Press "Enter" to skip to content

Milli dirçəliş günü ilə əlaəqdar tədbirlər

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Milli dirçəliş günü ilə əlaəqdar tədbirlər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı G.Süleymanova Milli Dirçəliş Günü ilə əlaqədar videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığı vurğulanıb.

Videoçarxda bildirilir: “Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərdən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb və müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşub. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirib. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlanıb. O vaxt bütün xalq bir yumruq kimi birləşib. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılıb. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır”.

Milli dirçəliş günü ilə əlaəqdar tədbirlər

2021-11-18 09:24:00

Paytaxt məktəblərində Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 17 Noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. AzEdu.az xəbər verir ki, məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən müharibəsində qazandığımız şanlı Qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş dəyirmi masa, açıq dərslər, seminar və mühazirələr, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub. Tədbirlərdə şagirdlərə Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayan Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmiz müstəqilliyin bərpasının ilk illərində bir sıra çətinliklərlə qarşılaşsa da, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın azadlıq hərəkatında tamamilə yeni mərhələ başlandı. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparmasından bəhs olunub. Həmçinin qeyd olunub ki, Dirçəliş Günü xalqımızın milli həmrəyliyinin, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizəsinin təntənəsidir. Tədbirlərdə Milli Dirçəliş Günü ilə bağlı videoçarxlar nümayiş olunub. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Bu bölməyə aid digər xəbərlər

Məktəbdə insident – Direktor müavini xəsarət aldı

2023-03-17 17:09:16

Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır

2023-03-15 09:47:09

Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM

2023-03-14 12:40:00

FHN orta məktəbdə təlim keçirib – FOTO

2023-03-13 16:31:00

Məktəblərdə ağacəkmə kampaniyası davam edir

2023-03-13 15:27:00

Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi

2023-03-13 09:32:06

Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.

2023-03-11 15:59:00

Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI

2023-03-10 13:27:10

Bakıda tanınmış pedaqoqla görüş keçirilib

2023-03-09 16:25:02

FHN Bərdədə orta məktəbdə təlim keçirib

Milli Dirçəliş Günü

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr, 1988-ci il) başladı.

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr mitinqinin tələbləri

  1. Azərbaycan höküməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
  2. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
  3. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
  4. Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik.
  5. Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

Bu tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada “Moskvanın fitnələrinə son qoyulsun!”, “Suverenlik!”, “Azadlıq!” şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra – noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.95 Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Azadlıq üçün ayağa qalxan İlin xalqı

Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında “Standing up for freedom People of the Year” sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb.

“Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan və Almaniya haqqında məqalələr var. Amma, bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb.

Bakı fotosunu seçilməsinin səbəbi, fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır.

Bizdə olan mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dunyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.

Son redaktə: Elnur Neciyev

Comments are closed, but trackbacks and pingbacks are open.