Press "Enter" to skip to content

Məcburi məlumatımı necə əldə edə bilərəm?

Qaçqının və məcburi köçkünün ixtisasını artırması və ya yeni peşə öyrənməsi ilə əlaqədar istehsalatdan ayrıldığı müddətdə orta əmək haqqı yeni ixtisas üzrə təzə iş yerində ödənilir. İstehsalatdan ayrılmadan ixtisasını dəyişməklə əlaqədar əmək haqqındakı fərqi bütün istehsal müddətində qaçqına və məcburi köçkünə əmək müqaviləsi bağlamış idarə, müəssisə və təşkilat ödəyir.

Vərəsəlik münasibətlərində məcburi payın əhəmiyyəti

İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların bu sahədə anlayışlarının kasad olması və bu sahədə maarifləndirmə işinin o qədər də effektiv aparılmaması vətəndaşlara ciddi problemlər yaradır. Praktikada vərəsəlik münasibətləri ilə bağlı olan ölümlə və ya sağlamlığa ağır zərərvurma ilə nəticələnən işlərin sayı heç də az deyil. Ən ağrılı məqam odur ki, bu cinayətin iştirakçıları yaxın qohumlar, ailə üzvləri olurlar.

Mövzu ilə bağlı Trend-in sorğusunu cavablandıran Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin rəhbəri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov hesab edir ki, vətəndaşlar arasında vərəsəlik münasibətləri ilə bağlı olan münaqişələrin, anlaşılmazlıqların yaranmasının əsas səbəblərindən biri də vətəndaşların vərəsəlik hüququ məsələsində məcburi pay anlayışından xəbərsiz olmalarıdır.

Onun sözlərinə görə, vərəsəlik ya vəsiyyətnamə üzrə, ya da qanun üzrə (şəxs vəsiyyətnamə qoymadıqda, ya o etibarsız hesab edildikdə, ya da vəsiyyətnamədə təyin edilən vərəsə vərəsəliyi qəbul etmədikdə) keçir:

“Çox zaman vətəndaşlar elə bilirlər ki, vəsiyyətnamədə mirasın kimə və ya kimlərə veriləcəyi göstərilibsə, mirasın tamamı yalnız göstərilən şəxslərə çatmalıdır. Mübahisələr də əsas buradan doğur. Bu fikir əslində kökündən yanlışdır. Çünki, vəsiyyətnamə tərtib edilsə də, vəsiyyətnamədə vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq, miras qoyanın yaxınları, yəni onun qanuni vərəsələri mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər. Buradan belə qənaətə gəlmək olar ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Belə ki, miras qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi ümumiyyətlə vərəsəlik hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericilikdə göstərilir ki, vərəsə məcburi pay almaq hüququndan vəsiyyətnamə ilə deyil, yalnız məhkəmə tərəfindən məhrum edilə bilər.”

Mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin siyahısına gəldikdə isə, vəkil qeyd edib ki, bu şəxslərin dairəsi, Azərbaycan Respublikasının sovet dövründə qüvvədə olan Mülki Məcəlləsindən fərqli olaraq hazırda qüvvədə olan Mülki Məcəllədə əhəmiyyətli dərəcədə genişləndirilib. Belə ki, köhnə qanunvericilikdə məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına, yalnız miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən, övladlığa götürülənlər), əmək qabiliyyətinə malik olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar malik idilər:

“Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə miras qoyanın bütün uşaqları, valideynləri və arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər. Lakin qeyd etmək lazımdır ki, bu barədə Mülki Məcəllənin müvafiq maddəsində çatışmazlıq vardır. Belə ki, elə Mülki Məcəllədə göstərilmişdir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir.”

Bağırovun sözlərinə görə, mirasda məcburi pay, qanun üzrə vərəsəlik zamanı məcburi pay alana çatası payın yarısını təşkil edir. Bu o deməkdir ki, əgər miras qoyanın heç bir vəsiyyətnaməsi olmadığı halda miras kimlərə hansı miqdarda çatacaqdısa, vəsiyyətnamə olduğu zaman həmin miqdarın yarısı onlara çatmalıdır.

Məcburi məlumatımı necə əldə edə bilərəm?

Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-09-1992, Nəşr nömrəsi: 18, Maddə nömrəsi: 820)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Qaçqınların və məcburi köçkünlərin statusu haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun beynəlxalq normalara uyğun olaraq Azərbaycan Respublikası ərazisində qaçqınların və məcburi köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 1. “Qaçqın” və “məcburi köçkün” anlayışları

Milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.

M a d d ə 2. Qaçqın və ya məcburi köçkün statusu verilməsi qaydası

Bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs qaçqın və ya məcburi köçkün statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir.

Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər.

Qaçqın statusu beş il müddətinə verilir.

Maddə 3. Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti

Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər qanunvericilik aktlarından başqa hal irəli gəlmirsə, qaçqınlar da Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar.

Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir:

üç aydan gec olmayaraq işlə və ya yaşayış yeri ilə təmin olunana qədər xüsusi ayrılmış yerlərdə haqqı ödənilmədən yaşamaq;

haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını daşımaq;

müvəqqəti yaşayış yerində qocaların, uşaqların, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin lazımi pulsuz dərman yardımı, güzəştlə gündəlik tələbat malları alması;

uşaqların məktəbəqədər tərbiyə, yeniyetmə və gənclərin müvafiq təhsil müəssisələrində təlim alması;

yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslarla ərzaq və sənaye malları almaq;

dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq;

müvafiq sənədlər olmadıqda belə, sonradan dəqiqləşdirmək şərtilə, minimum məbləğdə pensiya və müavinətlər almaq;

ilk növbədə tək pensiyaçıları və iş qabiliyyəti olmayan əlilləri xüsusi sosial təminat müəssisələrində yerləşdirmək;

bu Qanunla müəyyən edilmiş müddətdə “qaçqın” və ya “məcburi köçkün” statusu almaq;

beş il müddətinə mənzil kirayəsi, kommunal xidmətləri—qaz, su, istilik, elektrik enerjisi (istehsal-təsərrüfat fəaliyyəti ilə əlaqədar istifadə xərcləri istisna olmaqla) haqqını ödəməkdən azad bilmək;

qanunvericiliklə nəzərdə tutulmuş qaydada vergi güzəştlərindən istifadə etmək;

dəymiş maddi və digər ziyanların əvəzini almaqdan ötrü məsələ qaldırmaq;

üç ay müddətində müvafiq dövlət orqanları tərəfindən onlara təklif olunmuş (iş yeri nəzərə alınmaqla) daimi yaşayış yeri seçmək.

Maddə 4. Qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması

Qaçqınlar və məcburi köçkünlər sərbəst olaraq əmək məsələləri üzrə dövlət orqanları tərəfindən onlara təklif olunmuş iş yeri seçir və ya peşəsini dəyişir.

Fasiləsiz iş stajının bərpası qanunvericiliklə nəzərdə tutulmuş qaydada yeni iş yerində həyata keçirilir.

Qaçqının və məcburi köçkünün ixtisasını artırması və ya yeni peşə öyrənməsi ilə əlaqədar istehsalatdan ayrıldığı müddətdə orta əmək haqqı yeni ixtisas üzrə təzə iş yerində ödənilir. İstehsalatdan ayrılmadan ixtisasını dəyişməklə əlaqədar əmək haqqındakı fərqi bütün istehsal müddətində qaçqına və məcburi köçkünə əmək müqaviləsi bağlamış idarə, müəssisə və təşkilat ödəyir.

Maddə 5. Qaçqınların və məcburi köçkünlərin mənzillə təmin edilməsi

Qaçqının və ya məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada, respublika hökumətinin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməklə əlaqədar xərclər qaçqına və məcburi köçkünə müəyyən edilmiş qaydada və həcmdə ödənilir.

Qaçqının və ya məcburi köçkünün arzusuna müvafiq olaraq ona 10 il müddətində məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi verilir.

Qaçqın və ya məcburi köçkün xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notarial haqqı ödənmədən əməliyyatlar aparılır.

M a d d ə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar

Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “qaçqın” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir:

—qaçqın statusu aldıqdan sonra beş ili keçənə;

—vətəndaşı olduğu ölkənin müdafiəsindən könüllü surətdə yenidən istifadə edənə;

—vətəndaşlıqdan məhrum olduqdan sonra onu könüllü surətdə” yenidən əldə edənə;

—yeni vətəndaşlıq əldə edərək özünün vətəndaşı olduğu yeni ölkənin müdafiəsindən istifadə edənə;

—tərk etmiş olduğu və ya təqib təhlükəsi nəticəsində hüdudlarından kənarda olduğu ölkədə könüllü surətdə yenidən məskən salana;

—qaçqın kimi təsdiq edilməsi üçün əsas olmuş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin müdafiəsindən daha imtina edə bilməyənə (bu Qanunun 1-ci maddəsində verilmiş “qaçqın” anlayışına uyğun gələn şəxslər vətəndaşı olduqları ölkənin müdafiəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsas gətirərlərsə, onda bu bəndin müddəaları onlara şamil edilmir);

—müəyyən vətəndaşlığı olmasa da, qaçqın kimi təsdiq edilməsi üçün əsas olmuş hallar artıq mövcud olmadığına görə əvvəllər adətən yaşadığı ölkəyə qayıda bilənə (bu Qanunun 1-ci maddəsində verilmiş “qaçqın” anlayışına uyğun gələn şəxslər əvvəllər adətən yaşadıqları ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsas gətirərlərsə, onda bu bəndin müddəaları onlara şamil edilmir).

Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir:

—əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana;

—bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana;

—başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə;

—könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa “ölkəyə gedənə.

Maddə 7. Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları

Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsi (bundan sonra Dövlət Komitəsi) və onun yerli orqanlarıdır.

Dövlət Komitəsi və onun yerli orqanları qaçqınların və məcburi köçkünlərin bu Qanunla nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsini təmin edirlər.

Respublika Dövlət Komitəsi və onun yerli orqanları qüvvədə olan Əsasnaməyə uyğun fəaliyyət göstərirlər.

M a d d ə 8. Dövlət Komitəsinin və onun yerli orqanlarının icra hakimiyyəti orqanları ilə

qarşılıqlı əlaqəsi

Dövlət Komitəsi və onun yerli orqanları icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınlara və ya məcburi köçkünlərə lazımi kömək göstərirlər. Bu orqanlar qaçqınların və məcburi köçkünlərin qəbul olunmasını, müvəqqəti və ya daimi yerləşdirilməsini, onlara tibbi və sosial xidmət göstərilməsini, onların işə düzəlməsini, Mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılmasını, habelə digər yardımları həyata keçirirlər.

1-ci maddədə göstərilmiş əsaslara görə daimi yaşayış yerlərini tərk etmiş şəxslər kütləvi surətdə gözlənilmədən gəldikdə yerli icra hakimiyyəti orqanları Dövlət Komitəsi və onun yerli orqanları ilə qarşılıqlı əlaqə şəraitində bu şəxslərin daşınmasını, müvəqqəti yerləşdirilməsini, onlara tibbi xidməti və digər zəruri yardım göstərilməsini təşkil edirlər.

Qaçqınlara və məcburi köçkünlərə kömək göstərilməsi və onların yerbəyer edilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən Dövlət Komitəsi ilə razılaşdırılmış xərcləri Dövlət Komitəsi hesabına ödənilir.

Yerli icra hakimiyyəti orqanları qaçqınların və məcburi köçgünlərin yeni daimi yaşayış yerində yerbəyer olması ilə əlaqədar əlavə yardımlar edə bilər.

Maddə 9. Dövlət Komitəsinin və onun yerli orqanlarının xərclərinin

kompensasiyası

Dövlət Komitəsinin və onun yerli orqanlarının xərcləri bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının büdcəsindən, habelə qaçqınların gəldiyi dövlətlər ilə bağlanan müqavilələrə müvafiq surətdə həmin dövlətlərin büdcələrindən alınan vəsait, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və başqa mənbələr hesabına yaranan qaçqınlara və məcburi köçkünlərə yardım fondundan ödənilir.

Qaçqınlara və məcburi köçkünlərə yardım üçün xaricdən alınan əmlakdan gömrük vergisi və rüsumu tutulmur.

Maddə 10. Qaçqınlar və məcburi köçkünlər haqqında qanunu hərəkətlərdən şikayət

Qaçqınlar və məcburi köçkünlər öz hüquqlarının müdafiəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər.

Maddə 11. Qanunun pozulması üstündə məsuliyyət

Bu Qanunun pozulması üstündə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 12. Əlavə müddəalar

Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 29 sentyabr 1992-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.