Press "Enter" to skip to content

Мамедгусейн Тахмасиб

Etnoqrafiya və folklorumuzun dərin bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı bunları deyib:

Məhəmmədhüseyn təhmasib

Bu gün Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır.

Modern.az-ın bu yazısında Od çərşənbəsi haqqında unudulmuş məqamları təqdim edilir:

Əslində, Torpaq çərşənbəsi olmalı imiş

Bu gün Boz ayın ikinci – Od çərşənbəsini qeyd edirik. Qədim türk coğrafiyasında çillələrdən sonra gələn Boz ay bitincə yeni ilin başlanğıcını, təbiətin oyanışını təmin edirmiş. Boz aydan əvvəl isə bir neçə yalançı çərşənbələr də zaman-zaman qeyd olunub. Amma ilk əsas çərşənbə olan Su çərşənbəsindən sonra sovet dövründən etibarən Od çərşənbəsi qeyd olunmağa başladı. Lakin Azərbaycanın, türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçu Mirəli Seyidov, həmçinin, folklor və etnoqrafiyamızı bir çox təhriflərdən xilas edən Məhəmmədhüseyn Təhmasib ikinci çərşənbəni birmənalı şəkildə od deyil, Torpaq çərşənbəsi adlandırıblar. Bu mifoloji ənənəyə uyğun olaraq yaradılışın məzmununu özündə əks etdirir:

Əvvəlcə, hər yer su idi, sonra su üzərində torpaq yarandı, su ilə torpağın qovuşuğu odu meydana gətirdi. Yel isə bu ünsürlərə həyat verdi. Beləcə, 4 müqəddəs ünsürün- su, torpaq, od və havanın qarşılıqlı həyat yaratma mexanizmi Sovet dövrünün təhriflərinə əsasən, pozuldu. Bu isə Novruz bayramının mahiyyətini aşağılamaqdan başqa bir şey deyildi.

Oda və Od çərşənbəsinə inam

Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. M.Təhmasibin qeydlərinə görə, xalq, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.

Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən.

Mifoloji dünyagörüş xalqın şüuraltısında hər zaman yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, onların məhvi baxımından vacib ritual sayılıb: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, deyilir, bu çərşənbədə.

Etnoqrafiya və folklorumuzun dərin bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Od çərşənbəsi ilə bağlı bunları deyib:

“Od çərşənbəsində su ilə yuyulub-yaxalandığımız kimi, odla da yuyunardıq. Odun-ocağın bizdən aşağıda, ayaqlarımızın altında olması lazım gəlir. Üzərindən atlanırıq, üstümüzün ağırlığını oda tökürük. Sonrasa oda arxa çeviririk. Hamısı ona görədir ki, biz həmin anda başlanğıcı, böyük doğuluşu, hər şeyin, əsasən də dörd ünsürün- Suyun, Torpağın, Odun, Havanın yenidən bir-birinə qovuşması, arınması dönəmini yaşayırdıq”.

Qədim zamanlarda Od çərşənbəsi

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

Od çərşənbəsinin unudulmuş adətləri

Ayı oynatma – Burada ayı simvolik anlamdadır, təbii ki, başqa heyvanlar da ola bilər. Bu, həm Od, həm də qarşıdakı digər iki çərşənbədə göstərilən tamaşadır. Bir adama ayı dərisindən kürk geyindirilir. Başqa bir adam onun boynuna zəncir salıb tamaşaçıların toplaşdığı meydana aparır. Burada ayı onların üzərinə atılmaqla guya, adamları qorxutmaq istəyir. Meydanda kimlərisə yamsılayır və insanların alqışını qazanır. Ayının yamsıladığı adamların arasında cütçü mütləq olmalıdır. Bu da ayılan torpağa olan münasibəti əks etdirir. Bu oyuna oxşar dəvəoynatma oyunu da var.

Açar falı: Çərşənbələrdə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

E.Nazimoğlu

Мамедгусейн Тахмасиб

Мамедгусейн Абасгули оглы Тахмасиб (азерб. Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib ) — азербайджанский советский писатель, литературовед-фольклорист, драматург, сценарист, доктор филологических наук (1965), профессор (1970).

Биография

Мамедгусейн Тахмасиб родился в 1907 году в городе Нахичевань. В 1927 году окончил Бакинский педагогический техникум. Затем 3 года проработал учителем в школе в Нахичевани. В 1933 году окончил факультет языка и литературы Азербайджанского педагогического института. С 1933 по 1936 годы работал методистом отделов просвещения в Кюрдамире, Али-Байрамлы, Гойчае. С 1939 года работал в Азербайджанском государственном университете главным преподавателем, доцентом (1951—1959) факультета филологии. С 1944 года был научным сотрудником в отделении народного творчества Института языка и литературы Академии наук Азербайджанской ССР. В 1965 году защитил диссертацию на соискание учёной степени доктора филологических наук по теме «Азербайджанские народные дастаны (средние века)».

Творчество

Литературную деятельность начал в 1934 году. В 1938 году в журнале «Революция и культура» был напечатан сценарий М. Тахмасиба «Гачаг Наби». В 1960 году им написаны сценарии «Можно ли его простить», «Тайна одной крепости», по которым сняты одноименные фильмы. Пьесы-сказки «Весна» (1938), «Логово тигра» (1941), «Цветущие мечты» (1951), «Индийская сказка» (1956), «В мире рубаи» (1968) были с успехом поставлены на сценах республиканских театров. В 1946—1977 годах участвовал в составлении и подготовке к изданию произведений народного творчества «Кёроглу», «Анекдоты Молы Насреддина» [1] , «Ашуг Алескер», «Китаби Деде Коргут», «Азербайджанские дастаны». Автор книги «Китаби Деде Коркут» (1940) (в переводе В. В. Бартольда «Книга моего деда Коркута» [2] , 1950).

Примечания

  1. «Анекдоты Моллы Насреддина»
  2. ЛИТЕРАТУРА О «КНИГЕ МОЕГО ДЕДА КОРКУТА»

Источники

  • Литературная энциклопедия
  • Азербайджанская Советская Энциклопедия. Тахмасиб Мамедгусейн.
  • Персоналии по алфавиту
  • Писатели по алфавиту
  • Родившиеся 12 апреля
  • Родившиеся в 1907 году
  • Родившиеся в Нахичевани
  • Умершие в 1982 году
  • Умершие в Баку
  • Сценаристы Азербайджана
  • Писатели Азербайджана

Wikimedia Foundation . 2010 .

Məhəmmədhüseyn təhmasib

Oktyabrın 5-də AMEA-nın Əsas binasında AMEA Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə folklorşünas-alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyinə həsr olunan “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı elmi konfrans keçirilib.

Konfransı giriş sözüylə Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanov açaraq Məmmədhüseyn Təhmasibin 1982-ci iin bu günündə həyatdan getdiyini bildirib: “Məqsəd onun yaradıcılığına yenidən qayıtmaq, elmi və bədii əsərlərini yenidən xatırlamaq, bizimlə bir yerdə olduğuna bir daha inanmaqdır”. O, qeyd edib ki, mərhum alimin Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və araşdırılması istiqamətində mühüm xidmətləri olub. Alimin “Azərbaycan xalq dastanları (orta əsrlər)” əsəri haqda danışan M.Kazımoğlu-İmanov bildirib ki, M.Təhmasib burada dastanların ilk dəfə elmi-nəzəri təsnifatını verib. Habelə M.Təhmasibin ədəbi-bədii yaradıcılıqla da məşğul olduğunu, “Sehrli xalat”, “Qaçaq Nəbi”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” kimi populyar filmlərə ssenarilər yazdığını söyləyən akademik onun “Bahar”, “Aslan yatağı” və digər pyeslərinin teatrlarda tamaşaya qoyulduğunu diqqətə çatdırıb: “Ötən yüzilin 40-cı illərində “Koroğlu” kimi eposumuzun yenidən tərtib olunması, nəşrə hazırlanması kimi mürəkkəb iş elə bir təhlükəli dövrdə M.Təhmasibin öhdəsinə düşdü. O, çoxlu variantlar içindən “Koroğlu” qollarını ərsəyə gətirib, söz sərrafı kimi dastanı xalqın ruhuna uyğun tərtib edib. Əgər belə olmasaydı, təkcə geniş xalq kütləsinin, geniş aşıq auditoriyasının yox, həm də folklorşünasların stolüstü kitabına çevrilməzdi.O, dəst-xətti, üslubu olan folklorşünas-alimdir”.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, M.Təhmasib ilk növbədə folklor nəzəriyyəçisidir. O, dastanşünaslığın nəzəriyyəsini yaratmaqla kifayətlənməyib, eyni zamanda mövsüm və mərasim nəğmələrini ilk dəfə nəzəri cəhətdən tədqiq edib. Bu mövzudan bəhs edənlər üçün onun yazdıqları əsas mötəbər mənbədir. Bu, o deməkdir ki, M.Təhmasibin irsi müasirliyini, aktuallığını qoruyub saxlayır. M.Təhmasibin nəzəriyyəçiliyi Jirmunski ilə müqayisə oluna bilər.
Akademik İ.Həbibbəyli folklorşünaslar nəslinin yetişməsində də M.Təhmasibin çox böyük xidmətləri olduğunu bildirib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev M.Təhmasibi uşaq yaşlarından tanıdığını bildirib. Mərhum alimin elmi əsərlərilə folklorumuzu zənginləşdirdiyini deyən K.Abdullayev qeyd edib ki, M.Təhmasibin ssenari müəllifi olduğu “Onu bağışlamaq olarmı?” filmi ilə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə “günah hissi ilə yaşamaq” prinsipi gətirilib.

AMEA-nın müxbir üzvü Kamran Əliyev “Məhəmmədhüseyn Təhmasib məktəbi” adlı məruzəsində bildirib ki, görkəmli alim nədən və necə yazmağı bilirdi. O, hər bir yazısı, kitabıyla gələcəkdə də yaşayacaq.
Fil.ü.e.d., professor Məhərrəm Qasımlı “Folklor karvanımı¬zın ulu sarvanı” adlı məruzəsində alimin qarşılaşdığı çətinliklərdən, özünəməxsus yaradıcılıq prinsiplərindən danışıb.
Fil.ü.e.d., professor Tahirə Məmməd “M.Təhmasib tədqiqatlarında adət, ənənə və mərasim probleminə konseptual baxış” adlı məruzəsində bildirib ki, alimin bu yöndə araşdırmasında ilk dəfə olaraq Azərbaycanda folklorun genezisi etnogenezislə əlaqələndirilib.

Fil.ü.e.d. Seyfəddin Rzasoy “Azərbaycan folklorşünaslıq tarixində M.Təhmasibin yeri” mövzusunda məruzəsində alimin yetişdiyi çətin dövrü, Azərbaycan folklorşünaslığına ciddi təsiri haqqında danışıb. Məruzələrdə M.Təhmasibin elmi fəaliyyətindən ətraflı bəhs edilib, ustad folklorşünasın elmi əsərlərinin bu gün də aktuallığını itirmədiyi vurğulanıb.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Sonda iştirakçılara qatılım bəlgələri təqdim olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.