Musiqi tarixi
Musiqi ilə atsronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) bürclərlə muğamların uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.
Mazel musiqi əsərlərinin qruluşu
Azərbaycan musiqi alətləri zənginliyi ilə seçilir. Azərbaycanda musiqi alətlərinin ən qədimi Qobustanda qaval çalan daş hesab olunur. Musiqi alətləri haqqında məlumatlar Azərbaycan klassiklərinin əsərlərində, xalq dastanlarında cəmləşmişdir. Orta əsrlərdə Azərbaycanda simli-mizrablı musiqi alətləri geniş yayılmışdır. Musiqi alətlərinə aid məlumatlara Kitabi-Dədə Qorqud dastanında rast gəlmək mümkündür. Dastanda qopuz, zurna, nağara kimi musiqi alətlərin adları çəkilmişdir. Tar, kamança, qopuz, tütək, balaban, zurna, qaval kimi musiqi alətləri qədimdə yaranmasına baxmayaraq hal-hazırda geniş istifadə olunur. Tar mizrabla çalınan musiqi alətidir. Tar milli musiqimizin ən ifədəli alətlərindəndir. Muğamların ifasında tar əhəmiyyətli rol oynayır.
Muğamlarımız ifası zamanı trioya daxil olan digər musiqi aləti kamançadır. İncə, melodik səsə malik olan kamançanın tarixi çox qədimdir.
Bir çox rayonlarda dəf adı ilə tanınan qaval ən qədim musiqi alətlərindəndir. Muğamların ifasında əhəmiyyətli rol oynayan qaval xanəndə tərəfindən ifa edilir.
Cingiltili səsə malik olan saz Azərbaycan aşıq sənətinin ayrılmaz hissəsidir. Sazın əsl ifaçıları aşıqlardır. Aşıqlar bu alətin müşayiəti ilə oxuyub oynayırlar.
Balaban və zurna nəfəsli musiqi alətləridir. Balaban həzin tembrə malikdir. Zurna isə öz güclü, zil səsi ilə fərqlənir. Ondan toy şənliklərində, yallı zamanı, güləş yarışlarında müşayiətçi alət kimi istifadə edirlər.
Nağara və qoşanağara aydın, güclü səsə malikdir. Bu alətlər iki çubuqla və ya əllə çalınır.
Qoşanağara
“Laçın” Azərbaycan xalq mahnısı
Musiqi tarixi
Azərbaycanın musiqisi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən – Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III – I minilliklər) qaya rəsmlərindən alınmışdır. “Kitabi-Dədə Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağayi (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
Azərbaycan musiqi tarixinin ilk mərhələsini aşıq-ozan sənəti təşkil edir. Öz yaradıcılığında müğənni sənətkarlığı ilə şair, bəstəkar yaradıcılığını birləşdirən aşıq-ozan sənəti janr və forma zənginliyi ilə musiqi janrının əsasında durur.
Növbəti mərhələni klassik musiqi-muğamlar təşkil edir. Keçmişin klassik musiqi sərvətlərinin – muğamların yaradıcıları və qoruyucuları olan sazəndələr, xanəndələr yüksək sənətkarlıq məһarəti ilə fərqlənirlər. Qədim köklərə malik olan klassik irs olan muğam musiqisinin yaradıcıları – xanəndələr və sazəndələrin sənəti bu gün də yaşayır və fəal inkişaf edir.
Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır.
Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar dəstəsinin adları bəllidir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttarxan, Hacı Hüsü də şöһrət qazanmış muğam oxuma məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, Tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdının, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin adları bizə məlumdur. Muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əһməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının adları da şöһrət qazanmışdır. Muğam sənətinin qanunauyğunluqları, ənənələri ta qədimdən bəri xüsusi məktəblərdə – məclislərdə, dərnəklərdə Xarrat Qulu (Şuşa), Maһmud ağa (Şamaxı), Məşədi Məlik Mənsurov (Bakı) və başqaları kimi məşһur muğam ustaları-müəllimlərinin rəһbərliyi altında öyrənilir və yayılırdı. Onlar Azərbaycan ifaçılıq məktəbinin təşəkkülündə mühüm rol oynamışlar.
Hələ əsrimizin əvvəlində bir çoxları elə düşünürdü ki, xalq çalğı alətlərində bərabər temperasiyanın olmamasına görə Azərbaycan musiqisini nota yazmaq mümkün deyil. Azərbaycan musiqi sənətinin inkişafında bu problem yalnız XX əsrin əvvəlində һəll edildi. Onun һəlli Azərbaycan musiqisinin dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşduğunu göstərirdi. 1908-ci il yanvarın 12 (25)-də Bakıda Ü.Hacıbəyovun «Leyli və Məcnun» operasının premyerası oldu. Tamaşa milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. Bu opera, eləcə də Üzeyir Hacıbəyovun inqilaba qədər yazdığı və muğam operaları adlanan bütün sonrakı operaları – «Şeyx Sənan», «Əsli və Kərəm», «Rüstəm və Söһrab», «Şaһ Abbas və Xurşud Banu», һəmçinin Zülfüqar Hacıbəyovun «Aşıq Qərib», Müslüm Maqomayevin «Şaһ İsmayıl» operaları kimi, Azərbaycan musiqi tarixinə daxil olmuş dərin, özunəməxsus milli yaradıcılıq nümunələridir. Bu operaların bir çox qiymətli cəһətləri sonrakı illərdə yazılmış əsərlərdə inkişaf etdirilmişdir.
Milli musiqi üslubu ilə ümumavropa professional yazı texnikasının sintezi Azərbaycan və onun musiqisinə dünya şöһrəti qazandırmış ilk əsər olan «Arşın mal alan»da xüsusilə fəal surətdə özünü göstərmişdir. 40-a qədər dilə çevrilmiş «Arşın mal alan» artıq 70 ildir ki, müxtəlif ölkələrdə səslənərək yaşından və musiqi һazırlığından asılı olmayaraq bütün dinləyiciləri məftun edir.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920-cı ildə yaranan, hazırda Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri(ADSO)), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (XÇAO) (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı Evi (1939), Azərbaycan Dövlət Milli Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun “Məhəbbət əfsanəsi” (1961), F.Əmirovun “Nəsimi haqqında dastan” (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), “Min bir gecə” (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri bütün dünyada geniş şöhrət qazanmışdır.
Azərbaycan bəstəkarları – Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Azər Rzayev, Rauf Hacıyev, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Rəhilə Həsənova və başqalarının əsərləri XX əsr dünya musiqi sənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatları olmuşlar.
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi “Sevil” və “Muğam” ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür.
Azərbaycan musiqi tarixində xanənədələrdən X.Şuşinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamança çalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
Müasir dövrdə Qarabağ mövzusu Azərbaycan musiqi tarixinin mühüm hissəsini təşkil edir. Bunların sırasında V.Adıgözəlovun “Qarabağ şikəstəsi” və “Qəm karvanı” (1999) oratoriyaları, T.Bakıxanovun “Qarabağ harayı” (2001) simfoniyası, A.Əlizadənin “Ana torpaq” (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin “Haqq səninlədir, Azərbaycan” (1992) kantatası, H.Xanməmmədovun “Əlimdə sazım ağlar” xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın “Vətən şəhidləri” (1990) kantatası, tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999) və b. xüsusi yer tutur. 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər” (1990) birpərdəli baleti (1990), H.Məmmədovun “Şeyx Sənan”, O.Zülfüqarovun “Əlibaba və 40 quldur” (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənmişdir. A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norveçdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşdur. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun (“Çanaqqala” oratoriyası), Kiprdə T.Bakıxanovun (“Quzey Kipr fəsilləri”, “Quzey Kipr süitası”) və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin (“Xütbə, Muğam, Surə”, “Babil qiyaməti” 2000), F.Əlizadənin (“İlğım”), R.Həsənovanın (“Səma”) əsərləri ifa edilmişdir. “İpək yolu” layihəsində F.Əlizadə (“Dərviş”), və C.Quliyevin (“Karvan”) iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin (“Zamana səyahət” simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına (“Qoy dünyada sülh olsun” oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada “Ekspo – 2000” Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin (ADKO), Dövlət Mahnı Teatrının (DMT), Dövlət Rəqs Ansamblının (DRA) və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş “Xan qızı Natəvan” (2003, dekabr) operasının premyerası olmuşdur. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2009-cu ildə Qəbələ şəhərində keçirilən I Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan musiqi tarixində özünəməxsus rol oynadı və bir növ ənənəyə çevrildi. 2010-cu ildə keçirilən II Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünya miqyasında böyük əks-səda doğurmuşdur.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra musiqi sahəsində beynəlxalq əlaqələr də genişlənmişdir. Bakıda xarici musiqiçilərin iştirakı ilə beynəlxalq musiqi festivalları təşkil edilir. Eyni zamanda dünyamiqyaslı musiqiçilər – Mstislav Rastropoviç, Bella Davidoviç, Dmitri Sitkovetski böyük həvəslə Bakıya gəlmiş, konsertlərlə çıxış etmiş, açıq dərslər vermişlər.
Son tədbirlərdən olan “İpək yolu – Birinci Simfonik və Kamera musiqisi festivalı” (2010) böyük əks-səda doğurmuşdur.
Mazel musiqi əsərlərinin qruluşu
I yazı- Muğamlar, xəstəliklər, sirlər
İnsan anadan olduğu andan etibarən həyatının hər mərhələsində musiqi ilə iç-içə olmuş, əsrlər boyu musiqini həm mənəvi, həm də maddi məqsədlərdən dolayı istifadə edib. Sevinc, kədər, qəhrəmanlıq, qorxu, cəsarət, ümid, ümidsizlik və başqa duyğularını musiqi vasitəsilə ifadə edib, onlara yeni anlam verib. Günümüzdə aktual olan məsələlərdən biri də musiqi ilə müalicədir. Bu müalicə üsulu insanı ruhi və fiziki cəhətdən üzləşdiyi problemlərdən xilas etməyə, ehtiyacı olan rahatlığa çatdırmağa qadirdir. Musiqi ilə müalicə şəfa üsullarının ən qədim növünə aid edilir. Antik dövrdə insanlar musiqinin İlahi məfhum olmasına inanır və onu İlahi lütf hesab edirdilər. Qədim Misir, Şumer, Çin, Yunanıstan və Hindistanda musiqinin cənnətdən gəldiyinə inanırdılar. İnsan oğlunun səsin təsirinə düşmə məqamında yaranan musiqi müalicəsi zaman-zaman bir sıra formalarda aparılmış və elm inkişaf etdikcə o da öz ali mərhələsinə qədəm qoymuşdur.
Platon musiqinin aliliyini və onunla müalicənin vacibliyini bu sözlərlə ifadə edir: “Bilin ki, filosoflar musiqini oyun və əyləncə üçün deyil, insana fayda vermək, mənəvi zövq bəxş etmək, psixoloji durumunu rahatlamaq, quru temperamentini “nəmləndirmək, fizioloji müvaziməti bərpa etmək, qan dövranını tənzimləməkdən ötrü istifadə edirlər. Bu deyilənləri inkar edənlər isə musiqini sadəcə olaraq meyxanələrdə, yol kənarlarında dinləyərək əsil sədanın ortaya qoyduğu elmi mahiyyəti, səbəb və nəticəni dərk etməyib ona oyun və əyləncə kimi baxanlardı.”
Böyük Şərq alimi İbn Sina da “musiqi dinləmək və səsləndirmək ən yaxşı müayinə üsuludur”, deməklə musiqi ilə müalicənin nə dərəcədə gərəkli olduğunu anlatmışdır.
Filosoflar musiqi, tibb, astronomiya üçlüyünün sintezində, onların yaratdığı vahid harmoniyada musiqi ilə müalicənin üsullarını çatdırırdılar. Sufi mütəsəvvifləri isə: musiqi mərifət sahibləri üçün ruhun qidası olduğu və insanın kamilləşməsi mövqeyindən islami zəmində özünə daha böyük dəyər qazanmışdır” deyərək , bu ilahi sənətin zirvəsini göstəriblər. Bu düşüncə çərçivəsində Mövləvilik başda olmaqla bir çox təsəvvüf cərəyanları musiqidən xüsusi təlim kimi istifadə edib, hətta dəyərli musiqi əsərlərinin yaranmasına səbəb olublar.
Osmanlı imperiyası dönəmində yetişən musiqi xadimləri və nəzəriyyəçiləri Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi türk musiqisi və muğamlarının insan temperamentləri, millətlər, rənglər, bürclər, təqvimlər və bəzi xəstəliklər üzərindəki təsirləri istiqamətində təsnif etmişdilər. Türk musiqi nəzəriyyələrinin əks olunduğu “ədvar “ kitablarında da musiqinin tiblə əlaqəsi və onun vasitəsilə müalicə üsullarından bəhs olunur. Məsələn, Sultan Süleymanın dövründə saray həkimi Musa Hamun ona həsr etdiyi diş xəstəliklərinin müalicəsi aid əsərində bu xəstəliklərin musiqi ilə müalicəsini, həmçinin, uşaqların axşamlar muisiqi ilə yatırılmasıını bunun da öz növbəsində onların əxlaqının formalaşmasında əsas ünsürlərdən biri olduğundan bəhs edib. Bundan başqa şair-həkim olan Həsən Şüuri “Tədilül Əmzicə” adlı əsərinin “Musiqi məqamı” fəslində səslə müalicə mövzusunu çox gözəl işləmişdir.
İslam mədəniyyət tarixində musiqi ilə müalicə olunan şəfa ocaqlarının sayı çox olub. Onlardan bir neçəsi ilə tanış olaq: Nurəddin Zəngi xəstaxanası (Şam 1154), Amasya bimarxanasi (1308), Gövhər Nəsibə Tibbi Mədrəsəsi,
Muğamların(təsnif, şöbə, rənglərin) insanla qarşılıqlı əlaqəsi
Muğamların bürc qarşılıqları:
Rast: Qoç, ünsür – atəş
İraq : buğa, ünsür- torpaq.
İsfahan : əkizlər, ünsür- hava
Zərəfkənd: xərçəng, ünsür- atəş
Rahab: tərəzi, ünsür- atəş
Hicaz : oxatan, torpaq
Üşşaq: balığ, ünsür – su.
Musiqi ilə atsronomiya elmləri arasındakı qarşılıqlı əlaqədən bəhs edən alimlər (daha doğrusu, orta əsr İslam-Şərq alimləri) bürclərlə muğamların uyğunluq məsələsinə də toxunublar. Onlar bəzi bürclərlə muğamların eyni təbiətə malik olmasını da vurğulayıblar.
Muğamların (şöbələrin, təsniflərin ) xəstəliklərlə əlaqələndirilməsi.
Rast: iflic xəstəliklərinin sağalmasına şərait yaradır
İraq : yüksək hərarətə, sətəlcəm və titrəmə
İsfahan: soyuqdəymə, halsızlıq, yaddaşın gücləndirilməsi.
Rahab: baş ağrıları, ürək çırpıntıları və qan azlığı (eləcə də digər qan xəstəlikləri) ;
Hüseyni (Mənsiriyyə): ürək və ciyərdə olan iltihabların, mədə problemləri;
Hicaz : bağırsaq xəstəlikləri, ağrı və sancıların müalicəsində işə yarayır.
Üşşaq: yuxusuzluq və ayaq ağrılarının müalicəsində xeyirlidir.
Muğamlar və simalar.
Qarayanız insanlar – isti təbiətin sakinləridir. Xasiyyətcə də istiqanlı və səmimi olurlar. Onlara uyğun musiqi növü isə İraq təsnifidir. Bu təsnifin ruhunda da yaxınlıq, doğmalıq, mehribanlıq hiss olunmaqdadır.
Qara buğdayı adamlar- təbiətinə rütubət və nəm amilləri uyğun gəlir. Bu da onların zəhmətsevərlik və məhsuldarlığına bir nişanədir. Bu tip insanlara şəfa verə biləcək muğam isə İsfahandır.
Sarışın insanlar- təbiət etibarilə soyuq iqlim zonalarının sakinləridir. Təbiət onların temperamentinə də hakim kəsilib və soyuq zonanın iqliminə xas olan ağırlıq, ciddilik onlarda da özünü biruzə verməkdədir. Bu tip insanların muğamı isə Rastdır.
Muğamlar və Millətlər.
Musiqişünaslardan bəziləri muğamları millətlərə uyğun olaraq da qruplaşdırmışlar. Onlar birmənalı şəkildə millətin rəğbət göstərdiyi meyarları nəzərə alaraq onlara uyğun muğamları da dəqiqləşdiriblər.
Ərəblərə daha çox Mənsuriyyə muğamı uyğun gəlir.
Farslara İraq uyğun gəlir
Türklər üçün Üşşaq daha mütanasibdir
Muğamlar və məsləklər
Rast- alim zümrəsi
Dövlət adamları – İsfahan
Muğamlar və zamanlar
Günortadan qabaq- Nəhavənd
Günorta vaxt iki namaz arasındakl məsafə- busə
Axşam- üşşaq, axçamdan sonra- müxalif şöbəsi,
Comments are closed, but trackbacks and pingbacks are open.