Press "Enter" to skip to content

Məhəmməd Füzuli Əsərləri 1/6 cild

M.Füzulinin Mühamməd Əliyhissəlama və onun əhli beytinə, imamlara həsr olunmuş şeirləri həddindən artıq çoxdur. “Su” qəsidəsi də onun əziz peyğəmbərimizə olan böyük məhəbbətinin ən kamil bədii nümunələrindən biridir.

Məhəmməd füzuli haqqında keçirilən tədbir

Böyük Azərbaycan şairi və mütəfəkkiri M.Füzuli yalnız Azərbaycan klassik ədəbiyyatının deyil, həmçinin bütün dünya ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun yazdığı əsərlər öz dərinliyi və yüksək bədii səviyyəsi ilə dörd yüz ildən çoxdur ki, solmaz söz gülüstanı olaraq öz təravətini itirmir. M.Füzulinin yaradıcılığı o qədər zəngindir ki, onun meydana gətirdiyi əsərlərin yalnız adını qeyd etməli olsaq qalın kitab alınar. Üç dildə – ərəb, fars və türk dillərində divan yaratması bu böyük sənətkarın nə qədər geniş və əhatəli yaradıcılığa malik olmasını aydın göstərir. Şairin bir çox əsərlərində Uca Allahın birliyi təbliğ edilir, sonuncu peyğəmbər Muhamməd Mustafaya və əhli-beytinə Allah sevgisinin əlaməti olaraq sevgi və məhəbbət izhar olunur. Özü də şair könül dünyasının bu əvəzsiz təzahürünü müxtəlif səviyyələrdə maraqlı ədəbi üsullarla ifadə edir. Bu mövzuda şairin yazdığı möhtəşəm əsərlərdən biri də klassik ədəbiyyatımızın zirvəsində IV əsrdən artıq günəş kimi parlayan “Su” qəsidəsidir. Öncə onu qeyd edək ki, qəsidə janrı mahiyyət etibarilə dini-ruhani məzmunlu şeir nümunəsi kimi meydana çıxmış, daha sonra dəyişikliyə uğrayaraq ictimai-fəlsəfi məzmunlu şeir janrına çevrilmişdir. Məhz şair bu qəsidəsində əslinə uyğun olaraq dini-ürfani məzmun daşıyan bir əsər meydana qoymuş, lakin öz yaradıcılıq manerasına uyğun olaraq bu məzmunu maddi-mənəvi vəhdət əsasında çox yüksək sənətkarlıqla çulğalaşdırmışdır. Şair bu qəsidədə maddi resurs olan suyu bədii şəkildə obrazlaşdıraraq öz dini-fəlsəfi baxışlarını ustalıqla nəzərə çatdırmışdır:

Saçma, ey göz, əşkdən könlümdəki оdlarə su
Kim, bu dəklü tutuşan оdlara qılmaz çarə su.

Şair demək istəyir ki, ey gözüm, yaş axıdıb könlümün odlarına su çiləmə, çünki könlümdəki odları söndürməyə göz yaşı su kimi təsir edə bilməz. Axı göz yaşı da od kimi istidir. Od odu söndürməz, əksinə odun hərarətini artırar.

M.Füzuli qəsidənin bu kimi başlanğıc beytində və daha sonrakı üç beytdə öz əhval-ruhiyyəsini təqdim etməklə sonrakı fikirlər üçün zəmin hazırlayır. Qəsidəni oxuduqca bizə könüldəki odun nə olduğu aydın olmağa başlayır:

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.

Bu misralardan məlum olur ki, şairin könlünə od salan Muhamməd peyğəmbərə olan böyük və tükənməz sevgidir. Bu sevgi sevənin ümid, həyəcan, həsrət duyğulu ürəyinin hiss tüğyanında sönməyən bir oda çevrilib. Bu odu heç bir su ilə söndürmək olmaz. Hətta bu atəş həsrət çəkənin göz yaşlarından irəli gəlsə belə yenə də onun sönməsi mümkün deyil. Özü də bu odun olması sevən ürəyə zillət deyil, əvəzsiz bir zövq verir. Bu zövq İlahi eşqindən qaynaqlanan ülvi hislərdən yaranır. Beytin daha dəqiq izahında bu misraların məhz sevgili peyğəmbərimiz üçün yazıldığı aydın olur. Məlumdur ki, dini-ürfani rəvayətlərdə gülün peyğəmbər tərindən yaranması yer alır. Bu baxımdan hər gül bir peyğəmbərin tərindən yarandığı kimi, qızılgül də Muhamməd peyğəmbərin tərindən Uca Allahın lütfü ilə meydana gəlmişdir. “Gül Muhamməd təridir” deyən ürfan şairlərindən Yunis Əmrə də məhz bu anlamı nəzərdə tutaraq gülün Muhamməd Əleyhissəlamı ifadə edən rəmz olmasını Füzulidən iki əsr əvvəl ifadə etmişdir. Füzuli də eyni duyğularla çıxış edərək demək istəyir ki, bağban gülzar yaratmaq üçün sudan istifadə etməklə çox da əziyyət çəkməsin ki, min gülzara da su versə, ey sevgili peyğəmbərimiz, yenə sənin üzünün tərindən yaranan gül kimi o gülzarda gül açıla bilməz. Çünki, o gülzardakı güllər sudan əmələ gəlir, sənin üzünün tərindən yaranan güllər isə daha gözəl, ətirli və rayihəldir.

M.Füzuli sonrakı beytlərdə fəxri-kainat Muhamməd peyğəmbərin bütün kainatın ən şərəflisi olmasından, bütün insanlara onun varlığının işığının düşməsindən, Allahu-Təalanın ona verdiyi ən uca məqamdan və sair üstün keyfiyyətlərindən bəhs edir:

Tinəti-pakini rövşən qılmış əhli-aləmə,
İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su.

Qəsidədə bu mənanı ifadə edən beytlər müxtəlif səviyyələri ilə diqqət çəkir. Şair beyt-beyt bizi əziz peyğəmbərimizin varlığının dəyəri haqqında bilgiləndirir. Şairin peyğəmbərimizə olan sevgisi o qədər şiddətlidir ki, öz arzusunda məzarının kuzəyə çevrilib ona öz sevgisinin nümayişi kimi təqdim olunmasını arzu edir.

Dəstbusi arizusundan gər ölsəm, dustlər,
Kuzə eylin tоprağım, sunun оnunla yarə su.

Şair qəsidənin peyğəmbər sevgisi ilə yazılmasını bildirmək üçün bir neçə vasitədən istifadə edir ki, Muhamməd peyğəmbərin Allahın dostu olması, bəşərin ən xeyirlisi kimi “xeyrül-bəşər” adlanması ifadəsində bunu aydın şəkildə görürük:

Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm,
Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su.

Klassik ədəbiyyatdan məlumdur ki, Muhamməd peyğəmbərə həsr olunmuş şeirlərə nət deyilir. Şair qəsidənin məqtəsində oz adını işlətdiyi yerdə məhz bu qəsidənin nət olduğunu da diqqət mərkəzinə çəkir:

Yümni-nə’tindan gühər оlmuş Füzuli sözləri,
Əbri-nisandan dönəntək lö’löi-şəhvarə su.

M.Füzulinin Mühamməd Əliyhissəlama və onun əhli beytinə, imamlara həsr olunmuş şeirləri həddindən artıq çoxdur. “Su” qəsidəsi də onun əziz peyğəmbərimizə olan böyük məhəbbətinin ən kamil bədii nümunələrindən biridir.

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

Məhəmməd Füzuli Əsərləri 1/6 cild

Məhəmməd Füzuli Əsərləri 6/6 cild

384 Pages · 2008 · 2.75 MB · 98 Downloads · Turkish

görə isə Füzuli öz əsərini Məhəmməd paşanın. Məhəmməd Füzuli Əsərlər .

Məhəmməd Füzuli Əsərləri 1/6 cild

409 Pages · 2008 · 1.57 MB · 52 Downloads · Turkish · New!

ömrün ol sevdadə kim, baqi degül. Surətaray olma Məhəmməd Füzuli Əsərləri 1/ .

Məhəmməd Füzuli Əsərləri 2/6 cild

354 Pages · 2008 · 1.58 MB · 105 Downloads · Turkish

arif, Müfsidi hər səlah olan namərd! Həmdəmin hər Məhəmməd Füzuli Əsərləri 2/ .

Məhəmməd Füzuli Əsərləri 4/6 cild

365 Pages · 2008 · 1.92 MB · 104 Downloads · Turkish

kitabxanalarında mövcud Füzuli “Divan”larının əksəriyyətində Məhəmməd Füzuli .

Məhəmməd Füzuli Əsərləri 3/6 cild

473 Pages · 2008 · 1.47 MB · 99 Downloads · Turkish

sürmə üçün çərx оnu dərman diləyir. Məhəmməd Füzuli Əsərləri 3/6 cild .

Məhəmməd Füzuli Əsərləri 5/6 cild

232 Pages · 2008 · 1.6 MB · 93 Downloads · Turkish

ayırım zövqi-gədadən. Ta qəlbimə mey zövq verib Məhəmməd Füzuli Əsərləri 5/6 .

Məhəmməd Füzuli Əsərləri 3/6 cild

473 Pages · 2008 · 1.47 MB · 9 Downloads · Turkish · New!

bir günəş tək parladı, nəm qоymadı canda,. Məhəmməd Füzuli Əsərləri 3/6 .

Məhəmməd Füzuli Əsərləri 3/6 cild

473 Pages · 2008 · 1.47 MB · 5 Downloads · Turkish · New!

çоx cəhətdən tamam mənim istədiyim kimi оldu,. Məhəmməd Füzuli Əsərləri 3/6 .

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

400 Pages · 2007 · 733 KB · 13 Downloads · Turkish

Füzuli. Əsərləri. Altı cilddə. I cild untitled .

Do the Work: Overcome Resistance and Get Out of Your Own Way

57 Pages · 2014 · 248 KB · 107,699 Downloads

Steven_Pressfield_Do_the_Work_Overcome_Resistan(b-ok_xyz).pdf DTW_Layout_v12_110304.indd .

Load more similar PDF files

PDF Drive investigated dozens of problems and listed the biggest global issues facing the world today. Let’s Change The World Together

  • Editor’s Picks
  • Most Popular
  • Academic & Education
  • Art
  • Biography
  • Business & Career
  • Children & Youth
  • Environment
  • Fiction & Literature
  • Health & Fitness
  • Lifestyle
  • Personal Growth
  • Politics & Laws
  • Religion
  • Science & Research
  • Technology

Ask yourself: How can you love yourself more today? Next

Məhəmməd Füzuli yaradicilığı şerləri

Məhəmməd Süleyman oğlu Füzuli – görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.
Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi məlumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.
Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

“Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Füzulinin Bakıdakı abidəsi (heykəltaraşlar Ömər Eldarov və Tokay Məmmədov)Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Məni candan usandırdı
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Comments are closed, but trackbacks and pingbacks are open.