Mehdi huseyn oxu 1 ci hisse
3 903 просмотра
Mehdi huseyn oxu 1 ci hisse
Сервисы VK
Поиск видео Найти
Топ недели
Мы больше не будем рекомендовать вам подобный контент.
221 649 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
644 869 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
70 563 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
467 199 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
19 567 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
255 520 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
229 942 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
10 042 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
479 003 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
365 265 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
665 133 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
601 557 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
1 132 002 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
681 799 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
22 933 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
294 173 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
29 964 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
3 509 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
58 059 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
477 497 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
33 225 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
622 207 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
261 401 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
282 604 просмотра
Левая колонка
Следующее видео
Hüseyn Abdullayev – Lirika (mənim ifam )
5 976 просмотров
Ниджат Курбанов
Похожие видео
“Имам Баялды”
9 518 просмотров
Хозяюшкины рецепты
Ferid Genceli – До Утро Отдыхаю 2020.mp4
3 278 просмотров
Ferid Genceli
People Are Awesome | AUDI R8 JUMP
51 859 просмотров
People Are Awesome 2016 #2
1 068 148 просмотров
Алексей Бруев ☢
3 – Научные феномены Корана. Защищённый небосвод [HD]
27 143 просмотра
♥ ИСЛОМ ОЛАМИ ♥
Huseyn Huseyni.2012.chox gozel revayet(hac hesretinde olan b.
3 903 просмотра
Раул Заманов
Taкой пocлушный кoтик! Чудушко маленькое)
365 265 просмотров
Музыкальные Клипы и Хорошее Настроение
Президент участвует в съезде РСПП
2 130 443 просмотра
Жить надо так #юмор #жизнь
601 557 просмотров
Ляля Алексакова – Буду, буду
467 199 просмотров
Ляля АЛЕКСАКОВА
GAYAZOV$ BROTHER$ – Я, ты и море #ОКсКараоке
681 799 просмотров
Одноклассники. Всё ОК!
Иванушки International – Не могу без тебя #ОКсКараоке
665 133 просмотра
Одноклассники. Всё ОК!
Добро пожаловать в Адыгею!
793 661 просмотр
Национальные проекты России
Стрим Народного фронта // 17 марта 2023
219 653 просмотра
Народный Фронт
Лёша Свик – Малиновый Свет #ОКсКараоке
622 207 просмотров
Одноклассники. Всё ОК!
Викторина Ботаник, выпуск 192 (16.03.2023)
275 754 просмотра
Викторина “Ботаник”
Возвращение с рыбалки. Остросюжетное кино!)
221 649 просмотров
Музыкальные Клипы и Хорошее Настроение
Уютная парочка пушистых лентяев! Вместе теплее!)
229 942 просмотра
Музыкальные Клипы и Хорошее Настроение
Mehdi huseyn oxu 1 ci hisse
Mehdi Hüseyn
Azərbaycan Xalq yazıçısı Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il mart ayının 22-də Qazax rayonun Çıxlı kəndindən müəllim ailəsindən anadan olub.
Tanınmış yazıçılarımızdan olan M.Hüseyn ilk təhsilini doğulduğu Qazaz rayonunda almışdır. Sonra Qazaxdakı pedaqoji texnikumda oxumuş, ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Burada da təhsilini davam etdirən M.Hüseynə görkəmli yazıçı Abdulla Şaiq dərs demişdir. O, ilk yazılarını sevimli müəlliminə oxumuş, ondan faydalı məsləhətlər almışdır.
Ali təhsil alan, müxtəlif vəzifələrdə çalışan M.Hüseyn ömrü boyu qələmdən ayrılmamış, çoxlu bədii əsərlər, uşaqlar üçün maraqlı hekayələr yazmışdır.
Onun əsərlərində xalqımızın keçmişindən, kənd həyatından, şəhərdə yaşayanların əməyindən ətraflı danışılmışdır. Yazıçının “Səhər”, “Tərlan”, “Vətən çiçəkləri”, “Ürək”, “Fəryad”, “Nizami”, “Cavanşir” və digər əsərlərində Azərbaycan xalqının vətənpəvərliyi, qəhrəmanlığı tərənnüm edilmişdir.
Odlu qılınc
Günəş doğdu. Hava işıqlandlqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.
Girdman qalasının qoca keşekçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. Elə bil ki, iki böyük dəstə bir-biri ilə ölüm-dirim vuruşuna girmişdi. Bu anda vuruşanlar həyətdə göründülər. Qoca keşikçi qəhqəhə çəkib güldü. Qoşun hesab etdiyi adamlar yalnız iki nəfərdi. Onlar qocanın burada olmasından xəbərsizdilər. İrəliyə doğru şığıyan dəliqanlı Girdman hörmdarı Varazın oğlu Cavanşir, geri çekilən Urmuz idi.
Onlar qılınc döyüşdürüb məşq edirdilər.
Birdən haradasa şeypur çalındı. Çox keçməmiş Girdman cəngavər ləri böyük meydana toplaşdılar. Vətənin göylərini qara buludlar örtəndə həmişə belə olardı. Şeypur səsləri hamını çağırardı. Girdmanın igid sərkərdəsi dik bir yerdə görünərdi. Onun bir sözü ilə insan dənizi bir səmtə doğru axırdı. Gözlər sərkərdəyə zilləndi. Qoca Varaz öz yaxın adamları ilə gəldi. Arvadı Cavahir xatun da yanında idi. İnsan dənizi sükut içində gözləyirdi. Varaz sözü başladı.
– Əziz övladrarım! Müqəddəs Girdman ölkəsi bizdən kömək istəyir. Bilin ki,
üstümüzə ölüm gəlir. Mən də sizə son borcumu verməyə gəldim. Otuz ildə həmişə ğlüm bizdən uzaqda olubdur. Girdman adı gələndə hamı hörmətlə baş əyibdir. Amma indi mən qocalmışam. Sərkərdəniz kim olacaq? Göstərin!
Bu anda Urmuz Varazın qarşısında əyildi və dedi:
– Böyük hökmdarımız! Mən artıq yetkin bir cəngavərəm, Sərkərdəlik
qılıncını mənə verin!
– İgid oğlum, sən hələ cavansan. Sərkərdəlik qılıncını adama hökmdar yox,
döyüş eydanı verər!
Urmuz dinmədi, hökmdarın sözləri onu inandırdı. Sonra Cavanşir meydana çıxdı.
– Mənim də sözüm var, ata, – dedi, – döyüş meydanında düşmən
sərkərdəsinin qılıncını əlindən alacağıma söz verirəm!
Varaz oğlunun da cəsarətini beyəndi, amma daha bir çətin sınaqdan keçirmək istədi:
– Bəlkə birdən o səni məğlub etdi?
Cavanşir səsini ucaltdı, böyük bir qürurla cavab verdi:
– Kür çayı dayanar, Cavanşir basılmaz!
Hamı Cavanşirə iftixarla baxdı.
Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi.
– Elə isə tədbirini söylə, oğlum, – dedi.
– Vuruşmanın sonuna gözlərsən, ata! – deyə Cavanşir cavab verdi.
Sonra Varaz üzünü xalqa tutaraq, onların fikrini soruşdu:
– Razıyıq, razıyıq! – dedilər.
– Elə isə uğurlar olsun, bala. Unutma ki, Girdmam torpağının sərhədi Kür çayının o tayından başlanır.
– Bunu bilirəm, ata. Qoy mehriban anam mənə xeyir-dua versin!
Cavahir xatun dedi:
– Mənim sözlərimi dinlə, oğlum. Bir zaman, sən hələ uşaq ikən, davada düşmən polad qılıncı məni sinəmdən yaraladı. Mən ağlamadım, oğlum! “Cavanşirim sağ olsun!” dedim. Evə qayıtdım. Sənin sinəsitəzə al qanıma boyadım. Mən davasız-dərmansız sağaldım. Sən də böyüyüb igid oldun. İndi vuruş meydanına gedirsən. Atanı da, məni də sən əvəz edirsən. Çalış ki, düşmən səni arxadan vurmasın. Sinədən aldığın yaradan sənə ğlüm yoxdur. Ananın qızıl qanına xəncər batmaz.
Ananın sözlərinə eşidən Girdman cəngavərləri qılıncları havada oynadıb, ucadan çığırdılar:
– Var olsun anamız!
Sonra Cavanşirin səsi eşidildi:
– İgid dostlar! Anamın sözləri qollarıma qüvvət, gözlərimə işıq verdi. Atam
bizi imtahana çəkir. Mənim də şərtim var. Hər saatda yeddi çapar müharibə meydanından atama xəbər gətirsin. Bax, bu meydanda iki cərgə cavan düzülsün. Bu cərgənin birində yeddi oğlan – əllərində qılınc-xəncər, o birisində isə yeddi qız – əllərində gül-çiçək dayansın. Məğlub olub qayıtsam, qoy o yeddi cəngavərin hərəsi mənə sağalmaz bir yara vursun. əgər qalibiyyətlə geri dönsəm, yeddi qız üstümə gül-çiçək səpsin.
Varaz bu şərtə razı oldu:
– Oğlum, – dedi, – düşmən atları Kürün müqəddəs sularından bir damla da içərsə, unutma ki, o qılınc yaralarını sənə yeddi igid yox, bütün Girdman ölkəsi vuracaq, qalib gəlsən, üstünə o gülləri, çiçəkləri bütün Girdman səpəcək!
Cavanşir qoca atasının bu sözlərindən daha da ruhlandı:
– Uğurumuz xoş olarsa, yenə burada görüşərik, ata, – dedi.
Onun köhlən atını gətirdilər. Cavanşir ata-anasının əlindən öpüb, cəld ata sıçradı. Köhlən at şahə qalxdı.
Hərəkət şeypurları gurladı. Dağlar, dərələr titrədi. Cavan sərkərdənin qoşunu hərəkətə gələndə ata gözlərindən sevinc yaşlarını silərək dedi:
– Göylər sənə yar olsun, oğlum!
. Günlər keçdi. Cavanşirdən xəbər gəlmədi. Qoca Varazın səbri tükəndi.
– Kim bilir, bəlkə də bütün qoşun əsir düşmüşdür?
Ana ürəyi buna dözmədi. Cavahir xatun dedi:
– Səbr et, Varaz! Qocaldıqca deyəsən hökmdar olduğunu unudursan. Bu
anda sarayın yaxınlığında yel qanadlı bir atlı göründü. Cavanhir xatun onu hamıdan əvvəl gördü və dedi:
Hamı dərin bir həyəcan və intizarla atlı gələn tərəfə baxdı. Elçi gəlib atdan düşdü, hökmdarla Cavahir xatunun qarşısında baş əyib dedi:
– Mərd sərkərdəmizin ilk elçisiyəş düşmən Kür çayının bəri tayında idi. İlk
həmlədə düşməndən iki yüz, bizdən isə üç yüzə qədər igidin qanı Kür çayının sularını qırmızı rəngdə boyadı. Düşmən bizdən on qat çoxdur.
Varazın qaşları çatıldı. Dodaqlarında incə bir titrəyiş göründü.
– Get oğlum, – dedi, – bu acı xəbəri eşidən anaların ürəyi qana dönməsin.
Bu xəbərdən kədərlənən Cavahir xatun hökmdarın ətrafına toplanmış oğlanlara, qızlara üzünü tutub dedi:
– Cavanşir birinci şərtə əməl edib elçi göndərdi. Girdiman igidləri, siz də onun ikinci şərtinə əməl edin!
Böyük ananın hökmünə əməl olundu: gənclər iki cərgə düzüldülər. Bir yanda qılınclar parıldadı, bir yanda isə güllər, çiçəklər ətir saçdı.
Çox keçməmiş Cavanşirin ikinci elçisi pzünü yetirdi:
– Böyük hökmdar! – dedi. Qanlı vuruşma getdikcə şiddətlənir. Düşmən bizdən on dəfə çoxdur.
Qan Varazın baçına vurdu, gözləri qaraldı, titrəyən əlini qınca atdı və dedi:
– Of, Cavanşir, Cavanşir. Mən otuz ildə belə acı xəbər eşitməmişdim.
Bu anda üçüncü elçi özünü yetirdi və dedi:
– Böyük sərkərdəmiz Cavanşirin odlu qılıncı vəhşi düşmənin başını qara
dırnaqlı atının ayaqları altına atdı. Sonra Cavanşir bir dəstə atlı ilə meşə tərəfdən düşmənin arxasından hücum çekdi. Girdman igidləri düşməni halqaya alıb, geri qaçmağa qoymadılar. İndi bizimkilər düşmən əsgərlərini qırıb tökürlər.
Yenə şeypur səsləri guruldadı. İndi Cavanşir özü Girdman igidləri ilə bərabər qayıdırdı.
Varazın alov kimi yanan gözlərindən oğlunun qələbəsindən doğan bir parıltı vardı. Cavanşir hələ at belində ikən qoca hökmdar soruşdu:
– Söylə, oğlum, söyıə, mənim aslanım, düşmən atları Kür çayının suyundan
– Ata, qara dırnaqlı düşmən atları ana vətənin müqəddəs Kür sularından bir
damcı da içə bilmədi. Lakin düşmənlər pzləri bu sudan doyunca işdilər.
Sonra Varazın səsi ucaldı:
– Bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım!
Qızlar Cavanşiri çiçək dənizində üzdürdülər. Onun odlu qılıncı parıldayırdı.
Yeddinci əsrdə parlamış bu qılınc Odlar yurdunun şöhrətini bütün dünyaya yaydı.
Mehdi Hüseynzadə (Mixaylo)
Azərbaycan xalqının tarixi qəhrəmanlıq səhifələrində əbədi yer tutan vətənpərvər insanlardan biri də Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədir. M.Hüseynzadə 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirmiş, Leninqrad (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda və Bakıda — indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.
1941-ci ildə orduya çağırılmış, 1942-ci ildə Tbilisidə piyada hərbi məktəbini qurtarmışdır. Həmin ilin iyulunda Stalinqrad ətrafında gedən döyüşlərdə iştirak etmiş, avqustda Kalaç şəhəri yaxınlığında ağır yaralanaraq əsir düşmüşdür. Ukrayna, Polşa, İtaliya və keçmiş Yuqoslaviyanın hərbi əsir düşərgələrində olmuşdur.
M.Hüseynzadə 1944-cü ilin əvvəllərində bir qrup yoldaşı ilə əsirlikdən qaçmış və Yuqoslaviya partizanlarına qoşulmuşdur. Partizan hərəkatının lideri, «Mixaylo» təxəllüsü ilə tanınan Mehdi hitlerçilərə qarşı mübarizədə cəsurluğu ilə əfsanəvi şöhrət qazanmışdır. Məlumatların toplanmasında, düşmən qərargahlarının, körpülərin, hərbi eşelonların, döyüş sursatı anbarlarının partladılmasında, hərbi əsirlərin azad edilməsində fəal iştirak etmişdir. 1944-cü ilin payızında M.Hüseynzadənin başçılığı ilə bir qrup partizanın İtaliyanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir. Mehdi keçmiş Yuqoslaviya Xalq Azadlıq Ordusu 31-ci diviziyasının qərargahı yanında xüsusi kəşfiyyat qrupu yaratmış və onun başçısı olmuşdur. Faşistlər «Mixaylo»nu ələ keçirən, yaxud öldürən adama 400 min lirə mükafat təyin etmişdilər. Növbəti tapşırığı yerinə yetirib geri qayıdarkən faşistlərlə üz-üzə gəlmiş əfsanəvi qəhrəman qeyri-bərabər döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. Əvvəl Vitovle, sonra isə Çepovani kəndində dəfn olunmuşdur.
Mehdi uşaqlıqdan qeyri-adi istedadı ilə çoxlarını heyran edirdi. O, bacarıqlı üzgüçü, istedadlı rəssam idi. Mehdinin təhsil aldığı 19 nömrəli məktəbin direktoru yazıçı S.S.Axundov, ilk müəllimi isə məşhur bəstəkar S.Rüstəmov olmuşdur. Onda vətənə, xalqa, torpağa, millətə dərin sevgi hisslərini məhz bu böyük şəxsiyyətlər formalaşdırmışlar.
Bu gün məşhur azərbaycanlı qəhrəmanın adını daşıyan məktəb fəaliyyət göstərir, bundan başqa, qəsəbə, küçə və bir gəmi onun adınadır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qələbə meydanında unudulmaz qəhrəmanın heykəli qoyulmuş, haqqında kitablar, o cümlədən tanınmış yazıçılar H.Seyidbəyli və İ.Qasımov onun qəhrəmanlıqlarını əks etdirən «Uzaq sahillərdə» povestini yazmış və 1957-ci ildə eyni adlı film çəkilmişdir.
Kinorejissor Tahir Əliyev Sloveniyada olmuş, Mehdinin sevdiyi qızla və 10 nəfər sloveniyalı döyüş yoldaşı ilə görüşmüş, birlikdə qəhrəmanın məzarını ziyarət etmişlər. Rejissor bu görüşün nəticəsi olaraq «Mixaylo» sənədli filmini çəkmişdir. T.Əliyev Mehdinin azərbaycanlı partizan yoldaşları Cavad Həkiminin, Cabbar Quliyevin, Mirdamət Seyidovun, Mikayıl Qulubəyovun və digərlərinin Sloveniyada ehtiramla xatırlandığını bildirmişdir. Nəzərə çatdıraq ki, onların hamısı dünyalarını dəyişmişlər.
2006-cı ildə Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı razılaşdırılmaya əsasən 2007-ci ildə M.Hüseynzadənin abidəsi açılmışdır.
Döyüş dostları qeyri-adi rəşadətə, çevikliyə və zəngin biliyə malik olan mərd azərbaycanlı partizanın həyatı, maraqlı döyüş yolu haqqında xatirələrini həmvətənlərinə danışmışlar. M.Hüseynzadə dəfələrlə alman zabiti, italyan karabineri və ya kəndlisi libasında düşmən yuvasına girərək lazım olan məlumatları toplamışdır. O, bir neçə dildə yaxşı danışır, istehkamçı işini əla bilir və avtomaşını ustalıqla idarə edirdi.
«Mixaylo» təxəllüsü ilə tanınan Mehdinin şöhrəti artıq bütün partizan birləşmələrinə yayılmışdı. O, səmimi insan, qayğıkeş, mehriban dost olmuşdur. Onun düşmənə endirdiyi zərbələrin sayı-hesabı yox idi. Bütün yoldaşları bu cəsur insanla fəxr edərdi.
M.Hüseynzadə keçmiş Yuqoslaviyanın Qabaredo qəsəbəsində yerləşən IX korpusun nəzdində kəşfiyyat komandiri vəzifəsində çalışarkən daha məsuliyyətli və hər an təhlükələrlə üzləşən tapşırıqlar yerinə yetirmişdir. Bu vaxtlar Mixaylo Triyest şəhərindəki faşist hərbi xəstəxanasını partlatmış, Opçinodakı 270 nəfərlik kinoteatrı yerlə-yeksan etmiş, Qoritsiya şəhərində hərbi ləvazimatla dolu bir maşını qaçırmışdı. Mixaylonun adı gələndə bərk qorxuya düşən faşistlər onu hər yerdə cidd-cəhdlə axtarırdılar. Sonuncu döyüşdə axırıncı gülləsini əsir düşməsin deyə, öz ürəyinə sıxmış Mixaylonu partizan yoldaşları böyük ehtiramla dəfn etmişlər. Çepovani adlı bir yerdə qəhrəmanın qəbir daşında bu sözlər həkk olunmuşdur: «Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır».
Qəhrəmanın xatirəsinə dəyərli töhfə olan «Uzaq sahillərdə» bədii filmində Mixaylo rolunun əvəzolunmaz ifaçısı, xalq artisti Nodar Şaşıqoğlundan bu roldan sonra xalq arasında ona münasibətin necə olduğunu soruşanda aktyor demişdir: «Filmin şöhrəti doğrudan da, böyük idi. Bakıda hər hansı bir restorana girməyim kifayət idi, pulsuz-parasız qulluq göstərir, avtoqraf istəyirdilər. Yadımdadır, 1958-ci ildə Asiya və Afrika xalqlarının kinofilmlərinin Daşkənd festivalında filmin ilk baxışından sonra Tofiq Tağızadə ilə küçəyə çıxmışdıq. Bizi saysız-hesabsız tamaşaçı qarşıladı. Bu filmdən sonra mən tamaşaçılardan, hətta almanlardan minlərlə məktub almışdım. Film Amerika, Polşa, Çexoslovakiya və digər ölkələrdə uğurla nümayiş etdirilmişdi
»Mixaylo«dan sonra tamaşaçılar heç bir rolumu qəbul etmədilər. Bütün rollarımda məni yalnız Mixaylo kimi gördülər.» Bu çoxsaylı tamaşaçı məhəbbətinin əsasında azərbaycanlı qəhrəmanın rəşadəti, igidliyi, vətənə, xalqa, torpağa sədaqəti dururdu.
Onun həyat yolu indiki və gələcək nəsillər üçün bir örnəkdir.
M.Hüseynzadənin qəhrəmanlığı haqqında xaricdə də çoxlu kitablar çap olunmuşdur.
Hər il dekabrın 22-də Mehdi Hüseynzadənin — partizan «Mixaylo»nun xatirəsi ehtiramla anılır, gənc nəsil qəhrəmanın oxuduğu Novxanı kənd orta məktəbində tədbirlər keçirir, onun heykəli önünə tər çiçəklər düzürlər. Qəhrəmanlar heç vaxt ölmürlər. Onlar öz əməlləri ilə mənsub olduqları xalqın qəlbində əbədi yaşayırlar.
Adilə QOCAYEVA,
«Azərbaycan» qəzeti
Comments are closed, but trackbacks and pingbacks are open.