Press "Enter" to skip to content

Ahin Fazil səfərnamələrinin ədəbi-tarixi əhəmiyyəti – İmamverdi HƏMİDOV

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.

Məhəmməd Füzuli

Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa, Azərbaycanın Ərəş mahalındanköçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Dahi Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də məhz Kərbəladadır.

Yaradıcılığı

Məhəmməd Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır.Onun müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyaziyyat və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir.

“Bəngü Badə” (“Tiryək və Şərab”) əsərini Şah İsmayıl Xətaiə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.

Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, “Leyli və Məcnun” (1537) əsərini də “Rum zərifləri” adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, “Yeddi cam”, “Ənisül-qəlb”, “Səhhət və Mərəz” əsərləri qocalıq dövrünün məhzullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.

Yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.

Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir.

“Məni candan usandırdı”

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Neçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Qəzəl məcnuni-dilpəzirindir

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim, Mən istərəm bəlanı, çün istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, Ta dust tən edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın, Gəldikcə dərdinə bətər et mübtəla məni!
Mən qandanü mülaziməti-etibarü cah, Qıl qalibi-səadəti-fəqrü fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim, Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə, Ya rəb, müqəyyəd eyləmə mütləq mana məni!

“Leyli və Məcnun”, Fizuli

Füzuli öz seirlərində, XVI əsrə qədər azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba almış, onu böyük cürət və məharətlə inkişaf etdirmişdir. Lirikanın ən qiymətli nümunələrini verməklə Azərbaycan və eləcə də türk ədəbiyyat tarixində yeni, çox böyük və gözəl bir məktəb açmışdır. Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir. Bu məktəb şeirimizin bədii

keyfiyyətini son dərəcə yüksək bir pilləyə qaldırmaqla qalmamışdır. O, azərbaycan türkcəsinin bütün gözəlliklərini, imkan və qüdrətini parlaq surətdə nümayiş etdirmişdir. Bu məktəb klassik ədəbiyyatdakı köhnəlmiş qayda və normaları qırmaqda, inkişafa mane olan klassisizm ənənələrinə cəsur, azad və hünərli yanaşmaqda böyük tarixi xidmət göstərmişdir.

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda, İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.

Leyli və Məcnun

Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır. Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın şəkildə izahını vermişdir.

Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rəğbət göstərməsi hələ də ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.

Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir. Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

Мən gövhərəm, özgələr xiridar,
Məndə degil ixtiyari-bazar,
Dövran ki, məni məzada saldı,
Bilməm Kim idi satan Kim aldı,
Olsaydı mənim öz ixtiyarım,
Olmaz idi səndən özgə yarım.

“Leyli və Məcnun”, Fizuli

Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.

Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:

Məzmundan qadının hüquqsuzluğu, öz taleyinin sahibi olmadığı görünür. Fizuli əsərdə qadına seçim hüququnun tanınmasına çağırır. Bu baxımdan əsər patrarxal mədəniyyətin bariz nümunəsi kimi qiymətlidir. Bu dövrdə qadınlar hər bir hərəkətlərində ehtiyatlı davranmağa məcburdurlar. Bütün bunlar Leylinin anasının onun Məcnuna olan sevdasından xəbər tutduqdan sonra verdiyi nəsihətlərdən də görünməkdədir:

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

“Leyli və Məcnun”, Fizuli

Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istədiyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

Mən kimi yox əldə İxtiyarin,
Bir özgə əlindədir Məharin

“Leyli və Məcnun”, Fizuli

Füzulinin qələmə aldığı sevgi dastanında baş qəhrəmanların – Leyli ilə Məcnunun kamil surəti ilə yanaşı epizodik surətlər də verilmişdir. Gənclərin valideynindən başqa Nofəl, İbn Səlam, Zeyd kimi bitkin surətlər, bu və ya başqa dərəcədə hadisəyə qarışan Saqi, Gərdun, Ahu, Kəbutər, Şərn, Ay və sair alleqorik surətlər verilmişdir. Bütün bu surətlərin xarakterində başlıca cəhət, əsas keyfiyyət saf məhəbbət, sevgiyə sədaqət məsələsidir. Bütün başqa məsələlər ikinci, üçüncü dərəcədə qalır.

Şair epizodik surətlərdən də sevginin ecazkar qüdrətini, hər şeydən üstün olduğunu, ən yüksək məna kəsb etdiyini göstərir. Hətta Məcnuna rəqib olan İbn Səlam surətini işlərkən şair onun mənliyindəki müsbət keyfiyyətləri, onun ali idrakını, xoş xasiyyətini, cazibəli hüsnünü qeyd edir. O, mötəbər adamdır, kübar içində məşhurdur, bəxtiyardır, zəngindir, mərifət əhlidir. Şair onu baş qəhrəmanı Məcnun ilə müqayisə edir. İbn Səlam Leylini ova gedəndə görür, məftun olur və dərhal evinə qayıdır. Leyli üçün elçi getməyə ən ağıllı, münasib bir adam tapır.

Təsvirdə, baş qəhrəmana-Məcnuna rəqib çıxan bir adamın təsvirində gözləmək olardı ki, şair rəqibin mənfi cəhətlərini qabardıb göstərsin. Lakin elə olmur, şair hətta Məcnunun rəqibində də çirkin xüsusiyyətlər görmür. Daha doğrusu, belə bir adam ilə “ən yüksək xilqət” olan Leylini üz-üzə gətirmək istəyir. Leyli İbn Səlamı sevməsə də, ondan kənar olmaq istəsə də, İbn Səlam nəcibliyində qalır. Leyli toy gecəsində öz dərdini ona danışandan sonra qızın bütün iztirablarına inanır, alicənablıq edir, fıkrini tamam dəyisir, ona yaxınlıq etmir, “vəsldən” əl çəkib hicranı özünə ruzi edir.

Keyşux, nədir bu göftugulər?
Qılmaq sənə tənə eybculər?
Nəycün özünə ziyan edirsən?
Yaxşı adını yama edirsən?
Nəyçün sənə tənə edə bədyu?
Namusuna laiq işmidir bu?

“Leyli və Məcnun”, Fizuli

Qadın azadlığı həya, abır, namus, ismət cilovları ilə buxovlanmış olur. Əsərdə qadının öz istəyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması belə ədəb-ərkandan kənar sayılır. Əsas faciə ondadır ki, Leyli öz hüququ uğrunda qismən də olsa mübarizə aparsa da, ətrafında özünə həmdəm tapılmaması üzündən nəticə əldə olunmur. O, ətrafdakılar tərəfindən anlanılmadığına görə dərdini şamla, pərvanə ilə, ayla, buludla, dəvə ilə bölüşməli olur. Leyli özünü cilovu başqasının əlində olan dəvəyə oxşadır:

Meyl etmədi mütləq ol nigarə,

Hərgiz ona qılmadı nəzarə!

“Leyli və Məcnun”, Fizuli

Poemanın axırlarına yaxın Leyli və Məcnunun üz-üzə gəldiyi yerdə gözlənilməyən bir hadisə baş verir, Bir az əvvəl səhrada karvanı itirən, azıb sərgərdan gəzən Leyli, Məcnuna rast gələndə onu tanımamışdı. İndi İsə Məcnun Leylini tanımır və ya tanımaq istəmir. Leyli özünün hər bir qeyd və şərtdən uzaq olduğunu, Məcnunun ağuşuna girməyə hazır olduğunu deyəndə Məcnun kənara çəkilir, belə bir vüsala taqətsiz olduğunu iddia edir:

Yaqmağa1 məni yetər xəyalın,
Yoxdur mənə taqəti-visalın!
Ol gün ki, gözümdə var idi nur,
Gözdən üzünü qaçırdın, ey hur.
Eşq etdi binayi-vəsli mohkəm,
Mənidə məni sənınlə həmdəm.
Məndə olan aşikar sənsən,
Mən xud yoxam, olki, var sənsən.

“Leyli və Məcnun”, Fizuli

Ömrünü məşuqəsinin yolunda qoyan, fani gün üçün də “rüsvayi-xəlayiq” olan bir adamın öz arzusuna çatdığı yerdə birdən-birə üz döndərməsi təbii, şüurlu hərəkət sayılmaz. Bu, doğrudan da “cünunçuluq” əlamətidir. Ancaq böyük şair bunu da səthi, adi bir hərəkət saymır, aşiqin iztirablarla dolu, yaralı qəlbi ilə və qəlbin mürəkkəb həyatı ilə izah edir. Məcnun indi uğursuz bir eşqin mücəssəməsi olaraq qalmaq, Leylinin bakir xəyalı ilə yaşamaq və ölmək istəyir:

Mən eşq gazərgəhində xakəm,
Elcümlə bilirməniki, pakəm.

“Leyli və Məcnun”, Fizuli

Əsərləri

  • Fars və Azərbaycan dilində divan
  • “Qəsidələr divanı”– Azərbaycan, fars və ərəb dilində yazılmış divan
  • “Mətləül-etiqad”– ərəbcə fəlsəfi traktat

Farsca əsərləri:

  • “Həft cam” (Yeddi cam) və ya “Saqinamə” – alleqorik poema
  • “Səhhət və Mərəz” – farsca və nəsrlə yazılmış alleqorik əsər.
  • “Rindü Zahid” – nəsrlə yazılmış iki baxışın dialoqu.

Türkcə (azərbaycanca) əsərləri:

  • “Bəngü Badə” (Tiryək və Şərab) – poema
  • “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) – poema
  • “Leyli və Məcnun” – poema (alleqoriya olmayan yeganə poeması)
  • “Hədiqətüs-Süəda” (Xoşbəxtlik bağçası) – şairin həcmcə ən böyük əsəri, ənənəvi-müştərək mövzuda yazılıb.
  • “Şikayətnamə” və ya “Nişançı Paşaya məktub” – nəsr əsəri(Azərbaycan dilində ilk nəsr)
  • “Hədisi-Ərbəin”(Qırx hədis) – Əbdürrrəhman Caminin eyniadlı əsərindən tərcümə(fars dilindən)

Çap olunan kitabları

“Leyli və Məcnun” Bakı, Uşaqgəncnəşr, 1958

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996.

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh. Mətn

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. II cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. III cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. IV cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild

Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild

Poemaları

  • Leyli və Məcnun
  • Bəngü-Badə
  • Yeddi cam
  • Meyvələrin söhbəti

Azərbaycan dilində

Qəzəlləri

    • Aftabi-tələtin tutduqca övci-irtifa
    • Ah eylədiyim sərvi-xuramanın üçündür
    • Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz
    • Arizin görsə fələk, mehr buraxmaz ayə
    • Aşiq oldum yenə bir tazə güli-rənayə
    • Aşiyani-mürği-dil zülfi-pərişanındadır
    • Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə
    • Bağə girdim, səri-kuyin anıb əfğan etdim
    • Bari-möhnətdən nihali-qamətin xəm olmasın
    • Batalı qanə oxun dideyi-giryan içrə
    • Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal
    • Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut
    • Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun
    • Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş
    • Bir qul oğılani könül mülkünə sultan etdim
    • Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş
    • Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan‎
    • Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu‎
    • Buraxdı xakə hüsnün afitabi-aləmarayi‎
    • Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş‎
    • Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
    • Canə basdım qönçəvəş peykanını, ey tazə gül
    • Canlar verib, sənin kimi cananə yetmişəm
    • Can verir rayiheyi-türbəti-pakin, ey tak
    • Can vermə qəmi-eşqə ki, eşq afəti-candır
    • Canı kim cananı üçün sevsə cananın sevər
    • Canımın cövhəri ol ləli-gühərbarə fəda
    • Cəhan içrə hər fitnə kim, olsa hadis
    • Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur
    • Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş
    • Çeşmi-surətbazimə müjgan səfi həngamədir
    • Çərx hər ay başına salmış qaşından bir xəyal
    • Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım
    • Demiş hər qönçəyə aşiqligim razın səba derlər
    • Dəhənin dərdimə dərman dedilər cananın
    • Dəhənin şövqünü cansuz güman etməz idim
    • Demiş hər qönçəyə aşiqliyim razın səba derlər
    • Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib
    • Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş
    • Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm
    • Dostum, aləm səninçin gər olur düşmən mana
    • Dün könül dildarə şərhi-qəmi-pünhan etdi
    • Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz
    • Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm
    • Dust bipərva, fələk birəhm, dövran bisükun
    • Eşigin daşini qan ilə yudu çeşmi-tərim
    • Eşq ətvarın müsəlləm eylədi gərdun mana
    • Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
    • Ey bivəfa ki, adət olubdur cəfa sana
    • Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!
    • Ey fəraqi-ləbi-canan, ciyərim xun etdin
    • Ey geyib gülgün, dəmadəm əzmi-cövlan eyləyən
    • Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi
    • Ey gül, nə əcəb silsileyi-mişki-tərin var‎
    • Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm
    • Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək
    • Ey könül, yarı istə, candan keç
    • Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs
    • Ey qübari-qədəmin ərşi-bərin başinə tac
    • Ey məh, mənimlə dustlərim düşmən eylədin
    • Ey mələksima ki, səndən özgə heyrandır sana
    • Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz
    • Ey müsəvvir, yar timsalinə surət vermədin
    • Ey navəki-şövqin sipəri-sineyi-əhbab
    • Ey olub merac bürhani-ülüvvi-şan sana
    • Ey saçın fikri qamu sevdalərin sərmayəsi
    • Ey təğafül birlə hər saət qılan şeyda məni
    • Ey xədəngi-qəminə sineyi-əhbab hədəf
    • Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi
    • Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş
    • Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!
    • Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl
    • Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ
    • Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu
    • Əgərçi iynə tək keçdim cahanın cümlə varından
    • Əgər murad isə vermək səfayi-cövhəri-ruh
    • Əşrəqət min fələkil-behcəti şəmsün və biha
    • Əksi-rüxsarın ilə oldu müzəyyin mirat
    • Ələ alır gəzicək ol güli-rəna ətəgin
    • Əql yar olsaydı,tərki-eşqi-yar etməzmidim?
    • Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!
    • Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar
    • Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim
    • Fəğan kim, bağrımın ol lalərüx qan olduğun bilməz
    • Gah gözdə, gəh könüldə xədəngin məkan tutar
    • Gecələr ta halimə gərdun təmaşa etmədi
    • Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq
    • Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın
    • Gər deyil bir mah mehrilən mənim tək zar sübh
    • Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
    • Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən
    • Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd
    • Getdi əldən sənəmin sünbüli-mişkəfşani
    • Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər
    • Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü
    • Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu
    • Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı
    • Görməsəm hər göz açanda ol güli-rəna üzün‎
    • Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın
    • Göz xətindən mərdümin məhv etmədən bulmaz murad
    • Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil
    • Heyrət ey büt
    • Hər hübabi-əşkimə bir əks salmış peykərim
    • Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə
    • Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş
    • Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur
    • Xaki-rəh etdi aşiqi-miskini ol həvəs
    • Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz
    • Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz
    • Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar
    • Xəm qədilə ağılaram ol türreyi-tərrarsız
    • Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs
    • Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim
    • Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir
    • Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana
    • Kəmali-hüsn veribdir şərabi-nab sana
    • Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən
    • Kimsədə rüxsarına taqəti-nəzzarə yox
    • Könlüm açılır zülfi-pərişanını görgəc
    • Könül, səccadəyə basma ayaq, təsbihə əl urma
    • Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi
    • Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz
    • Kuhikən künd eyləmiş min tişəni bir dağilən
    • Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib
    • Kuhkəndən gözükür kuhdə asar hənuz
    • Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın
    • Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi
    • Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox
    • Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar
    • Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi
    • Mehri könlümdə nihan olduğun ol mah bilir
    • Məhşər günü görüm derəm, ol sərvqaməti
    • Məndə Məcnundan füzun aşiqlik istedadı var
    • Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz
    • Məni candan usandırdı, cəfadan yar usanmazmı?
    • Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
    • Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır
    • Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!
    • Mərhəm qoyub önərmə sinəmdə qanlı dağı
    • Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs
    • Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma laf
    • Müjəm sərçeşmələr mənzil qılan aşüftə məcnundur
    • Mülki-hüsnün böylə zalim padişahi olmağıl
    • Mürdə cismim iltifatından bulur hər dəm həyat
    • Müshəf demək xətadır od səfheyi-cəmalə
    • Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac
    • Müxalif dövrdən, gülgyn şərabı qanə dəgşirdim
    • Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar
    • Nalədəndir ney kimi avazeyi-eşqim bülənd
    • Nə görər əhli-cəfa məndə vəfadən qeyri
    • Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın
    • Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz
    • Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm
    • Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə
    • Nola gər qucsa miyanın kəməri-zər küstax
    • Nola gər rəşki-rüxsarinlə bağrı xubların qandır
    • Nola zahid bilsə küfri-zülfün iman olduğun
    • Nurini mah mehri-rüxündən alır müdam
    • Ol mah vüsalilə xoş et bir gecə halim
    • Ol mişkbu qəzalə ixlasım eylə vazeh
    • Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb
    • Ol pərivəş kim, məlahət mülkünün sultanıdır
    • Olsaydı məndəki ğəm Fərhadi-mübtəladə
    • Olmaz oldu görüb əhvalımı el xublara aşiq
    • Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc
    • Olur rüxsarına gün, ləlinə gülbərgi-tər aşiq
    • Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin
    • Payibənd oldum səri-zülfi-pərişanın görüb
    • Pənbeyi-daği-cünun içrə nihandır bədənim
    • Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir‎
    • Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim‎
    • Qamətin xidmətinə sərvin əyilməz başı‎
    • Qaliba bir əhli-dil toprağidir dürdi-şərab
    • Qansı gülşən gülbüni sərvi-xuramanınca var
    • Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh‎
    • Qəbrim daşına kim, qəm odundan zəbanədir
    • Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda
    • Qəmdən öldüm, demədim hali-dili-zar sana
    • Qəmindən başə dün həsrət əlilə ol qədər vurdum‎
    • Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz
    • Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb
    • Qıl, səba, könlüm pərişan olduğun cananə ərz‎
    • Qıldı ol sərv səhər, nazilə həmmamə xüram‎
    • Qıldı zülfün tək pərişan halimi xalin sənin‎
    • Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb‎
    • Qıymadın sakini-kuyin olana peykanın‎
    • Qübari-səcdeyi-rahin xəti-lövhi-cəbinimdir‎
    • Qurutmuş qaliba şövq odu Fərhadın közü yaşın
    • Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz
    • Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
    • Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil
    • Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!
    • Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazarı
    • Riştədir cismim ki, dövri-çərx vermiş tab ona
    • Ruzigarım buldu dövrani-fələkdən inqilab
    • Saçın əndişəsi təhriki-zənciri-cünunumdur
    • Saqiya, cam tut ol aşiqə kim, qayğuludur
    • Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq
    • Səba, əğyardan pünhan, qəmim dildarə izhar et
    • Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin
    • Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar
    • Səbuh üçün mənə dürdi-meyi-şəbanə yetər
    • Səbrim alıb fələk, mənə yüz min bəla verər
    • Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim
    • Səgridir cilvəyə ol sərv səməndin yenəməz
    • Sən üzündən aləmi rövşən qılıb saldın niqab
    • Sərvi-azad qədinilə mana yeksan görünür
    • Sevmişəm
    • Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var
    • Söz
    • Sübh salıb mah rüxündən niqab
    • Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab
    • Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır
    • Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor
    • Şəmi-ruyin afitabi-aləmaradır sənin
    • Üzünü güzgüyə qeybətdə oxşadan qafil
    • Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
    • Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim
    • Təriqi-fəqr tutsam təb tabe, nəfs ram olmaz
    • Təşneyi-cami-vüsalın abi-heyvan istəməz
    • Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi
    • Tökdükcə qanımı oxun, ol asitan içər
    • Tutuşdu qəm oduna şad gördüyün könlüm
    • Var ümidim ki, görüb cövlanını olsam həlak
    • Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir‎
    • Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir
    • Yürü, yetir mənə, ey simi-əşk, bidad et
    • Zəhi, cəvahiri-ehsani-amə mədəni-xas
    • Zəhi, zatın nihanü ol nihandan masiva peyda

    Qəsidələri

    • Bir gün ki, dey əlamətin etmişdi aşikar
    • Mən kiməm ? – bir fəqiri-bisərü pa
    • Saçma, ey göz, əşkdən könlümdəki odlarə su
    • Səvadi-büqeyi Bağdad çeşmi-həft kişvərdir
    • Vəh nədir ol tairi-fərxəndəbalü tiz pər
    • Çəkər birəhmlər yanında hər saət zəban xəncər
    • Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül

    Qitələri

    Mürəbbeləri

    Əsərləri

    Səsləndirilmiş şeirlər

    • “Hədiqətüs Süəda” – səsləndirən: Ənvər Vəliyev
    • “Şəbi hicran yanar canım” – səsləndirən: Elşən Rüstəmov
    • “Ey həkim” – səsləndirən: Şahrux Nəxai
    • “Ey təbib”

    Şeirlərinə yazılmış musiqi əsərləri

    • Leyli və Məcnun – musiqi: Üzeyir Hacıbəyov
    • “Füzuli” vokal-simfonik poema (1993) – musiqi: Ramiz Mustafayev
    • “Füzuli” simfonik poema – musiqi: Arif Məlikov
    • «Şəbi-hicran» lirik poema – xor və böyük simfonik orkestr üçün – musiqi: Məmməd Quliyev
    • Şövkət Ələkbərova – “Füzuli kantatası” (Məni candan usandırdı) – musiqi: Cahangir Cahangirov
    • Gülağa Məmmədov – “Vətənimdir” – musiqi: Süleyman Ələsgərov
    • Ramil Qasımov – “Suların aynası” – musiqi: Rəşid Şəfəq
    • Ramil Qasımov – “Yad eylərəm” (fortepiano ilə oxumaq üçün)- musiqi: Oqtay Zülfüqarov
    • Əbülfət Əliyev – Təsnif “Məni candan usandırdı”
    • Əlibaba Məmmədov – Müxalif təsnifi “Şəbi hicran”
    • Gülüstan Əliyeva – Təsnif “Ey kaman-ebru şəhidi naveki müjganunam
    • Heyrət, ey büt
    • Bülbül – Füzuli təsnifləri

    Filmoqrafiya

    1. Məhəmməd Füzuli (film, 1958)
    2. Leyli və Məcnun (film, 1961)
    3. Məhəmməd Füzuli (film, 1989)
    4. Şəbi-hicran (film, 1993)
    5. Söhbətül-əsmar (film, 1994)

    Xatirəsi

    1994-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan оlmasının 500 illik yubileyi münasibətilə dövlət komissiyası yaradılmışdır.

    13 sentyabr 1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 300 illik yubileyi münasibətilə «Füzuli ensiklopediyası»nın hazırlanması və nəşr edilməsini təmin etmək məqsədi ilə «Füzuli ensiklopediyası redaksiyası» yaradılması haqqında qərar qəbul edilmişdir.

    Şahin Fazil səfərnamələrinin ədəbi-tarixi əhəmiyyəti – İmamverdi HƏMİDOV

    Azərbaycanın da daxil olduğu klassik Şərq ədəbi-mədəni irsi bəşər sivilizasiyasında böyük hadisə kimi dəyərləndirilir. Bu irsin əhəmiyyətli bir hissəsini istedadın bəhrəsi kimi təqdim edilən poetik yaradıcılıq və onunla bağlı olan digər sənət növlərinin məhsulu təşkil edir. Dini etiqad olaraq islam bir çox Şərq xalqlarını birləşdirməklə onların yaradıcılıq məhsullarında müştərək cəhətlər, ortaq başlanğıclar yaratdı. Ədəbi yaradıcılığın forma və məzmununda, söz və məna gözəlliklərinin ifadəsində əldə edilmiş uğurlar elə bir səviyyəyə çatmışdır ki, onların təqlidi həm Şərq, həm Qərb mütəfəkkirləri üçün bir peşəyə çevrildi. Mən burada divan ədəbiyyatını həmin yaradıcılıqda bariz bir nümunə hesab edirəm. Axı divan bağlamaq, divan yaratmaq yalnız müqtədir şairə layiq bir iş hesab edilmiş, onun müəllifi sənətinin nüfuzu ilə bu addımı atmağa özünü haqlı bilmişdir. Divan adlanan məcmuədə orta əsr şairləri ən çox yayılmış poetik janrlarda və qafiyələri əlifbanın bütün hərfləri üzərində qurmaqda məharət nümayiş etdirməli idilər. Şairlər öz divanları ilə tanınır, qiymətləndirilir və şeir sənətini zənginləşdirirdilər. Şərq şairlərinin poetik qüdrəti Qərbin söz xiridarları tərəfindən zaman-zaman nümunəyə çevrilmiş, onların sənəti müqabilində bacarıqlarını göstərməyə çalışmışlar. “İlahi “komediya” müəllifi Dante Əbuləla Məərrinin mövzu və motivlərində sınaqdan çıxdığı kimi, alman Höte Sədi, Nizami, Hafiz və başqa dahiləri təqlid etməklə Qərb divanını bağlamağa qarışmışdır. Bəşərin yaradıcılıq yolu belədir.

    Mən yalnız divanla bağlı fikirlərini məhdudlaşdırmaq istəmirəm. Orta əsrlər mədəniyyətində təzkirə, səfərnamə yazmağı da hünər sayıram. Axı o divanlar, təzkirələr, səfərnamələr olmasaydı, neçə-neçə qüdrətli söz sənətkarının, mütəfəkkirin, şəhid alimin həyatı və əsərləri haqqında məlumatları almaqda çarəsiz qalardıq, bir çox həqiqətlərdən xəbərsiz olardıq.

    Bu baxımdan səfərnamə yazmaq, özü də dəyərli məlumat verən maraqlı səfərnamə yazmaq həmişə aktual olmuşdur. Əlaqələrin çox intensiv olduğu, turizmin inkişafı üçün hər cür şəraitin yaradıldığı müasir dünyada bu janrda yazıların meydana gəlməsi bütün yönlərdən arzuolunandır. Əgər XI əsrdə Nasir Xosrov səfərnaməsini yazmasaydı, Azərbaycan şairi Qətran Təbrizinin canlı danışıq dilinin fars dili olmadığı faktını haradan bilərdik? Yaxud Səmaninin “Kitab əl-ənsab” (“Nisbələr kitabı”) və Yaqut əl-Həməvinin “Mucəm əl-udəba” (“Ədiblər ensiklopediyası”) təzkirələri olmasaydı, tanınmış Azərbaycan şərhçisi və filoloqu Xətib Təbrizinin doğma Azərbaycan dili haqqında mötəbər məlumatı haradan alardıq. Yaxud XIV əsr ərəb səyyahı İbn Bətutənin səfərnaməsi olmasaydı, Kiçik Asiyada və Azərbaycan şəhərlərində əxilər birliklərinin fəaliyyətlərinin yayılmasını ortalığa necə çıxarardıq? Və sairə, və sair.

    Tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəliyev bu janrları XX əsrin sonunda Azərbaycanın ədəbi-tarixi həyatında ehya etmişdir. 5 divan, “Təzkireyi-Şahin”, 23 səfərnamə müəllifi olan Şahin Fazilin əsərləri ədəbi-tarixi baxımdan əhəmiyyətlidir. Düzdür, müasir dövrümüzdə Şahin kimi divan ədəbiyyatında iştirak etmək istəyən şairlərimiz var. Lakin Şahinin divan ədəbiyyatındakı hünəri – müasir Azərbaycan dilində klassik qəzəlin şirinliyini saxlamaq təcrübəsi və bu təcrübəyə çağırışı, məncə, onun adı ilə bağlıdır. Səfərnamə yaradıcılığına gəldikdə isə bu janrın dirçəldilməsi sahəsində Şahinin xidmətləri şəksizdir. Əlbəttə, müxtəlif beynəlxalq konfranslarda və elmi tədbirlərdə iştirak etmiş alimlərin arabir mətbuat səhifələrində bu yönlü yazıları maraq doğursa da, həmin müəlliflər bu işi davamlı şəkildə aparmamışlar. Hələ keçən əsrin 60-cı illərində dünyanın bir sıra ölkələrində müxtəlif elmi tədbirlərə dəvət olunmuş tanınmış şərqşünas professor Rüstəm Əliyevin “Kommunist” qəzetindəki xatirələri o vaxtkı Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla izlənilirdi. İki il öncə BDU-nun professoru Vaqif Sultanovun “Ədəbiyyat qəzeti”ndə yazdığı məqalələrdə Monqolustan səfəri zamanı qədim türk abidələrinin izi ilə gedərək təsvir etdiyi obyektlər elmi-kulturoloji baxımdan çox dəyərli və maraqlıdır.

    Mən hesab edirəm ki, Şahin Fazilin səfərnamə janrına müraciəti iki səbəbdən irəli gəlmişdir. Birincisi, o, bir şair kimi nizama düzdüyü sətirlərin mövzularının və motivlərinin çox hissəsini səfərlərdə aşkar etmiş, yaxud orada onu narahat etmişdir. İkincisi, Şahin Fərzəliyev tarixçi alim, tarix elmləri doktoru və professor olaraq olduğu ölkə və məkanların tarixi ilə istər-istəməz maraqlanır, tarixi bilikləri yada salır və elmi nəticələrini kütləvi oxucularına da çatdırmaq istəyir. Heç şübhəsiz, onun aşağıdakı beyti eynilə səfərnamələrinin yazılması və yayılmasına da aiddir:

    Şahinin “Divan”ı, Rəbbim, kömək ol, nəşr olsun,

    İstəməz qəbr evinə sinədə “Divan” apara.

    Fikrimi təsdiqləyən daha bir faktı göstərmək istəyirəm: Şahinin elmi fəaliyyətində bir məqam yada düşür. O, XVIII əsr polyak şərqşünası Yan Tadenş Kruşinsinin “Xristian səyyahının tarixi” kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Səfərnamədə bu məlumat onda verilmişdir ki, o, Azərbaycan alimləri və jurnalistləri ilə birlikdə Tehrandakı “Şərqşünasların mədəniyyət sarayı”nda qolları kəsilmiş məşhur şəhidin dişində tutduğu qabda böyük yoldaşlarına su aparmasını əks etdirən tablonu müşahidə edir. Yaradıcı insan Şahin Fazilin assosiasiyasında bu anda buna bənzər hadisədən nəql edən polyak müəllifi, məqtəl janrının qəhrəmanı Hüseyni ibn Əli, əfqan döyüşçüləri, nəşəqçilər, Qarabağ uğrunda fədakar mübarizə və bu mövzuda yazdığı şeirin misraları yada salınır:

    Bu qoca canımda cövr edir yaram

    Düşməni salmağa bəndə hazıram.

    Nəşəqçi olmağa mən də hazıram,

    Nəşəqçi gərəkdir bizə, nəşəqçi.

    Şahin Fazil səfərnamələri onun müxtəlif tədbirlərlə bağlı olduğu ölkələrin tarixi və ədəbi həyatına aid məlumatlarla zəngindir. Sayca 30-dan artıq olan bu səyahətnamələr. Coğrafi baxımdan Yaponiya, Əfqanıstan, İran, Türkiyə, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Rusiyanı əhatə edir. Onlar ədəbi baxımdan poetik sənətin incəliklərini göstərməklə yanaşı, müəyyən tarixi-elmi nəticələrin təqdim edilməsinə əsas verir.

    – Şair düşüncəsinin məhsulu kimi səfərnamələrdə müxtəlif lirik janrlarda yazılmış şeirlərdə Şahin həssas qəlbə malik şair kimi canlanır, şikayətini özünə yönəldir, fəxriyə deməyi də lazım bilir. Belə məqamlarda onun fərdi duyğuları ictimai məna alır:

    Məndən də bu dünyada zəngin bir adam varmı?

    Qiymətli durum yoxdur, qiymətli kəlamım var.

    Səyimlə, iradəmlə minlərlə şeir yazdım.

    Vallah elə şahəm ki, minlərlə qulamim var.

    Bir ölkəni, min əfsus, bir çay ikipay etdi,

    Şirvanda Seyid varsa, Təbrizdə Hümamim var.

    İrandə şahin quşunu görmədi Şahin,

    Şahinlik edən indisə İranə mənəm, mən.

    Ədəbi baxımdan bu səfərnamələrin əhəmiyyəti ondadır ki, müəllifin iştirakçısı olduğu elmi-ədəbi tədbirlərdə Xaqani, Nizami, Füzuli, Şəhriyar kimi böyük Azərbaycan şairləri haqqında oxunan məruzələrin mahiyyəti verilməklə yanaşı, onların sənətkarlıq qüdrəti və dünya şöhrətinə dair fikir bölgüsünün nəticələrinə dair məlumatlar da təqdim edilir. 1-2 dekabr 1992-ci ildə Dördüncü Beynəlxalq Şəhriyar konfransının iştirakçılarını qəbul edən İran İslam Respublikasının ali dini rəhbəri qeyd etmişdir ki, “Heydərbabaya salam” təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının şah əsərlərindəndir.

    Tehranda ikən milli muğamımız yada düşdü. Lirik şair Şahin səfərlərdə olduğu günlərdə vətən, doğma diyarla bağlı düşüncələrlə yaşamış və onları tərənnüm etmişdir. Belə hisslərin təsiri altında olan şairin ədəbi yaradıcılığı daha da zənginləşmişdir. “Qurban olum Azərbaycana mən” deyən “Səyyah Şahin” nə qədər maraqlı məqamlarla rastlaşsa da “Yurda dön, hər səfərin zilləti var” deyir, doğma vətəninin cazibəsinin həmişə onun beynində olduğunu izhar edir:

    Vətən, çəkir ocaq məni

    O bağ məni, o dağ məni,

    “İstə, – deyir fəraq, – məni”,

    Təşnəyəm öylə ki, indi Qubada olsaydım,

    Qurudardım içərək, bəlkə də, Qudyal çayını.

    Doğulub böyüdüyü doğma Quba Şahini maqnit kimi özünə çəkir:

    Sultanı dağların, şahı bağların

    Şahdağ məni çəkir özünə sarı.

    Məndə saflığı var saf bulaqların,

    Bulaq məni çəkir özünə sarı.

    Şair bəzən səfərlərdə romantik xəyallara dalır, Dünya-axirət məsələsinə toxunur, vətən həmişə onun ürəyindədir:

    Ehey, o biri dünya,

    Yerdən qopara bilməmisən.

    Yerdəki həyatımı verim bada,

    Amma Tehranda yox, Bakıda.

    Göstərdiyim kimi, Şahin Fazilin 5 divanına daxil olan şeirlərin böyük bir hissəsi məhz səfərlərdə yazılmış və orada onun poetik təbinin ilhama gəldiyi çox anlar olmuşdur. O, ümumiyyətlə, poetik yaradıcılığında, o sıradan bu şeirlərdə divan ədəbiyyatına məxsus keyfiyyətlərə riayət etmiş, bir sıra hallarda yeniliklər yaratmışdır. Janr baxımından həmin şeirlər zəngindir: qəzəl, qəsidə, rübai, təzmin, təkbeyt, qitə, təxmis, sürud, bayatı. Təzmin etdiyi şairlərin fəaliyyət göstərdiyi yerlərdə olduqda Şahin Fazilin təxəyyülü onu klassikin yanına aparır, nəticədə təzminlər, nəzirələr, təxmislər yaranır. Məşhəd səfərində Qövsi Təbriziyə təzmin etdiyi 2 qəzəl kimi, Füzuli, Şəms Təbrizi, Xacu Kirmani, Hafiz Şirazi, Xətai, Nəbati, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Sabir, Ə.Vahid və başqalarına yazdığı nəzirələr kimi.

    Səfərnamələrdə təsvir edilən tədbirlər, görüşlər və şəxsiyyətlərlə bağlı bilgilər və məlumatlar çox vaxt yeniliyinə görə maraq doğurur. Məsələn, İraqda keçirilən Mirbəd şeir festivalından bəhs edildikdə oxucunun bu sahədə bilik dairəsi genişlənir. Məlum olur ki, hələ islamdan əvvəl cahiliyyə dövründə Ərəbistanın Bəsrə, Okaz, Mirbəd kimi şəhərlərində vaxtaşırı toplanan bazarlarında ənənəvi alış-verişlə yanaşı, şairlərin çıxışları şeirləşmələr də keçirilərdi. Bu ənənənin dəyərləndirilməsi olaraq hər il İraqda Mirbəd şeir festivalı (və ya bayramı) keçirilmişdir. Tədbirlərdə iştirak edən şairlər yeni əsərlərini oxuyur, tənqidçilər mülahizələrini bildirirdilər.

    Səfər qeydlərini yazıb nəşr etmək işini Şahin Fazil ədəbi hadisəyə çevirə bilmişdir. Belə ki, Şəhriyar şeirinin sehrində olmuş ədəbiyyatşünaslar və şairlərin yığcam fikirləri gələcək tədqiqat işləri üçün qiymətli material ola bilər. Səfərnamələr boyu akademiklər Bəkir Nəbiyev, Ziya Bünyadov, Xalq yazıçısı Anar, professorlar Rüstəm Əliyev, Mübariz Əlizadə, d-r Cavad Heyət, d-r Zərrinkub, d-r Mənsur Sərvətian, d-r Qocatürk, Sönməz, Qafar Kəndli – Herisçi, Sabir Əmirov, Hacı Mailin düşüncə və mülahizələrinin təqdiminə yer verilmişdir.

    Şahin Fazil səfərnamələrindən aydın olur ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin uğurları beynəlxalq səviyyədə də yaxşı qarşılanır, alimlərimizin çıxışları təqdir edilir və yayılır. Bütün bunlar elmi əlaqələrin genişlənməsində əhəmiyyətli dərəcədə rol oynayır.

    © Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

    Qiymət Məhərrəmli

    Qiymət Məhərrəmli (Qiymət Məmmədiyə qızı Məhərrəmli; d.2 dekabr, 1963; Şəki, Vərəzət k.) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998).

    Mündəricat

    1963-cü ildə dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1988-1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işləmişdir. 1993-1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım, 1995-2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsində bakalavr pilləsi üzrə ali təhsil almış, 2002-ci ildə həmin universiteti magistr pilləsi üzrə bitirmişdir. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

    Fəaliyyəti

    1998-ci ildə “Maarifçi” qəzetində ELm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. 2001-ci ildən AMEA Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamış, 2014-cü ilin noyabr ayınadək burada işləmiş, daha sonra iş yerini AMEA Folklor İnstitutuna dəyişmişdir. Hal-hazırda AMEA Folklor İnstitutu “Cənubi Azərbaycan folkloru” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur. 2009-cu ildən “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktorudur. Müxtəlif illər ərzində “Xəmsə”, “Qafqaz” jurnallarının, “Ərən”, “Planet-press”, “Ana Vətən çağırır”, “Milli Qəhrəmanlar” qəzetlərinin redaktoru olub. 2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi publisistik qəzetin təsisçisi və baş redaktorudur. Gürcüstanda nəşr olunan “Meydan” dərgisinin Azərbaycan təmsilçisidir. Müxtəlif ölkələrdə Beynəlxalq elmi konfrans və simpoziumlarda, şeir yarışmalarında və poeziya festivallarında iştirak etmişdir. Türkiyədə keçirilən şeir yarışmasında qalib gələrək ödülə layiq görülmüşdür. Qiymət Məhərrəmli AzərKİVİHİ-nin “Məhsəti Gəncəvi” mükafatına, müxtəlif fəxri fərmanlara layiq görülmüşdür. Bədii yaradıcılığa erkən yaşlarından başlayan şair ilk şeirlərini 80-çi illərdən qəzet və jurnallarda çap etdirir. İlk şeiri Məmməd İsmayılın rəhbərlik etdiyi “Gənclik” jurnalında (1988) işıq üzü görüb. “Ürəyimdən nələr keçir” adlı ilk şeirlər kitabı 1996-cı ildə nəşr olunmuşdur. Ölkəmizdə və xaricdə – Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Almaniya, İsveç, Hollandiya və digər ölkələrdə, həmçinin Moskvada, Sankt-Peterburqda, Sevastopolda və digər şəhərlərin mətbu orqanlarında şeirləri çap olunub.

    Xalq şairi Bəxtiyar Vahabzadə Qiymət Məhərrəmlinin ədəbi yaradıcılığına yüksək qiymət verərək, “Ədəbiyyat qəzeti”nin 1998-ci il 20 mart tarixli sayında onun şeirləri barəsində “Alt qat” adlı yazı ilə çıxış etmişdir. Xalq artisti, xanəndə Könül Xasıyeva 2011-ci ildə Qiymət xanımın şeirlərindən ibarət “Könüldən-könüllərə” adlı muğam diski buraxdırmışdır. Şeirlərinə xeyli sayda mahnı və marş yazılmışdır. Dəfələrlə “Ovqat” və “Səhər sovqatı” adlı yüksək reytinqli TV verilişlərinin qonağı olub.

    Əsərləri

    • Ürəyimdən nələr keçir” (1996);
    • Qərib durna” (1999) (Sankt-Peterburq);
    • Ana səndən doymadım” (2001);
    • İşığa sarı” (2004);
    • Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” (elmi monoqrafiya) (2007);
    • Hardasan, Göy adamı” (2008);
    • “Hardasan, Göy adamı” (2008) (Tehran, İran, əski əlifba ilə, Azərbaycan dilində);
    • “Mənim ünvanımı ürəyinə yaz”, (2013);
    • “Slovo moyo” (2014) (Tbilisi. rus dilində);
    • “Dərviş” (2016)
    • “Bu dünya sənin yerindi” (2018)
    • “Sözün izi ilə. ” (Elmi məqalələr toplusu) (2019)
    • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı – 2011

    Avqust 21, 2021
    Ən son məqalələr

    Lactuca

    Lactuca saligna

    Lactuca sativa

    Lada

    Lada Niva

    Ladan burxurkolu

    Ladan kolu

    Ladi

    Lado Asatiani

    Lado Ketsxoveli

    Ən çox oxunan

    Roman Tuqaryev

    Roman Vorontsov

    Roman Vengerov

    Roman Yeryomenko

    Roman Yusifov

    qiymət, məhərrəmli, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, avqust, 2021, qiymət,. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz avqust 2021 Qiymet Meherremli Qiymet Memmediye qizi Meherremli d 2 dekabr 1963 Seki Verezet k sair publisist 1998 ci ilden Azerbaycan Yazicilar Birliyinin uzvu Azerbaycan Jurnalistler Birliyinin uzvu 1998 Qiymet MeherremliQiymet Memmediye qizi MeherremliDogum tarixi 2 dekabr 1963 57 yas Dogum yeri Seki rayonu VerezetVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliTehsili Nesreddin Tusi adina Azerbaycan Dovlet Pedaqoji Universitetinin filologiya fakultesiFealiyyeti publisistMukafatlari Mehseti Gencevi mukafati Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 2 Fealiyyeti 2 1 Eserleri 3 EdebiyyatHeyati Redakte1963 cu ilde dekabrin 2 de Azerbaycanda Seki rayonunun Verezet kendinde anadan olub Bas Zeyzid kend orta mektebini bitirdikden sonra ailelikce Bakiya kocmus 1988 1992 ci ilde 222 sayli usaq bagcasinda terbiyeci 1992 ci ilde istehsalat texniki komplektlesme idaresinde muhasib 1993 cu ilde ise temir tikinti sahesinde hesabdar islemisdir 1993 1995 ci illerde Baki Mektebeqeder Pedaqoji Texnikumunda tehsil almis Qiymet xanim 1995 2000 ci illerde Nesreddin Tusi adina Azerbaycan Dovlet Pedaqoji Universitetinin filologiya fakultesinin axsam sobesinde bakalavr pillesi uzre ali tehsil almis 2002 ci ilde hemin universiteti magistr pillesi uzre bitirmisdir 2007 ci ilde namizedlik dissertasiyasini mudafie edib Fealiyyeti Redakte1998 ci ilde Maarifci qezetinde ELm tehsil medeniyyet sobesinin mudiri iki ilden sonra bas redaktoru olmusdur 2001 ci ilden AMEA Elyazmalar Institutunda elmi fealiyyete baslamis 2014 cu ilin noyabr ayinadek burada islemis daha sonra is yerini AMEA Folklor Institutuna deyismisdir Hal hazirda AMEA Folklor Institutu Cenubi Azerbaycan folkloru sobesinin boyuk elmi iscisi filologiya uzre felsefe doktorudur 2009 cu ilden Elimiz Gunumuz qezetinin tesiscisi ve bas redaktorudur Muxtelif iller erzinde Xemse Qafqaz jurnallarinin Eren Planet press Ana Veten cagirir Milli Qehremanlar qezetlerinin redaktoru olub 2008 ci ilden Elimiz Gunumuz adli elmi edebi medeni kutlevi publisistik qezetin tesiscisi ve bas redaktorudur Gurcustanda nesr olunan Meydan dergisinin Azerbaycan temsilcisidir Muxtelif olkelerde Beynelxalq elmi konfrans ve simpoziumlarda seir yarismalarinda ve poeziya festivallarinda istirak etmisdir Turkiyede kecirilen seir yarismasinda qalib gelerek odule layiq gorulmusdur Qiymet Meherremli AzerKIVIHI nin Mehseti Gencevi mukafatina muxtelif fexri fermanlara layiq gorulmusdur Bedii yaradiciliga erken yaslarindan baslayan sair ilk seirlerini 80 ci illerden qezet ve jurnallarda cap etdirir Ilk seiri Memmed Ismayilin rehberlik etdiyi Genclik jurnalinda 1988 isiq uzu gorub Ureyimden neler kecir adli ilk seirler kitabi 1996 ci ilde nesr olunmusdur Olkemizde ve xaricde Turkiye Iran Gurcustan Qirgizistan Almaniya Isvec Hollandiya ve diger olkelerde hemcinin Moskvada Sankt Peterburqda Sevastopolda ve diger seherlerin metbu orqanlarinda seirleri cap olunub Xalq sairi Bextiyar Vahabzade Qiymet Meherremlinin edebi yaradiciligina yuksek qiymet vererek Edebiyyat qezeti nin 1998 ci il 20 mart tarixli sayinda onun seirleri baresinde Alt qat adli yazi ile cixis etmisdir Xalq artisti xanende Konul Xasiyeva 2011 ci ilde Qiymet xanimin seirlerinden ibaret Konulden konullere adli mugam diski buraxdirmisdir Seirlerine xeyli sayda mahni ve mars yazilmisdir Defelerle Ovqat ve Seher sovqati adli yuksek reytinqli TV verilislerinin qonagi olub Eserleri Redakte Ureyimden neler kecir 1996 Qerib durna 1999 Sankt Peterburq Ana senden doymadim 2001 Isiga sari 2004 Sahin Fazil Divan i ve klassik edebi eneneler elmi monoqrafiya 2007 Hardasan Goy adami 2008 Hardasan Goy adami 2008 Tehran Iran eski elifba ile Azerbaycan dilinde Menim unvanimi ureyine yaz 2013 Slovo moyo 2014 Tbilisi rus dilinde Dervis 2016 Bu dunya senin yerindi 2018 Sozun izi ile Elmi meqaleler toplusu 2019 Edebiyyat RedakteTeymur Ehmedov Azerbaycan yazicilari XX XXI yuzillikde ensiklopedik melumat kitabi Nurlar Baki 2011Menbe https az wikipedia org w index php title Qiymet Meherremli amp oldid 5531928, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

    ne axtarsan burda

    en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.