Press "Enter" to skip to content

Mehkeme ve hakimler haqqinda qanun

Günel Türksoy

Mehkeme ve hakimler haqqinda qanun

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2019- cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.

Belə ki, layihədə “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adlı yeni maddə əksini tapıb. Həmin maddədə nəzərdə tutulan normaların məqsədi məhkəmələrin eyni xarakterli işlərə baxarkən bir-birinə ziddiyyət təşkil edən qərarların verməsinin qarşısının alınmasıdır. Eyni zamanda, maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların qarşısını almaq məqsədilə Ali Məhkəmə Plenumunun müvafiq izah nəzərdə tutan qərarlarının verilməsi də maddə ilə nəzərdə tutulub.

Layihədə əksini tapmış normalar Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəlmiş və qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən Milli Məclisə təqdim edilib.

Qanunun 2020-ci il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Günel Türksoy

Son xəbərlər

  • 21:04 | “Bütün dünya sizinlə bacara bilmədi” – Sakindən İlham Əliyevə
  • 20:41 | Türkiyədəki zəlzələlərdə ölənlərin sayı 50 minə çatır
  • 20:28 | “Talış kəndində mindən çox insan yaşayacaq”
  • 20:13 | Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldıldı – Fotolar
  • 20:06 | Dumanlı hava nə vaxta kimi davam edəcək? – Rəsmi açıqlama
  • 19:59 | İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – Fotolar
  • 19:54 | “Borcumuz idi bu torpaqları geri götürmək” – İlham Əliyevin sakinlərlə səmimi söhbəti
  • 19:49 | “Bakı Metropoliteni” bugünkü insidentlə bağlı məlumat yaydı
  • 19:36 | İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış oldu – Fotolar
  • 19:23 | Suqovuşanda yeni yaşayış məhəlləsinin təməli qoyuldu
  • 19:12 | Bakıda qadınları izləyib hücum edən şəxs tutuldu
  • 18:51 | Sabah görmə məsafəsi məhdudlaşacaq
  • 18:42 | Azərbaycanla Türkiyə arasında daha bir əməkdaşlığa dair protokol təsdiqləndi
  • 18:37 | Neftçilər prospekti bağlandı – Sürücülərin nəzərinə!
  • 18:35 | Dəmir filizi mədənlərinin istismarı üzrə bir sıra uğurlar əldə edilib
  • 18:18 | Abşeronda da Novruz şənliyi keçirildi – Fotolar
  • 18:06 | Bulvarda meyiti tapılan şəxsin 21 yaşı var imiş – Yenilənib
  • 18:00 | “Baku Electronics” “Qızıl Şans” aksiyasına start verib!
  • 17:40 | “Salamat Ramil” avtomatla tutuldu – Video
  • 17:31 | Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi
  • 17:27 | Füzuli şəhərinin Baş planı təsdiqləndi
  • 17:22 | Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq
  • 17:17 | Hərbi Prokurorluq işçiləri bayram ərəfəsində hərbi hissələrdə olub
  • 17:04 | Putin Azərbaycanla pensiya təminatına dair sənəd imzaladı
  • 16:51 | Astarada ər arvadını qətlə yetirdi
  • 16:32 | Güləşçimiz erməni rəqibinə qalib gəldi
  • 16:15 | Şirvanda Novruz bayramı qeyd olunub – Fotolar
  • 15:58 | Qaradağda bayram ərəfəsində şəhid ailələri ziyarət olundu – Fotolar
  • 15:33 | “Ermənistan indi özü üçün yeni ağa axtarışındadır”
  • 15:23 | “Azərsu” bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 15:11 | Çin yer müşahidə peykini orbitə buraxdı
  • 15:02 | NEQSOL Holding “YAŞAT” Fonduna 500 min manat vəsait ayırdı
  • 14:51 | Ərdoğan yağışda islanan jurnalistə ayaqqabı hədiyyə etdi – Video
  • 14:45 | “İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu”
  • 14:22 | “Apple” valehedici sarı rəngli yeni iPhone 14 və iPhone 14 Plus modellərini təqdim edib – Fotolar
  • 14:08 | Dövlət qulluğuna qəbul imtahanı keçirildi
  • 13:43 | “Əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı”
  • 13:32 | Heydər Əliyevin 100 illiyi ilə bağlı növbəti ağacəkmə aksiyası – Fotolar
  • 13:29 | Ağdamda ekskavator minaya düşdü
  • 13:27 | Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
  • 13:19 | Təmizlik və abadlıqla bağlı ümumşəhər daxili iməciliyi yekunlaşdı – Fotolar+Yenilənib
  • 13:18 | “Azəriqaz” İB-də podratçılarla görüş keçirilib – Fotolar
  • 13:09 | Bazar günü hava necə olacaq?
  • 13:08 | “Üçüncü dəfədir ki, təbriklərimi Qarabağdan deyirəm”
  • 12:55 | “Qarabağ” Azərbaycan çempionatları tarixinin rekordunu təkrarladı
  • 12:44 | Yasamalda da Novruz şənliyi keçirilib
  • 12:40 | Bakı aeroportunda sıxlıq, uçuşlar gecikdi – Açıqlama – Video
  • 12:39 | Gürcüstanda azərbaycanlı məhkumlara bayrama görə bağlamalar veriləcək
  • 12:30 | Gömrük generalları ev dustaqlığına buraxıldılar
  • 12:29 | Mehriban Əliyeva Talış kəndindən paylaşımlar etdi – Fotolar

Xankəndi

AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmə və hakimlər haqqında” qanunun 101-ci maddəsinə (hakimlərin toxunulmazlığı) dəyişiklik edilməsi təklif edilib.

Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Vüsal Hüseynov məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq.

Hazırda bu müddət 10 gündür.

Qeyd edək ki, “Məhkəmə və hakimlər haqqında” qanuna əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir. Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Baş prokurora təqdim edilir.

Məhkəmə Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

“Məhkəmələr və hakimlər haqqında qanuna dəyişikliklər edilə bilər” – DEPUTAT

“Sabah parlamentin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq. İlk dəyişiklik Qanunun hakim vəzifəsinə namizədlərə aid tələblərin ehtiva olunduğu 93-cü maddəsindədir və uyğunlaşdırma xarakterlidir. Qanunun həmin müddəasında deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər”. Amma məlumdur ki, 2016-cı il referendumunda “yaşı 30-dan aşağı olmayan” ifadəsi Konstitusiyadan çıxarılıb və bu mənada Məhkəmələr və hakimlər haqqında Qanunun müvafiq müddəasının da Konstitusiyaya uyğunlaşdırılmasına ehtiyac var”.

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, digər dəyişiklik isə “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə təklif olunur.

“Belə ki, hazırda qüvvədə olan müddəanın məzmunu ondan ibarətdir ki, yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.
Amma bildiyiniz kimi, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun 64.4-cü maddəsində tələb var ki, “Normativ hüquqi aktda dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir”, “orqan öz səlahiyyətləri daxilində”, “zərurət olduqda” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir”. Bu mənada “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsindəki “bir qayda olaraq” ifadəsi çıxarılır.
Qanunda dəyişikliyin digər mühüm istiqaməti isə yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbin 3 ilə endirilməsidir ki, bunun da kifayət qədər obyektiv səbəbləri var.
Birincisi, Qanunun 96-cı maddəsinə müvafiq olaraq hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir və peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır. Yəni hesab edirik ki, hakim əgər 3 ilin sonunda özünü doğruldursa artıq onun irəliləməsi üçün hər hansı maneə qoyulmasına zərurət yoxdur. Digər tərəfdən, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəlməsi, hakimlərin maddi təminatının yaxşılaşdırılması, say tərkibinin artırılması ilə iş yükünün azaldılması istiqamətində atılan addımlar fonunda bu sahəyə marağın artması, alimlərin, vəkillərin, digər təcrübəli hüquqşunasların hakimliyə üz tutması şəraitində müvafiq üç ilkin sınaq müddətini başa vuran hakimin irəli çəkilməsi üçün daha iki il gözləməsinin lüzumu yoxdur. Yəni hakim artıq ən kritik dönəmdə özünü təsdiqləyir. Üstəlik, nəzərə alaq ki, bu hakimlərin mütləq əksəriyyəti məhkəmə zalı ilə hakim kimi fəaliyyətə başladıqdan sonra tanış olmurlar, onların arasında illərlə məhkəmə iclas katibi, hakim köməkçisi kimi məhkəmədə yetişmiş insanlar var.
Bu dəyişiklik fonunda diqqət çəkən başqa bir məqam, məlumdur ki, əvvəllər son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilərdi. 30 dekabr 2014-cü il tarixli dəyişiklikdən sonra isə, hazırda Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. Yəni peşəkar hakimlərin bilik, bacarıq və təcrübəsindən istifadə imkanlarımız ən azı iki il azalmışdı. Bu gün isə biz yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə təyinatla bağlı məhkəmə hakimlərinə qoyulmuş 5 illik tələbi 3 ilə endirməklə həm də hakimlərin, xüsusən təcrübəli hüquqşunasların yuxarı instansiya məhkəmələrində töhfə vermək imkanlarını daha da artırmış oluruq”.
AYSEL ƏKBƏR

Sosial Baxılıb: 1708 Tarix: 22 dekabr 2022

Şikayətiniz varsa Whatsapp: 051 7028255

DİGƏR MARAQLI XƏBƏRLƏR

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, “hicama”, “hacamat” kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. -ın verdiyi xəbərə görə, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu izləyicilərini məlumatlandırıb. Hicama faydaları çox ols

“Xankəndi-Laçın yolunda keçirilən aksiya bizim tələblərimizin yerinə yetirilməsi ilə sonlanacaq” – DEPUTAT

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür ki, davam edir. Hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiyaya qoşulanların sayı da getdikcə artmaqdadır. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildiri

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimal

Naxçıvanda hansı qadağalar aradan qaldırıldı? – VİDEO

Naxçıvan Ali Məclisinin önündə icazəsiz çəkiliş etmək bir yana, burada avtomobil saxlamaq belə qadağan idi. Baku TV-nin müxbiri Tural Müseyibov bildirir ki, çəkiliş zamanı heç bir mane olmayıb. Onun sözlərinə görə, yaxınlaşıb sual verən də yoxdur. Bu, indiyə qədər görülməmiş haldır. Bildirilir ki, or

İntim videoları yayılan FHN polkovnikinə YENİ İTTİHAM – 10 min AZN.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevin daha bir cinayət əməli üzə çıxıb. “qafqazinfo”ya istinadən xəbər verir ki, o, Xidmət rəisi Füzuli Əsədovla qohumluq münasibətlərindən istifadə edərək Biləsuvar sakini Murad Qəfərzadəyə Dövlə

Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şurasının növbəti, ikinci iclası keçirilib. İclasda Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, icraç

Bakıda müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Bakı məktəblərində işləyən müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2022-ci təqvim ilində 867 manat təşkil edib

DİN-dən qovulan polkovnik-leytenantla bağlı QƏRAR

Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham edilən Əli Məlikovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. -ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. Bakı Ağı

Azərbaycana gətirilən bibərdə virus aşkarlandı – FOTO

İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 2

Comments are closed, but trackbacks and pingbacks are open.