Press "Enter" to skip to content

Qısa cinsi əlaqə: seksi necə uzatmaq olar

Kişi əgər cinsi əlaqədə olub erkən boşalma problemi varsa, ilk növbədə ön sevişmə periodunu ağılla idarə etmək, onu süni olaraq uzatmaq tələb olunur. Əgər ilkin tonuxuş, hiss etmə və təmas 1 dəqiqə davam edəcəksə, onu sevişmə və ön oyanmaya sərf olunan vaxtı 3-4 dəqiqəyə qədər uzatmaq lazımdır ki, qadın da o vaxta qədər gəlib həmin mərhələyə çata bilsin və aralarındakı dəqiqə fərqləri hiss olunmasın.

Ramazanda cinsi əlaqəyə girməyin qaydaları – Mütəxəssislər AÇIQLADI

Ramazan ayında oruc tutmaqla bağlı mübahisəli məqamlardan savayı ən çox maraq doğuran nüanslardan biri də cinsi münasibətlərlə bağlı məhdudiyyətlərdir.

Publika.az xəbər verir ki, “Ramazan ayında intim münasibətlər necə olmalıdır”, “İftardan dərhal sonra sekslə məşğul olmaq olarmı”, “Ramazan ayında seks qadağandırmı” kimi suallar açıq şəkildə verilir.

Bu sualların cavabını Cinsi Sağlamlıq Universiteti Dərnəyi (CİSED) keçirdiyi mətbuat konfransında verib.

Məlumata görə, iftardan sonra cinsi istəyin artması sıx rast gəlinən vəziyyətdir. İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır.

Cinsi əlaqə ilə toplumda hakim fikir olan ayıb, qadağa və günah məfhumları insanın nikahlı həyat yoldaşı ilə normal cinsi əlaqələri belə şübhə altına alınır. Bunun ən yaxşı nümunələrindən biri Ramazan ayında yaşanan cinsi əlaqə mübahisələridir.

Ramazan ayında cinsi əlaqə çox yanlış formada, sanki bir günah kimi təsvir olunur. Bu da cinsi əlaqənin balansının pozulmasına yol açır. Bu balansın pozulması sadəcə seks həyatını deyil, ictimai quruluşu birlik içində saxlayan hörmət, etibar və sevgi qavrayışlarına da mənfi təsir göstərir. Yaxşı nizamlanmış münasibət heç kimin ruhuna, düşüncəsinə, duyğularına və cinsi istəyinə hökm etməyə icazə vermir. Lakin günümüzdə hər hansı cütlük üçün cinsi münasibətləri nizamlı şəkildə yaşamaq çox çətindir. Bu durum sevgisiz, hörmətsiz və bir-birinə etibar etməyən insanlardan ibarət topluma çevrilməyimizə səbəb olur.

İnsanların daha sağlam və xoşbəxt cinsi həyata sahib olması, cinsi əlaqə problemlərinin geridə qoyulması, fərdin və ailənin cinsi sağlamlığının yaxşılaşdırılmasına fayda vermək, intim mövzularda bilgisiz və təhsilsiz sürətli əhali artımına əngəl olmaq, əsas insan haqlarından olan cinsi sağlamlıq, ailə planlaşdırması, nəsil artımı məsələlərində hər kəsə hər keçən gün daha çox məsuliyyət düşür. Yoxsullara, qocalara, şəhid ailələrinə, tələbələrə, küçə uşaqlarında, sağlamlıq məhdudiyyəti olanlara, xəstələrə və qayğıya möhtac olan hər kəsə Ramazan ayının gözəlliklərini yaşamanın və yaşatmağın kişik fürsətini vermək də məsuliyyətə daxildir.

İslam inancına görə, oruclu ikən cinsi münasibətdən uzaq durmaq və imsakla iftar arasında cinsi əlaqəyə girməmək lazımdır. Ruhun və orqanizmin təmizlənməsinin zəruri olduğu Ramazan ayında cinsi əlaqəni qadağan etmək yerinə ürəklər və beyinləri təmizləyərək rahat və nizamlı bir əhval-ruhiyə yaratmağa çalışmalıyıq. Təbiətdəki bütün canlılara şəfqət və mərhəmət göstərilməsi şərtinin əsas olduğu Ramazan ayı boyunca sağlam və xoşbəxt cinsi əlaqə yaşana bilər. İnsan beynini dinləməyərək diqqətini duyğularına verə bilər. Təlaş, qorxu və qayğlarını bir tərəfə qoyaraq anın dadını çıxara bilər. Çünki insanın maddi və mənəvi inkişafı ilə yanaşı, ruh və bədən sağlamlığının qorunmasında cinsi münasibətlər əhəmiyyətli yer tutur. İntim həyat İslam dini tərəfindən insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi təsvir edilir.

İnsanlar üçün cinsi arzu və istəklər aclıq, susuzluq kimi təbii haldır. Buna görə də təmizlənmə ayı olan Ramazanda insanlar cinsi əlaqəni qadağan etmədən, ürəklərini və beyinlərini təmizləməlidir. İçlərindəki mənfi duyğu və düşüncələrindən qurtularaq pislikləri bir kənara qoymalıdırlar.

İftar süfrəsindən sonra toxluq hissi ilə bərabər şəhvətin yaranması tez-tez rast gəlinən durumdur. Çünki insanın instinktləri olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsi əlaqə bir zəncirin halqaları kimidir. Lakin çox yemək və maye qəbul etdikdən və ya dondurma yedikdən sonra cinsi əlaqəyə girmək sağlam seçim deyil. Həzmsizlik və soyuq içkilər cinsi enerjinin balansını poza bilir. Bu səbəbdən iftardan dərhal sonra cinsi əlaqəyə girmək məsləhət görülmür.

Saglamolun.Az

Qısa cinsi əlaqə: seksi necə uzatmaq olar?

Statistikaya görə hər üç kişidən biri qısa cinsi əlaqə problemi ilə üzləşir.

Vaxtından əvvəl eakulyasiya (boşalma) bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez eakulyasiya cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir.

Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez eakulyasiyası 3 yerə bölünür:

1. penis vaginaya girmədən öncə boşalması – yüksək dərəcədə erkən boşalma;
2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma – orta dərəcə erkən boşalma;
3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma – erkən boşalma.

Qadına görə orta hesabla seksin müddəti ideal vaxt 5-15 dəqiqə arası hesab edilir. Lakin yenə qeyd edildiyi kimi, cütlükdən asılıdır. Kişi eakulyasiya müddətini uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.

Başqa sözlə desək, cinsi əlaqə zamanı kişilərin vaxtından əvvəl eakulyasiyası, kişinin cinsi əlaqənin davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi əlaqənin davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan (orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.

Bəzi hallarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eakulyasiyanın başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baş verirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur. Lakin sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissləri keçirirlər. Orta göstərici kişinin cinsi əlaqənsinin minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur.

Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin daha çox olduğu aydın olar. Bu vəziyyət cinsi məmnunluğun olmamasına, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənin itməsinə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi əlaqə zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi əlaqədən yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın baş verməməsinə gətirib çıxarır.

Vaxtından əvvəl eakulyasiyanın əsas səbəbləri:

Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq eakulyasiya ola bilər;
Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri;
Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl boşalacağına özünü psixoloji kökləməsi;
Kişi cinsi orqan başının həssas olması;
Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə).

Vaxtından əvvəl eakulyasiya necə müalicə olunur?

Hal-hazırkı dövrdə vaxtından əvvəl eakulyasiyanın müalicəsinə 4 yanaşma var:
1. Yerli müalicə (cinsi orqana bilavasitə təsir edən dərmanlarla);
2. Seks-terapiya;
3. Farmakoterapiya (dərmanın daxilə qəbul edilməsilə müalicə);
4. Cərrahi müalicə.

Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir.

Seks-terapiya ən təhlükəsiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir.

Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, əməliyyatdan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir.

Yerli müalicə necə aparılır?

Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır. Bu metodun 2 forması var:

Anestetik vurulmuş prezervativlərdən istifadə (“long love” prezervativləri);
Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması.

Bu metod vaxtından qabaq eakulyasiyanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur ki, eakulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir.

Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və “start-stop” üsuludur. Birinci metodda eakulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.

“Start-stop” üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Yenidən növbəti əlaqəyə başlayıb, fasilələrə davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma daimi istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inamsızlıq yaratmamalıdır. Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyor da buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.

Dərmanlarla müalicə (farmakoterapiya)

Bəzi dərman preparatlarının (neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl eakulyasiyanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur. Hazırkı dövrdə vaxtından əvvəl eakulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi əlaqənin davametmə müddətini 4-6 dəfə artırır. Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.

Sünnət olunmayan insanlarda vaxtından əvvəl eakulyasiyanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur!

Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur.

Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti azalır. Bu əməliyyat çox cüzi travmatik əməliyyat hesab olunur, pasientlərə bərpa olunma tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin. (kayzen.az)

Metod ve uslub arasinda qarsiliqli elaqe

Türkiyəli mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, Avropada qadınların cəmi 3-5 faizi ərlərindən narazı qalırlar. Avropalı qadınların əksəriyyəti cinsi əlaqədən tam həzz ala bilirlər. Bu da onların yataqdakı bütün istəklərinin ərləri tərəfindən gerçəkləşdirilməsi ilə əlaqələndirilir. Amma avropalı xanımlardan fərqli olaraq, Türkiyədə qadınların 69 faizi, Azərbaycanda isə 79 faizi ərləri ilə seksdən narazıdırlar. Bunun səbəbləri nədir, narazılıq nədən qaynaqlanır?

Sekspotoloq, androloq-həkim Həsən Səmədov Modern.az saytının mövzu ilə bağlı suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Yəqin ki, sekspotoloq kimi intim həyatla bağlı problemlər yaşayan pasiyentləriniz və buna uyğun araşdırmalarınız olur. Azərbaycanda kişi və qadınlar arasındakı seksual-cinsi münasibətlər tibbi baxımdan nə dərəcədə düzgün qurulub?

– Öncə seksdə, cinsi münasibətlərdə normanın nə olduğunu izah edək. Kişi ilə qadım cinsi əlaqədə olduğu zaman nomradan kənara yayınmalar baş verdikdə, bir sıra xəstəliklər yaranır və bu da seksual diskunsiyaya gətirib çıxarır. Tam seksual həzzin alınmamasına, orqazmın tam olmamasına, qadınların və ya kişilərin seks prosesindən qarşılıqlı olaraq razı qalmamasına rəvac verir.

Norma baxımından kişidə və qadında seksual münasibətin mərhələləri olur.

Kişilərdə seksual aktın mərhələsi 4 cürdür. 1-ci mərhələ oyanma mərhələsidir. Buraya seksual stimul, siqnal, seksual sığal kimi amillər daxildir. Bunun nəticəsində sinir və cinsiyyət orqanı sistemində, əzələlərində oyanmalar, cinsi həvəsin artması və cinsi əlaqədə olmaq hissi yaranır.

İkinci mərhələ cinsi əlaqə mərhələsidir. Bu mərhələ cinsiyyət orqanını oyanmasından sonra başlayır. Daha sonra isə cinsi əlaqə mərhələsi müəyyən müddət davam edir.
Bu mərhələ orqazm və boşalma mərhələsinə keçir. Nəticədə kişidə cinsi orqan ətrafında olan əzələlər, bubotrial və digər əzələlərin ritmik yığılması ilə sperma xaric olunur. Nəticədə təbii həzz yaranır.

Kişilərdə 4-cü mərhələ isə refrakter dövr adlanır. Refrakter dövrü sakitləşmə, dincəlmə adlandırıla bilər. Yəni bu dövrdə kişi heç bir seksual siqnal, impuls qəbul etmir. Seksual oyanma onu hər hansı istəyə çatdıra bilməz. Ona görə də bu dövr kişilərdə bir neçə saniyədən bir neçə günə qədər uzana bilər.

Təsəvvür edin ki, əgər refrakter dövr bir kişidə bir gündən artıq davam edirsə, bu o demməkdir ki, növbəti ereksiya, yəni oyanma, baş qaldırma aktı baş verəcək. Refrakter dövr 30 saniyə- 1 dəqiqə olarsa, bundan sonra kişidə fərd olaraq yeni cinsi stimulu qəbul edərək, növbəti dəfə də cinsi əlaqədə olmaq istəyi yaranır. Bu proses sadaladığımız ardıcıllıqla mərhələli şəkildə davam edir və orqazmda, həzzdə başa çatır.

Qadınlarda isə bu norma fərqli şəkildə baş verir. Qadınlarda kişilərdən fərqli olaraq, cinsi əlaqə və cinsi akt periodu 3 mərhələdən ibarətdir. 1-ci cinsi oyanma, 2-ci cinsi əlaqə və 3-cü isə boşalma mərhələləri hesab olunur.

Qadınlarda kişilərdən fərqli olaraq, refrakter dövr yoxdur. Onlarda orqazm, boşalma və həzz periodundan sonra dərhal təkrar oyanma, cinsi əlaqə və yenidən boşalmaya keçə bilər. Hətta ola bilər ki, qadın ilk dəfə boşaldıqdan sonra 2-3 dəqiqə ərzində 6-7 dəfə orqazm və boşalmaya çata bilir. Bu da qadınların fizionomiyasından və bədən quruluşundan asılıdır. Kişilərdə dinclik, sakitlik yəni refrakter dövr var, amma qadınlarda bu yoxdur.

Əslində elə bütün problemlər cütlüklərin bu adi primitiv seksual proseslərdən məlumatsız olmalarından yaranır. Yəni kişi və qadınlarda seksual təhsil və bilik səviyyələrinin aşağı olması onların cinsi əlaqədə bir-birilərini anlamamağa gətirib çıxarır. Hətta bu biliksizlik onların cinsi əlaqə zamanı bir-birindın doymamağa, ciddi narazılığa gətirib çıxara bilir.

– Türkiyəli androloq mütəxəssislər müəyyən ediblər ki, Türkiyədə qadınların 69 faizi, Azərbaycanda 79 faizi, Avropada isə 3-5 faizi cinsi əlaqə zamanı tam orqazma çata bilmirlər, yəni kişilərdən narazı qalırlar. Siz bu barədə nə deyə bəlrsiniz, əsas səbəblər nə ilə bağlı ola bilər?

– Ümumiyyətlə, Avropada seksul sahənin araşdırılması kütləvi xarakter alıb. Avropada belə bir göstərici var ki, 3 qadından 2-də seksual-psixoloji problemlər var. Yəni 3 qadından 2-si seksual prosesdən həzz almaya da bilər. Seksdə həzz almamaq, qadının kişidən narazı olması problemin həmin kişidə olması demək deyil.

Bu problem qadınlardan da daha çox qaynaqlanır. Əgər bir insanda psixoloji seksual problemlər varsa, burada əlbəttə ki kişidən hansısa formada razı qalmaqdan söhbət gedə bilməz. Təsəvvür edin ki, qadınlarda ən çox seksual psixolji problemlər seksual aktın ilkin oyanma mərhələsində özünü göstərir. Cinsi oyanmada problemlər var. Qadınların əksəriyyətində cinsi oyanma çox ləng gedir. Çox zaman ilkin siqnal qadına seksual siqnal kimi çatmır. Əgər qadında ilkin seksual oyanma problemi varsa, 70 faizin 3/2-si bu səbəbə görədir. Hələ tibb elmi bu günə qədər qadınlarda seksual həddin miqdarını təxmini də olsa, təyin edə bilməyib. Qadınlada cinsi əlaqə müddətinin nə qədər olması dəqiq bilinmir.

İkinci tərəfdən, həqiqtən də qadınların cinsi əlaqədən narazı qalmasının əsas səbəbi qadınların özündən yox, məhz kişilərdən də ola bilər.

Bizə müraciət edən xəstələrdə də görürük ki, erkən akulyasiya, yəni kişilərdə erkən boşalma halları getdikcə artmaqdadır. Erkən boşalma son dövrlər həddən artıq geniş şəkildə yayılıb. Çox həkim bunu adi hal kimi qəbul edir. Bu heç də adi hal deyil. Bu xəstəlikdir və ciddi şəkildə müalicə olunmalıdır.

Kişilərdə erkən boşalma Dünya Səhiyyət Təşkilatı xəstəliklər, potologiyalar və seksual pozuntular sırasında FF-52.4 siyahısına daxil edib. Bu qəbul olunmuş bir seksual diskunsiya və müailicə olunması mütləq olan seksual problemdir. Erkən boşalma ona görə cinsi əlaqə zamanı problem yaradır ki, qadın cinsi əlaqədə olan periodda ilkin oyanma prosesi çox tez baş verir. Kişilərdə ilkin seksual oyanma qadınların fiziki faktorlarına, görünüşünə daha tez oyanır. Cinsi əlaqə prosesi başlamazdan öncə də erkən boşalma ola bilər. Cinsiyyət orqanları təmasda olmadan da erkən boşalma yarana bilər.

Hətta cinsiyyət orqanları təmasda olan an dərhal baş verən erkən boşalma da mümkündür. Cinsiyyət orqanlarının təmasından sonra 1 dəqiqə ərzində boşalamalar da olur. Bu proses hətta 1-3 dəqiqə ərzində olan boşalmalarla da müşahidə edilir.

Masters və Consons adlı amerikalı seksoloqların araşdırmalarına görə, kişilərdə seksual proses zamanı vaxt baxımından boşalma 4 dəqiqə və ondan daha yuxarı baş veririsə, məqbul sayılır.

Bəzi mütəxəssislər isə kişilərdə erkən boşalma 2 dəqiqə və ondan aşağı olursa bunu erkən boşalma kimi qəbul edirlər. Bəzən bunun özü də nisbi olur. Yalançı, həqiqi erkən boşalmalar var. Əgər daim, ən azı 6 ay müddətində eyni qadınla kişi əlaqədə olur və erkən boşalırsa, bu həqiqi erkən boşalmadır. Yox əgər bu 2-3 dəfə baş verirsə, buna tam erkən boşalma demək olmaz.

-Kişilərdə erkən boşalmaya səbəb olan amillər hansıdır?

-Kişilərdə erkən boşalma stress, əsəb və gərginlikdən də qaynaqlana bilir. Cinsi orqanların, prostat vəzinin irinli iltihabından da erkən boşalmalar olur. Çünki bu proses yalnız fiziki deyil, həm də orqanik, bioloji xəstəliklərdən də törəyir. Bu da nəticədə də qadının seksdə kişidən razı qalmamasına, orqazmın kontrolsuzluğuna rəvac verir.

Orqazm kişilərdə 1-5 dəqiqə ərzində oyanma, cinsi əlaqə və həzz zamanı baş verə bilər. Amma qadında bu belə deyil. Bu narazılığın da kökü və qaynağı buradan yaranır. Artıq sübut olunub ki, qadınları razı salmayan əsas səbəblər psixoloji seksual və orqanik orqazmın vaxtında və keyfiyyətli baş verməməsidir.

-Seksdə qadınların kişilərdən razı qala bilməməsi yalnız erkən boşalma ilə bağlı olur?

-Qadının kişidən narazı olması yalnız erkən boşalma deyil. Qadının kişidən narazı olmasına əsas səbəb əgər kişidə oyanma vaxtı 1-5 dəqiqədirsə, qadında hələ oyanma vaxtı 6-7 dəqiqə olmalıdır.

Ondan sonra cinsi əlaqə heç olmasa 3-4 dəqiqə davam etməli və daha sonra orqazm baş verməlidir. Bu da topladıqda ortalama 10 dəqiqə və hətta daha çox vaxta gəlib çıxır. Bu da o deməkdir ki, kişi ilə qadın arasında real fizioloji fərq var. Ona görə də bu məsələni aradan qaldırmaq üçün yalnız dərman və dərmanlarla müalicə kömək edə bilməz. Burada əsas məsələ seksual psixoloji hazırlıq, təlim istiqamətli seksual psxiolji biliklər qarşılıqlı razı qala bilməyi təmin edər.

Kişi əgər cinsi əlaqədə olub erkən boşalma problemi varsa, ilk növbədə ön sevişmə periodunu ağılla idarə etmək, onu süni olaraq uzatmaq tələb olunur. Əgər ilkin tonuxuş, hiss etmə və təmas 1 dəqiqə davam edəcəksə, onu sevişmə və ön oyanmaya sərf olunan vaxtı 3-4 dəqiqəyə qədər uzatmaq lazımdır ki, qadın da o vaxta qədər gəlib həmin mərhələyə çata bilsin və aralarındakı dəqiqə fərqləri hiss olunmasın.

Bundan sonra erkən boşalma problemi olduqda qadının narazılığı və istəksizliyi başlayır. Çünki qadın orqazma çata bilmirsə, psixolji seksual problem yaranaraq, gündəlik həyata yansıyır. Ailədə gərgin münasibət, uğursuzluq və ümidsizlik sindromu yaranır. Qadının fizioloji vıziyyətinə təsir göstərərək, digər orqanların disfunksiyasını yaradır. Qalxanabənzər vəzdə və aşağı ətraflarda vena və limfalarda axının, sirkulyasının ciddi pozuntusuna gətiriib çıxarır. Bu da gələcəkdə damar genişlənməsinə və tromplaşmaya səbəb olur. Seksaul prosesin qadın və kişidə normal aktla olması bütün daxili orqanların sağlamlığının ilkin şərti və aynasıdır. Ona görə də bu problemin həll olunması üçün vaxtında məntiqli müalicə lazımdır. Çox zaman müraciət edən xəstələrin düşüncəsində yalnız “1 tabletka dərman atmaqla” problemi həll etmək istəyi durur. İnsanın seksual problemi 10-15 günə həll oluna bilməz. Bu bir təlimdir, sadəcə olaraq istiqamətini dəyişməlisən. Bunun üçün bir neçə ay uğurlu müalicə lazımdır.

-Bəs qadınlarda ilkin cinsi oyanmaların gec baş verməsi nələrdən yaranır?

-Kişilərdə ilkin seksual gec oyanmalara çox az, nadir hallarda rast gəlinir. Yəni kişilərdə qısa zamanda oyanma adi reaksiya nəticəsində yaranır. Qadınlarda ilkin oyanıqlıq prosesi mürəkkəbdir. Onlarda cinsi oyanıqlıq zamanı cinsi orqanlardakı əzələlərdə qanın yığılması prosesi, qadının psixolji durumu, aldığı tərbiyə önündə duran tabular, dini qadağalar və seksual tərbiyənin müxtəlif formalada pozulmaları, cinsi inkişaf pozulmaları, hormonal pozuntular kimi amillər, ailə modelinin müxtəlif formalarda fərqli olması çox ciddi təsir edir.

Ailədə müəyyən sərhədlərin qoyulduğunu görən qadın müxtəlif zamandan sonra anlayır ki, bu heç də belə deyil.

Oyanma pozuntularının çoxu qadınların gec ailə qurmaları və gec ərə getmələrindən yaranır. Oyanma pozuntularının əsas səbəbi ona görə gec ərə getməkdən qaynaqlanır ki, gec ərə gedən qadınların seksual sferasında ciddi psixoloji pozuntuları yaranır.

Gec ailə quran qadınlar beyinlərində, şüuratında bir az əvvəl izah etdiyimiz seksul normanın və qeyri-normanın nə olduğunu anlamır, bunu potoloji hal kimi qəbul edirlər. Nəticədə bu forma ərə getməyən qadınlarda seksual istəklərə qarşı özünü müdafiə instiktini, reaksiyasını zəiflədir.

Beynimiz və şüuraltımız nə qədər mükəmməl olsa da, o qədər də qeyri-mükəmməldir. Gec ərə gedən qadınlarda seksual siqnalın vaxtında gedib-getməməsini təyin etmək çətinliyi yaranır. Bir növ onların şüuraltındakı seksual aktın impulsları, şüaları radarı tuta bilmir.

Əsas səbəblər maarifsizlik, qeyri-düzgün seksual təhsil, vaxtilə keçirilmiş seksual travmalardan qaynaqlanır. Tərbiyə demişkən, seksual tərbiyənin kökündə bilik və ilkin bioloji elm, təhsil dayanır. Normal bilik alınmaması səbəbindən seksual normanın necə olduğunu son zamanlar pornofilmlərdən olan seksual normalardan götürərək, şüuraltı onları qəbul edirlər.

-Qeyd etdiyiniz seksual problemlərin psixoloji faktorları ailədə, cəmiyyətdə daha nədən irəli gələ bilər? Yəni aşağı maddi-sosial rifah şəraiti, yoxsulluq kimi amillər də kişi və qadınlar arasındakı seksual münasibətlərə mənfi təsir edirmi?

-95-99 faiz qadınlar sosail rifah, gəlir, maddi durum məsələlərini seksual həyatda o qədər də önəmsəmirlər. Amma bu gün qadınlar haqqında bu cür yanaşma cəmiyyətdə əksinə formaşalıb. Kişilərin əlsəriyyəti düşnür ki, qadınlar yalnız pullu, imkanlı, varlı, kişiləri, gələcək zəngin həyat yoldaşlarını və yaxud seks portnyorlarını axtarırlar.

Amma əslində qadınlar şüuraltında bir şeyi istəyir – Sevgi… Bu, bütün qadınlarda belədir. Düzdür, hansısa qadınlarda bunun əskini görə bilərsiniz. Buna səbəb də o qadınların vaxtilə əldə etmək istədiyi sevgi və nəvazişdən məhrum olmasıdır. Sevgidən zədə, travma almış, sevgisi bədbəxtliyə çevrilmiş qadınlarda o hallar ola bilər.

Ümumiyyətlə, əsl sevgi və ondan yaranan qarşılıqlı cinsi istək hər şeyi həll edir. Ailələr var ki, həddən artıq kasıb olmalarına bamayaraq, daha çox xobəxtdirlər. Onların seksual münasibəti çox yaxşıdır. Təkcə mənim tanıdığım 100 ailədə bunu müşahidə etmişik. Sosial və maddi rifah ailələrdə, kişi və qadınlar arasında seksual, cinsi münasibətlərə çox az mənfi təsir göstərən faktordur. Əsas səbəb seksual psixoloji tendensiyalarda qarşılıqlı anlaşmamaqdan yaranır.

Vaxtında ailə sekspotoloqunun, həkimin olmamasına görə problemi ailə içində saxlamaları bunu daha da mənfiyə doğru aparır. Kişi və qadınların androloq, seksoloq bacarıqlı genekoloqlara vaxtında müraciət etməmələri bu problemləri yaradır.

-Sosial şəbəkələrdə, internetdə tanışlıq, virtual seksə meyilli olmaq, pornofilmlərə baxmaq vərdişləri kimi faktorlar ailədə kişi və qadınlar arasında seksual anlaşılmazlığa nə dərəcədə təsir edir?

-2011-ci ildə Amerika neyrobioloq alimləri bu məsələnin üzərində işləyərək sübut etdilər ki, internet pornofilmləri, seks videoları qadın və kişilərdə seksual psixologiyanın pozulmasına mənfi təsir edir. Bu faktorlar ailədə, kişi-qadın seksual münasibətlərində normal, sivil cinsi əlaqənin yox, sanki zorakı cinsi əlaqə istəklərinin artmasına səbəb olur.

Belə olduqda, hər iki cins normal seksin yox, video görüntülərindəki seksin ona məxsus olmasını düşünür. Nəticədə kişi, yaxud qadın növbəti mərhələdə eyni şeyləri təkrar etmək istəyir. Amma eyni şeyləri təkrar edə bilmədikdə isə seksual pozulma və cinsi zəiflik yaranmağa başlayır.

Qarşısına qoyub baxdığı pornovideo sanki onun şüuraltına norma kimi sirayət edir. Bu normada qadın və kişi həzz alırsa, o həzz avtomatik şüuraltında gələn informasiyanın tam mükəmməl olmasını göstərir. Realda insanın seksual cinsi əlaqəsi videolarda olan kimi ola bilməz. Yəni qadın və ya kişi pornoviodeodakı müxtəlif toxunuş, qoxu kimi faktorları əldə edə bilməyəndə, bu seksual düşkünlük, özünə inamsızlıq, zorakılıq, mazaxizm, sadizmin yaranmasına gətirib çıxarır.

Amerika seksoloqları deyirlər ki, insaları seksual cinsi əlaqədə heyvanlardan fərqləndirən əsas səbəb insanın duyğularıdır. Duyğuları paylaşmaq üçün bizim danışıq funksiyamız var. Amerika seksoloqlqarına görə, vacib cəhət seksdə öncə qadın və kişinin nə istəməsini dil ilə ifadə etməsidir.

Qadının və kişinin nəyi necə və hansı formada olmaq istəklərini deyib, paylaşmaq vacibdir. Eyni zamanda, problemin səbəblərini bir-birilərinə izah etmək, qarşılıqlı anlaşma və razılığa gələ bilmək də vacib şərtdir.

-Bəs seksual münasibətlərdə qadınların istəklərinin kişilər tərəfindən tam qəbul edilməməsinin səbəbləri nələrdir?

-Qadınların kişilər tərəfindən seksual istəklərinin nəzərə alınmasının əsas səbəbləri kişilərdə seksual eqoizmin olmasından irəli gəlir. Kişilərdə seksual eqoizm və seksual dominantlıq istəyi seksual psxologiyanın pozulmasına səbəb olur.

Kişilərin şüuraltında belə bir şey var ki, kişilər qadına hücum edib, qısa vaxt ərzində öz kişiliyini göstərmək istəyir. Amma qadın psixologiyasında inanın ki, bunun heç bir önəmi yoxdur. Qadın üçün kişinin cinsiyyət orqanının ölçüsü və onu necə istifadə etmək önəmli deyil. Qadın sevgisini, hisslərini vaxtında lazım olan formada paylaşılmasını istəyir.

Qadın və kişi hisləri bərabər şəkildə paylaşmalıdırlar. Qarşılıqlı anlaşma, hətta qarşılıqlı bəzən qəbul olunmayan cinsi əlaqə formaları müəyyən tabular çərçivəsində olmaldır. Heç kim bunu əxlaqsızlıqla qarışdırmasın. İstəklər müəyyən normalar çərçivəsində olmalıdır ki, bu, gələcək seksual psixoloji zərbəyə, sarsıntıya səbəb olmasın.

-Avropada seksual-cinsi əlaqələr zamanı kişilər qadınların istəklərini daha çox nəzərə alırlar. Yəni qadın hansı formada seks istəyirsə, kişi onun istəyini qəbul edir. Bəs sizcə, Azərbaycanda kişilərin qadınların istəklərini nəzərə almaması nədən formalaşıb?

– Ona görə ki, bizdə primitiv seksual biliklər belə, yoxdur. Oxumurlar, öyrənmirlər. Məsələn, Azərbaycanda necə faiz kişi seksual aktın 4 mərhələsi olduğunu bilir?!

Neçə faiz kişi qadınların ilkin seksual oyanmasının gec baş verməsindən xəbərdardır?! Ən önəmlisi isə Avropada qadın və kişilər arasında qarşılıqlı paylaşmanın və fikir mübadiləsinin olmasıdır.
Bizdə isə eqoistlik, komplekslər, seksual fobiyalar, partniyoru təmin edə bilməmək qorxusu var. Belə fobiyası olan Azərbaycanda neçə kişi həyat yoldaşına “məndə belə bir qorxu, problem yaranıb” deyə bilər. Halbuki, bunu açıb desə, həqiqətən də problem kökündən həll olunmuş olar.

Ağa AKİFOĞLU

Comments are closed, but trackbacks and pingbacks are open.