Press "Enter" to skip to content

Yeraltı çaylar dənizə axır

M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi.
“Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.

Yeraltı çaylar dənizə axır

Yer səthinə düşən yağıntıların bir hissəsi yerə hopur, çat və məsamələrdən süzülərək müxtəlif dərinliklərdə birləşir. Sulu qatlar üzə çıxdıqda yeraltı sular da dərələrin yamaclarında bulaqlar şəklində səthə çıxır. Nəhayət, şaylara qoşularaq dənizlərə üz tuturlar. Lakin biz sizə bu coğrafi haldan deyil, çətinliklərə baxmayaraq yazılmış bir əsərdən – “Yeraltı şaylar dənizə axır” romanından danışmaq istəyirik.

O illərin romanı

Ötən əsrin 50-60-cı illərində yaranan bədii nəsrdə siyasi rejim nümayəndələrinə, bəzənsə siyasi quruluşun özünə istiqamətlənən tənqidi yanaşma estetik düşüncənin obyektinə çevrilmişdi. Stalinin, soyuqqanlı qatilin ölümündən sonra baş verənlərin acısı ədəbi yaradıcılıqda üzə çıxdı. Xruşovun yumşalmalarından ədəbiyyatımız məqamında faydalandı. Lakin bu qısa dövrdə də ortaya layiqli ədəbi əsərlər qoyuldu. İsa Hüseynovun “Yanar ürək”, Şıxəli Qurbanovun “Sənsiz”, İsmayıl Şıxlının “Ayrılan yollar”, Sabr Əhmədlinin “Görünməz dalğa” əsərlərində əslində azad ədəbiyyatın mehi duyuldu, sovet gerçəkliyinin faciələri bədiiləşdirildi. Bu sırada Mehdi Hüseynin 1965-ci ildə yazdığı “Yeraltı çaylar dənizə axır” romanının xüsusi yeri var. “Yeraltı çaylar dənizə axır” romanında o, yazıçı, istehsalat mövzusundan tamam uzaqlaşır, siyasət və insan, siyasi rejim və xalq münasibətlərində sadə adamların faciələrlə üzləşməsini təsvir edir. İ.Hüseynovun “Yanar ürək” əsərindən başlanğıc götürən rejimə tənqidi baxış M.Hüseynin “Yeraltı çaylar dənizə axır” romanında bir ayrı bədii material əsasında davam etdirilir. Romanda insana antihumanist yanaşma bədii düşüncənin hədəfinə çevrilir, ideologiyaların insana qənim kəsildiyi aydınca izah olunur.

Yer üstündə yaşayanlar üçün yazılmış əsər

İsmayıl Şıxlı yazırdı: “Mehdi Hüseyn yaradıcılığının son anına qədər müsbət amal və ideya uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan, mətanət və mərdlik rəmzi olan iradəli insanları əsərlərinə qəhrəman seçmişdir.. Bu cəhətdən onun “Alov” pyesi və son romanı – “Yeraltı çaylar dənizə axır” maraqlıdır. ”
“Yeraltı çaylar dənizə axır” əsərində bədii məzmunun ifadə forması bilavasitə insan taleyini, onun yaşantılarını çılpaqlığı ilə əks etdirməyə istiqamətlənib. Bu romanda oxucu İkinci Dünya müharibəsində itkin düşmüş ərinə görə məhrumiyyətlərə düçar edilmiş Səmirə Aydının başına gələnlərlə onun gündəlikləri vasitəsilə tanış olur. Gündəlik forması dünya ədəbiyyatı nümunələrindən bizə sentimental janr kimi tanışdır. Lakin M.Hüseynin romanında Səmirə Aydının göz yaşına bələnmiş taleyi və qələbədən sonrakı illərdə xalqın başına gətirilən dəhşətlərin əksidi. Əsərin qəhrəmanı Səmirə Aydın Stalin dövründəki repressiya və özbaşınalıqların qurbanı olan minlərlə Azərbaycan qadınının ümumiləşmiş obrazıdır. Səmirə baxmayaraq ki, bütün əzab-əziyyətlərə sinə gərir, sınaqlardan üzü ağ çıxır, fədakar bir qadın kimi həyat yoldaşına sədaqətli olur, qayınanası Bədirnisə də həmişə ona dayaq olur, ona hər köməkliyi göstərir. “Elə bil sənin gözünün içinə deyirdilər ki, canın çıxsın, həm vuruşacaqsan, şikəst olub adamlıqdan çıxacaqsan, həm də düşmən kimi həbsdə, sürgündə çürüyəcəksən”. Bu, əsərin qəhrəmanlarından birinin hayqırtısıdır. Kamran bütün çətinliklərə baxmayaraq, əri Müdhədin xaricin agenti olduğu güman edilən Səmirəni sürgündən qurtarır.

İblisə qarşı

Əsərin qəhrəmanı Səmirə yaşadığı binanın altına yığılan yeraltı suları texniki üsulla dənizə yönləndirir. Burdakı məna həm də ondan ibarətdir ki, sovet binası özülündən düzgün qurulmayıb. M.Hüseyn bu əsəri İçəriçəhərdəki evində yazıb, o evdə ki, özülünə həqiqətən su dolurmuş. Ədib bu real mənzərəni əsl simasını dərk etdiyi stalinizmin dəhşətləri ilə çulğalaşdırıb. Daha bir fakt, deyilənlərə görə, Səmirə Aydın surəti də həmin dövrdə yaşamış bir qadın sənətkarımızın prototipidir. Həmin xanım sənətkar da stalinizmin ağzından-Qazaxıstan sürgünündən güclə qurtula bilmişdi. M.Hüseynin romanından başlayan həqiqət-stalinizmin eybəcərlikləri həmin əsrin sonlarında daha kəskin şəkildə ifşa edildi. Bu ifşa prosesində yenə ədəbiyyatımız öndə gedirdi. Məlum olacaqdı ki, 37-ci ildə ömürləri sona yetmiş ziyalılarımızın əksəriyyəti əslində öz əcəlləri ilə yox, repressiya maşınının təkərləri altında dünyalarını dəyişiblər.

Yeraltı çaylar dənizə axır

M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, peşəkarcasına əks etdirə bilmişdi.
“Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.

Полная версия

Отзывы о книге Yeraltı çaylar dənizə axır

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • Л. Савенко «Путешествие в неизвестность»
    • Л. А. Савров «Оставаться собой»
    • Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
    • С. Кутузов «На рубежах тысячелетий»
    • О. Е. Пауллер «Псы войны. Противостояние»
    • Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
    • В. Тутенко «Бабочки улетают в рай»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

    Mehdi Hüseyn “Seçilmiş Əsərləri 1” PDF

    Mehdi Hüseynin bu kitabında ədibin hekayələri və “Yeraltı çaylar dənizə axır” romanı cəmlənmişdir. Hekayələrdə yaddaqalan insan obrazları yaradılır, təsvir olunan hadisələrin ruhunda zamanın izləri açıq-aydın görünməkdədir. “Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.

    Mir.az-a Dəstək üçün ianə edin!

    Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

    Mehdi Hüseyn “Seçilmiş Əsərləri 1” PDF
    Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

    Mir.az-m_-huseyn-secilmis-eserleri-1.pdf

    Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
    Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.