Metodik işlərin məqsədi və vəzifəsi
·normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .
METODIK IŞLƏRIN TƏŞKILINƏ RƏHBƏRLIK
METODIK IŞLƏRIN TƏŞKILINƏ RƏHBƏRLIK Qeyd etdiyimiz kimi, hazırda məktəb qarşısında duran mühüm təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsində pedaqoji kollektivə elmi rəhbərliyin və nəzarətin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Bu, eynilə. Показать больше
METODIK IŞLƏRIN TƏŞKILINƏ RƏHBƏRLIK Qeyd etdiyimiz kimi, hazırda məktəb qarşısında duran mühüm təlim-tərbiyə vəzifələrinin yerinə yetirilməsində pedaqoji kollektivə elmi rəhbərliyin və nəzarətin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır. Bu, eynilə dərsə verilən müasir tələblərə düzgün əməl edilməsi işinin təşkilinə də aiddir. Məktəbin direktoru əvvəlcə dərsə verilən müasir tələblərin nədən ibarət olduğunu, onun məzmun və mahiyyətinin müəllim kollektivi tərəfindən öyrənilməsini təşkil edir. Bu məqsədlə məktəbdəki metodguşədə xüsusi yer ayırılır. Müəllim kollektivini lazımi ədəbiyyatla təmin etmək və işi sürətləndirmək məqsədi ilə-buraya «Təlimdə problemlilik nədir», «Dərsin intensivləşdirilməsi», «Dərsdə əks-əlaqə yaradılmasıtəcrübəsindən», «ġagirdlərin müstəqil işlərinin təşkili təcrübəsindən», «Proqramlaşdırma ünsürləri olan dərs», «Müasir dərs və ona verilən tələblər», «Fəal və interaktiv təlim/tədris metodları» adlı məqalələr, müxtəlif fənlər üzrə müasir dərsə verilən tələbləri Спрятать
- Похожие публикации
- Поделиться
- Код вставки
- Добавить в избранное
- Комментарии
Metodik işlərin məqsədi və vəzifəsi
2019-11-01 15:58:00
Metodbirləşmələr necə təşkil olunur, sədr necə seçilir?-Problem və təkliflər
Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Burada aparılan işin keyfiyyəti metodbirləşmə rəhbərinin bacarıqlarından asılıdır. Onlar Rayon Təhsil Şöbələrindəki metodik kabinetlər vasitəsilə təlimatlandırılsalar da, bəzən orta ümumtəhsil müəssisələrində metodiki iş o qədər də yüksək səviyyədə təşkil edilmir. Bəs, bu formallığın əsas səbəbləri hansılardır? Ümumiyyətlə, metodist necə hazırlanmalıdır? AzEdu.az məlumat verir ki, metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli kadrlara isə təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir. Qeyd: Ayrı-ayrı fənlər üzrə yaradılmış metodbirləşmələr həmin fənn üzrə ən azı 3 nəfər olduqda yaradılır. 3 nəfərdən az olduqda isə inteqrativ fənn müəllimlərinin (fizika-riyaziyyat; kimya-bialogiya; tarix- coğrafiya və s.) metodbirləşmələri təşkil olunur. Metodbirləşmələr adətən ixtisasını yaxşı bilən və təcrübəli müəllimlərdən təyin olunurlar. Onlar dərs ilinin əvvəlində I Pedaqoji Şurada müəyyənləşdirilir və direktor tərəfindən əmrləşdirilir. Metodbirləşmə sədri metodbirləşmə üzvləri haqqında məlumatı, metodbirləşmə işinin planlaşdırılması, onun məşğələlərinin hazırlanması və keçirilməsi, açıq dərslərin təşkli, metodik işin öyrənilməsi tətbiqi və s. işləri görür. “Bu işi aparan şəxslər stimullaşdırılmalıdırlar” Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov bildirib ki, aparılan təhsil islahatları məktəblərin infrasturukturu ilə yanaşı, metodiki işlərin aparılmasına da müəyyən təsir göstərməlidir: “Bu istiqamətdə xeyli tədbirlər həyata keçirilir. Amma əksər hallarda bu, müəllimlərə bir yük, ictimai xarakterli iş kimi verilir. Təbii, bu, işin keyfiyyətinə də təsirsiz ötüşmür. Metodiki işi yaxşı icra edənlər də var, amma əksər hallarda formal xarakter daşıyır. Fikrimcə, bu işi aparan şəxslər stimullaşdırılmalıdırlar. Müəllimlərin də metodiki işə maraqları olmalıdır. Bütün işləri ictimai əsaslarla görməyin çətinliyi təbiidir. Bundan əlavə, metodist olmaq xüsusi bacarıq tələb edir. Müəllimlərin peşəkarlığı yüksəldilməli, onlar işə yanaşmalarına görə, həmkarlarından fərqlənməlidirlər”. “Pedaqogika tədris olunur, amma metodiki iş ayrıca öyrədilmir” Ənvər müəllim vurğulayıb ki, keyfiyyət yoxdursa, metodiki işə görə müəllimin əməkhaqqını artırmaq da heç bir fayda verməyəcək: “Müəllimin metodiki bacarığı olmalıdır. Hər kadr metodist ola bilməz. Metodist tövsiyə verməyi, tabeliyindəki 3 müəllimi istiqamətləndirməyi bacarmalıdır. Bu məqsədlə, gələcəkdə metodiki iş apranların bacarıqları inkişaf etdiriləcək, onlar həmkarlarından fərqləndiriləcəklər”. “Metodist necə hazırlanmalıdır?” sualına isə Ənvər Abbasov belə cavab verib: “Ali mətkəblərdə Pedaqogika tədris olunur. Amma metodiki iş ayrıca öyrədilmir. Buna ehtiyac var. Universiteti bitirən müəllim müxtəlif kurslarda iştirak edir, təcrübə keçir. Nəticədə “sinif rəhbəri necə olmalıdır?” kimi məqamlarla bağlı ötəri məlumat alır. Bunlar birdən- birə formalaşa bilməz. Metodist ali məktəbdə hazırlana bilməz. O, universitetdə sadəcə nəzəri istiqamətdə kurs götürə bilər. Amma metodiki işi müxtəlif müəssisələrdə təcrübə nəticəsində öyrənməlidir. Təkmilləşmə təlim kurslarına gedib sertifikat almaqla peşəkarlığını artıra bilər”. “Yalnız bir formal jurnal, orada da müəllimlərin adı var. Ortada isə heç nə yoxdur. ” Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli isə bildirib ki, məktəblərdəki metodbirləşmə rəhbərləri artıq formal fiqura çevriliblər: “Çünki onlara metodiki iş apardıqları üçün hər hansı əməkhaqqı ödənilmir. Ödəniş verilmədiyinə görə, heç kim bu işi könüllü qəbul etmək istəmir, ona ciddi yanaşmırlar. Yalnız bir formal jurnal, orada da müəllimlərin adı var. Ortada isə heç nə yoxdur. İlin əvvəlində sinif rəhbərləri müəyyənləşərkən metodbirləşmə rəhbərləri də təyin olunurlar. Onların görəcəkləri işlərə, vəzifə borclarına baxanda əməkhaqqısız işləməyə layiq olmadıqlarını görürük. “İşinin qarşılığında heç nə almayan ən bacarıqlı müəllim də ona dırnaqarası yanaşacaq”. Metodbirləşmə rəhbərini təcrübə və bacarıqlarına əsasən, direktor təyin edir. Amma bu, könüllüdür. Müəllim istəsə, metodbirləşmə rəhbəri olmaqdan imtina edə bilər. Rəhbər ən bacarıqlı, üzərində işləyən, aktiv müəllimlərdən seçilir. Onlar gündəmi izləyən, bir neçə təhsil portalı və resurs barədə məlumatlı olan, yenilikləri digər müəllimlərə çatdıra biləcək biri olmalıdır. Təssüf, bu işin qarşılığında heç nə almayan ən bacarıqlı müəllim belə, ona dırnaqarası yanaşacaq”. “Direktor məcburən metodbirləşmə rəhbərliyini səriştəsi olmayan birinə verir” Nemət müəllim qeyd edib ki, ən azından ayda bir dəfə metodbirləşmənin iclası olmalı, fənlərə aid yeniliklər, islahatlar müzakirə edilməlidir. Metodbirləşmə rəhbərlərinin iş saatları isə müəllimlərdə olduğu kimidir. Sadəcə onların iştirak etməli olduqları iclaslar var: “Təklif edirəm, ilk növbədə metodbirləşmə rəhbərlərinə əməkhaqqı verilsin, sonra nəsə tələb edilsin. Bu vəzifə formal xarakter daşımasın. Maaş təyin olunduqdan sonra bu iş kiminsə dərs saatını doldurmaq üçün deyil, bacarığı olan, könüllü metodiki iş aparmaq istəyən müəllimləri motivasiya etmək xarakteri daşısın. Hazırda metodbirləşmə rəhbərləri işlərinin heç 10 %-ni də tam görə bilmirlər. Çünki ictimai xarakter daşıyır. Savadlı, repetitorluqla məşğul olan müəllim üçün həmin sənədləri hazırlamaq bir qədər çətindir. Buna görə də, direktor məcbur qalıb metodbirləşmə rəhbərliyini səriştəsi olmayan birinə verir”. Orta məktəblərdəki metodbirləşmə rəhbərləri dərs apara, hətta direktorluğa namizəd də ola bilərlər.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
Məktəbdə insident – Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM
2023-03-14 12:40:00
FHN orta məktəbdə təlim keçirib – FOTO
2023-03-13 16:31:00
Məktəblərdə ağacəkmə kampaniyası davam edir
2023-03-13 15:27:00
Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi
2023-03-13 09:32:06
Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.
2023-03-11 15:59:00
Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI
2023-03-10 13:27:10
Bakıda tanınmış pedaqoqla görüş keçirilib
2023-03-09 16:25:02
FHN Bərdədə orta məktəbdə təlim keçirib
Metodbirləşmələr
Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin “açıq dərs”lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:
·metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;
·tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
·metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, “açıq dərs”lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
·pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;
·fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
·gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;
·əyani vəsait və didaktik materialların hazırlanması;
·normativ sənədlərin öyrənilməsi;
·aradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
·metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
·hansı nəticələr əldə edilmişdir;
·imtahanların nəticəsi;
·olimpiadaların nəticəsi;
·ali məktəblərə qəbulun nəticəsi;
·tədris proqramlarının yerinə yetirilməsi;
·şagirdlərin tərbiyəlilik səviyyəsi;
·test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?
·kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);
·metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);
·normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .
Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.
Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.
Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.
Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, “pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır”. Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.
Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.
Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.
Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.
Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya “Məktəbdə təlim-tərbiyə prosesinin təşkili” adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir – müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu, pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?
Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məz munda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri “açıq dərs”lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.
“Açıq dərs”lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş “açıq dərs”in çox böyük faydası vardır. “Açıq dərs”lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür. Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, “. müəllimin “açıq dərs”ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir”. Ona görə də dərsin strukturunun və mərhələlərinin seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.
Məktəb təcrübəsində “açıq dərs”lərin təşkilinin iki forması mövcuddur.
·Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;
·Müəllimin “açıq dərs” üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında “açıq dərs”i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.
Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.
Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.. Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə, yeni pedaqoji texnologiyaları və təlimin müasir metodlarını praktik işdə tətbiq etməkdə kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin “açıq dərs”lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:
·metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;
·tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
·metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, “açıq dərs”lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
·pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;
·fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
·gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;
·əyani vəsait və didaktik materialların hazırlanması;
·normativ sənədlərin öyrənilməsi;
·yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
·şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
·metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
·hansı nəticələr əldə edilmişdir;
·ali məktəblərə qəbulun nəticəsi;
·tədris proqramlarının yerinə yetirilməsi;
·şagirdlərin tərbiyəlilik səviyyəsi;
·test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?
·kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);
·metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);
·normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .
Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.
Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.
Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.
Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, “pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır”. Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.
Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.
Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.
Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür. Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir, yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.
Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya “Məktəbdə təlim-tərbiyə prosesinin təşkili” adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir – müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu, pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?
Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məzmunda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri “açıq dərs”lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.
“Açıq dərs”lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş “açıq dərs”in çox böyük faydası vardır. “Açıq dərs”lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür. Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, “. müəllimin “açıq dərs”ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir”. Ona görə də dərsin strukturunun və mərhələlərinin seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.
Məktəb təcrübəsində “açıq dərs”lərin təşkilinin iki forması mövcuddur.
·Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;
·Müəllimin “açıq dərs” üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında “açıq dərs”i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.
Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.
Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.