Press "Enter" to skip to content

MƏDƏNİYYƏT TARİXİ VƏ NƏZƏRİYYƏSİ ÜZRƏ ELMİ

YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 16 (57 – 2013)

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. “Mədəniyyət tarixi və nəzəriyyəsi”. Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri). Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və

Dərslik, elmi kitablar

M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova. “Mədəniyyət tarixi və nəzəriyyəsi”. Ali məktəblər üçün dərslik. (Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri). Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Milli Virtual Kitabxananın təqdimatında

Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ələ http://www.kitabxana.net – Milli Virtual Kitabxananın “Elmi irsimiz” silsiləsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.

Elektron Kitab N 16

YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 16 (57 – 2013)

Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:


YYSQ və http://www.kitabxana.net

“Mədəniyyət tarixi və nəzəriyyəsi”

Ali məktəblər üçün dərslik

(Əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)

Həmmüəlliflər: M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova

YYSQ – Milli Virtual Kitabxanan ı n e-n əş ri N 16 (57 – 2011)

Redaktoru v ə e-n əş r ə haz ı rlayan ı : Ayd ı n Xan ( Ə bilov), yazar-kulturoloq

YYSQ – Milli Virtual Kitabxana. Bak ı – 201 3


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Dərslik Azərbayjan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «İnjəsənət və musiqişünaslıq» bölməsinin 07.10.2005-ji il tarixli əmrilə təsdiq edilmişdir (protokol № 01)

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 oktyabr 2005-ci il tarixli, 700 №-li qərarı ilə təsdiq edilmişdir.

Rəyçilər: AMEA-nın «Memarlıq və İncəsənət» İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İNQİLAB KƏRİMOV;

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, filologiya elmləri doktoru GÜLTƏKİN SULTANOVA;

Bülbül ad.Bakı OİMM-nin direktoru, fəlsəfə elmləri doktoru, professor NİGAR CƏRULLA qızı;

Azərbaycan Dövlət Neft Akademiyasının professoru, fəlsəfə elmləri doktoru ŞƏHRƏDDİN MƏMMƏDOV

Elmi redaktor : Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və ictimai elmlər» kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri namizədi, professor VALİDƏ İMRAN qızı MƏMMƏDOVA

Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1

Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

©M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova

MƏDƏNİYYƏT TARİXİ VƏ NƏZƏRİYYƏSİ ÜZRƏ ELMİ

BƏDİİ MƏDƏNİYYƏT MƏDƏNİ İRS
£ Ədəbiyyat və publisistika
£ Musiqi incəsənəti
£ Təsviri incəsənət
£ Folklor incəsənəti
£ Dekorativ-tətbiqi incəsənət
£ Teatr incəsənəti
£ Kino incəsənəti
£ Memarlıq incəsənəti
£ Sirk incəsənəti
£ Zərgər işi
£ Xalça toxuculuğu
£ Dizayn
Ф Mədəniyyət abidələri (şifahi, yazılı, musiqili,bədii, maddi)
43

Kuad Mommado’
Kulturologiya effoktivli haval va faallvvata aparan vol

Sosial mədəniyyət
MÜASİR CƏMİYYƏTİN SOSİAL MƏDƏNİYYƏTİ
£ Arxiv işi
£ Kitabxana işi
£ Qender mədəniyyəti
£ İntellaktual mədəniyyət
£
Bioloji istehsal mədəniyyəti
£ Məişət mədəniyyəti
£
Ruhi istehsal mədəniyyəti
£
Maddi istehsal mədəniyyəti

(iqtisadi mədəniyyət)
£ Beynəlxalq münasibətlər mədəniyyəti
i, Sülh mədəniyyəti
£ Təfəkkür mədəniyyəti
£ Təhsil mədəniyyəti
,t,
İctimai münasibətlər mədəniyyəti
£
Təşkil və idarəetmə mədəniyyəti
£ Qidalanma mədəniyyəti
£ JDavranış mədəniyyəti
£ İstehlak mədəniyyəti
£ Həyattəminedici sistemlər mədəniyyətiİrsi mədəniyyət
% Muzey işi
£ Elmi mədəniyyət
£ Həyat tərzi
£ Siyasi mədəniyyət
£ Maarifçilik mədəniyyəti
£ Peşəkarlıq mədəniyyəti
£ Dini mədəniyyət
£ Sanitar mədəniyyəti
£ Turizm
£ İdman və fiziki mədəniyyət
£ Bədii mədəniyyət
44
Kuad Mammadov
Kulturologiva effektivli haval »э faaliyvala aparan vol
£ Ekoloji mədəniyyət
£ Estetik mədəniyyət
£ Etik mədəniyyət
£ Etnik mədəniyyət
£ Milli mədəniyyət
£ Dil

Mədəniyyət və sivilizasiya

Mədəniyyətlə bağlı olan anlayışlardan biri də «sivilizasiya»dır. Bu termin latın dilindəki «sivilis» sözündən götürülərək «vətəndaş», «mülk», «dövlət» mənalarını ifadə edir. Dilimizdə bu termini çox vaxt «inkişaf», «tərəqqi» mənalarında işlədirik. Əlbəttə, «sivilizasiya» anlayışı özünün ilkin mənasında məhz bu məzmunu, yəni «tərəqqi»ni ifadə edir. Çox zaman bizə elə gəlir ki, «tərəqqi» yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və sivilizasiya anlayışları bir-birinə bağlı olmuşdur. Məsələn, qədim sivilizasiyalar haqqında şahidlik edən abidələr bunun bir daha canlı nümunəsidir. Bəzən isə, sivilizasiyanın modern texnikası ilə bağlılığına güvənilir. Əslində sivilizasiya, ilk növbədə insanların şüurunda, beynində olmalıdır. Məhz bu xüsusiyyətinə görə görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını nizama salandan sonra başlayır.
Sivilizasiya inkişafın ən yüksək mərhələsi, eyni zamanda süqutun başlanğıcıdır. Bunu sübut etmək üçün tarixi mərhələlərin bir-birini əvəz edərək süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin özünəxas ən yüksək inkişafı, xüsusilə, təsərrüfatın tərəqqisi idi. Tarixi inkişaf prosesinə uyğun olaraq sivilizasiyaların da formaları mövcuddur: quldarlıq, feodalizm, kapitalizm və s.
İnkişafın bu tarixi dövrlərində sivilizasiya ilə mədəniyyət eyni addımlamış və vəhdət təşki edərək birbirini tamamlamışdır. Sivilizasiya mədəniyyətin zəruri taleyidir. Görkəmli alman filosofu və kulturoloqu O.Şpenqlerə görə mədəniyyət potensialın açılması, imkanların gerçəkləşməsidirsə, sivilizasiya mədəni varlığın böhranı və sonudur. Yaxud, «Sivilizasiya mədəniyyətin qocalığıdır». Əgər bu ifadənin dərindən təhlilinə diqqət yetirsək məntiqi bir cavab əldə edərək, insan müdrikliyə qocalıqda çatdığı kimi, mədəniyyət də sivilizasiyaya sonda çatır.
Görkəmli rus kulturoloqu N.A.Berdyayev isə yazır ki, hər bir mədəniyyətin sivilizasiyaya çatması labüddür. Bu, mədəniyyətin taleyidir. O, ölümlə nəticələnir. Bəs mədəniyyət sivilizasiyadan nə ilə fərqlənir? Görkəmli kulturoloqun fikirincə mədəniyyət öz əsasına görə dini, sivilizasiya isə, dini deyildir. Mədəniyyətin kökü dini inamdan, ayindən gəlirsə, sivilizasiyada dünyəvi, bəşəri güc daha mühüm amildir. Mədəniyyət milli, sivilizasiya isə beynəlmiləldir. «Sivilizasiya bəşəri bir şəhərdir».
Sivilizasiya haqqında fikirlərə L.Morqanın əsərlərində də rast gəlirik. O, bəşəriyyəti üç əsas mərhələyə bölməklə tarixi inkişafın sonuncu, üçüncü mərhələsini «barbarlıq», vəhşilikdən sonrakı tərəqqi kimi adlandırır ki, bu da sivilizasiyadır.
Mədəniyyət və sivilizasiya anlayışlarını müxtəlif aspektlərdən tədqiq edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah edilir. Bunlar ilk növbədə aşağıdakılardır: birincisi «mədəniyyət» anlayışı «sivilizasiya» anlayışına nisbətən daha genişdir. Belə ki, «mədəniyyət» anlayışı həm bir tayfa və ya birliyə, həm də miqyası olduqca geniş əraziyə aid ola bilər,. Məsələn, «Azərbaycanlıların mədəniyyəti» və ya «Avropa mədəniyyəti» və s; ikincisi, «mədəniyyət» özündə elmi-texniki tərəqqi ilə yanaşı, nəsillərdən ötürülən mənəvi – humanist varisliyi də əhatə edir, «sivilizasiya»da isə maddi-istehsal üstünlüyü daha qabarıq şəkildə özünü büruzə verir; üçüncüsü, «mədəniyyət» irqi və insan qruplarının milli-etnik xüsusiyyətləri ilə izah edilirsə, «sivilizasiya» daha ümuminsani, qlobal miqyası özündə əks etdirir; və nəhayət, dördüncüsü, «mədəniyyət» anlayışı dini başlanğıca malikdirsə, «sivilizasiya»da bunlar labüd deyildir.
Bütün bu deyilənlərdən belə bir qısa nəticə əldə etmək olar ki, mədəniyyətin kökündə daha çox mənəvi əsaslar, ideyalar durursa, «sivilizasiya»nın kökündə maddi amillər üstünlük təşki edir.
İnsanlar mənən sivilizasiyaya çatmalıdırlar ki, maddidə onu həyata keçirə bilsinlər. Mədəniyyətin müxtəlif sahələrində, məs. incəsənətdə – musiqi, boyakarlıq, heykəltəraşlıq və digər növlərdə modern cizgilərin meydana gəlməsi texniki tərəqqi ilə incəsənətin qaynayıb-qarışmasına dəlalət edir. Xüsusilə rəssamlıqda meydana gələn yeni – XX əsrin özünəxas xüsusiyyətlərini əks etdirən cərəyanlar (sürrealizm, modernizm, kubizm) sanki inqilab etmişlər. Bunun özü mədəniyyətdə sivilizasiyadır.
Ancaq qəribəsi budur ki, mütəfəkkirlərin bir qismi müasir dövrümüzdə «mədəniyyətdə sivilizasiya» anlayışına müxtəlif aspektdən yanaşırlar. Onların bir qismi sivilizasiyanın bu günümüzə, digərləri isə, keçmişə aid olduğunu qeyd edirlər. Artıq yaşadığımız XXI əsrdə keçmişəsrin mədəniyyəti və sivilizasiyası haqqında daha aydın təhlil vermək asan olacaqdır.

Müəllif: Maral Manafova
Mənbə: Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik
M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010
İSBN 5-86106-104-1

Comments are closed, but trackbacks and pingbacks are open.