Milli azərbaycan tarixi muzeyinin əsərləri
Azərbaycanın böyük muzeylərindən biri — 1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində, məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş malikanəsində yerləşir. 1921-ci ilin mayından fəaliyyətə başlayan muzeyin 1936-cı ilə qədər adı Azərbaycan SSR-in Dövlət Muzeyi olub və elmi-tədqiqat sahəsində əvəzedilməz rol oynayıb. Bədii-tarixi dəyərlərə əsaslanaraq 1920-30-cu illərdə təbiət, tarix, teatr, ədəbiyyat, din və ateizm muzeyləri, Şirvanşahlar sarayı muzey qoruğu, əlyazmalar fondu (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu oldu) yaradıldı. Ərsəyə gəldiyi ilk gündən mədəni-maarif sahəsində fəaliyyətini gücləndirərək Milli Elmlər Akademiyası strukturunda elmi-tədqiqat müəssisəsinə çevrildi. Bu dövrlər ərzində muzeyin elmi-tədqiqat planına Azərbaycan tarixinin bütün dövrlərinin öyrəniləsi və ekspozisiyada göstərilməsi ən ümdə məsələ kimi daxil olub.
Milli Azərbaycan Tarixi Muzeyi – 2015
“Azərbaycan Tarixi Muzeyi” adı ilə 2001-ci ildən başlayaraq hər il nəşr olunan elmi toplu ( 2007-ci ildən “Milli Azərbaycan Tarixi Muzeyi” adı ilə) Muzeyin hələ ötən əsrin 50-ci illərindən çıxan və burada aparılan elmi tədqiqat işlərinin nəticələrinə həsr olunan elmi məqalələr toplusunun davamıdır.
See Full PDF
See Full PDF
Related Papers
Download Free PDF View PDF
MÜASİR DÖVRÜN AKTUAL PROBLEMLƏRİ
Download Free PDF View PDF
Download Free PDF View PDF
История взаимоотношений постимперских государственных образований России в период независимого их существования в 1918-1920-х годах заслуженно привлекает внимание историков, социологов, политологов, правоведов. Происходившие в те годы на российском политико-правовом пространстве грандиозные процессы устранили жесткую унифицирующую структуру, что привело к возникновению новых социально-политических конфигураций, в том числе и так называемых «наций-государств» на Южном Кавказе. Подобный тип государств сложился в XVIII – начале XIX вв. в Европе. Там же была сформулирована классическая триада политической географии «нация-территория-государство», которая рассматривала национально-политическую идентичность в тесной корреляции с территориальной идентичностью. Становление территориальной идентичности часто приводило к конфликтам, поскольку складывающиеся нации-государства нередко претендовали на одни и те же территории. Вот почему территориальные распри превратились в своеобразные атрибуты новоявленных кавказских республик на протяжении всего их недолгого независимого существования в 1918-1921 гг.
Download Free PDF View PDF
Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri / Известия Азербайджанского историко-родословного общества
Mədəniyyət
Azərbaycanın böyük muzeylərindən biri — 1920-ci ildə əsası qoyulmuş Dövlət Tarix Muzeyi şəhərin ən gözəl yerlərindən birində, məşhur neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-96-cı illərdə tikilmiş malikanəsində yerləşir. 1921-ci ilin mayından fəaliyyətə başlayan muzeyin 1936-cı ilə qədər adı Azərbaycan SSR-in Dövlət Muzeyi olub və elmi-tədqiqat sahəsində əvəzedilməz rol oynayıb. Bədii-tarixi dəyərlərə əsaslanaraq 1920-30-cu illərdə təbiət, tarix, teatr, ədəbiyyat, din və ateizm muzeyləri, Şirvanşahlar sarayı muzey qoruğu, əlyazmalar fondu (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu oldu) yaradıldı. Ərsəyə gəldiyi ilk gündən mədəni-maarif sahəsində fəaliyyətini gücləndirərək Milli Elmlər Akademiyası strukturunda elmi-tədqiqat müəssisəsinə çevrildi. Bu dövrlər ərzində muzeyin elmi-tədqiqat planına Azərbaycan tarixinin bütün dövrlərinin öyrəniləsi və ekspozisiyada göstərilməsi ən ümdə məsələ kimi daxil olub.
Bu muzey Azərbaycan ərazisində olan bütün qədim maddi-mədəniyyət abidələrinin elmi tədqiqatı ilə məşğuldur. 60-70-ci illərdə arxeoloqlar tərəfindən görülən səmərəli işlər sayəsində muzey ölkənin qabaqcıl arxeoloji tədqiqat mərkəzinə çevrilir. Muzeydə 300 mindən çox maddi-mənəvi mədəniyyət nümunəsi var ki, bunlar 6 bölmədə qorunur. 93 mindən çox eksponat arxeologiya şöbəsinin fondunda qorunur ki, bunlar Azərbaycan tarixinin paleolit dövründən başlayaraq orta əsrlərədək olan dövrü əhatə edir. Burada daşdan düzəldilmiş əmək alətləri, misdən, dəmirdən hazırlanmış əmək və məişət əşyaları, gil və çini qablar, zərgərlik nümunələri qorunub saxlanılır. Müxtəlif dövrlərə aid Azərbaycan tarixinin və dövlətçiliyinin öyrənilməsində çox böyük əhəmiyyətə malik olan 150 mindən çox sikkə və əskinaslar numizmatika fondunu bəzəyir. Azərbaycan ərazilərindən aşkar edilmiş qızıl, gümüş, mis pullar həm dövlətçilik tariximizin, həm də digər dövlətlərin varlığını sübut edən dəlillərdən biridir. Numizmatika fondunda şərq pullarının sayının çoxluğuna görə o dövrkü SSRİ ərazisində Azərbaycan yüksək yerlərdən birini tutur. Numizmatika fondunda pullarla bərabər nişanlar, möhürlər, poçt markaları, kağız pulların nişanları mövcuddur ki, bütün bunlar xalqımızın tarixinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Muzeyin yarandığı vaxtdan burada etnoqrafiya fondu fəaliyyət göstərir ki, bu da xalqımızın təsərrüfat və məişət həyatına aid 9 min eksponatı əhatə edir. Nəfis bəzədilmiş mis qablar, Azərbaycanın müxtəlif bölgələrinə aid gözəl naxışlarla bəzədilmiş əl işi sayılan kişi və qadın geyimi nümunələri də xüsusi tarixi-bədii əhəmiyyət kəsb edir. Muzeydə həm də müxtəlif xalça və xalça məmulatları – cecim, keçə, toxunma çanta, məişət torbaları və bir çox işlər əsil sənət nümunələri olmaq etibarilə öz milli dəyərini və yüksək keyfiyyətini saxlamağa nail olmuşdur.
Muzeyin fondu daim zənginləşməkdə davam edir. Burada 4 min yaşı olan arxeoloji tapıntılar, qızıl əşyalar da var.
Muzeyin birinci mərtəbəsinin ekspozisiyasında daş dövrünün primitiv icmaları (2 milyon il əvvəl), tunc və dəmir dövrləri (6 yüz min il əvvəl), qədim və yaxın orta əsrlər dövrü (e.ə. IX əsrdən XII əsrə qədər), XII-XV əsr Azərbaycan mədəniyyəti, XVI-XVII əsr Azərbaycan elmi və xalq təsərrüfatı ilə bağlı məlumatlar sərgilənir.
II mərtəbənin sərgisində XVII əsrin sonu XIX əsrin əvvəlləri, Rusiyanın Azərbaycanı işğalının əvvəli – 1801-1813-cü illər və sonu — 1826-1828-ci illər haqqında, Şimali Azərbaycan (1830-1870), XIX əsr ağac emalı, xalça işi və ipək istehsalı, ticarət, iqtisadiyyatın, elmin, təhsilin və mədəni həyatın inkişafı, eyni zamanda yayılmış inanclar, adətlər, I Dünya müharibəsində ölkənin vəziyyəti, 1918-ci il soyqırımı və müasir dövrdə ölkənin siyasi-hərbi vəziyyəti öz əksini tapıb.
2007-ci ildə Muzeyin binasında məşhur mesenat və filantrop Hacı Zeynalabdin Tağıyev və onun ailəsinə həsr edilmiş memorial muzey otağı təsis edilib. Muzey yenidən bərpa edilmiş 9 otaqdan ibarətdir: Hacı Zeynalabdin Tağıyevin otağı, şərq üslublu qonaq otağı, kitabxana, bilyard otağı, yemək otağı, buduar, yataq otağı və geyim otağı. Burada orijinal mebel və Tağıyevin şəxsi əşyalarını görə bilərsiniz.
Milli azərbaycan tarixi muzeyinin əsərləri
Hörmətli muzeysevərlər, Novruz bayramı ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyi 20-21 mart tarixlərində fəaliyyət göstərməyəcək. Martın 22-dən başlayaraq, muzeyin ekspozisiyası və sərgi zalları adi iş qrafiki ilə fəaliyyət göstərəcək. Milli Azərba.
“Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2 may 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika e.
Muzeyin arxeoloji kolleksiyası əsasında “Xəzərin İrsi” adlı sualtı-arxeologiya sərgisinin açılış mərasmi keçirilib
“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Suraxanı” gəmi-muzeyinin birgə təşkilatçılığı.
Tarix elmləri doktoru Fərhad Cabbarov məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş tədbirdə çıxış edib
16 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli tam or.
Muzeydə alman mütəxəssislərin iştirakı ilə arxeoloji tədqiqatlar yekunlaşıb
20 fevral 2023-cü il tarixindən Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda alman mütəxəssislərin iştirakı ilə tədqiqatlara başlanılıb. Tədqiqatlar Almaniyanın Gerda Henkel Fondu (AZ 16/F/20) tərəfindən maliyyələşdirilən Vürzburq Universit.
Comments are closed, but trackbacks and pingbacks are open.