Press "Enter" to skip to content

Məhkəmə-Ekspertiza Mərkəzi

Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması, ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş qaydada həll edilir.

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında məhkəmə ekspertizası fəaliyyətinin hüquqi, təşkilati əsaslarını və başlıca istiqamətlərini müəyyən edir, məhkəmə ekspertizasının təşkili və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır. [2]

Məhkəmə ekspertizası Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid olan mülki, cinayət və digər işlər üzrə icraat zamanı həyata keçirilir.

I fəsil

Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

məhkəmə ekspertizası – təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır;

məhkəmə ekspertizası fəaliyyəti – məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır;

məhkəmə eksperti (ekspert) – məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir;

ekspertin rəyi – məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir;

məhkəmə ekspertizasının predmeti – məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir;

məhkəmə ekspertizası idarəsi – məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır.

məhkəmə ekspertizası tədqiqatının metodu – məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr sistemidir. [3]

Maddə 2. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik

Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. [4]

Maddə 3. Məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsi

Məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.

Maddə 4. Məhkəmə ekspertizası fəaliyyətinin prinsipləri

Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır.

Maddə 5. Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunması

Məhkəmə ekspertizası aparılarkən insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl olunmalıdır.

Məhkəmə ekspertizası fəaliyyəti nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu hesab edən şəxs bu hərəkətdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizası idarəsinin rəhbərinə və ya məhkəməyə şikayət edə bilər.

Maddə 6. Ekspertin müstəqilliyi

Məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. [5]

Məhkəmələr (hakimlər), təhqiqat aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən proses iştirakçılarından hər hansı birinin maraqlarına cavab verən və ya digər şəxslərin xeyrinə olaraq rəy əldə etmək məqsədi ilə ekspertə hər hansı formada təsir göstərilməsi qadağandır.

Ekspertə təsir göstərilməsində təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 7. Tədqiqatın obyektivliyi, hərtərəfliliyi və tamlığı

Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır.

Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.

Maddə 8. Ekspert tədqiqatının obyektləri

Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.

Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın və ya maddənin xüsusiyyətlərini əks etdirən (əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin tədqiqat aparması və rəy verməsi üçün zəruri olan digər nümunələr müqayisəli tədqiqat üçün nümunələr hesab edilir.

Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir. [6]

Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır.

Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır.

II fəsil

Məhkəmə ekspertİzası İdarəsİ rəhbərİnİn və ekspertİn hüquqları və vəzİfələrİ

Maddə 9. Məhkəmə ekspertizası idarəsi rəhbərinin hüquqları

Məhkəmə ekspertizası idarəsinin rəhbəri məhkəmə ekspertizası təyin olunması haqqında qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra onun təşkil edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında, istintaq və məhkəmə hərəkətlərində iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görür. [7]

Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı hüquqları vardır:

idarədə konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması barədə qərarı (qərardadı) icra edilmədən və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən, tədqiqata təqdim edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq; [8]

rəy verilməsi üçün bu idarənin əməkdaşı olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda, onların ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;

məhkəmə ekspertizasının təyin olunması haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilmiş digər idarələrin iştirakı ilə məhkəmə ekspertizası aparılmasını təşkil etmək. [9]

Məhkəmə ekspertizası idarəsinin rəhbərinə aşağıdakıları etmək qadağandır:

məhkəmə ekspertizasının təyin edilməsi haqqında qərar (qərardad) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə olmadıqda, məhkəmə ekspertizasının aparılması üçün zəruri olan tədqiqat obyektlərini və iş üzrə materialları tələb etmək; [10]

məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;

ekspertə konkret məhkəmə ekspertizası üzrə tədqiqatın gedişatına təsir edən və onun nəticələrinin məzmununu müəyyən edən göstərişlər vermək.

Maddə 10. Məhkəmə ekspertizası idarəsi rəhbərinin vəzifələri

Məhkəmə ekspertizası idarəsi rəhbərinin aşağıdakı vəzifələri vardır:

məhkəmə ekspertizasının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verən bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək; [11]

ekspertə (ekspertlərə) onların hüquq və vəzifələrini izah etmək;

eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq; [12]

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması müddətini müəyyən etmək və onun gözlənilməsinə nəzarət etmək;

aparılan tədqiqatların tamlığı və keyfiyyəti üzərində nəzarəti ekspertin müstəqilliyi prinsipinə əməl olunmaqla təmin etmək;

tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat obyektlərini və iş üzrə materialların məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə göndərilməsini təmin etmək.

Məhkəmə ekspertizası idarəsi rəhbəri Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir. [13]

Məhkəmə ekspertizası idarəsinin rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı şəraiti yaratmağa borcludur:

avadanlıqlar, cihazlar, materiallar və informasiya təminatı vasitələrini əldə etmək;

texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına əməl olunmasını təmin etmək;

təqdim edilmiş tədqiqat obyektlərini və iş üzrə materialların qorunub saxlanmasını təmin etmək.

Maddə 11. Məhkəmə eksperti

Ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs məhkəmə eksperti ola bilməz.

Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra – şəhadətnamə) almalıdır.

Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:

1) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;

2) ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;

3) xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.

Şəxsin xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində çıxış edir.

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir.

Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər.

Reyestrə daxil edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.

Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər.

Məhkəmə eksperti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik davranış kodeksinin tələblərinə riayət etməlidir.

Müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə nəzarət edir. [14]

Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi

Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin fəaliyyətinə xitam verir:

şəxs öz arzusu ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə;

şəhadətnamə almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edildiyi aşkar olunduqda;

şəhadətnamə aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə;

attestasiyadan keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda;

qanunvericiliyin tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda;

ekspertin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;

ekspert məhkum edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

ekspert barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;

ekspert vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri Reyestrdən çıxarır.

Şəhadətnaməsi ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat verilir.

Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası

Məhkəmə ekspertləri 5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.

Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.

Reyestrin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ekspertlər məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:

1) qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;

2) elmi cəhətdən əsaslandırılmışdır;

3) insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.

Maddə 11-5. Məhkəmə ekspertizasının metodik fondu

Məhkəmə ekspertizalarının elmi-metodik materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların elektron nüsxələri fonda daxil edilir.

Fondun yaradılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [15]

Maddə 12. Ekspertin hüquqları

Ekspertin aşağıdakı hüquqları vardır:

məhkəmə ekspertizasının predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək və ya onların surətini çıxarmaq;

rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə vəsatət vermək;

məhkəmə ekspertizasının aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;

qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək; [16]

məhkəmənin qərardadı (hakimin qərarı) ilə məhkəmə istintaqı mərhələsində işin materiallarının tədqiqində iştirak etmək;

verdiyi rəyin və ya ifadənin proses iştirakçıları tərəfindən düzgün izah edilməməsi və yaxud təhrif edilməsi barədə istintaq hərəkətləri və ya məhkəmə iclasının protokoluna daxil edilməsi üçün məlumat vermək;

qoyulmuş suallardan əlavə, məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərmək;

məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla müəyyən edilmiş qaydada şikayət etmək.

Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirə bilər. [17]

Ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir: [18]

məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə;

verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda;

tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə;

tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda;

ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda.

Belə hallarda ekspert bu barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.

Ekspertə aşağıdakıları etmək qadağandır:

məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin idarənin rəhbərindən başqa, hər hansı şəxsdən və ya orqandan məhkəmə ekspertizasının aparılması haqqında tapşırıq almaq;

məhkəmə ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində, həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək; [19]

məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq;

məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamaq;

təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın məlumatlarını yaymaq;

dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatları yaymaq;

məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirmək.

Maddə 13. Ekspertin vəzifələri

Ekspertin aşağıdakı vəzifələri vardır:

Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda, məhkəmə ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbərinə məlumat vermək;

məhkəmə ekspertizasının aparılmasında ekspert kimi iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış məhkəmə ekspertizasını aparmaq;

təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək;

təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun və ya məhkəmənin (hakimin) çağırışı üzrə gəlmək;

aparılmış tədqiqat və verilmiş rəylə əlaqədar məsələlər üzrə təhqiqat, ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə vermək;

məhkəmə ekspertizasının aparılmasından imtina etməyə əsas verən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda rəy verməyin qeyri-mümkünlüyü barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə yazılı formada məlumat vermək; [20]

təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etmək.

Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir. [21]

Maddə 14. Ekspertin dindirilməsi

Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq eksperti dindirə bilər. [22]

Barəsində məhkəmə ekspertizası aparılan şəxsə dair həmin məhkəmə ekspertizasının predmetinə aid olmayan məlumatlarla əlaqədar ekspert dindirilə bilməz.

Ekspert tərəfindən rəy verilənədək onun dindirilməsi qadağandır.

III fəsil

Məhkəmə ekspertİzasının növlərİ və onun aparılması

Maddə 15. Məhkəmə ekspertizasının növləri

Məhkəmə ekspertizası aşağıdakı növlərdən ibarətdir:

1) ilkin məhkəmə ekspertizası;

2) əlavə məhkəmə ekspertizası;

3) təkrar məhkəmə ekspertizası;

4) komission məhkəmə ekspertizası;

5) kompleks məhkəmə ekspertizası.

Maddə 16. İlkin məhkəmə ekspertizası

İş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədi ilə birinci dəfə təyin (sifariş) edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır.

Maddə 17. Əlavə məhkəmə ekspertizası

İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. [23]

Maddə 18. Təkrar məhkəmə ekspertizası

Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. [24]

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Maddə 19. Komission məhkəmə ekspertizası

Komission məhkəmə ekspertizası eyni ixtisas üzrə sayı iki nəfərdən az olmayan ekspertlər tərəfindən aparılır.

Məhkəmə ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən müəyyən edilir.

Komission məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarəsinin rəhbərinə həvalə edilir.

Şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. [25]

Verilən sualların həll edilməsi zərurəti nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın ardıcıllığını və həcmini razılaşdırırlar.

Komissiya tərkibində məhkəmə ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi və başqa ekspertlər tərəfindən əldə olunmuş nəticələri qiymətləndirir və öz zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.

Komission məhkəmə ekspertizası aparılarkən onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin rəhbəri ekspertlərin fəaliyyətini əlaqələndirmək, ümumi tədqiqat planını işləyib hazırlamaq, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək və ekspertlərin müşavirəsinə rəhbərlik etmək üçün ekspertlərdən birini rəhbər təyin edir. Komissiya rəhbərinin səlahiyyətləri digər ekspertlərin səlahiyyətlərindən fərqlənmir. [26]

Ekspertlər rəy verməmişdən qabaq öz aralarında məsləhətləşirlər. Ümumi rəyə gəldikdə, rəyə bütün ekspertlər tərəfindən imza edilir.

Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

Maddə 20. Kompleks məhkəmə ekspertizası

İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir. [27]

Kompleks məhkəmə ekspertizasının təşkili və aparılması, ekspertlərin fəaliyyəti ilə əlaqədar məsələlər bu Qanunun 19-cu maddəsində müəyyən edilmiş qaydada həll edilir.

Kompleks məhkəmə ekspertizasının aparılmasında iştirak edən ekspertlərin rəyində hər bir ekspertin apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi faktlar və əldə etdiyi nəticələr göstərilir. Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı əks etdirən hissəsində rəyi imzalayır və ona görə məsuliyyət daşıyır.

Alınmış nəticələrin qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında ekspertlər ümumi nəticəyə gəlirlər. Əgər ümumi nəticənin əsasını bir və ya bir neçə ekspert tərəfindən müəyyənləşdirilən faktlar təşkil edirsə, bu rəydə öz əksini tapmalıdır.

Maddə 21. Məhkəmə ekspertizasının aparılmasının əsasları

Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.

Maddə 22. Məhkəmə ekspertizasının aparılması

Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.

Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.

Tədqiqat prosesində ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.

Məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə müvafiq olaraq müəyyən edilir. [28]

Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin təşəbbüsü ilə ekspertizanın aparılması [29]

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda ekspertizanın müdafiə Tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir. [30]

Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili

Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.

Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.

Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir.

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [31]

Maddə 24. Məhkəmə ekspertizasının aparılmasında məhdudiyyətlər

Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə maraqlı olduğunu təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış tədqiqat isə dərhal dayandırılmalıdır.

Ekspert, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal dayandırmalıdır.

Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin (sifariş) edilməsi məsələsi yenidən həll edilir.

Maddə 25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi

Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər.

Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir.

Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.

Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu

Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:

məhkəmə ekspertizasının aparıldığı tarix və yer;

məhkəmə ekspertizasının aparılmasının əsasları;

məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs haqqında məlumat;

məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;

Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət barədə ona xəbərdarlıq edilməsi;

məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar;

məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar;

məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat;

istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;

tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir. Tədqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə olunmaq üçün onlara göndərilə bilər.

Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır. [32]

IV fəsil

Məhkəmə ekspertİzası İdarələrİndə canlı şəxslər barəsİndə məhkəmə ekspertİzasının aparılmasının xüsusİyyətlərİ

Maddə 27. Canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılması

Canlı şəxslər barəsində məhkəmə ekspertizası məhkəmə icraatının bütün növləri üzrə həyata keçirilir. Məhkəmə ekspertizasına göndərilməli olan şəxslərin dairəsi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 28. Canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılması şəraiti və yeri

Canlı şəxslər barəsində məhkəmə ekspertizası tibbi və başqa idarələrdə, habelə müvafiq tədqiqatın aparılması və ekspertizanın aparıldığı şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin edilməsi üçün zəruri olan şəraitin olduğu başqa yerlərdə aparıla bilər.

Məhkəmə ekspertizası aparılarkən şəxsin stasionar müayinəsi zərurəti yaranarsa, həmin şəxs bu Qanunda və Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada tibbi stasionara yerləşdirilə bilər.

Məhkəmə ekspertizasına göndərilmiş şəxsin məcburi qaydada tibbi və ya başqa idarəyə yerləşdirilməsi məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs tərəfindən təmin edilir.

Maddə 29. Məhkəmə ekspertizasının könüllülük və məcburilik qaydasında aparılması

Canlı şəxslər barəsində məhkəmə ekspertizası könüllü və yaxud məcburi qaydada həyata keçirilir.

Məhkəmə ekspertizası könüllü qaydada həyata keçirildikdə, məhkəmə ekspertizası idarəsinə haqqında məhkəmə ekspertizası aparılan şəxsin yazılı formada razılığı təqdim edilməlidir.

Əgər haqqında məhkəmə ekspertizası aparılan şəxs on altı yaşına çatmamışdırsa və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdirsə, məhkəmə ekspertizasının aparılmasına yazılı formada razılıq həmin şəxsin qanuni nümayəndəsi tərəfindən verilir.

Məcburi qaydada məhkəmə ekspertizasına göndərilən şəxslərin dairəsi Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyində şəxsin məcburi qaydada məhkəmə ekspertizasına göndərilməsi haqqında birbaşa göstəriş olmadıqda, məhkəmə ekspertizası idarəsi həmin şəxs barəsində məcburi qaydada məhkəmə ekspertizasını apara bilməz.

Maddə 30. Şəxsin tibbi stasionara yerləşdirilməsinin əsasları və qaydası

Məhkəmə-tibbi və ya məhkəmə-psixiatriya ekspertizası təyin edilərkən şəxsin stasionar müayinəsi zərurəti yaranarsa, o, məhkəmə ekspertizasının təyin edilməsi barədə qərar əsasında müvafiq tibbi stasionara yerləşdirilir. Şəxsin tibbi stasionara yerləşdirilməsi qaydası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.

Həbsdə saxlanılan şəxslər barəsində məhkəmə ekspertizası aparıldıqda, onlar bu məqsədlə xüsusi yaradılmış tibbi stasionara yerləşdirilir.

Məhkəmə-psixiatriya ekspertizasının aparılması üçün şəxs yalnız məhkəmənin (hakimin) qərarı əsasında psixiatriya stasionarına və yaxud məhkəmə-psixiatriya ekspertizası stasionarına yerləşdirilə bilər.

Məhkəmə ekspertizasını təyin etmiş və məcburi qaydada şəxsi tibbi stasionara yerləşdirmiş orqan və ya şəxs iyirmi dörd saat müddətində həmin şəxsin yaxın qohumlarına və ya onun göstərdiyi hər hansı şəxsə, bu cür adam olmadıqda isə onun yaşadığı yer üzrə daxili işlər orqanına məlumat verməlidir.

Maddə 31. Şəxsin tibbi stasionarda qalma müddəti

Şəxs məhkəmə tibbi ekspertizası aparılması üçün otuz gün müddətinədək tibbi stasionara yerləşdirilə bilər.

Zərurət olduqda, ekspertin (ekspertlərin) əsaslandırılmış vəsatətinə əsasən şəxsin tibbi stasionarda qalma müddəti göstərilən stasionarın yerləşdiyi rayon məhkəməsi hakiminin qərarı ilə daha otuz gün müddətinə uzadıla bilər.

Tibbi stasionarda qalma müddətinin uzadılması barədə ekspertin (ekspertlərin) təqdimatı otuz gün müddətinin başa çatmasına üç gün qalmış həmin stasionarın yerləşdiyi rayonun məhkəməsinə təqdim edilməlidir.

Hakim təqdimatı aldıqdan sonra üç gün ərzində qərar çıxarır və bu barədə ekspertə (ekspertlərə) məlumat verir.

Şəxsin tibbi stasionarda qalma müddətinin uzadılmasından hakim tərəfindən imtina edildikdə həmin şəxs oradan dərhal çıxarılmalıdır.

Məhkəmə ekspertizası idarəsinin rəhbəri hakimin qərarı barədə tibbi stasionarda olan şəxsə, həmçinin məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə məlumat verir.

Tibbi stasionarda qalma müddəti pozulduqda, şəxs, onun müdafiəçisi, qanuni nümayəndəsi və ya işdə iştirak etmək üçün buraxılmış digər nümayəndələri bu barədə stasionarın yerləşdiyi rayonun məhkəməsinə şikayət edə bilər.

Maddə 32. Haqqında məhkəmə ekspertizası aparılan şəxsin qanuni mənafelərinin müdafiəsi və onun hüquqları

Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparıldıqda aşağıdakıları etmək qadağandır:

məlumat almaq məqsədi ilə onun hüquqlarını məhdudlaşdırmaq, aldatmaq, hədə-qorxu gəlmək, zor və digər qanunsuz tədbirlər tətbiq etmək;

üzərində yeni dərman vasitələrini, diaqnostik metodları, xəstəliklərin profilaktikasını və müalicəsini sınaqdan keçirmək, həmçinin şəxsdən obyekt kimi istifadə olunmaqla biotibbi eksperimental tədqiqatlar aparmaq.

Barəsində məhkəmə ekspertizası aparılan şəxs ekspertə həmin məhkəmə ekspertizasının predmetinə aid olan izahatlar verə bilər.

Tibbi stasionarda yerləşdirilmiş şəxslə onun müdafiəçisinin, qanuni nümayəndəsinin və ya işdə iştirak etmək üçün buraxılmış digər nümayəndələrinin görüşü, üçüncü şəxslər tərəfindən informasiya əldə olunmasını istisna edən şəraitdə təşkil edilir.

Şikayət, ərizə və vəsatət vermək üçün tibbi stasionarda yerləşdirilmiş şəxsə real imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilmiş şikayət senzuradan keçirilmir və iyirmi dörd saat ərzində aidiyyatı üzrə göndərilir.

Maddə 33. Həbsdə olmayan şəxslər barəsində məhkəmə ekspertizasının psixiatriya stasionarlarında aparılması şəraiti

Həbsdə olmayan şəxslər barəsində məhkəmə-psixiatriya ekspertizası həm müvafiq məhkəmə-psixiatriya ekspertizası stasionarında, həm də digər psixiatriya stasionarlarında həyata keçirilir. Həbsdə olan şəxslərin yuxarıda göstərilən stasionarlarda yerləşdirilməsinə yol verilmir.

Həbsdə olmayan şəxslərin digər psixiatriya stasionarlarda yerləşdirilməsi onların barəsində məhkəmə ekspertizasının aparılmasına çətinlik törətməməlidir.

Həbsdə olmayan şəxs məhkəmə-psixiatriya ekspertizası aparılan müddətdə psixiatriya stasionarların pasiyentlərinə şamil olunan hüquqlardan istifadə edirlər.

Həbsdə olmayan, ağır psixi pozuntulardan əziyyət çəkməyən şəxs tərəfindən ətrafdakıların həyat və sağlamlığına təhlükə törədən və ya psixiatriya stasionarının iş rejimini ciddi pozan hərəkətlərə yol verilərsə, həmin stasionarın müdiriyyəti bu hərəkətlərin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Haqqında məhkəmə-psixiatriya ekspertizasının könüllü qaydada aparıldığı şəxs tərəfindən bu cür hərəkətlərə yol verilərsə, o, psixiatriya stasionarından çıxarıla bilər və bu barədə stasionarın müdiriyyəti məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə yazılı formada məlumat verir.

Maddə 34. Həbsdə olan şəxslər barəsində məhkəmə ekspertizasının psixiatriya stasionarında aparılması şəraiti

Həbsdə olan şəxslər barəsində məhkəmə-psixiatriya ekspertizası həmin şəxslərin saxlanması üçün müəyyən edilmiş məhkəmə-psixiatriya ekspertizası stasionarlarında aparılır. Bu stasionarların təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi həbsdə saxlanma yerlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi vəzifələrini yerinə yetirən orqanlar tərəfindən həyata keçirilir.

Məhkəmə-psixiatriya ekspertiza stasionarlarının təhlükəsizliyini və mühafizəsini həyata keçirən şəxslərlə həmin stasionarların tibb işçilərinin birgə fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında yerləşdirilən həbsdə olan şəxslərə Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin normaları şamil edilir. Belə hallarda açıq-aşkar ağır psixi pozuntusu olan şəxslərə tənbeh və maddi məsuliyyət tədbirləri nəzərdə tutan normalar, həmçinin silah işlədilməsi tətbiq edilmir.

Maddə 35. Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında saxlanılan şəxslərin təminatı

Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında saxlanılan şəxslərin maddi-məişət və tibbi-sanitar təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə psixiatriya stasionarları üçün müəyyən edilmiş normalar və qaydalar üzrə həyata keçirilir.

Maddə 36. Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat metodlarının tətbiq edilməsində məhdudiyyətlər

Canlı şəxs barəsində məhkəmə ekspertizası aparılarkən güclü ağrıverici təsirlərə malik olan və yaxud şəxsin sağlamlığına mənfi təsir edə biləcək tədqiqat metodlarının, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə səhiyyə praktikasında istifadə edilməsi qadağan olunan metodların tətbiqinə yol verilmir.

Haqqında məhkəmə ekspertizası aparılan şəxs ona qarşı tətbiq olunan tədqiqat metodları və mümkün ola biləcək ağrıverici təsirlər barədə məlumatlandırılmalıdır. Eyni məlumatlar haqqında məhkəmə ekspertizası aparılan şəxsin müvafiq vəsatətlə müraciət etmiş qanuni nümayəndəsinə də verilir.

Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparılarkən tədqiqat aparılması məqsədi ilə tibb idarəsində onlardan zəruri olan nümunələr götürülür və bu barədə ekspertin rəyində göstərilir. Nümunələr həmin tibb idarəsinin iki nəfər tibb işçisinin iştirakı ilə həkim və ya digər mütəxəssis tərəfindən götürülür. Könüllülük qaydasında məhkəmə ekspertizasına göndərilmiş şəxslərdən məcburi qaydada nümunələrin götürülməsinə yol verilmir.

Maddə 37. Proses iştirakçılarının canlı şəxslər barəsində məhkəmə ekspertizasının aparılmasında iştirakı

Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər.

Digər şəxslərin iştirakına məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə yol verilir.

Haqqında məhkəmə ekspertizası aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və tibb işçilərinə aid edilmir.

V fəsil

Yekun müddəalar

Maddə 38. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin maliyyələşdirilməsi

Məhkəmə ekspertizası idarəsinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasını təmin etmək məqsədi ilə məhkəmə ekspertizası idarəsinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Maddə 39. Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi

Məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi, tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün müəyyənləşdirilmiş əməyin ödənilməsi şərtlərinə və formasına uyğun olmalıdır.

İşin xarakteri və şəraiti nəzərə alınmaqla, məhkəmə ekspertizası idarəsinin əməkdaşlarının əməyinin ödənilməsi zamanı ixtisas, xüsusi rütbələrinə və elmi dərəcələrinə görə əlavələr müəyyən edilməlidir. [33]

Maddə 40. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin təşkilati və elmi təminatı

Məhkəmə ekspertizası fəaliyyətinin maddi-texniki, elmi-metodik və təşkilati təminatı məhkəmə ekspertizası idarəsinin tabe olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası idarəsinin yaradılması və ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməklə, onun fəaliyyət qaydası haqqındakı əsasnamə həmin müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. [34]

Maddə 41. Məhkəmə ekspertizası idarəsinin fəaliyyətinin informasiya təminatı

Məhkəmə ekspertizası idarəsinin rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və müəssisələr məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon nümunələrini və texniki məlumatları məhkəmə ekspertizası idarəsinə təqdim etməyə borcludurlar, bu zaman mülkiyyətçinin qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına yol verilmir.

Maddə 42. Məhkəmə ekspertizasının aparılması sahəsində beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilələrə uyğun olaraq məhkəmə ekspertizası fəaliyyəti sahəsində Azərbaycan Respublikasının məhkəmə ekspertizası idarələri xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 43. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. [35]

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 18 noyabr 1999-cu il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

2. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)

3. 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)

4. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)

5. 16 fevral 2007-ci il tarixli 244-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 211)

6. 15 dekabr 2017-ci il tarixli 935-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 147 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə Qanunun adında “Dövlət məhkəmə ekspertizası” sözləri “Məhkəmə ekspertizası” sözləri ilə əvəz edilmişdir.

[2] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə Preambulanın birinci abzasında “Dövlət məhkəmə ekspertizası fəaliyyətinin (bundan sonra – məhkəmə ekspertizası fəaliyyəti)” sözləri “məhkəmə ekspertizası fəaliyyətinin” sözləri ilə əvəz edilmişdir.

[3] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 1-ci maddənin dördüncü abzasda “marağı olmayan” sözlərindən sonra “, məhkəmə eksperti şəhadətnaməsi almış” sözləri əlavə edilmişdir, beşinci abzasda “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə edilmişdir və yeddinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda səkkizinci abzas əlavə edilsin:

[4] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 2-ci maddədə “İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar” sözləri ilə əvəz edilmişdir.

[5] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 6-cı maddənin birinci hissəsinin birinci cümləsində, 8-ci maddənin üçüncü hissəsinin birinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-cu maddənin ikinci hissəsinin üçüncü abzasında, üçüncü hissəsinin üçüncü abzasında, 10-cu maddənin birinci hissəsinin yeddinci abzasında, 12-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, üçüncü hissəsinin ikinci abzasında, dördüncü hissəsində, beşinci hissəsinin səkkizinci abzasında, 13-cü maddənin birinci hissəsinin ikinci abzasında, 16-cı maddədə, 17-ci maddədə, 18-ci maddənin ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddənin ikinci, üçüncü hissələrində və altıncı hissəsinin birinci cümləsində (birinci halda), 20-ci maddənin birinci hissəsində, 24-cü maddənin üçüncü hissəsinin ikinci cümləsində, 25-ci maddənin birinci və dördüncü hissələrində, 26-cı maddənin ikinci hissəsinin dördüncü abzasında, üçüncü hissəsinin üçüncü cümləsində “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə edilmişdir.

[6] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 8-ci maddənin üçüncü hissəsinin ikinci cümləsinə “(qərardadda)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilmişdir.

[7] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 9-cu maddəsinin birinci hissədə “(qərardadı) aldıqdan” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilmişdir.

[8] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 9-cu maddəsinin ikinci hissənin ikinci abzasında “icra edilmədən” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə rəsmi müraciəti təmin edilmədən” sözləri əlavə edilmişdir.

[9] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 9-cu maddəsinin ikinci hissənin dördüncü abzasında “(qərardadda)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilmişdir.

[10] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 9-cu maddəsinin üçüncü hissənin ikinci abzasında “(qərardad)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə” sözləri əlavə edilmişdir.

[11] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 10-cu maddənin birinci hissəsinin ikinci abzasda “(qərardadı) aldıqdan” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilmişdir.

[12] 30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 10-cu maddənin birinci hissəsinin dördüncü abzasında “cinayət məsuliyyəti” sözləri “məsuliyyət” sözü ilə əvəz edilmişdir.

5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 10-cu maddənin birinci hissəsinin dördüncü abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

eksperti bilə-bilə yalan rəy verməyə və ya rəy verməkdən imtina etməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ondan məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə rəylə birlikdə göndərməklə müvafiq iltizam almaq;

29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 10-cu maddənin birinci hissəsinin dördüncü abzasda “qərarda” sözündən sonra “(qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilmişdir.

[13] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 10-cu maddəyə yeni ikinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki ikinci hissəsi üçüncü hissə hesab edilmişdir.

[14] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 11-ci maddənin dördüncü hissəsində “rütbə dərəcələri” sözləri “xüsusi rütbələr” sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 11 -ci maddəsinə yeni məzmunda beşinci hissə əlavə edilmişdir.

29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 11. Ekspert

Ali təhsili olan, müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının vətəndaşı ekspert ola bilər.

ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ekspertlərə ixtisas dərəcəsi verilir.

Attestasiyanın keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Tutduğu vəzifə, peşə qabiliyyəti və əmək stajı nəzərə alınmaqla məhkəmə ekspertizası idarəsinin ekspertlərinə tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının işçiləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının məhkə mə ekspertizası idarəsinin ekspertlərinə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məhdu diyyətlər tətbiq edilir.

[15] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə yeni məzmunda 11-1 – 11-5-ci maddələr əlavə edilmişdir.

[16] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 12-ci maddənin birinci hissəsinin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

məhkəmə ekspertizasının predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə və istintaq hərəkətlərinin icraatında iştirak etmək;

[17] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 12-ci maddəyə yeni ikinci hissə əlavə edilmişdir. Maddənin əvvəlki ikinci-dördüncü hissələri müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilmişdir.

[18] 15 dekabr 2017-ci il tarixli 935-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral 2018-ci il, № 26 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 147 ) ilə 12-ci maddənin üçüncü hissəsinin birinci abzasında “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.

[19] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 12-ci maddənin beşinci hissəsinin ikinci abzasda “idarəsinin” sözündən sonra “ekspertlərinə həmin idarənin” sözləri əlavə edilsin və üçüncü abzasda “başqa” sözündən əvvəl “məhkəmə ekspertizası idarəsinin ekspertlərinə” sözləri əlavə edilmişdir.

[20] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 13-cü maddənin birinci hissəsinin yeddinci abzasında “təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə)” sözləri “məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə” sözləri ilə əvəz edilmişdir.

[21] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 13-cü maddəyə ikinci hissə əlavə edilmişdir.

[22] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 14-cü maddənin birinci hissəsində “olmadıqda və ya” sözlərindən sonra “həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə” sözləri əlavə edilmişdir.

[23] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 17-ci maddədə “əvvəlki tədqiqatla bağlı əlavə sualların həll edilməsi zərurəti olduqda” sözləri “tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün” sözləri ilə əvəz edilmişdir.

[24] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 18-ci maddənin birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslılığı təhqiqat aparan şəxsdə, müstəntiqdə, prokurorda və ya məhkəmədə (hakimdə) şübhə doğurduqda, məhkəmə ekspertizasının aparılmasının Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydaları pozulduqda, eyni suallar üzrə təkrar məhkəmə ekspertizasının aparılması təyin edilir və onun aparılması başqa ekspertə və ya ekspertlərə həvalə edilir.

Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) əvvəlki ekspertizanın rəyi ilə razılaşmamağın səbəbləri göstərilir.

[25] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 19-cu maddənin dördüncü-səkkizinci hissələr müvafiq olaraq beşinci-doqquzuncu hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

[26] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 19-cu maddənin altıncı hissənin birinci cümləsində “işləyib hazırlamaq” sözlərindən sonra “, ekspertizanın aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini təyin etmək və onlara əməl olunmasına nəzarət etmək” sözləri əlavə edilmişdir.

[27] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 20-ci maddənin birinci hissəsində “sahələrindən istifadə etməklə tədqiqat aparılmasını tələb edərsə,” sözləri “və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə” sözləri ilə əvəz edilmişdir.

[28] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 21-ci maddədən “təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı ilə” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı ilə təyin edilir.

5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 22-ci maddənin birinci hissəsində “məhkəmənin qərardadı” sözlərindən sonra “, habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş müraciət” sözləri əlavə edilmişdir.

29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 21-ci və 22-ci maddələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 21. Məhkəmə ekspertizasının təyin edilməsi

Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təyin edilir.

Maddə 22. Məhkəmə ekspertizasının aparılması

Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı, habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş müraciət məhkəmə ekspertizasının aparılması üçün əsas sayılır.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs tədqiqatın aparılması və rəy verilməsi üçün zəruri olan tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə təqdim edir.

Məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Zəruri hallarda, nümunələrin götürülməsi məhkəmə ekspertizasını aparan ekspertin iştirakı ilə həyata keçirilir.

Məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.

[29] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 22-1-ci maddə əlavə edilmişdir.

[30] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 22-1-ci maddə ləğv edilmişdir.

[31] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 23-cü maddə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən orqan

Məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.

[32] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 26-cı maddəyə dördüncü hissə əlavə edilmişdir.

[33] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə 39-cu maddənin ikinci hissəsində “rütbə” sözü “xüsusi rütbələrinə” sözləri ilə əvəz edilmişdir.

[34] 16 fevral 2007-ci il tarixli 244-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 211) ilə 40-cı maddəsinin ikinci hissəsi çıxarılmışdır.

[35] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, № 283 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896 ) ilə 43-cü maddədə “vəzifəli şəxslər və vətəndaşlar” sözləri “şəxslər” sözü ilə əvəz edilmişdir.

Məhkəmə-Ekspertiza Mərkəzi

Məhkəmə Ekspertizası Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan baş idarəsidir.Mərkəzin fəaliyyəti insan və vətəndaş hüquqlarınıın və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertlərin müstəqilliyi, elm və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliyi və tamlığı prinsiplərinə əsaslanır.

Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyət istiqamətləri

· məhkəmə ekspertizalarının və tədqiqatların aparılması (elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə obyektiv, hərtərəfli, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması prinsipləri əsasında tədqiqatlar aparılaraq rəy və arayışların verilməsi);
· elmi-tədqiqat fəaliyyəti həyata keçirmək, ekspert tədqiqatının yeni metod və metodikalarını hazırlamaq və təkmilləşdirmək(aktual mövzularda elmi-tədqiqat işlərinin aparılması, ekspert praktikasının ümumiləşdirilməsi, cinayətkarlığın vəziyyəti, strukturu və dinamikasının, onun ayrı-ayrı növlərinin baş verməsinin səbəb və şəraitinin, cinayətkarın şəxsiyyətinin kompleks sistemli-struktur təhlili, cinayətkarlığın proqnozlaşdırılması ilə bağlı olan kriminoloji fəaliyyət, elm və texnikanın müasir nailiyyətlərindən istifadə etməklə ekspert tədqiqatı metodikasının təkmilləşdirilməsi);
· məhkəmə və hüquq mühafizə orqanlarına elmi-metodik kömək göstərmək(məhkəmə-istintaq orqanları işçiləri, ali məktəb tələbələri ilə metodik və praktik məşğələlər keçirmək);
· ekspert profilaktikasını həyata keçirmək(cinayətlərin baş verməsinə şərait yaradan halların aşkar olunması, onların qarşısının alınması üçün profilaktik tövsiyələrin işlənib hazırlanması);
· qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Məhkəmə Ekspertizası Mərkəzinin yaranması

Məhkəmə Ekspertizası Mərkəzinin yaranma tarixi 1938-ci ilin avqust ayında Azərbaycan SSR Ədliyyə Xalq Komissarlığı nəzdində təşkil edilən Kriminalistika kabineti ilə bağlıdır.Bu kabinet azsaylı personaldan ibarət olmaqla qrafoloji ekspertizalar aparmaqla fəaliyyətə başlamışdır. Lakin 1951-ci ilin iyun ayında SSRİ Nazirlər Sovetinin sərəncamı ilə həmin kabinet ləğv edilmiş, kabinetin əmlakı və Azərbaycanın hüquq mühafizə orqanları üçün ekspertizaların aparılması vəzifəsi Gürcüstan elmi-tədqiqat kriminalistika laboratoriyasınahəvalə edilmişdir.Az sonra, yəni 1956-cı ilin iyununda Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə Bakı elmi-tədqiqat kriminalistika laboratoriyası yaradılmış və bu laboratoriyada qrafoloji, ballistik, trasoloji ekspertizalar aparılmışdır.1960-cı ilin dekabrında isə bu laboratoriyanın əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin Hüquq Komissiyası yanında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yaradılmışdır.

Cinayətkarlığın kompleks tədqiqini, hüquq pozuntularının qarşısının alınması üzrə elmi cəhətdən əsaslandırılmış proqnozların və konstruktiv təkliflərin işlənib hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1991-ci ilin iyununda institutun adında və fəaliyyətində dəyişiklik edilərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutu adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin «Ədliyyə orqanlarının inkişafı haqqında» 17 avqust 2006-cı il tarixli Fərmanı ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu Məhkəmə Ekspertizası Mərkəzi adlandırılmış və Mərkəz baş idarə səlahiyyətli qurum kimi təsdiq edilmişdir.Hazırda Mərkəzdə aşağıdakı20 məhkəmə ekspertizası növü və 41 ekspert ixtisasıüzrə tədqiqatlar aparılaraq rəy və arayışlar verilir.

SON DƏQİQƏ

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə seminarı Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov giriş sözü ilə açaraq, iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verib.
Sonra seminar iştirakçılarına Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında məhkəmə-ballistik ekspertizası sahəsi üzrə mərkəzdə olan müasir avadanlıqlarla və onların iş prinsipi ilə bağlı böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Səməd Şahtaxtinski, ballistik-trasoloji laboratoriyada daktiloskopiya sahəsi üzrə tədbiq edilən yeni metodik üsullar və kimyəvi tozlarla işləmə metodu, müxtəlif tipli obyektlər üzərindən izlərin götürülməsi ilə bağlı ekspert, I dərəcəli ədliyyə qulluqçusu Samir Məmmədov, narkotik vasitələrin və psixotrop maddələrin ekspertizasının aparılması zamanı istifadə olunan müasir avadanlıqlar və bütün ekspertiza sahələri üzrə maddi sübutların düzgün qablaşdırılması qaydaları haqqında böyük ekspert, I dərəcəli ədliyyə qulluqçusu Bayram İsmayılov məlumat verib.
Seminar iştirakçılarının sualları cavablandırılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.