə And dağları (mənası mis deməkdir) yaranıb. Bu dağlar dünyanın ən uzun dağ sistemi olub Cənubi Amerikanın qərbində meridianal istiqamətdə uzanır. Alp qırışıqlığı nəticəsində yaranan bu dağlar cavan olduğundan burada tez-tez zəlzələ və vulkanlar olur.
Vulkanları Kotopaxi, San-Pedro, Ruis.
Faydalı qazıntıları. And dağlarında mis, qalay, dəmir filizi, qurğuşun, nikel və sink çıxarılır. Braziliya və Qviyana yaylalarında- dəmir filizi, qızıl, manqan, nikel, almaz; Amazon, Orinoko və La-Plata ovalığında neft, qaz yataqları mövcuddur. Çilidə təbii gübrə – çili şorası (selitra) hasil edilir.Iqlim Afrikanın iqliminə oxşayır. Cənubi Amerikanın iqliminə Atlantik okeanının təsiri çoxdur. Cənubi Amerika ən rütubətli materikdir. Yüksək rütubətli və çox quraq məntəqələr vardır. Amazon ovalığı dünyanın ən rütubətli yerlərindən biridir. Buraya 2500-3000 mm yağıntı düşür. Atakama səhrası dünyanın ən quru səhralarındandır. Bura ildə 2-3 mm yağıntı düşür.
Bu okeandan gələn rütubətli hava kütlələri maneəsiz olaraq materikin şərqindən daxilinə doğru irəliləyir. Passat küləkləri Cənubi Amerikanın şərq sahillərinin iqliminə güclü təsir göstərir. Cənubi Amerikanın qərbində And dağları yerləşdiyindən Sakit okeandan gələn hava kütlələri materikin daxilinə doğru hərəkət edə bilmir. Cənubi Amerikanın əsas hissəsi ekvatorial və subekvatorial iqlim qurşaqları daxilində yerləşdiyindən o, dünyanın ən rütubətli materiki sayılır. Cənubi Amerikada aşağıdakı iqlim qurşaqları var;
1. Ekvatorial qurşaq –Amazon ovalığının əsas hissəsini əhatə edir. Il boyu isti və rütubətlidir.
2. Subekvatorial qurşaq (2 dəfə) — materikin ekvatorial qurşağının şimalında və cənubunda qalan hissəsini əhatə edir. Burada yayda ekvatorial (isti, rütubətli); qışda tropik (isti, quru) hava kütlələri hakimdir.
3. Tropik qurşağın 2 yarım tipi var; a) rütubətli tropik iqlim — materikin şərqindəki Braziliya yaylasında hakimdir. Bura il boyu Atlantik okeanından tropik hava bol yağıntı gətirir. b) quru səhra tropik iqlim-materikin daxili hissəsi üçün səciyyəvidir. Buranın qışı quraq, yayı yağıntılıdır. Sakit okeanındakı soyuq Peru cərəyanının təsiri nəticəsində sahildə Atakama səhrası yaranır.
4. Subtropik iqlim-Braziliya yaylasının cənubunu, Parana və Uruqvay çayları sahilini əhatə edir. Yayı isti, qışı mülayim, rütubətli olur.
5. Mülayim iqlim –materikin cənub hissəsini əhatə edir. Qərb hissədə mülayim- dəniz, şərqdə mülayim-kontinental iqlim tipi səçiyyəvidir.
Çaylar. Cənubi Amerikada yağıntı bol olduğundan o, dünyanın ən bol sulu materikidir. Materikinin qərbindəki And dağları suayrıcı rolu oynadığından ən iri çayları — Amazon, Parana və Orinoko Atlantik okeanına tökülür.
Amazon –Cənubi Amerikanın ən uzun, dünyanın isə ən bol sulu, dərin və enli çayıdır. Sahəsi 7 mln km2, uzunluğu 6400 km-dir. Çayın orta eni 20 km, maksimum eni 80 km-dir. Çoxlu qolu olan və yağışla qidalanan Amazon çayı ilə 2 dəfə (may-iyun və noyabr) bol sulu, avqust-sentyabr ayında isə ən az sulu olur. Düzən ərazidən axdığından üzərində astana və şəlalələr yoxdur. Qabarma-çəkilmə hadisəsi və okean cərəyanlarının təsiri nəticəsində bu çayın mənsəbində delta yaranmır. Çayda delfin və timsahlar yaşayır.
Parana çayı-materikin 2-ci böyük çayıdır. Uzunluğu 4700 km-dir. Bu çayın qollarından biri üzərində dünyada məşhur olan Iquasu şəlaləsi yerləşmişdir.
Orinoko çayının uzunluğu 2574 km-dir. Onun qollarından biri üzərində dünyanın ən hündür şəlaləsi olan Anhel yerləşib.
Gölləri. –azdır. Ən böyük gölü Marakaybo materikin şimalında Karib dənizi sahilində yerləşib. Laqun (yəni dəniz) mənşəlidir. And dağlarında yerləşən Titikaka gölü dünyanın ən hündür dağ gölüdür.Cənubi Amerikada təbii zonalar
1) Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. Torpaqları qırmızı-sarı ferraritdir. Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s.
2) Savanna materikinin şimalındakı savannalar lyanos (ispanca düzənlik deməkdir) adlanır. Bu savannaların qırmızı-ferrarit torpaqları üzərində hündür otlarla yanaşı palma və akasiya ağacları bitir. Materikin cənubundakı savannalar kampos (portuqalca düzənlik deməkdir) adlanır. Torpaqları qırmızı-qonur, ağacları daha azdır. Cənubi Amerika savannaları Afrika savannalarından heyvanat aləminin kasıblığı ilə fərqlənir.
3) Çöl zonası-subtropik iqlim qurşağını əhatə edir. Pampa (meşəsiz düzənlik deməkdir) adlanır. Torpaqları qaradır. Yağıntıları boldur.
4) Yarımsəhralar — materikin cənubunda yağıntıların az olduğu mülayim iqlim qurşağında yayılıb. Bu ərazi Pataqoniya adlanır. Soyuq Peru cərəyanın təsiri ilə Sakit okean sahilində Atakama səhrası yaranır.
And dağlarında yüksəklik qurşaqlarının sayı və tərkibi bu dağların hansı enlikdə yerləşməsindən asılıdır. Ekvator yaxınlığında hündürlüyə doğru getdikcə aşağıdakı təbii zonalar yaranır; ekvatorial meşələr-dağ meşələri-yüksək dağ meşələri-dağ çəmənləri (paramos adlanır)-qar və buzlaqlıqlar.Subtropik qurşaqda yüksəklik qurşağı aşağıdakı kimi mövcuddur: yarımsəhra-cod yarpaqlı meşələr-fıstıq ağaclarından ibarət yarpağını tökülən meşələr-alp çəmənləri-buzlaqlar.
And dağlarında dünyanın ən iri və yırtıcı quşu olan kondor yaşayır.
Cənubi Amerika-kartof, pomidor, qarğıdalı, günəbaxan, bibər, vanil, kakao, ananas və balqabaq kimi bitkilərin vətənidir.
Problemi: Dünyanın «ağ ciyəri» adlanan ekvatorial meşələrin qırılması.
Cənubi Amerikanın əhalisi -300 mln nəfərdir. Amerikanın yerli əhalisi monqoloid iqrinə mənsub hindilərdən ibarətdir. Amerika kəşf olunduqdan sonra bura Avropadan avropoid irqinə mənsub əhali gəldi. Afrikadan isə neqroid irqinə mənsub zəncilər gətirildi. Sonralar bu 3 irqin nümayəndələrinin qaynayıb-qarışması nəticəsində aşağıdakı nəsillər yarandı.
1. Avropoid+hindu=metis
2. Avropoid+zənci=mulat
3. Zənci+hindu=sambo
Metislər materikin qərbində, mulat və sambolar şərqində yaşayır.
Cənubi Amerikanın əhalisi And dağlarının mərkəzi yaylalarında və materikin şərqində daha sıx, materikin qərbində və ekvatorial meşələrdə isə seyrəkdir. Cənubi Amerikanın yarıdan çoxunu 2 ölkə – Braziliya və Argentina tutur.Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Şimali Amerika
Şimali Amerika merikanın ümumi sahəsi 24,2 mln km2 olub, Şimal və Qərb yarımkürəsində yerləşib. O, qərbdən Sakit, Şərqdən Atlantik, Şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunub.O, cənubda Panama kanalı vasitəsi ilə Cənubi Amerikadan, şimal-qərbdən Berinq boğazı vasitəsi ilə Avrasiya materikindən ayrılır.
Uçqar nöqtələri. Şimalda-Mercison burnu, Cənubda-Maryato, qərbdə-Prins-Uels, şərqdə Sent-Çarlz burnu.
Sahil xəttləri Şimalda və şərqdə daha çox girintili-çıxıntılı olduğundan çoxlu ada və yarımadaları var.
Adaları. Şimalda-Kanada-Arktika arxipelaqı, Qrenlandiya, şərqdə-Nyufaundlend, şərqdə Bermud, Baham, Böyük və Kiçik Antil, qərbdə Aleut.
Yarmadalar. Kaliforniya, Alyaska, Labrador, Yukatan, Florida.
Cərəyanları. Qolfsrim, Antil, Alyaska, Passatlararası (isti), Kaliforniya, Labrador (soyuq)
Körfəzləri. Hudzon, Müqəddəs Lavrenti, Meksika, Fandi, Kaliforniya, Alyaska.
Dənizləri. Karib, Sarqass, Baffin, Bofort, Berinq.
Kəşfi X əsrdə ilk dəfə normand dənizçiləri (vikinqlər), 1492-çi ildə Kolumb, daha sonra isə A.Vespucci burada olmuşdur. Şm. Amerikanın tədqiqində Hudzon, A.Makkenzi və s. səyyahların da böyük rolu olmuşdur.
Şimali Amerikanın relyefi. Qədim Lavraziya materikinin bir parçasıdır. Materikin əsas hissəsi Şm.Amerika platforması üzərində olduğundan materikin 2/3-si düzənliklərdən ibarətdir. (əsas şərqdə). Bu düzənliklərin üzəri qədimdə buzlaşmaya məruz qalıb. Materikin şimalındakı düzənliklər Kanada kristallik qalxanının üzərindədəir. Materikin daxili hissələrində Mərkəzi və Böyük düzənliklər yerləşib. Materikin cənub-şərqində səthi çayların gətirdiyi çöküntülərlə örtülü Missisipi ovalığı, cənubunda isə Meksika körfəzinin və Atlantik okeanının sahilboyu ovalıqları yerləşib.
Materikin şərqində paleozoy yaşlı Appalaç dağları yerləşib. Bu dağlar qədim olduğundan hündür deyil.
Kordilyer dağları — materikin qərbində Sakit okean sahilində yerləşib. Bu dağlar Alp dağəmələgəlmə mərhələsində yarandığından hündürdür. Bu dağlar 2 litosfer tavasının Sakit okean və Şm. Amerika tavalarının toqquşduğu ərazidə yerləşib. Bu dağlar 3 hissədən ibarətdir:
1. Şərqi və ya Qayalı dağlar,
2. Qərb və ya Sakit okean qurşağı,
3. Daxili qurşaq (Böyük hövzə yaylası).Hər tərəfdən dağ silsilələri ilə əhatə olunduğundan bura rütubətli hava kütlələri daxil ola bilmir və nəticədə yarımsəhra landşaftı yaranır.
Şm.Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarının Alyaska silsiləsində yerləşən Mak-Kinli (6193 m) dağıdır. Kordliyer dağlarında tez-tez vulkan və zəlzələlər olur. Burada çoxlu qeyzerlər (Yellouston parkında), çayların açdığı dərin dar dərələr-kanyonlar var. Ən iri kanyon Kolorado çayındadır.
Şm.Amerikanın ən alçaq yeri Ölüm dərəsindədir. (-85 m)
Vulkanları. Orisaba, Taxumulko, Reynir.
Faydalı qazıntılar. Filiz yataqları materikin şimalındakı Kanada qalxanı və Kordilyer dağlarında; yanar faydalı qazıntılar Şm.Amerika platformasının çökmə süxurlarında yayılıb. Appalaç dağları kömür və dəmir filizi ilə zəngindir.
Şimali Amerikanın iqlimi. Materikin iqliminin platformasında coğrafi mövqeyinin, relyefinin, sahəsinin atmosfer sirkulyasiyasının, okean cərəyanlarının rolu böyükdür. Materikin şimalında və cənubunda dağlar olmadığından şimaldan arktik, cənubdan isə tropik kütlələri əraziyə maneəsiz olaraq daxil olur. Bu iki hava kütləsi materikin daxili hissələrində qarşılaşdıqda tornado adlı güclü küləklərin-qasırğaların yaranmasına səbəb olur. Materikin iqliminin formalaşmasına Şimal Buzlu okeanı və Atlantik okeanları böyük təsir göstərir. Çünki istər şimalda, istərsə də şərqdə hündür dağlar olmadığından bu okeanlar üzərində formalaşan hava kütlələri manesiz olaraq materikin içərisinə daxil olur. Bundan fərqli olaraq materikin qərbindəki Kordilyer dağları Sakit okeandan gələn hava kütlələrinin materikin daxili hissələrinə hərəkət etməsinə mane olur. Kordilyer dağları Sakit okeandan gələn rütubətli havanın qarşısını aldığından materikin qərb sahillərinə daha çox yağıntı düşür. Şm. Amerika ekvatorial iqlim qurşağından başqa bütün 6 iqlim qurşaqlarına malikdir:
1. Arktik qurşaq-qütb dairəsindən şimalda yerləşən və Şimal Buzlu okeanının təsiri altında olan əraziləri əhatə edir. Arktik hava kütlələri hakimdir. Ilboyu soyuq və az yağıntılıdır.
2. Subarktik qurşaq da yayda mülayim, qışda arktik hava kütlələri hakim olduğundan yay sərin, rütubətli; qış soyuq və quru olur.
3. Mülayim qurşaq Şm. Amerikada ən geniş ərazidə yayılıb. 40-600 şm enlikləri arasını əhatə edir. Mülayim hava kütlələri hakimdir. Relyefdəki fərqlər və okeandan uzaqlığı nəticəsində bu qurşaq daxildə 3 iqlim tipi- qərbdə-dəniz, daxili hissədə-kontinental, şərqdə isə mülayim-kontinental iqlim tipii yaranır.
4. Subtropik qurşaqda-okean cərəyanlarının, relyefin, hakim küləklərin təsiri altında 3 iqlim tipi yaranır. Qərbdə-Aralıq dənizi iqlim tipi, daxili hissədə kontinental, şərqdə-musson iqlim tipi yaranıb.
5. Tropik qurşağının 2 tipi var. 1) Kaliforniya yarımadasında (soyuq Kaliforniya cərəyanının təsiri nəticəsində) və Meksika dağlıq yaylasında tropik səhra iqlimi yaranır. 2) Materikin şərqində rütubətli tropik iqlim qurşağı yaranır. Bu iqlim tipinin yaranmasına səbəb isti okean cərəyanları və bu əraziyə okeandan rütubətli passat küləklərinin əsməsidir.
6. Subekvatorial qurşaq materikin ucqar cənubunu əhatə edir. Il boyu isti yay rütubətli, qış quraq olur.
Daxili sular. Çayları 3 hövzəyə aiddir.
I. Atlantik okeanının çayları-Missisipi, Missuri, Ohayo, Reo-Qrande, Müqəddəs Lavrenti və s. Missisipi materikin ən uzun və bol sulu çayıdır. Mənbəyini Yuxarı gölün qərbindəki göl və bataqlıqlardan götürür. Yağış və qar suları ilə qidalanır. Mənsəbində iri delta yaradır. Ən uzun qolları Missuri və Ohayo çaylarıdır.
II. Sakit okeanın çayları –daha qısa, sürətli və astanalıdır. Ən iri çayları Kolorado, Kolumbiya və Yukondur. Bu çaylar üzərində iri kanyonlar və SES-lər var.
III. Şimal buzlu okeanının çayları əsasən qar suları ilə qidalanır. Ilin çox hissəsi buzla örtülüdür. Ən iri çayı Makkenzidir.
Gölləri. Kaynozoyun IV dövründə buzlaşmanın olması və iqlim şəraiti nəticəsində materikin şimalında göl çoxdur. Bu göllərə –Böyük Ayı, Böyük Kölə, Atabaska, Vinnipeq və Böyük Göllər aiddir. Böyük Göllərə 5 göl; Yuxarı, Ontario, Huron, Eri və Miçiqan gölləri daxildir. Bu 5 göl müxtəlif yüksəklikdə pilləvari şəkildə yerləşmiş və Müqəddəs Lavrenti çayı vasitəsi ilə Atlantik okeanı ilə əlaqəlidir. Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi yerləşib (Kanada ilə ABŞ arasında yerləşir. Hündürlüyü 50 m, eni 1100 m-dir) Dünyanın ən iri şirin gölü olan Yuxarı göl bu göllərdən biridir.
Materikin daxilində göllər dayaz və duzludur. Məsələn Böyük Duzlu (və ya şor), Yuta və s.
Şimali Amerikada təbii zonalar. Materikin şimalında enlik, cənub və mərkəz hissəsində isə meridianal istiqamətdə dəyişir. Zonallığın bu çür pozulmasına səbəb relyef və Qolfstrim cərəyanının təsiridir. Materikin düzənlik hissəsində iqlim xüsusiyyətlərindən asılı olaraq aşağıdakı təbii zonalar yaranır:
1. Arktik səhralar zonası-Qrelandiya və Kanada-Arktika arxipelaqının şimal hissəsini tutur. Yay qısa, sərin, qış uzun və sərtdir. Bitkiləri mamır, şibyə, tipik heyvanı ağ ayıdır.
2. Tundra zonası — Subtropik iqlim qurşağında yerləşib. Bataqlıq tundra-qleyli torpaqlarında cırtdan tozağacı və söyüd ağacları bitir. Heyvanları müşk öküzü, karibu (şimal) maralı, ağ kəklik, şimal tülküsü və canavardır.
3. Meşə tundra zonası — iynəyarpaqlı ağaclardan ibarətdir
4. Meşə zonası – materikin 1/3 hissəsini əhatə edir.
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri ağ və qara şam, bizon otu, heyvanları skuns, ondatra, qunduz, yenot, bizon və s.
b) Qarışıq meşələr — Böyük Göllər və Şimali Appalaç dağlarını əhatə edir. Torpaqları cimli-podzal və boz meşə tipidir.
c) Enliyarpaq meşə zonası Mərkəzi düzənliyin şərqini və Appalaç dağlarının cənubunu əhatə edir. Torpaqları qonurdur.
d) Materikin cənub-şərqində Atlantik okeanı sahilində sarı və qırmız torpaqlar üzərində rütubətli həmşəyaşıl meşələr yayılıb.
Sakit okean sahili meşələrində hündürlüyü 100 m, diametri 9 m olan həmişəyaşıl sekvoyya (mamont) ağacı bitir.
5. Meşə-çöl zonası boz meşə və qara torpaqlar üzərində formalaşıb.
6. Çöl zonası –mülayim və subtropik iqlim qurşağının şabalıdı və qara torpaqları üzərində formalaşıb. Şm.Amerikanını çöl zonası preri adlanır və əkinçilikdə geniş istifadə olunur.
7. Yarımsəhra və səhralar –Kordilyer dağlarının daxilini, Kaliforniya yarmadası və Meksika yaylasını əhatə edir. Bu zonanın boz, qonur və acıq şabalıdı torpaqları üzərində kaktus, yovşan və tikanlı şoran bitkilər bitir.
8. Savanna və həmişəyaşıl rütubətli meşələr-materikin cənubunda qırmızı-qonur və sarı torpaqlar üzərində formalaşıb.
Əhalisi — 400 mln nəfərdir. Əhali buraya 25-40 min il əvvəl şimal-şərqi Asiyadan Berinq boğazı vasitəsilə gəlib. Onlar monqoloid irqinə mənsub idi. Şm.Amerikanın yerli əhalisi olan hindu, eskimos və aleutların əcdadı da onlardır. Aleutlar Alyaska yarımadası və Aleut adalarında, eskimoslar materikin şimalında və Qrelandiyada yaşayır. Amerika kəşf olunduqdan sonra bura Avropadan ingilis, ispan, fransız və s. Afrikadan zəncilər köçmüşdür.
Siyasi xəritəsi. Şm Amerikadakı bütün ölkələrin hamısının dünya okeanına çıxışı var. ABŞ və Kanada materikin IEÖ-ləridir.Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Avrasiya
Sahəsi 54 mln km2 olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3-ni əhatə edir.
Ucqar nöqtələri. Şimalda –Çelyuskin burnu, cənubda-Piay burnu, qərbdə-Roka burnu, şərqdə-Dejinyov burnu.
Avrasiya 4 yarımkürədə yerləşib. Avrasiya ekvatordan şimalda, bəzi adaları isə ekvatordan cənubda yerləşib. Materikin ucqar qərb və şərq hissəsi Qərb yarımkürəsində yerləşib. O, bütün okeanlarla həmsərhəddir. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.
Adalar-Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Sardiniya, Kipr, Krit, Şri-Lanka, Kuril, Yapon, Saxalin, Böyük Zond adaları.
Yarmadalar –Skandinaviya, Priney, Apennin, Balkan (Avropada) Kiçik Asiya, Ərəbistan, Hindistan, Hind-Çin, Koreya, Kamçatka, Çukot, Taymır (Asiyada)
Körfəzlər: Biskay, Fin, Botnik, Iran, Benqal, Ədən, Siam.
Dənizlər –Azov, Qara, Mərmərə, Egey, Aralıq, Adriatik, Şimal, Baltik (Atlantik okeanı), Barens, Norveç, Ağ, Kara, Laptevlər, Şərqi-Sibir, Çukot (Şm.Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi və Cənub-Şərqi Çin (Sakit okean), Ərəbistan, Andaman, Qırmızı (Hind okeanı).Avrasiyanın relyefi Avrasiya qədim Lavraziya materikinin 1 hissəsidir. Avrasiya-şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarının birləşməsindən yaranıb. Sonralar bura Qondvananın hissələri olan Ərəbistan və Hindistan tavaları birləşib. Məhz bu tavaların qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir. Nəticədə Atlantik okeanından Sakit okeana qədər ərazidə Alp-Himalay geosinklinal qurşağı yaranmışdır. Bu qurşağa Pireney, Appenin, Alp, Dinar, Balkan, Karpat, Krım, Qafqaz, Pond, Tavr, Elbrus, Kapetdağ, Pamir, Hindiquş, Karakorum, Himalay dağları daxildir. Bu dağlar cavan olduğundan burada tez-tez vulkanlar püskürür (Yalnız Aralıq dənizi sahillərində) və zəlzələlər baş verir. Ikinci dağlıq qurşaq materikin şərqində Avrasiya və Sakit okean tavalarının toqquşduğu sahədədir. Burada hündür dağlarla yanaşı, dərin okean çökəklikləri və adalar var. Kamçatka yarmadasından Böyük Zond adalarına qədər uzanan bu qurşaq Sakit okean dağlıq (odlu) qurşağı adı ilə tanınır. Bu qurşaqda da tez-tez zəlzələ və vulkanlar olur. Avrasiyanın ən uca vulkanı Klyuçeviskaya Sopka (4750m) bu qurşaqdadır. (Kamçatka yarımadasında)
Vulkanlar. Krakatau, Fudziyama, Hekla, Vezuvi, Etna Klyuçeviskaya Sopka və s.
Avrasiyadan bəzi dağlar qədim olduğundan hündür deyil. Bura Skandinaviya, Tyan-Şan, Altay, Ural dağları, Qazaxıstan xırda təpəliyi aiddir. Onların bəzisində məs. Tyan-Şan, Ural, Altayda yenidən qalxma prosesi gedir.
Düzənliklər. Avrasiyanın ən qədim sahəsi Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi platforma üzərində yerləşib. Ərəbistan və Dekan yaylaları da qədimdir. Sahil zolağında çoxlu ovalıq var. Hind-Qanq, Mesopotomiya, Qərbi Sibir, Orta Dünay, Kür-Araz və s.
Qədim materik birləşməsi Avrasiyanın relyefinə onun şimal hissəsini (Skandinaviya və Kola yarımadaları, Novaya Zemlya adası) tutmuş qədim buzlaşma böyük təsir göstərmişdir. Bu buzlaşma nəticəsində bir sıra dağlar hamarlanmış, daimi donuşluq sahələri yaranmış, buzlaq əridikdən sonra isə moren təpələri və çökəkliklər formalaşmışdır. Bu çökəkliklərdə buzlaq mənşəli göllər formalaşmışdır.
Avrasiyanın ən hündür zirvəsi Himalay dağlarındakı Comolunqma (Everst) dağıdır. Hündürlüyü 8848 m-dir. Ən alcaq yeri Ölü dənizin sahillərindədir (-395 m). Bu ərazi dünyada ən dərin quru çökəkliyi sayılır.
Faydalı qazıntıları: Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır. (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqlar var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir.Qərbi Sibir, Volqa-Ural, Iran körfəzi, Şimal dənizi neft və qazın əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Pecora, Kuznetsk, Kansk-Acinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa ( Yuxarı Sileziya), Almaniya (Rur), Çin, Hindistan v s.-dir.Avrasiyanın iqlimi
Avrasiyanın iqlimi başqa materiklərdə olduğundan çox müxtəlifdir. Buna səbəb ərazinin çox böyük olması, relyefin müxtəlifliyi və daxili hissənin okeanlardan çox uzaqlaşmasıdır. Şimal yarımkürəsinin ən soyuq yeri Oymyakon -710S buradadır. Ekvatordan qütbə doğru getdikçə temperatur aşağı düşür. Avrasiyanın iqliminin formalaşmasında Atlantik və Şimal Buzlu okeanlarının rolu böyükdür. Materikin şimalında və qərbində dağlar olmadığından bu okeanlardan gələn hava kütlələri maneəsiz olaraq materikin daxili hissələrinə qədər irəliləyir. Xüsusi ilə Avropanın iqliminin formalaşmasında qərbdən (Atlantik okeanından) gələn dəniz hava kütlələri mühüm rol oynayır. Şərqdən və cənubdan hündür dağların olması Hind və Sakit okeandan gələn hava kütlələrinin qarşısını alır. Okean və quru arasında kəskin təzyiq fərqinin yaranması nəticəsində Şərqi və Cənub-Şərqi Asiyada güclü tayfun küləkləri yaranır.
Avrasiya bütün iqlim qurşaqlarında yerləşib:
1. Arktik qurşaq-materikin ucqar şimalını və Şm.Buzlu okeanındakı adaları əhatə edir. Il boyu arktik hava kütləsi hakimdir. Təzyiq yüksək, hava enən hərəkətli, il boyu quru və soyuqdur. Bu qurşaqda arktik səhra təbii zonası formalaşıb.
2. Subarktik qurşaq — materikin şimalında nazik zolaq əmələ gətirir. Yay rütubətli, mülayim, qış quru və soyuq olur. Daimi donuşluq və ifrat nəmlənmə nəticəsində burada bataqlıqlar geniş sahə tutur. Bu qurşaqda tundra və meşə-tundra kimi təibii zonalar formalaşıb.
3. Mülayim qurşaq Avrasiyada mövcud olan ən geniş iqlim qurşağıdır. Qərbdən şərqə doğru 4 iqlim tipi yaranır. Buna səbəb Atlantik hava kütlələrinin materikin daxilində təsirinin zəifləməsi, kontinentallığın artmasıdır.
a) materikin qərb kənarında Avropada-mülayim-dəniz,
b) Şərqi Avropadan Ural dağlarına qədər mülayim-kontinental;
c) Materikin daxilində (Orta Sibir yaylası və Mərkəzi Asiyada) kontinental;
d) Sakit okean sahillərində musson iqlim tipləri yaranır.
Avrasiyanın mülayim iqlim qurşağında-iynəyarpaq, enliyarpaq, qarışıq və musson meşələri, çöl, meşə-çöl, yarımsəhra və səhralar kimi təbii zonalar formalaşıb.
4. Subtropik qurşaq daxilində 3 iqlim tipi var:
a) materikin qərbində (Xəzərə qədər) yayı isti və quru, qışı mülayim və rütubətli Aralıq dənizi iqlimi;
b) materikin daxilində kontinental;
c) Şərqdə musson iqlim tipi var. Bu qurşaqda cod yarpaqlı meşə və kolluqlar, yarımsəhra və səhralar, musson meşələri kimi təibii zonalar formalaşıb.
5. Tropik qurşaq – musson küləklərinin təsiri nəticəsində Avrasiyada tam zolaq əmələ gətirmir. Bu qurşaq yalnız Ərəbistan yarımadası və Iran yaylasının cənubunu əhatə edir. Hava il boyu isti və quru olduğundan səhralar geniş yayılıb.
6. Subekvatorial qurşaq — musson iqlim tipli olub, Hindistan və Hind-Çin yarımadalarını əhatə edir. Musson küləklərinin təsiri nəticəsində şimalda tropik yox, subtropik iqlim qurşağı ilə həmsərhəddir. Bu qurşaqda musson tipli meşələr və savannalar formalaşıb.
7. Ekvatorial qurşaq-rütubətli ekvatorial meşələrdə örtülü olan Indoneziya adalarını əhatə edir.
Asiyada bütün, Avropada isə arktik, subarktik, mülayim və subtropik iqlim qurşaqları var.Avrasiyanın çayları 5 hövzəyə aiddir.
I. Atlantik okeanın çayları-Sena, Dnepr, Dnestr, Don. Reyn, Rona, Po, Ebra, Dunay, Elba, Oder, Visla və s. Bunlardan ən uzunu və daha çox çirklənmişi Dunaydır.
II. Sakit okean hövzəsinin çayları –Amur, Xuanxe, Yansızı, Mekonq və s. Musson iqlim qurşağında yerləşdiyindən yağış suları ilə qidalanırlar. Əsasən yayda bol sulu olur. Ən uzun çayı Yansızdır.
III. Hind okeanın çayları-Dəclə, Fərat, Hind, Qanq, Braxmaputra. Yağış və buzlaqlarla qidalanır.
IV. Şimal Buzlu okeanın çayları — Peçora, Ob, Irtış, Yenisey, Lena və s. Daimi donuşluq və rütubətlik əmsalı vahiddən böyük olduğundan bu çaylar il boyu bol suludur. əsasən qar və yağışla qidalanır, qışda donurlar.
V. Daxili axarsız hövzənin çayları – əsasən 2 hövzəyə aiddir: a) Kür, Volqa, Terek, Ural, Emba, Samur-Xəzər tökülür və bu çayların hamısının mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. b) Amudərya və Sırdərya isə Aral dənizinə tökülürlər. əsasən hündür dağlardan başladıqlarından buzlaqla qidalanırlar.
Avrasiyanın ən uzun çayları- Amur, Xuanxe, Yansızı, Mekonq, Volqa (Avropanın ən uzun çayı): ən bol sulu çayları isə Qanq və Yansızıdır.
Avrasiyanın gölləri — əsasən Şimali Avropada (Skandinaviya, Finlandiya və Koreliyada) daha çoxdur. Buna səbəb qədim buzlaqların fəaliyyəti nəticəsində yaranan çökək relyef formalarnıın geniş yayılmasıdır. ən iri gölləri-Xəzər, Venerin, Balaton, Cenevrə, Boden, Ladoqa, Oneqa (Avropada); Aral, Sevan, Tuz, Van, Urmiyə, Baykal, Balxaş, Issık-kul (Asiyada).
Avrasiyanın təbii zonaları –Dünyada mövcud olan bütün təbii zonalar Avrasiyada rast gəlinir. Buna səbəb materikin çox böyük olmasıdır. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var:
1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
2-3. Tundra və meşə tundra zonası — Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
4. Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır:
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr — torpaqları çimli-podzoldur.
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir.
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
5-6. Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb.
12. Ekvatorial meşələr — əsasən Böyük Zond adalarını əhatə edir.
Əhali. Dünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır.
Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb.
Avrasiya 2 qitədən ibarətdir. Onun ərazisinin 4/5 hissəsi Asiya; 1/5 hissəsi isə Avropanın payına düşür. Avropa ilə Asiya arasında sərhəd şərtidir. Hazırda bu sərhəd Ural dağları, Ural (və ya Emba) cayı, Xəzərin şimalı, Kuma-Manıç çökəkliyi, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey və Aralıq dənizi vasitəsilə ayrılır.
Avropanın ucqar nöqtələri: şimalda — Nordkin burnu, cənubda — Marokko burnu, qərbdə – Roka burnu, şərqdə — Qütb Uralı.
Asiyanın ucqar nöqtələri: şimalda — Çelyuskin burnu, cənubda — Piay burnu, qərbdə – Baba burnu, şərqdə – Dejnyov burnu.Böyük coğrafi kəşflər dövrü (XV-XVII əsrlər)
Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin və ticarətin inkişafı, elmin və mədəniyyətin sürətli yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və əmtəə istehsalı genişlənirdi, istehsal edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar – qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər gətirilməsi tələb olunurdu. Bundan başqa, Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və səyyahların söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya, Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. Bu ekspedisiyaların göndərilməsi ilə Qərbi Avropa tacirləri Avropadan Hindistana və Şərqi Asiyaya gedən yeni ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin ortalarına qədər olan tarixi dövrü əhatə edir.
Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların inkişafına güclü təsir göstərmişdir. Məhz bu dialektik əlaqə baxımından Böyük coğrafi kəşflərin əsas məqamlarının tarixinə daha geniş yer verilmişdir.
Böyük coğrafi kəşflər həm bəşəriyyətin və həm də coğrafiyanın tarixində önəmli rol oynamışdır. Həqiqətən də «Böyük» adına layiq görülən bu kəşflər planetimizdə bəşəriyyətin bütün inkişaf tarixi boyu baş vermişdir. Heç bir dövrün coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dünyanın müqəddəratında belə fövqəladə əhəmiyyət kəsb etməmişdir. Bir neçə dənizçi və səyyahlar nəslinin ciddi cəhdlərilə oykumenin (məlum olan torpaqlar) sərhədləri genişləndirildi: dünya özünün yeni rənglərlə bərq vuran bütün müxtəlifliyi ilə göz önündə canlandı.Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə məhdudlaşırdı ki, bu da bütün qurunun cəmi 1/4 hissəsini əhatə edirdi. Bu dövrdə insanlar yaşayan bütün materiklərin konturları müəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri istisna edilməklə), dəniz səthinin geniş sahələri tədqiq edilir: hərçənd ki, Amerika, Afrika, Asiya və xüsusilə Avstraliyanın daxili rayonları hələlik öyrənilməmiş qalırdı. Məhz Böyük coğrafi kəşflər sayəsində Avropaya indi hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tütün gətirilmişdir.
Avropada gedən sosial proseslərə də bu kəşflərin təsiri xeyli güclü olmuşdur. Ticarət yolları təcili surətdə Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişirdi. Nəticədə bir ölkə sönürdü, digərləri isə tarixin ön sahəsinə çıxırdı. Kəşflər həmçinin vahid dünya bazarının yaradılmasına köməklik göstərdi. Müstəmləkələrin amansız istismarı gələcəkdə bir sıra ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının daha sürətlə yüksəlməsinə şərait yaratdı.
Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi. Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur.
Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin əvvəlində Vasko da Qamanın, X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya, etnoqrafiya və s.) üçün zəngin material verdi.
Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən orta əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı.Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə- Böyük coğrafi kəşflər və müstəmləkəçilik erasının başlanması
- Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)
- Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər)
- Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər)
- Teqlər:
- böyük coğrafi kəşflər
- , boyuk cografi kesfler
- , coğrafiya tarixi
Comments are closed, but trackbacks and pingbacks are open.