Press "Enter" to skip to content

Məcid ismixanov

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ:

Məcid ismixanov

Təhsil idarəsi Sumqayıtdakı bağça ilə bağlı yayılan məlumatlara münasibət bildirdi

Bakıda zibildən silah çıxdı – FOTO

Tarix: 14-01-2015, 10:09 Oxunma sayı: 1 205 Bölmə: Cəmiyyət

Bakıda zibildən silah çıxdı – FOTO

Ərdoğan 2016-cı ilin üç ən yaxşı fotosunu seçdi

Tarix: 23-12-2016, 17:35 Oxunma sayı: 808 Bölmə: Dünya

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi bu dəfə dekabr ayında yola

Bu gün Azərbaycan derbisi keçiriləcək

Tarix: 2-12-2022, 10:35 Oxunma sayı: 225 Bölmə: İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.

“Su pərisi” dünyaya gəldi

Tarix: 29-07-2019, 16:04 Oxunma sayı: 613 Bölmə: Dünya

Hindistanın Uttar-Pradeş ştatının Lakximpur-Kxeri dairəsində sirenomeliya ilə uşaq doğulub.

Neftin bahalaşması davam edir

Tarix: 20-05-2020, 10:10 Oxunma sayı: 442 Bölmə: İqtisadiyyat

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin

Məcid ismixanov

Pedaqoqika üzrə fəlsəfə doktoru, professor

İş telefonu: +(994) 12 538-40-98

QISA BİOQRAFİK MƏLUMAT

M.A.İsmixanov 5 may 1940-cı ildə Quba (keçmiş Qonaqkənd) rayonunda anadan olmuşdur. 1958-1962-cı illlərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) pedaqoji fakültəsini adlı təqaüdlə və fərqlənmə diplomu ilə bitirmiş, institutda assistent-müəllim kimi saxlanılmışdır. 1962-1982-ci illərdə APİ-də İbtidai təhsil pedaqogikası kafedrasında baş müəllim, dosent vəzifələrində işləmiş, 1962-1964-cü illərdə hərbi xidmətdə olmuşdur.

1968-ci ildə “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildən dosent, 2003-cü ildən professor vəzifəsində çalışır.

1982-1987-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan məktəbi” jurnalının redaktoru vəzifəsində işləmişdir. 1987-ci ildə Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsində işləməyə başlamış, sonralar həmin kafedrada professor əvəzi vəzifəsində çalışmışdır.

Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan və başqa MDB respublikalarında keçirilmiş 20-dən artıq beynalxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, aktual pedaqoji mövzularda məruzə və tezislərlə çıxış etmişdir. Uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyası Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, müxtəlif səviyyəli Fəxri Fərmanlarla, təşəkkür və pul mükafatları ilə təltif edilmişdir. Respublika Jurnalistlər Birliyinin üzvüdür. 20 kitabın (o cümlədən 12 dərslik və dərs vəsaitinin), 10 tədris-metodik vəsaitin, 3 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1958-1962-cı illlərdə tələbə, Pedaqoji fakültə (APİ)

1968, pedaqoji e.n., “Azkomplektli məktəbdə dərsin xüsusiyyətləri və təkmilləşdirilməsi yolları”.

1969, dosent, 2003, professor.

1962-1982, baş müəllim, dosent, İbtidai təhsil pedaqoqikası kafedrası, APİ (hazırda ADPU)

1982-1987, redaktor, “Azərbaycan məktəbi” jurnalı, Təhsil Nazirliyinin orqanı.

1987- hal-hazıradək, dosent, professor, Pedaqoqika kafedrası, BDU.

Apardığı dərslər: “Pedaqoqika”, “Ali məktəb pedaqoqikası”

Pedaqoqika, Didaktika, Pedaqoqika tarixi.

BEYNALXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

Rusiya, Ukrayna, Belorusiya, Azərbaycan və başqa MDB respublikalarında (Moskva, Bakı, Kiyev, Xarkov, Minsk, Kazan, Voronej, Oryol, Vladimir, Həştərxan və b.) keçirilmiş 20 beynalxalq elmi konfrans və simpoziumlarda iştirak etmiş, actual pedaqoji mövzularda məruzə və tezislərlə çıxış etmişdir. Uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyası Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

20 kitab (o cümlədən 13 dərslik və dərs vəsaiti)

10 proqram (kafedranın tədris fənnləri üzrə),

300-dən artıq elmi iş, məqalə və tezislər

DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ:

1. Pedaqogika (Didaktika), B., BDU, 2003, 15 ç.v.

2. Məktəbin idarə edilməsi. B., ADPU, 2012, 15 ç.v.

3. Pedaqogikanın əsasları. B., BDU, 2013, 19 ç.v.

4. Pedaqoji etika. B., ADPU, 2013, 9,5 ç.v.

5. Sosial pedaqogika. B., ADPU, 2014, 19 ç.v.

6. Ümumi təhsil kurikulumunun əsasları. Dərslik, B. 2015, 14 ç.v.

7. Təhsilin əsasları. Dərslik. B., 2016, 13 ç.v.

8. Müəllimlik ixtisasına giriş, B., ADPU, 2016

9. Azərbaycan dili (Ümumtəhsil məktəblərinin I sinifləri üçün). Dərslik, B., XXI əsr nəşr, 2016, 9 ç.v.

10. Ali məktəb pedaqogikası. B., ADPU, 2019, 15 ç.v.

11. Azərbaycan dili. Müəllimlər üçün vəsait. B. XXI əsr. nəşr 2016, 9 ç.v.

12. Pedaqoji terminlərin izahlı lüğəti. B., ADPU, 2018, 10 ç.v.

13. Higher school pedagogy (textbook). B., ASPU, 2019, 211 p.

Pedaqogika kafedrasında tədris olunan 10 fənn üzrə (pedaqogika, ali məktəb pedaqogikası, sosial pedaqogika, pedaqoji etika, məktəbin idarə edilməsi, monitorinq və qiymətləndirmə, təhsilin əsasları və b.) Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramların müəllifidir.

KİTABLAR, TƏDRİS-METODİK VƏSAİTLƏR:

1. Dərsin səmərəli təşkili,1978

2. Dərsdə şagirdlərin müstəqil işinin təşkili. B. 1979

3. Məktəb, ailə və ictimaiyyət. B. Maarif. 1979

4. Gənclik və mənəvi tərbiyə.B.“Gənclik”,1980

5. İbtidai təlimdə şagirdlərin müstəqil iş bacarıqlarının aşılanması, B. “Maarif”,1982

6. Kiçik məktəblilərdə təhsil əməyi vərdişlərinin formalaşdırılması, B. 1986

7. Təlimdə şagirdlərin müstəqil işinə pedaqojı rəhbərlik,1990

8. Universitet tələbələrinin pedaqoji praktikası. B. 2009

9. İnsan xarakteri və münasibətləri. B. BDU, 2009

10. Ümumtəhsil məktəblərinin I sinifləri üçün müstəqil iş dəftəri. B., XXI əsr nəşr. 2016

11. Bakalavr pilləsində təcrübəçi tələbələrin tədris-tərbiyə işi. B., BDU, 2018

12. Pedaqogika kursu üzrə sxemlər. B., 2018

13. Magistrantların elmi-pedaqoji təcrübəsi. B., BDU, 2019

14. Ali məktəb pedaqogikası fənnindən sxemlər. B., 2019

ELMİ MƏQALƏLƏR (300-DƏN ARTIQ)

1. Təlimdə şagirdlərin müstəqil işinin fizioloji əsasları. “Azərbaycan məktəbi” j., №2, 2004

2. Pedaqoji nəzəriyyə və təcrübədə təhsilalanların təlim-idrak müstəqilliyi problemi. “Azərbaycan məktəbi” j., №5, 2004

3. Təlim prosesində şagirdlərin müstəqil işi biliklərin yoxlanması vasitəsi kimi. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” j., № 3, 2005

4. Təlimdə müstəqil işin mahiyyəti. “Azərbaycan məktəbi” j., №5, 2006

5. Elmi idrak və təlim idrakı. “Bakı Universiteti Xəbərləri”, № 2, 2007

6. Biliklərin mənimsənilməsi prosesində təhsilalanların müstəqil fəaliyyəti. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” j., № 4, 2007

7. Təlimdə müstəqil işin psixoloji mexanizmi və şərtləri. BDU, “Psixologiya” j., № 4, 2007

8. Təlimdə təhsilalanların müstəqil işlərinin tipləri. Odlar Yurdu Universitetinin “Elmi və pedaqoji xəbərləri”, № 3, 2008

9. Təhsilalanların təlimdə müstəqil fəaliyyətinin mövqeyi. “Bakı Universiteti Xəbərləri”, № 3, 2008

10. Təlimin daxili stimulları. Beyn. e/k., B., BDU, XI, 2009

11. Müəllimin ünsiyyət qabiliyyəti, Elmi əsərlər toplusu, B., BDU, 2010

12. Ali təhsildə inteqrasiya. Beyn. e/k. B., BDU, V, 2011

13. Məktəbdaxili idarəetmə və onun təşkili modelləri, VI Resp e/k mat. BDU, V.2014

14. Şagirdlərdə təlimə müsbət münasibətin formalaşdırılması yolları, “Dil və ədəbiyyat” beyn. jurn, № 1, 2015

15. Azərbaycan təhsil sistemində İKT-nin inkişafı və sistemli tətbiqi, “Tarix və onun problemləri”, № 3 2015

16. Pedaqoji prosesdə qarşılıqlı münasibətlərin humanistləşdirilməsi, VII Resp. e/pr. konfr. mat. BDU, V 2015

17. Təhsili idarəetmənin prinsipləri, VIII Resp e/konfr V 2016

18. Cəmiyyətin təhsil ehtiyacları və onun hüquqi təminatı, Resp e/konfr, B., BDU, V 2016

19. Praqmatizm fəlsəfi-pedaqoji cərəyanı, SEP-25, Resp. e/konf, BDU, XII.2016,

20. Müasir təhsil konsepsiyasının başlıca prinsipləri, IX Resp e/konfr, B., BDU, 2017

21. Müasir dərs: xüsusiyyətləri və texnologiyası, “Dil və ədəbiyyat” beyn. jurnalı. №4, 2017

22. Pedaqoji kateqoriya kimi təhsilin xüsusiyyətləri. IX resp e/k, B., BDU, 2017

23. Təhsilin keyfiyyətini yüksəltmək şərtləri, X resp e/k. B., BDU, 2018

24. Təhsildə fəlsəfi-pedaqoji cərəyanlar. X resp. e/k. B., BDU, 2018

25. Məktəbdə metodik işin təşkili. “Dil və ədəbiyyat” beyn. jurn., № 2, 2018

RESPUBLİKA TELEVİZİYA VƏ RADİOSU İLƏ VERİLİŞLƏR:

“Ailə tərbiyəsi” silsiləsindən 50 veriliş: “Ailə tərbiyəsinin şərtləri”, “Valideyn məsuliyyəti”, “Şəxsiyyət tərbiyəsi”, “Ailədə əmək tərbiyəsi”, “Uşağa pul vermək lazımdırmı?”, “Məktəblinin gün rejimi” və s.

ELMİ-PEDAQOJİ FƏALİYYƏTİN ƏSAS GÖSTƏRİCİLƏRİ

1. Kafedranın reytinq cədvəlində son 10 il ərzində I-III yerləri tutmuşdur

2. Dərs dediyi qruplarda tələbələrin imtahanlarda təlim müvəffəqiyyəti 95-100% təşkil etmiş; əksəriyyətinin topladığı ballar A, B, C kateqoriyalarına (81-100 ballıq) müvafiq olmuşdur.

3. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Təhsil Nazirliyi və Universitet rektorluğunun “Fəxri Fərmanları, təşəkkürləri və pul mükafatları” ilə təltif olunmuşdur

4. Tədris və elmi fəaliyyətindəki yüksək göstəricilərə görə hər il ayda 100 man həcmində maaşına pul vəsaiti əlavə edilmişdir.

Məcid ismixanov

Müasir təhsil konsepsiyalarının təlim prosesində şagirdlərin müstəqil fəaliyyətinin təşkilini, bunun üçün onlarda bacarıq və səriştələrin aşılanmasını və bu işə düzgün pedaqoji rəhbərliyi tələb etdiyini nəzərə alsaq, Məcid müəllimin tədqiqatlarının nə qədər mühüm əhəmiyyət kəsb etdiyi məlum olar.

1968-ci ildə o, dissertasiya işini müdafiə edib, pedaqoji elmlər namizədi elmi dərəcəsinə layiq görüldü. Bu, o dövr idi ki, həmin dövrdə bütün SSRİ miqyasında dərsin təkmilləşdirilməsi yolları araşdırılırdı. Gənc alim həmin dövrdə problemin həllinə öz töhfəsini verə bildi.

Şərəfli müəllim və alim ömrünün səhifələri

1982-ci ilə qədər Pedaqoji Universitetdə müəllim, baş müəllim, dosent vəzifələrində işləyən M.İsmixanov, 1987-ci ilə qədər “Azərbaycan məktəbi” jurnalında elmi redaktor vəzifəsində çalışdı. 1987-ci ildə o BDU-da işləməyə dəvət olundu. Bu, onun həyatının yeni mərhələsi idi. Məcid müəllim anadan müəllim kimi doğulmuşdu. Auditoriyada onun sanki “ikinci nəfəsi” açılır. Öyrətdikcə öyrətmək istəyir. Öyrətməkdən həzz alır. Səlis nitqi, analitik qabiliyyəti, hadisələri müqayisəli təhlil etməsi, dialoq və diskussiya ilə dərsi canlandırmaq bacarığı tələbələrin ona valehedici tərzdə qulaq asması ilə nəticələnir. Hələ olmayıb ki, Məcid müəllim auditoriyadan zəng vurulan anda çıxsın. Hər dəfə dərs bitəndən sonra tələbələrin ona suallar verdiyini və onun da aramla bu suallara cavab verməsini izləmək olar.

Adətən, müəllimlər dərsdən çıxanda yorğun görünürlər. Bu Məcid müəllimə xas deyil. O, auditoriyadan çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır.

Müəllimlikdən xüsusi zövq alan Məcid müəllim həm də məhsuldar alim ömrü yaşamışdır. Bu günə qədər onun 20 kitabı (o cümlədən 12 dərslik və dərs vəsaiti), 10 tədris-metodik vəsaiti, 5 monoqrafiyası, 300-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

Məcid müəllim 1988-ci ildə Təhsil Nazirliyinin ibtidai sinif dərsliklərinin müsabiqəsində iştirak etmiş, onun müəllifi olduğu “Əlifba”nın (“Oxu” ilə birlikdə) “Maarif” nəşriyyatında çapına qərar verilmişdir. 1994-cü ildən hal-hazıradək 25 il ərzində Ümumtəhsil məktəblərinin I sinifləri üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə dərsliyin daimi müəlliflərindən biridir.

Ali məktəbin pedaqoji yönümlü ixtisasları üzrə qriflə nəşr olunmuş 2 dərsliyin və 8 dərs vəsaitinin həmmüəllifidir. 1 dərs vəsaiti (Higher Scholl Pedagogy, 2019) ingilis dilində nəşr olunmuşdur.

Onun tədqiqatları ilə xüsusən MDB məkanında yaxşı tanışdırlar. Məcid müəllim 20 Beynəlxalq elmi konfrans və simpoziumlarda məruzə və tezislərlə çıxış etmişdir. Onun diqqətçəkən elmi yeniliklərinin nəticəsində Məcid müəllim uzun illər Rusiya Pedaqoji Elmlər Akademiyasının Elmi-Problem Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Respublika televiziyası və radiosu ilə “Ailə tərbiyəsi” üzrə silsilə verilişlər (50 veriliş) aparmışdır. Respublikada nəşr olunan müxtəlif jurnal və qəzetlərdə – “Azərbaycan məktəbi”, “Azərbaycan qadını”, “Bakı Universiteti Xəbərləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Elm və həyat”, “Bakı”, “Bakı fəhləsi” və b. aktual pedaqoji mövzularda məqalələrlə çıxış etmişdir.

Uzun müddət Təhsil Nazirliyinin pedaqogika və psixologiya üzrə Vahid Elmi-Metodik Şurasının elmi katibi, “Azərbaycan məktəbi” jurnalı redaksiya şurasının üzvü və ictimai əsaslarla elmi redaktoru, Respublika Jurnalistlər Birliyinin üzvü kimi fəaliyyət göstərmişdir.

Onun elmi-pedaqoji fəaliyyəti universitet, nazirlik və dövlət səviyyəsində qiymətləndirilmişdir. “Qabaqcıl təhsil işçisi” adına, BDU-nun 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının yubiley medalına, müxtəlif səviyyəli Fəxri fərmanlara layiq görülmüşdür.

Bu gün Məcid müəllim Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru kimi fəaliyyət göstərir. Öz fəaliyyəti ilə həmişə, hər yerdə nümunəvi olan bu insan gənclik enerjisi ilə yenə də dərs deyir, yenə də tədqiqat aparır, yenə də insanlara kömək edir. Belə insanları görəndə həmişə düşünürsən: – Nə yaxşı ki, bu cür insanlar var. Məhz Məcid müəllim kimi nümunəvi insanlar Vətənə, xalqa, cəmiyyətə təmənnasız xidmət edir.

Cavan qalmağın sirləri

Məcid müəllimin 80 yaşı tamam olur. Sözün düzü, görkəmindən bu, o qədər də hiss olunmur. Bəlkə ona görə ki, o həmişə işləyib – zəhmət onu cavan saxlayıb; bəlkə heç kimə pislik etməyib, əksinə həmişə hamıya yaxşılıq edib – xislət onu cavan saxlayıb; bəlkə insanlara yaxşılığı insanlığı sevdiyi üçün eləyib – sevgi onu cavan saxlayıb; bəlkə biliyindən həmişə hamıya pay verib – dualar onu cavan saxlayıb; bəlkə hamıya hörmət və ehtiramla yanaşıb – xeyirxahlıq və mədəniyyət onu cavan saxlayıb. Belə insanlara el içində “Allah adamı” deyirlər.

Epiloq əvəzi

Müdriklik dövrünü yaşayan Məcid müəllim yenə öz ideyalarına, adət-ənənələrinə, düşüncələrinə uyğun yaşayır. Yenə qapını açıb auditoriyaya daxil olur, yenə kafedrada oturub işləyir, yenə magistrlara, doktorantlara məsləhət verir, yenə konfranslarda məruzə ilə çıxış edir, yenə məqalə və kitab yazır. Bütün bunları o, vəzifə borcu kimi edir, amma, bəlkə də bilmir ki kafedrada müəllimlər, auditoriyada tələbələr, magistr və doktorantlar, konfrans iştirakçıları, oxucular onunla görüşdən faydalandıqları üçün həmişə onu gözləyirlər.

Bu yubiley günündə hamı Məcid müəllimin sevincinə qoşulur, onu təbrik edir, ona cansağlığı, uzun ömür, yeni yaradıcılıq nailiyyətləri, sevincli və xoşbəxt günlər, nəvələrin xeyir işini və s. arzu edirlər. Biz də bu arzulara qoşularaq, Məcid müəllimi təbrik edirik.

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru, Təhsil Şurasının sədri

Comments are closed, but trackbacks and pingbacks are open.