Meşə məcəlləsi
Boreal meşələr
Təbiət və onun sakinləri
salam dostlar bu bloggerdə təbiət haqqıda bütün məlumatlara sahib ola bilərsən.
21 Ocak 2016 Perşembe
Azərbaycan Respublikasının Meşə Məcəlləsi
(30 dekabr 1997-ci il tarixli Az ərbaycan Respublikasının Qanunu ilə t əsdiq edilmişdir)
Meşə münasibə tl ə rinin t ə nziml ə nm əsi meşə bitkil ərinin, torpağın, h eyvanat al ə minin v ə ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial ə h ə miyy ə t k ə sb ed ə n dig ə r komponentl ə rinin v ə hd əti olan meşə anlayışı nə z ə r ə alınmaqla həyata keçirilir.
I f əsil. Ümumi müddə alar
Madd ə 1. Əsas anlayışlar
Bu M ə c ə ll ə d ə işlə dil ə n ə sas anla yışlar aşağıdakılardır:
meşə —biolojicəhətdənqarşılıqlıəlaqəlivəözinkişafındabir – birinətəsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;
meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri – meşə torpaq sahələri;
meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;
xüsusi qiymətli meşə massivlə ri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;
yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin s ərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya- gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr;
yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə – bağlar, bağlar və həmin cinslərin plantasiyaları;
dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;
qeyri- meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədi ilə qırma yaşı çatmış və ya ötmüş ağaclıqlarda aparılan qırma;
aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;
relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;
Bu M ə c ə ll ə Az ərbaycan Respublikasının ə razisind ə meşə münasibə tl ə rinin t ə nziml ə nm əsinin, meşə l ə rd ə n istifad ənin, onların mühafizəsinin, qorunmasının, b ərpasının, ekoloji və ehtiyat potensialının yüksə ldilm əsinin hüquqi əsaslarını müə yy ə n edir.
Gönderen Tunar Ahmedov zaman: 10:43
Meşə məcəlləsi
Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir.
Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır.
Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.
Ağaclar Yer kürəsindəki ən nəhəng bitkilərdir.Onlardan ibarət olan meşələr quru səthin böyük hissəsini əhatə etməklə digər bitki və eləcə də heyvanlar üçün sığınacağı təmin edir. Ağaclar isti və onların böyüməsi mövsümündə kifayət qədər rütubətli olan istənilən yerdə yetişə bilərlər.
Rütubətli meşələr
Rütubətli meşələrin iki növü var: subtropik və tropik. Hər ikisinə ağacların daha sürətli və hündür olmasına səbəb olan daha çox yağıntı düşdüyü yerlərdə rast gəlinir. Yağış meşələri heyvan və bitkilərlə zəngindir.
Boreal meşələr
Boreal meşələrə uzun və qarlı qışın müşayiət olunduğu şimal ölkələrində təsadüf olunur. Buradakı ağacların çoxu iynəyarpaqlı ağaclardır, məsələn, şam ağacı, küknar və qara şam. Düz yarpaqlar əvəzinə bu ağacların nazik iynəşəkilli yarpaqları olara su ehtiyatı saxlamağa və güclü küləklərə müqavimət göstərməyə kömək edir. Onların budaqları aşağıya doğru elə əyilib ki, oradan qarlar sürüşüb yerə tökülsün.
Mülayim qurşağın meşə zonası
Qarışıq, daha çox enliyarpaq bitkilərin olduğu bu meşə zonasına uzun və isti yay, şaxtalı qışın olduğu ərazilərdə rast gəlinir. Onlar qışda yarpaqlarını tökür, bu da zəngçiçəyi və akonit kimi çiçəkləyən bitkilərin yazın əvvəllərində, çox tutqun olmayan vaxtda böyüməsinə imkan verir. Yarpaqlar çürüyərək daha qalın və zəngin torpaq qatı əmələ gətirirlər. Bu meşələrin çoxu kənd təsərrüfatı məqsədilə təmizlənib.
Azərbaycanda meşələrin qorunması və bərpası istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir
Milli.Az “Azərbaycan” qəzetinə istinadən yazını təqdim edir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr (meşə və ağaclar) Günü elan edib. Bu tarixi gün respublikamızda da təntənə ilə qeyd olunur, bütün meşə tiplərinin ekoloji vacibliyi, onların qorunması və artırılması gündəmə gətirilir. Xatırladaq ki, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi iki dəfədən çox azalıb.
Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. 261 min hektar meşə fondu sahəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.
“İnsan təbiətdən öyrənir, onun vasitəsi ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir” kimi müdrik fikri ifadə edən böyük dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçi Heydər Əliyev respublikaya rəhbətliyinin hər iki dövründə Azərbaycan meşələrinin qorunmasını və inkişafını, ekoloji problemlərinin həllini daim diqqətdə saxlamışdır. Ötən əsrin 70-80-ci illərində ulu öndərin tövsiyəsilə bölgələrin mavi yanacaqla təmin edilməsi və yeni su-elektrik stansiyalarının yaradılması meşələrə əlibaltalı hücumların qarşısının alınmasında mühüm rol oynamışdır. Təbii ehtiyatlardan səmərəli istifadə, meşə-bərpa işləri, salınan min hektarlarla meşə massivləri, milli parklar, qoruqlar, digər yaşıllıqlar və təbiət yasaqlıqları, yaradılan dəryaçalar, nəhəng su anbarları, süni göllər, əlavə meşə ərazilərinin və yaşıllıq zolaqlarının salınması meşəçiliyin inkişafına yüksək töhfələr vermişdir.
Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev ötən əsrin ortalarında, hələ bugünkü informasiya-kommunikasiya texnologiyalarının mövcud olmadığı, texnogen proseslərin belə qlobal xarakter almadığı bir dövrdə özünün məşhur “Həyəcan təbili” kitabında yazırdı: “Həyatda dərsə də gecikmək olar, bazara da. Amma təbiətin fəryadına gecikmək olmaz. Çünki təbiətin fəryadına gecikmək böyük faciələr yaradar.” Bu gün bəşəriyyəti düşündürən bu faciəvi problemlərdən bəlkə də birincisi ekoloji durumla bağlıdır. Bu problemlərin səbəbləri müxtəlif vasitələrlə dünyada meşələrin, yaşıllıqların məhv edilməsidir. Kütləvi qırıntılar nəticəsində meşələrimiz xeyli seyrəlmiş, bir çox nadir ağaclar azalmışdır. Erməni işğalında olan min hektarlarla meşələrimiz isə ekoloji genosidə məruz qalmışdır. Dünya ictimaiyyətinə də yaxşı məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizə qədəri neçə illərdir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Həmin ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kolun 70-i dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, meşə üzümü, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ermənilər tərəfindən məhv edilərək dünya florası xəzinəsindən silinmək üzrədir. Mühafizə olunan 890 min hektar təbiət ərazilərinin 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin bütün növləri bu gün də talan edilir.
İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. Ermənilər bu təbiət abidələrinin əksəriyyətini tamamilə məhv etmişlər.
“Qırmızı kitab”a daxil edilmiş (Kəlbəcər rayonu) 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən talan olunaraq müxtəlif ölkələrə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur. Bundan başqa, Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuşdur.Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşıl əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası” amansızlıqla məhv edilir, bəziləri digər məqsədlər üçün istifadə olunur.
Məmnunluq doğuran odur ki, ümummilli lider ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərin artırılması, zənginləşdirilməsi, ekologiyanın, meşənin mühafizə edilməsi sahəsində apardığı islahatlar, gördüyü səmərəli dövlət tədbirləri bu gün uğurla davam etdirilir. Son illər Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi, xalqımızın ekoloji cəhətdən saf və təmiz həyat tərzi keçirməsi üçün yaşıllaşdırma tədbirləri həyata keçirilir. Onun təşəbbüsü və iştirakı ilə hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni parklar, yaşıllıqlar salınır.
Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamının müqəddəs borcudur. Bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Meşələrin qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Odur ki, Azərbaycan meşələrinin daha da zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfələrimizi verməliyik.
Təqdirəlayiq haldır ki, son illər ölkə ərazisində meşə massivlərinin qorunmasına və onun əhatə dairəsinin genişləndirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. 2017-ci ildə meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması məqsədilə 10152,2 hektar sahədə meşəbərpa işləri görülüb, 4002,2 hektar sahədə aqromeşələr, o cümlədən cənub bölgəsində 55 hektar ərazidə sitrus bağları salınıb, digər ağaclar əkilib. Ölkə üzrə 6150 hektar sahədə meşələrin təbii bərpa işləri aparılıb. 53,9 hektar sahəyə toxum səpilib, 31,76 hektar sahədə 1427,8 min ədəd toxmacar və 47,19 hektar sahədə 3410 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35361,454 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib ki, bunun da 6046,97 min ədədi meyvə tingləridir. Yaxın gələcəkdə meşə massivlərinin və yaşıllıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə Bakının Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin, Hacıqabul rayonu ərazisində Kalmaş yolunun ətrafında, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilib.
Ekoloji tarazlığın qorunmasını və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən Azərbaycan Prezidenti çıxışlarının birində demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik. ” Uğurlu ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, bitki örtüyü, yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirilir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normalara uyğun olan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib. Bu məsələdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var. Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün uğurla davam etdirilir. Ölkəmizdə hər il aidiyyəti qurumlar tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol bitkilərinin qorunması və artırılması sahəsində işlər görülür.
Həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edir. Hazırda vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekoloji mühafizə, meşələrin qorunması və bərpası istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.