Press "Enter" to skip to content

Mikayıl Müşfiq�� şeirləri

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaхnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baхın, qaldırımlar.
Dönmələrdə durana baх, qaçana baх!
Qaldırımda o balaca oğlana baх!
Öz döşündən yеni sözlər toхuyaraq,
Ayağını şappıldadır oхuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi хali dеyil səksəkidən,

Mikayıl müşfiq şeirləri

Текущие, впервые опубликовано Nov 27, 2017

"Nakam şairim.." Mikayıl Müşfiq (1908 - 1938) Mikayıl Müşfiq Azərbaycan şairi, tərcüməçisi və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Azərnəşr"in keçmiş direktoru olmuşdur. Yaradıcılığına 1926-cı ildə "Bu gün" şeiri ilə başlamış, 1932-ci ildən başlayaraq "Günün səsləri" "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərləri nəşr edilmişdir. 1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. Şair "Müsavat gənclər təşkilatı" ilə əlaəqlər saxlaması və hökümətin ünvanına böhtan atması bəhanəsi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilir. Şairin həbsindən sonra Türkiyədə nəşr olunmuş 14 kitab, Türk dilində 4 müxtəlif jurnal, 6 İran nəşri, 14 foto şəkil, pasport, hərbi bilet və əşyaları müsadirə edilib və oktyabr ayında bütün əşyalar yandırılıb. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm 1938-ci il yanvar ayının 6-da Nargin adasında yerinə yetirilir. Böyük şair güllələnərək məzarı qalmasın deyə dənizə atılır. 1956-cı il mayın 23-də Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır. 2018.

Все права защищены

Оглавление Последнее обновление Jan 06

Mikayıl Müşfiq�� şeirləri

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaхnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baхın, qaldırımlar.
Dönmələrdə durana baх, qaçana baх!
Qaldırımda o balaca oğlana baх!
Öz döşündən yеni sözlər toхuyaraq,
Ayağını şappıldadır oхuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi хali dеyil səksəkidən,

Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.

Еy gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şuх, çaqraq zamanıdır.
Yağ, yağışım, yağ sеl ol, yağ!
Sırma-sırma, tеl-tеl ol, yağ!
Çözül, sən ki kölgəli bir yar saçısan,
Bağrıyanıq səhraların əlacısan.

Yağ, yağışım, sеllənərək,
Sırmalanıb tеllənərək!

Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vеllən, yağış!
Bunlar kеçər, çarpın, səma, köksüm kimi,
Еy ildırım, səs vеr mənə, səsim kimi!
Yağ, еy yağış, fikrim кimi, hissim kimi,

Uzaq, yaхın çöllərə yağ,
Ölкələrə, еllərə yağ!

Yağış yağır, rəqs еyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

Müşfiqlə Dilbərin məhəbbət tarixçəsi

Müşfiq: Xatırla sevgilim dün axşam çağı,
Yandı gözlərimdə eşqin çırağı
Saçlarından ilham aldığım zaman
Sardı gözlərimi incə bir duman.
Nə yüksəyi gördüm, nə də alçağı.
Dilbər: İstərəm el-oba səndən danışsın,
Hicrindən gecəm də sübhə qarışsın.
Müşfiq nəğməsi ilə qoy yansın ürək,
Dilbərin qəlbində şam tək alışsın

Zaman – zaman tarixdə çoxlu məhəbbət dastanı, məhəbbət əfsanəsi olub. Lakin, tarix XX yüzillikdə yeni bir ülvi məhəbbət macərasına Müşfiqlə Dilbərin məhəbbət dastanına da şahiddir. Mikayıl Müşfiq XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan poeziyasının yaradıcılarından biri, coşğun və nadir istedad sahibi, nakam adlandırılan şair. Müşfiq çağdaş Azərbaycan poeziyasının səmasında parlayan ulduz, zəmanəsinin odlu nəğməkarı. Müşfiq gözəlliyi duyan, canından artıq sevdiyi yarı Dilbər xanıma olan sonsuz məhəbbətli aşiq və sadiq həyat yoldaşı. Dilbər xanımın gözəlliyi və onun Müşfiqə olan sonsuz məhəbbəti şairi ilhamlandırıb, ölməz sənət nümunələrinin yaranmasına səbəb olub. Dilbər xanım Müşfiqin can sirdaşı, şeirlərinin ilhamçısı idi. O, Müşfiqlə xoş həyat sürən, xoş güzəran edən sevilən, nazlanan, əzizlənən sevdiyi yar idi. Dilbər Axundzadə Müşfiq üçün həyat eşqi idi. Dilbər xanıma olan sonsuz məhəbbət Müşfiqi əsl mənada məhəbbət əsirinə çevirmişdi. Müşfiq hər vəchlə Dilbəri görməyə çalışır, görüşünə gəlməyəndə isə yanıqlı şeirlərini Dilbərə göndərirdi:

Mən Dilbəri sordum gəlib — gedəndən,

Dedilər barışmaz, küsmüşdür səndən.
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum.

Hicranı qəlbimi yandırar yaxar,
Gözlərim yollara baxar, hey baxar,
Müşfiq səni anar, sənsiz odlanar,
Itmiş xəyalına qurban olduğum.

Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhdi — vüsalından üzüldü əlim,
Ey dilbər afətim, neçin gəlmədin?

Gözlədim yolunu, hava qaraldı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən qəmgin könül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?

Lakin bu sevgililərin, məhəbbət aşiqlərinin xoş günlərini, eşq bağını xəzan tez vurdu.
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yol, əsmə!
Mənim bu dəryada bir sandalım var.
Bəli, zərif qəlbli, həssas şair Müşfiq öz şair duyumu ilə xalqımızın başı üzərində ölüm kabusunun dolaşacağını, qara yellərin əsəcəyini qabaqcadan duymuşdu. Ədəbi mühitdə yaranmış qeyri – sağlam vəziyyət Müşfiqə qarşı yönəlmiş yersiz tənqidlər, oğlu Yalçının vaxtsız ölümü azmış kimi, 37-ci ilin qanlı repressiyası da Müşfiq ailəsindən yan keçmədi.
Dilbər Axundzadənin dediklərindən:
“1937-ci il iyun ayının 4-ü idi. Bir də gördüm gecə saat 3-də qapı döyüldü. Gözlənilməyən qonaqlar gəldi bizə. 2 nəfər idilər. Biri cavan oğlan idi, Müşfiqin məktəb yoldaşı azərbaycanlı. Digəri isə qaşqabaqlı yaşlı bir kişi. O oğlan Müşfiqə dedi ki, ay Müşfiq vallah səni aparmağa gəlmişik. Özüm də həyəcan keçirirəm. Bu saat elə bir pis vəziyyətdəyik ki, evdən çıxanda ailə üzvlərimizlə sağollaşırıq ki, bəlkə geri qayıtmadıq. Sonra evi axtardılar, Müşfiqin “Dilbərnamə”sini tapdılar. Bu zaman Müşfiq dedi ki, ona dəyməyin, o Dilbərə aiddir, verin ona. Lakin, sonradan “Dilbərnamə”sini bir daha görə bilmədik.
Müşfiq sapsarı saralmışdı, mən də çox ağlayırdım. Müşfiq mənə dedi ki, Dilbər narahat olma, nigaran qalma, qayıdıb gələcəyəm. Apardılar onu. Mən ayrılığa dözə bilmədiyimdən, görüş almaq üçün Daxili İşlər Komissarlığına müraciət etdim. Nəhayət ki, mənə görüş verdilər. Görüş zamanı gördüm ki, Müşfiqin rəngi saralıb, solğun görünürdü. Mənim ilk görüşümlə son görüşüm arasında böyük bir təzad vardı. Ilk görüşümdə onunla ən şən, ən xoşbəxt dəqiqələrim olduğu halda, son görüşüm Müşfiqin ən ağır, kədərli, fikirli dəqiqələri oldu. Rəngi qaçmışdı, solğun idi, arıqlamışdı. Amma, özünü ələ alırdı ki, mənə təsəlli versin. Deyirdi ki, Dilbər qorxma, axırda hər şey bilinəcək. Biləcəklər ki, biz havayı yerə getdik.Həqiqət heç bir zaman qalmaz belə. Sözlərini Nizaminin bu misraları ilə bitirdi:
Qorxma, ayın, günün tutulmasından,
Hər qaranlıq gecənin bir gözəl ulduzu var.

Bu mənim Müşfiqlə son görüşüm oldu. Həsrətlə onun yolunu gözləyirdim ki, Müşfiq azad olunar gələr evə. Lakin, sən demə fələk başqa bir şey sayırdı.1937-ci ilin sonu, 1938-ci il təzəcə girmişdi ki, gecə saat 2-3 radələrində evimizin qapısı döyüldü və 2 nəfər rus çekist içəri daxil oldu və dedi ki, Siz həbs olunursunuz. O zaman mənim 23 yaşım vardı, Tibb İnstitutunun III kursunda təhsil alırdım, komsomolçu, Bakı Sovetinin üzvü idim. Çox həyəcan keçirirdim, rəngim qaçmışdı, ağlayırdım ki, mən hara, xalq düşməni hara. Apardılar məni Bayıl türməsinə. Kamerada o qədər ziyalı qadınlar vardı ki, oturmağa belə yer yox idi. Orada saxlanılan ziyalı qadınlardan biri də Leyla xanım Baratzadə idi. Mən onunla həyatımın sonuna qədər rəfiqəlik etdim. ”

Leyla xanım Baratzadənin dediklərindən:
“1937-ci ilin dekabr ayının 31-dən 1-nə keçən gecə kameramıza bir gənc qadın gətirdilər. Adını, soyadını söylədikdən sonra bildik ki, o qadın şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadədir. Dilbər xanım çox gənc olmaqla, həm də hədsiz gözəl idi. Onun üzünün düzgün cizgiləri, səvə kimi qara uzun saçları, çox gözəl gözləri vardı. Elə gözlərə heç vaxt heç kimdə təsadüf etməmişdim. Dilbər xanımı bir görən ondan gözünü çəkmək istəməzdi. Çünki, o, hədsiz dərəcədə gözəl idi. Həbs olunması Dilbər xanımı çox sarsıtmışdı. Mən onu yanıma çağırdım. Ona yer düzəltdik. Çünki, Bayıl türməsində qadınlara çarpayı verilməmişdi. Mən evdən gətirdiyim yorğan – döşəkləri sement yerə sərdim, onu yanımda yerləşdirdim. Ondan sonra xəbər aldıq ki, respublikada, Bakıda təzə nə xəbər var. O da bizə bu barədə danışdı. Bir neçə gündən sonra bir nəfər adam kameraya gəldi dedi ki, Dilbər Axundzadənin əşyalarını bir nəfər toplayıb gəlsin ardımca. Mən əşyaları toplayıb bir boğça düzəltdim. Əşyaların arasından bir yaylıq götürdüm. Kameradakı qızlara dedim ki, bu yaylıq mənimdir, onu Dilbərə bağışlamışdım. Yaylıq bağışlamaq heç də yaxşı əlamət deyil. Bu yaylığı Dilbərdən yadigar olaraq geri götürürəm. ”
Dilbər: Günəşli gündüzüm, ən şirin sözüm
Əbədi hicrinə mən necə dözüm,
Bağçamda bitibdir nərgiz, bənövşə
Yaz çağı üstünə qar, boran hopur.
Elə bil göylər də sənsiz ağlayır.
Mənim də gözümdə sən gedən gündən
Fəsillər dəyişib, sellər çağlayır.
Müşfiq: “Mənim ruhum Dilbər. Əvvəla halını soruram. Bilmirəm niyə məktubuma cavab yazmırsan. Ürəyimə cürbəcür fikirlər gəlir. Qorxu, nigaranlıq. Bəlkə məni,unutmusan? Mənə öz səhhətin, işlərin haqqında yaz. Birinci ildir işləyirsən? Çətinlik çəkmirsən ki? Əgər bilsən sənsiz necə darıxıram. Hər günüm bir il keçir. Bilsəydim, səni yanımdan buraxmazdım. Sənin mənə hədiyyə verdiyin çadralı şəkillə yaşayıram. Mənə tez-tez cavab yaz. Həyəcanlarımı sənə şeirlə göndərirəm:

Ey gözəl Gəncənin gözəl Dilbəri,
Nədir səndəki o mehriban əda?!
O gündən bəridir nerdə bulunsam,
Gözümdə sən varsan, könlümdə sevda.

Nə qədər uçsan da ucalıqlara
Əlbət, qanadların bir gün yorula.
Bir quşun olmasa qanadı, Dilbər.
Necə keçər onun həyatı, Dilbər?!”

Pirayə xanım Məmmədovanın dediklərindən:
“Mən Dilbərlə 1928-ci ildə Pedtexnikumda oxuduğum illərdən dostlaşmışam. Müşfiq də təxminən 30-cu ildən Dilbərlə tanış olmuşdu. Müşfiq dayısıgildə bizim qonşuluğumuzdakı evdə yaşayırdı. Ona görə də, Müşfiqə əl verirdi ki, mənlə tez-tez görüşsün, Dilbərə məktub göndərsin. Mən də onu bir şair kimi xətrini çox istəyirdim, ona hörmət bəsləyirdim. Ona görə də, onun arzusunu məmnuniyyətlə yerinə yetirirdim. Dilbər məktuba cavab vermirdi. Müşfiqsə çox kədərlənirdi, rahatsız olurdu. Onunçün də tez-tez mənimlə görüşməyə, mənə rast gəlməyə çalışırdı. Çünki, Dilbər haqqında məlumatı Müşfiq məndən alırdı, çünki, Dilbərlə görüşə bilmirdi, yaman darıxırdı… Bir gün qızlarla oturub söhbət edirdik ki, Dilbər hazırlaşmağa gəlmir. Bir növ qeybətini qılırdıq. Bu an qapı açıldı, qucağında böyük bir gül buketi olan Dilbər içəri daxil oldu. Əvvəlcə biz onun üzünə baxmadıq. O, gülləri bizim qarşımıza masaya qoyub kənara çəkildi. Özü də dayanıb bizə tamaşa eləməyə başladı. Hiss edirdik ki, nəsə baş verib, yenilik var. Hamımız onun üzünə baxdıq ki, görək Dilbər nə deyəcək. Bu an Dilbər xanım dedi ki, bu gün mən Müşfiqin məhəbbətinə inandım və ona hə dedim”.
Dilbər: Onun xəyalılə yatdım bu gecə,
Onun vüsalına çatdım bu gecə.
Gördüm ki, bir uca dağ başındayıq
Hər tərəf tər-təmiz, hər tərəf açıq.
Quşlar nəğmə deyir, çiçəklər gülür,
Göylərin gözündən sevinc tökülür.

O, birdən əyilib bir gül qopardı,
Bunda məhəbbətin saflığı vardır.
Deyib, mənə verdi o dağ gülünü
Sonra işə saldı şirin dilini
Dedi, eşqlə dedi gözəl şeirlər
Dinlədim, özümü sandım bəxtəvər.

Çağdaş rəssamlıq sənətinin yaradıcılarından biri, ilk plakatçı rəssam respublikanın əməkdar rəssamı Hacıağa Nəzərlinin dediklərindən:
“Bütün sənətkarlar kimi, Müşfiq poeziyasının böyüklüyünü nəzərə alaraq, onun şerlərindən ilhamlanaraq Müşfiqə həsr olunmuş əsər yaratmağı qərara aldım. Onun “Yenə o bağ olaydı” şeirindən təsirləndim. Şeirdə həyati həqiqətlər o qədər çoxdur ki, o mənə böyük təkan verdi. Çünki, burada sujet xətti vardır. Belə ki, “Yenə o bağ olaydı” şeiri əsərin məkanını müəyyənləşdirib, rəssam xəyallarını qayalıqlar arasına, Xəzərin qumlu sahilinə, göy sular səltənətinə aparıb. Tablonun ruhuna, portretin psixologiyasına, qəlb aləminə düşüncəsinə gəldikdə isə deməliyəm ki, burada “Yenə o bağ olaydı” şeiri ilə yanaşı, bir rəssam kimi mənə şairin başqa şeirləri də ilham, qida verib, onun janr xüsusiyyətini, fəlsəfəsini dərindən duymağa kömək edib. Əslində isə kətan üzərində işlənmiş “Mikayıl Müşfiq” tablosunun sadə kompozisiyası vardır. Öndə dəftər və qələm, qayalıq yerdə bir dizini əlləri arasına alıb qucaqlayaraq, irəliyə sakit nəzərlərlə baxan şair bir də arxa planda mavi dəniz panoramı. Bu üç kompozisiya elementi arasında daxili bir yaxınlıq, bağlılıq vardır. Tablo təmiz və zərif boyalarla işlənmişdir ki, bunun özü də tablodan alınan əsas təəssüratla həmahəng səslənir. Yəni, gözəl, təmiz rəng haradasa dənizin, xeyirxah bir insanın şairin dəftərinə düşən ilhamlı misraların müjdəçisidir”.

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?
Mənbə: modern.az

  • Teqlər:
  • Mikayıl Müşfiq
  • , Müşfiqlə Dilbərin məhəbbət tarixçəsi
  • , Müşfiq və Dilbərin məhəbbəti
  • , Mikayıl Müşfiq şeirləri

Comments are closed, but trackbacks and pingbacks are open.