Press "Enter" to skip to content

Mesrop maştos əlifba ixtiraçısı deyil fırıldaqçı anonim keşişdir

Bu günlərdə Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi İB-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkoloq professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı Anadolu türkçəsində “Mesrop Maştos alfabe mucidi değil, sahtekar anonim papazdır” adı ilə çapdan çıxıb.

Azərbaycanlı alimin ermənilərin saxta “Mesrop əlifbası” mifini darmadağın edən kitabı çapdan çıxıb

Tanınmış filoloq, tarixçi, ardıcıl olaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri – “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, müəllifin “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından olan bu əsəri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının protokoluna əsasən “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Nəşrin redaktoru Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Qəzənfər Kazımov və İsmayıl Kazımovdur.

Ə.Tağıoğlu kitabda çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadığı halda yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə verdiklərini bildirir. Nəşrdə dünyanın görkəmli dilçi alimlərinin gəldikləri son nəticəni ümumiləşdirən müəllif yazır ki, tarixdə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” və “erməni yazısı” olmayıb. Müəllif tarixi maddi sübutlar əsasında belə bir nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Fikrinin təsdiqi üçün yaxın tarixi hadisəni xatırladan Əjdər Tağıoğlu bildirir ki, “erməni yazısı”nın qədim mənşəyini gizlətmək məqsədilə yerli əhalinin gözləri qarşısında Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruhçu dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən atəşgahların kitabələrində müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”na daha sonralar təkmilləşdirilmiş formada yaranmış bəzi yeni fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi. Ermənilər eyni təxribatı “Van” gölü ətrafında Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid tapılmış “Avesta” daş yazılarının mətnlərində də aparıblar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.

Müəllif başqa bir tarixi hadisəni xatırladaraq yazır: “Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini “qılınc müsəlmanı”na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən-qədim Ata tarixini unutdurmaq məqsədilə “Avesta” ədəbiyyatından tonqallar qaladılar, xalqımızın zəngin mənəviyyat, mədəniyyət və dövlətçilik tarixini dünya tarixinin səhifələrindən sildilər. Yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixiləşdirmişdi”.

Mesrop maştos əlifba ixtiraçısı deyil fırıldaqçı anonim keşişdir

Bu günlərdə Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi İB-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkoloq professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsəri “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı Anadolu türkçəsində “Mesrop Maştos alfabe mucidi değil, sahtekar anonim papazdır” adı ilə çapdan çıxıb.

Qaynarinfo xəbər verir ki, əsərin tərcüməçisi -AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdi.

Xatırladaq ki, Azərbaycan oxucularına 2017-ci ildə təqdim edilən bu elmi əsər

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının protokoluna əsasən “Elm və təhsil” nəşriyyatından nəfis şəkildə çapdan çıxıb.

Kitabın redaktoru akademik Möhsün Nağısoylu, rəyçilər professorlar Qəzənfər Kazımov və İsmayıl Kazımovdur.

Kitabda çağdaş erməni tarixçiləri və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadan yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi verildiyi qeyd olunur.

Professor Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası”, nə də “erməni yazısı” olmayıb.

Müəllif gətirdiyi tarixi maddi sübutlar əsasında o nəticəyə gəlir ki, “erməni yazısı” “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır.

Avropalı erməni dilçi alimi R.Açaryanın “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlaması, Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir.

Əjdər Tağıoğlu fikrinin təsdiqi baxımından yaxın tarixi hadisəni xatırladır. O, yazır ki, yerli əhalinin gözləri qarşısında “erməni yazısı”nın qədim mənşəyini gizlətmək üçün Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruh dəstənin Oğuz türklərinin memar xəttatları tərəfindən Atəşgahların kitabələrində Müqəddəs “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”nın daha sonralar təkmilləşdirilmiş formasında yaranmış bəzi yenı fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi.

Ermənilər eyni təxribatı Van gölü ətrafında Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid “Avesta” daş yazılarının mətnlərində də aparmışlar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmamışdır.

Müəllif başqa bir tarixi hadisəni xatırladaraq yazır: “Vəhşi çöllərdən yürüşlə gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini “qılınc müsəlmanı”na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən qədim Ata tarixini unutdurmaq məqsədilə “Avesta” ədəbiyyatından tonqallar qaladılar,xalqımızın zəngin mənəvi, mədəni və dövlətçilik tarixini dünya tarixinin səhifələrindən sildilər.

Yunandilli Kilikiya erməni kilsəsi də bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən istifadə etdiyi “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixləşdirmişdi.”

Qlobalinfo

Saxta “erməni əlifbası” mifini darmadığın edən əsər

Comments are closed, but trackbacks and pingbacks are open.