Press "Enter" to skip to content

Məhəmməd Füzuli – 520

Azərbaycan Respublikasının Prezidenti 13 sentyabr 1996-cı ildə “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. [6]

Mehemmed Fuzuli – Wikipedia

Məhəmməd Füzuli ( təq. 1494 , Bağdad – 1556 [1] , Bağdad , Bağdad əyaləti [d] ) — Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Əsərləri
    • 3.1 Çap olunan kitabları
    • 3.2 Məşhur qəzəlləri
    • 3.3 Səsləndirilmiş şeirlər
    • 6.1 Xatirə sikkələri

    Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müctehidi olmuşdur.

    XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artır. Bu durum sonralar da davam edir. 1508-ci ildə I İsmayıl təntənəli şəkildə Bağdada girərək İraqı Azərbaycana birləşdirir, 1534-cü ildə isə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

    Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də Kərbəladadır.

    Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

    Yaradıcılığı

    SSRİ poçt markası (1958).

    Məhəmməd Füzulinin müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

    “Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

    Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

    Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

    Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

    Füzulinin əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr olunmuşdur.

    • Fars və Azərbaycan dilində divan
    • “Qəsidələr divanı”– Azərbaycan, fars və ərəb dilində yazılmış divan
    • “Mətləül-etiqad”– ərəbcə fəlsəfi traktat

    Farsca əsərləri:

    • “Həft cam” (Yeddi cam) və ya “Saqinamə” — alleqorik poema
    • “Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.
    • “Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.

    Türkcə (azərbaycanca) əsərləri:

    • “Bəngü Badə” (Tiryək və Şərab) — poema
    • “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) — poema
    • “Leyli və Məcnun” — poema (alleqoriya olmayan yeganə poeması)
    • “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
    • “Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” — nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)
    • “Hədisi-Ərbəin”(Qırx hədis) — Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)

    Çap olunan kitabları

    • “Leyli və Məcnun” Bakı, Uşaqgəncnəşr, 1958
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild
    • Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

    Məşhur qəzəlləri

    • “Məni candan usandırdı”
    • “Söz”
    • “Olsaydı məndəki qəm”
    • “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır”
    • “Canı kim cananı üçün sevsə cananın sevər”
    • “Məndə Məcnundan füzun aşiqlik istedadı var”
    • “Yetər ey fələk”
    • “Tutuşdu qəm oduna”
    • “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”
    • “Ey könül, yarı istə, candan keç”
    • “Könül səccadəyə basna ayaq, təsbihə əl urma”
    • “Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru”
    • “Ey bivəfa ki, adət olubdur cəfa sana”
    • “Aşiq oldum yenə bir tazə güli-rənayə”

    Səsləndirilmiş şeirlər

    • “Hədiqətüs Süəda” — səsləndirən: Ənvər Vəliyev
    • “Şəbi hicran yanar canım” — səsləndirən: Elşən Rüstəmov
    • “Ey həkim” — səsləndirən: Şahrux Nəxai
    • “Ey təbib”

    Şeirlərinə yazılmış musiqi əsərləri

    • Leyli və Məcnun — musiqi: Üzeyir Hacıbəyov
    • “Füzuli” vokal-simfonik poema (1993) — musiqi: Ramiz Mustafayev
    • “Füzuli” simfonik poema — musiqi: Arif Məlikov
    • “Şəbi-hicran” lirik poema — xor və böyük simfonik orkestr üçün — musiqi: Məmməd Quliyev
    • Şövkət Ələkbərova — “Füzuli kantatası” (Məni candan usandırdı) — musiqi: Cahangir Cahangirov
    • Gülağa Məmmədov — “Vətənimdir” — musiqi: Süleyman Ələsgərov
    • Ramil Qasımov — “Suların aynası” — musiqi: Rəşid Şəfəq
    • Ramil Qasımov — “Yad eylərəm” (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov
    • Əbülfət Əliyev — Təsnif “Məni candan usandırdı”
    • Əlibaba Məmmədov — Müxalif təsnifi “Şəbi hicran”
    • Gülüstan Əliyeva — Təsnif “Ey kaman-ebru şəhidi naveki müjganunam
    • Heyrət, ey büt
    • Bülbül — Füzuli təsnifləri

    Filmoqrafiya

    1. Məhəmməd Füzuli (film, 1958)
    2. Leyli və Məcnun (film, 1961)
    3. Məhəmməd Füzuli (film, 1989)
    4. Şəbi-hicran (film, 1993)
    5. Söhbətül-əsmar (film, 1994)

    1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır. [4]

    13 sentyabr 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə “Füzuli ensiklopediyası”nın hazırlanması və nəşr edilməsini təmin etmək məqsədi ilə “Füzuli ensiklopediyası redaksiyası” yaradılması haqqında qərar qəbul edilmişdir. [5]

    Azərbaycan Respublikasının Prezidenti 13 sentyabr 1996-cı ildə “Füzuli adına Beynəlxalq Mükafatın təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. [6]

    Məhəmməd Füzuli – 520

    Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilib.

    Məhəmməd Füzuli görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiridir. Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində 1494-cü ildə doğulduğu məlumdur.

    Oxu.Az xəbər verir ki, Füzuli ilk təhsilini Kərbəlada alıb, Bağdadda davam etdirib. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşayıb. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olub, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənib.

    “Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərib.

    Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşüb, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə alıb.

    Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazıb. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salıb, türk, fars və ərəb dillərində divanlar tərtib edib.

    Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

    Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapıb. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənib. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

    Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırıb, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərib, ədəbi məktəb yaradıb. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr etdirilib, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilib.

    Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat edib, orada da dəfn olunub.

    Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilib. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunub.

    Mhmmd füzulinin 520 illiyi il laqdar keçiriln tdbir

    Bu gün, martın 11-də, saat 12.00-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına kütləvi kitabxanada tədbir keçiriləcək.

    Tədbir görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınan Məhəmməd Füzulinin 520 illik yubileyinə həsr olunacaq.

    www.yenicag.az

    • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
    • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
    • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

    Qısa bağlantı
    Xəbərlə bağlı düşüncələriniz?
    Bəyəndim ( 0 )
    Təəcübləndim ( 0 )
    Üzüldüm ( 0 )
    Qəzəbləndim ( 0 )

    ŞƏRH ET

    !Reklam – Single 02
    www.veteninfo.com
    !Reklam – Arxiv

    Ads

    !Reklam – Sidebar 01

    Xəbər lenti

    Tramp bir neçə gündən sonra həbs oluna bilər – FOTO

    18.03.2023 – 21:35

    Həbs edilən gömrük generalları ev dustaqlığına buraxılıb – FOTO

    18.03.2023 – 21:16

    Çanaqqalada ucaldılan abidə Azərbaycan-Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir” – Səfir

    18.03.2023 – 21:11

    Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlandı – SİYAHI

    18.03.2023 – 21:05

    Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 min 500 nəfəri keçib

    18.03.2023 – 20:50

    Dumanlı hava nə vaxta kimi davam edəcək? – Rəsmi açıqlama

    18.03.2023 – 20:35

    İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – FOTOLAR

    18.03.2023 – 20:24

    DYP paytaxtın mərkəzi prospektində təmirlə bağlı sürücülərə müraciət etdi

    18.03.2023 – 20:01

    Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib – YENİLƏNİB

    18.03.2023 – 19:46

    Bakıda velosiped sürən kişi və qızını avtomobil vurdu – ÖLƏN VAR

    18.03.2023 – 19:30

    Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub – FOTO

    18.03.2023 – 19:30

    Qardaş Türkiyədə Çanaqala Zəfərinin 108-ci il dönümü qeyd olunur – FOTO

    18.03.2023 – 19:19

    Qanunsuz balıq ovlayan şəxs saxlanıldı – FOTOLAR

    18.03.2023 – 19:15

    Güləşçimiz ermənini böyük hesabla məğlub etdi

    18.03.2023 – 19:00

    Zelenski Bəşər Əsədə sanksiya tətbiq etdi

    18.03.2023 – 18:50

    Ərdoğan fin jurnalistə bunu hədiyyə etdi

    18.03.2023 – 18:35

    Arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim oldu

    18.03.2023 – 18:25

    “Bayram şənliklərinin təşkil olunduğu yerlərdə polis naryadlarının sayı artırılacaq” – DİN

    18.03.2023 – 18:10

    Bakıda mağazada kütləvi zəhərlənmə

    18.03.2023 – 17:55

    Putin Azərbaycanla bağlı sənədi təsdiqlədi

    18.03.2023 – 17:45

    “Arzu edirəm ki, Prezident təqaüdü alım, toylara getməyim”

    18.03.2023 – 17:40

    Güləşçimiz erməni rəqibinə qalib gəldi

    18.03.2023 – 17:25

    İstehlakçılara nə qədər ƏDV məbləği geri qaytarılıb?

    18.03.2023 – 17:15

    ABŞ aviaşirkətləri Rusiyaya görə Ağ Evə müraciət etdi

    18.03.2023 – 17:00

    120 binanı istiliksiz qoyan problem aradan qaldırıldı

    18.03.2023 – 16:47

    “Freddi” siklonu Afrikada 463 nəfərin ölümünə səbəb oldu

    18.03.2023 – 16:36

    Qəhrəmanmaraşda bir gündə 2-ci zəlzələ oldu

    18.03.2023 – 16:30

    Yardımlıda qohumlardan 21 kq narkotik götürüldü – FOTO

    18.03.2023 – 16:22

    “İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında olmasa, heç bir sülh müqaviləsi olmayacaq”

    18.03.2023 – 16:07

    Bağdadda Türkiyənin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

    18.03.2023 – 16:00

    !Reklam – Sidebar 02

    !Reklam – Smartbee

    Ən Çox Oxunanlar

    Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.

    Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.

    Bu həftə üçün ən çox oxunan məlumat tapılmadı.

    !Reklam – Sidebar 03

    Müsahibələr

    Gənc aktrisa: “Buna görə məni küçədə daş-qalaq edərlər” – VİDEOMÜSAHİBƏ / FOTOLAR

    Nəsib Nəsibli: “Demokratik dəyişikliklər belə son nəticədə İranın dağılmasına gətirib çıxaracaq” – MÜSAHİBƏ

    Rəsm əsərləri ehtiyatda olan zabitin gözü ilə: “Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim” – MÜSAHİBƏ

    Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

    Bununla yanaşı, Yenicag.az Analitik İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır.

    • Haqqında
    • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
    • +99412 432 12 22
    • +99455 681 11 82
    • [email protected]

    © 2007-2023 Bütün hüquqları qorunur.

    Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq kopyalana və başqa yerdə yayımlana bilməz.

Comments are closed, but trackbacks and pingbacks are open.