Press "Enter" to skip to content

Kitab haqqında RƏY

Həyatımın hər anını zaman oğrularına deyil daha dəyərli insanlara və daha dəyərli işlərə ayırmaği öyrəndim.

Məşhur “Tarixi Nadir” haqda bilmədiyimiz faktlar – kitabın sahibi danışdı

BAKI, 13 iyul — Sputnik. Kitab nəşrinin tarixi çox qədim dövrlərə gedib çıxır. Təbii ki, ilk əvvəl şifahi ədəbiyyat yaranıb, daha sonra yazılı ədəbiyyata köçürülüb. Ən qədim dövrlərdə kitablar daş, papirus, dəri kimi materiallar üzərində yazılıb.

15 Mart 2016, 18:40

Bizim eranın 105-ci ilində kağız kəşf olunduqdan sonra kitab işi bir qədər sürətlənməyə başladı, daha sonra isə kitab emalatxanaları yaradıldı. Buna N. Tusinin Marağa rəsədxanasının nəzdində fəaliyyət göstərən Marağa Kitab Emalatxanasını misal göstərmək olar.

Təbriz yaxınlığında Rəşidiyyə Universitetinin özünün kitabxanası və kitab emalatxanası da olub. O dövrdə kitabın ərsəyə gəlməsi üçün xəttatlar bir-bir kitabları köçürürdülər. Bu, çox gərgin əmək və vaxt tələb edirdi və elə kitablar olurdu ki, 3-5 ilə başa gəlirdi.

Məşədi İbadın yarıya qədər oxuduğu “Tarixi Nadir”

Azərbaycanda isə ilk dəfə 1594-cü ildə Nəsrəddin Tusinin “Təhridi-iqlidis evklidi həndəsənin şərhi” kitabı ərəb dilində çap olunub. Kitabların getdikcə məşhurlaşdığı dövrdə də təbii ki, o vaxt hakimiyyətdə olan hökmdarlar da özləri haqqında kitab çap etdirirdilər.

Belə kitablardan biri də məşhur “Tarixi Nadir” kitabıdır. “Tarixi Nadir” kitabı 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir Şah haqqındadır. O, Azərbaycan, Türküstan və Hindistanın şahı olub.

16 İyun 2016, 18:13

Bəzi tarixçilər ona hərbi nailiyyətlərinə görə “Şərqin Napoleonu” və ya “İkinci Makedoniyalı İskəndər” ləqəblərini veriblər. Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dediyi “Mən özüm “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” ifadəsi də məhz bu kitab haqqındadır.

Məşədi İbadın bu sözləri sonradan məşhur zərbi-məsələ çevrildi. İndi də adətən nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Çoxlarımız da “Tarixi Nadir” kitabının 3 səhifədən ibarət olduğunu zənn edirik.

“Usta dedi ki, “Tarixi Nadir” satıram”

Kitabın əslində neçə səhifədən ibarət olması sualı məni Masallının Ərkivan qəsəbəsinə gətirdi. Niyə məhz Ərkivana? Çünki kitab Ərkivan qəsəbə sakini, kəndin din xadimlərindən olan Hacı Həmid Məmmədov tərəfindən qorunur.

Hacı Həmid 1965-ci ildə Masallının Ərkivan qəsəbəsində doğulub. Dini təhsilini isə babası Məmməd kişidən alıb.

“Gənc yaşlarımdan İslam dininə böyük marağım var idi. Keçən əsrin 70-ci illərində babam bizə “Quran” dərsi keçirdi. Yəni bizlərdə “Quran” dərsi deyirlər, amma əslində dini təhsildir. Bir dəfə babam mənə qədim “Qurani-Kərim” hədiyyə etdi. Dediyim kimi, kitab qədimi idi və təmirə ehtiyacı var idi. O vaxtlar kitab təmir edən ustalar çox idi. Kitab təmiri deyəndə, kitabın cırılan hissəsini, üzlüyünü yapışdırıb və ya bərpa etmək, pozulan yazıları xüsusi ustalıqla yenidən bərpa etmək nəzərdə tutulurdu”.

Onu babasından hədiyyə olan “Quran”ı da rayonun Bədəlan kəndindəki bir kitab ustasının yanına aparırlar: “Bir həftədən sonra “Quran”ı götürməyə gedəndə usta atama dedi ki, “məndə “Tarixi Nadir” kitabı var, satıram”. Təxminən, 1977 və ya 1978-ci illərdə olub bu hadisə. Rəhmətlik atam da o vaxtkı 65 Sovet rubluna bu kitabı mənə aldı. O vaxtdan kitab atamdan yadigar olaraq məndədir”.

147 səhifəlik orijinal tarixi kitab

Maraqlısı budur ki, Hacı Həmidin “Tarixi Nadir” kitabının əslinə sahib olması 2009-cu ildə üzə çıxıb. O, bu illər ərzində həmin kitabı evdə həm atasından yadigar olaraq, həm də qədim kitab kimi qoruyub saxlayıb.

“2009-cu il idi, Həcc ziyarətindən təzə gəlmişdim. Radio kanallarından birində “Dİn və cəmiyyət” mövzusunda müzakirə gedirdi və mən də müsahibə verirdim. Söhbət əsnasında bir söz işlətdim. Xanım aparıcı da qeyri-ixtiyari olaraq “Mən “Tarixi Nadir” kitabını yarıya qədər oxumuşam dediyinizdən heç nə anlamadım” cümləsini işlətdi. Mən sual etdim ki, “”Tarixi Nadir” kitabı neçə səhifədir?” Xanım 3 səhifə olduğunu bildirdi. Mən yenə başqa sualla müraciət etdim: “Xanım, siz şah olsanız, Anadoludan Hindistana qədər ərazini fəth etsəniz, sizin haqqınızda cəmi 3 səhifəlik kitab yazılmasına razı olarsınızmı?”. Xanım “Əlbəttə, xeyr” dedi”.

Sonra həmin aparıcı xanım bu məsələni radioda müzakirəyə çıxaracağını deyir: “Daha sonra mən bildirdim ki, kitab nə az, nə çox, düz 147 səhifədən ibarətdir. Xanım əvvəlcə inanmadı, mən kitabı gətirdim, o, bir neçə şəkilini çəkib apardı Bakıya. Bir müddət sonra isə AMEA-dan bir komissiya gəldi. Kitabın əsl nüsxə, yəni orijinal olmasını təstiq etdilər. Elə ondan sonra da dilimizdən “3 səhifəlik “Tarixi Nadir” kitabı kəlməsi” çıxarıldı. Beləliklə də 2009-cu ildən məşhur “Tarixi Nadir” kitabının əsli meydana çıxdı”.

“Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”

Məlumat üçün bildirək ki, kitabın əsl adı “Kitabi tarixi cahənkəşan məşhur və Tarixi Nadir”dir. Hicri-qəməri tarixi ilə 1272-ci ildə çap edilib. Kitabın müəllifi Nadir şahın şəxsi münşisi Mirzə Mehdi xandır.

Kitabda bu kitabın əsl nüsxəsi olması haqqında qeyd var və Molla Saleh adlı şəxsin mətbəəsində çap edildiyi bildirilir. Kitabda 3 möhür var, bunlar Şahın möhürü, kitabı çap edən mətbəənin möhürü və kitabı yazan müəllifin möhürüdür.

Kitab haqqında RƏY

Bu rəyi yazan oxucu adının və harda işlədiyinin qeyd olunmasını istəmədiyinə görə bu məlumatları açıqlaya bilmirəm.

Şəxsən tanıdığım bir uğurlu bir insandır.

Həyat bizim ona baxışımıza görə dəyişər. Məndən həyatımın bu gününə kimi necə gəlib çıxdığımı soruşsanız deyərdimki ilk işim Fəhlə olub. Hansıki qazandığım 1 ci pillənin səbəbi olmuşdur. İlk öyrəndiyim qənaət etmək olub Fəhlə qaydası-çünki həm hazırlıq kursuma həmdə cib pulum olmalı idi məktəbə getməyə. Səhər tezdən axşama qədər çöllərdə olmaq və hər cürə bazar fırıldaqçılarını tanımaq bezdirici olsada məni daha da möhkəm olmaqa aparırdı. Həyatımda atdığım addımlarda çox yıxıldım ama Şükr olsunki Həyatıma 1 pillə əlavə edə bildim. İstədiyim sahədə 1 addım atdım və irəli getməyə başladım. Elə fikirləşirdimki sadəcə Universitet dən aldığım diplom hər şeyə bəs edər. 2 ci kursa kimi boş boşuna keçdi illərim. 3 ün əvvəlində ayıldım. Çox gec olmamışdı dərhal özüm öyrənməyə başladım istədiklərimi ta sonadək. Sonra isə təcürbəçi olaraq 1 il işlədim. Son dövrümdə fikirləşirdimki etdikləriimin bəhrəsini görmürəm və ruhdan düşməyə başladım. Bir gün dostum bir kitabı alacağını dedi və bizim Kamran muellimin qardaşı Fahri muellimin yazdığını dedi. İlk başda Kitabın adı maraqlı gəlib dedimki məndə alacam və aldım. Nə yaxşıki aldım, hər işdə bir xeyir var imiş.

Həyatımızın hər anının dəyərli olmasını, zamanımızın qızıl cavanlıq dövrünün batmaması üçün önəmli və çox xeyirli məsləhətlər daşıyir bu kitab. İtirəcəyimiz 4 boş ilin bizə əzab verəcək 40 ilə bərabər olduğunu öyrəndim.

Həyatımın hər anını zaman oğrularına deyil daha dəyərli insanlara və daha dəyərli işlərə ayırmaği öyrəndim.

Həyatınızı bir istiqamətdə yox,şaxəli yaşaya biləcəyimizi, həyatımızı problemlər və bəhanələrdən uzaq tuta biləcəyimizi görürəm artıq. Hər düşdüyümüz çətinlik bizim artan təcürbəmizdir. Artıq ətrafımızda baş verən və başımıza gələn çətin və uğursuzluqlara başqa bucaqdan baxma vaxtı çatdı. Biz öz zəhmətimizə görə haqqımızı alırıq. Nə qədər çox zəhmət,səbr və məqsədli olmaq o qədər çox rəngarəng həyat. Əlavə etmək istərdimki–Ən əsasıda Həyatımda yalnız uğur,maddiyyat,rahatlıq üçün deyil Sağlamlıq,ailəmiz,sevdiklərimiz üçün çalışmalı olduğumu öyrəndim…………. Təşəkkürlər Fahri müəllim. Və sizdən yeni-yeni kitablar gözləyirəm.

Kitabdan nələr öyrəndin?

Hər şeyin həyatdan və Allahdan asılı olduğunu düşünürdüm. Ama hər şey olmasada çox şey özümdən asılıdır. Düzgün vaxtımı dəyərləndirməyi . və vaxtın hər anının öz hökmü olduğunu öyrəndim. Boşuna deməzlər Vaxt qızıldır )) Gərək zəhməh çəkəkki Allah zəhmətimizə bərəkət versin. Yoxsa Heçnə etmirik və sondada tale belədidə…– mən buna son qoydum artıq sizdə son qoyun

Nə qərarlar aldın?

Yeni səhifə aça bilərəm ilk yeni səhifəyə 15 yaşımda keçdim buda 2 ci dəfə. yəqinki öyrəndikçə bundan sonar səhifələr çox dəyişməyəcək ama onlara yazılacaq çox şeyim olacaq. –Bildiklərim, və.s . Həyatın alqoritması çoxdan öyrədildi(Rəbbimiz) mənə. Qalmışdı onu düz yazım onuda artıq yaza bilirik.

Ən çox xoşuna gələn bölüm

Bütün bölmələr maraqlıdır. Bunlarsan Bölüm 9. “Şanslar,Uğur,Bəxt” ən çox xoşuma gələndir deyərdim.

Ən çox xoşuna gələn 3 cümlə

1) Ancaq çox az adam bilirki “Bəxtəvərlər” illərlə hər kəsdən öncə durur, hamıdan gec yatırlar və hər keçən saat,gün ,həftə öz məqsədlərinə doğru gedirlər.

2) Məqsədlərə çatmaq üçün güclü istək ,ağır zəhmət və bu zəhmətin nəticəsi-digər insanlardan seçilmək və müvəffəqiyyət əldə etmək vardır. Daha sonar deyəcəklər ki onun Bəxti gətirdi.

3) Uğursuzluq bizim addımlarımızın vacib tərkib hissəsidir. Bu bizi müvəffəqiyyətə doğru aparan nərdivanın sınmış pilləkəni olaraq görmək lazımdır və hər sınmış pilləkən məqsəddən imtina üçün səbəb ola bilməz. pilləkəni təmir və yuxarı çıxmaq lazımdır.

Və yadda qalan çox cümlələr var gərək kitabın çoxunu yazm bura))

Bu kitab niyə oxunmalıdır?

Bunu uşaqlar gərək 15 yaşdan oxusunlar ki, onlar nəyə görə çalışmalı və gələcək həyatlarini daha da optimal və məqsədli qursunlar, sonrasında isə kitabı oxuyarkən acı reallıqı görüb üzülməsinlər. Nə qədər gec deyil oxuyun ki gözünüz açılsın(türklər demiş- bakış açısını deyişin)

Həyatını dəyərləndirmə və ən dəyərli olan vaxımızı boşuna uçurtmadan bunu oxumalıyıqki

Həqiqətən zaman nədir? Biz yatmışıq zaman selindən xəbərimiz yox aparır bizi birdə gördük sona çatdıq sel bitdi-zaman bitdi artiq o biri dünyaya gedirik. Və geriyə baxm Kaşkilərimiz olur.

Omasın belə !! Sevdikləriniz,ailəniz, dostlarınız ətrafınandır onlara necə dəyər verməli olduqun üçün bu kitabı oxumalısan. Çünki sən onlara yalnız zaman ayırdığında dəyər verə bilirsən……………………………

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi, 4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti : 051.465.47.61

Kitab haqqında RƏY
http://agaev.az/wp-content/uploads/2016/06/oooo-150×150.jpg

Bu rəyi yazan oxucu adının və harda işlədiyinin qeyd olunmasını istəmədiyinə görə bu məlumatları açıqlaya bilmirəm. Şəxsən tanıdığım bir uğurlu

Leave a Reply Cancel reply

Bölümlər

  • A Konsultasiyalar (4)
  • A TƏLİM və KURSLAR (32)
  • Biznes Roman (5)
  • Düşüncələrim (93)
  • Fexri YOL (6)
  • Gördüklərim, eşitdiklərim (142)
  • Kitabların xülasəsi (20)
  • Məqalələrim (229)
  • Müsahibələrim (17)
  • SAXLA ZAMANI, GƏLƏR ZAMANI (29)
  • Seminarlar (1)
  • Sual və cavablar bölməsi (43)
  • Uğur hekayələri (1)
  • Videolar (13)

Xəbər və yeniliklərə abunə olun

Son məqalələr

  • Sahibkarlar üçün KONSULTASİYA
  • RƏHBƏR və idarəçilər üçün FƏRDİ KONSULTASİYA
  • GƏNCLƏR üçün KARYERA və İNKİŞAF KONSULTASİYASI
  • Sahibkarlar üçün KONSULTASİYA
  • KARYERA və PEŞƏKAR İNKİŞAF təlimi
  • MENTORLUQ proqramı
  • Zamanın İdarə Olunması və Şəxsi Effektivlik TƏLİMİ

Meş haqqında kitab

“Qırmızı kitab” məhvolma təhlükəsi olan heyvan, bitki və göbələk növləri haqqında məlumatların toplandığı kitabdır. “Qırmızı kitab”lar miqyasına görə beynəlxalq, milli və regional ola bilərlər.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (International Union for Conservation of Nature and Natural Resources) “Qırmızı siyahı”ya düşən canlıları aşağıdakı kateqoriyalar əsasında təsnifatını vermişdir:

Extinct (EX) – (Nəsli kəsilmiş)
Extinct in the Wild (EW) – (Vəhşi təbiətdə mövcud olmayan)
Critically Endangered (CR) – (Son həddə çatmışlar)
Endangered (EN) – (Nəsli kəsilmə təhlükəsi olanlar)
Vulnerable (VU) – (Həssas növlər)
Near Threatened (NT) – (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)
Least Concern (LC) – (ən az narahatlıq doğuran)
Data Deficient (DD) – (Haqqında məlumat çatışmamazlığı olanlar)
Not Evaluated (NE) – (Qiymətləndirilməmişlər)

Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 növ heyvanın adı daxil edilmişdir

Bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, ölkəmizin ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur.

Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.

Xalq qəzeti.- 2009.- 3 sentyabr.- S. 12.
Azərbaycan Qırmızı Kitabı

Azərbaycan Respublikası “Qırmızı Kitab”ı – Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Mövcud “Qırmızı Kitab” 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika “Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Azərbaycan Respublikasınn “Qırmızı Kitabı”na düşmüş nadir bitki və heyvanlar bunlardır:

Qırmızı kitaba düşmüş bitkilər

Hirkan şümşadı
Dəmirağac
Şabalıdyarpaq palıd
Hirkan ənciri
Hirkan armudu (Pyrus hyrcana)
Xəzər lələyi
İkək akasiyası
Qafqaz xurması
Ürəkyarpaqlı qızılağac
Budaqlı danaya
Hirkan bigəvəri
Eldar şamı
Qafqaz rododendron
Çoban sarmaşığı
Laqodex acıçiçəyi
Təmiz kladoxeta
Qaraçöhrə
Şərg çinarı
Qafqaz xədicəgülü
Məxməri gərməşov
Naxçıvan gəvəni
Araz palıdı
Xəzər zəfəranı
Su zanbağı
Qafqaz dəmirağacı

Qırmızı kitaba düşmüş heyvanlar

Talış qırqovulu
Hirkan arıquşu
Qara leylək
Qıvrımlələk qutan
Mərmər cürə
Ağquyruq Dəniz qartalı
Məzar qartalı
Berkut
Laçın
Turac
Forel balığı
Təkə
Köpgər (qaranaca)
Muflon
Qagqaz tetrası
Qagqaz uları
Çöl qartalı
Ardıc ağıriyli
Şahin
Toğlugötürən
Çəhrayı qutan
Bəzgək
Dovdaq
Sultan toyuğu
Ərsindimdik
Qızılqaz
Qırmızıdöş qaz
Fısıldayan qu
Kiçik qu
Ceyran
Çökəkburun cüllüt
Ağquyruq çökəkburun
Çöl haçaquyruq cüllütü
Turan pələngi
Göl pişiyi
Ön Asiya bəbiri
Zaqafqaziya dağ qoyunu
Zaqafqaziya bezoar keçisi
Zaqafqaziya qonur ayısı
Zolaqlı kaftar
Vaşaq
Manul pişiyi
Adi uzunqanad
Cənub nalburnu
Enliqulaq bükükdodaq
Sarıqlı safsar
Suriya sarımsaq qurbağası
Adi triton
Daraqlı triton
Adi (boz) quru qurbağası
Kiçik Asiya gürzəsi
Eskilon ilan
Zaqafqaziya təlxəsi
Aralıq dənizi tısbağası
Xarabalıq kələzi
Qızılı mabuya
Zolaqlı çılpaqgöz
Ox-ilan
Zaqafqaziya takır girdəbaşı
Ağ durna
Baloban
Toğlugötürən
Şahin
Cek
Çay qaraquşu
İncədimdik kronşnep (əyridimdik)
İlanyeyən
Xəzər uları
Tetraçalan
Türküstan tüviki
Qaraqarın bağrıqara
Ağboğaz bülbül
Səhra qar quşu
Dağ keçisi

Comments are closed, but trackbacks and pingbacks are open.