Press "Enter" to skip to content

Men nece biznese qoşula bilerem

Məlumatınızn çox olduğu bir sahəyə uyğun məzmunlar paylaşacağınız bir veb sayt yaradın. Burada özünüz haqqında və ya insanlara faydalı olacaq paylaşımlar edərək, bu kütləyə həm satışlar edə bilər, həm də reklam qəbul edərək qazana bilərsiniz.

Biznes ideyalar 17 iş məsləhəti (2020)

Biznes ideyalar sizə əlavə gəlir qazanmaq üçün yeni bir sahəyə atılmağınız üçün əla fürsətdir. Bir iş qurmağa hazırsan? Burada sabahdan başlaya biləcəyin işləri sizinlə bölüşürük.
Bir çox adam əsasən internet üzərindən pul qazanmaq(ətraflı) haqqında axtarışlar edir. Bu axtarışırın nəticəsində isə özünə uyğun işi tapmaq çox çətindir. Bu işləri isə ən sadəsindən çətininə qədər aşağıdakı siyahıdan baxa bilərsiniz.

Bu fikirləri oxuyarkən də bəzi şeylərə də diqqət etmək lazımdır.
İdeal olaraq mükəmmək bir iş fikri 3 ideyadan əmələ gəlir.
1.
Etməyi həqiqətən sevdiyiniz bir iş olmalı
2. bir iş olmalı
3. tələb edilən bir iş olmalı (insanların pul ödəyəcəyi)
Bundan başqa bir işə başlayarkən onun haqqında dərindən öyrənməli biznes plan hazırlamalı, özünüzə uyğun mənfi və müsbət tərəflərini müəyyənləşdirməlisiniz. Biznes plan hazırlamaq üçün isə buradan məlumat əldə edə bilərsiniz: https://devdoping.az/biznes-plan-nedir/

Biznes ideyalar ilə pul qazan

1️⃣ Bloq yaratmaq

Məlumatınızn çox olduğu bir sahəyə uyğun məzmunlar paylaşacağınız bir veb sayt yaradın. Burada özünüz haqqında və ya insanlara faydalı olacaq paylaşımlar edərək, bu kütləyə həm satışlar edə bilər, həm də reklam qəbul edərək qazana bilərsiniz.

2️⃣ Veb site developer

WordPress kimi hazır sayt yarada biləcəyiniz sahələri öyrənərək bu işlərdən pul qazana bilərsiniz. Hazırda dünyada ən çox sayt bu sistemlərdən qurulur və hərgün bunu macaran insanlara tələb artmaqdadır.

3️⃣ SMM xidməti

Frilans olaraq işləmək üçün ən yaxşı iş seçimidir. Biraz araşdırma və analiz bacarıqlarınızı artıraraq rahatlıqla SMM xidməti ilə məşğul ola bilərsiniz. Daha ətraflı SMM haqqında məlumat üçün klikləyin.

4️⃣ SEO xidməti

2020 də trend işlərdən biri olan bu sahənin peşəkarı olun, iş özü sizi tapacaq. SEO xidməti(ətraflı oxuyun) ölkəmizdə də ən çox tələb olunan iş sahələrindən biri və və hətta birinci sırada olanlardandır.

5️⃣ Kontent menecer

Araşdırmaq və yaratmaq istəyənlər üçün əsl iş. Hər bir şirkətin onun xidmətlərini sözlərlə ifadə edəcək birinə ehtiyacı var. Bu işi niyə siz etməyəsiniz ki? Bu sahədə rahatlıqla frilans iş götürüb məşğul ola bilərsiniz. Xarici dil bilikləriniz varsa, xarici mənbələrdən daha çox qazanc əldə edə bilərsiniz.

6️⃣ Tərcüməçi

Bu iş üçün təcrübəçilik ixtisasını bitirməyə heç ehtiyac yoxdur. Sadə mətnləri belə tərcümə etməyi bacarırsınızsa, artlıq pul qazanmaq vaxtıdır. Bu işdə xüsusi proqramlardan istifadə edərək daha kryfiyyətli işlər görə bilər və xarici müştərilərlədə əmakdaşlıq edə bilərsiniz.

7️⃣ Dizayner

yaradıcılığınız və birazda photoshop kimi alətlərdən istifadə etmək bacarığınız varsa pul qazanmaq vaxtıdır. Hərgün 100 lərlə insan dizayner axtarışındadır. Bu sahəni öyrənim özünüzə uyğun biznes qura bilərsiniz.

8️⃣ Məclis təşkilatcısı

Bu sahə üçün xüsusi istedada ehtiyac yoxdur. Sadəcə satışdan və planlamadan anlayışınız olmalıdır. Sizə lazım olan sadəcə axtaran insanların qarşısına çıxaraq nə axtardıqlarını öyrənmək və ona satış etməkdir. Hətta bu sahədə vasitəçilik edərək də pul qazana bilərsiniz. Məsələn: bir müştəriniz ad günü etmək istəyir? Çox əla. O zaman əsl satış zamanıdır. Dekorunu, tortunu, restoranını, əyləncə təşkilatcılığını siz edin və faizdən qazanın.

9️⃣ Təhsil məsləhətcisi

Xaricdə təhsil hər il yüzlərlə tələbənin müraciət ediyi bir mövzudur. Bu sahədə bacarıqlar əldə edərək, siz tələbləri istədiyi universitetə qəbul alaraq onlardan xidmət haqqı ala bilərsiniz. Bu işlə məşğul olan şirkətlər barmaqla sayılmayacaq qədər çoxdur. Lakin siz daha güvənilir biri olaraq və təcrübənizə əsasən daha çox iş qazana bilərsiniz

1️⃣0️⃣ Əl işləri hazırlamaq

Biznes ideyalar içində ən sevdiyim əl işləridir. Halal əl zəhməti ilə qazanmaq buna deyərəm. Taxtadan, dəmirdən, vərəqdən və s bir aksesuar və başqa şey hazırlaya bilirsinizsə əhsən sizə gəlin reklamınızı edək �� Bu sahənin ən gəlişli qazanc yeri olduğunu da sizə çatdıraq. İşləriniz həqiqətən əvəzedilməzdirsə, bir onlayn satış platforması açaraq daha çox insana işləriniz sevdirə bilərsiniz.

1️⃣1️⃣ Tur bələdçisi

Yayın ən çox axtarılan insanı ola bilərsiniz. Düzdür sezonluq işdir amma qazancı sizi qane edəcəyini düşünürük. Xarici dil bacarığınız varsa( xüsusən ərəb dili �� ) və yaydırsa, əsl qazanmaq vaxtıdır. Arabs are coming

1️⃣2️⃣ İnstaqram İnflunser

İnstaqram fenomeni ol reklamdan qazan başqa heçnə. Bu iş hətta önəmli marketinq planları üçün əsas məsələdir. Böyük şirkətlər belə influnserlərlə işləyərək onlarla əməkdaşlıq edir.

1️⃣3️⃣ Çap işləri

Dizayn bacarıqlarınız varsa, bir çap şirkəti ilə əməkdaşləq edirsiniz və sadə vizitkart, banner, reklam kimi sifarişlər götürərək qazanc əldə edə bilirsiniz.

1️⃣4️⃣ Domen adi alib satmaq

Ən çox maraqlı olan mövzu və yaradıcı bir ad tapırsınız, domeni online.az, (az domenləri üçün) hostimul.com (digər domen adları) kimi saytlardan əldə edirsiniz, və sonra daha baha qiymətə satırsınız.

1️⃣5️⃣ Data analizi

Son illərin ən çox axtarılan işçisi. Axtarılanlardan olun özləri tapacaqlarda, pul da ödəyəcəklər.

1️⃣6️⃣ Youtube kanalı yaratmaq

Ölkəmizdə ən çox meyxana kanalları qazansa da, siz daha yaradıcı işlər görərək pullar qazana bilərsiniz. Son illərsə reklam verənlərin sayı çoxalır və youtube isə burdan pul qazanmaq üçün əla seçimdir.

1️⃣7️⃣ Daşınmaz əmlak məsləhətçisi

Bir sözlə maklerlik edin. Airbnb kimi saytlardan otaqlarınızı arenda verə bilərsiniz. Arenda.az kimi saytlarda isə alış satış, və kirayələmə işlərini pulsuz olaraq görə bilərsiniz.

Biznesi necə qurmaq olar?

Öz şəxsi biznesini qurmaq, əlbəttə ki, hər bir kəsin arzusudur. Ancaq bunu sadəcə arzulamaqla reallaşdırmaq olmaz. Bəs bu çətin işdirmi? -Əlbəttə çətindir. Və təbii ki, hər kəs özünə bu sualı verir-Mən bunu edə bilərəmmi? -Əlbəttə edə bilərsiniz! Təcrübədən keçmiş və doğru yollardan istifadə etməklə siz də öz biznesinizi qura bilərsiniz. Hələ də gec deyil, elə indidən başlayın. Aşağıda göstərilən yollar sizə öz biznesinizi qurmaqda əminliklə deyə bilərik ki, köməklik edəcək:

— İlk növbədə ideyanız olsun. Bu ideya hazırlamaq istədiyiniz hər hansı bir məhsul və ya insanların ehtiyacı olduğunu düşündüyünüz xidmət ola bilər. Yaxud, bu elə bir şey ola bilər ki, insanlar hələ də ona ehtiyacları olduğundan xəbərsizdirlər, çünki belə bir şey hələ kəşf edilməyib.

— Məqsədlərinizi müəyyənləşdirin. Məsələn, özünüzə sual verin- Maliyyə cəhətdən müstəqil olmaq və böyük şirkət qurmaq, məhsullarınızı ən yüksək qiymət təklif edənə satmaq istərdiniz, yoxsa kiçik, hər ay sabit maaş ala biləcəyiniz kiçik biznesmi qurmaq istərdiniz?

— Biznes planı qurun. Biznes planı sizə kiçik və ya böyük biznesə başlamaqda qərar verməyə kömək edəcək. Biznes planı öz növbəsində aşağıdakı hissələrdən ibarətdir:

* Titul vərəqi

* Biznesin xarakteristikası

* Marketinq strategiyası

* Rəqabət və rəqiblərin qiymətləndirilməsi

*İstehsal və inkişaf planı

*Təşkilat planı

* Maliyyə planı

— Öz müəssisənizə və ya məhsulunuza ad qoyun. Hətta, bu adı, plan qurmazdan əvvəl beyninizdə ideyalar varkən belə nəzərdə saxlamağınız, həmin ada uyğun biznesinizi qurmağa kömək edəcək.

— Komanda şəklində işləyin. Biznes qurarkən tək işləmək əvəzinə bir və ya bir neçə güvəndiyiniz dostunuzla birgə işləyə bilərsiniz. Necə deyərlər, güc birlikdədir. Həm də çoxlu insanlarla işləmək çox iş və daha çox ideya deməkdir.

— Düzgün seçimlər edin. Söhbət ilk növbədə işləmək üçün seçəcəyiniz insanlardan gedir. Biri sizin ən yaxın dostunuzdursa və onunla işləməyi seçmisinizsə, bu o demək deyil ki, o, sizin ən yaxşı iş yoldaşınız da olacaq. Necə deyərlər, iş başqa, dostluq başqa.

— Realist olun. Məsələn, öz layihənizi necə maliyyələşdirəcəyinizi düşünün. Biznesin iflas etmə səbəblərindən biri də sərmayə çatışmazlığıdır. Məsələn, biznes qurmaq üçün $50.000-ın kifayət edəcəyini düşünürsüz. Hər şeyin haqq-hesabını aparırsız, lazım olan iş stolları, printer kimi digər bütün materialları aldıqdan sonra növbəti ay gəlir, işçilər maaş gözləyir, vergilər verilməlidir, ancaq büdcə boşdur. Bu cür hallarla qarşılaşmamaq üçün hesabı əvvəldən düzgün qurmaq lazımdır. Növbəti ayı da nəzərə alıb, nəzərdə tutulan miqdardan bir qədər çox götürmək və qalanını ehtiyat kimi saxlamaq lazımdır.

— Rəqiblərinizi gözdən qoymayın. Öz məhsul və xidmətlərinizi rəqiblərinizinki ilə müqayisə edin. Unutmayın ki, yalnız sağlam rəqabət olan yerdə inkişaf var. Məsələn, onların sizinlə eyni olan məhsullarının satış qiymətini öyrənin. Bununla siz daha çox müştəri cəlb etmək üçün ağıllı şəkildə qiymətləri tənzimləyə bilərsiniz.

— Qənaətcil olun. Ofisdə işığın, dəftərxana ləvazimatlarının və telefon danışıqlarının istifadəsinə müəyyən məhdudiyyətlər qoymaq olar.

— İnternet saytınızı yaradın. Əgər onlayn satışla məşğul olacaqsınızsa, peşəkar dizaynerin köməyilə diqqətçəkən internet səhifənizi yarada bilərsiniz.

— Təhlükəsiz və münasib yer seçin. İşləyəcəyiniz yeri kiraləyə və istədiyiniz ölçüdə seçə bilərsiniz. Hətta, kirayələmək üçün Google-da “işgüzar görüşlər üçün kirayəlik məkanlar” yazmaqla axtarış edə bilərsiniz.

— Məhsulunuzun və ya xidmətlərinizin əslinə uyğun şəkildə elanını verin və ya internetdə reklam edin. Dəyişikliklərə adaptasiya olmağı bacarın.

Hal-hazırda internetin daha çox istifadə edildiyi bir dövrdə onlayn şəkildə satış etmək həm sərfəli, həm də daha asandır. Onlayn satış bu baxımdan yeni işə başlayanlar üçün daha sərfəlidir.

Tərcümə etdi: Günel Əliyeva

Kiçik sərmayə ilə hansı biznesi qurmaq olar?

Vəsaitiniz azdır, lakin biznesdə özünüzü sınamaq istəyirsiniz?
Əgər sizin ciddi biznesə başlamaq üçün 100000 manat pulunuz yoxdursa, amma özünüzə çox inanırsınızsa, aşağıdakı sahələrdən birində özünüzü sınaya bilərsiniz. Suallarınız olsa, şərhlərdə bildirin. Kim bilir, bəlkə sabahın uğurlu bizneslərindən biri yarandı?

kicik biznes qurmagin yollari, en yaxsi biznes, biznes ideyalari, biznes ideyalari kataloqu, evde biznes qurmaq, xirda biznes, biznes plan numunesi, evde is qurmaq olar

Qalereya açmaq
Milli.Az bizplus.az-a istinadən bildirir ki, istəsəniz lap evdə də aça bilərsiniz. Rəssamlardan, təkəlduzçulardan, xalçaçılardan əsərlərini öz evinizdə (icarə etdiyiniz böyük zalda) sərgidə göstərin. Alınan əsərlərdən bir qədər komissiya tutun.Vəssalam.

Kalliqrafiya
Bu işin sənətkarı olun,bəsdir. Ad günlərində hüsnxətlə bir əşyanın üzərində yazmaq-əla biznesdir. Müştərilərin çoxu dindar olacaq, ərəb əlifbasını və islamı da öyrənmək lazımdır.

Macəra turizmi
Böyük imkanlar var.2 yolu var: ya turizm kompaniyalarının təkliflərini satmaq ya da müstəqil turlar təşkil etmək. Özəllik ondadır ki, siz xaricdə oteldə qalmaq kimi turizm şirkətlərinin standart xidmətini təklif etmirsiz. Əvəzində Amazon meşələrində qrup gəzintisi, ekstremal safari, Antarktidada 1 həftə qalmaq və s. paketi satırsınız.

Kopirayter
Çox sahibkarların ya biliyi,ya vaxtı olmur ki,reklam elanları yazsın.Bacarığınız varsa, işləyin bu sahədə.

Reklam suvenirləri satmaq
İndi çox kompaniyalar suvenir marketinq materialları (qələm,karandaş,stolüstü elan,poster və s.) işlədir.Belə şeylər istehsal etməklə (satmaqla) siz sahibkarlara kömək edərsiniz,onlar da sizlərə (təbii ki,pul formasında)

Raritet və nadir kitablar satışı üzrə agent
Əgər yaxşı təşkil etsəniz (köhnə jurnalları,qəzet və kitablar tapa bilsəniz), pul götürmək olar.Bakıda köhnə kitabları tapmaq indi çox çətin məsələdir.

Elektrocihazların təmiri
Başım çıxsaydı elə bu dəqiqə bir firma açıb ətrafıma yaxşı ustalar da yığıb başlayardım pul qazanmağa.Müasir dövrdə Bakıda belə şeyə böyük tələb var. Elektrik üzqırxanı, tozsoran, soyuducu təmiri üçün rəsmi servis mərkəzlərindən başqa da alternativlər olmalıdır.

Memar
Yaxşı təhsil+kompüterdə qrafik proqramları yaxşı bilmək=yaxşı memar. Bacarıqlı memar indi çox pul qazana bilər.

İncəsənət üzrə konsultant
Tutaq kimsə rəsm əsəri almaq,evini özünəməxsus şəkildə təmir etdirmək istəyir. Kimə müraciət etməli? Əlbəttə ki,bu işi seçmiş peşəkarlara.

Velosiped və motosikl təmiri
Sırf bu işlə ixtisaslaşın və şəhərdə ad çıxarın. Sonrası barədə fikirləşməyə ehtiyac yoxdur.

Bağça açmaq
Heç demirəm özəl kompleks açın. Evinizdə qonşu binaların,blokların uşağını saxlayın. Evə bir az oyuncaq-zad tökün,düzələcək. Uşaqlar çox da əziyyət vermir,inanın. Böyüklərlə əlləşməkdənsə,uşaqlara nağıl danışmaq yaxşıdır.

Tort hazırlamaq
İnternetdən çoxlu orijinal reseptlər tapın (biz də sizə kömək edə bilərik),dadlı və unikal tortlarla ad çıxarın.

Xalçaların təmizlənməsi və yuyulması
Əlavə xidmət kimi yorğan-döşəklə bağlı xidmətlər də göstərə bilərsiniz.

Uşaqlara kompüter kursları
Valideynlərin nə vaxtı,nə də biliyi olmur ki,uşaqlarına kompüter savadı öyrətsin. Siz öyrədin onda!

Xalq sənətkarlıq məhsulları satışı üzrə agent
Turistlərin,xaricə qonaq gedənlərin,kiməsə hədiyyə alanlara belə agentlər çox lazımlı olur.

Yeni bir xidmət:qocalara servis! Həmişə uşaqlara baxmaq üçün dayə axtarılır.Siz isə sırf qocalara baxmaq üçün bu servisi təşkil edin. Çox gənc ailələr var ki,işlədiklərindən və uzaq olduqlarından yaşlı valideynlərə baxa bilmir. Siz kömək edin. Həm pul qazanın,həm də savab.

Ev heyvanları üçün evcik hazırlamaq
Çox nadir işdir. İri ovçarka və ya dağ siçanı-fərqi yoxdur,siz sifariş olunan cür evciklər hazırlayırsınız.

Ev-nəşriyyat sistemi
Lazımdır: yaxşı rəngli printer,skaner,müasir kompüter,çoxlu qrafik proqramlar,kompüteri yaxşı bilmək bacarığı. Sifarişlərdən asılı olaraq yaxşı pul qazanmaq olar.

Kinoloq və ya ev heyvanlarının instruktajı üzrə mütəxəssis.

Ərzaq çatdırma xidməti
Müştərilər istədikləri xörəkləri restoranda sifariş edir və ya bazarda istədiklərini tapşıır,siz isə əlavə muzdla onu çatdırırsınız. Motosikl və avtomobiliniz olsa,təchizatçılar ilə yaxşı əlaqə qura bilsənniz, çox gəlıirli bir biznesdə ola bilərsiniz.

Mebel təmiri
Əvvəlcə sadəcə təmirlə məşğul olun. Əlinizə pul gəldikdən sonra əsas məsələyə keçin-işlənmiş mebeli ucuz alın,onu ilkin vəziyyətə gətirin və baha qiymətə satın. Alıcı çox olacaq. Çünki mebel salonundan almaqdansa,ucuz qiymətə sizdən almaq onlara sərf edər.Bu sahədən başınız çıxması məsləhətdir.Yaxşı ustalar olsa və işlənmiş mebelin alqı-satqısını təkmil təşkil etsəniz,müvəffəqiyyət qazanmaq olar.

Bağların dizaynı
Çox varlı insanlar, eləcə də hökümət strukturları süni landşaft qurmaq üçün xeyli pul ödəməyə hazırdır.

Usta briqadası
Deşilmiş su borusunu təmir edə,otağı tez bir zamanda rəngləyə,xarab olmuş su kranınını saz vəziyyətə gətirə bilirsinizsə,niyə biznes qurmayasınız? Əlimyandıda olan insan ona kömək edənə istənilən pulu verməyə hazırdır. Çalışın özünüzü təcili və operativ işləyən ustalar kimi tanıdasınız.Sizinlə kontakt üçün sadə saytınız olsa,lap super olar.Xarici firmaların ofislərindən tutmuş şəhərkənarı villaların zəngin sahiblərinədək çoxları məişətdə çətin duruma düşür.Bundan istifadə edin!

İmic üzrə konsultant və ya stil-menecer
Düzdür,nəsə geyim alanda biz çox vaxt satıcı ilə məsləhətləşirik.Amma məlumdur ki,satıcı mağasının xeyrini güdür,dolayısıyla sizəhansısa kostyumu satmaqla maraqlıdır. Bəzən insanlar elə bir ekspertin xidmətinə kömək duyurlar ki,onlara düzgün geyim seçsin,saç düzümünə yenilik versin,ona bir çox məsləhətlər versin. Bu barədə çox oxuyun,çox öyrənin və elə edin ki,imicmeyker kimi özünüzü tanıda biləsiniz. Müştəri bazasının yığılmasında və reklamda qabaqcıl internet-maqazin sizə kömək edər.

Şəxsi camaşırxana
Xərc tələb edir, amma tez öz xərcini çıxardır. Yeni tikilmiş binaların yanında bu tip obyekt açılsa, dahaeffektiv olar.

Frilanser-jurnalist
İndi çox saytlara,jurnallara kontent doldurucuları-məqalə yazanlar tələb olunur.Müəyyən bir sahə üzrə ixtisaslaşsanız(məsələn,tibb) frilanser xidmətini göstərən saytlarda aktiv iştirak etsəniz,mətbuat işçiləri ilə əlaqələr qura bilsəniz işə başlaya bilərsiniz.İngilis dilini mükəmməl bilməyiniz tələb olunur.Sifariş olunacaq məqalələrin çoxu bu dildədir.Belə fəaliyyətə rus dilini bilmədən başlamağı məsləhət görməzdim.Bu dildə çoxlu ədəiyyat və İnternetdə informasiya bolluğu var.Bir qədər təcrübə qazandıqdan sonra həmkarlarınız ilə qrup da təşkil edə bilərsiniz.

Biznes ideyası olan tələbə nə etməlidir?
Sizə xəyali belə bir qrupu təsvir edim. Belə frilanser qrup 5 nəfərdən ibarətdir.Hamısı ingilis dilində kontent yığır. Amma sifarişlərər görə Əhməd türk və bacısı Sevinc ərəb və ivrit(bu dillər yaxındır),Vladimir rus və alman,Henrix alman və fransız,Əlcəzairli Hüseyn isə ərəb və fransız dillərində yaza bilir.

Burada bölgü elə aparılır ki,alman dilində sifariş çox olanda(təbii ki,sifarişçi nəticəni tez almaq istəyir) Henrix Vladimirə də xəbər verir və ya ərəb ölkələrində ərzaq satan fransız şirkəti Hüseynə sifariş verəndə,o işə Sevinci də cəlb edir. Bu 5 nəfər ən çox tələb olunan dillərdə məqalə yazmaq üçün birləşib İnternet vasitəsilə əlaqə saxlamaqla,yaxşı işləyə bilərlər. Həm də burada bir nəfər digərinin işini yoxlayıb gözdən qaçan səhvləri də düzəldə bilər.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.