Press "Enter" to skip to content

Məliyyat sistemləri

Axtarış (Find)-Bu əmr lazım olan proqramın axtarışında və işə salınmasında istifadə olunur.Əmr proqramın adını dəqiq bilmədikdə də onun axtarışını həyata keçırir.Axtarış dioloq pəncərəsi 3 dərəcədən ibarətdir : 1)ad və yerləşmə , 2)dəyişilmə tarixi , 3)əlavə

Windows əməliyyat sistemləri

1) Windows əməliyyat sisteminin təyinatı və xarakteristikası. 2) Windows –un baş menyusu və onun elementləri. 3)Windows pəncərələri ilə iş. 4)Windows –un obyektləri. 5)Sənədlərlə iş. 6)Sənədlərin tərtibatı.
1. Windows əməliyyat sisteminin təyinatı və xarakteristikası.

Windows əməliyyat sistemi MS DOS bazasında yaradılmışdır. Bu əməliyyat sistemi bir sıra üstünlüklərə malikdir. MS DOS –a nəzərən Windows daha mükəmməl istifadəçi interfeysinə malikdir. MS DOS iş zamanı proqramı yükləmək və ya digər əməliyyatları aparmaq üçün klaviatura vasitəsi ilə əmrlər yazılmalı idi. Windows –da istifadə olunan qrafik istifadəçi interfeysi bu baxımdan daha əlverişlidir.

Windows- da : – MS DOS- un əmrlər sətri ilə işinin xüsusiyyətlərini ətraflı öyrənməyə ehtiyac yoxdur. – əməli yaddaşla işin üsullarını xüsusi olaraq öyrənmək lazım deyil. Çünki MS DOS –un əsas drayverlərinin yüklənməsi avtomatlaşdırılmışdır. – Sənədlərlə və lokal şəbəkədə iş imkanları genişlənir.

Windows əməliyyat sistemi faktiki olaraq kompüterin aparat giriş-çıxış baza sistemini ( BİOS ) tamamlayır. Bunun üçün onun öz BİOS proqramı vardır. O tətbiqi proqramlara icra mühiti , istifadəçilərə isə sistemlə dialoq mühiti ( əməliyyat sisteminin örtüyü ) yaradır . Windows əməliyyat sistemi bir qayda olaraq möhkəm diskdən yüklənməlidir . Komputeri işə qoşmaq üçün maşının korpusunda xüsusi düymə var. Həmin düyməni basıb gözləmək lazımdır , Windows əməliyyat sistemi yüklənsin.

Windows-la işləmək üçün əsas funksional orqan “mouse”- dur. Mouse-un sol düyməsi “Enter” , sağ düyməsi ilə əlavə imkanlar düyməsidir . Sol düyməyə 1 dəfə toxunanda obyekt seçilir , 2 dəfə dalbadal toxunanda isə obyekt aktivləşir. Windows yükləndikdən sonra ekrana “ işçi stol “ çıxır . İşçi stolun sol sütununda Windows –un obyektləri (qovluq ,sənəd ,yarlıq ) yerləşir.

İşçi stolun özü qovluqdur və ona uyğun alt kataloq Windows kataloqunda yerləşir. İşçi stolunda ixtiyari obyekt ola bilər. Bunlara aşağıdakılar aiddir : mənim komputerim (My computer), portfel (səbət), şəbəkə mühiti və s. Bu elementlər istifadəçinin plan və məsələlərindən asılı olaraq dəyişə bilər. İşçi stolun aşağı hissəsindəki , üfüqi şəkilli hissə (Taskbar ) məsələlər paneli adlanır. Məsələlər panelindəki buraxılış (Start ) düyməsinin köməyilə lazım olan proqram seçılib yüklənir.
2.Windows –un baş menyusu və onun elementləri.

“Start” (buraxılış) üzərində mouse-un sol düyməsini (bundan sonra sadəcə sol-sağ düymə işlədəcəyik )basan kimi ekrana “Baş Menyu” (Star Menu) açılır. Tətbiqi ,xidməti proqramlara ,sənədlərə müraciaət imkanı yaranır . Bunlara aşağıdakılar aiddir: Proqramlar(Programs), Sənədlər(Documents), Sazlanma(Settings), Axtarış(Find ) , Arayış(Help ),İcra etmək (Run),İşin sonu (Shut down)

Menyunun hər hansı bir əmrini seçməklə ,istifadəçi sistemə hansı əmrin icra olunması haqqında məlumat verir.Bu zaman dioloq pəncərəsində əlavə parametrlər təyin olunur.Hər hansı bir məsələnin icra olunması Start (buraxılış) düyməsinin sıxılması və həmçinin Windows sisteminə işin başlanması haqqında məlumatın verilməsi ilə başlayır.Bu düymənin sıxılması ilə əmrlər siyahısından ibarət Start ( buraxılış) menyusu açılır.Əmrlər siyahasından lazım olan əmr seçilir. Əgər əmrin adından sonra ,sağ tərəfə istiqamətlənmiş ox olarsa ,onda bu onu göstərir ki ,növbəti menyu var. Start(buraxılış ) menyusunun təsviri aşagıdakı kimidir :

Proqramlar (Programs )-Bu əmrdə kompüterdə olan müxtəlif tətbiqi proqramlar ,məsələn:Explorer,Microsoft word ,Excel,Word pad,Paint və s . işə salmağa imkan verir.

Sənədlər (Documents)-Bu əmr bir az əvvəl müraciət olunmuş sənədləri açmağa imkan verir.Burada müraciət olunmuş axırıncı 15 sənədin adı yadda saxlanılır.

Sazlanma (Settings )-Sazlanma idarəetmə panelinin qovluqlarını və printerləri qaçıran əmrləri əhatə edir.Buraya həmçinin məsələlər paneli (Taskbar ) punktu da aiddir ki ,həmin punkt məsələlər panelinin xarici görünüşünü dəyişdirir , baş menyuya əmrlər əlavə edilir.

Axtarış (Find)-Bu əmr lazım olan proqramın axtarışında və işə salınmasında istifadə olunur.Əmr proqramın adını dəqiq bilmədikdə də onun axtarışını həyata keçırir.Axtarış dioloq pəncərəsi 3 dərəcədən ibarətdir : 1)ad və yerləşmə , 2)dəyişilmə tarixi , 3)əlavə

Arayış (Help)-Bu əmrin köməyi ilə Windows haqqında lazım olan məlumatlar məzmun (contents )bölməsində yerləşir.Xüsusi suallara uyğun informasiyanı fənn göstəricisi (İndex ) vasitəsilə tapmaq mümkündür .Arayışda arayışların məzmunu kitab başlıqları kimi təşkil olunub.Mövzunu və ya başlığı göstərməklə buraya daxil olan mövzuların siyahısına baxıb seçmək mümkündür.Bir çox başlıqlarda “əlavə imkanlar “ xüsusi bölməsi var ki , burada da effektiv işləməyin üsulları təsvir olunub.

İcra etmək(Run)- Bu əmr proqramları işə salmaq üçün istifadə olunur.Bunun üçün proqramları işə salma “Run” dioloq pəncərəsindəki daxil etmək sahəsində proqramın yolu və adı göstərilir, sonra isə “OK” düyməsi sıxılır.Bu halda proqram işləyir. İşin sonu (Shut down)-Bu əmr Windows əməliyyat sistemi ilə iş sona çatdıqdan sonra istifadə olunur.Bu əmri “mouse” ilə sıxdıqda aşağıdakı şəkildə dioloq pəncərəsi açılır: Əgər komputeri söndürmək (shut down the computer)sahəsini seçib “Yes” düyməsini sıxdıqda Windows aktiv proqramların sona çatmasını tələb edir və Windows sistemi ilə işin sona çatmasını tələb edir .Sonra isə ekranda “ kompüteri söndürmək olar “ məlumatı görünür. Komputeri bundan sonra söndürmək olar .Komputerin istənilən vaxt söndürülməsi müəyyən verilənlərin itməsinə səbəb ola bilər.Əgər “No” düyməsi sıxılmırsa,onda (shut down) işin sonu dioloq pəncərəsi bağlanır və Windows sistemi ilə işi davam etdirmək olar.

Restart the computer(komputeri yukləmə )- sahəsi seçilirsə ,Windows yenidən yüklənir. Restart the computer in MS DOS mode (MS DOS rejimində komputeri yukləmə )- sahəsi seçilirsə sistem qrafiki örtüksüz yenidən yüklənir. Bu rejim Windows qrafiki mühitində işləməyin proqramların yüksəlməsində istifadə olunur.Windows –a qayıtmaq üçün “Exit “ və ya “ Win” əmrləri daxil edilir və “Enter “ düyməsi basılır.
3.Windows pəncərələri ilə iş.

Hər bir icra edilən proqram üçün ayrıca pəncərə açılır. İstənilən pəncərəni böyüdüb- kiçiltmək və sürüşdürmək mümkündür. Pəncərənin yuxarısı sərlövhə üçün ayrılır. Pəncərəni sürüşdürmək üçün mouse-un kursorunu ( ) sərlövhə nişanının,məsələn, “W” –nun üstünə gətirib sol düyməni sıxmaq və mouse hərəkət etdirmək kifayətdir. Sərlövhə sətrinin altında menyu sətri (Menubar) yerləşir.Menyunun istənilən bəndində sol düyməyə toxunulsa,həmin bəndin içi açılır. Bəndin içində də sol düymə ilə işləmək lazımdır.Nəyisə redaktə etmək üçün File (fayl ) və Edit (düzəliş) bəndləri olmalıdır. Pəncərə ilə işi bitirmək üçün sol düyməni pəncərədən kənarda şıqqıldatmaq kifayətdir.Pəncərənin sərhədlərində mouse-un kursoru iki istiqamətli oxa çevrilir.Bu zaman sol düyməni sıxıb pəncərəni böyüdüb- kiçiltmək olar:

-mümkün kiçiltmə düyməsi

-maksimum böyütmə düyməsi( pəncərəni erkran boyu böyütmək )

-bərpa düyməsi.Düymənin sıxılması ilə pəncərə baglanır və məsələlər panelindəki pəncərənin ad düyməsi yox olur.Bununlada pəncərədə icra olunan proqramın işi sona çatır. Pəncərənin aşağısında və sağ tərəfində “ fırlatma “düymələri var ki, bunların köməyi ilə pəncərəyə sığmayan informasiya pəncərəyə gətirilir. Yuxarı sol küncündəki nişan üzərində sol düyməyə toxunulub pəncərə menyusunu açmaq olar. Menyuda : Restore (bərpa), Move (yerdəyişmə), Suze (Ölçüdəyişmə), Minimize (sıxma), və həmçinin Close (bağlama) əmrləri vardır.

4. Windows –un obyektləri.

My computer qovluğunda lokal komputerin disk qəbul edənlərinin , şəbəkə disklərinin,idarəetmə panellərinin,printerlərin nişanları vardır.

Windows-un obyektləri qovluq,proqram,sənəd və yarlıq hesab edilir.

Hər hansı obyekti açmaq üçün müvafiq nişanə maus vasitəsilə iki dəfə işarə verilməsi və ya Enter düyməsi basılır.Açılan qovluq adi pəncərədir və burada menyu,alətlər paneli və digər zəruri vasitələr əks olunur.

Qovluğun pəncərəsində istənilən obyekti açmaq üçün mausun ikili işarəsi verilməli və ya “Enter” düyməsi basılmalıdır. Qovluğun pəncərəsini açan zaman “Shift “ düyməsi basılarsa bələdçi çağırılır. Eyni işi File/ Explore /Fayl /Bələdçi / əmri ilə də görmək olar . Windows –un bələdçisi adi pəncərədən daha geniş imkanlara malikdir.

View | Refresh | Görünüş | Təzələmə | əmri və ya F5 düyməsinin basılması ilə qovluğun məzmunu oxunur. Cari ( kursorla ayrılmış) obyekt haqqında informasiya pəncərənin aşağı hissəsindəki sətirdə əks olunur.Cari qovluğun bütün obyektlərinin ayırmaq lazımdırsa,(1-2 obyekt istisna olmaqla )həmin

1 -2 obyekti maus vasitəsilə ayırmaq və “İnvert selection” əmrini vermək lazımdır. Mausun sağ düyməsinin işarəsi ilə istənilən obyektin komtekst menyusu çağırılır.Müxtəlif obyektlərin kontekst menyusu çağırılır.Müxtəlif obyektlərin kontekst menyusunda müxtəlif əmrlər olur. Obyektlərin nişanlarının yerini dəyişmək üçün ən əlverişli üsul mausun sağ düyməsindən istifadə etməkdir.Bu halda aşağıdakı menyu ekrana çıxır; -Move Here (yerdəyişmə) -Copy Here (surət çıxarma ) -Create Shortcut(s) Here ( yarlıq yaratmaq ) -Cancel ( imtina ) Yarlıq işçi stolda fayla müraciəti sürətləndirmək üçün yaradılır və bu halda faylın özü deyil , nişanı işçi stola köçürülür. Obyektin surətini çıxarmaq üçün qovluğun pəncərəsinin menyusu ayırması və müvafiq mövqe işarələnməlidir.Bu məqsədlə Ctrl+C düymələr kombinasiyasını da yığmaq olar. Obyekti kənarlaşdırmaq üçün qovluğun pəncərəsinin menyusu ayrılmalı və müvafiq mövqe işarələnməsi və ya DEL düyməsi sıxılmalıdır. Yeni qovluq yaratmaq üçün qovluq pəncərəsinin menyusunun File /New /Folder/ Fayl /Yaratmaq /Qovluq əmri verilməlidir.Yuxarıda göstərilən yerinə yetirmək üçün digər üsullarda vardır. İstənilən ekran obyektinin adının dəyişdirilməsi üçün əvvəlcə maus vasitəsilə obyektin nişanına ,sonra isə yazısına işarə verilməlidir.Nişan dərhal yazının redaktə olunması rejiminə keçir.

Windows-dı obyektin adı 255 simvola qədər ola bilər. Window-un örtük vasitələri isə obyektlər üzərində aparılan əməliyyatlardan imtina etmək mümkündür.Bunun üçün qovluğun menyusunun və ya bələdçinin Edit /Undo/ Düzəliş/Təxirəsalma / “← “ düyməsi ilə yerinə yetirmək olar. Bir disketin məzmununun bütövlükdə digər disketə köçürməsi üçün File / Copy Dick / Fayl /Diskin surətinin çıxarılması / adlı kontekst menyusu əmrindən istifadə etmək olar. Bu zaman alınan dioloq cədvəlində ,ilkin məqsədli disk daxildən qurğu seçiləndən sonra Star düyməsi basılır. Disklərdən istifadə etmək üçün onları formalaşdırmaq lazımdır Bundan əlavə diskləri işçi vəziyyətdə saxlamaq üçün müntəzəm olaraq Yenidən formalaşdırmaq lazımdır. Diskin formalaşdırılması üçün File/Format/Fayl/Formatlaşdırma/menyusu və ya kontekst menyunun Format əmri istifadə olunur.Formalaşdırma pəncərəsi üç üsul təqdim edir. Quick (erase)/Diskin başlığının surətli təmizlənməsi /surətli formalaşdırma .Bu üsulla diskinməzmunu silinir. Full – disketin cığır və sektorlarının tamamilə yenidən nişanlanması. Copy System files only /sistem fayllarının köçürülməsi /köçürmənin formalaşdırma olmadan həyata keçirilməsi

5. Sənədlərlə iş. Windows-un köməyi ilə sənədlərin yaradılması və onların üzərində işləmə imkanı vardır.Windows-un mühitində sənəd redaktə olunduqdan sonra,printerdə alınacaq təsvir ekranda təsvir olunur . By what you see is what yo get – dəqiq inikas prinsipi adlanır. wysiwyg-vasitəsilə sənədin ən yüksək poliqrafik səviyyədə keyfiyyətini təmin etmək olar.Bu məqsədlə miqyaslaşdırılan (ölçüsü dəyişdirilə bilən ) şriflərdən istifadə olunur . Sənədlərin redaktə olunması üçün hazırda geniş istifadə olunan mətn prosesoru Microsoft firmasının Word prosesorudur ….Bu mətn prosesoru yüksək imkanlı proqram məhsulu olub ,sənədin yaradılması üçün çox geniş imkanlar açır .Onun köməyi ilə cədvəlləri redaktə etmək ,başlıqlar yaratmaq , orfoqrafiya və qrammatikanı yoxlamaq, poçt göndərişlərinihazırlamaq ,çox saylı fayllardan mürəkkəb sənədlər yazmaq olar.Word 7.0 ilə iş zamanı başlıqlar yazıldıqdan sonra Enter düyməsi iki dəfə basılmalıdır .Bu halda başlıqlar avtomatik olaraq formalaşdırılır. Mətnin simvolları çox böyük və ya çox xırda olduqda View | Zoom | Görünüş / Miqyas / menyusu istifadə edilməklə inikasın miqyası dəyişdirilir. Redaktə zamanı alət panelinin hər hansı düyməsi üzərinə maus kursoru gətirildikdə ,düymənin adı və ekranın aşağısında izahat görünür .Enter düyməsinin hər bir dəfə yığılması yeni abzas əlavə edir.Artıq boş sətirlər Del – düyməsi ilə yox edilir .Cari abzası sonrakı abzasla birləşdirmək üçün cari abzasın sonu kursorla qeyd edilərək Del –düyməsi basılır .Bir abzası iki yerə bölmək üçün Enter -düyməsi lazımı yerdə yığılır.Redaktə zamanı “→”,” ←”,”↓”,”↑ ” düymələrindən istifadə olunur .Səhv simvollar iki üsulla ləğv edilir. Kursor simvoldan sağda olanda Bakspace ,solda olanda Del – düyməsi basılır . Əgər bir neçə sözü və ya sətri ləğv etmək lazımdırsa ,kursor həmin fraqmentin əvvəlinə gətirilir.Shift –düyməsi saxlamaqla ( basılmaqla) Kursor fraqmentin sonuna aparılır və fraqmentin rəngi dəyişilir. Del- düyməsi basıldıqda fraqment ləğv edilir.

Fraqmenti bir yerdən başqa yerə köçürmək üçün aşağıdakı əməliyyat aparılır:

-fraqment ayrılır -shift +del \ və ya ctrl +x , \düymələr kombinasiyası basılır -kursoru fraqmentin köçürüləcəyi yerə köçürmək -shift +ins \ və ya ctrl +v \ düymələr kombinasiyası yazılır və ayrılmış fraqment yeni yerə köçür Əməliyyat zamanı kursoru maus vasitəsilə hərəkətə gətirmək əlverişlidir .Fraqmentin yeni yerdə surətinin çıxarılması üçün aşağıdakı əməliyyat aparılır -fraqmentin ayrılması -ctrl +ins \ və ya ctrl + c düymələr kombinasiyası yığılır -kursoru fraqmentin surətinin göndəriləcəyi yerə köçürmək -shift +ins və ya ctrl + v düymələr kombinasiyası yığılır və surət yeni yerdə yerləşdirilir. Başqa üsulda vardır .fraqmentin maus vasitəsilə “köçürülərək“lazımı yerə köçürülür və bu zaman CTRL düyməsi basılır və saxlanılır. Sənədi mühafizə etmək üçün File \ Save \ Fayl \Mühafizə etmək\ menyusu ilə ctrl + s düymələr kombinasiyasından istifadə edilir. Hazırda faylın yüklənməsi üçün File \ open \ fayl \ açmaq \ menyusu , Ctrl+ o düymələri istifadə edilir və Open dioloq pəncərəsində kursorla tələb olunan faylın adı seçilir . Başqa qaydada həmin əməliyyat aparılır. Mausun kursoru ilə müvafiq nişan ayrılır və iki dəfə işarə verilir və ya Enter düyməsi basılır. Yeni fayl üzərində işə başlamaq üçü File \ view \ fayl \ yaraşmaq menyusuna əmr vermək və ya Ctrl +IV düymələrindən istifadə etmək lazımdır. File \ Print \fayl \Çap və ya Ctrl + p düymələr kombinasiyası sənədin ayrılmış hissəsini printerə çap etməyə imkan verir. File \ Print \ prevew\ Fayl \nəzərdən keçirmək \ menyusu ilə mətnin printerdə necə çap olunacağını dəqiq şəkildə görmək olar

6. Sənədlərin tərtibatı.

Cari abzası yenidən formalaşdırmaq üçün Format / Paraqraph /Format / Abzas / menyusu ayrılır. Əgər bir neçə abzası yenidən formalaşdırmaq lazımdırsa , onların hamısı ayrılmalıdır .

Paraqraph dioloq pəncərəsi abzasın yeni sətirlərarası intervallar , addımların ölçüsü və s dəyişməyə imkan verir.

View / Ruler / Görünüş /Xətt / əmrilə ekrana çıxan abzas xətkeşi abzas sətrinin tənzimlənməsinə xidmət edir. File / Parameters / Fayl / Sətirlərin parametrləri / menyusunun köməyi ilə mətnin kağız üzərində yeri müəyyənləşdirilir.Mətn sətirlərinin ölçüsü Paper size / Kağızın ölçüsü / dioloq pəncərəsində , boş sahələrin ölçüləri / eni / Maqdins / sahə / dioloq pəncərəsində müəyyənləşdirilir. Mətnin qəzet / jurnal sütunları kimi tərtibatı üçün Format / columns / Format / Sütunlar / menyusu istifadə olunur . Mətnlərin işlənməsi üçün lazım olan kontekst axtarışı və əvəzləmə imkanları Microsoft Word – də nəzərdə tutulmuşdur .Bu imkanlar Edit / Find /Düzəliş / tapmaq /menyusu ilə reallaşdırılır. Redaktə olunan mətndə “ örtük “ sözü tapılır . Find dioloq pəncərəsində və Find Next / Növbəti / düyməsi basılır. Find next düyməsinin təkrar yığılması bütün mətn üzrə “örtük “ sözünün tapılmasının təyin edir. Replace / Əvəz et / düyməsi mətndə rast gəlinən bütün “ örtük “ sözlərinin “ proqram örtüyü “ sözü ilə əvəz etməyə imkan verir .

Sənədin tərtibatı şəkillərdə zənginləşdirildikdə keyfiyyət yüksək olur . Ən sadə üsul Word proqramı və Windows sistemi ilə birlikdə verilən şəkillər kolleksiyasından istifadə etməkdi .Şəkili sənədin kazımi yerinə insert / Picture / Yerləşdirmək / Şəkil / menyusunun əmri ilə yerləşdirmək olar .İnsert / Picture dialoq pəncərəsinin köməyi ilə Clouds . Bmp faylı tapılır. Və Ok düyməsi basılır şəkil mətnin lazımi yerində əks olunur Preview / Baxış / düyməsilə şəkil əvvəlcədən nəzərdən keçirilə bilər .Şəkil mətnin digər hissələri kimi yeni qaydada göçürülə, ləğv edilə və sürəti çıxarıla bilər .Şəkili ayırmaq üçün mausdan işarə vermək lazımdır.Ayrılmış şəklin ölçülərini dəyişmək mümkündür.Bunun üçün mausla şəklin “küncündən “ dartmaq lazımdır .Bu halda şəkil mütənasib olaraq böyüyəcəkdir.Şəklin üfüqi tərəfindən v “dartdıqda “ şaquli ölçülər , şaquli tərəfindən dartdıqda üfüqi ölçülər böyüyəcəkdi .Sənədlərin hazırlanması üçün istifadə olunan bütün Windows proqramlarda çap file / Print / Fayl / Çap menyusunun əmri ilə icra olunur.Sənədin bütövlükdə və ya bir hissəsini çap etmək olar .

Windows -un aparat vasitələri ilə aşağıdakı minimal tələbatı vardır. -mikroprosessor 80386 -4 Mbayt yaddaş -30 -40 Mbayt sərbəst yaddaş ( möhkəm disk üzərində ) -maus

Əgər Windows komputerdə tam əməliyyat sistemi kimi yerləşdirilərsə ( Ms Dos –iştirak etmədən ),onda komputeri Windows komplektinin Boot Disk Disketindən yükləmək lazımdır.Ms Dos la birlikdə Windows – u yükləmək üçün Setup . Exe faylı əl ilə işə salmalıdır.Bu fayl 1 –ci diskdə və ya distributun CD –ROM da ola bilər. Windows –un qurulması / yüklənməsi / proqramı Wizard | usta | firmasında həyata keçirilir.Wizard prosesi bir neçə addıma bölür.Və həmin sadə addımların hər birinə qayıtmaq nəzərdə tutulur.Hər addımda dioloq pəncərəsində zəruri şərhlər verilir.Addım əlverişlidirsə ,Next / Sonda /düyməsi basılır.Əvvəlki addıma qayıtmaq üçün Back / Geri / düyməsi , işi yarıda saxlamaq üçün Cancel / imtina | düyməsi basılır. Windows interfeysinin sazlanması üçün Control Panel –nin ( idarə etmə paneli)

vasitələri geniş imkan verir.

Control Panelin –in vasitələrinin funksiyaları: 1.xüsusi imkanlar → hiss üzvləri pozuntuları olan istifadəçilər üçün nəzərdə tutulur. 2.Add New Hairdware → avadanlıqları n qruplaşdırılması 3.Add / Remove Programs →proqramların qurulması və kənar edilməsi 4.Date / Time → tarix və vaxt 5.Display →ekran 6.Fonts →şriflər 7.Keybord→klviatura 8.Mail and Fax →poçta və faks 9.Modems →modemı 10.Mouse →maus 11.Multimedia →multimedia .Səs ,vidio , musiqi alətlərinin interfeysi vasitələri 12.Network →şəbəkə 13.Passwords →parollar 14.Power→qidalanma 15.Printers →printerlər 16.Regional settings →dillər və standartlar 17.Sounds →səslər və s

Əməliyyat sistemləri

Noyabr 2022 tarixində olan ən son yenilənmələr qurulub. Standart Windows 7 dizaynından bezənlər üçün xüsusi dizayn tema paketi yüklənib, xoş görünüşü mövcuddur. Sistemi hazırlayan ovgorskiy 12 ildir fəaliyyət göstərir, tam olaraq güvənə bilərsiniz

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2022-12-17
  • 882

Windows 7 Enterprise x64 Rus [OneSmiLe]

Rus dilində, ancaq 64 bit sistemlər üşün nəzərdə tutulmuş Windows 7 əməliyyat sistemi. 15.12.2022 tarixinə kimi olan ən son yenilənmələr quraşdırılıb. Forçatdan sonra avtomatik olaraq USER adında istifadəçi yaradılır.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2022-12-17
  • 669

Windows 10\11 digital activation

Kiçik həcmli Windows aktivləşdirmə proqramıdır. Formatdan sonrada, aktiv etdiyiniz açar daim aktiv qalır

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2022-11-15
  • 1 404

StartIsBack 2.1.2 / StartIsBack + 1.7.5 / StartIsBack ++ 1.1.8 Final

Windows 8,10,11 versiyaları üçün Giriş menyusuna əlavə və düzəlişlər etmək üçün yaradılmışdır. Proqram ilə əməliyyat sistemini özünüzə rahat bir şəkildə tənzimləyə biləcəksiniz.

  • Əməliyyat sistemləri / Digər görünüş tətbiqləri
  • 2022-10-29
  • 4 309

Windows update | defender söndürmək | Ümumi optimizasiya

AutoSettings skripti vasitəsilə artıq yüklənmiş olan Win10 və Win11 sisteminizdə optimallaşdırma işləri görə bilərsiniz.Bu proqram ilə rahatlıqla Windows antivirusunu həmçinin yenilənmə funksiyasını deaktiv edə bilərsiniz

  • Əməliyyat sistemləri / Optimallaşdırma
  • 2022-10-14
  • 665

2GB Pulsuz

Windows 10 Enterprise Zosma edition (09.2022)

Bu versiya 2 Gb həcmindədir, 64 bit sistemlər üçün nəzərdə tutulub. 12.05.2022 tarixində olan ən son yenilənmələr quraşdırılıb. Maksimum sürətə görə bir çox funksiyalar söndürülüb optimizasiya olunub, ona görədə Windows-un bütün funksiyalarını istəyən istifadəçilər bu versiyanı yükləməsin

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2022-09-28
  • 291

2.74 gb Pulsuz

Windows 10 Pro 09.2022 [Rus/Eng]

Original Windows_10_Pro_ sistemi üzərində hazırlanmışdır – komfortlu və sürətli istifadəni təmin edir. Şəxsi məlumatlarınızı Microsoft şirkətinə ötürən lazımsız servislər söndürülüb, diskomfort yaradan reklam modulları silinib.

  • Sistem proqramları / Əməliyyat sistemləri
  • 2022-09-12
  • 2 031

NTP nədir? Linux sistemlərdə NTP (chrony) server və client tənzimləmələri.

NTP – Network Time Protocol yəni Şəbəkə vaxt protokoludur. Açıqlamaq gərəkirsə , vaxt bölgüsü ilə bağlı protokoldur. O saat, dəqiqə, saniyə kəsrlərini sinxronlaya bilir. NTP həm daxili həm də xarici mənbədən vaxt məlumatlarını öyrənə və sinxronlaya bilir. Şəbəkə cihazları və serverlər NTP server vəya client olaraq konfiqurasiya oluna bilər. Qısaca NTP şəbəkə cihazlarınızın zamanlarını eyniləşdirən bir sistemdir.

  • Əməliyyat sistemləri / Məqalələr
  • 2021-12-29
  • 870

elnarabdullayeva

Metodiki is 2011-2012 (Windows emeliyyat sistemi)

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ

BAKI SƏNAYE-PEDAQOJİ KOLLECİ

“Informatika,kompüter texnologiyası və EHM ” fənn birləşməsi komissiyası

Metodiki iş

Fənn: Əməyin mühafizəsi və təhlükəsizliyi

Mövzu: Windows əməliyyat sistemi

Müəllim: Abdullayeva Elnarə

F.B. K.S. Rüstəmova.G.A

BAKI-2011

Dərsin gedişinə dair metodiki işləmənin

PLANI

  1. Müqəddimə.
  2. Dərsin mövzusunun qısa xarakteristikası.
  3. Müəllimin dərsə hazırlaşması və dərs planı.
  4. Dərsin təşkili.
  5. Keçmiş mövzu üzrə tələbələrə suallar.
  6. Yeni mövzunun izahı.
  7. Yeni mövzunun möhkəmləndirilməsi.
  8. Evə verilən tapşırıq.

MÜQƏDDİMƏ

Bildiyimiz kimi kompüter əməliyyat sistemi olmadan işə düşə bilməz.Yarandığı vaxtdan bu günə qədər bir cox əməliyyat sistemləri meydana gəlmişdir.Misal olaraq MS DOS,Windows,Unix,Linux,Mac Os və.s əməliyyat sistemlərini göstərmək olar.İlk zamanlarda MS DOS əməliyyat sistemindən istifadə edilmişdir.Zamanin tələbinə uyğun olaraq MS DOS öz yerini Windows əməliyyat sisteminə vermişdir.Biz hal-hazirda bu əməliyyat sisteminin xüsusiyyətləri,növləri,üstünlükləri haqqında danışacağıq.

Dərsin məqsədinin qısa xarakteristikası

Əməyin mühafizəsi və təhlükəsizliyi fənni tək Windows əməliyyat sistemi haqqında deyil,həmçinin kompüterin daxilində baş verən proseslər haqqında,kompüterin yerinin təyin edilməsi,quraşdırılması,təhlükəsizliyi və.s haqqında məlumat verir. Bildiyimiz kimi kompüter əməliyyat sistemi olmadan işə düşə bilməz.Yarandığı vaxtdan bu günə qədər bir cox əməliyyat sistemləri meydana gəlmişdir.Misal olaraq MS DOS,Windows,Unix,Linux,Mac Os və.s əməliyyat sistemlərini göstərmək olar.İlk zamanlarda MS DOS əməliyyat sistemindən istifadə edilmişdir.Zamanin tələbinə uyğun olaraq MS DOS öz yerini Windows əməliyyat sisteminə vermişdir.Biz hal-hazirda bu əməliyyat sisteminin xüsusiyyətləri,növləri,üstünlükləri haqqında danışacağıq.

MÜƏLLİMİN DƏRSƏ HAZIRLAŞMASI

Bildiyimiz kimi əməliyyat sistemi kompüterin mühüm bir hissəsini təşkil edir.Bu gün biz əməliyyat sisteminin digər bir növü olan Windows əməliyyat sistemi haqqında danışacağıq.

Dərsin elmi – nəzəri, metodik və pedaqoji səviyyəsinin yüksəldilməsi onun təlim – tərbiyə imkanlarından səmərəli istifadə edilməsi müəllimin öz fənnini necə bilməsindən asılıdır. Müəllimin dərsə hazırlığı mərhələlərlə getməlidir. Hər bir müəllim daima yeni materialları izləməli,ilboyu proqrama daxil olmuş mövzuları nəzərdən keçirməlidir.

DƏRSİN TƏŞKİLİ

Dərsin təşkili zamanı əyani vəsaitlər hazırlamalı, tələbələrdə dərsə maraq oyatmalıyam. Tələbələrdə axtarıcılıq, tapmaq, anlamaq, ümumiləşdirmələr etmək üçün düşünməyi, təfəkkür fəaliyyətinə geniş meydan verməyi tələb edir. Dərsin problemli təşkili tələbənin zehni fəaliyyətini gücləndirir, onlarda axtarış tələbatı və müstəqil işləmək meyli və bacarıqlarının yaradılmasını təmin edir. Kompyuterlərdən, displeylərdən istifadə təlimin həyatla əlaqəsinin daha da möhkəmləndirilməsi tələbənin fasiləsiz təhsilinə üstünlüyün verilməsi, elm və texnikanın nəaliyyətlərindən istifadə olunması və s. dərsin təşkilinin mühüm amillərdəndir.

Bunların sayəsində tələbələrin hərtərəfli fəallığı təmin edilir. Onların təfəkkürü, idrak qabiliyyətləri inkişaf etdirilir.

KEÇMİŞ MÖVZU ÜZRƏ TƏLƏBƏLƏRƏ SUALLAR

1.Proqram təminatı nədir?

2.Proqram təminatı neçə hissədən ibarətdir?

3.Əməliyyat sistemi nədir?

4.Əməliyyat sistemi hansı proqram təminatına daxildir,

5.İlk əməliyyat sistemi hansi olmuşdur?

6.MS DOS əməliyyat sisteminin xüsusiyyətləri hansılardır?

7.Əməliyyat sistemi olmadan kompüter işləyə bilərmi?

8.Örtük proqram nədir?

9.Ən geniş yayılmış örtük proqram hansıdır?

Windows əməliyyat sistemi.

Windows əməliyyat sistemi bu gün fərdi kompüterlərdə ən çox istifadə edilən bir sistemdir. Sistemin çox yayılmasının səbəbi imkanlarının genişliyi və istifadəsi üçün rahat işləmə imkanı yaratması, yəni rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat sistemidir.

Microsoft firması 1981-ci ildə MS DOS 1.0 əməliyyat sistemini buraxaraq İBM (İnternational Business Machines – Beynəlxalq Ticarət Maşınları) firmasının istehsalı olan PC-lər üçün qrafik mühitinin yaradılması üzərində işə başlayaraq 1-ci mərhələdə İnterface Manager proqramını yaradır. Sonra Windows 1.0 və Windows 1.0 əməliyyat sistemlərini yaradır.

Windows ƏS-nin yaranması sistem mühiti və burada işləmə qaydasını dəyişməyə imkan verdi. Qrafiki interfeysin yaranması istifadəçini çoölu sayda əmrlər strukturunu öyrənməkdən və mürəkkəblikdən azad etdi. Windows ailəsinin əsas üzvləri Windows-95/98/2000, Windows NT, Windows XP əməliyyat sistemləridir. Windows-95 ƏS ABŞ-da Microsoft firması tərəfindən yaradılmaqla və ardıcıl təkmilləşdirilməklə 1998-ci ildə Windows -98, 2000-ci ildə Windows-2000 və s. versiyaları, sonralar WindowsNT, Windows XP yaradıldı. Windows-95 ƏS yaranarkən ilk öncə istifadəçilər tərəfindən soyuq qarşılansa da 90-cı illərdən sonra kompüter dünyasının Windows-a olan münasibətini dəyişdi.

1998-ci ildə yaradılan Windows-98 ƏS çox geniş istifadəçi auditoriyasına malik olmaqla 10 il müddətində aktuallığını qoruyaraq öz yerini Windows -2000 ƏS –nə vermişdir.

Yeni yaradılan Windows 2000 əməliyyat sisteminin fərqli xüsusiyyətləri onun Microsoft Office 97 və Office 2000 tətbiqi proqramları ilə sıx inteqrasiya etməsi, digər firmalar tərəfindən yaradılmış proqramlarla işləyə bilməsi və istifadəçiyə İnternetdən sürətli və səmərəli istifadə etmək imkanı verməsidir. Windows 2000 əməliyyat sistemləri ailəsi dörd proqram məhsulundan təşkil olunub:

Microsoft Windows 2000 Professional – stolüstü və mobil kompüterlər üçün nəzərdə tutulan baza əməliyyat sistemidir;

Microsoft Windows Server – çoxməqsədli yeni nəsil şəbəkə əməliyyat sistemidir. Əməliyyat sisteminin tərkibinə daxil olan çoxlu sayda İnternet və Web-tətbiqi proqramların yaradılmasına imkan verir.

Microsoft Windows Advanced Server –server əməliyyat sistemi olmaqla klasterli sistemlərin yaradılmasına və böyük tutumlu verilənlər bazasının səmərəli quraşdırılmasına imkan verir.

Microsoft Windows Data Center Server – yeni, olduqca güclü server əməliyyat sistemidir.

Yeri gəlmişkən qeyd edək ki, Window-ingiliscə pəncərə, Windows – isə pəncərələr mənasındadır. Yəni ekranda müxtəlif əməliyyatlar yerinə yetirən çoxlu sayda proqramları əks etdirən pəncərələr açmaq və rahat işləmək mümkündür. Windows əməliyyat sistemi DOS üzərində təkmilləşdirilərək böyük miqdarda yeni imkanlara malik olmaqla proqramistlər üçün çox sərfəli bir əməliyyat sistemidir və İBM seriyalı fərdi kompüterlərdə istifadəyə əsaslanmışdır. Windows ƏS nin Microsoft firmasından asılı olmayaraq bir neçə versiyaları da olmuşdur, o cümlədən Parawin (Paragraph firması) rus versiyası. Burada Windows-un ingiliscə olan sorğuları rus dilində işıqlandırılır. 1993-cü ildə Microsoft firması özü rus versiyasını yaratdı, hansı ki, MDB məkanında bu versiyadan geniş istifadə olunur.

Hal-hazırda müxtəlif əməliyyatlar sistemi vardır. Bunlardan geniş yayılmışları Microsoft firmasının hazırladıqları MS-DOS, Windows-95, Windows-NT, Windows –98, Windows Me, Windows 2000, Windows 2002, Windows XP.

Kompüter işə düşərkən ekranda yüklənməni göstərən “qum saatı”-nın təsviri yox olduqdan sonra mouse-un təsvirini hərəkət etdirə biliriksə və “pusk” düyməsinin üzərinə gəldikdə “naçnite rabotu s najatiə s gtoy knopki” şərhını oxuduqda mouseun sol düyməsini həmin “pusk” üzərində sıxaraq Windowsun baş menyusunu açırıq.

Kompüter yaxud Windows aləminə “səyahət” buradan başlayır (Ekranda müxtəlif fon olmasının işə aidiyyatı yoxdur).

«Proqrammı» bəndində Windows ƏS-nin gücünü əks etdirən proqramların siyahısı yerləşir.

«İzbrannoe» bəndində xüsusi seçilmiş papkalar yerləşir.

«Dokumentı» bəndində əməliyyat yaddaşa çağrılmış son faylın siyahısı yerləşir ki, buradan həmin fayla birbaşa müraciət etmək olar.

«Nastroyka» bəndində kompüterin və ya Windowsun sazlanması ilə bağlı imkanlar yerləşdirilmişdir.

«Nayti» bəndində kompüterdə və ya internetdə fayl axtarışını təmin edən imkanlar yerləşdirilmişdir.

«Spravka» bəndində Windowsun və kompüterin bütün sistem komponentlərinə dair məlumat almaq imkanları yerləşdirilmişdir.

«Vıpolnit» bəndində birbaşa icra olunma (exe tipli və ya sazlanma ilə bağlı) imkanlar yerləşdirilmişdir.

«Zaverşenie seansa» cari proqramın işinin sona çatdırılması ilə bağlı sorğu yerləşdirilmişdir.

«Zaverşenie rabotı» kompüterin işinin sona çatdırılması ilə bağlı sorğu yerləşdirilmişdir.

İstifadəçinin qrafik interfeysi. – Windows-un istifadəçi interfeysi monitorun qrafiki rejimindən istifadə edir. İstifadəçinin yeni qrafik interfeysi monitor ekranında yerləşən “pəncərələr” sistemindən ibarət olub, kompüterin işini idarə etmək üçün çox sayda müxtəlif qrafiki obyektlərdən ibarətdir.

Windows mühitində çoxlu sayda obyektlər –fayl sistemli obyektlər, qrafik interfeysli obyektlər və s. mövcuddur.

Windows obyekyönlü proqramlaşdırma texnologiyasına əsaslanmışdır. Bu texnologiyaya görə istifadəçiyə fraqmentləri müxtəlif mühitlərdə hazırlanmıç sənədlər təşkil etməyə imkan verir. Windows obyektləri ilə tanışlığa onun baza obyektləri olan fayl, qovluq, tətbiqi proqram və sənəd obyektləri ilə tanışlıqdan başlayaq.

Obyekt-fayl. Fayl dedikdə məntiqi əlaqəli verilənlər və proqramlar toplusu olmaqla xarici yaddaçda müəyyən ada malik sahə başa düşülür.

Fayl sistemi – konkret fayla daxil olma imkanını yaradır və yeni fayl yazıldığı halda boş yer tutmağa icazə verir. Windows-98-də FAT16, FAT32 (Fale Allocation Table-disk sahəsində klasterlərin vəziyyətini təsvir edən cədvəl) sistemlərindən istifadə edilir. Bu sistem fayllarda saxlanılan informasiyanın fiziki diskə yazmaq sxemini təyin edir. Windows mühitində istənilən fayl unikal ada malik olan obyekt kimi qıbul edilir. Fayla saxlanılacaq informasiyanın məzmununa uyğun ad verilməsi məsləhətddir.

“Svoystva” əmrini seçməklə Faylın aşağıdakı xüsusiyyətlərə baxaq:

– faylın disk sahəsindəki həcmini göstərən ölçüsü;

– faylın yarandığı tarix və vaxt;

– faylda aparılan sonuncu dəyişikliyin tarixi və vaxtı;

– faylın atributları (arxiv faylı, ancaq oxumaq üçün fayl, gizlədilmiş fayl, sistem faylı.

Fayl üzərində əməliyyatlar aşağıdakılardır:

– faylın adını dəyişmək;

– faylın xüsusi nişanını yaratmaq;

Obyekt – qovluq. Windows fayl sisteminin digər vacib obyekti qovluqdur. Windows qovluğu kargüzarlıq işində sənədlərin saxlanıldığı adi qovluq rolunu oynayır. Bunun vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Windows-un qovluq anlayışı MS DOS əməliyyat sistemində olan kataloq anlayışı ilə eynidir. Windows mühitində “qovluq” termini daha geniş mənada istifadə edilərək “obyektlər ambarı” da adlanır.

Qovluğun da xassələrini öyrənmək üçün eynilə “Svoystva”əmrini seçməklə aşağıdakıları müəyyən edə bilərik:

– Qovluğun adı və qovluğun standart nişanı;

– Qovluğun yerləşdiyi və ona müraciət yolunu göstərən digər qovluğun adı;

– Faylların və qovluqların həcmlərinin cəmini göstərən digər qovluğun adı;

– Qovluqda saxlanılan altqovluqlar və faylların miqdarı;

– Faylın yaranma tarixi və vaxtı;

– Qovluğun atributları: ancaq oxumaq üçün, arxiv üçün, gizli, sistem faylı. Obyektlərdə olduğu kimi, qovluqlar üzərində də fayllar üzərində yaratmaq, silmək, ad dəyişdirmək, digər yerdə surət çıxarmaq və s.

Windows mühitndə xüsusi təsvir vasitəsi (yarlık). Windows mühitində xüsusi təsvir vacib anlayışlardan biridir. O, sol tərəfdə qara ox olan nişanla təsvir edilir. Xüsusi təsvir –hər hansı bir obyektə istinad olub, onun olduğu yeri göstərən ikinci (əlavə) təsviridir.

Xüsusi təsvir üzərində olan əməliyyatlar fayl üzərində olan əməliyyatlar kimidir.

Qovluqların ierarxik strukturu MS DOS ƏS-də kataloqların ierarxik strukturlarının təşkil olunmasına analoji olaraq, Windows-da da qovluqların strukturu təşkil olunmuşdur. Bu strukturun yuxarı səviyyəsində yeganə obyekt yerləşir ki, buna “işçi stol” deyilir. II səviyyədə işçi stolda standart obyektlər “Moy kompğöter”, “Moi dokumentı”, “Korzina” qovluqları aiddir.

Əsas anlayışlar. Kompüterdə informasiyanın emal olunan işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə olunur. İngiliscə “xarici sifət” mənasındadır.

İnterfeys – vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanın bir-birilə qarşılıqlı əlaqəsini təmin edir.

İnterfeysin növləri: istifadəçinin interfeysi, intellektual interfeys, insan-maşın interfeysi, proqram interfeysi və s.

İstifadəçi interfeysi 2 cür olur: simvol interfeysi və qrafiki interfeys.

Simvol interfeysi– videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.

Qrafiki interfeys – videsistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə -nöqtə şəklində çıxarılır.

Qrafiki interfeys obyektləri –pəncərələr. İstifadəçinin qrafiki interfeysinin əsasını təşkil edən və yaxşı düçünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir.

Pəncərə – monitorun ekranında haşıyələnmiş düzbucaqlı sahə olub, burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman aktiv olur ki, istifadəçi onunla işləyə bilir.

Pəncərələr aşağıdakılardır: tətbiqi proqramlar və sənədlər pəncərələri, dialoq pəncərəsi, gizlədilmiş pəncərələr, əmrlər düymələri, seçmə düyməsi, çeviricilər, siyahılar sahəsi, mətn sahələri, işçi stolunun təyinatı.

Verilənlərin mübadiləsi. “Windows” konsepsiyasının yaranması ilə əlaqədar olaraq, verilənlərin mübadiləsi dedikdə, verilənlərin bir obyektdən digər bir obyektə ötürülməsi başa düşülür.

Mürəkkəb sənəd anlayışı- Windows ƏS verilənlərin elə bir mübadiləsi mexanizmini təmin edir ki, bunun vasitəsilə istənilən tətbiqi proqram öz sənədi daxilinə praktiki olaraq, istənilən verilənləri, hətta işləyə bilməyəcəyi verilənləri də daxil edə bilər. Bu universal mexanizm OLE (Object Linking and Embedding-obyekt əlaqələndirilməsi və quraşdırılması) texnologiyası əsasında təmin olunur.

OLE –nin yaradılmasına səbəb, müxtəlif tip verilənlərdən sənədlərin tərtib edilməsi olmuşdur. Bir neçə versiyası mövcuddur (Məs. OLE 2.0). OLE texnologiyası Windows tətbiqi proqramların hamısının yox, yalnız mürəkkəb sənədlərin işlənməsi üçün lazım olan tətbiqi proqramları nəzərə alır.

OLE –də verilənlərin mübadiləsi bir neçə variantda həyata keçirilir:

Obyektin yerləşdirilməsi (obyekt qəbuledici- sənəddə yerləşdirilir), obyektin əlaqələndirilməsi (sənədə istinad edilir), obyektin daxil edilməsi (sənədin özü yerləşdirilir).

Müxtəlif tipli verilənlərə malik sənəd heç də adi sənəddən fərqlənmir. Bu sənədə mürəkkəb və ya inteqrasia olunmuş sənəd deyilir.

Verilənlərin mübadiləsində mouse vasitəsilə də surət çıxartmaq, dəyişdirmək və s. işləri yerinə yetirmək olar.

Bufer vasitəsilə verilənlərin mübadiləsi. Bu virtual yaddaşın bir hissəsindən verilənlərin mübadiləsi zamanı yığıcı məntəqə kimi istifadə edilir.

YENİ MÖVZUNUN MÖHKƏMLƏNDİRİLMƏSİ.

Bu gün biz əməliyyat sisteminin nə olduğunu hansı proqram təminatına aid olduğunu,nə kimi rolu olduğunu bir daha öyrəndik.Ən əsası əməliyyat sisteminin ilk yarandığı dövrdən bu günə kimi istifadə olunan növləri haqqında,hal-hazirda təhsil sahəsində istifadə olunun növü,onun xüsusiyyətləri,üstünlükləri,necə istifadə edilməsi haqqında müəyyən məlumatlar verildi.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

  1. C.Симонович Е.Г.Евсеев «Практическая информатика»
  2. C.Симонович Т.Е.Евсеев «Вы купили компютер»

Comments are closed, but trackbacks and pingbacks are open.