Press "Enter" to skip to content

Milli mənəvi dəyərlərimiz

Fəxriyyə Cəfərova

SON DƏQİQƏ

Bildiyimiz kimi, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.

Azərbaycan xalqı qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan bir ölkədir. Xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz əhəmiyyəti ilə diqqət çəkir. Milli-mənəvi dəyərlər xalqımızın formalaşmasına təsir etmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rol oynamışdır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.

Müasir Azərbaycan tarixinə nəzər salsaq görərik ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi məhz ulu öndər Heydər Əliyevdir. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

”Mən fəxr edirəm ki, azərbaycanlıyam!”, – deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir” .

Min illər boyu xalqın yaratdığı zəngin mədəni irs, milli-mənəvi dəyərlər bugünkü nəslin varlığını təşkil edir, onun gələcəyini müəyyənləşdirir. Keçmişi inkar etmədən bugünkü dünya ilə ayaqlaşmaq və gələcəyini düşünmək hər bir xalqın bəşər

tarixində özünə layiqli yer tutması üçün çox önəmlidir.

Heydər Əliyev gənclərin tərbiyəsində milli zəminə, dini-mənəvi köklərə söykənməyin zəruriliyini önə çəkirdi. O, 1998-ci il fevralın 2-də Azərbaycan gənclərinin toplantısında çox haqlı olaraq demişdir: Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni-milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz daim ən yüksək mənəviyyatı əks etdiribdir. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir .

Deməli, gənc nəslin düzgün tərbiyə olunması, istiqamətlənməsi üçün ilkin önəmli amil öz milli-mənəvi və dini dəyərlərinə bağlı olmasıdır. Lakin müasir dünyada bununla məhdudlaşmaq olmaz. Ulu önder onu da qeyd etmisdir ki: Biz müasir dünyada yaşayırıq. Azərbaycan azad, sərbəst və açıq ölkədir, dünyanın bütün ölkələri ilə hərtərəfli əlaqələr qurur və bundan sonra da quracaqdır. Buna görə də bizim milli-mənəvi dəyərlərimizin ümumbəşəri dəyərlərlə sintezi, birləşdirilməsi xalqımızın mənəviyyatını zənginləşdirib və bundan sonra da zənginləşdirəcəkdir .

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, islam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünütəsdiqi məhz milli mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır.

Milli mənəvi dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. “. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi .

Ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi .

Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir .

Doğrudan da, xalqımızın milli-mənəvi dəyərləri qədim tarixə malikdir. Azərbaycan şifahi xalq ədəbiyyatında ailəyə hörmət, vətəni sevmək, qonaqpərvərlik, başqasına yardım göstərmək, müxtəlif dini inanclara hörmətlə yanaşmaq kimi keyfiyyətlər təbliğ olunur. Atalar sözləri, bayatılar, dastanlar, rəvayətlər və digər janrlarda milli-mənəvi dəyərlərlə bağlı fikirlər irəli sürülür.

Təkcə bir faktı qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan ”Kitabi-Dədə Qorqud” dastanında xalqımızın zəngin tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri, inancları, eləcə də məişətinin xüsusiyyətləri öz əksini tapmışdır. Eposda milli adət-ənənələrin qorunub saxlanılması, vətəninə layiq, düşmənə qarşı mübarizədə igidlik göstərən gənclərin tərbiyə olunması məsələlərinə geniş yer verilmişdir. Dastanda sağlam ailə münasibətləri tərənnüm edilir, ailənin möhkəmliyinin və nəslin davamlı şəkildə artması nəticəsində xalqın qüdrəti və gücünün yenilməz olduğu göstərilir. ”Kitabi-Dədə Qorqud”da ağsaqqal sözü uca tutulur, oğuz igidləri səfərə getməmişdən qabaq onunla məsləhətləşirlər. Dastanda qopuza qəhrəmanlıq ruhu yaradan vasitə kimi baxılır və ona hörmət milli-etnik ənənə hesab olunur.

“Kitabi-Dədə Qorqud”da ailə tərbiyəsinin aliliyi, ailədə ər-arvad münasibətlərində sədaqət, anaya məhəbbət tərbiyəsi qanun səviyyəsindədir.

Dastanın böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən bəhs edən ulu öndərimiz Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransda demişdir: “Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər sevəcəkdir”

Kitabi-Dədə Qorqud dastanı gənclərimizin milli- mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında da bir o qədər mühüm rola malikdir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı nitqində demişdir: Xalqımızın tarixinin əsasım təşkil eləyən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə miras qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün də nümunə edən yüksək mənəviyyatdır, yüksək amallardır. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.

Fəxriyyə Cəfərova

Milli mənəvi dəyərlərimiz

Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

Heydər Əliyev

Qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqı bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması keçmişdə olduğu kimi bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülür? Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər Azərbaycançılıq ideologiyasının əsasını qoyaraq milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Xalqımız 70 il Sovet rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan öz dini-mənəvi dəyərlərini unutmamış, onları gizli də olsa, yaşatmışdır. Lakin bununla belə, o dövrdə dini dəyərlərin sərbəst şəkildə yaşadılması və inkişafı mümkün deyildi. Həmin dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdi. Dini ibadətgahlarımızın və abidələrimizin bərpası və yenidən inşası da Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz bu dövrdə yüzlərcə ibadətgah inşa və ya bərpa edilmiş, dini dəyərlərimiz yenidən canlanmışdır. Xalqımızın əsrlərcə ziyarət yeri olan, lakin Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahının Heydər Əliyevin göstərişi ilə dövlət hesabına yenidən inşa edilməsi onun bu sahədəki xidmətlərinin bir göstəricisidir. Belə misalların sayı olduqca çoxdur. Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz tərkib hissəsi kimi qəbul edirdi. “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən insanlara özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır” sözləri onun dinə baxışını çox aydın şəkildə xülasə edir. Ulu Öndər dinimizin əxlaqi dəyərlər sistemi kimi mənimsənilməsinin gənclərin formalaşmasında müsbət bir funksiya icra edəcəyini düşünürdü.

Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətini ifadə etməyə kifayət edir. Ulu Öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə torelantlığın bariz təzahürünə çevrildi.

Təbii ki, Ulu Öndərin milli-mənəvi sahədə həyata keçirdiyi mütərəqqi islahatlar bununla məhdudlaşmır. Milli-mənəvi, xüsusilə dini dəyərlər sisteminin sağlam müstəvidə inkişaf etdirilməsi və qorunması üçün güclü siyasi iradə, habelə dövlətçilik təcrübəsi tələb olunurdu. Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi bu işin öhdəsindən də məharətlə gəldi. Dini təhlükəsizliyin təmin edilməsi üçün hüquqi-inzibati sferada lazımi addımlar atılmaqla yanaşı, məzhəbçilik, dini-nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının da qarşısı qətiyyətlə alındı. O dövrdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən çıxmasını istəməyən daxili və xarici qüvvələr Heydər Əliyevə hər vəchlə mane olmağa çalışsalar da, xalqın Ulu Öndərə verdiyi böyük dəstək nəticəsində bu çirkin təxribatların sonu uğursuzluqla bitdi. Azərbaycanın ən böyük ziyalısı Ulu Öndər Heydər Əliyev çox çətin bir vaxtda məsuliyyəti öz üzərinə götürüb xalqımızın dəyərlər sistemini məhv olma təhlükəsindən xilas etdi.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həmin dövrdə ictimai və milli təhlükəsizliyə yönəlmiş son dərəcə təhlükəli təhdidlərdən biri kimi dini ekstremizm və radikalizmə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətə çevrildi. “Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir” deyən Ümummilli Lider bu səfərbərliyi uğurla həyata keçirərək dini təhlükəsizliyi təmin etməyi bacardı.

Azərbaycan günümüzdə müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyildir. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə, Ulu Öndərin bizə əmanət etdiyi Azərbaycançılıq məfkurəsinə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq. Bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Qafqazın ən möhtəşəm məscidi olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, Təzə Pir məscidi, Hacı Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi dövlət hesabına təmir-bərpa edilmişdir. Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, həmçinin Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da xalqımızın tolerantığının və sülhpərvərliyinin əyani sübutudur.

Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ulu Öndər Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.

Milli mənəvi dəyərlərimiz

Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.

Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.

Azərbaycan xalqı milli-mənəvi dəyərlərinin işığında yaşayır

Əsrlər boyu azərbaycanlılar dünya xalqları arasında qədim milli-mənəvi dəyərləri ilə tanınıblar. Xalqımız həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətləri, adət-ənənələri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.

Uzun illər aparılan araşdırmalar, tədqiqatlar Azərbaycanda bu gün də mövcud olan bir çox adət-ənənənin qədim köklərə malik olduğunu sübut edir. Mənbələr təsdiq edir ki, Azərbaycan qədim zamanlardan yolunu buradan salanları heyrətə gətirib, heyran qoyub. Onların marağına səbəb olan yalnız məmləkətimizin təbiətinin əsrarəngizliyi, zəngin təbii sərvətlərə malik olması deyildi. Həm də bu gözəl ölkənin sakinlərinin özlərinə məxsus, maraqlı adət-ənənələrinə, milli-mənəvi dəyərlərini uca tutmalarına heyran qalıblar. Azərbaycanın min illər əvvəl formalaşan milli dəyərləri bu günədək demək olar ki, dəyişməyib, unudulmayıb. Azərbaycan xalqı indi də həmin mənəvi dəyərlərin işığında yaşayır.

Milli-mənəvi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, həmçinin tarixən bu torpaqlarda mövcud olmuş birgəyaşayış mühiti, tolerantlıq kimi xüsusiyyətlərimiz milli-mənəvi dəyərlərimizdir. Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi naminə vacib və əhəmiyyətlidir. Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.

Dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan

Azərbaycan hər zaman milli-mənəvi və bəşəri dəyərlərə ehtiram göstərən məkan olub. Bu məmləkətdə əsrlərdən bəri multikulturalizm və tolerantlıq ənənələri mövcud olub, formalaşıb. Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı istiqamətində uğurlu işlər həyata keçirilir. Azərbaycanda milli-mənəvi irsə, dini dəyərlərə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədədir.

Milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi ölkələrdən biri olan Azərbaycanda sülh, dostluq, qardaşlıq hökm sürür. Azərbaycanda dövlət-din münasibətləri, milli-dini sabitlik, etnik və dini dözümlülük, tolerantlıq və multikulturalizm dövlət səviyyəsində qorunub saxlanılır. Məscidlər, ziyarətgahlar, sinaqoqlar, kilsələr tikilir və bərpa olunaraq dindarların istifadəsinə verilir. Dövlət başçısı İlham Əliyev respublikamızda dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativinin olmadığını vurğulayıb: “Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq tolerantlıq gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.

Azərbaycanda hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq, ibadətgahlar dövlət tərəfindən qorunaraq bərpa olunub. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub və fəaliyyətini davam etdirir. Ermənistan dövləti isə eyni vaxtda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqlarını işğal altında saxlayarkən həmin əraziləri xarabalığa çevirdilər. Otuz ilə yaxın davam etdirdikləri işğal müddətində erməni vandalları bütün tikililəri – yaşayış və inzibati binaları, tarixi-mədəni, dini abidələri uçurub dağıtdılar, yerlə-yeksan etdilər. Ermənistan işğalda saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtdılar, məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çevirdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər”.

Vətəninin, xalqının adını ucaldanlar…

Mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Ədalət, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, cəsarət, mərdlik, dürüstlük, halallıq, milli-mənəvi dəyərlərə, soy-kökünə bağlılıq, böyüklərə ehtiram və əməksevərlik ruhunda tərbiyənin əsası ailədə qoyulur. Sonradan bu tərbiyənin təkmilləşməsində təhsil ocaqları, cəmiyyət mühüm rol oynayır. Böyüklərə hörmət və ehtiram, uşaqlara diqqət, qayğı və sevginin aşılanan, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda, böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur. Eyni ilə Vətən müharibəsində olduğu kimi…

2020-ci ilin 27 sentyabrında Ermənistan tərəfinin təxribatı nəticəsində müharibə başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Minlərlə gənc dərhal hərbi komissarlıqlara müraciət edərək, könüllü kimi cəbhəyə getməyə hazır olduqlarını bildirdilər.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi oldu. Azərbaycan Ordusu təkcə düşmənlərinə deyil, bütün dünyaya qəhrəmanlığını, yenilməzliyini göstərdi. Müharibənin başladığı ilk gündən son günədək yeni-yeni qələbələrlə irəliləyən, otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərimizi bir-bir azad edən, yağı düşmənin işğalına son qoyan Azərbaycanın oğulları igidliyin, cəsurluğun, vətənpərvərliyin simvolu oldular. Düşmənin yalnız onlara qarşı silah qaldıran, atəş açan döyüşçüləri ilə vuruşdular, mülki əhalisinə toxunmadılar.

Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqının sabahı nurlu, gələcəyi parlaqdır. Onun gəncləri düzgün tərbiyə alıblar, heç bir çətinlik onları doğru bildikləri yoldan çəkindirə bilməz. Çünki ən çətin şəraitdə belə dözümlü, qətiyyətlidirlər, qəddar, zalım və amansız düşmənlə müharibə aparanda da cəsur, mərd, dürüstdürlər.

Azərbaycan cəmiyyətində tarixən mövcud olmuş fərqli mədəniyyətlərə hörmət ruhu, tolerantlıq mühiti, nümunəvi dövlət və din münasibətləri Vətən müharibəsində zəfərimizi şərtləndirən əsas amillərdən oldu. Respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu ölkənin vətəndaşı olan hər kəs doğma vətəni Azərbaycanın ərazi bütövlüyü, düşmənin xar və məğlub olması naminə ayağa qalxdı. Göstərdilər ki, tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya nümunə olan Azərbaycanın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.