Press "Enter" to skip to content

Qızdırmanı salmaq üçün ƏN SADƏ ÜSULLAR

İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Təzyiqi dərmansız necə salmaq olar? HƏKİM TÖVSİYƏLƏRİ

Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:

– Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

– Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

– Böyrəküstü vəzilərin şişləri.

– Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

– Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!

İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!

Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha “ağır” hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir – piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.

Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!

Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın – mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!

Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!

Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

Saglamolun.Az

Qızdırmanı salmaq üçün ƏN SADƏ ÜSULLAR

Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü büruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir”, – deyə fitoterapevt Esmira Zeynalova məlumat verir.

Day.Az xəbər verir ki, E.Zeynalova AZƏRTAC-a müsahibəsində daha sonra deyib: Hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur.

E.Zeynalovanın dediyinə görə, qızdırmanı salmaq üçün sadə tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir. Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir.

Həkim-fitoterapevt uşaqlarda qızdırmanı salmaq üçün bir neçə üsul da tövsiyə edib:

-1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətfəyə bükülərək havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazm əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz.

Lakin həkim göstərişi olmadan antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etmək yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.

Qızdırmanı salmaq üçün daha təsirli təbii üsullar var. Bu sahədə moruq mürəbbəsi ən yaxşı vasitələrdən biridir. Moruğun tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetilsalisil turşusunun – təbii aspirinin olması ilə əlaqədardır. Bu turşu moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq təbii asetilsalisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.

Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən olan portağalın tərkibində təbii asetilsalisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Onu gündə 3-4 dəfə qəbul etmək olar.

Təbiətdə tərkibində aspirin saxlayan bitkilər çoxdur. Məsələn, söyüd qabığında belə xüsusiyyət var: qızdırmanı salır, baş ağrısını, oynaq və əzələ ağrılarını aradan qaldırır. Söyüd budaqları toplanır, yuyulur, qabığı soyulur və qurudulur. 1 litr qırmızı şəraba 50 qram qurudulmuş söyüd qabığı qarışdırılır və 3 həftə dəmlənir, qrip və qızdırma zamanı gündə iki dəfə 1/4 stəkan qəbul edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.