Press "Enter" to skip to content

Azərbaycanda uşağı övladlığa necə götürmək olar

Bir çox xəstəliyin müalicəsində istifadə olunan palıd qabığı seksual disfunksiyada effektiv vasitə hesab edilir. Onun dəmləməsini 1 həftə ərzində içmək lazımdır. Palıd qabığı tiaminlə zəngindir. Tiamin cinsi orqanların sinir uclarının fəaliyyətini tormozlayır.

Gec qurtarmaq üçün təbii vasitələr

Erkən boşalma günümüzdə milyonlarla kişini narahat edən və bir çoxunun dilə gətirmədiyi problemdir. Sırf bu diaqnozla androloq həkimlərə müraciət edən xəstələrin sayı çox azdır. Bir çoxları alternativ metodlara can atır. Bu üsullar arasında gec qurtarmaq üçün təbii vasitələr ön sıralarda dayanır.

Gec qurtarmaq üçün müalicə üsulu – fitoterapiya

Müalicəvi vasitələr: otlar və bitkilər qədim zamanlardan istifadə olunur. Bir çox bitki gec qurtarmaq üçün dərmanlarla birgə tətbiq edilir.

Gec boşalmaq üçün təbii vasitələr – nanə

Nanə – ödqovucu, spazmolitik, iltihabəleyhinə, antiseptik təsirlərə malikdir. Bu bitki bağırsaqda mayalanma və çürümə proseslərini ləngidir. Həmçinin nanənin immuniteti möhkəmləndirici, yarasağaldıcı, sidikqovucu xüsusiyyətləri vardır.

Erkən boşalmanın müalicəsində onun normadan artıq sinir oyanması və baş beyin damarlarında spazmı azaltma xassəsindən yararlanırlar. O həmçinin qan dövranını normaya salır. Nanə şirəsini penisin başına sürtmək lazımdır.

Sakitləşdirici təsiri sayəsində penisin sinir hüceyrələri cinsi akt zamanı stimulyasiyaya gec reaksiya verir. Nəticədə kişi eyakulyasiyanı (sperma ifrazını) kontrol etməyi bacarır və bu prosesi bir qədər uzadır.

Gec qurtarmaq üçün təbii vasitələr – göyçiçək

Xalq təbabətində orqazmı gecikdirən vasitədir. Göyçiçək tinkturasının tərkibindəki sentaurin maddəsi boşalmanı gecikdirir. Tinktura – spirt və ya efirdə hazırlanan dərman maddəsi deməkdir.

Gec qurtarmaq üçün təbii vasitələr – moruq

Keçmiş zamanlarda kişilər cinsi aktı uzatmaq məqsədilə xörəyə moruq yarpaqları qatırdılar. Onun tərkibindəki feliamin sayəsində cinsi orqanın sinir uclarının fəaliyyəti bir qədər ləngiyir. Oyanma gec baş verdiyindən cinsi akt uzanır.

Gec qurtarmaq üçün təbii vasitələr – palıd qabığı

Bir çox xəstəliyin müalicəsində istifadə olunan palıd qabığı seksual disfunksiyada effektiv vasitə hesab edilir. Onun dəmləməsini 1 həftə ərzində içmək lazımdır. Palıd qabığı tiaminlə zəngindir. Tiamin cinsi orqanların sinir uclarının fəaliyyətini tormozlayır.

Gec qurtarmaq üçün təbii vasitələr – buğda yağı

Buğda yağının tərkib hissəsi olan entemorfin hipofizə birbaşa təsir göstərir. Hipofiz seksual oyanma və cinsi prosesləri idarə etdiyindən yağın qəbulu cinsi aktı uzadır. Bundan ötrü buğda yağını intim əlaqədən öncə 40 damcı içmək lazımdır.

Gec qurtarmaq üçün təbii vasitələr – ot qarışıqları

Resept №1

Səhləbin kök yumrularından hazırlanmış toz – 1 xör.qaş.

Nar şirəsi – 1 xör. qaş.

Gavalı şirəsi – 1 xör.qaş.

Quru üzüm şərabı – 100 ml.

Qaynar su – 1 stəkan.

Hazırlanma qaydası: 1 stəkan suya səhləbin tozunu töküb, uzun müddət qatı sıyıq alınana qədər qarışdırın. Sonra qaynar şəraba mumiya, bal, nar və gavalı şirələrini əlavə edin. Əldə olunan qarışığı səhləb sıyığının üzərinə töküb, həmcins kütlə əldə olunana qədər qarışdırın. Gündə ½ stəkan həcmində 2 dəfə için.

Resept №2

Qəhvəyi itburnu (meyvələri) – 3 hissə

Dərman cəbrayılotu (kökü) – 2 hissə (dyagil)

Adi turpəng (ot hissəsi) – (surepka) -1 hissə

Qoşayarpaq platantera (lyubka dvulistnaya) – kök yumruları – 2 hissə

Resept №3

Beşpaycıqlı damotu (pustırnik pyatoplastnıy) – 2 hissə

Adi boymadərən – 2 hissə

Acı nanə (yarpaqları) – 1 hissə

Adi qaraqınıq – 1 hissə

Resept №4

İtburni (qəhvəyi meyvələri) – 2 pay

Üçyarpaq suyoncası yarpaqları -1 pay

Gülümbahar (çiçəkləri) – 1 pay

Beşpaycıqlı damotu – 2 pay

№2, 3, 4 hazırlanma qaydası: 2 xör qaş. öncədən xırdalanmış otu 1 litr qaynamış su ilə qarışdırın, qaynama dərəcəsinə çatdırın. 10 dəqiqə vam odda bağlı qabda qaynadın. Otla birlikdə termosa tökün, bütün gecə qalsın. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml için. Dadlandırmaq məqsədilə bal, mürəbbə, şəkər əlavə etmək olar. Müalicə kursu 3-4 aydır. 10-14 günlük fasilədən sonra kurs təkrarlanır. Yaxşılaşmaya baxmayaraq müalicə 12 ay aparılmalıdır.

Xülasə

Hər hansı təbii vasitəni istifadə etməzdən öncə o bitkinin əks-göstərişləri və törədə biləcəyi allergik reaksiyalar haqqında həkimdən soruşun.

Azərbaycanda uşağı övladlığa necə götürmək olar?

Son zamanlarda uşağın övladlığa götürülməsi kimi mürəkkəb və uzun bir proses asanlaşıb: indi bu sahədə DOST agentliyi fəaliyyət göstərir. URBAN DOST Mərkəzinə müraciət edib və qəyyum olmaq üçün hansı mərhələlərdən keçmək lazım olduğunu öyrənib.

Hal-hazırda övladlığa götürməklə bağlı ərizəni ya mərkəzlərdən birinə müraciət etməklə, ya da elektron şəkildə təqdim etmək olar. Onlayn sistemdə anket doldurmalı və uşaq övladlığa götürmək hüququnuz olub olmadığını öyrənməlisiniz. Cinsiniz, yaşınız, ailə vəziyyətiniz, mənzil şəraitiniz (kvadrat metrlərin sayı), aylıq əmək haqqınız, uşaqların sayı, sağlamlığınızın vəziyyəti göstərilməlidir, həmçinin valideynlik hüququndan məhrum olub-olmamağınız da bildirilməlidir. Övladlığa götürən şəxslə bir yerdə yaşayan bütün ailə üzvləri notarius tərəfindən təsdiqlənmiş yazılı razılığını verməlidir.

  • əmək qabiliyyəti olmayan şəxslər;
  • məhdud əmək qabiliyyətli şəxslər;
  • valideynlik hüququndan məhrum olan valideynlər;
  • qəyyum vəzifəsindən azad edilmiş vətəndaşlar;
  • məhkum olunmuş vətəndaşlar;
  • sağlamlıqları ilə əlaqədar uşağa lazımi qayğını göstərə bilməyən şəxslər.

Həmçinin qəyyum ola biləcək şəxsin yaşı və ailə vəziyyəti də əhəmiyyətli rol oynayır. Belə ki, evli qəyyum üçün minimum yaş həddi 25, evli olmayan üçünsə minimum yaş həddi 30 təyin olunur.

Maddə 121. Övladlığa götürülmüş uşaqla onu övladlığa götürən şəxs arasındakı yaş fərqi

121.1. Övladlığa götürən şəxs evli deyilsə, övladlığa götürdüyü uşaqla onun arasındakı yaş fərqi ən azı 16 olmalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən bir səbəb varsa, yaş fərqi azaldıla bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Sistem övladlığa götürmə hüququnuzun olduğunu təsdiqləyərsə, aşağıdakı mərhələyə, yəni sosial işçilərlə birbaşa təmas mərhələsinə keçə bilərsiniz. Birincisi, övladlığa götürən şəxs müsahibədən keçməli və nə üçün uşaq övladlığa götürmək istədiyini izah etməlidir. İkincisi, sosial işçilər qəyyumun yaşayış şəraitinin övladlığa götürmə üçün uyğun olub-olmadığını yoxlayır və hər iki tərəfin imzalamalı olduğu akt tərtib edirlər.

Növbəti mərhələ həftədə üç saatdan çox olmayan təlimlər mərhələisidir. Bu təlimlər çərçivəsində uşaqla ünsiyyət qurma prosesində rastlaşa biləcəyiniz psixoloji məqamlar və çətinliklər müzakirə olunur. Təlimlər başa çatdıqdan sonra övladlığa götürəcək şəxs imtahan verir və qiymətləndirilir.

Bundan sonra uşaq seçimi mərhələsi gəlir: övladlığa götürən şəxsin də, övladlığa götürülən uşağın da cins, yaş və dillə bağlı istəkləri nəzərə alınır. Seçim elektron şəkildə də həyata keçirilə bilər: anket doldurursunuz, sistem isə istədiyiniz uşağı övladlığa götürə bilib-bilməyəcəyiniz haqqında məlumat verir.

Bütün xüsusiyyətlər üst-üstə düşürsə, neytral ərazidə görüş vaxtı gəlir. Qəyyumla uşağın təması (həftədə 40 saatdan çox olmayaraq) yaranan münasibəti qiymətləndirən sosial işçilərin nəzarəti altında baş verir.

Növbəti mərhələ – ilkin yerləşdirmə mərhələsidir. Bütün sınaqlardan müvəffəqiyyətlə keçən qəyyum uşağı üç ay müddətinə öz evinə aparır. Burada da sosial işçilər tərəfindən müşahidə aparılır: birinci həftə ərzində onlar ailəyə üç, daha sonrakı həftələrin hər birində isə bir dəfə baş çəkir.

Uşağın uyğunlaşması yaxşı keçdiyi halda, bütün lazımi sənədlər məhkəməyə göndərilir.

Maddə 118. Övladlığa götürmə qaydası

118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.

Valideyn hüquqları qüvvəyə mindikdə yeni ata və ya ana uşağın adını və soyadını, doğum yerini və tarixini dəyişdirə bilər. Unutmaq lazım deyil ki, övladlığa götürülmüş uşaq 16 yaşınadək rübdə bir dəfə onun vəziyyətini, yaşayış şəraitini və qohumlarla münasibətini yoxlayacaq sosial işçilərin nəzarəti altında olacaq.

  • vəzifələrini yerinə yetirmir;
  • valideyn hüquqlarından sui istifadə edir;
  • uşağa şiddət tətbiq edir;
  • xroniki əyyaş və ya narkomandır.

Necə kökəlmək olar- ƏN SADƏ ÜSUL

Normal bədən çəkisinin hesablanması üçün onlarla formullar var. Müasir təbabət aşağıdakı tənlikdən istifadə edir:

Bədən çəkisinin indeksi = çəki/boy2 (kq/m2)

Əgər çəki indeksi 19-dan aşağıdırsa, bu, bədən çəkisinin normadan geri qalmasını göstərir. İndeksin orta göstəricisi 19-25 arasındadır. Lakin bu indeks nə konstitusional, nə də individual göstəriciləri əks etdirmədiyindən ənənəvi təbabət məsələyə bir qədər başqa istiqamətdən yanaşır. Hesab olunur ki, hər bir temperamentin özünəməxsus çəkisi olur. Məsələn, fleqmatiklər, adətən bir qədər kök olur, onların bədənində piy toxuması üstünlük təşkil edir. Amma melanxolikləri nə qədər yedizdirsən də onlar arıqlıqdan əziyyət çəkir. Sanqviniklərin bədənində əzələ toxuması üstünlük təşkil etdiyinə görə onların bədən çəkisi normal, xoleriklərdə isə piy çox az olduğundan onlar arıq olur.

Arıqlama və bədən çəkisinin azalması yalnız o zaman patoloji hal hesab oluna bilər ki, orqanizmin xəstəliklərə qarşı müqavimətinin zəifləməsinə, bədənin enerji ehtiyyatının tükənməsinə, nevroz və yuxusuzluğa, iştahın pozulması və hətta depressiyaya səbəb olsun. Üzülmə vaxtından əvvəl qocalma, saçların və dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi və cinsi fəaliyyətin zəifləməsi ilə də müşayiət oluna bilər.

Təbabət hədsiz arıqlığın ilkin səbəbləri kimi aşağıdakıları göstərir:

Qeyri-rasional qidalanma. Soyuq, çiy, yüngül və azkalorili qidaların qəbulu, vaxtlı-vaxtında yeməmək və ya az miqdarda maye qəbulu buna misaldır.
Hədsiz hərəkətlilik, fiziki və zehni yüklənmə, yorulma.
Qeyri-düzgün həyat tərzi. Çox qısa yuxu, emosional stress və kədər.
Bağırsaq xəstəlikləri və ya həzm pozulmaları.
Qurd invaziyaları
Stimulyasiyaedici preparatların, xüsusilə də amfetaminlərin qəbulu
Səbəbi aşkar olunduqdan sonra arıqlığın korreksiyası və kökəlmə üçün xalq təbabəti bəzi məsləhətlər verir.

İlk növbədə qida rasionuna fikir vermək lazımdır. Qidaya mütləq mal, qoyun, qaz əti, müxtəlif sıyıqlar, qoz, fındıq, yağlar əlavə edin. Süd məhsullarına, xüsusilə də yağlı, duzsuz pendirə üstünlük verin, nişastalı və şəkərli məhsulları çox yeyin. Ilk vaxtlarda qatı ət bulyonları və xaş yemək də yaxşı nəticə verir.

Xörəkləri bişirən zaman cirə, zəncəfil, darçın, zirə kimi ədviyyatlardan çox istifadə etməyin və soyuq qidaları rasionunuzdan tamamilə çıxarın.

Hər gün təzə inək və ya keçi südü için
Kərə yağından çox istifadə edin
Təzə bişmiş ağ çörək yeyin
Səhərlər düyü və buğda sıyıqları yeyin
Kişmiş, küncüt və ərik qurusundan çox istifadə edin
Resept

2-3 ədəd quru və ya təzə əncir və 3-5 ədəd badam bir stəkan süddə isladılır və 40 gün ərzində hər səhər qəbul edilir.
10 ədəd badam və bir xörək qaşığı kişmiş xırdalanır və bir stəkan südlə qarışdırılır. Gündə iki dəfə, səhər və axşam isti şəkildə qəbul edilir.
3 xörək qaşığı xama bir yumurtanın sarısı ilə stəkanda çalınır və üzərinə stəkan dolana qədər pivə əlavə olunur. Hər səhər acqarına içilir.
Hərəsindən 100 qr yerkökü, çuğundur, qara turp, bal və 40 faizli spirt qarışdırılır və soyuducuya qoyulur. Gündə 3 dəfə 2 xörək qaşığından yeməkdən 30 dəqiqə əvəl daxilə qəbul edilir.
Əlavə

Yarımqiymətli daşlardan istifadə edin. Sarı sapfir, sarı topaz və ya sitrin, həmçinin zümrüd və xrizolit taxmaq kökəlməyə meyillik yaradır.
Günortalar yatın. Çünki günorta yuxusu maddələr mübadiləsini ləngidir. Çalışın yumşaq yataqdan istifadə edəsiniz.
Fitoterapiya

Kökəlmək və orqanizmi tonuslandırmaq üçün biyan, gülxətmi, xəndəkotu, jenşen kimi bitkilər istifadə olunur.

30 qr biyan kökləri tavada qızardılır, xırdalanaraq toz halına salınır, bal əlavə olunaraq qarışdırılır. Alınan qarışıqdan qarğıdalı dənəsi boyda kürəciklər düzəldilir və gündə 2 dəfə 5 ədəd kürəcik qəbul olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.