Press "Enter" to skip to content

Ofis proqramları hansılardır

Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhat

Hər kəs bu proqramları bilməlidir: “Word”, “Excel”.

Qlobal dünyada texnologiyanın inkişafı müxtəlif proqramların kəşf olunması ilə nəticələndi. 1975-ci ildə təsis edilmiş Microsoft şirkəti hazırda proqram təminatı istehsalı, fərdi kompüter və serverlər üçün internet texnologiyalarının hazırlanması, eyni zamanda onlara xidmət göstərilməsində dünya lideridir.
Microsoft-un əsas məhsullarından biri də Microsoft Office proqramlarıdır. İlk dəfə ofis proqramları 1989-cı ildə buraxıldı. Sonradan bir neçə dəfə bu proqramlar müxtəlif əməliyyatlarda işləməsi üçün yeniləndi. Müəyyən vaxt keçdikcə, əməliyyat sistemləri yeniləndikcə onlara uyğun bu proqramlar da yeniləndi və panellər əlavə olundu. Bu proqramların bu günə kimi müxtəlif versiyaları vardır.
Bu yazıda sizə Microsoft Office proqramları haqqında məlumatları təqdim edəcəyik.
Microsoft Office Word. Bu proqram yazı işləri üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word versiyaları dəyişildikcə ona əlavə parametrlər, yeni komponentlər və müxtəlif panellər əlavə olundu. Bu proqramın köməyi ilə müxtəlif qeydləri, hesabatları və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları da deyilir. Bu proqramın istifadəsi bir o qədər də çətin deyil.
Microsoft Office Excel. Əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutulmuş proqramdır. Ofis işlərində mütəmadi olaraq istifadə olunur. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Çünki proqram şirkətin bütün maliyyə işlərini həyata keçirmək üçün əlverişlidir. İstifadəsi Word proqramına nisbətən bir qədər çətindir. Microsoft Office Excel proqramının da digər ofis proqramları kimi bir çox versiyaları vardır. Hal-hazırda dünyada ən çox istifadə olunan proqramlardan biridir.
Microsoft Office PowerPoint. Bu proqram vasitəsilə slaydlar yaradılır. Həmçinin hesabatlar, tezislər, təqdimatlar bu proqram vasitəsilə edilir. Müasir dünyada demək olar ki, bir çox hesabat və təqdimatlar bu texnologiya vasitəsilə düzəldilir. Bundan əlavə təqdimata müxtəlif qrafik komponentlər də əlavə etmək olur.
Microsoft Office Outlook. Ofis proqramlarının əsas proqramlarından biridir. Bu proqram bir e-poçt proqramıdır. Bütün e-poçtları ortaq bir yerə toplamaq üçün nəzərdə tutulmuşdur. Məsələn, bir şəxs 3-4 e-poçta malikdir, bütün e-poçtlara bu porqram vasitəsilə baxmaq mümkündür. Bu cəhətdən hal-hazırda kifayət qədər çox istifadə olunan proqramdır. İstifadəsi çox asandır.
Microsoft Office Publisher. Daha çox dizayn proqramlarına bənzəyir. Siz bu proqram vasitəsilə vizitkalar, müxtəlif plakatlar, braşurlar hazırlaya bilərsiniz. Həmçinin kiçik həcmli veb saytların hazırlanması da mümkündür.
Microsoft Office Access. Bu proqramın da istifadəçiləri çoxdur. Belə ki, bu proqram verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Microsoft Access müxtəlif növ informasiyanı toplamağa və sistemləşdirməyə, verilmiş şərtlərə əsasən obyektlərin axtarışı və sıralanmasını təşkil etməyə, verilənlərin daxil edilməsi üçün formalar tərtib etməyə və hesabatlar hazırlamağa imkan verir. Microsoft Access geniş diapazonda informasiyanın idarəetmə effektivliyini artıran güclü tətbiqi proqramdır. Access həm sadə, həm də mürəkkəb verilənlər bazası ilə işləməyə imkan verir.
Microsoft Office InfoPath. Əsasən blanklar doldurmaq üçündür. Bir çox müsbət xüsusiyyətləri vardır. Məsələn, proqramda hazır blanklar yerləşdirilmişdir. Bundan başqa blankı və yaxud hər hansı bir sənədi dizayn etmək imkanınız vardır.
Bu proqramları 3-4 ay ərzində öyrənmək mümkündür. Hər hansısa iş üçün müraciət etdikdə sizdən mütləq Ofis proqramları biliyiniz tələb olunacaq.

Tarix: 20 Jan 2021 | Baxılıb: 384

Kurs xəbərləri

Uşaqları nə həvəsləndirir: daxili motivasiya, yoxsa mükafatlandırma?

Uşaqların “əla” və ya “zəif” qiymət almaq qorxusu ilə yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər. Lap kiçik yaşlarından uşaqlar ətraflarınd

Onlayn biznes – azad iş qrafiki, minimum kapital!

Müasir insanın həyatını internetsiz təssəvvür etmək artıq qeyri-mümkündür. Tez-tez eşitdiyimiz onlayn (“online”) adlanan bir sistem həyatımıza təsir edir, bizə biznes imkanları yaradır. Diqqət etmisinizsə, gündəli

Şahmat oynamağın uşaqlara faydası

Valideynləri maraqlandıran suallardan biri də budur: uşaqlar boş vaxtlarını necə səmərəli keçirsinlər? Valideynlərin qarşıya qoyduqları əsas məqsəd uşaqları cəmiyyətə faydalı bir şəxs kimi yetişdirməkdir. Uşaqların gələcəkd

İngilis dilini bilmək hansı üstünlükləri qazandırır?

İşə müraciət edərkən CV-nizə mükəmməl ingilis dili billiyi əlavə etməyiniz sizi minlərlə müraciət arasından ən qabağa çıxardır. Daha yaxşı iş və karyera istəyirsinizsə, mütləq ingilis dilini öyrənin. Peşəkar və fərdi həya

Öyrəndiklərinizi yadda saxlamaq üçün QIZIL QAYDALAR

Əgər nəsə öyrənməyə hazırlaşırsınızsa, öncədən bilməli olduğunuz məqamlar var. Riyaziyyat, tarix və ya proqramlaşdırma kimi elmləri öyrənməyə hazırlaşırsınızsa, əvvəlcə mövzudan xəbəriniz olmalıdır. Öyrənmə prosesinin nec

Riyaziyyatı asan qavramaq üçün nə etməli?

Riyaziyyat fənni bir qədər diqqət və səbr tələb edir. Şagirdlər bu fənni qavramaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi riyaziyyatın mahiyyətini başa düşməməkdir. Riyaziyyatı necə öyrənək? Bu sualı cavablandırmaq bir a

Proqramçı olmaq istəyənlərin nəzərinə – FAYDALI TÖVSİYƏLƏR

Bu gün ən prestijli və ən çox qazandıran ixtisaslardan biri, bəlkə də, birincisi proqramlaşdırmadır. Bu faktdan xəbərdar olan bir çox insan həvəsə gəlib proqramçı olmaq istəyir. Əlbəttə ki, hər bir işə başlamaq üçün həvə

Məktəbəqədər təhsildə nələr öyrədilir?

Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarı və s. ola bilər. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhat

Gündə bir saat ayırmaqla yeni dil öyrənə bilərsiniz

İki və ya bir neçə dili bilmək böyük üstünlükdür. Bəs öyrənməyin asan yolu varmı? Yeni dil öyrənmək təbii olaraq ilk baxışda qorxulu fikirdir. Minlərlə tanış olmayan sözlər, tamamilə fərqli qrammatik quruluş və düzgün danışma

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Ofis proqramları hansılardır?

Müasir dövrün tələblərinə uyğun olaraq ofis proqramları isənilən kompüter istifadəçisinin işinin əsas hissəsini təşkil edir. Hal-hazırda Microsoft Office proqramlarının milyarddan çox istifadəçisi var. Microsoft Office proqramlarının müxtəlif növləri var. Bu proqramlara: Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Microsoft Outlook, Microsoft Publisher, Microsoft Access və s. proqramları misal göstərmək olar. Əvvəlki məqalədə Word, Excel və PowerPoint proqramları haqqında məlumat verilmişdi. İndi isə digərləri haqqında danışmaq istəyirəm.

Microsoft Outlook nədir?

  • Microsoft Outlook digər proqramlar kimi kompüter istifadəsi zamanı mühüm rol oynayır. Proqramı həm də e-poçt proqramı adlandırsaq, yanılmarıq. Proqramın əsas funksiyası bütün elektron poçtları bir arada toplamaqdan ibarətdir. Yəni, sizin birdən çox elektron poçtunuz varsa, hamısına bu proqram vasitəsilə baxa bilərsiniz. Proqramın əsas imkanları sırasına
  • Məktubların əldə edilməsi
  • Məktubların oxunması
  • Məktubların göndərilməsi
  • Məktublarla əməliyyat
  • Elektron ünvanların saxlanılması və s. daxildir.

Həmçinin onu qeyd etmək olar ki, Outlook pullu proqram təminatının biraz sadələşdirilmiş və pulsuz formasıdır.

Microsoft Publisher nədir?

  • Microsoft Publisher müxtəlif elanlar, sertifikat, vizit kartlar, təqvim cədvəlləri və s. hazırlanması üçün nəzərdə tutulan proqramdır. Proqram 10 menyu səthi və 4 paneldən ibarətdir. Proqramı Word proqramından fərqləndirən əsas xüsusiyyət daha çox dizayna və səhifə tərtibatına xüsusi diqqət verilir. Əksər proqramlardan fərqli olaraq Publisher 2007 yox, 2010cu ildən etibarən istifadə edilməyə başladı.

Microsoft Access nədir?

  • Microsoft Access proqramı verilənlər bazasının yaradılması və idarə edilməsi üçün nəzərdə tutulmuş bir proqramdır. Proqramın əsas funksiyaları müxtəlif növ informasiyaları-verilənləri toplamaq, obyektlərin axtarılması və sıralanmasını təmin etmək, informasiyaları daxil etmək üçün formalar tərtib etmək və hesabatlar aparmaqdır. Həmçinin qeyd edə bilərik ki, proqram verilənlərin idarə olunmaq keyfiyyətini artırmağa xidmət edir. Microsoft Access proqramının obyektlər panelində aşağıdakı düymələr yerləşir:
  • Cədvəllər(Tables)
  • Sorğular(Queries)
  • Formalar(Forms)
  • Səhifələr(Page)
  • Hesabatlar(Reports)
  • Makroslr(Macros)
  • Modullar

Proqramın əsas xüsusiyyətlərindən biri də, digər proqramlarda və verilənlər bazasında saxlanılan informasiyaları idxal edə və ya əlaqələndirə bilir.

  • Microsoft OneNote qeydlərinizi həmçinin əlavə verilənləri toplamaq və təşkil etmək üçün istifadə olunan Microsofot Office proqramıdır. Proqram xüsusi axtarma, daha əvvəl axtarıb tapa bilmədiyiniz informasiya və ya verilənləri tapmaq xüsusiyyətləri ilə diqqəti cəlb edir. Həmçinin məlumatları bir araya gətirmək və yeniləmək funksiyalrını da özündə birləşdirir. Proqram verilənləri idarə etməkdən daha çox işinizi asanlaşdırmağa köməklik göstərir. OneNote proqramı fikirlərinizi istənilən formada, ideyalara uyğun şəkildə formalaşdırır. 2014-cü ildən etibarən pulsuz şəkildə istifadə olunur. Belə bir sual ortaya çıxa bilər ki, OneNote proqramı bizim işimizə ən çox nə zaman yaraya bilər?

Qeyd etmək olar ki, proqram xüsusilə istənilən dizayn və formada yazılar əldə etmək, şəkillərin və ya slaydların üzərində müxtəlif qeydlər aparmaq istədikdə ən çox bizim üçün faydalı ola bilər. Həmçinin, qeyd olunan verilənləri asanlıqla proqramın yaddaşında tapa bilərsiniz. OneNote proqramının istifadəsi sizə biznes proseslərinin idarəolunmasında xüsusilə köməklik göstərəcək.

  • Microsoft İnfoPath proqramı verilənlərin toplanması və onların idarə olunması üçün nəzərdə tutulan proqram təminatıdır. Proqram ilk dəfə 2003-cü ildə yaradılmışdır. Proqramın əsas xüsusiyyəti verilənləri qəbul edərək sənədlər yaratmaq və onları redakrə etməkdir. Tətbiqin ən son versiyası 2013-cü il versiyasıdır.

Sadalanan Microsoft Office proqramları hər biri bir-birilə əlaqəli proqramlardır. Office proqramlarının istifadəsi xüsusilə bir çox böyük şirkətlərinin iş strukturunun əsasını təşkil edir. Bu proqramlar bizə əməkdaşlıq və işbirliyi çərçivəsində daha asan və daha operativ fəaliyyət göstərməyimiz üçün köməklik göstərir. Proqramların yeni versiyalarının işlənib hazırlanması isə fəaliyyətin keyfiyyətinin artırılmasına xidmət edir.

Ofis proqramları və Kompüter kursları haqqında məlumat almaq üçün və daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Ofis proqramları

Bütün ofis proqramları, onlayn formada yükləmə və aktiv etmək üçün. Yalnız sizə lazım olan word, excel və digərlərini seçib yükləyə bilərsiniz. Bunun vasitəsilə kompüterinizdə xeyli boş sahəyə qənaət etmiş olacaqsınız

  • Mətn proqramları / Ofis proqramları
  • 2023-01-15
  • 1 373

562 MB Arxivdə açar var

ABBYY FineReader 14.0.105.234 Standart + Corporate + Enterprise

ABBYY FineReader, sənədləri, rəqəmsal kamera görünüşlərini və PDF sənədlərini, istifadəyə hazır və dəyişdirilə bilər sənədlərə çevirən, iş professionalları üçün yaradılmış, ağıllı PDF çevirici və sənəd tətbiqidir. Uyğun gələ bilən Sənəd Tanıma Texnologiyası (Adaptive Document Recognition Technology)”nin yaratdığı inqilab sayəsində, FineReader, sənədin formatını, məntiqi quruluşunu, səhifə nizamını tamamilə qoruyan və yüksək düzgünlük təmin edən ilk OCR tətbiqidir. Bu yüksək texnologiya, nəticə mərkəzli yeni axtar üzü sayəsində hər zamankindən daha asan və sürətli, elektronik sənəd çıxarar.

  • Mətn proqramları / Ofis proqramları
  • 2018-12-11
  • 4 839

2 MB Pulsuz

MSAct ++ 2.07 / 1.0.8 b3

MSAct, Windows 7, 8, – 10 əməliyyat sistemi ilə yanaşı, Office 2010 – 2013, 2016, 2019 proqram paketini də aktivləşdirməyə imkan verən bir proqramdır. Sadə və intuitiv interfeys, eləcə də ƏS və Office ilə tez bir şəkildə kömək etməyə imkan verən optimal həll vasitəsidir.

  • Əməliyyat sistemləri / Ofis proqramları
  • 2018-11-05
  • 3 587

860 MB Pullu [Açar mövcuddur]

iSpring Suite 9 v9.0.0 Build 24913 Final

iSpring Suite – PowerPoint proqramına əlavə olduğundan istifadəsi çox asantdır. Slaydşouları proqram vasitəsi ilə daha da professional hala gətirə bilərsiniz. Bir çox məşhur şirkətlər (Oracle, Sony, P&G, IBM, adidas, AMD) öz slaydşoularının hazırlanmasında bu proqramdan istifadə etməkdədirlər.

  • Ofis proqramları / Digər mətn proqramları
  • 2018-10-25
  • 3 035

250 MB Pulsuz

LibreOffice 6.1.2 Fresh + x64

Pulsuz Microsoft Office-yə alternativ olan ofis paketidir. Calc – bir elektron cədvəl; Impress – multimedia təqdimatlar yaradılması və məlumat səhifəsi; Draw – bir vektor qrafik redaktoru; Math – riyazi düsturlar üçün redaktor: Çox müsbət keyfiyyətləri biri – müvafiq sənədlər formatlar MS Office bütün bu tətbiqlərinə iş imkanı vardir.

  • Mətn proqramları / Ofis proqramları
  • 2018-10-22
  • 2 598

Microsoft Office Professional 2003 SP3 (2018.10)

Microsoft Office, fərdi məhsuldarlıq məhsullarından ibarət olan bir məhsul qrupundan daha əhatəli və inteqrasiya olunmuş bir sistemə təkamülləşdi. Bir çox adamın onsuz da bildiyi tanış vasitələri təməl sahə və birlikdə çalışmaq üçün hazırlanmış serverləri, xidmətləri və masaüstü proqramlarını ehtiva edən Microsoft Office Sistemi, çox geniş bir miqyasda iş problemlərini həll etməkdədir.

  • Mətn proqramları / Ofis proqramları
  • 2018-10-11
  • 10 572

2.10 GB / 2.39 GB / 962 MB / 1.13 GB

Microsoft Office 2010 SP2 Standard / Professional Plus + Visio Premium + Project Pro 14.0.7214.5000 (2018.10)

Microsoft Office 2010-un distributivini nəşr edən Microsoft iş həyatında ən çox seçilən proqramını daha sadə, təsirli və sürətli iddialarıyla istifadəçilərlə görüşdürdü. Əvvəlki distributivlərə görə çox əhatəli dəyişiklikləri və əlavə imkanları saxlayan bu distributiv, uzun bir test müddətini geridə buraxdı.PowerPoint istifadəçiləri üçün Microsoft bəzi inanılmaz gözəl slayd keçidlər əlavə etdi. Windows 7 istifadəçiləri üçün, Office 2010 üçün JumpLists xüsusiyyətini dəstəklər. Microsoft Office 2010-un ən əhəmiyyətliyi xüsusiyyəti fikirlərinizi ifadə edə biləcəyiniz və problemləri təhlil edə biləcəyiniz digər insanlarla ünsiyyətə keçə bilməniz. Proqram PC, Veb və ya ağıllı telefonlar üzərindən Office sənədlərinizə istədiyiniz yerdən çatmanızı təmin edir.

  • Mətn proqramları / Ofis proqramları
  • 2018-10-11
  • 16 644

2.6 GB / 2.9 GB / 1.03 GB

Microsoft Office 2013 SP1 Standard / Professional Plus + Visio Pro + Project Pro 15.0.5075.1001 (2018.10)

Microsoft Office 2013-ün proqram paketi. Qurmaq yalnız Windows 7 və 8 kompüterlərin sahibləri bacaracaqlar amma Windows XP-də və Vista da Office 2013 işləmir. Office 2013 ofis əlavələrinin qəti emal edilmiş ənənəvi paketi təşkil edir. Bu qayda ilə vaxtında kökündən Microsoft Office 2007-də istifadəçi interfeysi emal edilmişdi. Məlum olduğu kimi, Windows 8 həmçinin planşet kompüterləri üçün hazırlanmışdır. Buna görə Microsoft bu halda ofis paketinin lokal versiyasını saxlayıb diqqəti buludlu anbarlar vasitəsilə məlumatların mübadiləsinə maksimal ayırdı.Office 2013-də “buludda” ofis sənədlərini saxlamaq olar: proqram paketi SkyDrive-in və SharePoint-in məlum buludlu anbarlarını dəstəkləyir. Microsoft Office 2013 dizaynı Metro Windows 8 stilinə üzrə maksimuma yaxınlaşıb əhəmiyyətli dərəcədə dəyişdi.

  • Mətn proqramları / Ofis proqramları
  • 2018-10-11
  • 9 996

Comments are closed, but trackbacks and pingbacks are open.