Kompüterdə yaddaş formaları…
Şübhəsiz ki bulud yaddaşı da (cloud server) ikinci dərəcəli yaddaş da adlandırmaq olar.
Kompüterin qurğuları
End – mətndə kursoru bir başa sətrin sonuna gətirir 3-cü qrup (hərəkət) düymələr 2 rejimdə işləyir: Num Loock düyməsi aktiv olanda rəqəmlərlə işləmək olur, aktiv olmayanda kursoru idarə edən düymələr işləyir.
4-cü qrup düymələr funksional düymələrdir: F1:F12. Bu düymələr müxtəlif proqramlarda müxtəlif vəzifələr daşıyır. F1 düyməsi həmişə köməkçini açır(Help).
Monitor əks etdirmə qurğusudur. Monitorlar bir-birindən ölçüsünə görə, icazə vermə qabiliyyətinə görə fərqlənirlər. Monitorun ölçüsü dedikdə diaqonalının uzunluğu nəzərdə tutulur. Ölçü vahidi düym-dür. Ekranın icazə vermə qabiliyyətini göstərən nöqtələr Piksel adlanır. Monitorların oval və müstəvi növləri var. Ölçüləri 14”, 15”, 17”, 19”, 21”, 23”. Monitorlar qrafik və mətn rejimində işləyir. Mətn rejimində 25 sətir və 80 sütundan ibarət olur. Qrafik rejimdə ekran müəyyən sayda nöqtələrin köməyi ilə tora bürünür. Buna həm də göstəricilik qabiliyyəti deyilir. Misal üçün: 640×480, 800×600, 1024×768, 1600×1200.
Prosessor – idarəedici qurğudur. Kompüteri sürəti – prosessorun bir saniyədə apara biləcəyi elementar əməliyyatların sayıdır. Əksər hallarda kompüterin sürəti kimi kompüterin takt tezliyi qəbul edilir və (herts) hz (KHz, MHz, Ghz)lə ölçülür.
Operativ yaddaş və ya daimi yaddaşın tutumu 64, 128 , 256, 512 MB ola bilər(RAM). Müasir dövrdə OY-ın tutumunu daim artırmaq olur.
Mouse – manipulyatordur. İki düyməsi olur: sağ və sol. Sağ düymə əmr düyməsidir, sol düymə isə kontekst asılı menyuları açmaq üçündür.
Yaddaş qurğuların 3 növü vardır:
1. Daimi (Kompüteri ilkin yükləmək üçündür)
2. Daxili (operativ)
3. Xarici
Xarici yaddaşın növləri: sərt disk (Hard Disk), nazik disklər(floppy), lazer diskləri(CD ROM, CD RW, DWD ROM,DWD RW), flash və s. Bunlar bir-birindən və öz aralarında tutumları ilə fərqlənir. 3–lük Nazik disklərin istehsalı artıq dayandırılıb. Daxili yaddaşda əməliyyatlar daha sürətlə gedir. Lakin kompüter söndürüldükdə məlumat itir. Xarici yaddaş məlumatı uzun müddət yadda saxlamaq, bir kompüterdə digərinə köçürtmək və süni olaraq kompüterin yaddaşını artırmaq üçündür. Yaddaş qurğuların məntiqi adları: A:-nazik disklər, C:, D:, E:-bərk disk, E:-CD disklər.
Kompüterin əlavə(periferiya) qurğuları.
Printer – çap etmə qurğusudur. Printerlərin 3 növü vardır: Matris, axarlı, lazer.
Skaner – mətn və qrafik məlumatı kompüterə oxuyur
Modem – qlobal şəbəkəyə (İnternetə) qoşulmaq üçün istifadə olunan qurğudur.
Strimmer – böyük həcmli məlumat maqnit lentlərdə saxlamaq üçündür.
Plotter, kolonka, kamera və s.
Müasir kompüterlər 3 yerə bölünür: super, mini, mikro.
Mikro kompüterlərin ən populyarı PC(personal kompüter) fərdi kompüterlərdir.
PK –lərin Böyük EHM-na nisbətən əlverişli olmağının səbəbləri:
– İstifadəçi üçün rahat interfeysə malik olan , dialoq rejimində işləyən proqramlar (menyu, köməkçi və s.)
– Fərdilik
– Böyük həcmdə olan məlumatın sürətli emalı
– Təmirin asanlığı və yüksək keyfiyyətliliyi
– Periferiya qurğularından istifadə etmək imkanları
– Bütün sferaları əhatə edən proqram təminatı
– Şəbəkələrə birləşdirilmək imkanı
Müəllif QAFAROVA NIGAR FAIQ QIZI
- Teqlər:
- kompüterin hissələri
- , kompüterin qurğuları
Kompüterdə yaddaş formaları…
Kompüter yaddaşı bir insan beyninə bənzəyir. Dataları saxlamaq üçün istifadə olunur. Kompüter yaddaşı məlumatların emal ediləcəyi və emal üçün tələb olunan təlimatların saxlanıldığı saxlama yeridir. Yaddaş , hesablama sisteminin ən vacib elementidir, çünki onsuz kompüter sadə tapşırıqları yerinə yetirə bilmir.Yaddaş transistor adlanan çox sayda kiçik hissəyə bölünür. Hər bir yerin unikal bir ünvanı var. Məsələn, kompüterdə 64kb söz varsa, bu yaddaş bölməsində 64 * 1024 = 65536 yaddaş yeri var. Bu yerlərin ünvanı 0 ilə 65535 arasında dəyişir.Kompüterdə yaddaşın üç əsas növü var — Keş yaddaşı (Cache Memory), İlkin yaddaş-Primary memory (RAM və ROM) və İkinci yaddaş-Secondary memory (sabit disk, CD və s.).
Cache
Cache yaddaşı CPU nu sürətləndirə bilən çox yüksək sürətli yarımkeçirici bir yaddaşdır. CPU ilə əsas yaddaş arasında bir növ körpü rolunu oynayır. CPU tərəfindən ən çox istifadə olunan məlumatları və proqramın hissələrini saxlamaq üçün istifadə olunur. Məlumatların və proqramların hissələri, CPU-nun əldə edə biləcəyi(access) yerdən, əməliyyat sistemi(OS) tərəfindən diskdən cache yaddaşa köçürülür.
Primary Memory
Təsadüfi giriş yaddaşı, əməli yaddaş da deyilir — (RAM) dəyişkən yaddaşdır(primary-volatile memory) . Yalnız oxumaq yaddaşı (ROM) qeyri-dəyişkən yaddaşdır(primary-non-volatile memory).Qısa dildə desək RAM kompüter işə düşdükdə yaddaşa yazır söndükdə isə hər şeyi silir (ECC RAM istisna https://bit.ly/2Xm3SQm ) ROM isə kompüter sönülü halda belə yaddaşda saxlayır.
1. Random Access Memory (RAM)
Bu əsas yaddaş kimi adlanır.Bir proqramın icrası zamanı CPU-nun tələb etdiyi proqramlar və məlumatlar bu yaddaşda saxlanılır.Komputeri söndürdükdə məlumatlar itirildiyi üçün uçucu bir yaddaşdır.
RAM daha da iki növə bölünür — SRAM (Statik Random Access Memory) və DRAM (Dynamic Random Access Memory).
DRAM: DRAM Dinamik RAM deməkdir və kompüterlərdə istifadə olunan ən çox yayılmış RAM növüdür. Ən qədim növü tək məlumat sürəti (SDR) DRAM kimi tanınır, lakin daha yeni kompüterlər daha sürətli ikili məlumat sürəti (DDR) DRAM istifadə edirlər. DDR daha yaxşı performans təklif edən və DDR-dən daha çox enerji qənaət edən DDR2, DDR3 və DDR4 daxil olmaqla bir neçə versiyada gəlir. Fərqli versiyaların slotları bir birinə uyğun deyil, buna görə DDR2-ni DDR3 DRAM ilə kompüter sistemində qarışdırmaq mümkün deyil. DRAM hər bir nüvədə bir tranzistordan və bir kondensatordan ibarətdir.
SRAM: SRAM Statik RAM deməkdir və DRAM-dan daha sürətli, lakin daha bahalı və qabarıq, hər nüvədə altı tranzistor olan xüsusi bir RAM növüdür. Bu səbəblərə görə SRAM ümumiyyətlə yalnız bir CPU içərisində məlumat cache olaraq və ya çox yüksək səviyyəli server sistemlərində RAM olaraq istifadə olunur. Ən çox ehtiyac duyulan məlumatların kiçik bir SRAM keşi bir sistemdə sürət yaxşılaşmasına səbəb ola bilər.
SRAM ve DRAM fərqləri
DRAM və SRAM arasındakı əsas fərqlər SRAM-ın DRAM-dan daha sürətli olmasıdır.Bəlkə də iki-üç qat daha sürətli,lakin daha bahalı və qabarıqdır. SRAM ümumiyyətlə meqabaytla, DRAM isə gigabaytla ölçülür.DRAM SRAM-dan daha çox enerji istifadə edir, çünki məlumat bütövlüyünü qorumaq üçün daim yenilənməlidir, SRAM isə dəyişkən olsa da, gücləndikdə daim yenilənməyə ehtiyac yoxdur.
2.Read Only Memory (ROM)
ROM yalnız oxuna bilən yaddaşdır.Sistemin işləməsi üçün vacib olan məlumatları saxlayır.Dəyişkən deyil.Həmişə məlumatlarını saxlayır.Quraşdırılmış sistemlərdə və ya proqramlaşdırmanın dəyişməyə ehtiyac olmadığı yerlərdə istifadə olunur.Kalkulyator və periferik cihazlarda istifadə olunur.
ROM daha 3 növə ayrılır — PROM, EPROM və EEPROM.
PROM (oxumaq üçün proqramlaşdırıla bilən yaddaş) — İstifadəçi tərəfindən proqramlaşdırıla bilər. Proqramlaşdırıldıqdan sonra, verilənlər və təlimatlar dəyişdirilə bilməz.
PROM
EPROM (silmək üçün proqramlaşdırıla bilən yaddaş) — Yenidən proqramlaşdırıla bilər. Ondan məlumatları silmək üçün, ultra bənövşəyi işığa məruz qoymaq kifayətdir. Yenidən proqramlaşdırmaq üçün əvvəlki bütün məlumatları silmək lazımdır.
EPROM
EEPROM (elektriklə silinə bilən yaddaş) — məlumatları elektrik sahəsi tətbiq etməklə silmək olar, ultrabənövşəyi işığa ehtiyac yoxdur. Çipin yalnız hissələrini silə bilərik.
EEPROM
Əlavə olaraq qeyd etməyim yerinə düşər ki ferroelektrik yaddaş (FRAM), faza təsadüfi giriş yaddaşı (PRAM), maqnetik təsadüfi giriş yaddaşı (MRAM) və rezistiv təsadüfi giriş yaddaşı (RRAM) da var.
Qeyd: NAND flash yaddaş (USB yaddaş və SSD disklərində olanlar) EEPROM tipidir.
Secondary memory
İkinci dərəcəli yaddaş birbaşa kompüter sisteminə əlavə edilə bilən bir çox fərqli saxlama qurğularından ibarətdir. Bunlara daxildir:
Hard disk drives (HDD — novbeti məqalədə ətraflı məlumat verəcəm)
Solid state drives (SSD — novbeti məqalədə ətraflı məlumat verəcəm)
Optical (CD or DVD) drives(novbeti məqalədə ətraflı məlumat verəcəm)
Tape drives(novbeti məqalədə ətraflı məlumat verəcəm)
3D NAND flash — Storage area network-SAN
Şəbəkə ilə paylanan yaddaş formaları(NAS ve s — novbeti məqalədə ətraflı məlumat verəcəm)
Şübhəsiz ki bulud yaddaşı da (cloud server) ikinci dərəcəli yaddaş da adlandırmaq olar.
Primary Memory və Secondary memory arasında hansı texnologiya mövcuddur?
Son bir ildə 3D XPoint adlı yeni bir yaddaş , primary və secondary yaddaş arasında olan xüsusiyyətlərə sahib olan qurğu hazırlanmışdır.
3D XPoint daha bahalı, lakin secondary yaddaşdan daha sürətlidir .Ayrıca uçucu olmayan bir yaddaş növüdür.Bu xüsusiyyətlər, RAM istifadə etmək üçün çox bahalı olan (ECC server RAM lari elektrikden asılı olmur və qiyməti olduqca bahadır) çox sayda RAM tələb edən serverlerde RAM-a alternativ olaraq istifadə edilə biləcəyini bildirir. 3D XPoint dəyişkən olmadığından sistem yaddaşı üçün 3D XPoint istifadə edən sistemlər, elektrik enerjisinin kəsilməsi və ya digər fasilələrdən sonra çox sürətli şəkildə bütün məlumatların sistem yaddaşına təkrar yaddaşdan geri oxunmasına ehtiyac qalmadan yenidən işə düşə bilir.
İstənilən nömrənin sahibini tapmaq mümkündür: Bu proqramı yükləmək kifayətdir – VİDEO
Proqrama daxil olub nömrəni yazırsan birbaşa sənə kimin nömrəsi olduğunu göstərir. Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu imkanı Android telefonları üçün pley-stor-da yer alan proqram verir.
Bəs sistem necə işləyir və dünyanın istənilən yerindən gələn zənglərin sahibini anında necə müəyyən edir?
Özü də sistem telefon sahibinin təsdiqi ilə telefona yüklənir. Bu təsdiq həm də telefonundakı nömrələrində sistemə daxil edilməsini qəbul olunmasıdır. Yəni həmin smartfonda email, yaxud da sosial şəbəkələr vasitəsi ilə düşmüş nömrələr digər istifadəçilərə də çatır. Bununla da heç kəs proqram sahibinə qarşı hüquqi iddia qaldıra bilməz. Beləliklə milyonlarla insanın qəbul edərək yükləməsi ilə hazırda həmin sistemdə 3 milyarda yaxın nömrə var.
Bənzər bir mobil tətbiq isə telefon istifadəçisinin yerini müəyyən edir. Bunun qarşısını telefonun tənzimləmələrindən bağlamaqla almaq mümkün olsa da bəzi proqramlar maneəni də keçir. İnformasiya-Kommunikasiya Texnologiyaları mütəxəsissisi Cahid İsmayıloğlu bildirir ki, bəzən pleystorə mobil tətbiq yüklənərkən şirkətlər bu məlumatlardan sui-istifadə ediləcəyini nəzərə almırlar.
Mobil telefon nömrələrinin asanlıqla əldə edilməsi, eləcə də telefon rəhbərində telefon kitabçasında olan şəxslərin yerlərinin asanlıqla müəyyən edilməsi bəzi şəxslərdə narahatlıq yaratsa da, qanunla bu məlumatların yayılmasına heç bir məhdudiyyət yoxdur. Hüquqşünas Xəyal Bəşirov mobil telefon məlumatlarının şəxsin ad, soyad və atasının adı ilə bağlı olan məlumatlar cərgəsinə aid olduğundan onların yayılmasında heç bir problemin olmadığını deyir.
Şəxsi məlumatların yayılmasını dəstəkləyən proqramlar artdığı üçün mütəxəssislər smartfon istifadəçilərinin təhlükəsizlik qaydalarına daha həssas yanaşmasının vacib olduğunu deyirlər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Comments are closed, but trackbacks and pingbacks are open.