Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar? – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin fikrinə görə, emal olunmuş palma yağınının müntəzən istehlakı piylənmə və ürək xəstəliklərinin riskini artırır.

Təbii palma yağı çox faydalı, lakin tez xarab olan məhsuldur. Palma yağının istifadə müddətini artırmaq üçün onu xüsusi üsullarla emal edirlər. Nəticədə təbii və faydalı palma yağı ziyanlı marqarinə çevrilir. Məhz belə emal olunmuş ucuz palma yağı digər ölkələrə göndərilir.

Təəssüf ki, hal hazırda ucuz palma yağı bir çox hazır məhsullara əlavə olunur. Bu yağ xüsusilə şirniyyatlar və süd məhsullarının istehsalında çox geniş istifadə olunur. Məhsulda palma yağının olub-olmadığını necə müəyyən etmək olar?

Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə məhsulda palma yağının olub-olmadığını müəyyən etmək üçün bəzi tövsiyələri təqdim edir:

1. Palma yağı əlavə olunmuş məhsulun saxlanma müddəti bu yağ əlavə olunmamış məhsuldan daha çoxdur.

2. Palma yağı ucuzdur və bu səbəbdən bu yağ əlavə olunmuş məhsul digər oxşar məhsullarla müqayisədə daha ucuz qiymətə satılır.

3. Palma yağı əlavə olunmuş məhsulun adı da başqa ola bilər: məsələn, “kəsmik” deyil, “kəsmikli məhsul” (“творожный продукт”) və ya “kəsmikli kütlə” (“творожная масса”), “pendirli məhsul” (“сырный продукт”). Burada “məhsul” sözü ona işarə edir ki, tərkibində bitki yağı var.

4. Təbii süd məhsulunun tərkibində bitki yağı ola bilməz. Əgər hər hansı süd məhsulunun etiketində “bitki yağı” sözü varsa, çox güman ki, ona məhz palma yağı əlavə olunub. Mütləq məhsulun etiketini oxuyun!

5. Təbii kəsmik ev temperaturunda qalanda tez bir zamanda turşumağa başlayır, onun iyi və dadı dəyişilir. Palma yağı əlavə olunmuş kəsmik hətta ev temperaturunda uzun müddət xarab olmur və onun üzərində sarı qat əmələ gəlir.

6. Palma yağı əlavə olunmuş xama və ya kəsmiyi yeyəndən sonra ağızda və dilin üzərində xoşagəlməz yağlı dad qalır.

7. Təbii dondurma ev temperaturunda tədricən yumşalır və öz formasını saxlayır, tam əriyəndə ağ süd kimi maye alınır. Palma yağı əlavə olunmuş dondurma uzun müddət ərzində əriyir və əriyənda yarımşəffaf mayeyə çevrilir.

8. Palma yağı əlavə olunmuş pendir “sabun” dadı verir, çətinliklə kəsilir (rezin kimi) və ya ovulur. Açıq havada süni pendir tez quruyur və üzərində çatlar əmələ gəlir.

Gün şüalarının altında qalan təbii pendir tez yumşalır, palma yağı əlavə olunmuş pendir isə əksinə bərkiyir və onun üzərində yağ damcıları əmələ gəlir.

9. Palma yağı əlavə olunmuş kərə yağı daha ucuz qiymətə satılır. Onu yeyəndən sonra dilin üzərində sanki yağlı qat yaradır. Təbii kərə yağını yeyəndən sonra ağızda çox xoş südlü-qaymaqlı dad qalır.

10. Təbii kərə yağının yağlılığı 82,2%-dən aşağı ola bilməz. Yağın üzərində, məsələn, 72% yazılıbsa, bu təbii yağ deyil.

11. Təbii “squşonka”-nın tərkibində yalnız süd və şəkər tozu olmalıdır. Heç bir bitki yağı burada ola bilməz.

12. Dükanlarda satılan şirniyyatların (peçenye, vafli, keks və s.) əksəriyyətinə palma yağı əlavə olunur. Bu səbəbdən mütəxəssislər belə məhsulları yeməyi və xüsusilə də uşaqlara verməyi tövsiyə etmirlər.

Saglamolun.Az

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Orijinal məhsulu saxtadan fərqləndirməyin 10 üsulu. Birinci hissə

Dövrümüzdə əksər insanlar dəbi izləyir və muasir dəb dünyasının kriteriyalarına cavab vermək istəyirlər. Müxtəlif yaşlarda kişilər və qadınlar gözəl və zövqlə geyinməyə, trendlərə uyğunlaşmağa, dəbli aksessuarlar istifadə etməyə çalışırlar. Fərqli brendlərin geyimləri günümüzdə cəmiyyətin dəb kriteriyalarına cavab vermək üçün zəruri faktora çevrilib. Lakin, sözügedən mövzuda dəbin kriteriyalarına cavab vermək heç də göründüyü kimi asan deyil. Təəssüf ki, bir çox onlayn alış-veriş saytları, platformaları saxta məhsulları orijinal adı altında satır. Bunun üçün də, orijinal məhsullarla saxta məhsulları fərqləndirə bilmək hazırda həyatımızın önəmli faktorlarından birinə çevrilib.

Təbii ki, məhşur brendlərdən olan geyimlər adətən kifayət qədər baha olur. Bu səbəbdən zövqlə geyinmək istəyən bizlər, bəzən az məhşur markalar üz tutur bəzən isə bilərək saxta məhsullar istifadə edirik . Lakin, acınacaqlı haldır ki, bəzən biz orijinal bilib, baha qiymətə aldığımız geyimlərin, ayaqqabıların bir müddət sonra saxta olduğu ortaya çıxır. Bu kimi xoşagəlməz halların qarşısını almaq üçün bu, ikihissəli bloqumuzda sizə orijinal məhsulu saxta məhsuldan fərqləndirməyin 10 üsulu haqda danışacayıq. Əmin olun ki, geyim, ayaqqabı seçərkən aşağıdakı bəndləri xatırlasanız, orijinal məhsulla saxta məhsulu asanlıqla fərqləndirə biləcəksiniz.

1.Qiymətlər

Yadda saxlamalıyıq ki(təəssüf hissi ilə də olsa), brendlərdn olan orijinal məhsullar ucuz qiymətə olmur. Hətta endirim mövsümləri zamanı, endirimlərin 70%-ə çatdığı bir vaxtda Dior-dan olan gecə libasını və ya Christian Louboutin ayaqqabılarını ucuz qiymətə əldə edə bilmərik.

Bu onunla izah edilir ki, brendlər öz məhsullarını hazırlayarkən, bahalı, keyfiyyətli xammaldan istifadə edirlər. Həmçinin, məhsulun bu və ya digər brendə aid olması faktı da öz növbəsində məhsulun qiymətini artırır. Odur ki, orijinal brend məhsul almaq istəyirsinizsə, əliniz cibinizdə olmalıdır.

2.Satış yeri

Orijinal məhsullar adi geyim mağazalarında, yeraltı keçidlərdə satılmır. Orijinal məhsulları siz yalnız firma mağazalarında əldə edə bilərsiniz. Online alış-veriş saytlarına gəldikdə isə, siz orijinal məhsulları yalnız markaların rəsmi saytlarında və Trendyol, n11, Morhipo kimi güvənli saytlarda əldə edə bilərsiniz. Onlayn alış-veriş platformasının etibarlı olub-olmadığını nece təyin etməli olduğunuz haqda növbəti bloqlarımızda ətraflı məlumat veriləcək.

3. Keyfiyyətli fitinqlər

Fitinqlər tez-tez saxta məhsulları biruzə verir. Bu ona görədir ki, markalar orijinal məhsullarının hazırlanmasında yalnız keyfiyyətli və davamlı materiallardan hazırlanmış düymələrdən, fermuarlardan, bağlayıcılardan, zəncirbəndlərdən istifadə edirlər. Saxta məsul istehsal edən firmalar isə, adətən bu fitinqlərə elə də diqqət yetirmirlər.

Bir məqama da diqqət yetirməliyik ki, bir çox markalar fitinqlərin də üzərində öz loqotiplərini çap edirlər.

4.Geyimin keyfiyyəti

Daha öncə də qeyd etdiyimiz kimi brendlər məhsulların istehsalında yalnız keyfiyyətli xammaldan istifadə edirlər. Bu sadəcə fitinqlərə deyil, elcə də geyimlərin hazırlandığı materiallara, saplara aiddir. Belə ki, brendlər, geyim dizaynerləri öz imiclərini qorumaq üçün sadəcə geyimin dizaynına, görnüşünə deyil, eləcə də onun hazırlanmasına, xammal seçiminə, geyimin uzunömürlülüyünə də çox diqqətlə yanaşırlar. Orijinal məhsullara toxunmaq xoş olmalıdır. Tikişlər isə bərabər, davamlı olmalıdır. Orijinal məhsullarda əyri tikişlər, keyfiyyətsiz bərkidilmiş elementlər, davamsız fitinqlər olmur.

5.Detallara fikir verin

Bütün brendlərin xüsusi özəllikləri var. İlk baxışdan bəzən onları görmək çətin olur, lakin, diqqət yetirdikdə, bu özəlliklərin köməyi ilə orijinal məhsulu saxtadan asanlıqla seçmək olur. Sizinlə bəzi belə sirrləri paylaşırıq:

Levi cinsləri – Şalvarların arxa cibinə diqqət edin. Hər arxa cibin üzərində aşağıya meyillənmiş, qartal dimdiyini xatırladan tikiş olur. Kəmər nəzərdə tutulan hissədə dərdiən və ya presslənmiş kağızdan düzbucaqlı yamaq olmalıdır. Fitinqlərə gəldikdə isə, tokanın daxili hissəsində məhsulun nömrəsi, pərçimin üzərində isə istehsalçı şirkət və modelin adı əks edilir.

Lacoste poloları – Bu brendin orijinal məhsullarında düymələr inciyə bənzər materialdan hazırlanır və hər birinin geyimə tikilmək üçün iki dəliyi olur. Yaşıl timsah emlembi isə polonun üzərinə son dərəcə möhkəm toxunur. Orijinal məhsulun üzərində timsahın ağzı, dişləri, gözləri aydın seçilir. Timsah emblemi əyri iynə ilə tikildiyindən, əks tərəfdən görünməməlidir.

Fred Perry poloları – Orijinal polonun üzərindəki emblemin konturları aydın əks etdirilməlidir və sol tərəfdə ürək səviyyəsində yerləşməlidir. Dəfnə çələnginin üzərində 16 və ya 30 yarpaq olmalıdır. Düymələr geyimlə eyni rəngdə, üzərlərində isə brendin adını əks elətdirən oyma olmalıdır. Polonun yaxasındakı xətlər isə, toxunduqda aydın hiss edilməlidir.

Timberland botları – Bu botların loqosuna diqqət yetirsək, görərik ki, orijinal məhsullarda loqo oyma şəklində olur. Saxtalarda isə loqo sadəcə yapışdırılır.

Ümid edirik orijinal və saxta məhsulları fərqləndirmək mövzusunda olan bloqumuzun ilk hissəsində sizə faydalı məlumatlar çatdıra bildik. Növbəti bloqlarımızda isə sizə digər üsullar haqda danışacayıq.

Məhsulun orijinal olub olmadığını necə bilək?

Günümüzdə insanların ən çox üzləşdikləri problemlərdən biri də saxta malların keyfiyyətli mal, yaxud da tanınmış brend mal adı ilə satışa çıxarılmasıdır. Texnoloji inkişaf elə bir səviyyəyə çatıb ki, artıq hansısa tanınmış brend malın orijinalına bənzəyən saxta məhsulu çox asanlıqla istehsal etmək mümkündür. Bir çox hallarda adi gözlə baxdığımız zaman saxta məhsulu orijinalından fərqləndirə bilmirik.
Texnoloji inkişaf saxta malların istehsalını artırsa da, eyni zamanda onların saxta olduğunu asanlıqla müəyyən etmək imkanını da özü ilə bərabər gətirir.
Hazırda bütün dünyada tətbiq olunan barkod sistemi saxta malları müəyyən etməyin ən asan və ən əlverişli yoludur.

Barkod nədir və ondan necə istifadə etmək olar?
Yazının əvvəlində qeyd etdiyimiz kimi texnoloji inkişaf saxta malların istehsalına şərait yaratmaqla bərabər, beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə də səbəb oldu. Belə bir şəraitdə ticarəti asanlaşdırmaq və saxta malların qarşısını almaq üçün yeni sistemin tətbiqinə ehtiyac yarandı.
Ötən əsrin ikinci yarısından etibarən tətbiq olunmağa başlayan və barkod sistemi adlandırılan bu yenilik məhsulların bəzi mühüm parametrləri haqqında informasiyanın kodlaşdırılmasından ibarətdir.
Məhsul aldığınız zaman onun üzərində rast gəldiyiniz qara və ağ zolaqların ardıcıllığından ibarət olan və üzərində rəqəmlərin yazıldığı işarəni yəqin ki, hər kəs görüb. Barkod dediyimiz bu işarə hazırda dünyanın 100-dən çox ölkəsində, o cümlədən də Azərbaycanda istifadə olunmaqdadır. Barkod sisteminin müxtəlif növləri var və Azərbaycanda Avropa kodlaşdırma sistemi kimi məlum olan EAN-13 (European Article Numbering) sistemindən istifadə edilir.
Aşağıdakı şəkildə EAN-13 adlanan barkod sistemindən nümunə verilib. Bu nümunədə əks olunan kodun strukturu belədir:
1 – Ölkənin kodu
2 – İstehsalçının kodu
3 – Malın kodu
4 – Nəzarət rəqəmi.
Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. EAN-13 adlanan barkod sistemində Azərbaycanın kodu 476-dır. Barkodda yer alan rəqəmlər vasitəsilə biz məhsulun saxta və ya orijinal olduğunu müəyyən edə bilərik.
Məsələn, 4761234567894 rəqəmlərindən ibarət barkodun həqiqiliyini müəyyənləşdirmək üçün aşağıdakı hesablamadan istifadə olunur.
1. Cüt sırada yerləşən rəqəmlər toplanır: 7+1+3+5+7+9=32
2. Əldə olunan nəticə (32) 3-ə vurulur: 32×3=96
3. “Nəzarət rəqəmi” istisna olmaqla, tək sırada yerləşən rəqəmlər toplanır: 4+6+2+4+6+8=30
4. 2-ci və 3-cü bəndlərdə göstərilən nəticələr toplanır: 96+30=126
5. 10-dan 4-cü bənddə göstərilən nəticənin son rəqəmi (6) çıxılır: 10-6=4
6. 5-cı bənddə göstərilən nəticə (4) barkoddakı “Nəzarət rəqəmi” ilə eyni olmalıdır.
Bu üsulla bütün barkodları yoxlamaq mümkündür. Lakin qeyd edək ki, hazırda barkodlar optik skaner vasitəsilə də oxuna bilər. “Ağıllı telefon” (Smartfon) istifadə edən hər kəs barkodları bir neçə saniyə ərzində oxumaq imkanına sahibdir. Bunun üçün telefonunuza “barkod oxuyucu” tətbiqini yükləmək lazımdır. Bundan sonra telefonunuzdakı “barkod oxuyucu”nu aktivləşdirərək, kameranı məhsulun üzərindəki barkod işarəsinə yaxınlaşdırmaq lazımdır. Məhsul saxta deyilsə, “barkod oxuyucu” tətbiqi sizi həmin məhsul barədə məlumatların yer aldığı mənbəyə yönəldəcək.

Barkodu necə əldə etmək olar və onu saxtalaşdırmaq mümkündürmü?
Barkodlar hazırda dünyanın 113 ölkəsini özündə birləşdirən GS1 Assosiasiyası tərəfindən verilməkdədir. GS1 Assosiasiyasının hər bir ölkə üzrə barkodları təqdim edən milli operatorları fəaliyyət göstərir. Azərbaycanda barkod almaq istəyənlər “CS1 Azərbaycan” adlandırılan milli operatora müraciət edərək, barkod əldə edə bilərlər. GS1 Assosiasiyası tərəfindən verilən xüsusi ştrixkodlar reyesterə daxil edilir və bu ştrixkodlardan yalnız onun sahibi istifadə hüququna sahib olur. Başqa şəxslərin həmin ştrixkodlardan istifadəsi mümkün deyil. Yəni, hər bir ştrixkodun dünya miqyasında unikallığı təmin edilir.

Barkodun daha bir üstünlüyü.
Barkod sisteminin üstünlüyü təkcə məhsulun orijinal olduğunu göstərməklə məhdudlaşmır. Eyni zamanda, məhsulun hansı ölkədə istehsal olunduğunu da göstərir. Bildiyimiz kimi, insanlar adətən məhsul alarkən istehsalçı ölkəyə daha çox diqqət edirlər. Məsələn, Çin istehsalı olan məhsullar nisbətən keyfiyyətsiz məhsul kimi tanındığı halda, Avropa istehsalı olan məhsullar daha keyfiyyətli məhsul kimi tanınır. Bu səbəbdən də bəzən istehsalçılar insanları aldadaraq məhsulun üzərində istehsalçı ölkənin adını fərqli göstərə bilirlər. Məsələn, Azərbaycanda istehsal olunan məhsulun üzərinə “Made in Türkey” (“Türkiyə istehsalı”) yazaraq müştəriləri aldatmağa çalışa bilərlər. Lakin bu məhsulun barkod kodunun ilk 3 rəqəmi 869 deyilsə, deməli, bu həmin məhsulun Türkiyədə istehsal olunmadığını göstərir.

Allahverdi Cəfərov

Comments are closed, but trackbacks and pingbacks are open.