Press "Enter" to skip to content

Sədr: Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir

https://static.report.az/photo/319ae73c-d7d2-4ebe-ac5a-e2af3df9fa6f.jpg

Mhkm qrarlarının icrası haqqında qanun

Azərbaycanda maliyyə məsələləri ilə bağlı məhkəmə qərarlarının qəbulu və icrası prosesləri sürətləndiriləcək.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, Azərbaycanda maliyyə mübahisələrində icra prosesi ilə bağlı mövcud vəziyyətin hərtərəfli diaqnostikası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası Ədliyyə Nazirliyi və maliyyə institutları ilə birlikdə səlahiyyətli işçi qrupu yaradacaq. Diaqnostika icra prosesini mürəkkəbləşdirən və ləngidən halları müəyyənləşdirəcək, məhkəmə qərarlarının qəbulu və icrası, girovun rəsmiləşdirilməsi və təminata tutmanın yönəldilməsi, girovları ləğvetmə, qiymətləndirmə və reallaşdırma üzrə hərracların təşkilini və apelyasiya proseslərini əhatə edəcək. Bu zaman girov predmetinə tələbin məhkəmədən kənar qaydada yönəldilməsinin hüquqi əsaslarının yaradılması, girovların satışı üzrə hərracların xidmət haqqının real xərc prinsipi əsasında müəyyən edilməsi və girovların satışının alternativ üsullarla həyata keçirilməsi imkanları qiymətləndiriləcək və müvafiq tədbirlər həyata keçiriləcək.

İşçi qrup qeyd olunan istiqamətləri icra prosesinin keyfiyyətinə və müddətinə təsiri baxımından prioritetləşdirəcək. Sonrakı mərhələdə isə Azərbaycandakı proseslər qabaqcıl beynəlxalq təcrübə ilə müqayisə edilərək kompleks həll yolları müəyyən ediləcək, qanunvericiliyə dəyişikliklər hazırlanacaq.

İşçi qrup müvafiq tədbirlər planı hazırlayacaq. Təsdiq edilmiş tədbirlər planının müvafiq qurumlar tərəfindən tətbiqinə başlanılacaq. Sistemin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlərin nəticəsi üzrə monitorinq və qiymətləndirilmə aparılacaq. Zərurət yarandığı halda əlavə tədbirlər müəyyən ediləcək.

Yol xəritəsində bildirilir ki, qeyri-işlək aktivlərin həcminin azaldılmasının ən mühüm vasitələrindən biri kreditorların hüquqlarının müdafiəsi və öhdəliklərin yerinə yetirilməsi üzrə işlək məhkəmə sistemi və icra mexanizminin olmasıdır. Mövcud qanunvericiliyin bəzi hallarda qeyri-müəyyən olması, habelə məhkəmə qərarlarının qəbulunun və həmin qərarların icrasının gecikdirilməsi mövcud məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsinin zəruri olduğunu göstərir. Bank əməliyyatları üzrə qanunvericilikdə qeyri-müəyyənliklər mövcuddur. Məhkəmə qərarlarının icrası üsullarının təfərrüatlı olmaması fərqli şərhlərə şərait yaradır ki, bu da müvafiq qərarların icra olunmasını çətinləşdirir. Məhkəmələr borcun ödənilməsi üsullarını müəyyən etməkdə çətinlik çəkir (məsələn, əməkhaqqı, vəsaitin aktivlərdən tutulması və s.). Bu hal, xüsusilə də mürəkkəb məhkəmə işlərində müşahidə olunur. Bundan əlavə, ləğvetmə prosesi və təminatın rəsmiləşdirilməsi üzrə qanunvericiliyin qeyri-müəyyən olması öhdəliklərin icra müddətinin uzanmasına səbəb olur. Ləğvetmə prosesində son tarix, qiymətləndirmə ilə bağlı məsuliyyət bölgüsü və prosedurlar, prioritetlərin təsnifləşdirilməsi, aktivlərin satışı vəs. məsələlərin qanunvericilikdə dəqiq müəyyən olunmaması məhkəmə qərarlarının icrasını ləngidir və ziddiyyətlər yaradır. Məhkəmə prosesləri müxtəlif etirazlar vasitəsilə asanlıqla uzadıla bilər. Borcalan satışa çıxarılan aktivlərin qiymətləndirilməsi ilə razı olmadığı təqdirdə əmlakın satılması üzrə hərrac dəfələrlə təxirə salına bilər. Bundan əlavə, məhkəmə işlərinin çox olması və son tarixlərin dəqiq müəyyən edilməməsi səbəbindən maliyyə məsələləri üzrə məhkəmə qərarlarının icrası gec həyata keçirilir. Bu şəraitdə məhkəmə icraçıları müəyyən işləri prioritetləşdirirlər ki, bu da digər işlərin icrasının qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur.

Bütövlükdə, kreditorların hüquqlarının müdafiəsi mexanizmlərinin qənaətbəxş səviyyədə olmaması və məhkəmə qərarlarının icrasında intizamın nisbətən aşağı olması riskləri daha da artırmaqla, maliyyə institutlarının xərclərini yüksəldir. Tələbin təminata yönəldilməsi prosedurlarının uzun olması və bu prosesin nisbətən yüksək xərclər hesabına başa gəlməsi maliyyə vasitəçiliyini məhdudlaşdırır. Bu isə maliyyə məsələləri üzrə məhkəmə-hüquq infrastrukturunda bu vaxta qədər aparılan islahatların davam etdirilməsi və icra prosesinin təkmilləşdirilməsi, eləcə də qanunvericilik aktlarına yenidən baxılması istiqamətləri üzrə kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir.

Sədr: “Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir”

Sədr: “Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməlidir” Bakı. 10 noyabr. REPORT.AZ/ Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər.

10 Noyabr , 2018 18:39

https://static.report.az/photo/319ae73c-d7d2-4ebe-ac5a-e2af3df9fa6f.jpg

Bakı. 10 noyabr. REPORT.AZ/ ” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2-ci və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında göstərilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər”. “Report”un məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. F.Abdullayev bildirib ki, bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ədalətlilik prinsipinə istinad edərək vurğulayıb ki, həmin prinsip inzibati xəta sayılan əmələ görə xəta törətmiş hər bir şəxsin qanun qarşısında məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən, hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci, 12-ci və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu gün Konstitusiya Məhkəməsi Azərbaycanda demokratik dövlətin özünəməxsus və ayrılmaz atributu qismində çıxış etməklə, Konstitusiyanın müdafiə mexanizminin səmərəli vasitəsinə çevrilib. Digər dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində qəbul etdiyi qərarları ilə Konstitusiya Məhkəməsi Əsas Qanunun aliliyini təmin etməklə qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir və öz növbəsində hüquq sisteminin inkişafına yeni töhfələr verir”, – deyə Fərhad Abdullayev bildirib. Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, bu il Prezident İlham Əliyev in birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 15 il ötür: “Dövlətimizin başçısı İlham Əliyevin müdrik idarəçiliyi ilə Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmaqla sürətlə və dayanıqlı inkişaf edir. Azərbaycanın dinamik inkişafı onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir. Dövlətimizin və xalqımızın maraqlarına xidmət edən siyasət və müasir idarəetmə üsullarının tətbiqi nəticəsində Azərbaycan dövləti daha da qüdrətlənmiş, ölkəmiz dünya miqyasında etibarlı tərəfdaşa çevrilib. Ölkəmiz beynəlxalq miqyaslı tədbirlərə, beynəlxalq forumlara, dövlət başçılarının zirvə görüşlərinə, eyni zamanda, mötəbər humanitar və iqtisadi tədbirlərə, idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğinə əlverişli şərait yaradaraq, respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir. Müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş sosial, siyasi islahatların davamlı şəkildə həyata keçirilməsi, həmçinin qanunvericilik bazasının günbəgün daha da təkmilləşdirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və digər çoxsaylı nailiyyətlər müasir Azərbaycan dövlətinin reallığıdır. Əlbəttə, bu inkişafın əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev in əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət dayanır”.

Mhkm qrarlarının icrası haqqında qanun

Hüquqi dövlətdə məhkəmə qərarlarının icrası necə təmin olunmalıdır?

13:14 17-12-2015

KRİMİNAL

Qəbul olunmuş qərarın ədalətli olması nə qədər vacibdirsə, həmin qərarın icrası da bir o qədər əhəmiyyət kəsb edən məsələdir. Qərar ədalətli olsa belə, icra olunmamış qalırsa, bu qanunun işləməməsi, vətəndaşın hüququnun bərpa olunmaması anlamına gəlir. Məhz bu səbəbdən də, hüquqi dövlətlərdə məhkəmə qərarlarının ədalətli qəbulu ilə yanaşı həmin qərarların icrasına önəm verilir.
Əgər məhkəmənin qəbul etdiyi qərar ədalətlidirsə və bu ədalətli qərar icra olunubsa, bu zaman hüququ pozulmuş şəxsin haqqı tam bərpa olunmuş sayılır. Ona görə də, hüquqi dövlətlərdə, icra prosesinə diqqət yetirilir, qanunvericilikdə bununla bağlı islahatlar aparılır. Azərbaycanda da “İcra haqqında” qanun qəbul olunub. Bu Qanun Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin icrasını təmin edir. Eləcə də qanunla inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və qanunla nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir.
Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, “İcra haqqında” qanun Konstitusiyadan “İcra məmurları haqqında” qanundan, Mülki Prosessual Məcəllədən və digər qanunvericilik aktlarından ibarətdir. Həmsöhbətimiz deyir ki, bu qanunun ilk maddəsi də məhz icra qanunvericiliyinin prinsiplərinə həsr olunub. Onun sözlərinə görə, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. İcra məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri isə ölkə qanunvericiliyi ilə müəyyən edilir. Z. Bayramovanın sözlərinə görə, qanunun 3-cü maddəsi icra məmurunun tələblərinin məcburiliyinə həsr olunub: ” Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri ölkə ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Bu qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən ölkəmizin müvafiq qanunu ilə müəyyən olunmuş qaydada icra edilir”.
Hüquqşunas deyir ki, 5-ci maddədə banklar və digər kredit təşkilatları tərəfindən icra hərəkətlərinin təmin edilməsi məsələsi öz əksini tapıb. Belə ki, bankda və ya digər kredit təşkilatında borclunun hesablarının və həmin hesablarda pul vəsaitlərinin olması barədə məlumatı olan icra məmuru, məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələblərinin göstərildiyi icra sənədinin icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş surətini bilavasitə banka və ya digər kredit təşkilatına göndərir.Borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Bu Qanunun 5.2-ci maddəsində göstərilən tələblərə əməl etməyən bank və ya digər kredit təşkilatı icra məmurunun inzibati xəta haqqında protokoluna əsasən müvafiq məhkəmə tərəfindən ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunur”.
Qanunun 8-ci maddəsində icra sənədləri üzrə icraata başlanılmasından bəhs olunur. Bu maddədə qeyd olunur ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir.Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır.Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.
İcra hərəkətlərinin həyata keçirilməsi məsələsi zaman-zaman mübahisə mövzusu olub. Elə qərarlar var ki, illərdir icra olunmamış qalmaqdadır. Hüquqşunas deyir ki, bu qanunun 11-ci maddəsində öz əksini tapıb: “İcra hərəkətləri saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində həyata keçirilir. İcra hərəkətlərinin həyata keçirilməsinin dəqiq vaxtını icra məmuru müəyyən edir. İcraatda iştirak edən tərəflər icra hərəkətlərinin həyata keçirilməsi vaxtı ilə bağlı təklif verə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qeyri-iş günlərində icra hərəkətlərinin həyata keçirilməsinə yalnız təxirəsalınmaz hallarda və ya borclunun təqsiri üzündən icra hərəkətlərinin həyata keçirilməsi iş günlərində mümkün olmadıqda yol verilir. Saat 22-dən saat 8-dək icra hərəkətlərinin həyata keçirilməsinə yalnız fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törədən hallarda yol verilir. İcra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən 1 ay müddətinədək uzadıla bilər. İcra sənədləri məhkəmələrin qərarları əsasında verilən icra vərəqələri və məhkəmə əmrləri – bir ay ərzində, iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri – dərhal, notariat orqanlarının icra qeydləri və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların qərarları – on gün ərzində, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri – üç il ərzində, qısamüddətli mühafizə orderi dərhal icraya yönəlməlidir”.
Amma hüquqşunas deyir ki, məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi məsələsi də bu qanunda var. Yəni, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər: “Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. İcra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallar olduqda, icra məmuru tələbkarın və ya borclunun ərizəsinə əsasən icra hərəkətlərini 10 gündən çox olmayan müddətə təxirə də sala bilər. İcra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir.. Tərəflər icra hərəkətlərinin təxirə salınması haqqında icra məmurunun qərarından onun surətini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər”.

Comments are closed, but trackbacks and pingbacks are open.