Press "Enter" to skip to content

Məhsəti gəncəvi

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə dünyaya göz açmış və ömrünün sonunadək orada yaşamışdır. Onun əsl adı Mənicə idi, “Məhsəti” adını isə özünə təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birinə görə, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləmişdir. Sultan isə onunla razılaşmayaraq “to, meh-həsti” (“sən hamıdan böyüksən”) deyib.

Məhsəti Gəncəvi: əsatir yoxsa həqiqət

XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeir məktəbinin yaradıcılarından biri olan Məhsəti Gəncəvi ədəbiyyatımızın inkişafında mühüm rolu olan sənətkarlardandır. Demək olar ki, onun həyatı haqqında mübahisəli fikirlər üstünlük təşkil edir. Məhsətinin tarixi şəxsiyyət olması, Ömər Xəyyamdan əvvəl və yaxud da sonra yaşaması haqqında bəzi şübhəli məlumtlar meydana çıxır. Məhsəti dövründən başlayaraq onun haqqında bəzi mənbələrdə məlumatlar verilməsinə baxmayaraq, şərqşünas Y.E.Bertels onun sadəcə olaraq dastan qəhrəmanı olduğunu və belə bir şəxsin tarixdə yaşamadığını vurğulamışdır. Bunlara baxmayaraq, böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın “İlahinamə”əsərindədə Məhsətinin adı çəkilmişdir.

İlk dəfə Mir Abbas Mirbağırzadə XX əsrin 20-30-cu illərində Məhsətidən söhbət açmış və bildirmişdir ki, şairənin anadan olma tarixi məhz “Əmir Əhməd və Məhsəti” dastanında verilmişdir. Məhsətinin 20 yaşı olduğu zaman Sultan Mahmud Səlcuqinin (1117-1132)sarayı ilə əlaqəsi olmuş və Mir Abbas Mirbağırzadə belə bir nəticəyə gəlmişdir ki, Məhsəti 491-ci ildə (1097-1098) anadan olmuşdur. 1984-cü ildə Azərbaycan tədqiqatçıları alman alimi Frits Meyerin “Gözəl Məhsəti” əsərində öz əksini tapmış bir rübaini şərh edərkən həmin tarixin (491(1097-1098)) dəqiqliyini təsdiqləmişlər. Amma son tədqiqatlar göstərir ki, Məhsəti 1089-cu illdə Gəncədə anadan olmuş, mükəmməl səviyyədə təhsil almış, Şərq ədəbiyyatı və musiqisinə böyük ehtiram göstərmişdir.

“Böyük Sovet Ensiklopediyası”nın yeni nəşrində artıq Məhsəti haqqında məlumat verilməmişdir. Belə qənaətə gəlmək olar ki, bir çox ədəbiyyatşünaslar Məhsətinin əsatir olduğuna inanmış və onu mənbələrdən çıxarmışlar. “Böyük Sovet Ensiklopediyası”nın ikinci nəşrində Məhsəti haqqında kiçik məqalə verilmiş, bu isə yanlışlıqlarla ifadə olunmuşdur.Şairənin yalnız sarayda fəaliyyət göstərdiyini qeyd etmişlər. Bunu ifadə edənlər şübhəsiz ki, Məhsəti irsinə bələd olmamışlar.

Əlbəttə ki, Məhsəti irsi dövrümüzə qədər tam şəkildə gəlib çatmamışdır. Məhsəti lirikasının əsasını məhəbbət təşkil edir. Rübailərində humanizim, dünyəvilik,nikbinlik öz əksini tapır. Məhəbbəti yüksək, nəcib bir hiss kimi ifadə etmişdir. Onun yaradıcılığında Şərq qadınının azad və xoşbəxt həyatı haqqında arzuları da əks olunmuşdur.

AMEA-nın “Məruzələr” jurnalında “Məhsətinin doğum və ölüm tarixləri” adı altında məqalə çap edilmişdir. Ümumiyyətlə, 200-dən artıq müəllif və tədqiqatçı Məhsətinin həyat və yaradıcılığını araşdırmışlar.

İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib etmişdir. Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazmış və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplamışdır. Azərbaycan alimləri və tədqiqatçılarınında Məhsətinin həyat və yaradıcılığının araşdırılmasında çox böyük rolları olmuşdur. Belə tədqiqatçılardan biridə professor, filologiya elmləri doktoru Xəlil Yusifov “Məhsəti Gəncəvi” əsərini yazmış və sonda 190-a qədər rübaini əruzla Azərbaycan dilinə çevirmişdir. Görkəmli yazıçı-publisist Rəfail Hüseynovun apardığı elmi araşdırmalar nəticəsində “Məhsəti necə varsa” kitabını (Bakı, Yazıçı, 1989) yazmışdır. Bu kitabda Məhsəti Gəncəvi haqqında çox geniş məlumatlar əldə etmək mümkündür. Kitab şairənin həyat yolu və yaradıcılığına həsr olunmuşdur. Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilmişdir. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılmış və 1980-cı ildə heykəli ucaldılmışdır. Araşdırmalardan belə nəticə çıxır ki, XI əsrin sonları – XII əsrin əvvəllərində yaşamış Məhsəti Gəncəvi Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqətidir.

Xankəndi

AzVision.az AzərTac-a istinadən xəbər verir ki,Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “Dubai Al-Thakafiya” (“Dubay mədəniyyət jurnalı”) aylıq jurnalının mart nömrəsində bu ölkədə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 16 yanvar tarixli Sərəncamı ilə əlaqədar “Məhsəti Gəncəvi – ilk Azərbaycan sairəsi” sərlövhəli geniş məqaləsi dərc olunub.

-XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi mədəniyyətimizin intibahının parlaq nümayəndəsi olunub.

Məhsəti Gəncəvi hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi və qadın bəstəkardır. Cəngi və bərəbad alətlərində ifa etmiş və rübailər yazıb.

Məhsəti Gəncəvi 1089-cu ildə Gəncədə dünyaya göz açmış və ömrünün sonunadək orada yaşamışdır. Onun əsl adı Mənicə idi, “Məhsəti” adını isə özünə təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birinə görə, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləmişdir. Sultan isə onunla razılaşmayaraq “to, meh-həsti” (“sən hamıdan böyüksən”) deyib.

Azərbaycanın görkəmli mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun məlumatına görə, “Məhsəti” – “mah” və “səti” sözlərindən ibarət olub “Böyük xanım” anlamına gəlir. Nəhayət, başqa bir ehtimala görə, bu ad “Mah” və “səti” (“Ay xanım”) sözlərindənüzəlib.

Məhsəti yaxşı təhsil almış və əsərlərindən də göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Xorasan, İraq, Zuzən, Arran və digər yerlərdə olmuşdur. O, bir müddət böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında və sarayda təşkil olunan ədəbi məclislərdə iştirak etmişdir. Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma halında Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, İstanbulda və Londonda saxlanılan XIII əsrə aid “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.

Azərbaycan ədəbiyyatşünaslarının son tədqiqatları göstərir ki, “Dastan”ın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi və alimi Abdulla Cövhəri Zərgər Təbrizidir və buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahı (Sultan Məhəmməd) və II Gəncə şahı (Sultan Mahmud) real şəxsiyyətlərdir.

2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində keçirilməsi haqqında qərar qəbul edilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycanda, Avropanın Fransa, Avstriya, İtaliya kimi dövlətlərində, Şərqin və dünyanın digər ölkələrində musiqi axşamları, sərgilər, ədəbi gecələr, teatrlar təşkil ediib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa edilib Məhsəti Gəncəvi Mərkəzinin bu il yanvar ayının 21-də keçirilmiş açılış mərasimində Azərbaycan dövlətinin başçısı şəxsən iştirak edib.

Paytaxt Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, millətlər və dinlərarası tolerantlıq mövzularında

МЕХСЕТИ́ ГЯНДЖЕВИ́

МЕХСЕТИ́ ГЯНДЖЕВИ́ (M ə hs ə ti G ə nc ə vi; псевд., букв. – Ве­ли­кая гос­по­жа из Гянд­жи; наст. имя – Ма­ни­же) (кон. 11 в., Гянд­жа – 2-я пол. 12 в., там же), азерб. по­этес­са. Пи­са­ла на перс. яз. По­лу­чи­ла при­зна­ние при дво­ре сель­джук­ско­го сул­та­на Санд­жа­ра. В ре­зуль­та­те ин­триг бы­ла вы­сла­на из Гянд­жи, ку­да вер­ну­лась по­сле дол­гих ски­та­ний. Осн. ве­хи био­гра­фии по­этес­сы от­ра­же­ны в нар. дас­та­не 13 в. «Мех­се­ти и Амир Ах­мед», со­дер­жа­щем так­же об­раз­цы по­эзии М. Г. Вос­пе­ва­ла зем­ные ра­до­сти, че­ст­ность, от­зыв­чи­вость и бла­го­род­ст­во; клей­ми­ла кос­ность и жес­то­кость феод. по­ряд­ков. Ав­тор ру­баи лю­бов­но­го со­дер­жа­ния и су­фий­ской на­прав­лен­но­сти. Афо­ри­стич­ные ру­баи М. Г. о ре­мес­лен­ни­ках Гянд­жи (пря­диль­щи­ке шер­сти, порт­ном, куз­не­це, зем­ле­ко­пе и др.) – один из ран­них при­ме­ров про­слав­ле­ния че­ло­ве­ка тру­да в вост. по­эзии. Сре­ди др. со­чи­не­ний: га­зе­ли , кит’ы (не­боль­шие ли­рич. сти­хо­тво­ре­ния фи­лос. ли­бо ди­дак­тич. ха­рак­те­ра).

Comments are closed, but trackbacks and pingbacks are open.