Press "Enter" to skip to content

KİTAB ADAM YEMİR

Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.

Mavi Melekler – Wikipedia

Blue Anqels (azərb. Mavi Mələklər ‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur.

Mündəricat

Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. [1]

Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında “Navy Flight Exhibition Team” adı altında yaradılmışdır. [2] Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. [3]

Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.

İstinadlar

  1. ↑”U.S. Navy F.A.Q.”2021-08-20 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-18 .
  2. ↑” ” Flight Teams, 1946 ” “. 2022-07-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-18 .
  3. ↑”Blue Angels ABOUT US”. 2022-07-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-18 .

KİTAB ADAM YEMİR

Çingiz Abdullayevin çox kitabın oxumuşdum, mənə onun əsərləri haqqında həmişə anam danışıb və maraqlı olub oxumuşam, hərçənd mən onun qədər oxuya bilmərəm heç, amma bacardığım qədər. Ən zövq aldığım əsəri isə “Mavi mələklər”di, bu onun ilk kitabıdı, mənim isə artıq Abdullayevin əksər kitabların oxuyandan sonra oxuduğum kitabdı. Anam həmişə mənə “sən mavi mələkləri oxumusan?” sualin verirdi, nəysə axır ki, ötən il qrup yoldaşımdan o kitabı tapdım və başladım oxumağa. Mükəmməl kitabdı. Əvvəli çox qarışıqdı, başa düşmək üçün əsərə ciddi yanaşmaq lazımdı, hətta dərs oxuduğumuz kimi. Bir neçə dəfə beynim yorulub, dayanmaq istəmişəm, amma nə yaxşı ki, dayanmamışam.

Əsərdə bir neçə xətt var, və əsas 4 qəhrəman, amma onları tanımaq belə çətin olur, amma sonradan qəhrəmanlara o qədər bağlanmışdım ki. Əsas da Luici, əsl adı Damiano Konti. onu lap əvvəldən sevmişdim. Əsər o qədər maraqlıydı ki, dərsdə, mühazirələrdə, hətta tənəffüsdə, avtobusda da oxuyurdum. Və mənə ən təsir edən sevimli Luicimin ölməyi oldu, həmin səhifələri oxuyanda o qədər aglamışdım ki, ondan sonra da əsər davam edirdi, amma mənim beynimdən onun ölümü silinmirdi, elə bil onu gülləliyəndə orda olmuşam, hətta indi yazanda belə o səhnə gözümün qabağında canlanır.

Bizim ən yaxşı tanıdığımız mükəmməl Dronqo, o bu əsərdə Qonsales adı ilə verilib. Dronqonu tanımaq üçün mütləq oxumaq lazımdı bu kitabı. Mənım “Mavi mələklər” haqqında təəssüratlarım yazmaqla bitməz, amma onu deyə bilərəm ki, dedektiv kitab oxuyan biri bunu mütləq oxumalıdı.

Çingiz Abdullayev “Mavi mələklər” PDF

BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik – Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqja o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…

“Mavi mələklər”i dilimizə unudulmaz tərjüməçi, mərhum Natiq Səfərov çevirib.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Çingiz Abdullayev “Mavi mələklər” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

cingiz-abdullayev-mavi-melekler.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.