Press "Enter" to skip to content

Aybaşı gecikməsi zamanı nə etməli

Həmçinin sümüklərdə osteoporoz riski də arta bilər. Osteoporoz sümük toxumasının kövrəkləşməsi və sınığa meylliyi ilə xarakterizə olunur.

İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün

Heç kimə sirr deyil ki, qadın, kişi orqanizmində baş verən hormonal, cinsi, uroloji, ginekoloji problemlərin çoxu uzun müddət normal intim əlaqə və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlanır.

Medicina.az həyatında nəinki həftələr, hətta aylar, illərlə seks olmayan insan, xüsusən qadınların orqanizmində hansı problemlərə yol açdığını araşdırıb.

İMMUNİTET ZƏİFLƏYİR

Doktor Kori Honikman hesab edir ki, müntəzəm olaraq keyfiyyətli intim həyatı olan insanların immuniteti 43 faiz daha yüksək olur. İmmun sistem xüsusən əvvəllər normal intim münasibəti olan sonradan azalan insanlarda bu əskikliyə mənfi reaksiya verir.

STRESS HORMONLARI ARTIR

Seks xoşbəxtlik hormonu olan serotoninin sintezi üçün fabric rolunu oynayır. Britaniya universitetinin araşdırmaları göstərib ki, müntəzəm intim münasibətdə olanlar stress vəziyyətlərini asanlıqla aşır. İntim əlaqəsi heç olmayanlar isə stresə qarşı davamsız olur.

EREKTİL DİSFUNKSİYA BAŞLAYIR

Erkən boşalma və erektil disfunksiya müntəzəm və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlana bilir.

LİBİD AZALIR

Doktor Honikman qeyd edir ki, uzun müddət intim əlaqədən uzaq duran insanlarda orqanizm bu hala öyrəşir və libidi azaldır.

PROSTAT XƏRÇƏNGİ RİSKİ ARTIR

Prostat xərçəngi pasiyentləri üzərində aparılmış araşdırma göstərib ki, uzun müddət seksdə fasilə kişilərdə prostatit və xərçəngə yoluxmaq riskini 35% artırır.

İNSANIN ÖZÜNƏ GÜVƏNİ İTİR

Seksdən uzaq olan insan özünü az cəlbedici hesab edir, işdə, şəxsi həyatda özünə güvənmir. Hesab olunur ki, sperm təbiətən antidepressantdır. Onun çatışmazlığı əhval pozğunluğu, depressiya yaradır. Bu intim münasibətdə qoruyuculardan istifadə edənlərə də aiddir.

QADINLARDA VAGİNA ZƏİFLƏYİR, GİNEKOLOJİ XƏSTƏLİKLƏR ÇOXALIR

Seks qadınlar üçün Keqel əzələsinin məşqi deməkdir. Uzun müddət əlaqəsiz qalmaq, aşağı çanaq orqanlarında qan durğunluğuna, adneksit və mastopatiya kimi xəstəliklərə yol açır.

HORMONAL DİSBALANS

Həm kişi, həm də qadınlarda demək olar bütün orqanların işini pozan hormonal disbalans baş verir. Qadınlarda kişi hormonlarının sayı artır, qadın tez qocalır. Kişilərdə isə əksinə kişi hormonları azalır, onlarda tüksüzləşmə, kökəlmə, bədənin piylənməsi başlayır. Seks yoxdursa, vaxtından əvvəl qocalmaya hazır olun.

Intim münasibəti olmayan kişilərdə kişi hormonlarının həddən artıq aktişləşməsi səbəbindən aqressiya baş qaldırır, beynində təşvişli fikirlər çoxalır. Yuxu pozulur, xroniki ağrılar baş qaldırır, içkiyə meyl yaranır.

Sayt şərhləri Facebook şərhləri

  • Miraga
    Mənimdə 18 yaşım var evli deyiləm evlənmək istəyərdim gözəl xanımla özüm müsəlmanam içkidən zinadan uzağam haram olan şeylərdən uzağam cinsi istəyim günü gündən artır hər yemək yedikdən sonra cinsi istəyim zirvə olur 0507613653
  • No name
    Mən hec cinsi elaqədə olmamışam 22 yaşım var
  • Samire
    MEN AYRILMIWAM BIR EVDE YAWAYIR AM 2 ILDIR CINSI ELAQEM YOXDU DUZDU OZ GUVENIMI ITIRMIWEM AMA EHTIRASIM GEDIB YOX OLUB CEHENNEME OLMASINDA ESAS AYRILSAQDA YAXWI BAXIR UWAQLARA MENE BESIMDI BELKE NE VAXTSA MENI QEBUL EDER VE MUNASIBETIMIZ OLAR UMUDUMU ITIRMIREM ALLAH BOYUKDU 39 YAWIM VAR
  • Tural
    Salam, hərkəsin rəyini oxudum mənfi rəyin çox olduğunu gördüm, mən burda rəy yazmağ isdəmirdim amma müsbət rəydə olsun deyə yazdım, indidən üzür isdiyirəm, Mən təxminən 3-4 ildir ki zinaya içkiyə və s şeylərə töbə etmişəm ibadət edirəm son vaxlarda dəhşət deprisiyaya düşürəm özümdə zəyiflik his edirəm bir sözlə yuğarıda qeyd olunanların hamısı məndə var demək olar ən çox əsəb və deprisiya olur hec nədən əsəbləşirəm deprisiyaya düşürəm metroda vəya afrobusta baş verəndə şüşələri qırmağ isdiyirəm yada kimisə vurmağ isdiyirəm bu şey məndən aslı deyil özümü sakitləşdirməkdə çox çətinlik çəkirəm bu mənə əməlli başdı əzab verir, ALLAH özü mənə və mənim kimi halda olanlara kömək olsun, bəziləri oxuyub deyə bilər ki niyə evlənmirsən.! Elə bir dövürdə yaşayırıq ki oqədər şeylər görürüy ki və eşidiriy ki istəmirik, doğru qızı axtarma qeyrətli kişiyçün samanlığda iynə axtarmağ kimidir, Oxuyanlardan yenədə üzür isdiyirəm.
  • can99
    gul xanim.ernize xeyanet etmisinizse bu reLliqdi siz qehisiniz artiq )))
  • Ayib olsunn
    Camahat deli olub ey tobeeee)) a sizi qirilasiz ne geldi yazmisizee
  • Atas
    Ne bilime 0703032210
  • Anar namazov
    Yalan söhbətdi burda yazlanlar
  • elnare
    salam mende evlenib ayrilmisam 7 ildi bedenim zeyifleyib xesdelikler yaranir uje mende
  • Cavid
    Salam.Mən,evlənib ayrılmıs vəya dul qadınla tanış olub ciddi münasibətdə olmaq istəyərəm.Uzun müddətdir cinsi əlaqədə olmuram.Ailə qurub ayrılmışam. 0776079700
  • Mahmud
    Soxum sizin sohbetnize
  • Şahin. S
    Sevinc xanım biriylə dini nigaha gir
  • Sərdar
    Nə deyir bular. Məndə elə billəm tibbi sayttı bura. ‍♂️
  • Murad
    Cammatın başı qaçıb. Sonra da deyirlər niyə belə oldu? Evli adamsan və ya qadınsan yoldaşınla istədiyin kimi sevişə bilmirsənsə demək ki onunla yetərincə açıq deyilsən. Sadəcə olaraq nə istədiyini ona de əgər sən dedikdən sonra da səni başa düşmürsə və sən yenə də seksaclıq çəkirsənsə onda o demək deyil ki sən gedib sağda solda kiminlə gəldi yatmalısan və ya kimə gəldi verməlisən. Partnyorunuzu düzgün seçin
  • Aska Mirzeyev
    Ayrilmiw ,yawi 30 dan yuxari qadin olarsa yazsin 0557578735 wp

Aybaşı gecikməsi zamanı nə etməli?

Menstruasiya qadın orqanizmində neyroendokrin mexanizmlə tənzim olunan mürəkkəb və çoxşaxəli proseslərin nəticəsidir. O, dövrü xarakter daşıyır. Menstrual gecikmənin bir çox səbəbləri vardır. Bunlardan ən önəmlisi hamiləlikdir. Digər hallarda isə gecikmə patoloji və fizioloji faktorlardan qaynaqlanır.

Bir çox qadın tsikl pozğunluğunun səbəbini aydınlaşdırmadan aybaşı gecikməsi zamanı nə etməli olduğunu araşdırır. Lakin aybaşı gecikməsi zamanı ilk növbədə müayinə aparılmalıdır.

Aybaşı gecikirsə nə etməli – diaqnostika üsulları

  • ginekoloji kresloda baxış;
  • cinsi yolla keçən infeksiyaların analizi;
  • böyrəküstü və qalxanabənzər vəzlərin, kiçik çanaq orqanlarının ultrasəs müayinəsi;
  • kompüter tomoqrafiya, rentgenoqrafiya, ensefaloqrafiya, MRT – hipofizin müayinəsi məqsədilə;
  • cinsi hormonların yoxlanılması.

Aybaş gecikməsi zamanı nə etməli – bu barədə daha ətraflı

Tsikl pozulmasını yaradan səbəb aydınlaşdırıldıqdan və onun neqativ təsirləri aradan qaldırıldıqdan sonra adətən aybaşı tsikli özbaşına bərpa olunur. Bəzi qadınlar Dinoprost və Mifepriston kimi preparatları aybaşı olmaq üçün dərman qismində qəbul edir.

Ancaq bu preparatların davamlı istifadəsi hormonal fonun pozulmasına və vəziyyətin irəlidə daha da gərginləşməsinə səbəb olur. Buna görə aybaşının olmaması zamanı həmin dərmanları özbaşına içmək icazəli deyil.

Aybaşı gecikməsi zamanı nə etməli – daha təhlükəsiz metodlar

Menstruasiyanı tezləşdirmək üçün nisbətən təhlükəsiz üsullar mövcuddur. Bunlara aşağıdakılar aid edilir:

  • isti vanna qəbul edin. Suyun temperaturu yüksək olmalıdır. Prosedurun müddəti maksimum 20-30 dəqiqədir.
  • cinsi aktların tezliyini artırın.
  • aktiv fiziki məşqlər edin.

Aybaşı gecikməsi zamanı nə etməli – xalq təbabəti reseptləri

  • gündə 4 dəfə yarım dəstə cəfəri yeyin. Udmadan öncə yaxşıca çeynəyin.
  • suya 150 qram cəfəri əlavə edib, 10 dəqiqə qaynadın. Gündə ½ stəkan olmaqla 2 dəfə için. Bu resepti təxmini aybaşı vaxtına qədər 1 həftə ərzində müntəzəm tətbiq etsəniz daha effektiv nəticə alacaqsınız.
  • 1 stəkan baş soğan qabığını 3 stəkan qaynar su ilə qarışdırıb, 1 saat gözləyin. 200 ml tünd rəngli dəmləmə alınmalıdır. Bu qarışığı ertəsi gün də içə bilərsiniz.
  • 4 qaşıq çobanyastığını (romaşka) 3 qaşıq pişikotu (valerian) və 3 qaşıq nanə ilə qarışdırıb, üzərinə 2 stəkan su əlavə edin. 10-15 dəqiqə qaynadın. Soyutduqdan sonra gündə 2 dəfə 100 ml qəbul edin. Müalicə kursu 1 aydır.

Aybaşı gecikməsi zamanı nə etməli – dərman preparatları

Aybaşı gecikməsi zamanı yalnız həkim məsləhəti ilə aşağıdakı preparatlardan istifadə edə bilərsiniz.

  • «Pulsatilla». Homeopatik qranuldur. 3 gün ərzində dilatına 5 qranul qoymaqla istifadə olunur
  • «Dyufaston». 2 tabletdən 5 gün qəbul edilir.

6 aydan çox aybaşı gecikməsi zamanı nə etməli?

Menstruasiya 6 aydan artıq gecikirsə, bu artıq amenoreyadır. Onu yüngül patologiya saymaq düzgün deyil. Həmçinin amenoreya zamanı özbaşına müalicə qadağandır. İlk öncə səbəb aydınlaşdırılmalıdır. Çünki amenoreya aşağıdakı xəstəliklərlə müşayiət oluna bilər:

  • sonsuzluq;
  • onkologiya;
  • şəkərli diabet;
  • ürək-damar sisteminin patologiyaları.

Həmçinin sümüklərdə osteoporoz riski də arta bilər. Osteoporoz sümük toxumasının kövrəkləşməsi və sınığa meylliyi ilə xarakterizə olunur.

Amenoreyanın müalicəsi digər hallarda olduğu kimi yalnız diaqnostikadan sonra aparılmalıdır.

Amenoreyanın profilaktikası məqsədilə nə etməli?

  • ildə 2 dəfə ginekoloq baxışından keçmək;
  • ildə 1 dəfə endokrinoloqa getmək;
  • zərərli vərdişlərdən imtina etmək;
  • idmanla məşğul olmaq və aktiv həyat tərzinə keçmək;
  • iltihabi xəstəlikləri vaxtında müalicə etmək;
  • bədən çəkisini nəzarətdə saxlamaq;
  • stressdən uzaq durmaq;
  • müntəzəm cinsi həyat sürmək;
  • hamiləlik planlama;
  • kontraseptiv vasitələri yalnız həkim göstərişi ilə qəbul etmək.

Sonda qeyd edək ki, əgər Sizdə də aybaşı 7 gündən artıq gecikirsə, mütləq ginekoloqun qəbuluna yazılın.

Cinsi zəifliyin təbii müalicəsi

Kişilərdə potensiya problemi qədim zamanlardan bəri diqqət mərkəzindədir. Belə ki, keçmiş dövrlərin məşhur həkimləri, loğmanları cinsi zəifliyin müalicəsi yollarını tapmağa çalışmış və bu istiqamətdə bir çox araşdırmalar aparmışlar. Bu məqsədlə cinsi zəifliyin təbii müalicəsi reseptləri tərtib edilmişdir. Bir neçə maraqlı resept ilə Sizi tanış edirik.

Nou-xau kamasutra

Qədim induslar cinsi əlaqədən bir gecə öncə süddə bişirilmiş düyünü qızardılmış soğan, sərçə yumurtaları və bal ilə yeməyi tövsiyə edirdilər.

Cinsi zəifliyin təbii müalicəsi – İbn sinanın sirri

XI əsrin dahi həkimi tibbin qurucusu İbn sina potensiyanı artırmaq üçün qida rasionuna gicitkən, bal, acı bibər, muskat, xoruzun xayalarını əlavə etməyi məsləhət görürdü.

Samurayların rasionu

Yaponiyada keçmiş dövrlərdən etibarən potensiyanı artırmaq istəyən kişilər gündəlik rasiona rəndələnmiş qırmızı turp qatırlar. Son aylarda yapon alimləri çuğundurun da belə bir xüsusiyyəti olduğunu kəşf etmişlər.

Fransız içkisi

Eyş –işrət macəraları və tüfeyli həyatı ilə tanınan IV Henri ereksiyanın (penisin sərtləşməsi) stimulyasıyası üçün konyak ilə yumurta sarısının qarışığını içirdi. Kazanova öz memuarlarında şokolad ilə qozun ereksiyanı stimulə etdiyini yazmışdı.

Cinsi zəifliyin təbii yolla müalicəsi – Roma papasının sousu

Potensiyanın saxlanması və erkən boşalmanın təbii müalicəsi məqsədilə orta əsrlərdə belə bir içkidən istifadə edilirdi. İçkinin tərkibinə xırda doğranmış vetçina, soğan, kök, kərəviz, toyuq bulyonu və ağ şərabda qaynadılmış cəfəri, sarımsaq, qərənfil, limon qabığı daxildir.

Kərəviz köklərini öncədən qızartmaq lazımdır. İnqrediyentləri bulyonda qaynadıb üzərinə yağ və un töküb, qarışdırır. Daha sonra süzüb içirdilər.

Qədim romalıların tövsiyəsi

Romalılar libidonu (cinsi həvəs) artırmaq üçün bütün acı bitkiləri: soğan (xüsusilə qırmızı), sarımsaq, qırmızı və qara bibəri tətbiq edirdilər. Hazırda həkimlər də bu təbii vasitələrin əks-göstəriş olmadığı halda qəbulunu məsləhət görürlər.

Onların təsir mexanizmi maddələr mübadiləsinin sürətlənməsinə, sidik-cinsiyyət yollarının bir qədər qıcıqlanmasına əsaslanır. Mədə və böyrək xəstəliklərlərindən əziyyət çəkən kişilərə acı bitkilər qadağandır.

Cinsi zəifliyin təbii üsulla müalicəsi – pişik caynağı

Peruda liana unkariya tomentoza bitkisinin ekstraktından hazırlanan pişik caynağı adlı preparat prostatitin müalicəsində uğur qazanmışdır. Bundan başqa dərmanın ereksiyanı da artırdığı sübut olunmuşdur. Prostatit zamanı təyin olunan bəzi preparatların tərkibində testosteronu blokada edən maddələr mövcud olsa da, pişik caynağı istisnadır.

Sibir meşələrinin sirri

Cinsi zəifliyin təbii müalicəsi üçün ilk və ən önəmli bitki əlbəttə ki, jenşendir. Bu bitki yüksək effektivliyə və minimal toksikliyə malikdir. Digər stimulyatorlardan fərqli olaraq, jenşenin tərkib komponentləri tonuslandırıcı təsir göstərərək, uzunmüddətli nəticə verir.

Jenşendan hazırlanmış müxtəlif ekstraktları aptekdən əldə etmək mümkündür. Hətta kiçik dozalarda içildikdə erektil funksiyanı 15% artırdığı təsdiq olunmuşdur.

Cinsi zəifliyin müalicəsində digər təbii vasitələr

Eleuterokok – jenşenin təbii əvəzedicisi sayılır. Bəzi xüsusiyyətlərinə görə daha üstün sayılır.

Hündür araliya – cinsi zəifliyin təbii müalicəsi üçün daha effektiv, lakin eyni zamanda təhlükəli bitkidir. Arterial təzyiq və ürək-damar xəstəliklərində əks-göstərişdir. Çay günün birinci yarısı 10 damcı içilir.

Çəhrayı rodiola (qızıl kök) – maye ekstrakt şəklində gündə 1 dəfə 6 damcı qəbul edilir.

Pantokrin – cavan maralların sümükləşməmiş buynuzunun ekstraktıdır. Gündə 2 dəfə 30 damcıdan günün birinci yarısı içilir. Müalicə müddəti 3 gündür. Bu dərmanı tez-tez istifadə etmək olmaz.

Pomorların gücü

Dəniz kənarında yaşayan Pomor xalqı cinsi zəifliyin təbii müalicəsi üçün çox sadə üsuldan istifadə edirdi. Gündəlik qəbul olunan məhsullar arasında ət və balığa üstünlük verirdilər. Ətin tərkibində əvəzolunmayan amin turşuları ilə yanaşı B qrup vitaminlər, dəmir və digər faydalı elementlər var. Balıq isə fosfor, maqnezium, yod (dəniz balığında), sink və mislə zəngindir. Bütün bu komponentlər potensiyanın stimulyasiyası üçün çox vacibdir.

Xülasə

Cinsi zəifliyin təbii müalicəsi üçün hər hansı bir vasitədən istifadə etməzdən öncə uroloq-androloq ilə məsləhətləşməyiniz lazımdır.

Comments are closed, but trackbacks and pingbacks are open.